«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə




Yüklə 1.08 Mb.
səhifə3/12
tarix22.02.2016
ölçüsü1.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

HƏRBİ RÜTBƏLƏRDƏN MƏHRUM ETMƏ, HƏRBİ RÜTBƏLƏRİN AŞAĞI SALINMASI VƏ BƏRPA EDİLMƏSİ

 67. Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum  edildikdə məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən  məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. [23]

 Bundan başqa, hərbi qulluqçular (zabit heyətindən başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə nəzərdə  tutulmuş qaydada hərbi rütbədən məhrum edilə və hərbi rütbədə bərpa edilə bilərlər.

 Hərbi qulluqçunu hərbi rütbədən məhrum edilməyə təqdim etmə son tədbirdir və görülən digər tədbirlər müsbət nəticə vermədikdə və ya  hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyətlə bir araya sığmayan xata (cinayət) törətdikdə müstəsna hallarda  həyata keçirilir.

 Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyə məhkum edilənlərdən başqa hərbi rütbədən məhrum edilmiş şəxslər sülh dövründə əsgər  kimi ehtiyata buraxılır (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), müharibə dövründə isə hərbi xidmətdə saxlanılmaqla  müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilmiş  gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilənədək müddətli həqiqi hərbi xidmət üçün müəyyən edilmiş müddəti bitirməyən  hərbi qulluqçular (qadın hərbi qulluqçulardan başqa) əsgər, matros vəzifələrinə keçirilir və öz yaşıdları ilə birgə ehtiyata buraxılırlar.

Hərbi rütbədən məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada icra edilir. [24]

68. Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı  ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli  şəxslər tərəfindən bərpa edilir.

 69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant  rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına  bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam  Nizamnaməsi ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan  yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti  hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir.

 70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi  qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər.

 Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni  məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq  vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə —  hərbi xidmət müddətinə daxil edilir.

VI fəsil

VƏZİFƏYƏ TƏYİN EDİLMƏ, XİDMƏT ÜZRƏ YERDƏYİŞMƏ VƏ İRƏLİ ÇƏKİLMƏ

 71. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq olaraq hərbi vəzifələr (hərbi qulluqçular  tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə  orqanlarının, idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur. [25]

 Ali zabitlərin tutmalı olduqları vəzifələrin vahid siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 Digər hərbi qulluqçular heyətinin tutmalı olduqları vəzifələrin siyahılarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı  təsdiq edir.

(Çıxarılıb) [26]

72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər.

 Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir:

 qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən  icazə verildiyi müstəsna hallardan başqa, hərbi qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və  təşkilatlarda işləməsi, yəni əsas, daimi işi ilə yanaşı, digər pullu işi yerinə yetirmələri qadağandır.

 a) hərbi qulluqçuların vəzifələri — həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların müvafiq heyətinə aid olan şəxslərlə komplektləşdirilir.

 Hərbi qulluqçuların tutmalı olduqları vəzifələrə istisna hal kimi, bu sahədə iş təcrübəsi və hazırlıq səviyyəsi olan müvafiq ixtisaslı mülki  mütəxəssislər müvəqqəti təyin edilə bilərlər.

 Hərbi qulluqçuların digər heyətləri tərəfindən ştat vəzifələrinin tutulmasına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının  əmri ilə müəyyən edilmiş qaydada və bu Əsasnamənin 73, 75-ci maddələri ilə nəzərdə tutulmuş hallarda yol verilir;

 b) vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya  mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Hərbi qulluqçuların onlar üçün yeni ixtisasda istifadə olunması zəruri  olduqda vəzifəyə təyin edilməzdən əvvəl onlar, bir qayda olaraq, müvafiq kurslarda (toplanışlarda) yenidən hazırlıq keçməlidirlər;

 v) ali və orta hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular, eləcə də ehtiyatdan həqiqi hərbi xidmətə təyin olunanlar buraxılışdan  (ehtiyatdan çağırıldıqdan) sonra, bir qayda olaraq qoşunlara təyin edilirlər;

 q) hərbi qulluqçuların təşkilati tədbirlərlə, xidmət müddəti müəyyən edilmiş yerlərdə plan üzrə dəyişiklik aparılması ilə, təhsil almağa  göndərilməklə, özünün və ya ailə üzvlərinin səhhətinin vəziyyəti ilə, intizam qaydasında və ya müvafiq hərbi qulluqçular heyətinin  (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəməsinin vəsatəti ilə, vəzifəsinin aşağı salınması ilə, hərbi təhsil  müəssisələri məzunlarının vəzifəyə təyin edilməsi ilə, həqiqi hərbi xidmətdən tərxis edilməklə əlaqədar xidmət yerlərinin dəyişilməsi  Azərbaycan Respublikası Silahlı Qüvvələrində yay və qış təlim dövrləri qurtardıqdan, hərbi təhsil müəssisələrinin, mülki təhsil müəssisələrinin, hərbi və hərbi-dəniz kafedralarının (bölmələrinin, şöbələrinin) komanda və professor-müəllim heyətinin isə — tədris ili  qurtardıqdan sonra aparılır;

 d) hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən  aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından  başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Hərbi təhsil müəssisələrinin məzunları hərbi təhsil müəssisəsini bitirdikdən sonra müvafiq vakant vəzifələrə təyin edilirlər, müvafiq komandirlərin  (rəislərin) sərəncamına göndərilənlər isə hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar verilmiş məzuniyyəti istifadə edərək korpusa,  diviziyaya, gəmi briqadasına bilavasitə gəldikdən sonra təyin edilirlər.

 Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə  sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə  məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir;

 e) vakant vəzifəni təcili tutmaq zərurəti olduqda, birbaşa rəisdən, hərbi hissə komandirindən başlayaraq, ona bərabər və ondan yuxarı  səlahiyyətə malik olanlara, bu vəzifəyə təyin etmək hüququ olan rəisin razılığı ilə hərbi qulluqçunu, onun vəzifəyə təyin edilməsi üçün  sənədlərini dərhal tərtib etməklə vəzifəni müvəqqəti icra etməyə buraxmağa icazə verilir;

 j) hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, səhhətinə, hazırlığına və xidməti  təcrübəsinə görə vəzifələrini yerinə yetirə bilən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış, tutduqları vəzifələrdən başqa  vəzifələrə keçirilən hərbi qulluqçuların yerdəyişməsinin zəruriliyi və təcililiyi hərbi-həkim komissiyasının rəyi əsasında hərbi hissə  komandirindən başlayaraq, müvafiq birbaşa rəislər tərəfindən müəyyən edilir.

 Hərbi-həkim komissiyası tərəfindən səhhətinə görə uçuşa, gəmilərdə, köməkçi gəmilərdə, üzən baza vasitələrində və xüsusi qurğularda  xidmətə yararsız hesab edilən, lakin həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan və səhhətinə görə hərbi xidmətə, yaxud dinc  dövrdə sıradankənar xidmətə yararlı olan hərbi qulluqçular, uçuşun yerinə yetirilməsi ilə, gəmilərdəki xidmətlə, yaxud xüsusi qurğularda işlə  əlaqədar olmayan vəzifələrə təyin edilirlər;

 z) həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə  yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi  qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı  ilə həyata keçirilir.

 Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya  göndərilməyə təqdim edilirlər.

 Xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy «Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan  rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında  Təlimata» uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir.

 Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar,  həddi-buluğa çatmış uşaqlar-şagirdlər, eləcə də birinci və ikinci qrup 18 yaşından yuxarı olan əlil uşaqlar aiddirlər. Hərbi qulluqçunun öhdəsində olan və onunla  birgə yaşayan qalan ailə üzvləri səhhətlərinə görə daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi  müayinəyə göndərilə bilərlər. [27]

 Xidmət üzrə başqa yerə dəyişilməsi haqqında hərbi qulluqçunun öz qoca və xəstə valideynlərinə, yaxud onun arvadının (ərinin) ayrı  yaşayan valideynlərinə qulluq etməklə əlaqədar müraciəti ilə bağlı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müstəsna  hallarda, korpus, Silahlı Qüvvələr növünün müvafiq qurumları tərəfindən onların yaşadıqları yer üzrə hərbi komissarlığa onların səhhəti  barəsində hərbi-həkim komissiyasının rəyi, ailə vəziyyəti və başqa qohumlarının olub-olmaması haqqında məlumat almaq üçün sorğu  göndərilə bilər.

 i) bir-biri ilə yaxın qohumluq-qudalıq əlaqəsində olan hərbi qulluqçulara (valideynlər, ər-arvadlar, qardaşlar, bacılar, oğullar və qızlar,  eləcə də ər-arvadın qardaşları, bacıları, valideynləri və uşaqları) onların bir hərbi hissədə (idarədə, təşkilatda, hərbi təhsil  müəssisəsində,  müəssisədə), birləşmədə həqiqi hərbi xidmət keçməsinə əgər birinin digərinə tabeliyi və ya nəzarəti altında olması ilə bağlıdırsa icazə  verilmir;

 k) hərbi qulluqçuların xidməti əvəzçilik qaydasında hərbi hissələrdə, idarə, müəssisə və təşkilatlarda və hərbi təhsil müəssisələrində  vəzifəyə təyin olunması qadağandır.

 Hərbi qulluqçuların ştatdankənar hərbi senzor vəzifələrinə əvəzçilik üzrə təyin edilməsi «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində  hərbi senzura haqqında Əsasnaməyə» müvafiq həyata keçirilir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi müstəsna hallardan başqa hərbi qulluqçuların əvəzçilik üzrə  mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və təşkilatlarda işləməsi, yəni əsas daimi işi ilə yanaşı digər pullu iş yerinə yetirmələri  qadağandır.

 73. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aldıqları hərbi ixtisas üzrə və verilmiş hərbi rütbəyə müvafiq ştat vəzifələrinə təyin  edilirlər.

 Çavuşlar çatışmadıqda, ştatlar ilə «kiçik çavuş», «çavuş» rütbələri nəzərdə tutulan vəzifələrə yaxşı hazırlıqlı və intizamlı baş əsgərlər, baş  matroslar, əsgərlər və matroslar təyin edilə bilərlər.

 Baş çavuşlar çatışmadıqda baş çavuşların tutmalı olduqları vəzifələrə ən yaxşı, qüsursuz, intizamlı çavuşlar təyin edilə bilərlər.

 Səhhətlərinə görə sıradankənar xidmətə yararlı hesab edilən əsgər, matros və çavuşlar öz hərbi hissələrinin ştat vəzifələrinin siyahısına  müvafiq olaraq sıradankənar xidmətə yararlı olan şəxslərin təyin edilə biləcəyi arxa xidməti mütəxəssislərinin xidmət heyəti vəzifələrinə,  qulluqetmə heyətinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. Bu hərbi qulluqçuların vəzifəyə təyin olunması fərdi qaydada,  səhhətinə və tibbi göstəricilərinə görə həmin vəzifə borcunu yerinə yetirmək imkanı nəzərə alınmaqla həyata keçirilir. Onların xidmət  etdikləri hərbi hissələrdə müvafiq vəzifələr olmadıqda, həmin hərbi qulluqçular belə vəzifələr olan başqa hərbi hissələrə keçirilirlər.

 Gəmilərdə, köməkçi gəmilərdə üzən baza vasitələrində xidmət edən, lakin öz səhhətlərinə görə belə xidmətə yararsız hesab edilən matros və  çavuşlar hərbi dəniz qüvvələrinin sahil hissələrinə keçirilməlidirlər.

 74. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını vəzifələrə təyin etmək hüququ aşağıdakı şəxslərə verilir:

 a) manqa komandirlərini və onlara uyğun olanları — tabor komandirlərinin intizami səlahiyyətindən istifadə edən, əmr vermə  hüququna malik əlahiddə hissə komandirləri və onlara bərabər hüquqlardan istifadə edən rəislər və onlardan yuxarı səlahiyyətə malik  olanlar;

 b) taqım komandirlərinin müavinlərini və onlara bərabər olanları alay (briqada) komandirləri, onlara bərabər və ya onlardan yuxarı  səlahiyyətə malik rəislər.

 75. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin və miçmanların vəzifələrə təyin olunması onların xidməti ixtisasları,  iş təcrübəsi, işgüzarlıq və mənəvi keyfiyyətləri nəzərdə alınmaqla müddətdən artıq həqiqi hərbi xidmətə, gizir və miçmanların həqiqi hərbi  xidmətinə qəbul etmək hüququ olan komandir və rəislərin əmrləri ilə həyata keçirilir.

 Gizir, miçman məktəblərini bitirmiş hərbi qulluqçuları vəzifəyə təyin etmək hüququna Azərbaycan Respublikasının müvafiq icra  hakimiyyəti orqanı malikdir.

 Gizirlər, miçmanlar çatışmadıqda, onların tutmalı olduqları vəzifələrə müvəqqəti olaraq həm müddətli həqiqi hərbi xidmət, həm də  müddətdən artıq həqiqi hərbi xidmətlərin ən yaxşı, qüsursuz və intizamlı çavuşları və baş çavuşları təyin edilə bilərlər.

 Ali və ya orta ixtisas təhsilli gizirlər və miçmanlar onların işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınmaqla zabitlərin tutmalı olduqları  vəzifələrə təyin edilə bilərlər. Gizirlərin və miçmanların zabit vəzifələrinə təyin edilməsi bu vəzifələrə zabitləri təyin etmə hüququ olan  komandirlərin (rəislərin) əmrləri ilə həyata keçirilir. Bu vəzifələri tutmaq üçün zabitlər olduqda və vakant zabit vəzifəsi olmadıqda, zabit  vəzifələrini tutan gizirlər və miçmanlar gizir və miçman vəzifələrinə keçirilirlər.

 76. Kursantların (dinləyicilərin) kurs (bölük, batareya) baş çavuşlarının, taqım komandirləri müavinlərinin, tədris qruplarının, manqaların  komandirləri vəzifələrinə təyin edilməsi hərbi təhsil müəssisəsi rəisinin əmri ilə həyata keçirilir.

 77. Hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir:

 ştatda «kapitan» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — korpus (diviziya) komandirləri, onlara bərabər və  onlardan yuxarı səlahiyyətə malik olanlar;

  ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanı, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

  ştatda «polkovnik» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanı.

 Hərbi təhsil müəssisələrini bitirmiş məzunların vəzifələrə və hərbi qulluqçuların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanının aparatında vəzifələrə təyin edilməsi hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aiddir.

 Hərbi qulluqçuların ali zabitlərin tutmalı olduqları hərbi vəzifələrə təyin edilməsi və xidmət yerinin dəyişilməsi Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 Zabit heyətindən olan şəxslərin hərbi komissarlıqlarda, mülki təhsil müəssisələrinin hərbi kafedralarında (şöbələrində, bölmələrində)  vəzifələrə təyin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Hərbi prokurorluqların zabit heyətindən olan şəxslərinin vəzifələrə təyin edilməsi və xidmət üzrə yer dəyişməsi (seçkili vəzifələr istisna olmaqla) "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [28]

Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin edilməsini və xidmət üzrə yer dəyişməsini həmin hərbi  qulluqçuların ezamiyyətinin məqsədinə müvafiq olaraq mülki idarə, müəssisə və təşkilat rəhbərləri həyata keçirirlər. Hərbi qulluqçuların  vəzifəyə təyin edilməsi və xidmət üzrə yer dəyişməsi barədə həmin idarə, müəssisə və təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra  hakimiyyəti orqanına yazılı məlumat verirlər. Onlara bütün növ təminatlar hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada işlədikləri  idarə, müəssisə və təşkilatların hesabına verilir.

 Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların müəyyən edilmiş xidmətkeçmə qaydalarına riayət edilməsinə nəzarəti  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir:

 a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında;

 b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi  qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün;

 v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin  edildikdə;

 q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla.

 Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis)  qəbul edir.

 79. Hərbi qulluqçuların xidmət üzrə irəli çəkilməsi onların mənəvi və işgüzar keyfiyyətlərə, həvalə edilmiş sahələrdə əldə etdikləri nəticələrə və  yuxarıda duran vəzifə üzrə vəzifələri icra edərkən göstərdiyi qabiliyyətə uyğun olaraq və mürəkkəb xidmət şəraitində vəzifələrin yerinə  yetirilməsi nəzərə alınmaqla həyata keçirilir.

 Hərbi hissələrdə, birləşmələrdə, orqanlarda, müəssisələrdə, hərbi təhsil müəssisələrində, qoşun növlərində, Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti orqanlarının idarələrində, xidmətlərində, müstəqil şöbələrində, Silahlı Qüvvələr növlərində attestasiyaarası dövrdə  attestasiya nəticələrinin həyata keçirilməsi və xidmət üzrə irəli çəkilməli və təhsilə göndərilməli olan namizədlərin hazırlanmış ehtiyatının  yaradılması üzrə perspektiv planlar işlənib hazırlanır.

 Attestasiya nəticələrinin həyata keçirilməsi və xidmət üzrə irəli çəkilməli və təhsilə göndərilməli olan namizədlərin hazırlanmış ehtiyatının  yaradılması üzrə perspektiv planlar sərbəst formada işlənib hazırlanır.

 Alaydan (briqadadan) və onlardan yuxarı olan hərbi hissələrdə, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında  hər il tədris ili qurtardıqda əldə edilmiş nəticələrin və hərbi intizamın vəziyyətinin uçotu ilə gələn il konkret yuxarı vəzifələrə irəli çəkilmək və  təhsil almağa göndərilmək üçün zabitlərin ehtiyatı yaradılır (8 və 9 saylı əlavələr).

 Bu zaman ehtiyata daxil edilmiş hər bir zabitlə konkret vəzifəyə və ya təhsilə hazırlıq üzrə hansı işin aparılacağı müəyyən edilir.

 Müvafiq birbaşa rəisin qərarı ilə ehtiyata daxil edilmiş şəxslər bərabər vəzifəyə keçirildikdə onların xidməti xasiyyətnamələrinə əvvəlki  xidmət yerində ehtiyatda olmaları barədə qeyd olunur.

 Yüksək mənəvi və döyüş keyfiyyətləri, döyüş əməliyyatlarında, yaxud Azərbaycan Respublikasının müdafiəsi zamanı digər hərbi xidmət  vəzifələrinin yerinə yetirilməsində yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş və xidmət üzrə irəli çəkilməyə təqdim edilmiş hərbi  qulluqçular yüksək vəzifələrə birinci növbədə təyin edilməyə namizəddirlər.

 Alay (briqada) komandiri və onlardan yuxarı rəhbər vəzifələrə təqdim edilmiş namizədlərin məsələsinə təyin olunmazdan (təyin edilməyə  təqdim edilməzdən) əvvəl Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılır.

 Şərti məhkum edilmiş və ya törətdiyi cinayətə görə hökmün icrası təxirə salınmaqla məhkum edilmiş və bu Əsasnamənin 158-ci maddəsi ilə  nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılmış hərbi qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq müddəti və ya hökmün  təxirə salınma müddəti ərzində xidmət üzrə irəli çəkilməyə təqdim edilmirlər. Cinayət məsuliyyətinə qeyri-qanuni cəlb edilməsi ilə əlaqədar  tutduqları vəzifələrdən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qaydada əvvəllər tutduqları və ya onlara bərabər vəzifələrə bərpa  edilirlər.

 80. Xidmət müddəti müəyyən edilmiş yerlərdə hərbi xidmət keçən hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanı tərəfindən müəyyən edilmiş qayda və müddət daxilində yerlərini dəyişirlər. Yüksək vəzifəyə təyin olunduqda, təhsil almağa  göndərildikdə və digər zəruri hallarda müəyyən edilmiş xidmət müddəti bitənə qədər də onların yerləri dəyişdirilə bilər.

 81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər:

 a) ştatlar ixtisar olunduqda;

 b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə;

 v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə;

 q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi  qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən;

 d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə.

 Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş  hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir.

 İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq  verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin  edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir.

 Yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmiş hərbi qulluqçular sonradan bu Əsasnamənin 79-cu maddəsinin tələblərinin və səhhətinin  vəziyyətinin uçotu ilə, intizam cəzası qaydasında vəzifəsi aşağı salınanlar isə bundan əlavə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  İntizam Nizamnaməsi ilə müəyyən edilmiş müddət bitdikdə xidmət üzrə irəli çəkilə bilərlər.

 Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab  verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər.

 82. Hərbi qulluqçular bir hərbi hissədən başqa hərbi hissəyə aşağıdakı hallarda keçirilirlər:

 a) hərbi-həkim komissiyasının rəyi ilə səhhətinə görə vəzifələrini yerinə yetirmək, yaxud həmin ərazidə xidmət etmək hərbi qulluqçunun  səhhətinə əks-göstəriş olduqda;

 b) ailə vəziyyəti ilə əlaqədar hərbi-həkim komissiyasının rəyinə görə xidmət yerində yaşamaq hərbi qulluqçunun (müddətli həqiqi hərbi  xidmət hərbi qulluqçularından başqa) ailə üzvlərinə əks-göstəriş olduqda;

 v) təşkilati tədbirlərin keçirilməsi ilə əlaqədar xidmət yerində hərbi qulluqçunun ixtisasına, hazırlıq səviyyəsinə, yaxud iş təcrübəsinə  uyğun vakant vəzifələr olmadıqda;

 q) məhdud müddətli həqiqi hərbi xidmət yerlərində müəyyən edilmiş xidmət müddəti bitdikdə (müddətli həqiqi hərbi xidmət hərbi  qulluqçularından başqa);

 d) ərin (arvadın) yeni xidmət yerinə keçirilməsi ilə əlaqədar (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

e) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarı olduqda. [29]

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin (miçmanların), qadın-hərbi qulluqçuların köçürülmə müavinəti  ödənilməklə təkrar xidmət müddətini keçmək üçün başqa hərbi hissələrə və qarnizonlara yerdəyişməsi onların razılığı və keçirildikləri hərbi  hissələrdə vakant vəzifələr olduqda edilir.

 Xidmət üzrə yerləri dəyişdirilən hərbi qulluqçular, işləri və vəzifələri təhvil verdikdən sonra, hərbi qulluqçunun növbəti məzuniyyətdə, yaxud  müalicədə olduğu hallardan başqa hərbi hissə tərəfindən yerdəyişmə haqqında əmr, yaxud yazılı bildiriş aldığı gündən bir aydan gec  olmayaraq təzə xidmət yerinə ezam olunmalıdırlar.

 83. Yerdəyişmə və köçürmə hüququ aşağıdakı şəxslərə verilir:

 a) hərbi hissə daxilində:

 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — bu Əsasnamənin 74-cü maddəsinin «a», «b» bəndlərində nəzərdə tutulmuş  hüquqlar çərçivəsində hərbi hissə komandirinə;

  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, gizirləri, miçmanları — diviziya, korpus komandirinə, onlara bərabər  və onlardan yuxarı səlahiyyətə malik olanlara;

  zabitləri — komandirlərə və rəislərə bu Əsasnamənin 77-ci maddəsində onlar üçün nəzərdə tutulmuş hüquqlar çərçivəsində.

 b)korpus (diviziya) daxilində bir hərbi hissədən digərinə:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, gizirləri və miçmanları — diviziya, korpus komandirinə,  onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlara;

  zabitləri — komandirlərə və rəislərə bu Əsasnamənin 77-ci maddəsində onlara verilmiş hüquqlar çərçivəsində;

 v)korpuslar arasında:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanına;

  gizirləri, ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyin edilən zabitləri — Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanına;

  ştatda «polkovnik» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyin edilən zabitləri — Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti orqanına;

 d) Silahlı Qüvvələr növləri arasında:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanına;

  gizirləri, miçmanları və zabitləri (ştat cədvəlinə uyğun ali zabit rütbəsi nəzərdə tutulan vəzifələrə təyin olunan ali zabitlərdən  başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına.

 Ayrı-ayrı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələr növləri arasında hərbi qulluqçunun xidmət müddəti  dəyişdirilmədən köçürülməsi qarşılıqlı razılaşma əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə  yerinə yetirilir.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin bir növündən (qoşun növündən) digərinə xidmət müddətlərinin  müvafiq dəyişmələri ilə keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yerinə yetirilir.

 Hərbi hissələrin tərtibi, açılması, yerdəyişməsi, yeni gəmilərin sıraya daxil edilməsi ilə əlaqədar və digər xidməti zərurət olduğu hallarda hərbi  qulluqçular bu maddənin verdiyi hüquqlar çərçivəsində vəzifəli şəxslərin qərarı ilə yerlərini dəyişirlər.

 84. Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən — Silahlı Qüvvələrin şəxsi  heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və  əksinə ezam oluna bilərlər.

 Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan  Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi  qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə yetirilir və müvafiq olaraq Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanının və həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir.

 85. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı  birləşmələrə ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyinə  uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəis müavinlərinin sərəncamı ilə yerinə yetirilir.

VII fəsil

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə