Hərbi və xüsusi şöbənin müdiri, istefada olan polkovnik-leytenant Babayeva Səidə Məmməd qızı




Yüklə 20.28 Kb.
tarix11.03.2016
ölçüsü20.28 Kb.
Hərbi və xüsusi şöbənin müdiri, istefada olan polkovnik-leytenant

Babayeva Səidə Məmməd qızı

29.12.1954-cü ildə Bakı şəhərində anadan olub. 1961-ci ildə Bakı şəhəri Nəsimi rayonun 54 saylı orta məktəbinə daxil olub,1978-ci ildə A.Zeynallı adına Bakı Orta Xüsusi Musiqi Məktəbini (fortepyano üzrə müəllimə), 1986-cı ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1975-çi ildən 2009-cu ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. 2009-cu ilin iyul ayından hal-hazira kimi Hərbi və xüsusi şöbənin müdiri vəzifəsində işləyir. Bir evladı var.

Bu şöbə helə 1966-cı ildən Azərbaycan Xalq Təsərrüfat İnstitutu öz müstəqilliyini bərpa etdiyi dövrdən fəaliyyətdə olmuşdur. Hal-hazırda Hərbi və xüsusi şöbənin ştat cədvəlinə əsasən tərkibi: müdir, bir böyük inspektor, üç inspektor və bir operator-kargüzar təşkil edir.
Hərbi və xüsusi şöbənin əsas vəzifələri:

1. Şöbə müvafiq dövlət orqanlarının yerlərdə filialı olaraq fəaliyyət göstərir.

2. ”Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq universitetdə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin və məxfi-rejim qaydalarını təmin edir.

3. Məxfi kargüzarlığın təşkilinin və mövcüd “Təlimata” müvafiq surətdə aparılmasını təmin edir.

4. Təsdiq olunmuş nomenklaturaya müvafiq olaraq, işçilərin məxfi məlumatlarla işləməyə buraxılmasını təşkil edir.

5. İşləyən hərbi mükəlləfiyyyətlilərin və çağırışçı-tələbər haqqında müvafiq hesabatların hazırlanmasını tərtib edir.

6. Hüquq-mühafizə orqanları ilə lazımı xidməti yazışmalar aparır.

7. İşləyən hərbi mükəlləfiyyyətlilərin və çağırışçı-tələbər haqqında müvafiq hesabatların hazırlanmasını tərtib edir.

8. Möhür və ştampların hazırlanmasına, qeydiyyatına, saxlanılmasına, verilməsinə, istifadə olunmasına və məhv edilməsinə nəzarət edir.

9. Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon, idarə, şöbə və bölmələri ilə çağırışçı-tələbələr haqqında müntəzəm yazışmalar aparır.

10. Çağırışçı-tələbələrin qeydiyyatını aparır.

11. Bütün kurslarda əyani şöbədə oxuyan çağırışçı-tələbələr haqqında qeydiyyatda olan Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətlərinə Forma -10 arayışlar göndərir.

12. Əyani və qiyabi şöbələrdə oxuyan tələbələrə Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon, idarə və şöbələrinə təqdim etmək üçün arayışlar verilir.

13. Universiteti bitirən tələbələrə diplomu əvəz edən arayışlar verilir.

14. Universitetdə təhsil alan tələbələrə və maqistrlara müvafiq ünvanlara (səfirliklər, miqrasiya xidməti, təhsil nazirliyi, müdafiə sosial fondu, hava yollarına və sair) arayışlar verilir.

15. İşləyənlərin və təxsislənmiş hərbi mükəlləfiyyətlilərin qeydiyyatı aparılır və ildə bir dəfə qeydiyyatda olan Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon, idarə və şöbələrinə qeydiyyatlarını tutuşdurmaq üçün onların hərbi uçot vərəqələri göndərilir.



Süleymanova Günel Qəhrəman qızı 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, 1990-cı ildə Sumqayıt şəhər 30 saylı orta məktəbinə daxil olub, 2000-ci ildə bitirmışdır. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloqiya və dizayn” fakültəsinə daxil olmuş və 2005-ci ildə bitirmişdır. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Hərbi və xüsusi şöbəsinə inspektor vəzifəsinə təyin olunmuş, həmin ilin dekabr ayından hal-hazırki vaxta kimi şöbənin böyük inspektor vəzifəsində işləyir.
Hacıyeva Leyla Rafiq qızı 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1994-cü ildə 283 saylı orta məktəbinə daxil olub, 2004-cü ildə bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsinin qiyabi şöbəsinə daxil, 2010-cu ildə bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Hərbi və xüsusi şöbəsinə katibə-makinaçı vəzifəsinə təyin edilmişdir. 2006-cı ildən hal-hazırki vaxta kimi inspektor vəzifəsində işləyir.
İbrahimova Gülxar Vidadi qızı 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 252 saylı orta məktəbinə daxil olub, 1982-ci ildə bitirmişdir. 1982-1985-ci illərdə Bakı Plan-iqtisad Texnikumunda təhsil almışdır. 1996-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Hərbi və xüsusi şöbəsində baş inspektor vəzifəsində işləmişdir. 2002-ci ildən isə hal-hazırki vaxta kimi həmin şöbədə inspektor vəzifəsində işləyir.
Süleymanova Gülçöhrə Nazim qızı 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.1985-ci ildə Bakı şəhəri Yasamal rayonun 286 saylı orta məktəbinə daxil olmuş, 1995-ci ildə bitirmişdir. 1998-ci ildən hal-hazırki vaxta kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Hərbi və xüsusi şöbəsinin operator-kargüzar vəzifəsində işləyir.
Hərbi və xüsusi şöbənin əməkdaşarı arasında fakültələrin



bölünməsi


Ğünel Süleymanova – böyük inspektor - 2382 tələbə


  1. Maliyyə - 1247

  2. Biznes inzibatçılığı – 516

  3. Uçot iqtisad - 629


Leyla Hacıyeva - inspektor - 2530 tələbə


  1. Ümumi iqtisadiyyat -1633

  2. Kommersiya - 534

  3. Texnoloqiya və dizayn - 363


Gülxar İbrahimova - inspektor - 2389 tələbə



  1. B İ M - 1005

  2. İnfor. və idarəetmə - 755

  3. Türk dünyası işlətmə

  4. Əmtəəşünaslıq - 245


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə