Güc transformatorının istismarı və təmirinin keyfiyyətinə nəzarət”“ kursunun test




Yüklə 59.11 Kb.
tarix03.04.2016
ölçüsü59.11 Kb.
Güc transformatorının istismarı və təmirinin keyfiyyətinə nəzarət”“ kursunun

test SUALLARI


  1. Transformatorların iş prinsipi əsas hansı qanuna əsaslanır?

  1. Kulon qanuna ;

  2. Om qanuna;

  3. Kirxhov qanuna;

  4. Elektromaqnit induksiya qanuna;

  5. Coul-Lens qanuna.

  1. Hansı əlamətlərinə görə transformator sinifləşdirilir?

(1- təyinatina görə; 2 - soyutma sisteminə görə; 3 - dolaqların sayına görə; 4 - iqlim şəraitinə görə).

  1. 1, 4;

  2. 2, 3, 4;

  3. 1, 2, 3;

  4. 1, 2, 4;

  5. 1, 2, 3, 4.

  1. Transformatorun aktiv hissəsi onun hansı elementidir?

  1. nüvə və dolaqlar;

  2. qoruyucu boru;

  3. genişləndirici;

  4. çən;

  5. soyutma sistemi.

  1. Sarğılararası izolyasiya üçün yüksək gərginliklə sınaq hansı müddətə aparılır?

  1. 0,5 dəq;

  2. 1 dəq;

  3. 1,5 dəq;

  4. 2 dəq;

  5. 3 dəq.

  1. Baş izolyasiya üçün yüksək gərginliklə sınaq hansı müddətə aparılır?

  1. 3 dəq;

  2. 3,5 dəq;

  3. 4 dəq;

  4. 4,5 dəq;

  5. 5 dəq;

  1. Yüksüz işləmə itkisinin ölçülmüş qiymətinin zavod qiymətindən nə qədər fərqlənməsinə yol verilir?

  1. <= 10 %;

  2. > 10 %;

  3. < = 15 %;

  4. > 15 %;

  5. 20 %.

  1. Transformatorun sabit cərəyan müqavimətinin zavod qiymətindən nə qədər fərqlənməsinə yol verilir?

  1. <= 2%;

  2. <= 1%;

  3. <= 0,5%;

  4. <= 0,25%;

  5. yol verilmir.

  1. Sınaq zamanı transformasiya əmsalının ölçülmüş qiymətinin zavod qiymətindən nə qədər fərqlənməsinə yol verilir?

  1. <= 1 %;

  2. <= 2 %;

  3. <= 3 %;

  4. <= 4 %;

  5. <= 5 %

  1. Reaktorun izolyasiyası hansı halda yüksək gərginlik sınağına dözümlü hesab olunur?

(1 - dolağın temperaturu 50* C-ni aşarsa; 2 - yerli qızmalar olmazsa; 3 - boşalmalar baş verməzsə; 4 - dolağın temperaturu 50* C-ni aşmazsa).

  1. 1, 2;

  2. 2, 3;

  3. 3, 4;

  4. 1, 4;

  5. 1, 2, 3, 4.

  1. Transformator 200 % artıq yüklənə bilərmi?

  1. heç bir halda icazə verilmir;

  2. yağ transformatoru üçün 1,5 dəqiqə yol verilə bilər; +

  3. bütün transformatorlar üçün 3 dəqiqə yol verilir;

  4. quru transformatorlar üçün 10 dəqiqə;

  5. DC sistemli transformatorlar üçün 20 dəqiqə.

  1. Transformator izolyasiyasının normal sutkalıq köhnəlməsini təmin edən temperatur həddini göstəin:

  1. < = 105° C;

  2. < = 102° C;

  3. < = 100° C;

  4. < = 98°C;

  5. > 90 - < 110° C.

  1. Transformatorun yük qrafiki üzrə təyin olunan sistematik artıq yüklənmələrinə hansı həddə yol verilir?

  1. <= 1.5 Inom;

  2. <= 1.0 Inom;

  3. <= 2,5 Inom;

  4. < = 1,25 Inom;

  5. < =1,75 Inom.

  1. Transformator və reaktor şəbəkəyə necə qoşulur?

  1. yüksüz;

  2. gərginliyi səlis qaldırmaqla, yükə;

  3. təkənla, yüksüz;

  4. təkənla, tam gərginliyə;

  5. göstərilən hər bir halda yol verilir.

  1. Növbətçi heyyəti olan y/s-da transformatorlarda baxış hansı müddətlərdə həyata keçirilir?

  1. sutkada bir dəfə;

  2. həftədə bir dəfə;

  3. ayda bir dəfə;

  4. ildə bir dəfə;

  5. iki ildə bir dəfədən az olmayaraq.

  1. Transformatorun qapağı qaz relesi istiqamətində hansı mailliyə malik olmalıdır?

  1. 0,5 – 1 %;

  2. 1 - 1,5 %;

  3. 1,5 – 2 %;

  4. 2 - 2,5 %;

  5. 2,5 – 3 %.

  1. Transformatordan genişləndiriciyə yağ ötürücü boru hansı hansı mailliyə malik olmalıdır?

  1. 1 – 2 %;

  2. 2 – 4 %;

  3. 0,5 – 1 %;

  4. 3 – 7 %;

  5. 4 – 8 %.

  1. Məcburi yağ dövranlı transformatorlar (reaktorlar) üçün soyutma mühərriklərinin qidalandırılması necə həyata keçirilir?

  1. 1 mənbədən;

  2. 2 mənbədən;

  3. 2 mənbədən EAQ ilə;

  4. 3 mənbədən;

  5. 4 mənbədən.

  1. İstismar zamanı transformator otağına daxil olan və çıxan havaların temperaturlar fərqi nə qədərdən çox olmamalıdır?

  1. 5° C;

  2. 10° C;

  3. 15° C;

  4. 20° C;

  5. 25° C.

  1. DC və C soyutma sistemli transformatorlarda yağın üst qatlarının temperaturunun hansı qiymətlərində ventilyatorların müəyyən hissəsini açmaq olar?

  1. 30°C;

  2. 35°C;

  3. 40°C;

  4. 45°C;

  5. 50°C.

  1. D soyutma sistemli transformatorlar üçün hansı halda üfürmənin açılmasına yol verilir?

  1. S < Snom və yağın yuxarı üçün t <=55°C ;

  2. S < Snom və t >=10°C;

  3. S < Snom və t <=70°C; Snom – transformatorun nominal yüküdür;

  4. S > Snom və t <=30°C;

  5. S >= Snom və t <=20°C.

  1. Hansı halda üfürmə soyutma sistemi atomatik işə qoşulur?

  1. t >= 40° C ;

  2. t >= 45° C;

  3. t >= 50° C;

  4. t >= 55° C;

  5. t >= 70° C.

  1. Genişləndiricinin həcmi çəndə və soyutma sistemindəki yağın həcminin hansı hissəsini təşkil edir?

  1. 2 % ;

  2. 5 % ;

  3. 10 % ;

  4. 20 % ;

  5. 25 %.

  1. Yağ göstəricisinin nəzarət xətləri hansı temperaturlara uyğundur?

  1. -45, +15, +40° C;

  2. -20, +10, +30° C;

  3. -5, 0, +20°C;

  4. -10, +5, +50°C;

  5. -15, +15, +45° C.

  1. Hansı parametr transformatorun nominal göstəricilərinə aid deyil?

  1. yüksüz işləmə cərəyanı;

  2. qısaqapanma gərginliyi;

  3. qısaqapanma itkisi;

  4. qısaqapanma nisbəti;

  5. yüksüz işləmə itkisi.

  1. Transformatorun dolaqları hansı sxem üzrə birləşmir?

  1. ulduz;

  2. üçbucaq;

  3. neytralı çıxarılmış ulduz;

  4. dördbucağ ;

  5. ziqzaq.

  1. Transformatorun qısaqapanma gərginliyi aşağıdakı qiymətlərdən hansı ola bilər?

  1. 60 %;

  2. 50 %;

  3. 40 %;

  4. 30 %;

  5. 10 %.

  1. Yüksüz işləmə cərəyanı nəyi xarakterizə edir?

  1. poladdakı aktiv və reaktiv itkiləri;

  2. mis itkiləri;

  3. yalnız aktiv itkiləri;

  4. yalnız reaktiv itkiləri;

  5. qısaqapanma cərəyanını.

  1. Yüksüz işləmə itkiləri nədən yaranır?

(1 – polad itkilərdən, 2 – istilik itkilərdən, 3 – burulğan cərəyanlardan, 4- mis itkilərdən.)

  1. 1, 4;

  2. 2, 3;

  3. 3, 4;

  4. 1, 3;

  5. 2, 4.

  1. Transformatorun nüvəsi nə üçün polad vərəqlərdən yığılır?

  1. mis itkilərini azaltmaq üçün;

  2. qısaqapanma cərəyanını azaltmaq üçün;

  3. qısaqapanma gərginliyini azaltmaq üçün;

  4. burulğan cərəyanlarını azaltmaq üçün;

  5. transformator üçün optimal rejim yaratmaq üçün.

  1. Ulduz/ulduz birləşmə sxemli transformatorlar hansı birləşmə qrupu yarada bilər?

  1. 2;

  2. 3;

  3. 5;

  4. 7;

  5. 9

  1. Ulduz/üçbucaq birləşmə sxemi hansı birləşmə qrupu yarada bilər?

  1. 2;

  2. 1;

  3. 4;

  4. 6;

  5. 0

  1. Cüt birləşmə qrupunu hansı sxemlər yaradır?

(1 – ulduz /ulduz, 2 – üçbucaq/ üçbucaq, 3- ulduz /üçbucaq, 4 – üçbucaq /ulduz,

5 – neytralı çıxarılmış ulduz / üçbucaq.)



  1. 1, 3;

  2. 2, 4;

  3. 5;

  4. 1, 2;

  5. 3, 4, 5

  1. Ulduz/üçbucaq-0 birləşmə qrupu bücağın hansı qiymətinə uyğundur?

  1. 0*;

  2. 30*;

  3. 60*;

  4. 120*;

  5. 300*.

  1. Neytralın effektiv torpaqlanması hansı transformatorlar üçün aparılmır?

  1. 35 kV;

  2. 110 kV;

  3. 220 kV;

  4. 330 kV;

  5. 500 kV.

  1. İstismarda olan transformator üçün yüksüz işləmə itkisinin qiyməti hansı hədlərdə olmalıdır?

  1. 10 %;

  2. 20 %;

  3. 25 %;

  4. 30 %;

  5. normalaşdırılmır;

  1. Yüksüz işləmə itkisinin qiyməti hansı məqsədlə ölçülür?

(1 – sarğılararası qapanmaları təyin etmək üçün, 2 – nüvə elementlərində qapanmaları təyin etmək üçün,

3 – mis itkilərini qiymətləndirmək üçün.)



  1. 1;

  2. 1, 2;

  3. 2;

  4. 3

  5. 1, 3.

  1. Yeni transformator istismara daxil edilərkən 220-500 kV-luq transformatorlar üçün izolyasiya parametrləri hansı temperaturlarda ölçülə bilər?

  1. t >= 10* C;

  2. t >= 15* C;

  3. t >= 20* C;

  4. t >= 30* C;

  5. t >= 35* C.

  1. İkidolaqlı transformatorun AG tərəfində izolyasiya parametrlərini ölçərkən onun hansı hissələri torpaqlanır?

  1. YG, çən;

  2. AG, çən;

  3. çən;

  4. AG;

  5. YG.

  1. U >= 110 kV gərginlikli transformatorlar üçün izolyasiya müqavimətini ölçərkən hansı meqaommetrlərdən istifadə edilir?

  1. 1000V, 2000V;

  2. 1500V;

  3. 2500V;

  4. 2000V;

  5. 500V.

  1. YAT qurğusunu yağın yuxarı qatlarının aşağıda göstərilən temperaturlarında işə qoşmağa icazə verilir...

  1. > = - 20* C;

  2. > = - 30* C;

  3. > = - 40* C;

  4. > = 0* C;

  5. > = 15* C

  1. Avtotransformator hansı rejimdə işləyə bilər?

(1 – avtotransformator rejimi, 2 – transformator rejimi, 3 – kombinə rejimi, 4 – reaktor rejimi. )

  1. 1, 4;

  2. 2, 3, 4;

  3. 1, 2, 4;

  4. 1, 2, 3;

  5. 2, 4.

  1. Avtotransformatorun transformator qarşısında hansı üstünlükləri var?

(1 – gərginliyin tənziminin asanlığı, 2 – az itkilər, 3 – böyük FİƏ, 4 – neytralın birbaşa torpaqlanması,

5 – soyutma şəraitinin asanlığı. )



  1. 1, 2, 5;

  2. 2, 3, 4;

  3. 1, 3, 4, 5;

  4. 2, 3, 5;

  5. 1, 4.

  1. Təsirlənməsiz çevirgəc vasitəsilə transformatorda gərginlik hansı hədlərdə tənzimlənir?

  1. -/+ 5 %;

  2. -/+ 10 %;

  3. -/+ 16 %;

  4. -/+ 18 %;

  5. -/+ 20 %

  1. Aşağıdakılardan biri cərəyanın vahididir:

  1. kV;

  2. kVA;

  3. mkA;

  4. kl;

  5. KOm.

  1. Voltmetr gərginliyin hansı qiymətini ölçür?

  1. təsiredici qiymətini;

  2. amplitud qiymətini;

  3. orta qiymətini;

  4. ani qiymətini;

  5. modul qiymətini.

  1. Gərəyanın amplitud qiymətinin onun təsiredici qiymətinə nisbətini göstərin:

  1. 0,707;

  2. 1/3;

  3. 1,41;

  4. 1/2;

  5. 3/2.

  1. Naqilin en kəsiyinin artması ilə müqavimət necə dəyişir?

  1. artır;

  2. azalır;

  3. asılı deyil;

  4. artır və azalır;

  5. kəskin artır.

  1. Naqilin xüsusi müqaviməti nədən asılıdır?

  1. onun uzunluğundan;

  2. en kəsiyindən;

  3. kimyəvi xassələrindən;

  4. materialından;

  5. göstərilənlərin heç birindən.

  1. Xüsusi müqavimətin vahidini göstərin:

  1. Om°m;

  2. Om°A;

  3. Om°V;

  4. Om°kq;

  5. Om°s.

  1. Dövrə hissəsi üçün Om qanunu necədir?

  1. I=U/K;

  2. U=IP;

  3. U=U/R;

  4. I=U/R;

  5. P=UI.

  1. Xətt gərginliyinin faz gərginliyinə nisbətini göstərin:

  1. 2;

  2. 1,73;

  3. 3;

  4. 0,3;

  5. 2,4.

  1. Aşağıdakılardan biri reaktiv gücün vahididir:

  1. VR;

  2. kVA;

  3. kVt;

  4. KW;

  5. VAR.

  1. R – aktiv, Xl – induktiv, Xc – tutum müqavimət olduğunu bilərək rezonans şərtini göstərin:

  1. R = Xl;

  2. R = Xc;

  3. Xl =Xc;

  4. R = Xl < Xc

  5. Xl > Xc.

  1. R və 2R müqavimətləri paralel birləşib, dövrənin tam müqavimətini tapın:

  1. R;

  2. 2R;

  3. 2/3R;

  4. 1/2R;

  5. 3R.

  1. R və 2R müqavimətləri ardıcıl birləşib, dövrənin tam müqavimətini tapın:

  1. 3R;

  2. 2/3R;

  3. 0,5R;

  4. 4R;

  5. R.

  1. Elektrik enerji mənbəyndə aşağıdakı enerji çevrilməsi baş vermir:

  1. kimyəvi enerji elektrik enerjisinə çevrilir;

  2. elekrik enerjisi istilik enerjisinə çevrilir;

  3. günəş enerjisi elektrik enerjisinə çevrilir;

  4. mexaniki enerjisi elektrik enerjisinə çevrilir;

  5. istilik enerjisi elektrik enerjisinə çevrilir.

  1. I(1) cərəyanı düyün nöqtəsinə daxil olur,I(2) və I(3) cərəyanları işə çıxırlar, dövrə üçün Kirkhofun I qanunu hansıdır?

  1. I(1) + I(2) + I(3)=0;

  2. I(1) - I(2) + I(3)=0;

  3. I(1) - I(2) - I(3)=0;

  4. I(1) + I(2) - I(3)=0;

  5. I(1) = - I(2) - I(3).

  1. Sistematik yüklənmə ilə yanaşı, yay aylarında yüklənməyən hər faizə görə qış aylarında transformatoru neçə faiz əlavə yükləmək olar?

  1. 1 %

  2. 5 %

  3. 10 %

  4. 15 %

  5. 20 %

  1. M və D soyutma sistemli transformatorları yağın hansı temperaturlarında nominal yük altında işə qoşmaq olar?

  1. > = - 60° C

  2. > = - 50° C

  3. > = - 40° C

  4. > = - 20° C

  5. > = - 10° C

  1. DC soyutma sistemli transformatorları yağın hansı temperaturlarında nominal yük altında işə qoşmaq olar?

  1. > = - 60*C

  2. > = - 55*C

  3. > = - 45*C

  4. > = - 25*C

  5. > = - 5*C

  1. 110 kV-luq transformatorun ən böyük işçi gərginliyi nə qədərdir?

  1. 115 kV

  2. 121 kV

  3. 126 kV

  4. 135 kV

  5. 146 kV

  1. 35 kV-luq transformatorun ən böyük işçi gərginliyi nə qədərdir?

  1. 37 kV

  2. 40 kV

  3. 45 kV

  4. 52 kV

  5. 57 kV

  1. 330 kV-luq transformatorun ən böyük işçi gərginliyi nə qədərdir?

  1. 343 kV

  2. 250 kV

  3. 363 kV

  4. 370 kV

  5. 382 kV

  1. 500 kV-luq transformatorun ən böyük işçi gərginliyi nə qədərdir?

  1. 515 kV

  2. 520 kV

  3. 525 kV

  4. 540 kV

  5. 565 kV

  1. 110 kV-luq transformatorlar üçün gərginliyin yol verilən artma həddi və onun davametmə müddəti nə qədərdir?

  1. 126 kV, 15 dəq.

  2. 130 kV, 20 dəq.

  3. 140 kV, 20 dəq.

  4. 150 kV, 10 dəq.

  5. 160 kV, 10 dəq.

  1. 330 kV-luq transformatorlar üçün gərginliyin yol verilən artma həddi və onun davametmə müddətini göstərin:

  1. 430 kV, 45 dəq.

  2. 450 kV, 20 dəq.

  3. 400 kV, 45 dəq.

  4. 450 kV, 45 dəq.

  5. 400 kV, 15 dəq.

  1. Stansiya və y/stansiyalarının əsas transformatorlarının (YAT ilə təchiz edilməyən) və reaktorların cari təmirləri hansı vaxtaşırılıqla keçirilir?

  1. 6 ayda 1 dəfə

  2. 9 ayda 1 dəfə

  3. 1 ildə 1 dəfə

  4. 2 ildə 1 dəfə

  5. 4 ildə 1 dəfə

  1. YAT ilə təchiz edilən stansiya və y/stansiyalarının əsas transformatorlarının cari təmirləri hansı vaxtaşırılıqla aparılır?

  1. 6 ayda 1 dəfə

  2. 1 ildə 1 dəfə

  3. 2 ildə 1 dəfə

  4. 4 ildə 1 dəfə

  5. normallaşdırılmır

  1. D, DC və C soyutma sistemlərinin cari təmirləri hansı müddətlərdə aparılmalıdır?

  1. hər ay

  2. hər həftə

  3. hər il

  4. ildə 2 dəfə

  5. yerli təlimatla müəyyən olunur

  1. Stansiya və y/stansiyalarının əsas transformatorlarının əsaslı təmiri birinci dəfə hansı müddətdən sonra aparılır?

  1. 8 ildən sonra

  2. 5 ildən sonra

  3. 10 ildən sonra

  4. 15 ildən sonra

  5. yerli təlimatla müəyyən olunur

  1. 110 – 500 kV-luq transformatorlar üçün aktiv hissəni nisbi rutubətliyi 75 % -dən az olan havada nə qədər müddətə saxlamaq olar?

  1. 5 saat

  2. 10 saat

  3. 16 saat

  4. 21 saat

  5. 1 sutka

  1. 220 kV-luq transformatorun ən böyük işçi gərginliyi nə qədərdir?

  1. 225 kV

  2. 243 kV

  3. 252 kV

  4. 260 kV

  5. 271 kV

  1. TR-ın aktiv hissəsi ?

1) dolaqlar, nüvə

2) çən və armatur, nüvə

3) dolaqlar, çən, çevirgəc

4) nüvə, genişləndirici

5) bandajlar, soyuducu qurğu


  1. Qoruyucu qurğular ?

1) qoruyucu klapan, qoruyucu borucuq

2) mühafizə relesi

3) cərəyan transformatoru

4) soyuducu qurğu

5) yağ kranları


  1. Neçə cür təmir var?

1) cari, orta, əsaslı

2) vaxtaşırı, əsaslı

3) növbədənkənar, cari, əsaslı

4) cari, əsaslı



5) fövqəladə, orta, əsaslı

  1. Əsaslı təmirin keyfiyyətinə nəzarətin effektivliyinin artırılması nə cür təmin edilir

  1. elementləri yağlamaqla

  2. elementlərin hamısı xaricdə istehsal olunarsa

  3. ayrı-ayrı elementlərin nəzarətinə keçməklə

  4. Transformator yağını təzələməklə

  5. dolaqları yenisi ilə əvəz etməklə

77. Transformatorun istismarının zəmanət müddəti nə deməkdir?

  1. Transformator istismara daxil edildiyi andan 12 ay, təmirdən çıxarılması anından isə 18 aydan artıq olmayaraq qəbul edilir.

  2. istismarda olduğu bütün vaxtı

  3. 25 il işləməsi

  4. Transformator istismara daxil edildiyi andan 25 il, təmirdən çıxarılması anından isə 5 ildən artıq olmayaraq qəbul edilir

  5. Transformator istismara daxil edildiyi andan 3 il müddət.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə