Hüquqi Yardim” Ictimai birliyi




Yüklə 10.27 Kb.
tarix10.04.2016
ölçüsü10.27 Kb.




Hüquqi Yardim”
Ictimai birliyi

Ünvan: Lənkəran şəh. Tofig İsmayılov küç.8

Tel/faks: (994171) 5 02 73 Mob.: (99450) 314 60 42

E-mail: huquq2003@rambler.ru



Press-Reliz.

08.07.2007 Lənkəran, Azərbaycan.
Tərəfdaş bələdiyyə ərazisində növbəti tədbir.
08.08.07 tarixində “Hüquqi Yardım” ictimai birliyi Couterpart İnternational Təşkilatının Vətəndaş İştirakçılığının proqrami çərçivəsində Cil kənd bələdiyyəsi ərazisində yaşayan vətəndaşlarla görüş keçirilmişdir.
Görüş iştirakçıları kəndin müxtəlif təbəqələrini təmsil edən ziyalılar, ağsaqqallar və gənclərdən ibarət idi.

Görüşün əsas məqsədi: tədbir iştirakçılarına vətəndaşlarla bələdiyyə arasında dialoqun artırılması məqsədi ilə Cil kənd bələdiyyəsinin əhatə etdiyi ərazilərdə quraşdırılmış 4 ədəd “təkliflər qutusu”-nun əhəmiyyəti, istifadə qaydaları, sakinlərin maneəsiz olaraq bu qutulara kəndin sosial, iqtisadi, mədəni, təhsil və s. sahələrini əhatə edən təklifləri və iradları barədə ərizə və şikayətlərini ata biləcəkləri haqqında maarifləndirici məlumatların verilməsindən ibarət idi.
Cil kənd bələdiyyəsinin sədri İntiqam Əkbərov iştirakçıları salamlayıb və tədbiri açıq elan etdikdən sonra “Hüquqi Yardım” İB-nin Prezidenti İlqar Qasımov iştirakçılara tədbirin məqsədini, gələcək planlar, “Təkliflər qutusu”-nun vacibliyi və istifadə qaydaları haqqında məlumatlar verdi. Həmçinin İlqar Qasımov onu da qeyd etdi ki, Cil kənd bələdiyyəsi Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində yaradılmış işçi qrupu ilə birgə həftədə 2 dəfə “Təkliflər qutusu”ndaki ərizə və məktublara baxış keçirəcək.
Görüşdə iştirak edən ağsaqqal və ziyalılar çıxış edərək “təkliflər qutusunun” yaradılmasının vətəndaşlarla Cil bələdiyyəsi arasında uzun illər boyu effektsiz olmuş dialoqun bərpa olunmasında böyük rol oynayacağını və şəffaflığın artırılmasına səbəb olacağını qeyd etdilər. Həmçinin Avqust ayından başlayaraq üç ay müddətində ayda 2 dəfə olmaqla Cil kənd bələdiyyəsinin “Tərəqqi” adlı büllütinin ilk nömrəsinin buraxılması da, “Hüquqi Yardım” İB-nin Cil kənd bələdiyyəsi ilə vətəndaş iştirakçılığının artırılması sahəsində əldə edəcəyi uğurların başlanğıcı kimi qeyd olundu.

Diskussiya şəkilində davam edən tədbirin sonunda iştirakçılara “Tərəqqi” bülleteni paylanıldı və verilən suallar cavablandırıldı



Qeyd edək ki, “Hüquqi Yardım” ictimai birliyi Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində vətəndaş iştirakçılığının artırılması üçün Cil kənd bələdiyyəsini tərəfdaş bələdiyyə kimi seçmişdir.
Vətəndaş Cəmiyyəti Layihəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən 5 illik layihədir. Bu layihə Urban İnstitutu, Qeyri-kommersiya Hüquqi üzrə Beynəlxalq Mərkəzlə tərəfdaşlıq edərək Counterpart İnternational təşkilatı tərəfindən və Respublikanın müxtəlif ərazilərində fəaliyyət göstərən 8 Dəstək Qeyri-hökümət təşkilatları vasitəsi ilə həyata keçirilir.

Hüquqi Yardım” İctimai Birliyi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə