Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi Göygöl rayon mks




Yüklə 71.61 Kb.
tarix27.02.2016
ölçüsü71.61 Kb.
Tərtib edəni:
Metodika və Biblioqrafiya şöbəsinin müdiri:

Musayeva Leyla Şamo qızı
Metodika və Biblioqrafiya şöbəsinin böyük metodisti:

Qasımova Minarə Məsim qızı
Komputer dizaynı və yığımı:

Qasımov Allahşükür Mirməhəmməd oğlu


Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi

Göygöl rayon MKS

2012-ci ilin idman ili elan olunması münasibəti ilə


Sağlam bədəndə sağlam ruh olar

(Metodik vəsait)


Göygöl 2012

İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”.


Heydər Əliyev


İstifadə olunan: Dövri mətubat
Elnur Məmmədli mövqeyini qoruyub// Yeni Azərbaycan.-2012,-29 mart.-s.8
Azərbaycan idmanının daha bir uğuru// Yeni Azərbaycan.-2012.-30mart.-s.7
Paytaxt idmançıları daha yüksək qələbələr əldə etmək əzmindədilər// Xalq qəzeti.-2012.-6 mart.-s.6


İnternet səhifələri:
www.president.az
www.mys.gov.az
www.azerisport.com
www.idman.com.az
www.anl.az


İsmaylov Pərviz Rauf oğlu

05.09.1986.
Respublika çempionatlarında dəfələrlə I, II, III yerləri tutub.

Ukraynada Kioksin-karate üzrə keçirilən Avropa çempionatında, 60kq çəkidə 1-ci yer tutmuşdur.

Danimarkanın Viborq şəhərində keçirilən Aşihara karate idman növü üzrə XII dünya çempionatında, 60 kq çəkidə 3-cü yer tutmuşdur.

Danimarkanın Viborq şəhərində keçirilən Aşihara karate idman növü üzrə XIV dünya çempionatında, 60 kq çəkidə 3-cü yer tutmuşdur.

Danimarkanın Viborq şəhərində keçirilən Aşihara karate idman növü üzrə XVII dünya çempionatında, 60 kq çəkidə 3- yer tutmuşdur.

Danimarkanın Viborq şəhərində keçirilən Aşihara karate idman növü üzrə XVIII dünya çempionatında, 60 kq çəkidə 3-cü yer tutmuşdur.



Alişanov Toğrul Telman oğlu

16.10.1990.
Respublika çempionu olmuşdur.

Danimarkanın Viborq şəhərində keçirilən Aşihara karate idman növü üzrə XVII dünya çempionatında iki dəfə 3-cü yer tutmuşdur.


-16-


ÖN SÖZ
Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlayır. Azərbaycan dünyada öz qüdrətli və əzəməti ilə seçilən islam aləmində mədəni inkişafı, elmi potensialı baxımından ən qabaqcıl dövlətdən biridir. Azərbaycan idmanının tarixi ilə bağlı belə bir nəticəyə gəlmək olur ki, ölkədə idman çox qədim tarixə malik olmuşdur. Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət və qədim yazılı abidələrə, təsviri sənət əsərinə əbədi tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycan güləş, oxatma, qılıncoynatma, nizəatma atçapma, Çovqan, Sürpapaq, Baharbənd, daşqaldırma, miloynatma, şahmat və s. idman oyunları geniş yayılmışdır. Ölkədə tarixən mövcud olan bu idman ənənəsi müxtəlif növlərdə qorunub saxlanmış, müasir dövrədək gəlib çatmişdır.

Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki idman içtimai həyatın mühüm hissəsidir.

Vəsaitdə məqsəd Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmiş dünya şöhrətli idmançılarla tanış etdirməkdir. Göygöl rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsi tərəfindən tərtib olunan “Sağlam bədəndə sağlam ruh olar” adlı vəsaitdə Azərbaycanda idmanın tarixi və Azərbaycan idmançılarının ən yüksək zirvələrə nail olması oz əksini tapmışdı.

Vəsaitdə materiallar Azərbaycanın idman tarixindən başlayaraq 2012-ci ilə qədər ki dövrü əhatə edir.

Vəsait I, II, III, IV, V bölmələrdən ibarətdir. Bu vəsaitdən uşaq, məktəb kitabxanaçıları istifadə edə bilərlər.-1-

-1-


G i r i ş




Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında "oxla kamanın" ixtira edilməsi buna əyani sübutdur. Hələ eramızdan iki min il əvvəl Azərbaycanda bürünc alətlərin işləndiyi vaxtlarda (bürünc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir.

12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumatlar verilir. 9-6 əsr əvvəl yaradılmış "Avesta" kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur. Bu baxımdan Dünya şöhrəti qazanmış görkəmli mütəfəkkirlərimizin əsərlərini, folklor materiallarını araşdırdıqca xalqımızın hələ qədim dövrlərdə fiziki tərbiyəyə böyük yer verdiyinin şahidi oluruq.

1900-cü ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qriçbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı.

-2-
Rəhimov Fərman Nazim oğlu

31.07.1989
Respublika çempionu olmuşdur.

Danimarkanın Viborq şəhərində keçirilən Aşihara karate idman növü üzrə XVII dünya çempionatında bir dəfə 1-ci yer, iki dəfə 3-cü yer tutmuşdur.



Musazadə Musa Zaməddin oğlu

12.11.1994
Respublika çempionu olmuşdur.

Latviyada keçirilən Avropa çempionatında 1 dəfə Avropa çempionu olub.

Danimarkanın Viborq şəhərində keçirilən

Aşihara karate idman növü üzrə XVII dünya çempionatında

1-ci yeri tutmuşdur.

Qurbanov Pənah Malik oğlu

13.05.1988
Respublika çempionu olmuşdur.

Danimarkanın Viborq şəhərində keçirilən Aşihara karate idman növü üzrə XVII dünya çempionatında bir dəfə 2-ci yer, iki dəfə 3-cü yer tutmuşdur.


-15-


keçirilmiş Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Azərbaycan Respublikası Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.



Göygöl rayonunda idman siyasəti
Azərbaycan Respubliksının prezidenti İlham Əliyev digər rayonlarda olduğu kimi Göygöl rayonunda da idmanın inkişafı-na xüsusi qayğı göstərmişdir. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə 2011-ci ildə Göygöl rayonunda müasir tipli olimpiya-idman kompleksinin inşasına başlandı. Göygöl rayo-nunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimin-də gənclər və idman naziri Azad Rəhimov və Göygöl rayon icra hakimiyyəti başçısı Arif Seyidov iştirak edib.

Gənclər və idman naziri təməli qoyulan idman kompleksinin

ölkədə sayca 39-cu olduğunu, onlardan 28-nin istifadəyə verildiyini, 11-nin isə tikintisinin davam etdirildiyini bildirib. Göygöl Olimpiya İdman Kompleksinin 1000 nəfərlik universal idman zalı, üzgüçülük hovuzu, güləş zalı, 2 min nəfərlik stadionu, mini-futbol zalı, voleybol meydançası olacaq. Kompleksə mehmanxana və kotteclər də daxildir. Bu baxımdan kompleks həm də turizmin inkişafı baxımından əhəmiyyətlidir.

Bundan başqa bir çox idman, məşq zalları yenidən təmir olunmuş və yeni avadanlıqlarla təmin olunmuşdur. Göygöl rayon Gənclər və İdman idarəsinin yeni binasının açılışında hörmətli Prezidentimiz özü şəxsən iştirak etmiş və orada gənclər üçün yaradılmış şərait ilə tanış olmuşdur.

Məhz hörmətli Prezidentimizin idmana qayğısı nəticəsində Göygöl rayon idmançıları dünyada və Avropada keçirilən idman yarışlarında uğur qazanmışdır.

-14-


1912-ci ildə Bakı müəllimi Leonid Romançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində 48 km məsafəyə üzmüşdür. Bu o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nəticə idi. L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu.

Lakin 1917-ci ilə qədər bu nəticələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kəs kömək etmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur.

1920-ci ildə respublikamızda "Sokol" və "Unita", "Avtomotor", "Vodnik", "Reçnik" və b. cəmiyyətlər fəaliyyət göstərirdi. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi. Bədən tərbiyəsi və idman işlərinə Azərbaycan həmkarlar ittifaqları xüsusi qayğı göstərməyə başladı. Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı. Azərbaycanda boks futbol, ağırqaldırma, Yunan-Roma sərbəst güləş üzrə ilk respublika çempionatı keçirilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.

-3-


Ulu öndərin əsasını qoyduğu idmana qayğı siyasətinin layiqli davamçısı
“İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir”.

Heydər Əliyev


Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleks-ləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.

Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların həyatında cəmiyyətin rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq


-4-

Olimpiada yarışlarında uğur qazanmış bir neçə idmançılarımız haqqında məlumat
Abdullayev Namiq Yədulla oğlu 1971-ci il yanvarın 4-də Bakı şəhərində anadan olub. 1995-ci ildə Hərbiçilərin Olim-piya Oyunlarında II yerə çıxmış, 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında gümüş (II yer,Atlanta), 2000-ci ildə Avstraliyada keçirilən XXVII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Məmmədli Elnur Çingiz oğlu 1988-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. 2009-cu ildən əməkdar idman ustasıdır. XXIX Yay Olimpiya Oyunlarının qalibidir (2008, Pekin, Çin). 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsa-sən “Şöhrət” ordeni ilə təltif edilib.

Mansurov Fərid Salman oğlu 1982-ci il mayın 10-da

Gürcüstanın Dmanisi rayonunda anadan olub. Azərbaycan Respublikaı Prezdidentinin Sərəncamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb. Ikiqat Dünya çempionudur (2007, Bakı, 2009, Danimarka, Herninq ş.) XXIX çempionudur.

Rəhimov Vitali Məcidoviç 1984-cü il avqustun 27-də Meqri rayonunda anadan olub. Yunan-Roma güləşi üzrə əməkdar idman ustasıdır. XXIX Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb (2008, Pekin).

Aşumova İradə Süleyman qızı 1958-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. 2004-cü ildən əməkdar idman ustasıdır. Atlanta-96 Olimpiya Oyunlarının iştirakçısı , dünya çenpionatında II yer (şəxsi, 1998, İspaniya ), 2000-ci ildə Sidney Olimpiadasının iştirakçısı olub. 2004-cü ildə Afinada

-13-

1. 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan edil-sin.



2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan edil-məsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2012-ci il.

-12-

və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.



Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır.

Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr
-5-

göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi.

Olimpiya oyunlarında iştirak edən hər bir dövlət, ilk növbədə, dünya miqyasında özünütəsdiq imkanı qazanır. Müstəqil Azərbaycan dövləti də 1996-cı ildə ilk dəfə Atlantada keçirilən XXVI Yay Olimpiya Oyunlarında iştirak etməklə dövlətlər sırasında layiqli yerini müəyyənləşdirməyə, bayrağını göylərə ucaltmağa çalışdı. Atlanta Yay Olimpiya Oyunlarının keçirildiyi 1996-cı ildə Azərbaycanın iqtisadi durumu ürəkaçan olmasa da, ulu öndər idmançılarımızın bu beynəlxalq idman tədbirində yüksək səviyyədə iştirakı üçün lazımi maddi və mənəvi dəstəyi əsirgəmədi. Ümummilli lider Heydər Əliyevin 1995-ci ilin fevralında imzaladığı "1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncama uyğun olaraq xüsusi təşkilat komitəsi yaradıldı. İdmançılarımız ilk dəfə qatıldıqları Atlanta olimpi-adasında ciddi əzmkarlıq göstərsələr də, vətənə qızıl medal gətirə bilmədilər. Yalnız sərbəst güləş ustası Namiq Abdulla-yev yarışlarda yüksək ustalıq nümayiş etdirərək gümüş medal qazana bildi. Bununla belə, ümummilli lider Atlantadan məyus qayıdan idmançılarımızın pessimist ovqatını isti kəlmələri ilə aradan götürdü. Vətənə dönən idmançıları Prezident Sarayında qəbul edən ulu öndərimiz onları təbrik etdi və qələbələrə ruhlandırdı. Ümumilikdə, Olimpiya oyunlarında


-6-

Azərbaycan Respublikasında 2012-ci ilin

İdman ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi bunun əyani sübutudur, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal isə böyük tarixi nailiyyətdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideal-larının təbliği, idmanın maddi-texniki bazasının möh-kəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə bu il futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunla-rına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir. Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olim-piya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri ara-sında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançı-larımızın London olimpiadasında, dünya və Avropa çempi-onatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstərici-lərinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
-11-

Azərbaycan yığmasının üzvləri son olimpiadada layiqincə mübarizə apararaq mümkün ən uğurlu nəticəni göstərməyə, adlarını olimpiya salnaməsinə yazmağa müvəffəq oldular. Atlantadan 1, Sidneydən 3, Afinadan isə 5 medalla qayıtmışdıqsa, Pekindən 7 medalla döndük. Azərbaycan qızıl medalların sayına görə 39-cu, medalların sayına görə isə 27-ci yeri tutdu. Bu həm də göstərdi ki, ümumbəşəri dəyərlərin tərkib hissəsi kimi, Azərbaycanda idman və bədən tərbiyəsinin kütlə-viləşməsinə mühüm önəm verilir. Eyni zamanda MOK rəhbərliyinin peşəkarlığı, təşkilatçılıq məharəti, qətiyyəti, iradə-si, qarşıya qoyulmuş məqsəd və vəzifəyə doğru addım-addım, təmkinlə irəliləmək.



-10-


iştirak müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınmasını, olimpiya hərəkatına qoşulması prosesini təmin etdi. Ulu öndərin təşəbbüsü əsasında qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırıl-masına da real zəmin yaratdı. Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Cənab İlham Əliyevin bu sahədə gördüyü işlərin son 5 illə məhdudlaş-madığı da xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 20-yə yaxın müasir tipli olimpiya kompleksi inşa olunub. Son 10 ildə Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya-idman kompleksləri tikilərək idmançıların istifadəsinə verilib.

Bütün bunlar da gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azər-baycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

-7-

Şəki olimpiya kompleksi


Masallı olimpiya kompleksi


Zaqatala olimpiya kompleksi



Gəncə olimpiya kompleksi



-8-

Cənab İlham Əliyev idmana yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis etmişdir. Hər ilin yekunlarına görə 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir. Prezident İlham Əliyev qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində də kompleks tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin 22 yanvar 2008-ci il tarixli "Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında" sərəncamı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncam milli idman tarixinin və olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğinin daha da gücləndirilməsi məqsədi daşıyır. Sərəncamla Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıqlar verilib. Dövlət başçısı Olimpiya oyunlarında idmançıların layiqincə iştirak etməsi, uğur qazanması üçün bütün lazımi tədbirləri görüb. 2007-ci il iyulun 24-də imzaladığı sərəncamla Pekin Olimpiya oyunlarına hazırlığın yüksək səviyyədə aparılmasını təmin edib. Nəticədə ötən il Çin Xalq Respublikasında keçirilmiş XXIX Yay Olimpiya oyunları idman hərəkatının geniş vüsət aldığı Azərbaycan üçün də əlamətdar oldu. Beynəlxalq miqyaslı tədbirin yekunları ölkə idmanının yüksəliş yolunda olduğunu təsdiqləməklə yanaşı, bu sahənin inkişafına qayğı və zəhmətin hədər getmədiyini göstərdi.


-9-


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə