I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə10/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

ƏDƏBİYYAT

  1. Quluyev C. Tarix: düşüncələr, mülahizələr, qeydlər… (1953-2003). Bakı, 2004, s. 585.

  2. Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı, 1997, s. 67.

  3. Maqsudov F. Heydər Əliyev və Azərbaycan elmi. Bakı, 1998, s. 19.

  4. “Azərbaycan” qəzeti, 13 mart 1998-ci il.

  5. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I c., Bakı, 1997, s. 154.

  6. Aforizimlər (ingilis, rus və Azərbaycan dillərində). Bakı, 1997, s.103.

  7. Maqsudov F. Göstərilən əsəri, s. 131.

  8. Sitat Q. Bayramovun “Heydər Əliyev və milli tariximiz” məqaləsindən götürülmüşdür. “Respublika” qəzeti, 18 yanvar 2004-cü il.

  9. H. Əliyev. Ölkəmizdə elmin inkişafına qayğı dövlət siyasətinin mühüm istiqamətidir. Respublika EA-nın üzvləri ilə görüşündə giriş nitqi. “Azərbaycan” qəzeti, 1 fevral 1997-ci il.

  10. “Azərbaycan” qəzeti, 21 aprel 2004-cü il.

  11. “Yeni Azərbaycan” qəzeti, 23 aprel 1993-cü il.

  12. Əhmədov T. Nəriman Nərimanov. Bakı, 1977; yenə onun. Nəriman Nərimanov. Bakı, 1982; yenə onun. Böyük ictimai xadim və yazıçı. Bakı, 2000; yenə onun. Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər. Bakı, 2000; Qəhrəmanov B. Doktor Nərimanov. Bakı, 1990; Əhmədova F. Nəriman Nərimanov-İdeal və gerçəklik. Bakı, 1998; Qurbanov Ş. Nəriman Nərimanov dünyası. Bakı, 2001; yenə onun. Nəriman Nərimanov ömrünün son illəri. Bakı, 2003; Əhmədov H. Nəriman Nərimanov (həyatı, fəaliyyəti, pedaqoci və tibbi fikirləri). Bakı, 2004; Həsənov H. Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı, 2005; Aşırlı A. Nərimanovun Kremlidə qətli. Bakı, 2006 və b.

  13. Nəriman Nərimanov. Seçilmiş əsərləri Bakı, 1973; Narimanov N. İzbrannıe proizvedeniə: V 3 – x tomax t. I-II Baku, 1988-1989; Nəriman Nərimanov. Seçilmiş əsərləri. Bakı,2001 və b.

  14. Bayramov Q. XIX-XX əsrlər Azərbaycan tarixinin bəzi aktual məsələləri. “Tarix və onun problemləri” curnalı, №1, 1997, s. 47.

  15. “Respublika” qəzeti, 9 oktyabr 1996-cı il.

  16. Büniyatov Z., Əliyev M. Fətəli Xan Xoyski. Bakı, 1997; Nəsəfəliyev T. Fətəli Xan Xoyski: “ Bizim azad yaşamaq hüququmuz danılmazdır”. “Ayna” qəzeti, 8, 15 noyabr 1997; Şüküroğlu L. Millət fədaisi. “Azərbaycan” qəzeti, 11, 12 iyul 2000; Paşayev A. Fatali Xan Xoyskiy – pervıy rukovoditelğ pravitelğstva Azerbaydcanskoy Demokratiçeskoy Respubliki. -“Açılmamış səhifələrin izi ilə”. Bakı, 2001, s. 116-129; yenə onun. Cümhuriyyətin görkəmli xadimləri. “Azərbaycan” qəzeti, 11 aprel 2003 və b.

  17. Fətəli Xan Xoyski. Həyat və fəaliyyəti (sənət və materiallar). Bakı, 1998.

  18. “Azərbaycan” qəzeti, 16 oktyabr 1996-cı il.

  19. Yenə orada, 13 may 1996-cı il.

  20. Yenə orada.

  21. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı, 1985; Həsənov N. Oyanmış Təbriz və Səttarxan. Bakı, 1986; Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı, 1988; Cənubi Azərbaycan tarixi məsələləri. Bakı, 1991; Həsənli C. Güney Azərbaycan Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı, 1998; yenə onun. Soyuq müharibənin başlandığı yer. Güney Azərbaycan. 1945-1946, Bakı, 1999; Tağıyeva Ş., Rəhimli Ə., Bayramzadə S. Güney Azərbaycan (Məlumat kitabı). Bakı, 2000; Rəhimli Ə. Güney Azərbaycanda Milli demokratik hərəkat (1941-1946). Bakı, 2003 və b.

  22. Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsində. Bakı, 1965; yenə onun Madatov Q. Azerbaydcan v Velikoy Oteüestvonnoy Voyne, Bakı, 1975; Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı, 1970; Bokov F. Azərbaycan övladlarının ölməz igidliyi. Bakı, 1975 (tərcümə); Alekperov Z. Zahitniki Kavkaza. Bakı, 1975; Alıcanov M. Azərbaycan döyükçülərinin partizan hərəkatında iştirakı. Bakı, 1975; Nəbiyev B. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. Bakı, 1977; Mutallimov X. 51-ə qvardeyskaə mnoqo naüionolğnaə. Bakı, 1978; Mextiev B. 223-ə Krasno Znamennaə Belqradskaə. Bakı, 1983; Bağırzadə Ə. Qəhrəman gənclik. Bakı, 1983; Orucov Q. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984; Məmmədov S. Azərbaycanın şanlı qızları. Bakı, 1988; Bunətov Z., Zeynalov R. Ot Kavkaza do Berlina. Bakı, 1990; İsmayılov İ. Azərbaycanlıların II Dünya müharibəsində iştirakı. Bakı, 2000 və b.

  23. Azerbaydcanskaə SSR v period Velikoy Oteçetstvennoy voynı (1941-1945 qq). Sbornik dokumentov i materialov. t. I, 1976; t. II, 1977.

  24. Azərbaycanın Qızıl Ulduzları. Bakı, 1975; Azərbaycan SSR xalq təsərrüfatı Böyük Vətən müharibəsi illərində. Bakı, 1985 və b.

  25. “Yeni Azərbaycan” qəzeti, 13 may 1996-cı il.

  26. “Azərbaycan” qəzeti, 14 may 1997-ci il.

  27. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. Naxçıvan, 2001, s. 42-43.

  28. Mahmudov Y. Böyük Azərbaycanlı fenomeni. “Xalq qəzeti”, 15 mart 1998-ci il.

  29. Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi (Tərtib edəni və ön sözün müəllifi İ. Hacıyev). Bakı, 1999, s. 16.

  30. Gümrü, Moskva və Qars müqavilələri (Azərbaycan, türk, rus və fransız dillərində). Naxçıvan, 2004, s.70.

  31. Hacıyev İ. Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası. Bakı, 2003, s. 54.

  32. “Azərbaycan” qəzeti, 17 yanvar 1998-ci il.

  33. “Xalq qəzeti”, 11 fevral 1999-cu il.

  34. Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş nitqi. “Dirçəliş-XXI əsr” curnalı, №54, 2002, s. 12.

  35. Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin yekun nitqi. “Dirçəliş-XXI əsr” curnalı, №54, 2002, s. 23.

  36. Yenə orada.

  37. Naxçıvan ensiklopediyası (Akademik C. Quliyevin redaktorluğu ilə). Bakı, 2002; Naxçıvan ensklopediyası (Buraxılışa məsul V.Talıbov). II cilddə, I-II, Naxçıvan, 2005.

  38. Naxçıvan abidələri ensiklopediyası (Buraxılışa məsul V.Talıbov, Azərbaycan və ingilis dillərində). Naxçıvan, 2008.

  39. Mahmudo Y., Şükürov K. Naxçıvan: tarixi və abidələri. Bakı, 2007.

  1. Naxçıvan Muxtar Respublikası (Azərbaycan və ingilis dillərində). Bakı,1998; Naxçıvan Muxtar Respublikası (Akademik C. Quliyevin redaktorluğu ilə). Bakı, 2001. Naxçıvan Muxtar Respublikası (Akademik C. Quliyevin redaktorluğu ilə ingilis dilində). Bakı, 2003.

  2. Naxçıvan tarixi atlası (Məsləhətçi V.Talıbov). Bakı, 2010.

  3. Naxçıvan tarixinin səhifələri (“Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumun materialları). Bakı, 1996; Naxçıvan Muxtar Respublikası 75 (elmi konfransın materialları). Bakı Universitetinin xəbərləri, №3, 1999; Naxçıvan Muxtar Respublikası 75 (elmi konfransın materialları). Azərbaycan Dövlət Neft Akademiyasının elmi əsərləri, №3, 1999, Naxçıvan-qədim diyar. Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr olunmuş elmi konfransın materialları. Pedaqoci Universitetin xəbərləri, №1,2001; Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr olunmuş elmi konfransın materialları. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri (Xüsusi buraxılış). №5, 1999; Naxçıvan Muxtar Respublikasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri (Xüsusi buraxılış). №12, 2004 və b.

  4. Naxçıvan sancağının müfəssəl dəftəri (Giriş və tərcümənin müəllifləri akademik Z.Büniyatov və H. Məmmədov). Bakı, 1997; yenə onların. Naxçıvan sancağının müfəssəl dəftəri (Araşdırma, qeyd və şərhlərin müəllifi H. Məmmədov). Bakı, 2001; Smirnov K.N. Materialı po istorii i gtnoqrafii Naxiçevanskoqo kraə (sostavitelğ, avtor predisloviə, otvetstvennıy redaktor prof. A.Miraxmedov. Bakı, 1999; Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi (tərtib və tərcümə edəni və ön sözün müəllifi İ. Hacıyev). Bakı, 1999; Ordubadi M.S. Qanlı illər. Bakı. 2001; Gümrü, Moskva və Qars müqavilələri (Azərbaycan, türk, rus və fransız dillərində). Naxçıvan, 2004; Qars müqaviləsi (Beş dildə. Tərtibçi H. Məmmədov). Bakı, 2004 və b.

  5. Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı, 1999.

  6. Naxçıvan Muxtar Respublikası-75. Yubiley statistik məcmuə. Naxçıvan, 1999; Naxçıvan statistika güzgüsündə. Tarixi-statistik məcmuə. Bakı, 1999; Naxçıvan Muxtar Respublikası-80. Tarixi-statistik məcmuə. (V.Talıbov, İ.Hacıyev, B.İsmayılovun rəhbərliyi ilə). Bakı, 2004.

  7. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı – XX əsrin I qərinəsi). Bakı, 1995; Musayev İ. Azərbaycanın Zəngəzur və Naxçıvan bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti. Bakı, 1996; Atnur İ.E. Osmanlı yönetiminden Sovyet yönetimine kadar Nahçıvan. Erzurum, 1996; Budaqova Q. Naxçıvan Muxtar Respublikasının toponimləri. Bakı, 1998; Hacıyev İ. Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində. Naxçıvan, 1999; Seyidov A. Naxçıvanın tunc dövrü mədəniyyəti. Bakı, 2003; Kazımov İ. Naxçıvan bölgəsinin tarixi-demoqrafik tədqiqi (1828-1920-ci illər). Naxçıvan, 2003; Bağırov R. Naxçıvanın qədim qala-şəhər tipli yaşayış yerləri və müdafiə istehkamları. Naxçıvan, 2003; Səfərli F. Naxçıvanda sosial-siyasi və ideoloci mərkəzlər. Naxçıvan, 2004; Qədirzadə Q. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan materialları əsasında). Naxçıvan, 2004 və b.

  8. Sadıqov S. Naxçıvan Muxtar Respublikası tarixindən. Bakı, 1995; Əliyev F., Əliyev M. Naxçıvan xanlığı (1747-1828). Bakı, 1996; Azərbaycan tarixində Naxçıvan (Tarixi oçerklər). Bakı, 1996; Hacıyev İ., Amanoğlu E. Tarihte və günümüzde Nahçıvan. Ankara, 1998; Hacıyev İ., Məmmədov Ş. Naxçıvan və naxçıvanlılar. Bakı, 2001; Meşeduxanum Neymat. Korpus gpiqrafiçeskix pamətnikov Azerbaydcana. T.III. Arabo-perso-törkoəzıçnıe nadpisi Naxiçevanskoy Avtonomnoy Respubliki (XII-naçala XX veka). Bakı, 2001; Şahverdiyev Z., Zeynalov İ. Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə. Bakı, 2002; Əliyev V. Naxçıvan – Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002; Naxçıvanda seçkilərin tarixi (1937-2002. Buraxılışa məsul M.Qasımov). Bakı, 2003; Seyidov A. Gəmiqaya (toponimlər, qədim köç yolları). Bakı, 2003; Baxşəliyev V. Gəmiqaya təsvirlərinin poetikası. Bakı, 2002; yenə onun. Gəmiqaya təsvirləri. Bakı, 2003; yenə onun. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı, 2004; Müseyibli N. Gəmiqaya. Bakı, 2004; Piriyev V. Naxçıvan tarixindən səhifələr. Bakı, 2004; Kəngərli İ. Kəngərli elinin soy kitabı. Bakı, 2005; Məmmədov M. Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər (1988-2005). Bakı, 2005; Abbasova S. Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi. Bakı, 2007; Cəfərov F. Naxçıvan qəza polisi (1828-1920). Bakı, 2008; Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, 2008; Cəfərov H. Azərbaycanda gənclər hərəkatı (XX əsr). Bakı, 2009; Cəfərli E. Naxçıvanda erməni-Azərbaycan münaqişəsi. Bakı, 2009 və b.

  9. Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik curnal; «Naxçıvan» beynəlxalq analitik informasiya curnalı.

  10. «Azərbaycan» qəzeti, 10 fevral 2003-cü il.

  11. Yenə orada, 1 fevral 2001-ci il.

  12. Əliyev H. Azərbaycan XXI əsrin və III minilliyin ayrıcında... Naxçıvan, 2001, s.34-39, 101.

  13. Mahmudov Y. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, 2002, s. 140.



SUMMARY

In the introduced article the National historical policy and its various directions are learned, that realized by Heydar Aliyev who had leaded nearly 35 years in Azerbaijan.

In the article the duties of the objective investigation of different problems of Azerbaijan history, offered by Heydar Aliyev, and their realization is searched. A number of historical events have been really worked on, research essays have been written in this field during the period of Heydar Aliyev’s leadership in Azerbaijan.

The leader of the country investigated the distorted history belonging to the XIX-XX centuries, the duties of the objective investigation of the period are explained by historians based on the historical facts.



РЕЗЮМЕ

В представленной статье изучаются разновидности и направления политики Национальной истории осуществленной под вниманием и заботой Гейдара Алиева при руководстве Азербайджана в течение 35 лет.

В статье также исследованы осуществления предполагаемых должностей Гейдара Алиева по объективным изыскиваниям разных проблем в истории Азербайджана и награждении заслуг видных деятелей. Некоторые исторические задачи объективно сработаны и приписаны многие исследовательские произведения при руководстве Гейдара Алиева в Азербайджане.

По идее руководителя республики о более объективном исследовании, об извращении истории Азербайджана при ХЫХ – ХХ веках, поручены историкам и эти проблемы в статье выясняются историческими и неопровержимыми фактами.




Hacıyeva Şəfəq
F.ƏMİROV “NƏSİMİI DASTANI”

BALETİNİN DRAMATURJİ XÜSUSİYYƏTLƏRİ
Görkəmli Azərbaycan bəstəkarı F.Əmirovun yaradıcılığının yetkinlik dövrünün məhsulu olan “Nəsimi dastanı” baleti bəstəkarın simfonik muğam təfəkkür prinsipləri və öncə yazdığı səhnə əsərlərində təzahür edən dramaturji istedadının birləşməsi sayəsində Şərqin böyük söz ustadı və mütəfəkkiri Nəsiminin həyat və yaradıcılığını dolğun surətdə əks etdirir. F.Əmirov əsəri belə səciyyələndirirdi: “Baletin əsasını Nəsiminin dərin insani fikirləri, vüsal həsrətini ifadə edən poetik sözün qüdrəti haqqında, məhəbbət və onun ülviyyəti haqqında düşüncələri təşkil edir”. Baletin librettosu Anara məxsusdur. Baletmeyster N.Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cu il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür.

Əsərin musiqi dramaturğiyasının ən mühüm cəhəti balet partiturasına simfonik muğam xüsusiyyətlərının daxil edilməsidir. Başqa sözlə desək, balet musiqisinin simfonikləşdirilməsi meyli F.Əmirovun qələmində əsərin muğam-simfonik traktovkası kimi orijinal şəkildə özünü təzahür etdirir.Məlum olduğu kimi, bütün yaradıcılığı boyu muğam və ümumbəşəri formaların sintezinə calişan bəstəkarın yaradıcılığının müxtəlif mərhələlərində bu sintez özünü fərqli şəkildə biruzə verirdi.Bu baxımdan “Nəsimi dastanı” baleti ilə bəstəkarın “simfonik muğam triloğiyasının axırıncı hissəsi” hesab etdiyi “Gülüstan Bayatı Şiraz” simfonik muğamını bir birindən ayiran qısa zaman məsafəsi, heç şübhəsiz, müxtəlif janrda yazılmış bu iki əsərin bəzi ümumi cəhətlərində öz əksini tapmışdır. Bəstəkarın yaradıcılıq təkamülünü özündə əks etdirən “Gülüstan Bayatı Şiraz”ın dramatik xarakterli musiqisi və lakonik forması, musiqi materialının daha məqsədyönlü inkişafı kimi xüsusiyyətləri baletdə də özünü göstərir. Hər iki əsərdə dramatik ekspressiyanın ən yüksək mərhələsində bəstəkarın simfonik orkestrin tərkibinə qadın vokalizini daxil etməsi qadın obrazı ilə bağlı insan qəlbinin ən ülvi, ən coşğun hisslərini ifadə edən şərq poeziyası ilə assosiasiya doğurur. Lakin ənənəvi muğam fraqmentlərindən istifadə etdiyi simfonik muğamlardan fərqli olaraq bəstəkar bu əsərdə modal texnikaya üstünlük verir.



Balet tamaşasına xor, solist, qiraətçi əlavə edən bəstəkar müxtəlif təsvir vasitələrinin bədii sintezi sayəsində orijinal üslublu əsər yaratmağa nail olur. Əsər on nömrədən ibarətdir. Birinci rəqs nömrəsindən başlayaraq sonuncu nömrəyə qədər sujetin inkişafı bir sıra müxtəlif əhval ruhiyəli musiqi nömrələri ilə verilərək dramaturji inkişafda bir neçə mərhələ yaradır. Hadisələrin dinamikliyi baletin inkişafında bəstəkar tərəfindən məharətlə verilmişdir. Baletin dramaturgiyası kontrast prinsiplər əsasında qurularaq bir-birinə zidd iki obrazlar qütbünü və onların qarşı-qarşıya qoyulmasını təsvir edir: Xalqın nümayəndəsi kimi verilən Nəsimi obrazı lirik və mübariz xüsusiyyətləri özündə birləşdirirsə, şər qüvvələri təmsil edən cəlladların simasında orta əsr istibdadının zülmü, despotik qüvvələrin zorakılığı və mənfur siması ön plana çəkilir. Bir-birinə zidd iki obrazlar qütbünün sujetdən doğan konflikti bu obrazların lad-intonasiya cəhətdən də qarşı-qarşıya qoyulmasında özünü biruzə verir. Lirik obrazların ifadəsində musiqi dilinin lad-melodik cəhətləri başlıca rol oynayırsa, şər qüvvələrin xarakteristikasında dinamik inkişafın həlledici amili kimi metroritmin rolu mühüm əhəmiyyət kəsb edir, ritmik ünsür ön plana çəkilərək melodik başlanğıcı üstələyir. Sər qüvvələrin xarakteristikası ilə bağlı “Cəlladların rəqsi” və “Hücum” nömrələrində F.Əmirov bilərəkdən hər-hansı muğam ladına məxsus melodik ifadələrdən deyil, hec bir lada mənsub olmayan primitiv intonasiya modusundan, ostinat prinsiplərdən istifadə edir, qeyri müntəzəm ritmik elementlər, müxtəlif ritmik variantlar sayəsində parlaq dinamik effekt yaradaraq insani hisslərdən uzaq olan cəlladların azğın və küt obrazını məharətlə musiqidə təsvir etməyə nail olur. Əsas qəhrəman və xalqın obrazı ilə bağlı nömrələrdə isə tam fərqli ifadə vasitələri ilə rastlaşırıq. Bu nömrələrin quruluş və formasına, melodik xüsusiyyətlər və improvizasiya üslubuna görə muğamla bağlılığı nəzər diqqəti cəlb edir.Bəstəkar bu nömrələrdə şərq musiqisi üçün səciyyəvi xüsusiyyətlər--melizmlərlə bəzədilmiş ürəyəyatımlı melodiyalar, oynaq və dəyişkən ritm, melodik ifadələrin variant dəyişkənliyi, əsas ladın istinad pillələri ətrafında gəzişmələr kimi müxtəlif ifadə vasitələrindən istifadə edərək, Nəsimi şəxsiyyətinin zəngin mənəvi dünyasını, edamqabağı ruhi vəziyyətini və nəhayət, əsərin sonunda xalqın oyanışını dolğun şəkildə əks etdirir. Muğamla bağlı cizğilərdən danışarkən, “Nəsimi və sevgilisinin” və növbəti “Qızların rəqsi” adlı nömrənin kompozisiya quruluşuna görə muğam dəstgahını xatırlatdığını qeyd etmək yerinə düşərdi. Məlum olduğu kimi, ənənəvi muğam dəstgahları üslub etibarilə kontrastlıq təşkil edən muğam, təsnif, rəng adlanan bölmələrin bir-biri ilə növbələşməsindən təşkil olunub, ümumi lad əsasında qurulur. Bu baxımdan duetin melizmlərlə zəngin ürəyəyatımlı, həzin melodiyası təsnifi, nömrənin sonunda qoboyun kadensiyası muğam bölümünü və növbəti “Nəsimi, sevgilisi və rəfiqələrinin rəqsi” adlanan nömrə isə rəng funksiyası rolunu yerinə yetirir. Bu nömrələrdə musiqinin ümumi fa-mayeli süstər ladı əsası və oxşar intonasiyalar üzərində qurulması fikrimizi bir daha təsdiq edir. Lirik obrazların melodiyası son dərəcə ahəngdar və həzinliyi ilə seçilir. Istər qızların dərin kədəri və ya həyatsevər rəqsini əks etdirən nömrələrdə, istərsə də Nəsiminin fəlsəfi düşüncələrini ön planda verildiyi “Nəsiminin monoloqu” və ya “Nəsiminin sevgilisi ilə duet” sənəsində bəstəkar insan qəlbinin ən dərin guşələrinə sirayət edərək ən təmiz və incə duyğuları musiqidə ustalıqla əks etdirməyə müvəffəq olur.

“Nəsimi və sevgilisinin ikinci dueti” şairin edamqabağı sevgilisi və həyatın bütün gözəllikləri ilə vida səhnəsidir. Sərlövhənin altında bəstəkarın “Andante moderato-tragico appasinato” qeydi bu nömrədə dramatik ekspressiyanın ən gərgin mərhələsindən xəbər verir. Qiraətcinin ifasında Nəsiminin “Hardasan” şeri səslənir. Muğam improvizasiyası ruhunda vokal recitativ və qadın xorunun iştirakı, kədərli koloritdə verilmiş musiqi şairin ölümqabağı keçirdiyi hisslərin mürəkkəb qammasını dolğun şəkildə əks etdirir. Qəhrəmanların duetini müşayiət edən solist (tenor) və qadın xoru gah ayrı-ayrılıqda, gah da bir yerdə qovuşaraq səslənir. Baletdə Nəsimi obrazını xarakterizə edən musiqi nömrələrinin əksərində olduğu kimi bu nömrə də şur ladında yazılmışdır. G.Abdullazadə muğamların fəlsəfi mahiyyətindən bəhs edərkən, Şur muğamının bir neçə xüsusiyyəti ilə yanaşı ekstatik əhval-ruhiyyənin musiqi vasitəsi ilə ifadəsi olduğunu da qeyd edir1. Muğam inkişafı üçün səciyyəvi prinsiplər əsasında yeni variantlar və yeni-yeni intonasiyalarla zənginləşən mövzu tədriclə geniş diapozonu əhatə edir.

Əsas qəhrəmanın lirik obraz kimi canlandığı yuxarıdakı nömrələrdən fərqli olaraq baletin digər dörd nömrəsində (“Nəsiminin monoloq”, “Nəsiminin etirazı”, “Mübarizə”, “Əbədilik”) Nəsimi sarsılmaz iradə, möhkəm dəyanətə malik, xalqını sevən mübariz bir insan kimi verilmişdir. Qeyd edək ki, bu xüsusiyyətlər ayrı-ayrı səhnələrdə bütün tamaşa boyu tədricən inkişaf etdirilərək, son nömrələrdə Nəsiminin məğlubedilməz, əzəmətli obrazını musiqi və xoreoqrafiyanın vəhdətində olduqca inandırıcı şəkildə təcəssüm etdirir. “Monoloq” və “Nəsiminin etirazı”nda qəhrəmanın məğrur, əyilməz xüsusiyyətləri hələlik qismən verilərək, lirik xəttlə yanaşı inkişaf etdirilir.Tamaşanın finalında isə insan şəxsiyyətinin əzəməti və yenilməz ləyaqət ideyasının təcəssümü kimi verilən “Mübarizə” və “Əbədilik” adlanan son səhnələrdə şair-folosof Nəsimi obrazının hərtərəfli inkişafının şahidi oluruq.

“Mübarizə” (Allegro agitato) Nəsimi və cəlladların ən çətin və həlledici qarşıdurmasını təsvir edir. Nəsimi sarsılmaz dəyanət, möhkəm iradə nümayiş etdirərək var qüvvəsi ilə ölümlə çarpışır, son nəfəsinədək öz ideyalarına sadiq qalır. Cəlladların qamçı rəhbərləri ilə assosiasiya edən si orqan punktu fonunda ağac nəfəsli alətlərin yuxarı restrində xalqın həyəcan motivi dönə-dönə səslənərək kütlələrin qəddar hökmə reaksiyasını əks etdirir. Bu zaman valtornaların ff ifasında mərd, əzəmətli, eyni zamanda bir qədər kədərli mövzu səslənir. Bu, ölümqabağı öz xalqı ilə vidalaşan, sarsılmaz qurur və dəyanət simvolu olan Nəsiminin məğrur səsidir. Xanə daxilində qüvvətli və zəif təqtilərin tez-tez dəyişməsi dəyişkən metr, qeyri-müntəzəm ritm mübarizənin anbaan kəskinləşməsindən xəbər verir. Nəhayət, son xanələrdə litavroların tremolası, boşqablarda colla bachetti, nəfəsli alətlərdə frullato ifadə üsuları artıq hökmün icra olunduğunu əks etdirir.

“Əbədilik” adlanan sonuncu nömrə tamaşanın yekunu kimi verilmişdir. Edam səhnəsini təsvir edən dekorasiyalar azad-fikirli şairin əzəmətli heykəli ilə əvəz olunur. Şairin ölməzliyini təsvir edən bu səhnə musiqidə də öz gözəl əksini tapmışdır. Bəstəkar bu nömrədə də partituraya xor əlavə edir. Qarışıq xorun muğam recitasiyası tərzində qüssə və həyəcan dolu ifası orkestr musiqisi ilə üzvi surətdə qovuşaraq əsərə monumentallıq, epiklik aşılayır. Nömrənin əvvəlində xalqın ah-naləsini əks etdirən kiçik tersiya diapazonunu əhatə edən mövzu tədricən qətiyyətli, təntənəli xüsusiyyət alır. Patetik boyalı c-moll tonallığının işıqlı C-dur tonallığı ilə əvəz olunması şair-filosof Nəsiminin ideyalarının ölüm üzərində qələbəsini bir daha musiqidə əks etdirməklə yanaşı, yumruq kimi birləşən xalqın orta əsr ibtibdadına qarşı nifrət və mübarizəsinin təntənəli sonluğundan xəbər verir.

Xalq musiqisi ritmlərini dərindən duyan bəstəkar tükənməz ritm fantaziyası ilə dinləyicini heyran edir. Yaradıcılığının son dövrünün tapıntıları olan, xalq musiqisi üçün səciyyəvi olmayan 5/8 ; 8/8 ; 7/8 ; 6/4 kimi metrik ölçülər orta əsrlərdə yaşayıb yaratmış dahi mütəfəkkir Nəsiminin həyatından bəhs edən bu əsərə bəstəkarın müasir baxışını əks etdirərək, məzmuna yeni nəfəs, yeni ruh gətitir. Bəstəkarın istedadının ən mühüm keyfiyyətlərindən biri – orkestr yazı sahəsində yüksək professionallığı, musiqi obrazının tembr boyaları sayəsində daha dolğun surətdə əks olunması, diğər əsərlərində olduğu kimi, “Nəsimi” baletində də özünü göstərir. Xüsusilə, ayrı-ayrı nömrələrdə solo ifa edən alətlərin rəngarəng tembr boyaları əsərin dramaturji inkişafında mühüm rol oynayır. ”Simfonik orkestrin tərkibinə tar, qaval, nağara, qoşa nağara daxil edən bəstəkar bir tərəfdən əsərin milli koloritini daha qabarıq surətdə əks etdirir, digər tərəfdən isə orta əsrlərin ab-havasını yaratmağa nail olur” .

Bütün bu xüsusiyyətlər formaca lakonik olan “Nəsimi dastanı” baletinin dərin məzmun və yüksək sənətkarlıq məziyyətlərini özündə birləşdirən novator əsər kimi səciyyələndirməyə imkan verir..
ƏDƏBİYYAT


    1. Aннотация к партитуре: Ф.Амиров.Сказание о Насими. Траурная музыка для большого симфонического оркестра.-М., 1977

    2. Г.Абдуллазаде. Философская сущность Азербайджанских мугамов. стр.32. Баку-1983


РЕЗЮМЕ

В статье раскрывается музыкально-историческая значимость балета Фикрета Амирова “Сказание о Насими”, написанного в 1973 году. Здесь дается музыкально-сюжетный анализ, музыкальный язык и образно-драматургическая концепция балета на основе синтеза мугама и современной техники письма. В “Сказании о Насими” композитор сумел органично объединить характерные черты мугама и симфонической музыки, добиться создания цельного художественного музыкально-сценического произведения.



SUMMARY

In article reveals the is musical-historical importance of ballet of Fikret Amirov “the Legend on Nasimi”, written in 1973. Here the is musical-subject analysis, musical language and the is figurative-dramaturgic concept of ballet on the basis of synthesis mugam and the modern technics of the letter is given. In “the Legend on Nasimi” the composer has managed to unite organically characteristic features mugam and symphonic music to achieve creation of integral art is musical-scenic product.




Hacızadə A.Y

IT IS / WAS HE WHO TİPLİ KONSTRUKSİYALAR VƏ ONLARIN

AZƏRBAYCAN DİLİNDƏ QARŞILIĞI
Dil faktlarının təhlili göstərir ki, “it” əvəzliyinin işlənmə halları yuxarıda göstərilənlərlə məhdudlaşmır. Belə ki, “it” əvəzliyi geniş şəkildə It is he who saved my life tipli cümlələrdə işlənir. Qeyd etmək lazımdır ki, həmin cümlələrdə də “it” əvəzliyinin mahiyyəti barədə dilçilər arasında fikir ayrılığı mövcuddur.

Y.Qordon və İ.Krılova “it” əvəzliyinin işlənmə hallarından danışarkən göstərirlər ki, bu əvəzlik xüsusi cümlə nümunələrinə malik olan emfatik konstruksiyalarda da işlənir. Həmin əvəzliyin şəxsli və yaxud şəxssiz olması barədə heç bir fikir söylənmir (5,272). V.Kauşanskaya, R.Kovner, O.Kojevnikova və s. dilçilər isə sadəcə olaraq belə hallarda “it” əvəzliyini emfatik “it” adlandırırlar (7, 229).

O.Musayev həmin məsələ haqqında aşağıdakı qənaətə gəlir. “Emosional nitqdə işlənən tabeli mürəkkəb cümlələrin baş cümləsində heç bir leksik mənaya malik olmayan formal mübtəda olur. Bu növ mübtədalar, bir qayda olaraq, “it” əvəzliyi ilə ifadə olunur” (1, 369).

Verilən bu qısa məlumatdan aydın olur ki, It is / was he who tipli konstruksiyalarda “it” əvəzliyi formal mübtəda kimi, yəni şəxssiz “it” kimi təqdim edilir. Bizcə, məsələnin bu şəkildə qoyuluşu o qədər də məqsədəuyğun deyil. Mətndaxili təhlil göstərir ki, həmin qəbildən olan cümlələrin işlənməsi bilavasitə mətnin ümumi məzmununa əsaslanır. “It” əvəzliyinin işarə etmə funksiyası ön plana çəkilir, həmin cümlədə işlədilən predikativ daha qabarıq şəkildə nəzərə çatdırılır. “It” əvəzliyi belə hallarda məqsəddən asılı olaraq o yaxud bu əvəzlikləri vasitəsilə tərcümə edilir.

Bu baxımdan V.Jiqadlo, İ.İvanova və L.İofikin söylədikləri fikir olduqca maraqlıdır. It is / was he who tipli cümlələrdə “it” əvəzliyi leksik mənaya malikdir. “It” əvəzliyi rus dilinə gto sözü vasitəsilə tərcümə edilir (2, 55).

It was George’s straw hat that saved his life that day – Gto şləpa Djordja spasla eqo jiznğ v tot denğ.

Deməli, belə qənaətə gəlmək olar ki, qeyd edilən cümlələrdə “it” əvəzliyinin işlənməsi yalnız formal baxımdan yox, həm də məzmun baxımdan da müəyyən əhəmiyyət kəsb edir.

Bir cəhəti nəzərə almaq lazımdır ki, həmin qəbildən olan cümlələrdə predikativ müxtəlif nitq hissələri ilə ifadə oluna bilər.

1. Predikativi əvəzliklə ifadə olunan cümlələr.

When I got angry it wasn’t I alone. It was I and the other coloreds who are like myself; those who want to be free (P.Abrahams).

Acıqlanan təkcə mən deyildim, o həm mən, həm də mənim kimi qaradərili başqaları idi; azad olmaq istəyən insanlar idi.



It was all that she could do to keep herself from running out to the boy (P.Abrahams).

Oğlanın yanına qaçmaqdan onu saxlayan məhz bu idi.



It was that I prayed for, son (P.Abrahams).

Bu mənim məhz dua etdiyim şey idi, oğul.

Verilən hər iki mətndə “it” əvəzliyinin işarəetmə funksiyası qabarıq şəkildə özünü göstərir. Xüsusən ikinci mətndə bu daha çox hiss olunur. Azərbaycan dilinə tərcümədə də işarəetmə funksiyası özünü göstərir.

2. Predikativi xüsusi isimlə ifadə olunan cümlələr.

… She turned the conversation in that direction; but it was Martin who came to the point first (J.London).

O söhbəti başqa səmtə yönəltdi, lakin mətləbə birinci gələn məhz Martin oldu.

It’s Mable who has taken the money (P.Abrahams).

Pulu məhz Meybl götürüb.

3. Predikativi müxtəlif mənalar kəsb edən isimlərlə ifadə olunan cümlələr.

Is it education that makes you behave as you do (P.Abrahams).

Səni belə davranmağa məcbur edən təhsildirmi?



Is it the white boy you talked about (P.Abrahams)

Haqqında danışdığın ağ oğlan budurmu?



It was the summer moon that come late (P.Abrahams).

Məhz yayda ay gec çıxır.



It is the truth that comes from living (P.Abrahams).

Bu həyat tərzindən gələn bir həqiqətdir.

4. Predikativi söz birləşməsi ilə ifadə olunur.

It was a part of the High Street that she had adopted (P.Abrahams).

Bu onun Hay Strit ən çox qəbul etdiyi hissəsi idi.

5. Predikativ cerund tərkibi ilə ifadə olunur.

It was your coming that did it (P.Abrahams).

Məhz sənin gəlişin buna səbəb oldu.

6. Predikativ zaman anlayışı bildirən sözlə ifadə olunur.

It was just tomorrow that had to go by and then everything would be all right (P.Abrahams).

Məhz sabahkı gün keçməli idi və hər şey yaxşı olacaqdı.

Qeyd etmək lazımdır ki, verilən bütün nümunələr ayrı-ayrı mətnlərdən götürülmüşdür. Həmin nümunələrdə “it” əvəzliyinin işlənməsi bilavasitə mətnin ümumi məzmunu ilə əlaqədardır. Belə hallarda “it” əvəzliyinin Azərbaycan dilində qarşılığından yalnız tərcümə vasitəsilə verilən cümlələrdən çıxış etmək lazım gəlir. Belə ki, Azərbaycan dilində bu cür cümlə modeli yoxdur.

Nəzərə almaq lazımdır ki, “it” əvəzliyinin mürəkkəb cümlələrdə işlənməsi yuxarıda göstərilən nümunələrlə məhdudlaşmır. Aşağıdakı nümunələrə nəzər salaq.

And again everything was all right. Only his cheek ruined. It was as though a red-hot iron had been impressed on his flesh (P.Abrahams).

Yenə hər şey öz qaydasında idi. Yalnız yanağı dəyişilmişdi. Elə bil onun dərisinə isti ütü basılmışdı.

“Good evening”. I also talk to myself sometimes. It is when I am trying very hard to remember something (P.Abrahams).

«Axşamınız xeyr». Mən də bəzən öz-özümə danışıram. Məhz həmin vaxt mən nəyisə xatırlamağa çalışıram.

A shy, understanding smile flittered across the old man’s face. It was as though he had followed his son’s thoughts. He nodded understandingly (P.Abrahams).

Kişinin sifətindən utancaq, razı bir təbəssüm keçdi. Elə bil o, oğlunun fikirlərini oxuyurdu. O başı ilə işarə etdi.

He was just a person. It was because he was a person that she was out there with him (P.Abrahams).

O, sadəcə bir adam idi. O, məhz onun birlikdə olduğu bir adam idi.

He turned his back on her.

It was before I knew you Sarie” (P.Abrahams).



O arxasını çevirdi.

«Sari, bu məhz mən səni tanıyandan qabaq olmuşdu».



It’s weeks since I last heard from you (P.Abrahams).

Mən səndən axırıncı dəfə bir neçə həftə əvvəl xəbər tutmuşdum.



It was thus that Fieta saw him walk into the kitchen of the big house (P.Abrahams).

Fiyeta onun böyük Evin mətbəxinə getdiyini məhz belə görmüşdü.

Bu qəbildən olan budaq cümlələrdə də “it” əvəzliyinin işarəetmə funksiyası açıq-aşkar hiss olunur. Belə ki, “it” əvəzliyi sanki özündən əvvəl gələn fikrin əvəzinə işlənir. E.Moroxovskaya qeyd edir ki, bu tip mürəkkəb cümlələr müasir ingilis dilində o qədər də geniş şəkildə işlədilmir (3, 21).

It is / was he who tipli cümlələrin cümlə sistemində yeri barədə də dilçilər arasında fikir ayrılığı mövcuddur. Əksər dilçilər həmin qəbildən olan cümlələri tabeli mürəkkəb cümlə kimi qəbul edir. Əsas mübahisə doğuran məsələ ondan ibarətdir ki, həmin cümlələrdəki komponentlər bir-birilə hansı əlaqə zəmnində birləşir. Bu baxımdan mövcud fikirləri aşağıdakı kimi qruplaşdırmaq olar.

1. İngilis dilçiliyində belə bir fikir formalaşmışdır ki, “it” əvəzliyi giriş mübtədasından sonra işlənən ikinci hissə mübtəda budaq cümləsidir (83, 22).

2. B.İlyiş isə belə qənaətə gəlir ki, bir cümlədə iki mübtəda olmaz. It əvəzliyi cümlənin mübtədası kimi, budaq cümlə isə “it” əvəzliyinin əlavəsi kimi çıxış edir (6, 199).

3. V.Jiqadlo, İ.İvanova və L.İofik müasir ingilis dili (qrammatikanın nəzəri kursu) adlı monoqrafiyada həmin cümlənin ikinci komponentini təyin budaq cümləsi kimi qeyd edirlər (2, 326). Onlar belə hesab edirlər ki, təyin budaq cümləsi to be felindən sonra gələn predikativ üzvü aydınlaşdırmağa xidmət edir.

4. A.Smirnitski isə bu məsələyə tamamilə başqa aspektdən yanaşır. O, belə hesab edir ki, ikinci hissədə işlədilən budaq cümlə digər budaq cümlələrdə olduğu kimi xəbərin mənasını tamamlamağa, onun mənasını inkişaf etdirməyə xidmət edir (4, 159).

5. Cümlənin məzmunundan və “it” əvəzliyinin rolundan, onun işlənmə mövqeyindən çıxış edərək bəzi dilçilər həmin qəbildən olan cümlələri məzmununa görə sadə, formasına görə mürəkkəb, bəzən isə onları emfatik cümlə adlandırırlar (3, 22).

Bu məsələ ilə bağlı fikirlərin sayını artırmaq da olardı, lakin buna ehtiyac yoxdur. Biz bu sahədə xüsusi olaraq tədqiqat aparan E.Moroxovskayanın fikrini daha çox məqbul hesab edirik.

It is / was he who modelinin əmələ gəlməsi və tarixi inkişaf yolundan bəhs edən mənbələrin araşdırılması nəticəsində belə qənaətə gəlmək olar ki, həmin model əsasında yaranan cümlələr mürəkkəb cümlələrdir. Cümlələrin təktərkibli (monopredikativ) və cüttərkibli (polipredikativli) cümlələrə ayrılması onlarda mübtəda və xəbərin mövcudluğuna əsaslanır və cümlələrin məntiqi-qrammatik üzvlənməsi ilə bağlı olur (3, 23).

Təktərkibli cümlələr üçün cüttərkibli cümlələrə aid olan qrammatik təhlil sxemindən istifadə olmaz, belə ki, mübtəda və xəbər iki anlayış olaraq bir-birinə münasibətdə müəyyənləşirlər.

Onlardan hər hansı birinin olmaması digərinin olmaması deməkdir və onların cümlənin baş üzvləri kimi müəyyən edilməsi yalnız cümlələrdə mümkündür, o cümlələrdə ki, orada ən azı iki müstəqil mənalı komponent olur.

Əgər biz cümlənin hər hansı bir üzvünə mühüm əhəmiyyət veririksə, onu ayrıca bir cümlənin içərisində yerləşdiririk. Bunu verilən cümləni transformasiya etdikdə daha aydın görmək olur.

My mother threw an egg at the Minister of Education yesterday.

It was my mother that threw an egg at the Ministry of Education yesterday.

It was yesterday that my mother threw an egg at the Minister of Education.

It was the Minister of Education that my mother threw an egg at yesterday.

E.Moroxovskaya belə qənaətə gəlir ki, It is / was he who tipli cümlələr tarixi bir proses keçərək müxtəlif mürəkkəb budaq cümlələr modeli əsasında formalaşmışdır. Həmin cümlələrin əsasını müəyyən quruluşa malik olan sadə cümlə təşkil edir. İkinci hissə isə tamamlama və təyinetmə əlaqə zəmnində birinci hissəyə birləşir (3, 25).

Nəzərə almaq lazımdır ki, “it” əvəzliyi ilə başlayan mürəkkəb cümlələrin sayı olduqca çoxdur. Onları sistemləşdirmək belə qeyri-mümkündür. Bizi o cəhət maraqlandırır ki, belə cümlələrdə “it” əvəzliyi əsasən işarəetmə funksiyasında işlənir. Azərbaycan dilində “it” əvəzliyinin qarşılığından danışarkən hər bir işlənmə halına fərdi yanaşmaq lazımdır. Belə ki, “it” əvəzliyi müasir ingilis dilində geniş işlənmə məqamlarına malikdir. Yalnız geniş mətn səviyyəsində “it” əvəzliyinin ifadə etdiyi mənanı müəyyənləşdirmək olar.


1   ...   6   7   8   9   10   11   12   13   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə