«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə




Yüklə 1.08 Mb.
səhifə12/12
tarix22.02.2016
ölçüsü1.08 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12
[40] 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 133-cü maddəsinin v bəndinin on dördüncü abzasında “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.

 

 

[41] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 134-cü maddənin üçüncü abzasında “elmlər namizədi” sözləri “fəlsəfə doktoru” sözləri ilə əvəz edilmişdir.



 

[42]  24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 137-ci maddədən "j" bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:



j) hərbi tribunalların və xalq məhkəmələrinin iclaslarında xalq iclasçısı qismində iştirak etmək üçün;

 

[43] 20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933) ilə 146-cı maddəsinin üçüncü hissəsinin dördüncü abzasından “və hərbi sirləri” sözləri çıxarılmışdır.



 

 

[44] 17 sentyabr 2004-cü il tarixli 758-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 886) ilə147-ci maddənin altıncı hissəsində "Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri, "fərdi yaşayış evinin tikintisi üçün" sözlərindən sonra "müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz" sözləri əlavə edilmişdir.



 

[45] 17 sentyabr 2004-cü il tarixli 758-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 886) ilə 147-ci maddənin səkkizinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.

28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 147-ci bəndinin səkkizinci hissəsinin ikinci cümləsində "torpaqla" sözündən əvvəl "fərdi yaşayış evinin tikintisi üçün" sözləri əlavə edilmişdir.

 

[46] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 148-ci maddəsinin birinci hissəsindən "Hüququnu, pulsuz dava-dərman almaq" sözləri çıxarılmışdır.



 

[47] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 150-ci maddənin birinci hissəsində “təhsil məktəblərinin axşam və qiyabi şöbələrində” sözləri “təhsili müəssisələrinin qiyabi şöbəsində” sözləri ilə əvəz edilmişdir, ikinci hissəsindən “, hərbi xidmət keçdiyi yerdə axşam ümumtəhsil məktəblərində oxumaq” sözləri çıxarılmışdır.

 

[48] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 151-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

Hərbi qulluqçular hərbi xidmətə (toplanışa) qəbul edildiyi andan hərbi xidmət borcunu icra etdiyi müddətdə ölüm, şikəstlik  (yaralanma, kontuziya), sağlamlığını itirmə, hərbi xidmətin icrası ilə bağlı bədbəxt hadisələr, xəstələnmə hallarına qarşı dövlət tərəfindən  məcburi şəxsi sığorta edilirlər.

 

[49] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 152-ci maddənin birinci hissəsinin birinci cümləsində “dövlət pensiya təminatı” sözləri “əmək pensiyası” sözləri ilə, ikinci cümləsində “pensiya” sözü “əmək pensiyası” sözləri ilə əvəz edilmişdir.



 

6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 152-ci maddənin birinci hissəsində “yara, kontuziya, şikəstlik” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.

 

[50] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 153-cü maddədən "yol hərəkəti, ovçuluq, balıqtutma və balıq ehtiyatlarının mühafizəsi, gömrük qaydalarının mühafizəsi, gömrük qaydalarını pozduqlarına və qaçaqmalçılığa görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar, bununla bərabər hərbi qulluqçulara cərimə, islah işləri və inzibati həbs təyin edilə bilməz" sözləri çıxarılmışdır.



 

[51] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 153-cü maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[52] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 158-ci maddənin birinci hissəsinin "a" bəndində "olunmaqla, o cümlədən məcburi əməyə cəlb edilməklə azadlıqdan şərti məhkum" sözləri çıxarılmışdır.



 

[53] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 158-ci maddənin ikinci hissəsinin birinci və ikinci cümlələrində "hərbi tribunalın" sözləri "məhkəmənin" sözü ilə əvəz edilmiş, ikinci hissənin ikinci cümləsində "olunan, o cümlədən məcburi əməyə cəlb edilməklə şərti qaydada azadlıqdan məhrum" və "məcburi əməyə cəlb edilməklə azadlıqdan şərti məhkum edilənlər və" sözləri çıxarılmışdır.

 

[54] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddənin altıncı hissəsində “yaralanmış, kontuziya, şikəstlik” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.



 

[55] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 158-ci maddənin doqquzuncu hissəsində "azadlıqdan məhrum etmə yerlərindən" sözləri "cəzaçəkmə müəssisələrindən" sözləri ilə əvəz edilmişdir.

 

[56] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 161-ci maddənin birinci hissəsinin ikinci cümləsində “mövcud qanunvericiliklə pensiya üçün xidmət illəri hesablanır” sözləri “xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir” sözləri ilə əvəz edilmişdir.



 

 

[57] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 167-ci maddənin ikinci hissəsinin “a” bəndində “yaralanma, kontuziya və ya şikəstlik” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.



 

[58] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 167-ci maddənin ikinci hissəsinin “v” yarımbəndindən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən hallarda” sözləri çıxarılmışdır.

 

6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 167-ci maddənin ikinci hissəsinin “v” bəndində “bədbəxt hadisə zamanı aldığı şikəstlik” sözləri “hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.



 

[59] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 167-ci maddənin dördüncü hissəsində "hərbi tribunalın" sözləri "məhkəmənin" sözü ilə əvəz edilmişdir.

 

[60] 27 fevral 2001-ci il tarixli 93-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 147) ilə 170-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözlərindən əvvəl “Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri əlavə edilmişdir.



 

[61] 27 fevral 2001-ci il tarixli 92-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 146) ilə 170-ci maddənin üçüncü hissəsində “26” rəqəmi “27” rəqəmi ilə əvəz edilmişdir.

27 fevral 2001-ci il tarixli 93-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 147) ilə 170-ci maddənin üçüncü hissəsində “çağırışçıların uçotuna qaytarılır” sözlərindən sonra mötərizədə (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[62] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 171-ci maddənin “a” bəndinin üçüncü abzasında “qulluğa” sözü “xidmətə” sözü ilə əvəz edilmişdir.



25 dekabr 2001-ci il tarixli 239-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 745) ilə 170-ci maddənin üçüncü hissəsində "27" rəqəmi "35" rəqəmi ilə əvəz edilmişdir.

 

[63] 27 fevral 2001-ci il tarixli 92-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 146) 171-ci maddənin “a” bəndinin üçüncü və dördüncü abzaslarında “26” rəqəmi “27” rəqəmi ilə əvəz edilmişdir.

25 dekabr 2001-ci il tarixli 239-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 745) ilə 171-ci maddənin “a” bəndinin üçüncü və dördüncü abzaslarında “26” rəqəmi “27” rəqəmi ilə əvəz edilmişdir.

 

[64] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 171-ci maddənin "a" bəndinin axırıncı abzasında "azadlıqdan məhrumedilmə yerlərindən" sözləri "cəzaçəkmə müəssisələrindən" sözləri ilə əvəz edilmişdir.

 

[65] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 182-ci maddənin birinci hissəsində "ağır" sözündən sonra "və ya xüsusilə ağır" sözləri əlavə edilmişdir.

 

[66] 1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 871) ilə 3 saylı əlavənin beşinci abzasının ikinci cümləsindən mötərizədə verilmiş "güzəştlə hesablandıqda" sözləri çıxarılmışdır. Əvvəli redaksiyada deyilirdi:



  3-cü qrafanı doldurarkən hərbi qulluqçuya verilmiş elmi dərəcə, elmi rütbə, fəxri ad, eləcə də onun hazırlığını və xidmətlərini xüsusilə  qabarıq şəkildə səciyyələndirən digər məlumatlar (döyüş təcrübəsi, dövlət mükafatları və s.) göstərilir. Xidmət illəri yalnız o hərbi qulluqçular  üçün göstərilir ki, növbəti il yanvarın 1-dək onların xidmət illəri (güzəştlə hesablandıqda) 20 ildən az olsun. Xidmət illəri hərbi hissənin  müvafiq qurumları tərəfindən, zəruri hallarda isə maliyyə orqanını da cəlb etməklə xidmət illəri hesablanma vərəqəsi tərtib edilmədən  hesablanır.

 

[67] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 5 saylı əlavənin I bölməsində “yaralanması” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.



 

[68] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 6 saylı əlavənin 2-ci bəndinin “v” yarımbəndində “yaralanmaları” sözü “xəsarət (yaralanma, travma, kontuziya) almaları” sözləri ilə əvəz edilmişdir.



 

[69] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 6 saylı əlavəsinin 9-cu bəndinin sonuncu abzasında "hərbi tribunalın" sözləri "məhkəmənin" sözü ilə əvəz edilmişdir.
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə