Holdinq şirkətlərin yaranması mahiyyəti plan




Yüklə 55.65 Kb.
tarix20.04.2016
ölçüsü55.65 Kb.
Holdinq şirkətlərin yaranması mahiyyəti
PLAN:

1.Giriş
2.Holdinq şirkətləri biznesin effektiv forması kimi


3.Respublikamızda fəaliyyət göstərən holdinq şirkətlərin məqsədləri
4.Nəticə
5.Ədəbiyyat

Holdinq şirkətlərin biznesin təşkilinin effektiv forması kimi.
İqtisadiyyatda qloballşma prosesinin getdiyi indiki şəraitdə biznesin səmərəli təşkili və intensiv inkişaf etdirilməsi təkcə ölkə daxilində əmtəə-pul münasibətlərinin inkişafını deyil, həm də xarici iqtisadi, ticarət və elmi-texniki əlaqələrin zəruri edir.Keçid iqtisadiyyatlı ölkələr, o cümlədən Azərbaycan Resbuplikası üçün biznes fəaliyyətini inkişaf etdirməklə dünya iqtisadiyyatına six inteqrasiya müstəsna əhəmiyyətə malikdir.

Dünya təcrübəsi göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin böyük əksəriyyəti ağır tənəzzülə uğramış iqtisadiyyatlarını dirçəltmək və sağlamlaşdırmaq üçün dost ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq quraraq onların material və maliyyə resuslarından istifadə ediblər.Keçid dövründə Azərbaycan Resbuplikası da artıq sınaqdan çıxmış bu təcrübədən bacarıqla istifadə edərək öz milli iqtisadiyyatını bazar münasibətləri əsasında formalaşdırır və intensiv inkişaf etdirir.

Biznes fəaliyyətinin səmərəli təşkilində, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasında iri korporativ strukturların, o cümlədən holdinq şirkətlərinin yaradılması çox böyük rol oynayır.Holdinq şirkətlərində sənaye kapitalı, investisiya, elmtutumlu texnologiyalar, kompüterləşdirilmiş iş yerləri, yüksək ixtisaslı kadrlar cəmləşir.Korporativ idarəetmə strukturları ölkəni düşdüyü ağır iqtisadi böhran vəziyyətindən çixarmağa qadir olan lokomativ sayılır, müəssisələrin qarşılıqlı borclar probleminin həllinə kömək edirlər.

Dövlət əmlakının özəlləşdirilməsi və iqtisadiyyatın transformasiyası prosesində biznesin müxtəlif təşkilatı-hüquqi formaları-səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları holdinq şirkətləri yaradılmışdır.Təhlil göstərir ki, mövcud maliyyə-sənaye qrupları və səhmdar cəmiyyətləri səmərəli fəaliyyət göstərir, biznesin və bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynamırlar.

Bununla əlaqədar olaraq taninmış iqtisadçı alimlər korporativ idarəetmənin müasir strukturu kimi holdinq şirkətlərinin yaradılmasına və geniş miqyasda fəaliyyət göstərməsinə üstünlük verirlər.Hətta Müstəqil Dövlətlər Birliyinin bir sıra ölkələrində, xüsusilə Rusiya Federasiyasında mövcud maliyyə-sənaye qruplarının restrukturizasiya olunaraq holdinq şirkətlərinə çevrilməsi meyli müşahidə olunur.

İqtisadi ədəbiyyatlarda «holdinq şirkəti» anlayışı barədə müxtəlif fikirlərə rast gəlinir.Məsələn,professor V.Y. Qorfinkel və professor V.A.Şvandar yazırlar ki,

holdinq-öz kapitalını başqa kompaniyaların səhmlərini əldə etmək üçün istifadə edən səhmdar cəmiyyətidir.Holdinq aktivləri əsasən başqa səhmdar cəmiyyətlərin səhmlərindən ibarətdir.A.V.Osipova və İ.M.Sinyayeva qeyd edirlər ki, holdinq-başqa kompaniyaların səhmlərinə malik olan istənilən təşkilatı-hühuqi formalı müəssisədir.V.Y.Qorfinkelin fikrincə holdinq şirkətləri bazar iqtisadiyyatı şəraitində idarəetmənin ən effektiv sistemidir.

O,müxtəlif profili müəssisələri bir təşkilatda birləşdirməyə qadirdir ki, təsərrüfat əlaqələri qurur,kapitalın sürətlə hərəkətetmə qabiliyyətini istehsal gücləri və heyət ilə manevr etməyi təmin edir.Göründüyü kimi,həmin iqtisadçıların «holdinq şirkəti» anlayışı barədə söylədikləri fikirlərdə müəyyən oxşarlıq olsa, fərqli yanaşmalar da vardır.Ancaq həmin təriflərin heç biri bzines fəaliyyətinin təşkilində holdinq şirkətlərinin oynadığı böyük rolu tam əhatə etmir, yəni mükəmməl deyil.

Bizim fikrimizcə, holdinq şirkəti-ticarət, maliyyə və digər kommersiya fəaliyyətini birgə həyata keçirən qarşılıqlı əlaqəli hüquqi şəxslərin məcmusudur.Holdinq şirkətlərinin aktivlərinin çox hissəsini başqa kompaniyaların, cəmiyyətlərin səhmləri təşkil edir.

Korporativ biznesin bir sıra müsbət və mənfi cəhətləri var.Böyük həcmdə kapitalın daha asan toplanması və uzunmüddətli mövcudluq imkanı,məsuliyyətin məhdudluğu mülkiyyət hüququnun sərbəst ötürülə bilməsi,korporaiyanın digər müəssisələrə nisbətən üstün cəhətləri sayılır.

Holdinq şirkətlərinin mülkiyyətçi çoxlu sayda müəssisələr,səhmdarlar ola bilər ki, bu da böyük həcmdə kapitalın formalaşdırılmasını asanlaşdırır.Qanuniləşdirilmiş müstəqil hüquqi şəxs olmaqla korporasiya uzunmüddətli mövcudluq imkanı əldə edir.Çünki hər hansı səhmdarın,müəssisənin holdinq şirkətini tərk etməsi onun fəaliyyətinə əhəmiyyətli təsir göstərmir.

Xarici iqtisadi ədəbiyyatlarda holdinq şirkəti bütün mülki hüquqlara malik olan hüquqi şəxs kimi səciyyələndirilir.Holdinq şirkəti müqaviləlr bağlaya,mülkiyyətə malik ola,iddiaçı və cavabdeh qismində çıxış edə bilər.

Məsuliyyətin məhdudluğu holdinq şirkətinin üstün cəhətlərindən biridir.Şirkət öz hərəkətləri üçün öhdəlikləri üzrə məsuliyyət daşıyır.Mülkiyyətçilər yalniz öz qoyuluşları həcmində cavabdehlik daşıyırlar.Buna görə də kreditorlar yalniz şirkətin əmlakına iddia ilə çıxış edə bilərlər.

Holdinq şirkətləri səhmdar kapitallı müəssisələrdir.Holdinq şirkətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılğı olmadan və şirkətin fəaliyyətinə təsir göstərmədən sata bilər.

Holdinq şirkətlərinin üstün cəhətlərindən biri də iri biznesin səmərəli idarə edilməsi hesab olunur.Holdinq strukturlarında idarəetmə və mülkiyyətin ayrılması xüsusi bilik və vərdişlərə malik insanların idarəetməyə cəlb edilməsini zəruriyyətə çevirir.

Biznesin təşkilinin korporativ formasının bəzi mənfi cəhətlərinə də rast gəlinir.Korporasiyalara, o cümlədən holdinq şirkətlərinə qarşı dövlət tənzimlənməsi çox güclüdür.ABŞ-da korporasiyalar qeydiyyata alındığı ştatın hakimiyyət orqanlarına öz fəaliyyəti haqqında hesabat verməlidir.Bundan əlavə iri korporasiyaların qiymətli kağızlar və birja əməliyyatları üzrə komissiya da hesabat təqdim etməsi məcburidir.Sahibkarlıq mənafeyi baxımından holdinq şirkətlərinin digər nöqsan cəhəti ödənilən vergilərin yüksək olmasıdır.ABŞ-da iri korporasiyalar həm federal,həm də ştat səviyyəsində vergiyə cəlb olunurlar.Nəticədə şirkətlərin mənfəətinin 50 fazindən(%) çoxu vergilərin ödənilməsinə yönəldilir.Həmçinin mənfəətdən səhmdarlara ödənilən dividenlərdən vergi tutulur.

Məsuliyyətin məhdudluğu ilə bağlı kredit almaq imkanlarının azalması holdinq şirkətlərinin mənfi cəhətlərindən biridir.Kreditorların yalnız şirkətin əmlakına iddia edə bilməsi kredit məbləğinin şirkətin əmlakı həddində məhdudlaşdırılmasına səbə olur.

Holdinq şirkətlərinin iki növü fərqlənir: maliyyə və qarışıq.

Kapitalının 50 faizdən çoxunu başqa kompaniyaların,müəssisələrin qiymətli kağızları və digər maliyyə aktivləri təşkil edən holdinq şirkəti maliyyə holdinqi sayılır.Maliyyə holdinqlərində müəssisələrin yalnız kapitalları birləşdirilir və ona görə də əsas (ana) firma törəmə (qiz) müəssisələrin maliyyə fəaliyyəti ilə bağlı məsələləri yerinə yetirir.Qarışıq holdinq şirkətinin xarkterik xüsusiyyəti ondan ibarətdir ki , əsas firma müstəqil təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər.

Bu tip holdinq şirkətləri elmtutumlu və texnoloji cəhətdən əlaqəli təsərrüfat subyektləri üçün faydalıdır.Çünki həmin müəssisə və təşkilatlar ən mürəkkəb elmi-texniki,istehsal və başqa fəaliyyət növləri ilə məşğul olurlar.Qarışıq holdinq şirkətləri,həmçinin baş podratçı funksiyasını yerinə yetirmək elmi-texniki və kommersiya işlərini həyata keçirmək,törəmə müəssisələrin adından xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququna malikdir.

MDB ölkələrində, o cümlədən Azərbaycan Respublikasında holdinq şirkətlərinin böyük əksəriyyəti qarışıq holdinqlərdir.Buna misal olaraq «Azərenerji »SC, «Azərqaz» SC, «AzərSUN» və s holdinq şirkətlərini göstərmək olar.

Müxtəlif profilli müəssisələrin holdinq şirkətində birləşmələrin əsas səbəbi törəmə müəssisələrin istehsal-təsərrüfat fəaliyyətini daha səmərəli təşkiil etməklə maksimim mənfəət əldə etməkdir.

Holdinq şirkətləri qanunvercilikdə qadağan edilməyən müxtəlif təşkilatı-hüquqi formada açıq tipli səhmdar cəmiyyəti, qapalı tipli səhmdar cəmiyyəti və məhdud məsuliyyətli cəmiyyət kimi yaradıla və fəaliyyət göstərə bilər.

Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə holdinq şirkətləri geniş yayilib, hətta bir çox mövcud korporasiyalar holdinq strukturlarına transformasiya olunurlar.Holdinq şirkətlərin yaradılmasının zəruriliyi hər şeydən əvvəl onunla izah edlir ki, törəmə müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasında böyük rol oynayırlar.Məhz elə ona görə də holdinq şirkəti iri biznesin təşkilinin ən effektiv forması kimi dəyərləndirilir.

Holdinq şirkətlərinin yaradılması biznesin inkişafı strategiyası ilə sıx sürətdə əlaqədardır.Biznesin inkişaf strategiyasının dörd növü vardır: təmərgüzləşdirilmiş artim strategiyası, artim strategiyası, azalma strategiyası.Holdinq şirkətləri biznesin sözügedən inkişaf strategiyalarının müvəqqətiyyətlə həyata keçirilməsində son dərəcə müstəsna rol oynayırlar.

Dünyada ən geniş yayılmış və təcrübədə sınaqdan çıxmış biznesin inkişaf strategiyasının növləri geniş yayaılmışdır.

Biznesin inkişaf strategiyası firmanın inkişafına və bir yaxud bir neçə elementin: məhsul, bazar, sahə,texnologiyanın mövcud vəziyyətinin dəyişilməsi ilə bağlı məsələlərə dörd müxtəlif yanaşmanı əks etdirir.Həmin elementlərin məlumatlarından hər biri ya mövcud və ya yeni vəziyyətdə ola bilər.

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi,aqrar islahatın aparılması və prinsipcə yeni iqtisadi münasibətlərin formalaşması korporativ biznesin inkişafı üçün əlverişli zəmin yaratmışdır.Hazırda Azərbaycanda 61-dən çox hondinq şirkətləri fəaliyyət göstərirlər ki,onlardan 17-si transmillli şirkətlərdir.Respublikamızın ərazisində xarici holdinq şirkətlərinin 6 filialları və 8 nümayəndəlikləri açılıb.Holdinq strukturları iqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olurlar.

Araşdırmalar göstərir ki,korporativ sektor təsərrüfatçılığın bazar mexanizmi və dövlətin tənzimləmə sistemi ilə yanaşı bazar iqtisadiyyatının üçüncü başlıca qüvvəsidir.Korporativ idarəetmə strukturları arasında holdinq şirkətləri bzines fəaliyyətinin inkişafında böyük rol oynayırlar.Bunu Azərbaycandakı holdiq şirkətlərinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələri bir daha təsdiq edir.

1997-ci ildə cəmi üç yanacaqdoldurma məntəqəsində ibarət kiçik şəbəkəylə ölkəmizdə neft məhsullarının pərakəndə satışı ilə fəaliyyətə başlayan «Azpetrol» indi nüfuzlu neft şirkətinə çevrilməklə bərabər,bu sektorda modernizasiya,yeni texnologiyaların tətbiqi və bir çox meyarlar üzrə ilkin fərqlənən Azərbaycan şirkətidir.

Şirkətin əsas fəaliyyət istiqamətlərindən birini yanacaq və yanacaq-sürtkü materiallarının YDM və QDM şəbəkələri vasitəsilə topdan və parəkəndə satışı təşkil edir.Hazırda ölkəmizdə şirkətin 57 YDM və 4 QDM-İ fəaliyyət göstərir.Rəqiblərindən fərqli olaraq «Azpetrol» həm Bakida, həmdə respublikanın digər rayonlarında obyektlərini istismara buraxmaqla istehlak bazarında tələbatın böyük hissəsini təmin edib.YDM və QDM şəbəkəsində «Azpetrol» birinci olaraq nağdsız satışı həyata keçirməyə başlayıb.Bunun üçün smart kartlarından istifadə edilməsi təşkilatlara yanacaq xərclərinin daha düzgün ve operativ uçotunun aparılmasına şərait yaradıb.

2.Respublikamızda fəaliyyət göstərən holdinq şirkətlərin məqsədləri.

2002-ci ildə şirkət müştərilərinə AZB markalı yeni yanacaq təqdim edib.Bu yanacağın diaqnostikası İTS Galeb Brett və Azərbaycan Neft-Kimya Prosesləri İnstitutu aparıb.Belə markalı yanacağın hazırlanmasında Qərbi Avropanın tanınan institutlarından biri iştirak edib.

Azərbaycanda əldə etdiyi uğurlara görə «Azpetrol» bölgədə iqtisadi cəhətdən nüfuzlu şirkətlərdən birnə çevrilib.«Azpetrol»un törəmə müəssisəsi olan «Azərtrans» neft və neft məhsullarının qərb bazarlarına tranzitində Mərkəzi Asiyadan Qara dəniz limanlarına çatdırılmalı məhsulun boşaldılıb yüklənməsi, daşınması və saxlanması üzrə xidmətlər göstərir.Terminal birdəfəlik 100 min ton neft və neft məhsullarını saxlanma gücünə malik olması ilə yanaşı, il ərzində 7-10 milyon ton neft və neft məhsullarının boşaldılıb yüklənməsini də həyata keçirə bilir.

«Azpetrol» fəaliyyət sferasını genişləndirməklə yanaşı modern texnologiyalı müəssələrin yaradılmasına istehsal sahələrinin inkişaf etdirilməsinə,elmi-tədqiqat işlərinin aparılmasına da xüsusi diqqət yetirir.Ötən il yeni yaradıan qurumlardan biri də Azərbaycan-Almaniya müştərək müəssisəsi «EUPEC PİPECOATİNGS AZERBAİJAN»dır. Bu müəssisənin zavodunda Almaniya və Amerikanın yüksək texnoloji avandanlıqları quraşdırılıb.Bərabər paylarla EUPEC və «Azpetrol» şirkətləri arasında 2002-ci ilin may ayında yaradılan bu müəssisə dənizdən çıxarılan neftin quruya nəqlində istifadə olunan boruların betonlanmasını və korroziyadan qorumaq məqsədilə izolyasiyanı həyata keçirəcək.Müəssisə təkcə Xəzər bölgəsində deyil,dünyada bu sahədə ən müasir texnologiyalı istehsal müəssisələrindən biridir.Boruların betonlanması üçün şirkətin FAZA 1 layihəsi şərşivəsində ABƏŞ müqaviləsi artiq bağlanıb.

Digər yeni yaradılan və az əhəmiyyət kəsb etməyən «COPC» müştərək müəssisəsi isə Xəzər bölgəsində neft-qaz hasilatı ilə məşğul olan şirkətlərə material-texniki təchizat sahəsində kompleks xidmət göstərəcək.Bu müştərək müəssisə asiyada birinci olan və dünyada material-texniki təchizat sahəsində tanınan «SİNGAPORE OFFSHORE PETROLEUM» şirkətinin törəmə müəssisəsi «SEMBLOG ORİENT CASPİAN» ilə «Azpetrol» Neft şirkəti arasında yaradılıb.

«Azpetrol» Neft şirkətinin bu müştərək müəssisədə payı 51 faiz, «SEMBLOG ORİENT CASPİAN»ın isə payı 49 faiz təşkil edir. «Azpetrol»un yerli təcrübəsi və bölgə bazarında tutduğu mövqe, həmçinin Sinqapur şirkətinin bu sahədəki təcrubəsi müəssisənin səmərəli işləməsinə zəmanət verir.

Korporativ isarəetmənin ən yüksək standartlarına uyğun olaraq «Azpetrol» Neft şirkəti 2002-ci ildə maliyyə hesabatlarının beynəlxalq auditini keçirib.Maliyyə sektorunda fəaliyyət göstərən təşkilatlar istisna olmaqla, Azərbaycan müəssisələri üçün yeni olan belə bir təcrübə «Azpetrol» tərəfindən artıq hər il tətbiq ediləcək.

«Azpetrol» həmçinin korporativ informasiya sisteminin tətbiqi istiqamətində də uğurlar əldə edib.Bu məqsədlə Müştərilərlə Münasibətlərin İdarəedilməsi Sistemini (CRM),İstehsalat və Maliyyə Ehtiyatlarının İdarəedilməsi Sistemi,marketinq,satış,büdcənin təşkili,maliyyənin planlaşdırılması və digər sahələr avtomatlaşdırılır.

«Karat» şirkəti taxıl,müxtəlif növ un məhsulları və bu məhsulları qablaşdırmaq üçün kisə istehsal edir.Hər gün 300 min ədəd yumurta verən Görədil Quşçuluq fabriki bu şirkətin törəmə müəssisəsidir. «Karat» şirkətinin taxıl və un məhsulları xarici bazara çıxarılır.Məsələn, un məhsulları Gürcüstana və Şimali Qafqaza ixrac edilir.Bu gün 800 nəfər mütəxəssisin çalışdığı «Karat» şirkəti gələcəkdə yerlərdə taxıl qəbulu məntəqələri yaratmağa planlaşdırılır.

«Coca-cola» şirkəti Azərbaycan Respublikasında 1994-cü ildən fəalliyyət göstərir və məhsullarını The Coca-cola Companyanın əmtəə nişanları ilə satır.

Şirkətöz gəlişilə regiona əsl keyfiyyət standartlarını gətirdi səviyyəsində işləməyə sövq etdi.Şirkətin Azərbaycan iqtisadiyyatına tövhələrindən biri də ilk dəfə qablaşdırma və distribütorluq biznesinə investisiya qoyuluşu və fasiləsiz fəaliyyətlə xarici investorların ölkəyə axınına təkan verməsidir.1996-2002-ci illər ərzində bu şirkət 28 milyon dollar məbləğində vergi ödəyib 40 milyon dollar investisiya qoyub.

«Qorqud holdinq» şirkəti 1980-ci ildə eyni adlı assosiasiya bazasında Naxçıvanda yaradılmış özəl sektor subyektidir.Bu iri holdinq şirkəti istehsal, kommersiya,bank işi,otelçilik,turizm,siğorta və hüquq servisi sahələrində fəaliyyət göstərir.

Hazirda şirkət özündə parket,mebel, taxta lövhələr, dərman istehsal edən fabrikalar, ticarət-kommersiya qurumları,«Birlik» siğorta şirkəti, hüquq servisi göstərən «Nemezida» şirkəti, «Həcər» xeyriyyəçilik cəmiyyəti, bank işi, «Şərq» ticarət mərkəzi və mehmanxana kompleksini birləşdirir.Bundan başqa, holdinqin Şamaxıda 55 hektar sahəsi olan turizm istirahət bazası da vardır.Holdinq ayrı-ayrı şirkətləri ictimaiyyətin geniş kütlələrinə çox yaxşı tanışdır.Çünki şirkətlər qrupunda 2-3 min soydaşımız çalışır.Lakin görünür,holdinqin öz adı ilə istehsal markasını yaratmağının zamanı çatmışdır.

Azərbaycanın dünya təsərrüfat sisteminə sıx inteqrasiyası və iqtisadiyyatın qloballaşması proseslərində «Qorqud holdinq» şirkəti də iştirak edir.Amerika Star Place firması ilə eyni adlı müştərək siğorta şirkəti qurmuşuq. İranın Refah ticarət firması ilə Bakı-Refah müştərək ticarət şirkəti, Böyük Britaniyanın Rosson kompaniyası ilə müasir otelçilik biznesi yaradırıq.Bu yaxınlarda Çinlə əməkdaşlıq münasibətlərinin təməlini qoymuşuq.Artıq müştərək şirkətin Çində ofisi fəaliyyət göstərir.Türkiyədə «Səhənd» adlı müştərək şirkəti var.

Holdinq şirkətlərinin fəaliyyətinin mahiyyəti, ilk növbədə istehsalın sürətli inkişafı üçün müəssisə və firmaların vəsaitlərini cəlb etməkdən ibarətdir.Buna görə də holdinq strukturlarının başlıca məqsədi alınan mənfəətin yığılması və investisiyaya yönəldilməsi hesabına öz kapitalını artırmaqdır.Bu isə cəmiyyətin müəyyən növ əmtəə və xidmətlərə olan tələbatının ödənilməsi məqsədilə əsaslanır.

ABŞ korporasiyalarında geniş yayılmış maliyyə menecmentində firmanın əsas məqsədi kimi səhmdarların gəlirinin maksimum artırılması qəbul edilir.Bu səhmlərin qiymətinin maksimum artırılmasında, deməli firmanın kapitalının maksimum artırılmasında ifadə olunur.

ABŞ korporasiyaları öz filiallarını əsasən strateji təsərrüfatçılıq zonalarında yaradırlar, haradaki şirkətin uzunmüddətli maraqları var.Konkret strateji təsərrüfatçılıq zonasında şirkətin funksiyasını onun filialları yerinə yetirirlər.Hər bir strateji təsərrüfatçılıq zonasına münasibətdə şirkət rəqabətdə özünün strateji mövqeyini müəyyənləşdirir.Beləliklə, iri şirkətlərdə filiallar istehsal strukturunun əsas elementi sayılır.Bəzən filialın tərkibinə bir neçə fabrik, zavod daxil edilir.Şirkətin nümayəndəliyi strateji resursların cəmləndiyi rayonlarda, şirkətlə istehsal, yaxud elmi-texniki kooperasiya əlaqələri olan müəssisələrdə, həmçinin fəal kommersiya fəaliyyəti olan rayonlarda açılır.Holdinq şirkətləri aşağıdakı əlamətlərə görə təsnifləşdirilir: iqtisadi münasibətlərə; səhmlərin yerləşdirilməsi üsuluna; dövlət mənsubiyyətinə.

Rəqabətqabiliyyəti holdinq şirkətlərinin formalaşması üzrə tədbirlərdə ölkənin sosial iqtisadi inkişafının prioritet istiqamətləri və biznesin inkişafına dövlətin mütləq nəzərə alınmalıdır.İqtisadiyyatın idarə olunması və tənzimlənməsində dövlətin iştirakını nəzərə almaqla holdinq şirkətinin təşkilatı layihəsi işləyib hazırlayarkən aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:



  • Holdinq şirkətinin əsas müəssisəsinə dövlətin səhm paketinin verilməsi;

  • Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində dövlətin nəzarət səhm paketi vasitəsilə holdinq şirkətinin əsas müəssisəsinin yaradılması.

  • Holdinq şirkətlərində müqavilə münasibətlərinin yaradılmasına, idarəetmə kadrlarının yerləşdirilməsinə dövlətin dəstəy verməsi.

Həmin tədbirləri nəzərə almaqla layihələndirilən holdinq şirkətləri proqram-məqsədli, ixracyönümlü, problem (elmi-texniki) və transmilli ola bilər.

Proqram-məqsədli holdinq şirkətləri ölkə və regional əhəmiyyətli məqsədli proqramların reallaşmasında həqiqi rolunu oynayır və bunun üçün aşağıdakı şərtləri nəzərə almalıdır.



– proqram tədbirlərinin həyata keçirilməsinin xalq təsərrüfatı və kommersiya əhəmiyyətli, istehsal edilən məhsulun yüksək rəqabətqabiliyyətli olmalıdır.

  • proqramın maliyyələşdirilməsinə dair qərar qəbul edilərkən reallaşma və idarəetmə meyarları dəqiq nəzərə alınmalıdır.Baş podratçı roluna iddia edən müəssisə holdinq şirkətinə çevrilməsi üzrə tədbirlərin həyata keçirilməsinə təminat verməlidir.

  • Proqramda istirakşıları müəyyənləşdirmək üçün müsabiqədə bank təminatı olan holdinq münasibətlərinin qurulması üzrə tədbirlər proqramda əks etdirilməlidir.

İxracyönümlü holdinq şirkətlərinin layihələşdirilməsi bəzi istehsal sahələrinin restrukturizasiyasi zamani aktual ola bilər.Dövlət bu tip şirkətlərin fəaliyyətinə aşağıdakı formada müdaxilə edə bilər:

  • müəssisələrin ixrac fəaliyyətinin reallaşması istiqamətlərini dəqiqləşdirmək və yeniləşdirmək;

  • ixrac layihələri çərçivəsində iş və xidmətləri yerinə yetirən müəssisə və təşkilatların siyahısını müəyyənləşdirmək;

  • seçilmiş müəssisə və təşkilatların ixrac potensialının qiymətləndirlməsinə imkan verən informasiyaları toplamaq və təhlil etmək;

  • ixrac layihəsinin reallaşdirlmasında iştirak edən müəssisə və təşkilatların texnoloji asılılığı modelləşdirmək;

  • seçilən müəssisə və təşkilatların maliyyə vəziyyətinin dərin ekspertizası aparmaq, korporasiyanın xarici resurs təminatını qiymətləndirmək;

  • holdinq şirkətinin yaradılması üzrə zəruri tədbirlərin həyata keçirilməsinə kömək etmək.

Problem ( elmi-texniki) holdinq şirkəti ölkə və regional əhəmiyyətli strateji problemləri, yaxud iri elmi-texniki layihələri müvəffəqiyyətlə həll edə bilən elmi-tədqiqat institutlarının və konstruktur bürolarının biirgə fəaliyyətini təşkil etmək məqsədilə yaradılır.Bu tip holdinq şirkətlərinin təşkilatı layihələndirilməsi aşağıdakı məsələləri nəzərdə tutur:

  • sənayenin prioritet məsələlərinin uğurlu həlli üçün zəruri elmi-texniki potensialın saxlanması və inkişafı istiqamətlərinin aydinlaşdırılması;

  • real fəaliyyət göstərən və elmi-tədqiqat işləri planini yerinə yetirən elmi-tədqiqat institutlarının və konstruktor bürolarının siyahısının müəyyən edilməsi;

  • iştirakçı müəssisə və təşkilatların elmi, maliyyə və kadr potensialının qiymətləndirilməsinə imkan verən informasiyalarının toplanması emalı və təhlili;

  • dövlətə məxsus səhmlərin, yaxud intelektual mülkiyyət obyektlərinin əsas firmanın nizamnamə kapitalına verilməsi əsasında elmi-texniki holdinq şirkətinin yaradılmsı imkanlarının qiymətləndirilməsi.

Transmilli holdinq şirkətləri uzunmüddətli dövlətlərarası iqtisadi proqramları reallaşdırmaq məqsədilə yaradılır.Bu tip holdinq şirkətinin təşkilatı layihələndirilməsində aşağıdakı məsələlər nəzərə alınmalıdır:

  • dövlətlərarası əhəmiyyət kəsb edən iqtisadi məsələlərinin həlli ilə bağlı fəaliyyət göstərən yerli və xarici müəssisələrin tərkibinin müəyyən edilməsi.

  • dövlətlərarası iqtisadi proqramların yerinə yetirilməsində yerli və xarici müəssisələrin rolunun qiymətləndirilməsi:

  • müəssisələrin təşkilatı-hüququi statusunun və mülkiyyət formasının müəyyən edilməsi.

  • əsas firmanın səmərəli yerləşdirilməsi variantlarının əsaslandırılması

  • holdinq şirkətinin yaradılması haqqinda dövlətlərarası sazişdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əsasında koporasiyanın idarə olunmasının tərəflərin icra hakimiyyətləri ilə razılaşdırılması.

Holdinq şirkətlərinin təşkilatı layihələndirilməsində holdinq münasibətlərinin çoxcəhətlililiyi və müxtəlif nüxlülüyünün nəzərə alınması çox vacibdir.Bununla əlaqədar olaraq holdinq şirkətləri 2 növə bölünür: törəmə müəssisələrinin amlakına sahib olmağa əsaslanan «sərt» holdinq; birgə fəaliyyətin tənzimlənməsi haqqında müqavilə və digər münasibətlərə

əsasən fəaliyyət göstərən «yumşaq» holdinq.Müqavilə münasibətlərinə əsasən holdinq şirkəti yaradilarkən layihədə ana firmanın yerinə yetirəcəyi idarəetmə funksiyası (işi) və idarəetmə qərarları hərtərəfli əsaslandırılmalıdır.



Holdinq dünya iqtisadiyyatının inkişaf meylləri böyük həcmdə kapitala malik korporasiyaları, xüsusilə holdinq şirkətlərini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ən əlverişli təsərrüfat subyekti, biznesin təşkilinin effektiv forması kimi dəyərləndirilməyə imkan verir.

NƏTİCƏ
ƏDƏBİYYAT





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə