HÜquqi ŞƏxsləRƏ VƏ FƏRDİ sahibkarlara məxsus əmlakin siğortasi qaydalari baki 2012




Yüklə 182.8 Kb.
səhifə1/3
tarix25.04.2016
ölçüsü182.8 Kb.
  1   2   3



HÜQUQİ ŞƏXSLƏRƏ VƏ FƏRDİ SAHİBKARLARA MƏXSUS ƏMLAKIN SIĞORTASI QAYDALARI

BAKI 2012

HÜQUQİ ŞƏXSLƏRƏ VƏ FƏRDİ SAHİBKARLARA MƏXSUS ƏMLAKIN SIĞORTASI QAYDALARI

A.ÜMUMİ MÜDDƏALAR
Bundan sonra mətn üzrə “Qaydalar” “Alfa Sığorta” ASC-nin Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus əmlakın sığortası Qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa, digər hüquqi normativ aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və bundan sonra mətn üzrə “Sığorta müqaviləsi” adlanacaq “Alfa Sığorta” ASC-nin bağladığı bütün Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus əmlakın sığortası müqavilələrinin ayrılmaz tərkib hissəsidir.

Bu qaydalarla müəyyən olunan sığorta növü əmlakın yanğından və digər risklərdən sığortası sinifinə aiddir.


1. SIĞORTA SUBYEKTLƏRİ


    1. Sığortaçı – Azərbaycan Respublikasının qanunveriliciyi əsasında fəaliyyət göstərən və Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almış “Alfa Sığorta” ASC-dir.




    1. Sığortalı - Təşkilati-hüquqi formasından asılı olmayaraq, sığortaçı ilə mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqi əsasında sahib olan əmlak üzrə və ya vəkalət idarəsi, icarə, lizinq, girov, saxlama, satış və ya digər hüquqi əsaslarla götürülmüş əmlak üzrə sığorta müqaviləsini bağlayan hüquqi şəxslər sığortalılar hesab olunur.

Fərdi sahibkarlara məxsus əmlakın sığortası üzrə sığorta müqaviləsi bağlandığı halda fəaliyyət qabiliyyəti olan və mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququ əsasında bu əmlakın sahibi olan və ya vəkalət idarəsi, icarə, lizinq, girov, saxlama, satış və ya digər hüquqi əsaslarla bu əmlakı götürən fiziki şəxslər (vətəndaşlar, xarici vətəndaşlar və vətəndaş olmayan şəxslər) sığortalılar hesab olunur.


    1. Faydalanan şəxs sığorta ödənişini almaq hüququ olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.

Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçıya yazılı şəkildə müraciət edərək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.


    1. Əmlak qanun, digər hüquqi akt və müqavilə əsasında onun qorunub saxlanılmasında marağı (sığorta marağı) olan şəxsin (sığortalı və ya faydalanan) xeyrinə sığortaçı tərəfindən sığortalana bilər. Sığortalının və ya faydalanan şəxsin sığortalanmış əmlakda sığorta marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi etibarsız sayılır.


2. SIĞORTA OBYEKTİ VƏ PREDMETİ


    1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu daşınar və daşınmaz əmlakdır.




    1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.




    1. Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qanunla qadağan olunan mənafelər, qanunvericiliklə nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz.




    1. Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə aşağıdakılar sığortalana bilər:

      1. Daşınmaz əmlak (müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa – bina və tikililər, lakin torpaq sahələrinin, yeraltı sərvətlər yataqlarının və su obyektlərinin istisna olunması şərti ilə), onların ayrı memarlıq və konstruksiya hissə və elementləri (binaların hissələri, yaşayış və qeyri yaşayış binaları, onların daxili təmir və bəzəmə işləri, mühəndis infrastrukturun elementləri);

      2. Daşınar əmlak (avadanlıq, güc və digər maşınlar, ötürücü mexanizmlər, inventar, hazır məhsullar, mallar, xammal, materiallar və s.);

      3. Seyfdə olan pul.

        1. Seyfdə olan pullar yalnız aşağıdakı şərtlərin olduğu halda sığorta olunmuş hesab edilə bilərlər:


Oğurluq riskinə dair.

  • Seyf Avrostandartlara uyğun olaraq oğurluğa qarşı ən azı 2-ci dərəcəli davamlığı olmalıdır;

  • Seyf yerləşən ərazidə işlək vəziyyətdə olan siqnalizasiyanın (oğurluğa qarşı) və ya 24 saat ərzində mütəmadi yazan nəzarət kameralarının olması, qeyri iş vaxtlarında mühafizənin olması;

  • Seyf yerləşən ərazi birinci və ya sonuncu mərtəbədədirsə, pəncərələrdə dəmir barmaqlıqların olması;

  • Seyfin çəkisi ən azı 150 kq olmalıdır.

  • Çəkisi 1 000 kq az olan seyflər döşəməyə və ya divara anker (dəmir bənd və ya bolt) və ya eyni funksiya daşıyan digər vasitə ilə bərkidilməlidir.


Yanğın riskinə dair.

  • Seyf oda davamlı olmalıdır (oda davamlı - seyfin konstruksiyasının seyfin içində olanların yanğının təsirindən qorunmasının təmin edilməsi qabiliyyəti);

  • Seyf yerləşən ərazidə işlək vəziyyətdə olan siqnalizasiyanın (yanğına qarşı), odsöndürənlərin, hidrantların olması, qeyri iş vaxtlarında mühafizənin olması;

  • Seyfin çəkisi ən azı 150 kq olmalıdır.




    1. Sığortalanmış əmlakı müəyyənləşdirmək məqsədi ilə sığorta müqaviləsində aşağıdakı məlumat göstərilməlidir:




      1. Müvafiq torpaq sahəsində (ünvan və s.) və ya digər daşınmaz əmlakın daxilində (mərtəbə, otaqların nömrələri və s.) olan daşınmaz əmlakın yerləşməsini müəyyənləşdirən məlumatlar;

      2. Avadanlığın, maşınların təsviri (növ, istehsalçı, model nömrəsi) və s.

    1. Qəza vəziyyətində olması müvafiq icra hakimiyyəti orqanları tərəfindən təstiq edilmiş bina və tikililər və onların içərisində olan əmlak heç bir halda sığorta olunmuş hesab edilə bilməz.


B. SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR

3. MADDİ ZƏRƏRDƏN SIĞORTA
Sığorta haqqının ödənilməsindən sonra Sığorta Müqaviləsində göstərilmiş əmlak sığorta müddəti ərzində və səhadətnamədə göstərilmiş risklər nəticəsində, məhv olarsa, zədələnərsə və ya oğurlanarsa (bu Qaydaların şərtlərinə, müddəalarına, istisnalarına və təminatına uyğun olaraq) sığortaçı sığortalıya həmin əmlakın zədələnməsi və ya məhv olması anına olan dəyərini və ya dəyən zərərin məbləğini ödəyəcək və ya sığortaçının seçimi ilə bu əmlakı və ya onun bir hissəsini bərpa və ya eyni tipli əmlak ilə əvəz edəcək (köhnəlməyə görə müvafiq məbləğin çıxılması şərti ilə). Lakin sığortaçının bu əmlak üzrə öhdəlikləri aşağıda göstərilən həddlərdən artıq ola bilməz:

(a) ümumilikdə və ya hər bir bölmə üzrə sığorta məbləği və ya hər bir əmlak üzrə sığorta məbləği və ya hadisə zamanı onun bazar dəyəri (hər halda daha kiçik məbləğ tətbiq olunur);

(b) sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi(ləri) üzrə ödənilmiş məbləğ(lər) çıxıldıqdan sonra sığorta məbləğinin qalıq hissəsi (lakin əlavə sığorta haqqının ödənilməsı şərti ilə sığorta məbləğinin azalmış hissəsi yenidən bərpa oluna bilər).
3.1. SIĞORTA RİSKLƏRİ
Sığorta təminatı yalnız Sığorta Müqaviləsində göstərilən risklərə dair qüvvədədir və həmin risklər aşağıdakı kimi başa düşülməlidir:

3.1.1. Yanğın və/və ya ildırım vurması

Bu Qaydalara əsasən yanğın dedikdə, alovun qalanması və ya saxlanması üçün ayrılmış xüsusi yerlərdən kənarda, özbaşına yayıla bilən alovun əmələ gəlməsi nəzərdə tutulur. Odun təsiri nəticəsində baş vermiş, lakin yanğının nəticəsi olmayan zərərlər, həmçinin sığortalanmış əmlakın emal edilməsi və ya digər məqsədlə (məsələn, qurutma, qaynatma, ütülmə, hisdə qurutma, metalların isti emalı və əridilməsi üçün) alovun, istliyin və digər termik mənbələrin təsirinə məruz qalması, lampa, şam, siqaret və sair bu kimi istilik mənbələrinin toxunması nəticəsində dəymiş zərərlər, habelə yanğın nəticəsində əmələ gəlmiş partlayışların törətdiyi zərər və itkilər təmin olunmur.

Sığorta təminatının qüvvədə olduğu yerdə baş vermiş yanğın hadisəsinin yayılmasının qarşısının alınması və yanğının söndürülməsi məqsədi ilə istifadə olunan yanğınsöndürmə vasitələrinin təsiri nəticəsində yaranan zərərlər üzrə təminat verilir.
İldırımın sığortalanmış əmlakı birbaşa vurması ildırım vurması sayılır.
3.1.2. Partlayış

Qaz və buxarların genişlənməyə meylli olmasından irəli gələn enerjinin ani təsiri partlayış sayılır. Rezervuarın (qazanın, boru kəmərinin) partlaması, onun divarlarının qırılması nəticəsində, onun içində və xaricində olan təzyiqin təfavütü qəfildən bərabərləşdikdə, baş vermiş hesab olunur. Seyrəlmiş atmosfer şəraitində (vakuumda) baş vermiş partlayış nəticəsində əmələ gəlmiş zərərlər təmin olunmur. Texnoloji proseslərin düzgün aparılmaması və ya təhlükəsizlik qaydalarının olmaması və ya onlara riayət olunmaması və ya onların pozulması nəticəsində yanma kamerasında baş vermiş partlayışlar nəticəsində daxili yanacaqlı mühərriklərə dəymiş zərər və daxili qaz təzyiqi nəticəsində elektrik açarlarının elementlərinə dəymiş zərər sığorta ilə təmin olunmur.



3.1.3. Zəlzələ

3.1.4. Tufan və qasırğa

Lakin açıq havada olan daşınar əmlaka, hasarlara və darvazalara dəyən zərərlər İSTİSNA olmaqla.

Tufan dedikdə, sürəti saatda 60 kilometrdən az olmayan və hava şəraiti nəticəsində əmələ gələn hava axınları nəzərdə tutulur.

3.1.5. Daşqın, sel basması

Sığortalanmış əmlak ətrafındakı çay, dərə və kanalların daşması; göllərin, dənizlərin (qabarma və çəkilmə istisna olmaqla) səviyyəsinin qalxması nəticəsində baş verən zərərlər üzrə sığorta təminat verilir.

Sığorta təminatına daxil olmayan hallar:

(a) açıq havada olan daşınar əmlaka, hasarlara və darvazalara dəyən zərərlər;

(b) su borularının partlaması, su çənlərinin sıradan çıxması və ya daşması nəticəsində dəyən zərərlər;

(c) qızdırıcı radiatorların partlaması, yağış nəvalçalarının daşmasına görə dəyən zərərlər;

(ç) daşqın və ya sel basması nəticəsində baş vermiş olsa da yer sürüşməsinin səbəb olduğu zərərlər.

3.1.6. Rezervuar və borulardan sızma və ya onların partlaması nəticəsində su basma

a) Aşağıdakı zərər və itkilər sığorta ilə təmin olunmur:



  1. Su borularının və ya rezervuarlarının təmiri, başqa yerə keçirilməsi və ya uzadılması nəticəsində baş vermiş zərər və itkilər;

  2. 30 gün və ya daha artıq müddət ərzində mütəmadi olaraq binaların boş olduğu zaman rezervuar və boruların partlaması, daşması və ya onlardan su sızması;

  3. Açıq havada yerləşən əmlaka dəymiş zərərlər;

  4. İstənilən sprinkler sisteminin və ya məişət məqsədindən başqa digər məqsədlər üçün istifadə edilmiş buxar qazanının partlaması və daşması nəticəsində dəymiş zərərlər.

b) Rezervuar və boruların partlaması, daşması və onlardan su sızması birbaşa və ya dolayı olaraq aşağıdakıların nəticəsində əmələ gəldikdə dəymiş zərərlər üzrə təminat verilmir:

  1. Sürüşmə, torpaq çökməsı və ya qalxması;

  1. Yanğın, ildırım vurması və ya 3.1.2. bəndi ilə nəzərdə tutulan partlayış.

3.1.7. Sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri

Sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri dedikdə, sığortalıya məxsus əmlakın üçüncü şəxslər tərəfindən qəsdən və ya ehtiyatsızlıq nəticəsində zədələnməsi və ya məhv olması başa düşülür.

Sığortalının və faydalanan şəxsin özü, işçiləri və ailə üzvləri (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) üçüncü şəxs hesab edilmirlər.

Bu risk üzrə dəymiş zərərin birbaşa və ya dolayı olaraq aşağıdakı hadisələrin nəticəsində baş verməsi halları istisna olmaqla:

(a) yanğın;

(b) oğurluq və ya oğurluğa cəhd;

(c) hər hansı kommersiya, sənaye və digər iş fəaliyyətinin bütovlüklə və ya qismən dayanması və ya ləngiməsi;

(ç) soyğunçuluq və ya quldurluq;

(d) sığortalının (faydalanan şəxsin) və ya onun işçilərinin hərəkətləri nəticəsində dəymiş zərərlər;

(e) müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa pəncərələrin, aynaların, vitrinlərin və şüşədən istehsal olunmuş digər əşyaların sındırılması nəticəsində dəymiş zərərlər;



3.1.8. Sındırmaqla oğurluq və ya oğurluğa cəhd

Lakin aşağıdakıların nəticəsində dəymiş zərərlər istisna olmaqla:

(a) sığortalının işçiləri və ya binanın sakinləri ilə əlbir olaraq törədilmiş oğurluq;

(b) açıq havada olan əmlakın oğurluğu;

(c) xüsusi sığorta müqaviləsi ilə sığortalanmış şüşələrin oğurluğu;
Sındırmaqla oğurluq - kilidaçan (qıfıl açmaq üçün açar əvəzində işlədilən qarmağa oxşar alət) və ya digər texniki vasitələrin (alətlərin) isitfadəsi ilə maneələri aşaraq və ya bina və tikililərin konstruktiv elementlərinin (qapı, pəncərə, arakəsmələr, divar, dam, barmaqlıqlar və s.) zədələyərək sığorta olunmuş bina və tikiliyə üçüncü şəxslərin qeyri-qanuni daxil olması şərtilə baş vermiş oğurluq hadisəsi.

Sığorta təminatı yalnız sığortalanmış əmlakın sığorta olunan ərazidə yerləşdiyi zaman qüvvədədir.



Sındırmaqla oğurluq və ya oğurluğa cəhd riski üzrə təminat sığortalanmış əmlakın oğurluğu və ya oğurluğa cəhd zamanı binalara, avadanlıqlar və ya qurğulara dəymiş zərəri daxil edir. Müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa, bu zərərlər (yəni oğurluq və ya oğurluğa cəhd zamanı binalara, avadanlıqlar və ya qurğulara dəymiş zərərlər) üzrə təminatın maksimal həddi sığorta müqaviləsi ilə sığortalanmış və zərər çəkmiş binaların və ya sığortalanmış və zərər çəkmiş avadanlıq və ya qurğuların yerləşdiyi binaların içindəkiləri üzrə sığorta məbləğinin 5%-dən artıq ola bilməz.

3.1.9. Soyğunçuluq və ya quldurluq (Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərildiyi kimi)

3.1.10. Yer sürüşməsi, torpaq çökməsi və ya qalxması

Lakin aşağıdakı hadisələrin nəticəsində baş verən sürüşmə, torpaq çökməsi və ya qalxması İSTİSNA olmaq şərti ilə:

(a) binanın dağıdılması, tikilməsi, ekskavasiyası və ya təmiri ilə əlaqədar işlərin aparılması;

(b) sığorta Müqaviləsində göstərilən sığorta təminatının qüvvəyə minmə tarixindən əvvəl əmələ gəlmiş zərərlər;

(c) normal çökmə;

(ç) parazitlər, amortizasiya (köhnəlmə), tədricən korlanma, paslanma, korroziya, gizli defektlər, özünə məxsus qüsurlar, yanlış dizayn, yanlış materiallar və ya qeyri-peşəkar olan ustaların işi;

(d) sığortalanmış binaya zərər dəymədikdə, həyət sahələrinə, avtomobil dayanacaqlarına (qarajlara), yollara, trotuarlara, darvazalara və hasarlara dəymiş zərərlər;

(e) süni üsulla qurulmuş yer sahəsinin enməsı və ya hərəkətə gəlməsi;

(ə) sahil və ya çay eroziyası;

(f) zəlzələ;

(g) həmin binaların ətrafında və ya altında aparılan yeraltı işlər və qazıntı işləri.

3.1.11. Qar ağırlığı

Sığorta təminatına daxil olan zərərlər:

(a) qarın ağırlığından damın uçması və ya çökməsi nəticəsində sığortalanmış binaya dəymiş zərərlər;

(b) qarın ağırlığından damın uçması və ya çökməsi nəticəsində qarın, yağışın və dolunun binanın içindəki sığortalanmış mallara vurduğu zərərlər.

Sığorta təminatına daxil edilməyən zərərlər:

(a) qarın ağırlığına görə damda heç bir xəsarət baş vermədən, qarın, dolunun, yağışın və ya əriyən qarın binanın içərisinə keçməsinə (sızmasına) görə dəyən zərərlər;

(b) açıq havada qalmış mallara dəyən zərərlər.

3.1.12. Nəqliyyat vasitələrinin sığortalanmış əmlaka dəyməsi

3.1.12.1. Avtonəqliyyat vasitələri ilə vurulan zərərlər

Mühərrikli və mühərriksiz avtonəqliyyat vasitələrinin sığortalanmış əmlakı vurması nəticəsində sığortalanmış əmlaka dəyən zərərlər.

Sığortalının özü, yaxın qohumları, qulluqçuları və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslər tərəfindən idarə olunan avtomobillərin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.

3.1.12.2. Hava nəqliyyatı ilə vurulan zərərlər

Təyyarələrin və digər hava nəqliyyatı vasitələrinin toqquşması və ya düşməsi və onlardan bir hissəsinin və ya parçasının düşməsi nəticəsində sığortalanmış əmlaka dəyən zərərlər.

Sığortalının özü, yaxın qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavadeh olduğu şəxslər tərəfindən idarə olunan hava nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.

3.1.12.3. Su nəqliyyatı ilə vurulan zərərlərə görə şərtlər

Mühərrikli və mühərriksiz su nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka dəyməsi nəticəsində sığortalanmış əmlaka dəyən zərərlər.

Sığortalının özü, yaxın qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan su nəqliyyat vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər, sığorta təminatına daxil edilmir.

3.1.13. Sığortaçı ilə sığortalının qarşılıqlı razılığı əsasında təminat yuxarıda sadalanan riskləin bir neçəsi və ya hamısı üzrə verilə bilər.

3.1.14. Sığorta təminatına, tərəflərin qarşılıqlı razılaşması əsasında və Müqavilədə və ya əlavədə göstərilməsi şərti ilə DİGƏR risklər də daxil edilə bilər.

3.2. ŞÜŞƏ SINMASI ÜZRƏ ƏLAVƏ TƏMİNAT

Bilavasitə sığorta müqaviləsində göstərilmiş risklər nəticəsində binaya zərərin dəyməsi ilə yanaşı binaların şüşədən olan tərkib hissəsinin sınması baş verdikdə sığortaçı əlavə olaraq sınmış şüşələrin dəyişdirilməsi üzrə xərclərini öz üzərinə götürur. Aşağıdakı hallar istisna edilir:

(a) bina üzrə aparılan təmir, dekorasiya, əlavə və düzəltmə işləri nəticəsində və ya süşələrin dəyişdirilməsi və quraşdırılması zamanı süşələrin sınması;

(b) konstruksıyaların dağılması və köhnəlməsi nəticəsində şüşələrin sınması.



4. BÖLMƏ 3-ə AİD XÜSUSİ İSTİSNALAR

4.1. DOLAYI İTKİ

Zəhmət haqqının itirilməsi və/və ya ləngitmə nəticəsində baş vermiş mənfəətin itirilməsi, bazarın itirilməsi və hər hansı digər dolayı itki və zərərlər.



4.2. KOMPÜTERLƏRDƏ SAXLANILAN MƏLUMATLAR VƏ DİGƏR MƏLUMAT BAZALARI

Kompüterlərdə saxlanılan məlumatların və digər məlumat bazalarının elektron və ya çap edilmiş variantları.



4.3. ŞAXTA

Şaxta nəticəsində dəymiş hər hansı itki və ya zərər.



5. BÖLMƏ 3-ə AİD XÜSUSİ ŞƏRTLƏR

Hazırkı bölmə üzrə sığortaçının məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlər sığortalı tərəfindən yerinə yetirilməlidir, əks halda sığortaçı dəymiş zərəri ödəmək öhdəliyindən azad olunur. Lakin, bu halda sığortaçı bu Qaydaları bütövlükdə rədd edə bilməz.



5.1. TULLANTILARA GÜNDƏLİK NƏZARƏT

Bütün ticarət, tullantı və tör-töküntü materialları hər gün yığışdırılmalı, qablaşdırılmalı və tikililərin ərazisindən kənarlaşdırılmalıdır, və bütün neft və yağ tullantıları metal qablarda saxlanmalı və hər həftə ərazidən kənarlaşdırılmalıdır.



5.2. YANĞIN SÖNDÜRMƏ CİHAZLARININ İSTİSMARI

Odsöndürənlər və digər yanğın söndürmə cihazları Sığorta Müqaviləsində göstərilən sığorta təminatının qüvvədə olduğu müddət ərzində sığortalı tərəfindən müvafiq qaydalara uyğun olaraq mütəmadi yoxlanılmalıdır və tam işlək vəziyyətdə saxlanılmalıdır.



5.3. SAKİNLƏR HAQQINDA MƏLUMATIN DƏRHAL VERİLMƏSİ

Sığorta olunmuş binaların 30 gün və daha artıq müddət ərzində mütəmadi olaraq boş qalması haqqında məlumat sığortaçıya dərhal çatdırılmalıdır. Belə məlumatın daxil olmasından sonra sığortaçı bu məlumatları nəzərə alaraq sığorta haqqının qaldırılması və ya sığorta müqaviləsinə digər dəyişiliklərin edilməsi hüququna malikdir.



5.4. STELLAJ

Hər hansı anbarın sahəsində saxlanılan mallar yerin səviyyəsindən 20 santimetr yüksəklikdə yerləşdirilməlidir.



5.5. TİKİNTİ TULLANTILARININ TƏMİZLƏNMƏSİ

Sığortaçı və sığortalı arasında əldə edilmiş xüsusi razılığa əsasən, Sığorta Müqaviləsində göstərilmiş sığorta məbləği(ləri) çərçivəsində, hazırkı Qaydaların 3-cü bölməsində nəzərdə tutulan risklər nəticəsində bina və ya onun hissələrinin zədələnməsi ilə əlaqədar həyata keçirilmiş aşağıdakı tədbirlər üzrə xərclərin ödənilməsi təmin edilir:


(a) tikinti tullantılarının təmizlənməsi,

(b) sökmə və dağıtma, və/vəya

(c) bərkitmə və ya dayağın vurulması.

Lakin, sığortaçı aşağıdakılar üzrə xərcləri heç bir halda ödəmir:

(ç) sığorta olunmuş binaların ərazisi istisna olmaqla digər ərazilərdən tullantıların yığışdırılması, və ya

(d) bilavasitə və ya dolayı olaraq çirklənmə və zəhərlənmə nəticəsində əmələ gələn xərclər.

Bu müddəa hazırkı Sığorta Qaydalarının digər şərtlərinin yerinə yetirilməsi şərti ilə tətbiq edilir.

6. ÜMUMİ İSTİSNALAR

Bu Sığorta Qaydaları ilə aşağıdakılar üzrə təminat verilmir:



6.1. SINMA

Bilavasitə mexaniki nasazlıq və ya sınma, elektrik cərəyanının pozulması, klapanların və qızma lampalarının və onlara oxşar cihazların partlaması, işə salma ilə bağlı qapanma nəticəsində zərərin dəyməsi və ya yanıb xarab olma, elektrik enerjisinin həddindən artıq yüksək təzyiqi və ya axması nəticəsində baş vermiş yanma və ya zərərlər və həddindən artıq qızdırılma nəticəsində məhv olmuş və ya zədələnmiş cihaz və avadanlıqlar.

Lakin bu hadisələrin nəticəsində baş vermiş yanğın, partlayış və ya digər sığorta olunmuş müvafiq risklər səbəbindən sığorta olunmuş bina və tikililərə və / və ya onların içində yerləşən sığorta olunmuş digər əmlaka dəymiş zərərlərə dair sığorta təminatı öz qüvvəsini saxlayır.

6.2. TİKİNTİ İŞLƏRİ

Bina və tikililərdə və ya digər ərazilərdə aparılan hər hansı tikinti işləri nəticəsində (təzələmə, təmir, montaj və yeniləşdirmə işləri daxil olmaqla) baş verən itki və zərərlər.



6.3. PUL VƏSAİTLƏRİ VƏ SIĞORTA OLUNMAYAN DİGƏR ƏŞYALAR

(a) sığortalıya məxsus olan çeklər, poçt və pul sifarişləri, poçt ştampları və markaları, vauçerlər, səhmlər, qiymətli kağızlar, istiqrazlar;

(b) sənətkarlıq və antikvar baxımından qiymətli olan tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar;

(c) modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər;

(ç) qiymətli metallar, qiymətli daşlar və onlardan hazırlanmış məmulatlar.

6.4. ÇİRKLƏNMƏ VƏ ZƏHƏRLƏNMƏ

Çirklənmə və zəhərlənmə nəticəsində baş vermiş itki, zərər və ya məhv olma.



6.5. RADİOAKTİV ZƏHƏRLƏNMƏ

Bilavəsitə və ya dolayı olaraq aşağıdakıların nəticəsində baş vermiş itki, zərər, xərc və ya hər hansı dolayı itki:

(a) ionlaşdırıcı radiasiya şuaları, radioaktiv elementlər, qeyri-radiasiya tərkibli nüvə yanacağı, yanmış nüvə yanacağı, partlayıcı nüvə tərkibli element və ya onun komponentlərindən ibarət təhlükəli radioaktiv, zəhərli, partlayıcı və digər maddələrin təsiri;

(b) hər hansı partlayıcı nüvə yığıncaqlarının və ya nüvə komponentini daşıyan radioaktiv, toksik, partlayıcı və digər təhlükəli maddələr və onların yerləşdiyi qurğu və cihazlar.



6.6. SƏS SÜRƏTİ NƏTİCƏSİNDƏ ƏMƏLƏ GƏLMİŞ ZƏRƏRLƏR

Səs və ya səsin sürətindən yüksək sürətlə hərəkət edən təyyarələr və digər hava apparatları ilə bilavəsitə və ya dolayı olaraq yaranan təzyiq dalğaları nəticəsində əmələ gəlmiş itki, məhv olma və ya digər zərərlər.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə