Hacı Vaqif Abdullayev ислами бирлик дини лидерлярин нязяриндя




Yüklə 85.58 Kb.
tarix20.04.2016
ölçüsü85.58 Kb.






Hacı Vaqif Abdullayev

ИСЛАМИ БИРЛИК ДИНИ

ЛИДЕРЛЯРИН НЯЗЯРИНДЯ
Ön Söz

Bismillahir Rəhmanir Rəhim!

Allah-Təala Qurani-Kərimin «Ali-İmran» surəsinin 19-cu ayəsində buyurur:

إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ إِلاَّ مِن بَعْدِ مَا جَاءهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَن يَكْفُرْ بِآيَاتِ اللّهِ فَإِنَّ اللّهِ سَرِيعُ الْحِسَابِ

«Allah yanında (haqq olan) din İslamdır».

Dinəmr və fərmana tabe olmaq, «İslam» isə Allaha təslim olmaq mənasındadır. Yəni din insanı hər iki dünyada səadət və xoşbəxtliyə tərəf aparan əqidə, qanun, adət-ənənələr toplusudur, habelə fərdi və ictimai, əxlaqi və tərbiyəvi nöqteyi-nəzərindən doğru yola səsləyir. Burdan da aydın olur ki, İslam dini insanın Allahın əmri müqabilində ona təslim olmasıdır. Və İslam Peyğəmbəri Həzrət Mühəmməd (s) ən gözəl örnək və nümunə olduğu üçün İslam adı onun gətirdiyi dinə qoyuldu. Ümumiyyətlə, İslam bütün dünya xalqlarına aiddir. Qurani-Kərimin «Ali-İmran» surəsinin 85-ci ayəsində buyurulur: «Kim İslamdan (İlahi əmrə tabe olmaqdan) başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar». «İsra» surəsinin 9-cu ayəsində isə belə buyurulur: «Həqiqətən bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!»
MÜSƏLMANLAR ARASINDA İLK BİRLİK SAZİŞİ

Peyğəmbər (s) gələcəkdə törənəcək fitnə-fəsadların qarşı­sı­nı almaq üçün Qüreyş mühacirləri ilə Qəhtani ərəbləri (ənsar) arasında qardaşlıq əhd-peymanı bağladı və bununla da hər bir Qüreyş mühaciri bir Qəhtaninin (Ənsar) qardaşı oldu. Beləliklə də Peyğəmbər (s) belə bir ruhi xüsusiyyətdən məharətlə istifadə edərək, ilk İslami birlik yaratdı və bu, gələcəkdə din əsasında qurulan hökumətin yaranmasında başlıca rol oynadı. Və mühacirlərlə (Ədnani) ənsarilərin (Qəhtani) arasına qardaşlıq bərpa edildiyi gündən bu iki dəstə arasındakı düşmənçilik və münaqişə birdəfəlik aradan qaldırıldı.

Müsəlmanların birliyi Həzrət Əlinin (ə) də ən böyük arzusu olub. Peyğəmbərin vəfatından sonra birlik və vəhdət rəhbərlik məsələsinə görə pozulsaydı, müsəlmanlar arasında müxtəlif çətinliklər və ixtilaflar yaranardı. Elə müsəlmanların birliyinin pozulmaması xatirinə İmam Əli (ə) rəhbərlik məqamında başqalarının olmasına etiraz etmədi.
İSPANİYANIN (ƏL-ƏNDƏLUS) FƏTHİ

Əl-Əndəlus (İspaniya) əməvilərdən Əbdülməlikin və sonra Valid bin Əbdülməlikin zamanında hicrətin 92-ci ilində Musa bin Nasir və Tariq bin Ziyadın sərkərdəlikləri ilə fəth olunmuşdu və Kordova xilafətini yaratmışdılar.

Hicrətin 132-ci ilində Əməvilər sülaləsinin hakimiyyəti da­ğıl­dıqdan sonra Şamda Abbasilərin əlindən qaçan Əbdürrəh­man bin Müaviyyə Əndəlusa çağrıldı və hicrətin 138-ci ilində xəlifə elan olundu. 300 ildən artıq hökumət surən Əndəlus Avropada ən qüdrətli İslam dövlətinə çevrildi. Beləliklə biri şərqdə (Şamda), digəri qərbdə (Əndəlusda) olmaqla iki İslam dövləti yarandı. Müsəlmanların gələcək planına əsasən bütün Avropa qitəsi İslam bayrağı altında birləşməliydi. Lakin qeyri-müsəlman ölkələri müsəlmanların bu planından xəbər tutdular və onu pozmaq üçün xristian keşişləri müsəlmanları tədricən məscidlərdən uzaqlaşdırmaq haqqında tədbirlər hazırladılar. Nəticədə Əndəlusdakı böyük İslam məmləkəti 11 xırda hökumətlərə bölündü və hicrətin 898-ci ilində Əndəlus dövləti süquta uğradı.
«MİLLİ BİRLİK» VƏ «İSLAMİ VƏHDƏT» İRAN İSLAM İNQİLABININ DAHİ RƏHBƏRİ İMAM XOMEYNİN (R) NƏZƏRİNDƏ

1979-cu ilin 11 fevralında İran İslam İnqilabının banisi, böyük şəxsiyyət, müdrik inqilabçı İmam Xomeyni (r) 2500 illik şah rejimini yerlə-yeksan etdi və Yaxın Şərqdə böyük İslam Peyğəmbəri Həzrəti Mühəmmədin (s) haqq və ədalət qanunları üzərində yüksələn bir dövlətin bünövrəsini qoydu. İran İslam İnqilabı Həzrəti Mühəmmədin (s) besətindən sonra tarixin ən böyük parlaq hadisəsi oldu.

İmam Xomeyni (r) hər bir xalq və millət üçün öz azadlığı naminə istismarçı imperialist güclərə qarşı İslam dövlətlərinin birliyi ideyasını irəli sürdü. O, yazırdı: «İslam dövlətlərinnin birliyini yaratmadan imperializmin zülm zəncirlərini qıra bilməyəcəyik. Əgər hər hansı bir müsəlman dövləti İslam dini ənənələrinə qayıtmaq fikrindədirsə, onda İran xalqı kimi hərəkət etməlidir. Əgər bütün müsəlman xalqları özlərinin dirçəlməsi üçün fəryad etsə, öz səsini ucaltsa, nümayişə çıxsa, onda heç bir dövlət onların qarşısını almağa qadir olmaz».

İran İslam İnqilabının dini-siyasi rəhbəri İmam Xomeyninin fikrincə müsəlman xalqlarınını düşməni olan imperialistlər 300 ildən artıqdır ki, zor gücünə İslamı məhv etmək üçün müsəlman dünyasının çox hissəsini işğala məruz qoymuşlar: “Onlar xaç yürüşlərindən bəri öz siyasi ağalıqlarını «parçala, hökm sür!» siyasəti ilə müsəlman xalqları üzərində bərqərar etmişlər. Zülm, fəsad, iqtisadi boyunduruq rəzalət üzərində qurulan imperialist dövlətlərinin siyasəti qarşısında durmaq üçün yalnız İslam dövlətlərinin birliyi lazımdır. Və hesab edirəm ki, İran İslam İnqilabı bütün müsəlman dövlətləri üçün örnək omalıdır”.

İmam Xomeyni (r) fenomeninin əzəməti və böyük­lüyünü səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri bu idi ki, onda mənsub olduğu xalqın mütəşəkkil enerjisinə dərin və eyni zamanda səmimi inam vardı. İmam Xomeyni (r) ilə xalqın milli birliyi, İslami vəhdəti İran İslam İnqilabının qələbəsini təmin edən əsas amil oldu və bu, İslam inqilabında əsas rol oynadı. Daha doğrusu, xalqların birliyi İslamın vəhdəti qələbə çaldı.

Çox təəssüflər olsun ki, İran İslam İnqilabının qələbəsi bütün müsəlman dövlətləri tərəfindən birmənalı qarşılanmadı. Bundan məharətlə istifadə edən o zamankı imperialist ABŞ, SSRİ və digər mürtəce hakimiyyətlər qonşu müsəlman ölkələri olan İraqla İran arasında 8 illik müharibənin başlanmasına nail oldular. Məqsəd də hər iki müsəlman ölkələrinin həm müdafiə sistemini, həm də iqtisadi inkişafını zəiflətmək, onları nəzarətləri altına salmaq və bu dövlətlərin sərvətlərini öz aralarında bölüb, ona sahib olmaq idi.


İRAN İSLAM İNQİLABININ BANİSİ İMAM XOMEYNİNİN (R) «QÜDS GÜNÜ»NÜ ELAN ETMƏSİ

Artıq 60 ilə yaxındır ki, dünya müsəlmanlarının ilk qiblə­ga­hı olan Əl-Əqsa məscidinin yerləşdiyi Qüds şəhəri sionist rejimli İsrailin işğalı altındadır. İran İslam İnqilabının dahi rəhbəri İmam Xomeyni (r) hər il Ramazan ayının sonuncu cümə gününü Qüds günü elan edib. Qüds gününü indi artıq bütün dünya müsəlmanları qeyd edirlər. Azərbaycanın mömin müsəlman xalqı da Qüds gününü hər il yüksək səviyyədə keçirirlər.

Azərbaycan dövlətinin 97-98 faizi müsəlman xalqıdır. Hesab edirəm ki, erməni qəsbkarlarının işğal etdiyi Azər­baycanın ayrılmaz hissəsi olan Qarabağın işğalı Qüdsün işğalının davamıdır və Qarabağ mütləq erməni hərbi birləş­mə­lə­ri­nin işğalından azad edilməlidir. Təsadüfi deyil ki, İİR və 56 dövlətin birləşdiyi İslam Konfransı Təşkilatı Ermənistanı işğalçı dövlət kimi tanıyır. Hesab edirəm ki, müsəlmanları və onların yaşadığı ata-baba ərazilərini yalnız milli birlik İslami vəhdət azad edə bilər.
«MİLLİ BİRLİK»İN VƏ «İSLAMİ VƏHDƏT»İN ƏFQANISTANA TƏSİRİ

İranda İslam İnqilabının qələbəsi Əfqanıstanda da bir sıra İslamyönümlü təşkilatların ictimai-siyasi fəaliyyətə qoşulması­na təkan verdi.

1979-cu ilin dekabrın 27-də sovet ordusu Əfqanıstana soxuldu və dövlət çevrilişi həyata keçirtdi. Rəsmi Tehran Əfqanıstanda milli birlik və vəhdət yaratmaq siyasətini dəstəkləməklə, əfqan hadisələrinə fəal müdaxilə etmək siyasətini seçdi. Nəticədə İran ərazisində sovet işğalına qarşı qəti mübarizə aparan İslamyönümlü 8 partiya və cəmiyyət təşəkkül tapdı. Bu partiya və cəmiyyətlər ətrafında təxminən milyon yarım əfqan qaçqınları birləşdi və Əfqanıstanı sovet işğalından azad etmək məqsədiylə hərəkatın ön cəbhəsini təşkil etdilər. Sovet ordusu Əfqanıstanı tərk edənə kimi İran İslam hökuməti qonşu əfqan xalqının müdafiəsində dayandı. İran əfqan xalqını ayrı-ayrı partiya və cəmiyyətləri pərakəndə halında deyil, vahid cəbhədə birləşmələrini təbliğ etdi. Hesab edirəm ki, İran İslam İnqilabının təsiri əfqan xalqının xarici işğala qarşı mübarizəsində böyük rol oynadı.
DÜNYA MÜSƏLMANLARININ VƏLİYYİ-ƏMRİ SEYYİD ƏLİ HÜSEYNİ XAMENEİ CƏNABLARININ 2007-Cİ İLİ «MİLLİ BİRLİK» VƏ «İSLAMİ VƏHDƏT» İLİ ADLANDIRMASI

Hazırda 56 İslam ölkəsinə bölünən müsəlmanlar təhlükə qarşısındadır. Beynəlxalq sionizm ideologiyasını həyata keçirən ABŞ, İngiltərə, Fransa müsəlman dövlətlərinə qarşı «parçala, hökm sür!» siyasətini yeridir.

1947-ci ildə BMT Baş Məclisinin qərarı ilə Fələstin ərazisində iki dövlət – İsrail və Fələstin dövləti yaratmaq barədə qətnamə qəbul edib. ABŞ və onun müttəfiqlərinin himayəsi ilə İsrail sionist rejimli dövlətini qurub, Fələstinə isə bu günə kimi öz dövlətini yaratmağa imkan vermir.

İşğalçı sionist İsrail rejimi son 60 ildə ərəb dövlətlərinin birliyinin olmamasından istifadə edərək 1967-ci ildə 6 gündə Misir, Livan, Suriya, İordaniya torpaqlarının müəyyən hissə­ləri­ni də işğal etdi və bu gün də işğal etdikləri torpaqlardan çıxmaq fikrində deyil. ABŞ son 5 ildə 40-a yaxın hərbi müttəfiqləri ilə müsləman dövlətləri olan Əfqanıstanı və İraqı işğal etdilər, digər müsəlman dövlətləri – İİR, Suriya və Livanla isə zor dilində danışmağa cəhd göstərirlər. Hazırda İraq bataqlığında çabalayan ABŞ son zamanlar ümidini İraqda sünni-şiə qarşıdurması yaratmağa bağlayır. Və bu məqsədlə ABŞ hərbi birləşmələri İraq ərazisində təxribat xarakterli terror əməliyyatları həyata keçirərək, şiə ziyarətgahları olan Kərbəla, Nəcəfül-Əşrəf, Samirə şəhərlə­rində İmamların pak məzarları olan məqbərələri partladaraq, məsuliyyəti sünnilərin üzərinə atır, əksinə sünnü təriqətli şəxslərin kompakt yaşadıqları ərazidə məscidlərdə partlayışlar həyata keçirərək məsuliyyəti şiələrin üzərinə qoymağa çalışırlar. Lakin istər şiə, istərsə də sünni alimləri bu hadisələrin ABŞ və onun müttəfiqləri tərəfindən təxribat olduğunu xalqa çatdırırlar və İraq xalqı da artıq bunu dərk edib,



İran İslam Respublikasının Ali dini rəhbəri, dünya müsəlmanlarının vəliyyi-əmri Seyid Əli Hüseyni Xamenei cənabları 2007-ci ili müsəlmanların «milli birlik» və «İslami vəhdət» ili elan etdi. O, məkrli və hiyləgər düşmənə qarşı mübarizə yolunu yalnız milli birlik və İslami vəhdətdə olduğunu bildirdi.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə