Hüquqi Yardim” Ictimai birliyi




Yüklə 9.35 Kb.
tarix11.03.2016
ölçüsü9.35 Kb.




Hüquqi Yardim”
Ictimai birliyi

Ünvan: Lənkəran şəh. Tofig İsmayılov küç.8

Tel/faks: (994171) 5 02 73 Mob.: (99450) 314 60 42

E-mail: huquq2003@rambler.ru



Press-Reliz.

Hüquqi Yardım” İB-yi Lənkəran regionunda fəaliyyət göstərən QHT-ləri bir araya topladı.


08 Sentyabr 2007-ci il tarixində “Hüquqi Yardım” ictimai birliyi Lənkəran rayonunda fəaliyyət göstərən əksər QHT nümayəndələrini bir araya toplayaraq regionda 3-cü sektorun inkişafını ləngidən məsələləri müzakirə etmək və gələcəkdə problemlərin həlli istiqamətində birgə fəaliyyətlərin planlaşdırılması məqsədi ilə dəyirmi masa təşkil etmişdir.
Dəyirmi masanın təşkil olunmasının əsas məqsədi ərazidə fəaliyyət göstərən QHT və icma nümayəndələrinin müntəzəm olaraq bir araya toplanılaraq mövcud problemləri birgə müzakirə etmək, yaranan çətinliklərin aradan qaldırılması üçün fikir mübadiləsi aparmaq və gələcək planları nəzərdən keçirərək birgə fəaliyyət planı həyata keçirməkdən ibarət idi.
Tədbiridə iştirak edən QHT sədrləri tərəfindən verilən bütün təkliflər müzakirə olunaraq nəzərə alındı və qərara gəlindi ki, problemlərin həll edilməsində və QHT-lərin inkişafınıda daha uğurlu naliyyətlərə nail olmaq məqsədi ilə birgə fəaliyyəti gücləndirmək, ərazidə fəaliyyət göstərən QHT-lərin ən azı ayda bir dəfə, rotasiya qaydası ilə sədrliyi həyata keçirməklə dəyirmi masa görüşlərini təşkil etmək, bu görüşlərdə təkcə QHT nümayəndələri deyil, həmçinin icma üzvlərinin də iştirakını təmin etmək və ictimaiyyətin məlumatlandırılması məqsədi ilə hər rüb ümumi büdcə hesabına görülən işlər barəsində informasiya bülletenin çap edilməsi qərarı verildi.
Dəyirmi masanın sonunda həmçinin qərara gəlindi ki, Cənub regionunda fəaliyyət göstərən QHT-lərin birgə şəbəkəsi yaradılsın və növbəti görüşdə şəbəkəyə üzüv olmaq istəyən digər QHT-lər şəbəkə ilə bağlı memorandumu imzalasınlar.
Qeyd olunmalıdır ki, şəbəkəyə üzvlük könüllülük qaydasında həyata keçirilir və memorandum onu imzalamaq istəyənlər üçün açıq olacaqdır.
“Hüquqi Yardım” ictimai birliyi 2003-cü ilin iyun ayında Lənkəran şəhərində bir qrup həmfikir hüquqşunas tərəfindən təsis edilmişdir. Birlik 2004-cü il iyulun 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır. Birlyin əsas missiyası Azərbaycanda demokratik, hüquqi dövlətin bərqərar olunmasına, vətəndaş cəmiyyətinin formalaşmasına nail olmaq, insan hüquq və azadlıqlarının qorunmasına yardım göstərməkdir.
Hüquqi Yardım” İB-yi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə