Heydər Əliyev ideyaları böyük uğurların sarsılmaz təməli




Yüklə 143.1 Kb.
tarix28.04.2016
ölçüsü143.1 Kb.
Heydər Əliyev ideyaları - böyük uğurların
sarsılmaz təməli

Xalqların milli ideyalar ətrafında səfərbərliyini təmin edən başlıca amil bu ideyaları reallığa çevirmək qüdrətinə qadir böyük şəxsiyyətlərin yetişməsidir. Buna görə də dünyada müəyyən inkişaf səviyyəsinə çatmış hər hansı millətin tarixini şəxsiyyət amilindən kənarda təsəvvür etmək mümkün deyil.

Azərbaycanın milli dövlətçilik tarixində bu ali missiyanı xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev yerinə yetirmiş, onun cahanşümul fəaliyyəti nəticəsində Azərbaycan xalqı öz ali amalına qovuşmuşdur.

Zaman böyük şəxsiyyətlərin əsl qiymətini verən ən ədalətli münsifdir. Aradan keçən dövr onların ömür salnaməsini daha aydın canlandırır, görmüş olduqları işləri tarix fonunda bütün əzəməti ilə əks etdirir. Bu mənada ulu öndərin cismani yoxluğundan ötən on il Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixindəki yeri və rolu, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti barədə düşünmək üçün vaxtın yaratdığı imkandır.

Heydər Əliyevin Azərbaycan tarixindəki missiyası ötən əsrin 40-cı illərindən başlanmışdı. O zaman Azərbaycanın hüquq-mühafizə orqanlarında fəaliyyət göstərən Heydər Əliyev həmin illərdə gənc azərbaycanlı zabit - milli kadr qarşısında duran bütün maneələri dəf edərək Azərbaycan Dцvlət Təhlьkəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər ucalmışdı. Məhz onun gərgin və səmərəli fəaliyyəti nəticəsində bu mьhьm dцvlət strukturunun azərbaycanlılaşdırılması, burada milli təfəkkürün hakimliyi mümkün olmuşdu. Zamanında çoxlu sayda erməninin yuva saldığı, ötən əsrin 30-cu illərində xalqımıza qarşı qanlı əməllər törətmiş bu qurumu düşmənlərimizdən təmizləməklə Heydər Əliyev milli ruhu gьclь olan Azərbaycan övladlarına qarşı yeni repressiya dalğalarının qarşısını almışdı.

Ötən əsrin 60-cı illərinin sonunda isə Heydər Əliyevin Azərbaycan xalqına həsr olunmuş ömür yolunda yeni bir mərhələ başladı. 1969-cu ildə - Azərbaycanda cəmiyyət həyatının demək olar ki, bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seзildi. Bununla da Azərbaycanın dövlətçilik tarixində əsas dönüş mərhələsinə doğru əhəmiyyətli bir addım atıldı.

Xalqın böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin meydan suladığı mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. SSRİ kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq məqsədilə bütün qüvvələri səfərbər etdi.

Qətiyyətli rəhbər Azərbaycanın inkişafı üçün xüsusi əhəmiyyətə malik məsələlər barədə ən yuxarı səviyyələrdə əlverişli qərarların qəbuluna nail olur və bu qərarların dərhal icra edilməsi üçün yorulmadan çalışırdı. Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər sayəsində 1970-1985-ci illər sovet Azərbaycanının tarixinə ən mühüm quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında geniş struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Respublikanın bütün bölgələrinin tarazlı inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət gцstəricisi əvvəlki dцvrlərlə mьqayisə olunmayacaq dərəcədə yьksəldi.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi sayəsində Azərbaycan o zaman bütün ittifaq məkanında ən qabaqcıl kənd təsərrüfatı respublikasına çevrildi. Azərbaycan kəndlisinin gьzəranı yaxşılaşdı. Kəndlərimizdə, qəsəbələrimizdə, şəhərlərimizdə tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. O illərdə respublikada yüzlərlə zavod, fabrik inşa edilərək istifadəyə verildi. Bir çox mühüm istehsal sahələrinə gцrə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutmağa başladı. O dövrdə Azərbaycanda istehsal olunan sənaye məhsulları öz həcminə gцrə əvvəlki 50 ildəkinə bərabər idi.

Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. İndi də Azərbaycanın simasına gözəllik verən onlarca memarlıq abidəsi, yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar, kцrpьlər və s. məhz həmin dцvrdə quruldu.

1970-1985-ci illər ərzində Azərbaycanın qazandığı diqqətəlayiq tarixi uğurlardan biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mьtəxəssislər ordusunun yaradılması idi. Həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan xaricə minə yaxın tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusilə böyük diqqət yetirildi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü, həm də milli ruhun oyanışı dövrü kimi səciyyəvidir. Ulu öndərin şəxsində Azərbaycan milli düşüncəsi özünün ən qüdrətli, ən etibarlı hamisinə qovuşmuşdu. Kommunist rejiminin hökmranlığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni aparırdı. Milli təfəkkürə qarşı çevrilmiş, illərlə uzanan ağır təqiblər şəraitində xalqın çəkdiyi əzablara cavab olaraq Heydər Əliyev gələcək üçün son dərəcə müdrik, cəsarətli addımlar atırdı. Vətənin bütün guşələrində bir vaxtlar haqqı tapdanmış Azərbaycanın görkəmli övladlarının heykəlləri ucalırdı. Heydər Əliyev repressiya qurbanı olmuş böyük Cavidin nəşini onun vəfatından illər sonra Vətənə qaytardı. Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidənin ucaldılmasına nail oldu. Doğma xalqı, el-obası üçün ömrünü şam kimi əritmiş, Moskvada Azərbaycanın düşmənlərinin əli ilə həyatına müəmmalı şəkildə son qoyulmuş Nəriman Nərimanova Bakıda əzəmətli heykəl ucaltdırdı.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin görkəmli sənət adamlarının bцyük bir qrupuna - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi.

Heydər Əliyevin bütün bu addımları sayəsində xalqımızda milli qürur, milli mənlik şüuru oyandı. İnsanlarda azadlıq, müstəqillik duyğuları gücləndi. Bütün bunlar cəmi bir neçə il sonra Azərbaycanın dövlət müstəqilliyinə qovuşması üçün mənəvi əsasa çevrildi, etibarlı zəmin yaratdı.

Heydər Əliyevin o illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda erməni separatizminə qarşı özьnəməxsus mьdrikliklə tətbiq etdiyi mьbarizə ьsulu da bцyük maraq doğurur. Təsadüfi deyil ki, 1970-ci ildən başlayaraq DQMV-yə, o cьmlədən Xankəndidə azərbaycanlıların sayı artmağa başlamışdı. Azərbaycanlı mütəxəssislər, peşə-sənət adamları bura təyinatla işləməyə gəlir, ərazidə mьxtəlif sahələr ьzrə rəhbər vəzifələrdə çalışan azərbaycanlıların sayı artırdı. Vilayət Partiya Komitəsində əvvəllər cəmi 1 nəfər azərbaycanlı olduğu halda, sonralar bu rəqəm 5-ə çatdırılmışdı. DQMV-yə daxil olan rayonların da partiya və sovet orqanlarında azərbaycanlılar rəhbər vəzifələrdə idilər.

Heydər Əliyevin təşəbbüsü və bilavasitə dəstəyi ilə Xankəndidə ayaqqabı fabriki tikilib istifadəyə verildikdən sonra burada işləmək üçün xeyli azərbaycanlı mütəxəssis göndərilmişdi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Xankəndidə Pedaqoji İnstitutun filialının açılması azərbaycanlı tələbələrin sayını çoxaltmışdı. Bu təhsil müəssisəsində 35-40 nəfərə yaxın azərbaycanlı elmlər doktoru, elmlər namizədi və müəllim çalışırdı. O illərdə vilayətin prokurorluq və polis orqanlarında işləyən azərbaycanlıların sayı da xeyli artmışdı. Etiraf edək ki, ermənilər də Heydər Əliyevin iradəsindən, qətiyyətindən зəkinir, mьmkьn qədər ehtiyatlı davranmağa çalışırdılar. Onlar hiss edirdilər ki, hər hansı yanlış hərəkətləri cavabsız qalmayacaq. Təsadьfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə erməni millətçiləri bir dəfə də olsun DQMV-nin Ermənistana verilməsi məsələsini qaldırmağa cürət etməmişdilər. Bunun müqabilində ulu öndər цzьnəməxsus mьdrikliklə bu ərazinin Bakı ilə sosial-iqtisadi, siyasi bağlılığını gücləndirən daha bir tarixi qərarın icrasına müvəffəq ola bilmişdi. 1976-1978-ci illərdə SSRİ-də Baykal-Amur dəmiryol magistralının tikildiyi illərdə Bakı-Xankəndi dəmiryol xətti istifadəyə verilmişdi. BAM-ın inşası dövründə sovet respublikalarının heç birində dəmiryol xəttinin зəkilməsinə icazə verilmirdi. Bu xəttin зəkilməsi ьзьn Heydər Əliyev L.Brejnev və A.Kosigindən şəxsən razılıq almışdı. Bu xəttin çəkilməsində ulu öndərin əsas məqsədi DQMV-ni bir daha Azərbaycana nəqliyyat infrastrukturu ilə bağlamaq, bu ərazilərdə separatizm meyillərinin qarşısını almaq idi.

1982-ci ilin yanvarında Heydər Əliyevin tanınmış ədəbiyyat və incəsənət xadimlərinin, yazıçı və şairlərin iştirakı ilə Şuşada Vaqifin məqbərəsinin təntənəli açılış mərasimində iştirakı, bu ərazilərə vaxtaşırı səfərləri də ulu rəhbərin Dağlıq Qarabağ mövzusuna həssas mьnasibətindən irəli gəlirdi.

Heydər Əliyevin Kremldə keçmiş SSRİ-nin əsas rəhbərlərindən biri kimi yьksək vəzifə tutduğu dönəmdə də ermənilər Azərbaycana qarşı hər hansı tələb səsləndirməyə cəsarət etmirdilər.

Sovet imperiyasına ermənipərəst M.Qorbaçov rəhbər seçildikdən və 1987-ci ildə Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər dərhal fəallaşdılar. Ermənistandakı və Dağlıq Qarabağdakı millətçi və separatçı qüvvələr Moskvadakı himayədarlarına arxalanaraq haqsız iddiaları, DQMV-nin Ermənistana birləşdirilməsi, bu əraziyə mьstəqillik statusunun verilməsi kimi beynəlxalq hьquqa, Azərbaycanın ərazi bьtцvlьyьnə zidd bəyanatlar verməyə başladılar. Çox təəssüf ki, o illərdə Heydər Əliyevdən sonra respublikaya rəhbərlik edən şəxslərin bu iddialara reaksiyaları passiv və səmərəsiz oldu. Onlar ermənilər tərəfindən yol verilən qanunsuzluqların qarşısını alıb siyasi iradə nьmayiş etdirə bilmədilər. Bununla bağlı xalqımızın böyьk əksəriyyətinin ümumi qənaətini bölüşürük ki, əgər həmin dövrdə Azərbaycana məhz Heydər Əliyev rəhbərlik etsəydi, ermənilərin əsassız ərazi iddiaları boşa çıxar, Dağlıq Qarabağ kimi ağrılı, müşkül bir problem yaranmazdı.

Ulu цndərin цlkəmizə birinci rəhbərliyi dцvrьndə yaratdığı geniş sosial-iqtisadi baza, mьkəmməl sistem Azərbaycanın müstəqillik dönəminə problemsiz keзidi və bu tarixi nailiyyət ьzərində mьstəqil dцvlət kimi цz gələcək inkişafını qurması üçün zəngin potensial demək idi. Amma əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonlarında və müstəqilliyin bərpasının ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi ucbatından bu potensialdan nəinki istifadə edildi, əksinə, onun mühüm bir qismi itirildi, dağıdıldı. Azərbaycanda daxili vəziyyət ağırlaşdı. Xalq sosial-iqtisadi böhranla üz-ьzə qaldı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik özьnь gцstərməyə başladı. Erməni təcavüzь gьndən-gьnə gücləndi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərinin hüdudları getdikcə genişləndi. Çünki Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Müstəqilliyini yenicə bərpa etmiş respublikada rəhbərliyə yiyələnmək ьзьn ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə şiddətlənirdi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-ьzə qalmışdı. Çoxmillətli respublika olan Azərbaycanın başqa bölgələrində də xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırırdı. Azərbaycanı faktiki olaraq parзalanmaq və dьnyanın siyasi xəritəsindən silinmək təhlьkəsi gцzləyirdi.

Bьtьn bunlar 1987-ci ildə Kremldəki yьksək vəzifələrindən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın Heydər Əliyevsiz yaşadığı 5 ilin fəlakətləri idi. Vətənin belə ağır günlərində xalq Azərbaycanın görkəmli oğlunun Moskvadan qayıdışından sonra onu öz harayına Naxçıvandan Bakıya çağırırdı. Heydər Əliyev xalqın getdikcə güclənən təkidli tələbini qəbul edib 1993-cü ilin iyununda Bakıya dцnьb yenidən hakimiyyət sükanı arxasına keçdi. Ümummilli lider çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin qarşısını ala bildi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində bцyьk dцnüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keзirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Nəticədə 1994-cü ilin mayında ölkəmiz ьзьn həyati əhəmiyyət kəsb edən atəşkəsin əldə edilməsi mümkün oldu.

Hüquqi dövlət quruculuğu, yeni sosial-iqtisadi münasibətlərin formalaşdırılması dövründə Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutmuş Azərbaycan Xalq Cьmhuriyyətinin demokratik ənənələri Heydər Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməyə başladı. Ulu öndər hələ 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ikən cümhuriyyət ənənələrinin davamçısı kimi bu prosesə doğru ilk addımlarını atmışdı. Naxçıvan Muxtar Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarılmış, muxtar respublikanın Ali Soveti “Ali Məclis” adlandırılmış, üçrəngli Bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət Bayrağı kimi qəbul edilmiş, kommunist partiyasının yerli orqanlarının fəaliyyəti dayandırılmış, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edilmişdi. Naxçıvan həm də torpaq islahatlarının başlandığı və beləliklə, yeni sosial-iqtisadi münasibətlər sisteminə doğru ilk əhəmiyyətli addımların atıldığı region idi.

Azərbaycan daxilində yaranmış ictimai-siyasi sabitlikdən, xarici sərmayədarların ölkəmizin inkişaf perspektivlərinə artan marağından istifadə edərək 1994-cü ilin sentyabrında dünyanın ən aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi mьstəqilliyinin əsasına çevrildi.

1995-ci ildə layihəsi bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, parlament formalaşdırılmış, ölkəmizdə demokratik islahatlar, hьquqi dövlət quruculuğu prosesi geniş vüsət almışdı. Sonrakı dövrlərdə də Azərbaycanda dцvlətзiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keзirilməsi məhz Heydər Əliyevin adı ilə bağlı idi və onun siyasi iradəsinə sцykənirdi.

Məlumdur ki, inkişaf səviyyəsindən asılı olmayaraq hər bir millət bəlli bir ideologiyaya sahib olmalıdır. Belə bir ideologiya olmadan cəmiyyətin davamlı inkişafını, qarşıya qoyulmuş milli amalların əldə edilməsi və bu nailiyyətlərin qorunaraq gələcək nəsillərə цtьrьlməsi mьmkьn deyil. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyьk xidmətlərindən biri də belə bir ideologiyanı - azərbaycançılıq ideologiyasını formalaşdırması oldu. Bu ideologiyanın başlıca qayəsini müstəqillik, dövlətçilik, tolerantlıq, mədəni müxtəlifliyin təmin olunması, ədalətlilik, demokratiya, milli tərəqqi, dьnyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edir.

Heydər Əliyevin irəli sьrdьyь prinsiplər Azərbaycanda demokratik ənənələrin formalaşdırılmasını təmin etmiş, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dцvlətinin xarici siyasəti, dьnyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgцrən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.

Xarici siyasət məsələlərinə xьsusilə mьstəsna əhəmiyyət verən ulu цndərin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dцvlətзiliyinin bu gьnь və gələcəyi baxımından son dərəcə böyьk əhəmiyyət kəsb edir.

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin ьstьnlьklərindən цlkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keзirilməsi ьзьn bьtьn imkanlardan faydalanmağa çalışırdı. Məhz onun gərgin əməyi sayəsində Azərbaycan mьasir dьnyamız ьзьn bцyьk siyasi məna kəsb edən bir sıra qlobal layihələrdə əsas sцz sahibinə çevrilmişdir.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək qürbət ellərdə yaşamaq məcburiyyətində qalmış soydaşlarımızın birlik və həmrəyliyinin əldə edilməsi də məhz Heydər Əliyevin mьstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Ümummilli lider dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə çox mühüm qərarlar qəbul etmişdir.

Heydər Əliyev Azərbaycan qadınlarının da qüdrətli hamisi idi. Dahi rəhbərin təşəbbüsü və başçılığı ilə ölkəmizdə aparılan demokratik islahatlar Azərbaycanda qadın hüquqlarının müdafiəsinə, qadın fəallığı ənənələrinin inkişafına böyük töhfələr vermişdir. 1995-ci ilin ortalarında müstəqil Azərbaycan dövlətinin “Qadın hüquqlarının pozulmasının bütün təzahürlərinin aradan qaldırılması haqqında” BMT Konvensiyasına qoşulması, elə həmin ilin oktyabrında Azərbaycan Qadınlar Cəmiyyətinin Ьmumdьnya Qadınlar Cəmiyyətinə ьzv qəbul olunması, 1998-ci ilin yanvarında isə ölkə rəhbərinin fərmanı ilə qadın problemlərinin həlli sahəsində müvafiq dövlət komitəsinin yaradılması ulu öndərin bu sahədə meydana qoyduğu siyasi iradənin nəticəsi idi. Məhz Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra Azərbaycanda hakimiyyətin bütün qollarında qadınların təmsilçiliyinə geniş şərait yaradılmış, ölkəmizdə qadın fəallığına təkan verən ictimai təşkilatların sayı artmışdır.

Ulu цndər цz gьcьnə, təcrьbəsinə gьvənərək bir zamanlar mьqəddəs and kimi dilə gətirdiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dцnməzdir” kəlamına əməlləri ilə sadiq qaldı və Heydər Əliyevin mənəvi irsinin varisi - Azərbaycan Respublikasının Prezidenti, mьstəqil dцvlətimizin bugьnkь misilsiz nailiyyətlərinin müəllifi olan İlham Əliyevin şəxsində bu anda sadiqlik ulu öndərin cismani yoxluğu dövründə də qorundu.

Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dцvrьndə cəmiyyət həyatının bütün sahələrində qazanılmış misilsiz uğurlar, xalq və dövlətin gələcəyi naminə reallaşdırılan taleyьklь layihələr və bu istiqamətdə əldə edilən nailiyyətlər buna sьbutdur. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açmışdır.

Цlkəmizdə işsizlik, yoxsulluq kimi problemlər цz həllini tapmış, vətəndaşların maddi-rifah halı yaxşılaşmış, həyat səviyyəsi xeyli yüksəlmişdir. Ölkənin iqtisadi müstəqilliyini onun siyasi mьstəqilliyinin təməl prinsipi, aparılan demokratik islahatların mənbəyi kimi qiymətləndirən Azərrbaycan Prezidentinin qətiyyətli addımları sayəsində cəmiyyətimizdə sivil ənənələrin bərqərar olması, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin edilməsi, demokratik ənənələrin möhkəmləndirilməsi sahəsində mühüm uğurlar əldə edilmişdir. Respublikamızda əhalinin sosial müdafiəsi üçün təkmil sistem qurulmuşdur.

Azərbaycanda gedən inkişaf proseslərindən ən çox bəhrələnmək imkanına malik əhali qruplarından biri də ölkəmizin sabahı kimi böyьk ьmidlər bəslədiyimiz gənclərimizdir. Azərbaycan Prezidentinin bu sahəyə xьsusi diqqət və qayğısı sayəsində gənclərimizin təhsil və tərbiyəsi, fərdi inkişafı, karyera irəliləyişi üçün hər cür imkanlar yaradılmışdır. Dünyanın ən nüfuzlu universitetlərinin qapıları Azərbaycan gənclərinin ьzünə açılmış, ölkəmizin zəngin təbii resurslarının insan kapitalına çevrilməsindən ötrü hər cür şərait yaradılmışdır.

Bu gьn Azərbaycan mьstəqil siyasət yьrьdən цlkədir və цz siyasi dəst-xəttinə, dövlətçilik simasına, inkişaf yoluna malikdir. Azərbaycan Prezidentinin milli maraqlara sцykənən siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü addımları da məhz milli mьstəqilliyimizin qorunmasını və möhkəmləndirilməsini təmin edir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dцvlətidir. Ulu цndərin bizə miras qoyduğu dövlətçiliyi mцhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mцvqelərini mцhkəmləndirmək mənim əsas vəzifələrimdir”.

Məhz bu siyasət sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə цlkəmizin mövqeləri möhkəmlənmişdir. Son illər Bakıda keçirilən qlobal əhəmiyyətli tədbirlər mьstəqil цlkəmizin dьnyada artan nьfuzunun təsdiqidir. Bu gьn цlkəmiz ümumbəşəri dəyərlərin hakimliyinə, milliyyətindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq insana hörmət prinsipinin rəhbər tutulmasına görə dünyada sülh və tolerantlıq məkanı, sivilizasiyalararası dialoq mərkəzi kimi dəyərləndirilir.

Bu illərdə qadın hüquqlarının müdafiəsi, qadın problemlərinin həlli sahəsində də mühüm nailiyyətlər əldə edilmiş, cəmiyyət həyatının müxtəlif sahələrində qadınların fəallığı artmışdır. Təsadüfi deyil ki, bu gьn ulu цndər Heydər Əliyevin mənəvi irsini yaşadan, bu irsin işığında dünyaya mərhəmət, xeyirxahlıq, mədəni dəyərlərə, adət-ənənələrə hörmət ruhunu təlqin edən şəxsiyyətlərdən biri də məhz Azərbaycan qadınıdır: Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Mehriban xanım Əliyevanın nəcib əməllərinə dünya ictimaiyyətinin verdiyi yьksək qiymətlə Azərbaycan qadını indiyə qədər yaşanmış tarixin ən böyьk nailiyyətini əldə etmişdir. Bu uğurlar Azərbaycanın birinci xanımının öz həyat və fəaliyyəti ilə yaratdığı nümunə bütün qadınlarımızı fəallığa, ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisinə tцhfə verməyə ruhlandırır.

1987-ci ildən sonra bəlli səbəblərdən Heydər Əliyevsiz yaşamaq məcburiyyətində qaldığımız bir neзə ilin həyatımıza gətirdiyi acılar barədə qeydlərimizin əvvəlində söhbət açmışdıq. İlham Əliyevin цlkəmizə rəhbərliyi dцvrьndə əldə edilənlər isə Heydər Əliyevin цzünün cismən mövcud olmadığı, lakin onun ruhunun müqəddəs ideyalarda yaşadığı 10 ildə qazanılmış nailiyyətlərdir. Deməli, əsas olan ideyalardır, irsin varisliyidir, bu ideyaları xalqın, dövlətin xoşbəxt gələcəyi naminə həyata keзirməyə qabil şəxsiyyətin olmasıdır.

Heydər Əliyev ideyaları, İlham Əliyev şəxsiyyəti və Azərbaycan xalqının bu ideyalarla, Azərbaycan Prezidenti ilə vəhdəti цlkəmizi xoşbəxtliyə, firavanlığa doğru aparan qüdrətdir.

Və kimsə bu vəhdəti, bu qüdrəti sarsıtmaq gücündə deyil.
Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri,



filologiya elmləri doktoru,

professor


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə