Hər gün, hər saat mükəmməlliyə doğru




Yüklə 84.9 Kb.
tarix22.02.2016
ölçüsü84.9 Kb.

Biblioqrafiya. Alim, Qurucu, Şair




Hər gün, hər saat



mükəmməlliyə doğru
Hamlet İsaxanlı


Hamlet Abdulla oğlu İsaxanlı (İsayev)

Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) 1948-ci il mart ayının 1-də Gürcüstan Respublikasında, Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur.



İsaxanlı soyadı onun poetik yaradıcılığında və humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətdiyi soyaddır. Onun bütün riyazi əsərləri İsayev soyadı ilə çap olunmuşdur. Hal-hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

Hamlet İsaxanlı çox geniş və müxtəlif sahələrdə fəaliyyət göstərir; onları tam olmasa da sadalayaq – Riyaziyyat, hu­mani­tar və sosial elmlərin bir çox sahələrində görülmüş elmi-tədqiqat işləri, poetik və digər bədii-publisistik yaradıcılıq, tər­cüməçi, maarifçi, universitə təsisçisi, məktəb (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xa­dim...


Riyaziyyat
Hamlet İsaxanlı 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib, Azərbaycan (İndiki Bakı) Dövlət Universitetinin me­xa­nika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. Həmin il o, (1970-73-cü illərdə) Azərbaycan Elmlər Akademiyasının Riya­ziyyat və Mexanika institutu tərəfindən M.V. Lomonosov adına Mosk­va Dövlət Universitetinin mexanika-riyaziyyat fakül­tə­sinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə “Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi mə­sə­lə­ləri” mövzusunda disserta­siya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi (PhD) alimlik dərəcəsi aldı.

1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Ba­kı­da, Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitu­tun­da, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexa­nika İnstitutunda, Azərbaycan Dövlət Universi­tetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra Azərbaycan Dövlət Neft və Kimya İn­sti­tu­tunda (İndiki Dövlət Neft Akademiyası) və Leninqrad (in­diki Sankt Peterburq) Maliyyə və İqtisad İnstitutunda (Bakı fi­lialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.

Onun Hamlet İsayev imzası ilə Sovet İttifaqı, Amerika Bir­ləş­miş Ştatları, Böyük Britaniya, Kanada və Almaniya kimi öl­kələrin riyaziyyat üzrə nüfuzlu elmi jurnallarda və məc­muə­lər­də dərc olunan elmi-tədqiqat əsərləri müəllifinə geniş şöhrət gə­tirdi. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda “Çox­parametrli spektral nəzəriyyənin bəzi məsələləri” möv­­zusunda disserta­si­ya işini müdafiə edərək fizika-riy­a­ziy­yat elmləri doktoru alim­lik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Ko­mi­təsi tərəfindən professor adı­na layiq görüldü.

Hamlet İsayev yüksək tədqiqatçı gücünə, dərin və ge­niş riyazi mədəniyyətə malik alim kimi tanındı və hörmət qa­zan­dı. O, riyaziyyat və tətbiqi elmlərin öz-özünə qoşma ol­mayan ope­ratorlar nəzəriyyəsi, çoxparametrli spektral nə­zəriyyə, birgə spektrlər nəzəriyyəsi, diferensial tənliklər, ədədi oblast­lar, iqtisadiyyatın riyazi modelləri kimi müx­tə­lif sahələrində də­rin nəticələr almış alimdir. Hamlet İsayev müasir çoxpara­metr­li spektral nəzəriyyənin yaradıcıların­dan biri hesab olu­nur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mü­hüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı idi.

Hamlet İsayev Moskva riyaziyat məktəbinin nüma­yən­dəsi olmaqla yanaşı Birləşmiş Ştatlar, Böyük Britaniya, Al­ma­niya, Kanada,... elmi məktəblərin də uğurlarından bəh­rələndi. Hələ Sovet “Dəmir Pərdə” dövründə o, çətinliklərə baxmayaraq, qərb ölkələri yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli pro­fessor kimi çalışaraq da kəşf edir, öy­rə­nir­di. Sonralar da Av­ropa, Amerika və Asiyada yerləşən müx­təlif elmi mərkəz­lər, akademiya və universitələr onu müha­zi­rələr oxumağa, bir­gə tədqiqatlar aparmağa, nüfuzlu elmi konfranslarda çıxışa də­vət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazi­rə­lər oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Mosk­va və Bakıya dəvət etdi. Gö­ründüyü kimi, artıq Sovet döv­ründə, o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu.

Hamlet İsayevin riyaziyyat üzrə tədqiqatlarını Sovet Elmlər Akademiyası üzvləri N.N. Boqolyubov, V.S. Vla­di­mi­rov, S.M. Nikolskiy, Lenin mükafatı laureatları B.M. Le­vi­tan, V.B. Lidskiy, eləcə də A.Q. Kostyuçenko, A.A. Dezin, V.A. Sa­dov­niçiy (hal-hazırda Lomonosov adına Moskva Döv­lət Uni­ver­sitetinin rektoru), professor F. Atkinson (To­ron­to Univer­sity), professor P.J. Browne (University of Cal­ga­ry) və digər görkəmli riyaziyyatçılar yüksək qiymət­lən­dirdilər.

Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rə­ya­sət Heyəti tərəfindən “ilin ən yaxşı elmi işləri” siyahısına da­xil edildi.


Humanitar və sosial elmlər

üzrə tədqiqatları. Poetik və bədii-publisistik yaradıcılığı

Hamlet İsaxanlı geniş sahələrdə tədqiqat aparan və san­bal­lı əsərlər yazan elm və sənət adamıdır; riyaziyyat xa­ri­cində də o, öz tədqiqat üfüqlərinin genişliyi ilə diqqət çəkir. Elm, təh­sil və mədəniyyət tarixi, təhsil siyasəti, tər­cü­mə nəzəriyyəsi və tarixi, dil və ədəbiyyat, və digər sa­hə­lər­də yüzlərlə məqalə, monoq­rafiya və dərsliklərin müəllifidir.

Hamlet İsaxanlının “Xəzərin sorağında” əsəri həm Azər­baycan daxilində, həm də beynəlxalq aləmdə çox ta­nındı və oxun­du. Çox maraqlı nəql yazı üslubu, yeni ali mək­təbin yara­dıl­ması dövrünə xas olan siyasi və mədəni mü­hitin, şəxsi və psi­xoloji məqamların orijinal təsviri, ha­disələrin və dövrün sə­nəd­ləşdirilmiş təhlili bu kitabı dəyər-qiymətini çox artırır. Ki­ta­bın girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yara­dıl­ma­sı və inkişafı ilə bağlı ger­çəklər xatirimdə silinməz izlər bu­rax­mışdır. Hadisələri dü­şün­cəmin süzgəcindən keçirə­rək ol­du­ğu kimi tam səmi­miy­yətlə oxuculara çatdırmaq id­dia­sındayam”.

Hamlet İsaxanlının tərcümə məsələləri dil, siyasət və lü­ğətçilik işinin təşkili sahəsində xidmətləri xüsusi qeyd edil­mə­yə layiqdir. “Poetik tərcümə və mədəniyyətlərarası ün­siy­yət. Məh­dud çərçivələr içində xoş ahəng və gözəllik ax­tarışı” adlı irihəcmli məqaləsi (çox güman ki, hazır­lan­maqda olan kitabın bir variantı) geniş tərcümə yolunda baş verən Şərq-Qərb ün­siy­­yətinin tarixi və təhlilinə, Azərbaycan türkcəsinə və Azər­bay­can türkcəsindən tərcümələrə, poetik tərcümə məsələ­lə­rinə həsr olunmuş bu əsər yaradıcı tər­cü­mə ilə məşğul olan­lar üçün mü­təxəssislərdən birinin qeyd etdiyi kimi “əvəze­dil­məzdir, sto­lüstü kitabdır, istinad qay­na­ğıdır”.

Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Bö­yük Lüğət”in müəlliflərindən biri və həm redaktorudur. Bu iş əsasən başa çatdırılmış, onun üç cildi çap olunmuş, di­gər­ləri çapa hazırlanmaqdadır. Bu lüğət, heç şübhəsiz, Azər­baycan elmi və mədəniyyətinin ən sanballı uğur­la­rın­dan biridir.

Hamlet İsaxanlının iki həmkarı ilə bərabər yazdığı və ün­siy­yət metoduna söykənən «Xaricilər üçün Azərbaycan dili» dərs­liyi əcnəbilərin və müəllimlərin çox müraciət et­dik­ləri bir qaynaqdır.

Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, təhsil si­yasəti, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət gös­tə­rən ən nüfuzlu alim, maarifçi, yazıçı-publisisit və ictimai xadimlər sı­rasındadır. Onun “On Education System in Tran­sition Ecenomy. A View From Azerbaijan” (“Keçid iq­tisadiyya­tın­da­kı təhsil sistemi. Azərbaycandan baxış”) və “Müasir dünyada ali təhsil sistemində nələr baş verir” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üz­rə Dövlət Proqramı” necə olsa yax­şıdır?” adlı kitabları və çox­saylı məqalələri, hesabatları və müsahibələri bir qayda ola­raq mütəxəssislərin, qərar­ve­rən­lərin və ümumiyyətlə, ictimaiy­yə­tin diqqət mərkəzindədir.

Çox geniş maraq dairəsinə sahib olan Hamlet İsaxanlı öz yazılarında həmçinin poeziya və fəlsəfə, beynəlxalq mü­na­si­bət­lər, tarix, jurnalistika və digər sahələrin prob­lem­lə­ri­ni də araşdırır.

Böyük həvəs və ehtirasla, güc və enerji ilə elmi araş­dır­ma­lar aparan və quruculuq işləri ilə məşğul olan Hamlet İsa­xanlı, eyni zamanda istedadlı, görkəmli şair kimi də həm Azərbay­canda, həm onun hüdudlarından çox-çox kənarda çox tanınır və sevilir. Azərbaycanda, Rusiyada, İranda, Gür­cüs­tanda şeir kitabları nəşr olunmuş və böyük rəğbət gör­müş­dür, Çində və Türkiyədə şeir kitabları çapa hazırlan­mış­dır. Üstəlik, o özü də məşhur şairlərin əsərlərini rusca­dan, ingiliscədən və fransız­ca­dan Azərbaycan dilinə usta­lıq­la tərcümə etmiş, oxucu və mü­təxəs­sislərin rəğbətini qa­zan­­mışdır; V.A. Jukovskiy, F. Bara­tın­skiy, F.İ. Tyutçev, A.Fet, S. Yesenin, N.S. Qumilev, A. Axma­tova, A. Axundova, G. Bayron, Ü.Bleyk, R. Herrik, G. De Nerval kimi şairlər bu sıradandır.

Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan və könülləri ehtizaza gətirəndir. Məhz buna görə də onun şeirləri Azərbaycan bəstəkarlarının diqqətini cəlb edib. Çox­saylı lirik və epik şeirləri və poemaları əsasında gözəl mah­nı­lar yazılmış və musiqili tamaşalar hazırlanmışdır. Şairin “Xəzər Univer­si­təm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Musta­fa­yev və Vasif Adıgözəlov musiqi-himn yazmış, «Xəzərimin so­ra­ğında» şeirinə Ramiz Musta­fa­yev, «Hicran» şerinə Vagif Gə­ray­zadə, “Yaşamağa nə var ki?!” şeirinə Lütfiyar İmanov, «Sə­ni sev­dim çox sadəcə», «Gö­zəldir», «Lalə», «İnciçiçəyi», «Kü­­lək və qız», «Tək qal­maq istəyirəm», «Tez gəlin», «Dün­yam» şeirlərinə Nailə­xa­nım İsayeva, «Baş açmadım bu dün­ya­dan» və «Bakı» şeir­lərinə Elza Seyidcahan, «Görüş yerimiz» şeirinə Cahangir Zülfüqarov, «Qədim sual», «Möcüzə gecə», «Uşaqlıqda qa­lan bu­ludlar» və digər şeirlərin, həmçinin şairin fəlsəfi şeir­lər sil­si­lə­si əsasında qurulmuş “Ömür yolu bircə andır” adlı tamaşaya Di­larə Qulamova könülaçan musiqi bəs­tə­ləiyblər. Hamlet İsa­xan­lının “Ziyarət” poemasına bütöv­lük­də mu­si­qi bəstələyən Ca­vanşir Quliyev şairin on bir şeirini də mah­­nıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tama­şa­lar Brilliant Dadaşo­va, Lütfiyar İmanov, Flora Kərimova, İl­qar Muradov, Rəşidə Beh­budova, Manana Caparidze, Elza Se­yidcahan, Samir Cəfə­rov, Fədayə Laçın, Azərbaycan Döv­lət sim­fonik orkestri və xo­ru, “Savalan”, «Şaron» və “Kristal” qrup­ları və b. tərəfindən us­ta­lıqla ifa olunur, din­ləyici və ta­ma­şaçıların ürəyini oxşayır. Arif Babayev, Alim Qasımov, Nə­za­kət Teymurova, Zabit Nə­bi­zadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər.

Hamlet İsaxanlının bədii yaradıcılığı zəngin və çox­şa­xə­lidir.




Təhsil islahatları

Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təh­silin təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin orta­la­rından Sovet, xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçir­di­yi­ni, onun məna və səbəblərini izah etməyə geniş ictimaiyyətə və hökumətə çatdırmağa çalışdı. O, Azər­­baycan və rusdilli qə­zet­lərdə təhsil sisteminin dərin is­lahatlara ehtiyacı olduğunu, böhrandan çıxmaq və iş­la­hat­ların hansı istiqamətdə getməsi yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxış­lar etdi.

Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şə­rai­tində olan ölkədə yeni ideyalar yaranır və həyata keçiri­lir­di! Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı oldu.

Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım is­la­hat aparılmasının vacibliyini qeyd etməklə bərabər, yeni dünyaya, sürətlə dəyişməkdə olan, qloballaşan dünyaya uy­ğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çək­di. O, yeni yaradılacaq ali məktəblərin təhsil plan-proq­ramları; idarəetmə; keyfiyyətli tədris və tədqiqat; uni­ver­sitet-sənaye-iş dünyası münasibətləri; bilik iqtisadiy­yatı və innovasiya; kredit qazanma və interaktiv tədrisə əsas­la­nan tələbə mərkəzli təhsil sistemi; bakalavr, magistr və doktor (PhD) dərəcələri verən proqramlar və s. cəhətdən daha çox Birləşmiş Ştatlar universitə modelindən bəhrələn­mə­sini düzgün saydı. Bu fəaliyyətin cə­miy­yətin fəallaşması və demokratikləşməsi yolunda da mü­hüm rol oynayacağını qeyd etdi.





Xəzər Universitəsi (təsis və prinsiplər)

Azərbaycanda təhsil islahatı aparılması yolları üzərin­də düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali mək­təb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu fəaliyyət nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabi­ne­tinin 1990-cı il 20 dekabr tarixli sərəncamı ilə hazırlıq işləri aparıldı və 1991-ci il 18 mart tarixli qərarla Xəzər Universitəsi (o zamankı adı ilə “İngilisdilli Azər­bay­can Universiteti”) ya­ra­dıl­dı. 19 tələbə və 7 müəllimlə fəaliy­yətə başlayan Xəzər Uni­ver­­sitəsi Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı keç­miş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən biri idi.

Hamlet İsaxanlı daha bir mühüm fikri vurğuladı, dü­rüst ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cüm­lə­dən təhsil sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz iş­lə­yən keyfiyyətli təhsil verən ali məktəbin qu­rul­ması həyati vacibdir və mümkün işdir. O, öz get-gedə ar­tan və güclənən fəaliyyəti ilə keçid iqtisadiyyatına malik öl­kə­lərin təhsil sistemi sahəsində həm nəzəri məsələlərdə, həm quruculuq işlərində bir lider olaraq tanındı.

Hamlet İsaxanlının yaratdığı təhsil ocağında onun bi­la­vasitə rəhbərliyi ilə tədris proqram-planları Qərb standart­larına uyğunlaşdırıldı, tədris modeli olaraq tələbənin fərdi yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığ­ma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edil­di, çox ge­niş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən sə­viyyəli yer­­li və xarici mütəxəssislər işə cəlb edildi, tapşırıq-rüşvət vi­ru­sunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümu­miy­yətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prin­si­pi­nə çevrildi. Nəticədə Xəzər Universiteti tez­liklə Azərbaycanda və geniş Postsovet-Yaxın Şərq məka­nın­da ən yaxşı ali mək­təb­lərdən birinə çevrildi.

Hamlet İsaxanlı əsas tədris dili olaraq ingiliscəni seçdi; bu qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olun­muş ki­tab və digər tədris-tədqiqat materiallarından istifadə et­mə­si­ni, tələbə mübadiləsi proqramlarını və xarici profes­sor­ların gəl­məsini mühüm dərəcədə asanlaşdırmaq, ümu­miyyətlə əta­lət­dən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün güclü amil və vasitə oldu.

Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sis­teminin bərqərar olmasında, biliyin müasir qiymət­lən­di­ril­məsi üsullarının hazırlanması və tətbiqində şəxsən Ham­let İsa­xan­lının və Xəzər Universitəsinin təcrübəsi mühüm rol oynadı. Öz ye­nilikçi çalışmaları ilə Hamlet İsaxanlı son­ralar Bologna (Bo­lon­ya) Prosesi adlanacaq Avropa Ali Təh­sil Mə­ka­nının (Eu­ro­pean Higher Education Area) yaradıl­ması ide­ya­sını da qabaq­ladı; O, Azərbaycanın 2005-ci ildə bu pro­se­sə qoşulmasını hazırlayan əsas şəxslərdən biri ol­du.




Xəzər Universitəsi (inkişaf)
Hamlet İsaxanlı Xəzər Universitetində humanitar və sosial sahələrlə yanaşı təbiət elmləri, mühəndislik və tətbiqi elm­lər, o cümlədən informasiya texnologiyası və kompüter mü­hən­dis­liyi, neft mühəndisliyi, iqtisadiyyat və me­nec­ment, həyat haq­qın­da elmlər üzrə departamentlərin təşkil olun­ma­sı kimi ağır işə də böyük həvəslə girişdi.

Hələ Xəzər Universiteti yaradıldığı dövrdə Hamlet İsa­xanlı “qloballaşan dünyada əyalət təhsili və əyalət elmi yox­dur, yalnız beynəlxalq əməkdaşlıq vasitəsi ilə irəli get­mək, uğur qazanmaq olar” deyirdi. O, bu fikrini uğurla həyata ke­çir­­məyə başladı. Əvvəlcə UCLA (University of California at Los-Angeles), sonra Harvard, Princeton, Columbia Uni­ver­sity, Purdue University (İndiana), Georgia State Univer­sity (At­lan­ta), George Mason University, South Connecticut State Univer­sity, California State University, East Carolina University, American University (washington D.C.) və s. Bir­ləşmiş Ştatlar və Kanada universitetləri ilə əməkdaşlıq proqramları qurdu, el­mi araşdırmaları, müəllim - tədqiqat­çı­ların gedib-gəlməsini, tə­ləbə mübadiləsini, akademik və yar­dımçı sahələr üzrə mər­kəz­lərin qurulmasını, universi­tə­nin idarəolunma sistemini in­kişaf etdirdi. Qərbi Avropa uni­versitələri ilə geniş əməkdaşlıq programları da faydalı ol­du, xüsusilə Böyük Britaniya, Nider­land, İtaliya, Fransa, İspa­niya, Norveç, İsveç, Yunanıstan, Por­təgiz, Macarıstan, Bolqarıstan, Türkiyə,... təhsil ocaqları ilə məh­­­suldar əlaqələr quruldu; bu programların çoxunda əmək­daşlığa cəlb olu­nan ölkə universitələrinin sayı üçdən başlayıb yeddiyə ça­tır­dı. Dünyanın üçüncü güc mərkəzi – Uzaq Şərq də unu­dul­madı, yeni 21-ci yüzillikdə Yaponiya, Çin, Koreya, Ma­layzia və Hindistan kimi ölkələrlə əlaqələr, birgə tədqi­qat layi­hə­ləri və tələbə mübadiləsi inkişaf etdirildi.

Dünyanın çox-çox ölkəsindən, o cümlədən də Asiya­dan, Afrikadan, Avropa və Amerikadan gələn tələbələr, gənc və təcrübəli alimlər uyğun olaraq oxuyur, tədqiqat apa­rır və dərs deyir, Xəzər Universitəsinin xoş və işgüzar mü­hitinin üzvi his­sə­sinə çevrilirlər. Müxtəlifliyə, fərqliliyə hör­mət, qayğı və dost­luq Xəzər universitəsinə xas olan də­rin­dən işlənmiş təhsil-tə­lim-tərbiyə modelinin və təşkilati mədəniyyətin tərkib his­səsidirlər; burada milli və bəşəri də­yərlər bir-birinə qovuşur.

Хəzər Universitetinin məzunları ölkəmizdə və bütün qi­tə­lər­də yüksək maaşlı nüfuzlu vəzifələrdə çalışır, yüzlərlə tə­lə­bəsi dünyanın müxtəlif qabaqcıl ali məktəblərində təh­sil­lərini davam etdirir. Nəinki məzunlar, hətta yuxarı kurs tələbələ­ri­nin də böyük əksəriyyəti işləyir. Ali məktəbin əsl gücü və nü­fuzu bu deyilmi?

Hamlet İsaxanlının işləyib həyata keçirdiyi yeni beynəl­xalq üçbucaq əməkdaşlıq modeli universitetlə iş dünyasının əla­qələri baxımından irəliyə atılmış çox mühüm addım oldu. Üçbucağın bir təpəsində Xəzər Universiteti, ikinci təpəsində sənaye-iş dün­yasında fəaliyyət göstərən şirkət, korporasiya (BP Exploration, StatoilHydro kimi), üçüncü təpədə isə in­ki­şaf et­miş ölkələrdən (məsələn, Böyük Britaniya və ya Nor­veç­dən) bir ali təhsil, elm ocağı yerləşir. Bu model üçtərəfli qaynaqlar­dan səmərəli istifa­də etməklə tədris və elmi araş­dır­maların təşkilinə və kadr ha­zır­lığı məsələlərinin vaxtında və keyfiyyətli həllinə kömək edir, ümumiyyətlə götürdükdə isə, bütün iştirakçılar üçün fayda gətirə bilən əməkdaşlıq proq­ramlarına örnək göstərilmə­yə layiqdir.

Xəzər Universitəsinin ildən-ilə böyüyən, genişlənən və güclənən kampus-binalarında tələbə, elmi işçi-müəllim və ida­rə­etmə-xidmət heyəti effektiv fəaliyyət göstərir; tələbə­nin oxu­ma­sı üçün burada hər cür şərait mövcuddur. Özəl uni­versitə kitabxanalarının ən böyüyü olmaqla bərabər öz fondu­nun rəng­bərəngliyi və ingilisdilli qaynaqlarının va­cib­liyi və həc­mi­nə görə ölkədə ən seçilmiş kitab­xa­nalardandır. Xa­rici mütə­xəs­sislərin rəyinə əsasən bu kitabxana öz kom­püterləşmiş katalo­qu, internetə bağlı məlumat bazasına çı­xı­şı (access to online databases), xüsusi xidmətləri, ölkədə ilk elektron arxiv sistemi, xidmət mədəniyyəti və s. ba­xı­mın­dan Azərbaycan üçün model kitabxanadır.

Müxtəlif laboratoriyalar, muzeylər, elmi-tədqiqat mər­kəz­ləri, həmçinin çox gözəl tamaşalar, konsertlər, görüşlər və kon­f­ransların keçirildiyi “Dünya” konsert-konfrans sa­lonu Xəzər Universitəsinin elmi-mədəni mühitini zəngin­ləş­dirir. Klassik­ləri­mizin və müasir elm, siyasət və sənət adam­larımızın həyat və yaradıcılıqlarına həsr olunmuş yad­daqalan təqdimat­lar və elmi toplantılar, görkəmli alimlər, ədəbiyyat və incə­sə­nət xa­dim­lərimizin iştirakı ilə keçirilmiş unudulmaz görüşlər, milli və beynəlxalq rəqslər, muğam və klassik musiqi gecələri və Ham­let İsaxanlının fəal iştirakı ilə təşkil olunan bənzər təd­bir­lər bu ali təhsil ocağını, sözün hə­qiqi mənasında, ziyalıların, gənc­lərin və ümumiyyətlə ic­ti­maiyyətin böyük həvəslə üz tut­duğu ziyarətgaha çevir­mişdir.

Fakültə və akademik departmentlərlə (kafedralarla) ya­na­şı Xəzər Universitəsi nəzdində fəaliyyət göstərən Təhsil Si­ya­sə­ti İnstitutu, Siyasət İnstitutu, Tərcümə Araşdırmalar Mər­kə­zi, Lüğət və Ensiklopediya Mərkəzi, İqtisadi və Biz­nes Araş­dır­malar və Treyninq Mərkəzi və digər mərkəzlər bir sıra bey­nəlxalq layihələr və bölgə ilə bağlı proqramlar hə­yata keçi­rir, ölkəmizin və geniş bölgənin elmi-iqtisadi-si­yasi-mədəni inki­şafı üçün zəruri olan məsələlər ətrafında tədqiqatlar aparırlar.

Hamlet İsaxanlı Xəzər Universitəsi nəzdində nəşriyyat və mətbəə də qurmuş, dərslik, elmi və bədii ədəbiyyatın nəş­ri sa­hə­sində də uğurlu fəaliyyət görtərməkdədir. Üç el­mi jurnal (“Journal of Azerbaijani Studies” - “Azərbaycan Araş­dırmaları Jurnalı”, “Khazar Journal of Mathematics” – “Xəzər Riyaziyyat Jurnalı”, “Azərbaycan Arxeologiyası” və üç dilli (Azərbaycan­ca, ingiliscə və rusca) elmi-populyar “Xə­zər-Xəbər” dərgisi də bu nəşriyyatda çap olunur. Xəzər Universitəsi nəşriyyatı həm­çi­nin Azərbaycan Respubli­ka­sın­da İSBN və İSMN kimi beynəl­xalq kitab və musiqi əsər­lərinin standartlaşdırma-kodlaşdırma mərkəzidir.

Gəncliyin cazibə mərkəzi olan Xəzər Universitəsi ya­ran­dığı gündən həm də mədəniyyət, incəsənət və idman oca­ğıdır. Tələbələrin idmana olan təbii marağını təmin et­mək üçün Ham­let İsaxanlı Xəzər Universitəsi idman klu­bu­nu təsis etmiş, fut­bol, basketbol, şahmat və digər sahələrdə uğur qazanan, yük­sək liqada və beynəlxalq yarışlarda çıxış edən komandalar yaratmışdır.

Xəzər universitəsinin Mahnı və Rəqs ansamblı öz pe­şə­kar­lığı və məlahəti ilə Azərbaycanda və xaricdə - Qafqazda, Avro­pa­da, Yaxın Şərqdə səhnəyə çıxmalarından asılı olma­dan ürək­ləri fəth edirlər.

1998-ci ildə Hamlet İsaxanlı Xəzər Universiteti nəz­din­də “Dünya” məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta mək­tə­bi bitirənə qədər uşaq və gənclərin təlim-təhsil-tər­biyəsi ilə məş­ğul olan bu məktəb ciddi uğurlar qazanmış, öl­kədə ən sevi­­lən, arzu olunan təhsil ocağı kimi tanın­mış­dır. Bu müasir və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sa­həsində deyil, orta təhsil sistemində də öz beynəlxalq yarışa gi­rə bilən ikidilli - azərbaycanca və in­giliscə təhsil verə bilən təh­sil ocağı modelini formalaş­dır­ma­ğa çalışır. O, ən kiçik yaş­dan doktor və professor olana qə­dər bir təhsil şəbəkəsi qur­maq­la ömürboyu təhsil düşüncə­sini də həyata keçirir.





İctimai və elmi-təşkilati iş

Hamlet İsaxanlı riyaziyyat və təbiət elmləri ilə hu­ma­ni­tar və sosial elmlər mədəniyyətininin hər ikisini özündə eh­tiva etmiş qeyri-adi, az rast gəlinən çoxbilgin insanlar­dan­dır.

Görkəmli alim, yaradıcı insan və cazibədar, xarizmatik li­der kimi geniş tanınan və qəbul edilən Hamlet İsaxanlı bir alim və ictimai xadimin ifadəsinə görə Azərbaycanda “oazis yaradıcısı”dır, zəka sahiblərini, ziyalıları, elm və incəsənət adam­larını, həmçinin beynəlxalq ictimaiyyəti cəzb edən şəxs­dir. Hamlet İsaxanlı öz fəaliyyəti, alimliyi, yaradıcılığı və li­der­liyi ilə böyük beynəlxalq əməkdaşlığa nail olmuş, in­san po­ten­sialının açılması və davamlı inkişaf prob­lem­lə­rinə öz töfhəsini vermişdir.

Onun rəhbərliyi altında dissertasiya müdafiə etmiş alim­lər indi Birləşmiş Ştatlarda, Avropada, Rusiyada, İs­rail­də, Türki­yə­də, İranda və digər ölkələrdə işləyirlər.

Hamlet İsaxanlının gərgin işi sayəsində inkişaf etmiş xa­ri­ci ölkələrdə təhsil tədqiqat aparmaq və təcrübə keçmək üçün xeyli alim və müəllim göndəbrilib. Eyni zamanda xa­ri­ci ölkə­lər­dən Azərbaycana müxtəlif sahələr üzrə alim və müəllimlər dəvət edilib. Bununla yanaşı o, yüzlərlər azər­bay­canlı tələ­bə­ləri nüfuzlu xarici ölkə ali məktəblərində təh­sil almağa gön­də­rib. O, xarici ölkələrdən Azərbaycana hu­manitar yardımlar edil­­məsi, xarici ölkələrdə Azərbaycan lob­bisinin yaradılması sahəsində də xeyli işlər görüb və bu sahədə uğurla çalışmaq­da­dır. Onun xarici mütəxəssislərin diqqətini Azərbaycan prob­lem­ləri ilə bağlı məsələlərə cəlb etmək istiqamətində xeyli uğur­ları vardır.

Hamlet İsaxanlı bir sıra nüfuzlu beynəlxalq təşkilat­la­rın, assosiasiyaların, akademiyaların üzvü və ya idarə he­yə­ti­nin üz­vü olmuş, müxtəlif qitələrdə, cürbəcür ölkələrdə bey­nəlxalq layihələr və toplantıların iştirakçısı və təşkilatçı­sı kimi fəaliy­yət göstərmişdir. O, UNESCO, NATO, UNDP, Avropa Şurası kimi beynəlxalq qurumların keçirdiyi kon­franslarda aparığı məruzələrlə çıxış etmiş, layihələrdə çalış­mış­dır. Elmi-tədqiqat, təhsil və mədəniyyətə verdiyi töhfə­lə­rə görə fəxri adlara və mü­kafatlara layiq görülmüşdür. O, Azərbaycan Prezidenti ya­nında Təhsil Komissiyasının üzvü kimi də elm və təhsil sa­hə­sində gedən islahatların hazır­lan­ma­sında və həyata keçiril­mə­sində fəal iştirak edir.

Onun rəhbərlik etdiyi “Elm və Sənət Məclisi” Azər­bay­can ziyalılarının, çox müxtəlif sahələrdə fəaliyyət göstərən elm və sənət adamlarının, yaradıcı gənclərin sevə-sevə bir ye­rə top­laş­dığı, canlı və qızğın müzakirələr apardığı bir zə­ka mərkəzidir; bu toplantılarda Azərbaycanlılarla yanaşı müx­təlif ölkələrdən də­vət edilmiş alimlər və sənət adamları da çıxış edirlər. Bütün bu çıxış və müzakirələr əvvəlcə hər biri ayrı-ayrılıqda “Xəzər­Xəbər” dərgisində, sonra isə Xəzər Uni­versitəsi nəşriyyatı tərə­fin­dən kitab şəklində çap olunur.

Hamlet İsaxanlı çox məhsuldar və zəhmətkeş redaktor­dur, o, təbiət elmləri və humanitar-sosial sahələr üzrə bir sı­ra elmi-tədqiqat jurnallarının, populyar dərgilərin, konfrans material­la­rının, dərslik və monoqrafiyaların, ensiklopediya və lüğət­lə­rin, tarix, kütləvi infomasiya vasitələri, poeziya, bədii nəsr əsər­ləri və s. sahələr üzrə müxtəlif dillərdən azər­baycan türk­cə­sinə və tərsinə tərcümələrin redaktorudur.

Hamlet İsaxanlı elmi-tədqiqat işi aparan tələbələrinə qarşı qayğıkeş elmi rəhbərdir, onların dünyagörüşünü və sez­gi-in­tui­siya gücünü artırmağa, ağır zəhmət çəkə bilənləri elmi təd­qi­qatın ön xəttinə aparmağa çalışır. Onun rəhbərliyi altında el­mi iş görən və dissertasiya müdafiə etmiş olanlar indi ABŞ, Av­ropa, Rusiya, İsrail, Türkiyə, İran və başqa öl­kə­lərdə çalış­maq­dadırlar.

«Hər gün, hər saat mükəmməlliyə doğru!» - Xəzər Uni­ver­sitəsinin fəaliyyəti barədə bir çıxışından götürülmüş bu qısa cümlə, böyük ehtimalla Hamlet İsaxanlının həyat de­vi­zi, əsas iş qayəsi kimi öz əksini tapmışdır.




Şəxsiyyət
Hamlet İsaxanlı kəskin və nəhəng zəkası, zəngin en­sik­lopedik biliyi, geniş dünyagörüşü, iti elmi düşüncəsi, zərif sə­nət duyğusu və poetik hissi, möhkəm iradəsi və xeyrxah­lıq, nik­binlik və insanpərvərliyi ilə seçilən, güclü liderlik qa­biliy­yə­tinə və təşkilati istedada malik nadir bir şəxsdir. Baş­qa­la­rı­nın uğurlarına sevinmək qabiliyyəti, dərdlərinə və qay­ğılarına şərikolma xüsusiyyəti göz qabağındadır.

Onun riyaziyyat, fizika, astronomiya, tarix, beynəlxalq mü­nasibətlər, dilçilik, ədəbiyyat, mədəniyyət və təhsilə aid bi­lik­ləri, orijinal düşüncə tərzi və mülahizələri bu sahələrin mü­tə­xəssisləri də daxil olmaqla onunla təmasda olan hər kəsi hey­ran edir.

O, ciddi və eyni zamanda mehriban, çox sadə, təva­zö­kar, dürüst və səmimidir. Qarşısına qoyduğu məqsədə nail ol­maq üçün düzgün, doğru yol seçir və yolundan dönmür. Sə­birlə, ötə­ri işlərə baş qoşmadan, düşünə-düşünə, addım-addım, eyni za­manda inadla, inamla irəliləyir.

Ona hörmət edirlər, onu lider kimi qəbul edirlər, onu se­vir­lər.





Nəsil və ailə

Hamlet İsaxanlı məşhur Hacıbayramlılar nəslindəndir. Ba­bası İsaxan Hacıbayramlı – Qaçaq İsaxan (1897-1930) 20-ci illərin sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilə­rin­də sovet rejiminə qarşı silahlı üsyan edib. Stalin və Be­riyanın İsaxan hərəkatından çəkindikləri və ona qarşı gizli casus şəbəkəsi qurub güclü ordu göndərdikləri dərc olun­muş elmi mənbə­lər­dən və arxiv materiallarından yaxşı mə­lum­dur. Sovet ordu­su­nu ciddi itkilərə uğratmış İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.

Əfsanələşmiş Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmışlar, Azərbaycan və Gürcüstanda onun 100 illiyi böyük təntənə ilə keçirilmişdir.

Hamletin nənəsi Zeynəb uşaqları və qohum-əqrabaları ilə 2 il Qazaxıstan və Qırğızıstana sürgün edilmişdir.

Atası Abdulla İsaxan oğlu Isayev (1926-1972) məktəbdə ri­ya­ziyyat müəllimi işləmiş, anası Pərixanım Aslan qızı İsa­yeva evdar qadındır.

Qardaşları Gürcüstanda doğma evlərində, digərləri Azər­bay­canda – Bakıda yaşayırlar.

Həyat yoldaşı Nailə xanım İsayeva Qubada anadan olub, Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib, həmçinin mu­­­siqi təh­sili var, mahnılar bəstələyir. Hazırda Xəzər uni­versitəsi nəzdindəki “Dünya” məktəbinin direktordur.

Dörd övladı var. Böyük qızı Aygün orta məktəbi qızıl me­dal­la bitirib, riyaziyyat üzrə ali təhsil, menecment və biz­nes ida­rəçiliyi üzrə magistr təhsili alıb. O, öz həyat yol­daşı və iki oğlu ilə İngiltərədə yaşayır.

İkinci qızı Zeynəb orta məktəbi gümüş medalla bitirib, ali tibb və ixtisaslaşmış dermatoloq həkim təhsili alıb. Tür­kiyədə, İstanbluda işləyir.

Üçüncu qizı Aytən biznes idarəçiliyi üzrə magistr təh­sili alıb, mühasibət və audit üzrə ali peşəkar (CPA – cer­ti­fied pub­lic accountant) mütəxəssisdir. Şahmat üzrə Azər­bay­can yığma komandasının üzvü olub. Hal-harızda Londonda işləyir.

Kiçik qızı Ülkər psixoloqdur, koqnitiv neyroelm üzrə ma­gis­­tatura bitirib. Hal-hazırda Xəzər universitəsində iş­ləyir.
Hamlet İsaxanlının həyat və fəaliyyəti haqqında əsərlər
Hamlet İsaxanlının çoxcəhətli fəaliyyəti müxtəlif müəl­lif­lər tərəfindən yazılmış elmi, bədii və publisistik yazı­lar­da, mə­qalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır.

Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş «Ham­­let İsaxanlı: alim və qurucu ömrü» kitabında alimin hə­yat və fəa­liy­yəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və və Vahid Ömər­linin 2005-ci ildə azərbaycan və rus dil­lə­rində dərc olun­muş “Bu dünyaya nə gətirdim?” kitabında Hamlet İsaxanlının el­mi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla ya­­­naşı Azərbaycanda, ABŞ, Kanada, Ru­siya, Türkiyə, Gür­cüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çox saylı məqalələr yazıb dərc etdirmişlər.

Bir çox monoqrafiya və elmi məqalələrdə Hamlet İsa­xan­lının (İsayevin) əsərlərinə istinad edilmiş, onun elmi fəa­liyyəti layiqincə qiymətləndirilmişdir, bu əsərlərin bir qismi onun yaradıcılığına dayanaraq yazılmışdır. Qərbdə və Şərqdə, inki­şaf etmiş və inkişaf etməkdə olan ölkələrdə çox­say­lı radio və te­leviziya verilişlərinin, qəzet və jurnalların qonağı olmuş, müsahibələr vermişdir...

Şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Mü­zəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsa­xanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun bədii ya­ra­dıcılığı haqqında Azərbaycanda Camal Mus­tafayev, Manaf Süleymanov, Mövlud Süleymanlı, Mi­rabbas Qasımov, Vidadi Ba­banlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Kamran Nə­zir­li, Xəlil Məcidoğlu, Ay­dın­xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada Lyudmila Lov­ro­va, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli məqalələr yazıb dərc etdirmişlər.



Bunlarla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya dair sə­nət nümunələrində Hamlet İsaxanlının obrazı yaradıl­mışdır.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə