«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə




Yüklə 1.08 Mb.
səhifə10/12
tarix22.02.2016
ölçüsü1.08 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

 



Qeyd:

1. Diviziya (korpus) və yuxarı müvafiq qurumlar «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməni, bu Nümunəvi sxemi və yuxarı müvafiq qurumların işləyib hazırladığı sxemi rəhbər tutaraq attestasiya vərəqələrinin tərtibi, baxılması və təsdiqinin təfsilatı sxemini hazırlayırlar. Bu sxemlər müvafiq komandanlar, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və əldə rəhbər tutmaq üçün qoşunlara göndərilir.

2. Silahlı Qüvvələrin, qoşun növlərinin müvafiq qurumları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının idarə, müstəqil şöbə və xidmət rəisləri, mərkəzi tabelikdə olan və onların bilavasitə komplektləşdirdikləri idarə, şöbə, xidmət, hərbi hissə və müəssisələr üzrə, diviziyaların (korpusların) komplektləşdirdikləri vəzifələr istisna olmaqla, müfəssəl attestasiya sxemi işləyib hazırlayırlar. Bu sxemlər korpuslara (diviziyalara) göndərilmir.

3. Tutduğu vəzifəyə uyğunsuzluq, aşağı vəzifəyə keçirilmə zərurəti, yaxud ehtiyata buraxılma (yaşa və səhhətə görə buraxılanlardan başqa) rəyləri (qərarları) olan attestasiya vərəqələri attestasiya olunanları vəzifəyə təyin etmək nomenklaturasına aid olan rəis tərəfindən təsdiq olunur.

 

 

 



 

 

 



“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə
11 saylı əlavə

 


Attestasiya vərəqəsi

(ilk zabit hərbi rütbəsi verilməsi üçün)

 

İlk hərbi rütbə verilməsinə təqdim edilən _____________________________________________



__________________________________________________________________________________

(hərbi rütbəsi, soyadı, adı və atasının adı, məzunu olduğu

__________________________________________________________________________________

təhsil müəssisəsi, yaxud tutduğu vəzifə və hərbi hissə)

__________________________________________________________________________________

(hansı rütbəyə və hansı əsaslarla təqdim olunması göstərilir)

Təvəllüdü _______________ Doğulduğu yer ___________________________________________

Milliyyəti _________________________________________________________________________

Hansı ildən Silahlı Qüvvələr sırasındadır _____________________________________________

Təhsili: ___________________________________________________________________________

Mülki ____________________________________________________________________________

(təhsil müəssisəsinin adı və onu bitirdiyi il)

 

I. Attestasiyanın mətni

 

________________________________________________________________ tədris müddəti olan ___________________________________________________________________________________



(hərbi təhsil  müəssisəsinin, fakültənin, kursun adı ixtisas üzrə)

_______________________________ №-li HUİ ilə aşağıdakı qiymətlərlə ________________ ___________________________________________________________________________________

(əsas tədris fənlərinin adı və onların hər birinə görə aldığı qiymət göstərilir)

Dövlət imtahanlarını _____________________________________________________________ __________________________________________________________________ qiymətlərlə verib.

Diplom layihəsini _________________________________________________________ mövzuda ______________________________________________________________ qiymətlə yerinə yetirib.

İmtahan (ixtisas) komissiyasının qərarı ilə verilib _______________________________________ _____________________________________________________________ ixtisası (ixtisas dərəcəsi)

Attestasiya üzrə nəticə _____________________________________________________________

(attestasiya edənin soyadı, imzası, vəzifəsi və hərbi rütbəsi)

«_____» _____________ 200 ____ il

M.Y.


II. Böyük rəislərin rəyləri

___________________________________________________________________________________ ___________________________________________________________________________________

III. Attestasiya vərəqəsini təsdiq edənin qərarı

___________________________________________________________________________________ ___________________________________________________________________________________

(attestasiya edənin vəzifəsi, hərbi rütbəsi, soyadı və imzası)

«_____» _____________ 200 ____ il

M.Y.

«_____» ___________________ 200 ____ il tarixli ________ №-li əmrlə __________________ hərbi rütbəsi və şəxsi nömrə _____________________________ verilib.



Attestasiya vərəqəsi ilə tanış oldum _______________________________________________

(attestasiya olunanın imzası)

«_____» _____________________ 200 _____ il


 

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 12 saylı əlavə

 

Mərkəzi attestasiya komissiyalarında baxılıb

müzakirə edilməli attestasiyaların
Siyahısı

 

Silahlı Qüvvələr növü komandanlarının müavinləri;



bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan qoşun növlərinin, idarələrin, müstəqil şöbələrin və xidmətlərin rəisləri;

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan şöbə rəislərinin, idarə rəisləri müavinlərinin;

diviziya, korpus komandiri müavinlərinin;

alay (briqada), gəmilər briqadası komandirlərinin;

akademiya, hərbi məktəb rəislərinin;

mülki təhsil müəssisələrinin hərbi kafedra (şöbə bölmə) rəislərinin.

Qeyd: Mərkəzi attestasiya komissiyalarında başqa vəzifələr daşıyan zabitlərin       attestasiyalarına da baxıla bilər.

 

Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə


13 saylı əlavə

 


Attestasiya komissiyası iclasının
Protokolu

_____________________________________________________________________________

(hərbi hissə, idarə, müəssisə, məktəb, birləşmə, birlik,

_____________________________________________________________________________

 

_____________________________________________________________________________



yaxud Silahlı Qüvvələr növlərinin hissələri)

Komissiyanın sədri ___________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, soyadı və inisialı)

Komissiyanın katibi __________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, soyadı və inisialı)


 

Sıra №

Kimin attestasiya vərəqəsinə baxılır (attestasiya olunanın hərbi rütbəsi, soyadı, adı, atasının adı və vəzifəsi)

Komissiya attestasiyaya görə hansı rəyi vermişdir

Doldurulma nümunəsi

1.

Kapitan Nağıyev Paşa Nağı oğlu, 1-ci tank taborunun 2-ci tank bölüyü komandiri

Tank bölüyü komandiri vəzifəsinə uyğundur.

Tank taboru qərargahının rəisi vəzifəsinə irəli çəkilməyə layiqdir



2.

Mayor Vahabov İsmayıl Vidadi oğlu, 1-ci tank taboru qərargahının rəisi

Tank taboru qərargahının rəisi vəzifəsinə uyğundur. Hərbi akademiyaya oxumağa göndərilməyə layiqdir.

 

Qeyd: Protokolun sonunda attestasiya komissiyasının iclasına çağırılmış zabitlərin hərbi rütbələri və soyadları göstərilir.

 

Attestasiya komissiyasının sədri

 

polkovnik-leytenant

Muradov

Attestasiya komissiyasının üzvləri:

 

polkovnik-leytenant

İbadov

mayor

Cəfərov

mayor

Məmmədov

Attestasiya komissiyasının katibi

 

kapitan

Orucov

 

“____” _________________ 200___ il

 

“Hərbi xidmətkeçmə haqqında”

 Əsasnaməyə
14 saylı əlavə

 

Vəzifəyə, başqa işə keçirilməyə və Silahlı

 Qüvvələrdən buraxılmağa, komandir (komandan)

və yuxarı instansiyaların nomenklatura vəzifələrinə

attestasiya olunan zabitlərin
Nəzarət siyahısı

 


Sıra №-si

Hərbi rütbəsi, soyadı, adı və atasının adı, vəzifəsi və hərbi hissəsi

Təvəllüdü, milliyyəti, ümumi hərbi təhsili, SQ-də xidmət stajı

Hansı ildə attestasiya olunub

Başqa işə keçirilməyə (buraxılmağa) və vaxt məsləhət bilinir

Attestasiya nəticəsinin yerinə yetirilməsi, yaxud siya-hıdan çıxarıl-ması barədə qeyd

 

 

Vəzifəsini aşağı salmağa

Başqa işə keçirilməyə

Silahlı qüvvələrdən buraxılmağa


 

 

Qeyd: Siyahı hərbi hissənin və birləşmənin qərargahında hərbi hissənin (birləşmənin) göstərilən bütün zabitləri üçün tərtib olunur. Yuxarıda duran müvafiq qurumlarda öz nomenklaturaları və yuxarıda duran instansiyaları üzrə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları öz istiqamətlərinin nəzərdə tutulan vəzifələri üzrə nəzarət siyahısı tuturlar.

 

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə


15 saylı əlavə

 


Zabitlərin peşə hazırlağının uçotu vərəqi

_____________________________________________________________________________

(hərbi rütbəsi, soyadı, adı, atasının adı)

_____________________________________________________________________________

(vəzifəsi)

Təhsili ______________________________________________________________________

(hansı hərbi təhsil  müəssisəsini nə vaxt qurtarıb,

_____________________________________________________________________________

hazırlıq kurslarını keçib)


 

Fənlərin adları

Attestasiyalararası dövrdə illik qiymətlər

I. Təhsil fənləri üzrə şəxsi hazırlığı

200 ___ il

200 ___il

200 ___ il

200 __ il

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər növü, qoşun növlərinin, xüsusi qoşunların əsas fənləri göstərilir.

 

 

 

 

Fərdi tapşırıqların yerinə yetirilməsi

Qış təlim dövründə

 

 

 

 

Yay təlim dövründə

 

 

 

 

Şəxsi hazırlığa ümumi qiymət

 

 

 

 

II. Bölmənin (hissənin birləşmənin, xidmətin taktiki (KOT) təlimdə aldığı qiymətlər

 

 

 

 

III. Bölmənin (hissənin, birləşmənin, xidmətin) yekun yoxlanışının, inspeksiyanın qiymətləri

 

 

 

 

 

IV. İxtisas dərəcəsi ___________________________________________________________

dərəcənin verilməsi (təsdiq olunması)

_____________________________________________________________________________

əmrinin sayı və tarixi)

V. İdman dərəcəsi _____________________________________________________________________________

(hansı növ üzrə dərəcə verilməsi əmrinin sayı və tarixi)

VI. Qısa müddətli kurslarda oxumanın nəticələri _________________________________ _____________________________________________________________________________

Komandir (rəis) ______________________________________________________________

 


 

Təhsilin və işin nəticələri barədə söhbət aparılıb

200 ___ il

200 ___ il

200 ___ il

200 ___ il

200 ___ il

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

 

Qeyd: Təlimə və işlərə görə zabitlərlə hər dövrdə söhbət keçirilərkən tarix göstərilməklə imza qoyulur.

 

 

 «Hərbi xidmətkeçmə haqqında»



Əsasnaməyə

16 saylı ƏLAVƏ

 

Hərbi hissə, bölmə və birləşmə komandirlərinin, habelə müddətli həqiqi hərbi xidmətdən ehtiyata,  yaxud istefaya buraxılan hərbi qulluqçuların təntənəli yola salınmaları barədə



GÖSTƏRİŞLƏR

 

 1. Bu göstərişlərdə hərbi hissə, bölmə və birləşmə komandirlərinin, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yaşa, xəstəliyə,  yaxud ştatların ixtisarına görə xidmət müddətini başa çatdırdıqlarına görə ehtiyata buraxılan hərbi qulluqçuların təntənəli surətdə yola  salınma qaydaları müəyyən edilir.



 2. Ehtiyata (istefaya) buraxılan bölmə komandirinin yola salınması üçün onun komandir olduğu bölmə sıraya düzülür.

 3. Alay (briqada), gəmi, əlahiddə tabor (divizion) komandiri yola salınarkən onun komandir olduğu hərbi hissə (gəminin şəxsi heyəti) sıraya  düzülür. Yola salınmanı təşkil edən rəisin qərarı ilə alayın (briqadanın) şəxsi heyəti bütünlükdə deyil, bir qarnizonda alayın (briqadanın)  qərargahı ilə yerləşən bir neçə bölməsinin düzülməsinə yol verilir.

 4. Birləşmə komandiri yola salınarkən birləşmə idarəsinin zabitləri sıraya düzülür. Yola salınmanı təşkil edən rəisin qərarı ilə birləşmənin  qərargahı ilə bir qarnizonda yerləşən hərbi hissə, yaxud bölmə sıraya düzülə bilər.

 5. Müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları yola salınarkən onların xidmət  etdikləri hərbi hissə sıraya düzülür. Yola salınmanı təşkil edən rəisin qərarı ilə hərbi hissənin bütün şəxsi heyəti deyil, bir qarnizonda hərbi  hissə qərargahı ilə yerləşən bir neçə bölmənin sıraya düzülməsinə yol verilir.

 6. Sıraya düzülmənin vaxtı, yeri və sıraya cəlb edilən şəxsi heyət yola salınmanı təşkil edən rəis tərəfindən müəyyənləşdirilir. Buraxılan  komandirlərə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) yola salınma vaxtı və yeri barədə bir gün əvvəl məlumat verilir.

 7. Hərbi hissələrin, bölmələrin və birləşmə idarəsinin şəxsi heyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinin  tələblərinə əsasən silahla parad geyim formasında aşağıdakı xüsusi hallara riayət edilməklə düzülür:

 hərbi hissənin, bölmənin, birləşmənin buraxılan komandiri əvəzində sıraya yeni təyin edilmiş komandir komandanlıq edir (əgər bu  hərbi hissənin, bölmənin, birləşmənin komandiri buraxılırsa);

  hərbi hissənin, bölmənin, birləşmənin buraxılan komandiri (həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular) yola salınmanı təşkil  edən rəisin yanında durur (dururlar);

  yeni təyin edilmiş komandir şəxsi heyətin sıraya düzülməsi barədə yola salınmanı təşkil edən rəisə raport verir. Məsələn: «Yoldaş  general-mayor, 110-cu motoatıcı alay, alayın komandiri polkovnik Nəcəfovun ehtiyata (istefaya) yola salınması üçün düzülmüşdür».  Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müddətli həqiqi hərbi xidmətdən buraxılarkən hərbi hissə komandirinin müavini hərbi  hissə komandirinə raport verir. Məsələn: «Yoldaş polkovnik, 110-cu motoatıcı alay müəyyən olunmuş xidmət müddətlərini başa  vurmuş hərbi qulluqçuların təntənəli surətdə ehtiyata yola salınması münasibətilə düzülmüşdür». komandirin (müddətli hərbi xidmət hərbi qulluqçularının) yola salınmasını təşkil edən rəis hərbi hissənin, bölmənin, hissənin sırası  önündən keçdikdən sonra onun (onların) buraxılmaları barəsindəki əmri elan edir, ona (onlara) öz arzularını bildirir, habelə  mükafatları elan edir və ona (onlara) buraxılmaları münasibətilə təltif olunduğu (olunduqları) fərmanları təqdim edir;

  buraxılan komandirin (həqiqi hərbi xidmət hərbi qulluqçularının) xidmətlərini qeyd etmək istəyən digər şəxslərə şəxsi heyətin sırası  önündə çıxış etməyə və ona (onlara) öz arzularını çatdırmağa icazə verilir;

  buraxılan komandirə (tərxis olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) onun (onların) xahişi ilə cavab nitqi söyləmək  üçün söz verilə bilər.

 8. Hərbi hissənin, bölmənin komandirinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) təntənəli surətdə yola salınmaları münasibəti  ilə düzülüşdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsində göstərilən tələblərə uyğun olaraq hərbi hissənin  (birləşmənin) Döyüş Bayrağı sıra önünə gətirilir. Hərbi hissə təntənəli marşla ötüb keçməzdən əvvəl buraxılmış komandir (müddətli həqiqi  hərbi xidmətdən buraxılan hərbi qulluqçuların nümayəndəsi) Döyüş Bayrağı ilə aşağıdakı qaydada vidalaşır:

 «Farağat» komandasından sonra qərargah rəisinin müavini bayraqdarın önündə dayanıb «Bayraqdar, arxamca addımla - Marş»  komandası verir və onu öz assistentləri ilə sıra boyunca ortaya qədər aparır, sonra irəliyə göndərir və bayraqdarı hərbi hissə (birləşmə)  sırasının 30 — 40 addımlığında sıra önündə saxlayır;

  Döyüş Bayrağı ilə hərəkət vaxtı orkestr «Qarşılama marşı» (təbilçilər isə «Bayraq altına» havasını) çalır;

  buraxılan komandir (müddətli həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların nümayəndəsi) Döyüş Bayrağına yaxınlaşır, dizi  üstə çökür və Döyüş Bayrağını öpür. Buraxılan komandir (müddətli xidmətdən buraxılan hərbi qulluqçuların nümayəndəsi) Döyüş  bayrağı ilə vidalaşdıqdan sonra öz yerinə dönür. Döyüş Bayrağı (əks qayda ilə) öz yerinə aparılır.

 9. Yolasalınma Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıra Nizamnaməsinin tələblərinə uyğun tərzdə hərbi hissənin (bölmənin) təntənəli  marşı ilə qurtarır.

 10. Birlik komandanlarının yola salınmaları birləşmələrin komandirlərinin yola salınması üçün göstərilən qayda ilə icra olunur.

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 fevral 2001-ci il tarixli 83-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 138)



2.       20 fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 145)

3.       27 fevral 2001-ci il tarixli 92-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 146)

4.       27 fevral 2001-ci il tarixli 93-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 147)

5.       15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

6.       25 dekabr 2001-ci il tarixli 239-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 745)

7.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

8.       2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 464)

9.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

10.    17 sentyabr 2004-cü il tarixli 758-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 886)

11.    14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 576)
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə