Humanitar və sosial




Yüklə 62.71 Kb.
tarix27.02.2016
ölçüsü62.71 Kb.


XƏZƏR UNİVERSİTETİ

“Humanitar və sosial”

fənlər üçün

Kursun proqramı

(syllabus)
Statistika-1

Müəllim: f-r.e.n,dosent Məhəmməd Nurməmmədov Əhməd oğlu


Yaz - 2014

Xəzər Universiteti

XƏZƏR UNİVERSİTETI

Statistika fənninin

iş proqramı

(Syllabus)
Semestr: 2014 tədris ili, yaz.

Müəllim: f-r.e.n,dosent Məhəmməd Nurməmmədov

Dərs saatları:çərşənbə axşamı saat: 900

Əlaqə: Nurmamedov@mail.ru

Dərsin məqsədi

Statistika dərsi öz qarşısına aşağıdakı əsas vəzifələri qoyur:

1. Ehtimal nəzəriyyəsinin əsas elementlərinin öyrənilməsi, hobela orta məktəb

kursunda tətbiq etmək bacarığına yiyələnmək.

2. Hiper həndəsi, Binomial, Puasson paylanması. Hipotez ehtimalı, Bayes

düsturunun tətbiqi.

3. Böyük ədədlər qanunun tətbiqi.

4. Təsadüfi kəmiyyətlərin növləri və onların ədədi xarakteristikaları.

5. Statistikada Xi- kvadrat, Fişker- Snedker, Stydent paylanmalarının

cədvəllərindən istifadə etmək bacarığına yiyələnmək.

6. Korrelyasiya momenti, əmsalının xətti reqresiyanın qurulması kimi nəzəriyyə,

praktik işlərə tətbiq etmək bacarığına yiyələnmək.

7. Statistikada ortalama ( baş toplum üzrə, qrup, qrup daxili, qruplar arası, seçmə

ortalamaları) dəqiq tətbiq etmək.

8. Hipotezlərin yoxlanması, Etibarlılıq intervalını statistikada qurmaq kimi

bacarıqlara yiyələnmək.


Dərsin nəticələri

Statistika dərsi aşağıdakı məqsədlərə nail olmağı planlaşdırır:

Dərslərdə müntəzəm və aktiv iştirak edən və kursu uğurla tamamlayan tələbə,
1. Ehtimal nəzəriyyəsinin dərketmə, tətbiqi

2. Statistikanın geniş tematikası və zəngin tətbiqi ilə tanış olacaq (konyuktiv

nəticə-biliklənmə, experimentləri dərk etmək)

3. Sərbəst şəkildə verilənlər üzərində iş və statistik nəticələrin analizini aparmaq

qabiliyyəti

4. Statistik yoxlama,müşahidə nəticələrinə əsasən dünya görüşlərin

formalaşmasında savadlı riyaziyyatçı kimi yetişmək bacarığına malik olmağa

hazırlaşmaq və bu baza ilə riyazi, pedoqoji riyaziyyatçı,pedoqoji baxışlarını

geniş diapazonda mütəxəssis kimi mövqe tutmaq.

Dərsin işlənmə forması

1. Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.

2. Keçilən dərslərin tezisləri sonra tələbələrə verilsə də, dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğuyla əks etdirməyəcəkdir.

3. Dərslər azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan, Rus və ya English dilində ifadə etmək olar.

4. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.


Dərsə hazırlaşma forması

Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur:

1. Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər müəyyən dərəcədə öyrənmək

2. Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək

3. Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.
Qiymətləndirmə forması

Aralıq imtahanı: 30 bal

Final imtahanı: 40 bal

Davamiyyət (participation): 10 bal (Üzrsüz buraxılmış hər 3 dərs üçün 1 bal çıxılır)

Fəallıq (activity): -

Quiz 20 bal

_____________________________

Cəmi: 100 bal


İmtahan forması

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş proqramında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.

2. Əzbərçi və avtoritativ tələbələr adətən bir mənbədən alınan məlumatla kifayətlənirlər. Belə tələbələr bu dərsdə, ən yaxşı halda, ancaq keçid balını yığa bilərlər. Araştırmaçı (tədqiqatçı) tələbələr isə ən azı iki mənbəyə müraciət edirlər. Bu dərsdən yüksək bal yığmaq istəyən tələbələr məhz tədqiqatçı olmalıdırlar.

3. Üç dəfə davamsızlıq bir balın itirilməsilə nəticələnir. Bütün semestr dərsdə olmayan tələbələr avtomatik olaraq 10 bal itirirlər.

4. Statistika dərslərində ekspromt (bədahətən, meyxanavari) və assosiativ (ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də, hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!

İmtahanlardan əvvəl konsultasiyalar təyin olunur.


Esse hazırlama forması

1. Esse mövzuları qabaqcadan veriləcəkdir.

2. Esselər ən gec, son dərs günü təqdim edilməlidir. Gecikən esselər qəbul edilmir.

3. Esselərin tərtibatı belə olmalıdır: şrift ölçüsü: 14, interval: 1, həcm: ən azı 5 səhifə. Tərtibatı göstərilmiş qaydada olmayan esselər bal itrəcəklər.

4. Ümumiyyətlə, Statistika dərslərində və konkret olaraq esse hazırlayarkən əsas tələb – Statistika dərslərində öyrənilənləri öz analiz və şərhlərinə tətbiq etmək, heç bir doqmaya, sterotipə, xora, avtoritetə, kütləvi mentalitetə, tradisiyaya qulaq asmamaq, filosofluq etmək, müstəqil fikirləşmək, ənənəvi vərdişlərdən xilas olmaq, sərbəst interpretasiya etməkdir. Esselərdə ümümi, adi, hamının deyə biləcəyi, hər gün hər yerdə eşidə biləcəyimiz şablon sözlərə və yaxud xülasə və icmallara və nəhayət köçürülmə hazır yazılara bal verilmir!

5. Bəzi hallarda esselərin prezentasiyası tələb ediləcəkdir.

6. Azad davamiyyət verilmir!
Cəzalandırma forması

Üzrsüz buraxılmış hər 3 dərs üçün 1 bal çıxılır.



HƏFTƏLƏR



MÖVZULAR

SAATLAR

11.02.14

Ehtimal nəzəriyyəsnin əsas anlayışları.

Sınaq,hadisə. Təsadüfi hadisələrin növləri və ehtimalın klassik tərifi



2

11.02.14

Kombitarkonun əsas düsturları və ehtimalın tapılmasında tətbiqi

2

18.02.14

Nisbi tezlik və klassik ehtimal ilə statisitk ehtimalın təriflərinin əsaslandırılması. Həndəsi ehtimal.

2

18.02.14

Ehtimalın toplanması, tam hadisələr qrupu

2

25.02.14

Ehtimalın vurma düsturu və şərti ehtimal.

2

25.02.14

Asılı olmayan hadisələr və onlar üçün ehtimal vurma düsturu.

2

4.03.14

Ən azı bir hadisənin baş verməsi ehtimalı

2

4.03.14

Birgə hadisələrin ehtimalının toplanması teoremi. Tam ehtimal düstrur.

2

11.03.14

Hipotez ehtimalı, Bayes düsturu

2

11.03.14

Təkrar sınaqlar., Bernulli düsturu, Lokal Laplas teoremi.

2

18.03.14

Təsadüfi kəmiyyət və onların növləri. Ehtimal paylanma qanunu.

2

25.03.14

25.03.14


Bayram

Binomial, Puasson, həndəsi paylanma

2

Hiper həndəsi paylanma, təsadüfi kəmiyyətin ədədi xarakteristikası

2

1.04.14

Riyazi gözləmə və onun ehtimal mənası, xassələr

2

1.04.14

Dispersiya və onun əsas xassələri

2

8.04.14

Asılı olmayan sınaqlar üçün dispersiya orta kvadratın meyl.

2

8.04.14

Başlanğıc və mərkəzi nəzəri momentlər

2

15.04.14

15.04.14


Aralıq imtahanı

Böyük ədədlər qanunu Bernulli və Çebişov teoremləri

2

Təsadüfi kəmiyyətlər paylanma və ehtimal sıxlıq funksiyaları

2

22.04.14

Normal, müntəzəm ehtimal paylanmaları

2

22.04.14

Təsadüfi kəmiyyətlərin intervala düşmə ehtimalı və 3-siqma qaydası

2

29.04.14

X-i (xi) kvadrat paylanması, F Fişer – S nedekor, Stydent paylanmaları

2

29.04.14

Üstlü paylanmalar və ədədi xarakteristikası

2

6.05.14

İki təsadüfi kəmiyyətlər sistemi və onların paylanma qanunu. Korrelyasiya momenti və əmsalı. Xətti reqresiya

2

6.05.14

İki ölçülü ehtimal sıxlığı və xassələri. Korrelyasiya momenti və əmsalı.

2

13.05.14

Riyazi statistikanın əsas elementləri. Seçmənin statistik paylanması və emprik paylanma funksiyası

2

13.05.14

Baş, seşmə qrup və qrup daxili ortalama.

2

20.05.14

1.Seçmə dispersiya, baş dispersiya, qrup, qrup daxili, qruplar arası və ümumi dispersiyalar.

2

20.05.14

2.Etibarlılıq intervalları. Şərti variantlar, adi başlanğıc, mərkəzi nəzəri emprik momenlər

2

27.05.14
27.05.14

Statsitik hipotez və onların yoxlanması, normal baş toplam üzrə iki dispersiya müqayisəsi.

2

Oxu materialları

1. Ehtimal nəzəriyyəsi və riyazi statistika elementləri, F.N.Nəsibov, Bakı, Universiteti,1992

2. Ehtimal nəzəriyyəsi və riyazi statistika, Ə.Şahbazov, Maarif-Nəşriyyatı, 1973, Bakı

3. Temel Statistik, Metin Çakıcı, Türkiyə, 2000

4. B.E.Гмурман, Теория вероятности и математическая статистика, Высшая школа, 1977

5. П.Е.Данко, А.Г.Поков, Т.Я.Кожевникова. Высшая математи в упражнениях и задачах, Высшая школа, 1980, часть II

6. Ronald E., Walpole, Raymond H.Myers, Sharon L., Myers, Keying Ye. Probability and statistics for Engineering and Scientists. 7-th edition, New Jersey, 2002, USA

7. David M.Lavine, Timothy C.Krehbill, Mark L. Berenson, Business statistics 4-th edition, USA, 2006

8. Robert D.Mason, Dauglas A.Lind. Statistical techniques in business and Economics, 8-th edition, 1993, Boston, USA



Qeyd: Bu oxu materialları sadəcə olaraq bu fənnlə əlaqədar olan kitabların kiçik bir siyahısıdır. Əslində isə bu fənnin mövzuları təxminən 9-10 kitabı əhatə edir. Ona görə də, bu dərsin mövzuları ilə əlaqədar mümkün qədər çox oxumaq tələb olunur. Müəllimin mühazirəsi isə bir bilik buketi kimi sizə hazır emal olunmuş şəkildə çatdırılması nəzərdə tutulur.
Saf düşüncələr münasibətində Sizə uğurlar!



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə