HÜquqi ŞƏxsləRƏ VƏ FƏRDİ sahibkarlara məxsus əmlakin siğortasi qaydalari baki 2012




Yüklə 182.8 Kb.
səhifə3/3
tarix25.04.2016
ölçüsü182.8 Kb.
1   2   3

B1 - Sığorta müqaviləsi bağlanan zaman riskin dərəcəsindən asılı olaraq hesablanmış illik sığorta haqqı;

B2 - Sığorta müqaviləsinə dəyişikliyin edilməsi zamanı (sığorta riskinin artması) riskin dərəcəsindən asılı olaraq hesablanmış illik sığorta haqqı;

n – müqavilənin müddətinin bitməsinə qədər qalan tam ayların sayı;

Əlavə sığorta haqqının hesablanması zamanı cari ay tam ay kimi qəbul olunur.

19.5. Sığortalı (faydalanan) sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz edirsə, sığortaçı qanunvericiliyə müvafiq sığorta müqaviləsinin ləğv edilməsini və ləğv edilmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər. Sığorta riskinin artmasına səbəb ola biləcək faktların aradan qalxmasından (yox olmasından) sonra sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz.

19.6. Sındırmaqla oğurluq, oğurluğa cəhd, soyğunçuluq və quldurluq riskləri üzrə sığorta müddəti ərzində riskin artması aşağdakılar hesab olunur, lakin bunlarla məhdudlaşmır:

(a) sığorta ərizəsinin verilməsi zamanı mövcud olan və ya əlavə olaraq razılaşdırılmış təhlükəsizlik tədbirlərinin aradan qaldırılması və ya oların fəaliyyətinin minimuma endirilməsi;

(b) sığorta təminatının qüvvədə olduğu yerdə və ya qonşu sahələrdə tikinti işlərinin aparılması, tikinti taxtabəndlərinin quraşdırılması və ya kanatlardan və digər qaldırıcı vasitələrdən istifadə edilməsi;

(c) müəssisənin öz fəaliyyətinin dayandırılması və ya dondurulması.

(ç) sığorta yerinə daxil olmaq üçün lazım olan açarın və ya razılaşdırılmış əlavə təhlükəsizlik tədbirləri ilə qorunan anbarın açarının itirilməsindən sonra qıfılın eyni tipli qıfıl ilə əvəz olunmaması;

19.7. Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və sığortaçının öhdəliyinin yerinə yetirilməsi həcminə təsir göstərmədiyi halda sığortaçının ödənişin edilməsi üzrə öhdəliyi qüvvədə qalır.

19.8. Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində sığortaçı sığortalı tərəfindən verildiyi fakt və məlumatların doğruluğunu, riskin artıb-artmamasından asılı olmayaraq sığortalanmış əmlakın vəziyyətini, saxlanma qaydasını və dəyərini yoxlaya bilər.

19.9. Sığortaçı sığortalıya sığorta riskinin artmasını endirə biləcək tədbirlərin keçirilməsi üzrə göstərişləri verə bilər.


20. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

20.1. Bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.

20.2. Bu müqavilə üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.

20.3. Bu müqaviləyə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.



21. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI.

21.1. Sığorta hadisəsinin baş verməsindən sonra sığortalı sığortaçıya sığorta yerində baxışın keçirilməsi üçün şərait yaratmalı və dəymiş zərərin səbəbini və dəyərini təstiqləyən məlumatları təqdim etməlidir. Tələb olunan sənədlərin qismən təqdim olunması halında, sığortaçı təstiq edilməmiş hissə üzrə sığorta ödənişini həyata keçirməmək hüququnu əldə edir.

21.2. Aşağıdakılar təmin olunur:

(a) sığortalanmış əmlakın tam məhv olunması halında - Sığorta müqaviləsində göstərilmiş və sığortalanmış əmlakın tərkibində dəyişiklikləri nəzərə almaqla bilavasitə sığorta hadisəsindən əvvəl düzəlişlər edilmiş sığorta məbləği; qismən sığortanın aşkar olması halında qismən sığorta şərtini tətbiq etməklə daha kiçik məbləğ ödənilir. (bax bölmə 23);



Sığorta olunmuş əmlakın tam məhvi - Əgər sığorta hadisəsinin nəticəsində zədələnmiş əmlakın təmir olunmasına lazım olan vəsaitlər qalıqların dəyəri ilə birlikdə sığorta Müqaviləsində göstərilən sığorta məbləğindən artıqdırsa, həmin əmlak tam məhv olmuş hesab olunur.

(b) zərərin qismən dəyməsi halında - sığortalanmış əmlakın sığorta hadisəsinin baş verməsindən əvvəl mövcüd olan vəziyyətinə gətirilməsi üçün tələb olunan xərclər (hazırkı müqavilənin şərtlərinə əsasən).



Sığorta olunmuş əmlakın zədələnməsi - əgər zədələnmış əmlakın bərpa olunmasına lazım olan vəsaitlər qalıqların dəyəri ilə birlikdə əmlakın sığorta dəyərindən artıq deyilsə, həmin əmlak zədələnmiş hesab olunur.

Bərpa işləri üçün tələb olunan məbləğ sığorta Müqaviləsində göstərilən sığorta məbləğindən artıq olduqda, artıq olan hissə sığortaçı tərəfindən ödənilmir.

(c) məhsullara, xammala və bu kimi digər əmlaka zərər dəydikdə -

- Sığortalı tərəfindən istehsal edilən və istehsalatı hələ də davam edən məhsullar üzrə,

- Satış üçün nəzərdə tutulmuş mal ehtiyatları və ya hazır məhsullar üzrə,

- Xammal üzrə

sığorta ödənişinin məbləği yenidən istehsal edilməsinə və ya sığortalanmış əmlak ilə eyni növ və keyfiyyətdə olan əmlakın alınmasına xərclənmiş məbləğ (malların alış dəyərinin, daşınma xərclərinin, müvafiq hallarda gömrük xərclərinin və bu kimi digər xərclərin cəminə bərabərdir) sayılır. Hər halda daha kiçik (az) olan məbləğ əsas sayılır.

Malların satışından əldə oluna biləcək gəlir məbləği üzrə heç bir vaxt sığorta təminatı verilmir və bu məbləğ üzrə ödəniş həyata keçirilmir.

21.3. Bərpa olunma, təmir və təmizlənmə işlərlə əlaqəli hökümət orqanları tərəfindən qoyulmuş qadağalar nəticəsində yaranan zərərin artması və digər əlavə xərclər sığortaçı tərəfindən təmin olunmur.

21.4. Bərpa etmə xərclərinə aşağıdakılar daxildir:

- Əmlakın bərpası üçün lazım olan material və ehtiyyat hissələri üzrə xərclər;

- Bərpa işlərini aparan şəxslərə ödənilən məbləğ (əl haqqı);

- Bərpa işləri üçün lazım olan materialların iş yerinə çatdırılması xərcləri.

21.5. Bərpa etmə xərcləri aşağıdakıları əhatə etmir:

- Funksional və istehsal qüsurlarlarının aradan qaldırma xərcləri;

- Sığortalanmış əmlakın cari təmiri və texniki xidməti xərcləri;

- Sığortalanmış əmlakın əmtəə dəyərinin və görünüşünün itirilməsi;

- Sığortalanmış əmlakın hadisədən əvvəlki vəziyyətindən daha yaxşı vəziyyətə gətirilməsi üzrə xərclər;

- İtirilmiş gəlir (fayda).

21.6. Oğurlanmış, məhv olmuş və ya zədələnmiş əmlak üzrə zərər məbləğinin müəyyən olunması mümkün olmadıqda və ya belə əmlakın dəyəri (qiyməti) olmadıqda, zərər məbləğinin qiymətləndirilməsi üçün eynitipli (növ, cins) əmlakın cari bazar qiyməti əsas götürülür.

21.7. Müəyyən əmlak qrupu üzrə sığortalanmış əmlakın bir hissəsinin zədələnməsi üzrə təminat Sığorta Müqaviləsində göstərilən müvafiq məbləğlər və ya təminat limiti (sub-limitlər) ilə məhdudlaşdırılıbsa, sığorta təminatının hesablanmasının əsası olan dəymiş zərər üzrə ödənişin müəyyənləşdirilməsi zamanı həmin sub-limitlər onun son həddi hesab olunur.

21.8. Sığorta hadisəsi baş verməsi zamanı sığorta təminatı, hazırkı qaydaların tələblərini və şərtlərini nəzərə almaqla, əmlakın bazar qiyməti əsasında hesablanır.

21.9. Sığorta ödənişi Azərbaycan Respublikasının valyutasında ödənilir. Sığorta məbləği xarici valyutada müəyyən edilibsə, ödəniş Milli Bankın sığorta hadisəsinin gününə olan valyuta məzənnəsi ilə ödənilir.

22. ÖDƏNİŞ MÜDDƏTİ VƏ SIĞORTA ÖDƏNIŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

Sığortalı tərəfindən aşağıdakı sənədlərin təqdim olunması vaxtından etibarən, sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:



  • Sığorta ödənişinin verilməsi barədə ərizə;

  • Sığorta Müqaviləsi;

  • Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);

  • Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd, əmlakın müəssisə balansında olmasına dair arayış, predmetin əsas vəsaitlərə aid invertar vərəqəsi;

  • Texnoloji pozuntuların araşdırılmasına dair akt;

  • Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;

  • Zərər dəymiş predmetin qüsur siyahısı;

  • Təmir-bərpa işlərinin görülməsi və ya zərər dəymiş predmetin əvəzlənməsi üzrə xərclərin məcmu siyahısı;

  • Zərər dəymiş predmetin əvəzinə alınmış yeni əmlakın alqı-satqısına dair müqavilə;

  • Malın qaiməsi;

  • İtirilmiş qurğunun satın alınması, qurulması və (və ya) bərpası üzrə sığortalı tərəfindən faktiki xərcləri təsdiq edən hesab-fakturalar, ödəniş tapşırıqları.

  • Hadisənin mahiyyəti ilə əlaqədar olan digər sənədlər

23. QİSMƏN SIĞORTA.

Sığorta hadisəsinin baş verdiyi məqamda sığorta məbləği əmlakın sığorta dəyərindən az olarsa, bu halda sığorta ödənişinin məbləği sığorta məbləği ilə əmlakın sığorta dəyərinin nisbətinə müvafiq surətdə azaldılır.



24. ƏMLAKIN DƏYƏRİNDƏN ÇOX MƏBLƏĞDƏ OLAN SIĞORTA

Sığorta məbləği sığortalanmış əmlakın dəyərindən çox olarsa, sığorta müqaviləsi sığorta məbləğinin əmlakın dəyərindən artıq olan hissəsində etibarsızdır.


F. YEKUN MÜDDƏALAR

25. SIĞORTALININ ZƏRƏRİN ÖDƏNİLMƏSİ ÜZRƏ TƏLƏB HÜQUQUNUN SIĞORTAÇIYA KEÇMƏSİ (SUBROQASİYA)

25.1. Subroqasiya sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

25.2. Sığortalı və ya faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

25.3. Sığortalı və ya faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

25.4. Əgər sığortalı və ya faydalanan şəxs sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə və ya bu hüququn həyata keçirilməsi sığortalının təqsiri üzündən mümkün olmazsa, sığortaçı yuxarıda göstərilmiş hərəkətlər nəticəsində ona dəymiş zərər həcmində ödənişin edilməsindən azad olunur. Belə hal sığortaçı tərəfindən sığortalıya ödəniş verdikdən sonra aşkar olunarsa, sığortalı sığortaçıya həmin məbləği qaytarmalıdır.

25.5. Əgər sığortalı və ya faydalanan şəxs dəymiş zərər üzrə ödənişi üçüncü şəxslərdən alıbsa, sığortaçı yalnız sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğin və üçüncü şəxslər tərəfindən ödənilmiş məbləğin arasında olan fərqı ödəyir. Sığortalı və ya faydalanan şəxs üçüncu şəxslər tərəfindən edilmiş və ya edilə biləcək ödənişlər barəsində dərhal sığortaçıya xəbər verməlidir.



26. EKSPERTİZA

26.1. Sığorta hadisəsinin baş verməsindən sonra dəymiş zərər üzrə fikir ayrılığı mövcud olduqda sığortaçı ilə sığortalı zərərin müəyyənləşdirilməsini ekspertlərə həvalə edə bilərlər. Bu halda ekspertlərin rəyi, onun mövcud olan şəraitlərdən aşırı dərəcədə fərqlənməsi halları istisna olmaqla, məcburi hesab olunur. Sığortaçı sığorta ödənişinin məbləğini bu rəy əsasında hesablayır. Qarşılıqlı razılıq əsasında zərərin baş verməsi səbəbinin və şəraitinin və/və ya sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədi ilə də ekspertiza təyin edilə bilər. Həm sığortalı, həm də sığortaçı əks tərəfə müvafiq bildirişi göndərməklə, ekspertizanın birtərəfli qaydada keçirilməsini tələb edə bilər.

26.2. Ekspertizanın keçirilməsi zaman aşağıdakı qaydalara riayət olunmalıdır:

(a) sığortaçı və sığortalı əks tərəfin rəqibləri, iş partnyorları və ya ailə üzvləri olan şəxsləri və əks tərəfin rəqiblərinə, iş partnyorlarına çalışan və ya onlarla bu kimi digər əlaqələrdə olan şəxsləri ekspert qismində cəlb edə bilməzlər;

(b) əgər bir tərəf əks tərəfin təyin etdiyi ekspertin rəyi ilə razı deyilsə, o, təkrar ekspertizanın keçirilməsini və ya mübahisənin məhkəmə qaydasında həll olunmasını tələb edə bilər;

(c) müstəqil ekspertizanın keçirilməsi üzrə xərcləri onun keçirilməsini tələb etmiş tərəf ödəyir. Ekspertizanın keçirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında təyin edilibsə və müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, xərclər tərəflər arasında bərabər bölüşdürülür.



27. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ

Hazırkı müqavilə ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilməlidir.




Cədvəl №1







QISA MÜDDƏTƏ BAĞLANILAN SIĞORTA MÜQAVİLƏLƏRİNƏ TƏTBİQ EDİLƏN SIĞORTA HAQQININ HESABLAMASI CƏDVƏLİ







Sığorta müqaviləsinin qüvvədə

оlduğu мüddət

İllik sığorta haqqına tətbiq еdilən faiz dərəcəsi







1 gündən 30 günədək

İllik Sığorta Haqqının 20%-i

30 gündən 45 günədək

İllik Sığorta Haqqının 25%-i

45 gündən 60 günədək

İllik Sığorta Haqqının 30%-i

60 gündən 75 günədək

İllik Sığorta Haqqının 35%-i

75 gündən 90 günədək

İllik Sığorta Haqqının 40%-i

90 gündən 105 günədək

İllik Sığorta Haqqının 45%-i

105 gündən 120 günədək

İllik Sığorta Haqqının 50%-i

120 gündən 135 günədək

İllik Sığorta Haqqının 55%-i

135 gündən 150 günədək

İllik Sığorta Haqqının 60%-i

150 gündən 165 günədək

İllik Sığorta Haqqının 65%-i

165 gündən 180 günədək

İllik Sığorta Haqqının 70%-i

180 gündən 195 günədək

İllik Sığorta Haqqının 75%-i

195 gündən 210 günədək

İllik Sığorta Haqqının 80%-i

210 gündən 225 günədək

İllik Sığorta Haqqının 85%-i

225 gündən 240 günədək

İllik Sığorta Haqqının 90%-i

240 gündən 270 günədək

İllik Sığorta Haqqının 95%-i

270 gündən artıq

İllik Sığorta Haqqının 100%-i


1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə