GÖRÜNTÜ necə maddə ZƏnn ediLİR? XƏyalin diGƏr adi




Yüklə 1.03 Mb.
səhifə4/15
tarix22.04.2016
ölçüsü1.03 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Yəni insanın bədənindən başqa varlığı da var. Beyninin içindəki görüntünü “görürəm” deyən, beyninin içində eşitdiyi səsləri “eşidirəm” deyən, öz varlığının dərk edən və “mən mənəm” deyən bu varlıq Allahın insana verdiyi ruhdur.

Ağıl və vicdan sahibi olan hər insan həyatı boyu yaşadığı hər hadisəni beyninin içindəki ekranda seyr edən varlığın ruhu olduğunu dərhal başa düşəcəkdir. Hər insan gözə ehtiyacı olmadan görə bilən, qulağa ehtiyacı olmadan eşidə bilən, beyinə ehtiyacı olmadan düşünə bilən ruha malikdir.

Tək mütləq varlığın maddə olduğunu iddia edən, insan şüurunun da yalnız beynindəki kimyəvi proseslərin nəticəsi olduğunu zənn edən materialist düşüncə isə bu mövzuda çıxılmaz vəziyyətə düşmüşdür. Bunu görmək üçün hər hansı materialistə bu sualları verə bilərsiniz:

- Görüntü beynimizdə əmələ gəlir, ancaq bu görüntünü beynimizdə kim seyr edir?

- Hal-hazırda yanınızda olmayan aşağı mərtəbədəki qonşunuzu gözünüzün qarşısına gətirin. Onu aydın şəkildə görürsünüz. Paltarının detalları, üz cizgiləri, saçlarındakı ağlar, səsinin tonu, danışıq tərzi, yerişi ilə xəyalınızda çox aydın şəkildə canlandırdığınız bu insanı kim seyr edir?

Bu və buna bənzər sualları materialistlərə verdikdə heç bir cavab ala bilməzsiniz. Çünki bu sualların tək cavabı Allahın insana verdiyi ruhdur. Materialistlər isə maddədən başqa heç bir varlığı qəbul etmirlər. Elə buna görə, bu kitabda izah edilən qeyri-adi həqiqət Allahın varlığını inkar edən materialist düşüncəyə ən böyük zərbə vuran, materialistlərin düşünməkdən və haqqında danışmaqdan ən çox çəkindikləri mövzudur.


Bu görüntüləri ruhumuza seyr etdirən kimdir?

Burada bir sual da verilməlidir: ruhumuz beynimizdə əmələ gələn görüntüləri seyr edir. Bəs bu görüntüləri əmələ gətirən kimdir? Qapqaranlıq beynimizin içində işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri əmələ gətirən, elektrik siqnallarından kiçik bir yerdə böyük dünyanı meydana gətirən beyin ola bilərmi? Beyin nəm, yumşaq, qırışlı bir ət parçasıdır. Belə bir ət parçası ən qabaqcıl texnologiya ilə istehsal edilmiş televizorlardan daha aydın, heç bir pozulma və ya tutqunluq olmayan, rəngləri son dərəcə canlı olan aydın görüntü əmələ gətirə bilərmi? Beyin kimi təqribən 1.5 kq ağırlığındakı ət parçasının bu qədər qüsursuz hisslər əmələ gətirə bilməsi, əlbəttə, mümkün deyil.

Burada bir həqiqətlə də qarşılaşırıq. Ətrafımızda gördüyümüz hər şeylə birlikdə sahib olduğumuz bədənimiz, əlimiz, qolumuz, üzümüz kölgə varlıq olduğuna görə, beynimiz də kölgə varlıqdır. Elə isə görüntü olan varlığın görüntü meydana gətirdiyini deyə bilmərik.

Bertrant Russel “Nisbiliyin əlifbası” adlı əsərində “Şübhə yoxdur ki, maddə ümumi şəkildə formalaşma qrupu kimi şərh ediləcəksə, bunu gözə, optik sinirə və beyinə də aid etmək lazımdır”.26 deyərək bu həqiqətə diqqət çəkir.

Bu həqiqəti dərk edən tanınmış filosof Bergson isə “Maddə və hafizə” adlı kitabında: “dünya görüntülərdən ibarətdir, bu görüntülər ancaq bizim şüurumuzda var; beynin özü də bu görüntülərdən biridir”27, -deyir. Onda ruhumuza bu görüntüləri göstərən, ona həqiqisi ilə eyni dərəcədə aydın görüntü və hisslərlə həyat yaşadan, üstəlik bu görüntüləri fasiləsiz davam etdirən kimdir?

Ruhumuza bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun zövq alması üçün bütün dadları və qoxuları yaradan, bütün aləmlərin Rəbbi, hər şeyin Yaradıcısı olan Allahdır.


Materializmin qarşılaşdığı ən əsas müəmmalardan biri: İnsan şüuru

Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin mənbəyini əsla açıqlaya bilməz. Çünki materialist fəlsəfədə ancaq maddənin varlığına inanılır. İnsanın ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə, həyəcanlanma, darıxma, zövq alma, şənlənmə, mühakimə və rəy söyləmə kimi xüsusiyyətlər heç bir maddi anlayış ilə açıqlana bilməz. Materialistlər bu mövzunu “insan şüuru beynin fəaliyyətlərinin məhsuludur” -deyərək məsələdən yayınmağa çalışırlar. Bu materialist elm adamlarından biri olan Francis Crick sözügedən materialist iddianı belə izah edir:



Sevincimiz, kədərimiz, xatirələrimiz və istəklərimiz, şəxsiyyətinizlə bağlı hissləriniz və iradəniz əslində çox sayda sinir hüceyrəsinin və onlara bağlı molekulların birlikdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.28

Əslində isə bu, nə elmi, nə də məntiqi cəhətdən müdafiə ediləcək iddia deyil. Materialistləri insan ruhuna aid xüsusiyyətlər belə bir açıqlama verməyə məcbur edən onların maddəçi rəyləridir. Maddənin fövqündə bir varlığın mövcud olması həqiqətini qəbul etməmək üçün insan zehnini maddə ilə “məhdudlaşdırmağa” çalışır və bu məqsədlə ağıl və məntiqə uyğun olmayan iddialara üz tuturlar. Elmi yazıçı John Horgan “məhdudlaşdırma” adlandırılan sözügedən materialist düşüncəyə bağlı olmasına baxmayaraq, Francis Crickin bu iddiasının qəbul edilməz olduğunu və içinə düşdüyü ziddiyyəti belə etiraf edir:



Bir tərəfdən Crick haqlıdır. Biz neyron torbasından başqa bir şey deyilik. Eyni zamanda nə qəribədir ki, nevrologiyanın kifayət etmədiyi məlum oldu. Ağlı neyronlarla açıqlamaq ağlı kvark və elektronlarla açıqlamaqdan daha çox anlayış və fayda gətirmədi. Bir çox alternativ məhdudlaşdırma (reductionaism) var. “Biz xüsusi gen paketindən başqa bir şey deyilik”. “Biz təbii seçmə ilə formalaşan uyğunlaşmalardan başqa bir şey deyilik”. “Biz fərqli sahələr üçün ayrılmış kompyuter makinalarından başqa bir şey deyilik”. Crickin iddiasına bənzəyən bu fikirlərin hamısını müdafiə etmək olar, ancaq heç biri kifayət etmir.29

Bu açıqlamaların, əlbəttə, hamısı qeyri-kafidir, hətta tamamilə məntiqsizdir. Ən qatı materialistlər belə bu həqiqəti əslində çox yaxşı anlayırlar. Belə ki, Darvinin ən yaxın dəstəkləyəni kimi tanınan materialist Thomas Huxley də: “Şüur kimi bu qədər fövqəladə bir şey necə olub sinir toxumalarının bir-birilə qarşılıqlı təsirindən meydana gəlmişdir? Bu, Ələddinin lampasını əli ilə sürtdükdə içindən Cinin çıxması qədər izah edilməzdir”, -deyərək şüurun neyronlararası əlaqə ilə açıqlanmasının mümkün olmadığını ifadə etmişdir.30

Huxleydən dövrümüzə qədər insan şüurunun neyronlarla açıqlanmasının mümkünsüzlüyü həqiqəti dəyişməmişdir. Ancaq bunun səbəbi elmin bu sahədəki yeni tapıntılarının kifayət olmadığından irəli gəlmir. Əksinə, nevrologiya sahəsində XX əsrin xüsusilə sonlarında çox irəliləyişlər baş vermiş, bir çox qaranlıq cəhət aydınlığa çıxmışdır. Ancaq bunlar insan şüurunun əsla maddə ilə məhdudlaşmadığını, maddənin fövqündə bir həqiqətin axtarılmalı olduğunu ortaya qoyan elmi fəaliyyətlərdir. Belə ki, Almaniyanın qabaqcıl darvinist-materialist yazıçılarından biri olan Hoimar Von Ditfurth qəbul etdikləri üsul ilə şüurun açıqlanmasının mümkün olmadığını belə etiraf edir:

İzlədiyimiz təbiət tarixi və genetik irəliləyiş yolunda şüurun, ruhun, zəkanın və duyğunun nə olduğuna dair cavab verə bilmədiyimiz gün kimi aydındır. Çünki psixi-zehni ölçü ən azından bu dünyada, bu anda təkamülün gəlib çatdığı ən son həddir. Ona görə də təkamülün sonrakı mərhələ və pillələrinə yenə şüurumuzun köməyi ilə kənardan, onların üstünə çıxaraq baxa bildiyimiz halda şüurun (ruhun) özünə belə bir yaxınlaşma imkanından məhrumuq. Çünki əlimizdə şüurun özündən daha çox inkişaf etmiş yuxarı pillə yoxdur.31

Amerikalı fəlsəfə və riyaziyyat elmləri doktoru William A. Dembski “Converting matter into mind” (“Maddəni zehnə çevirmək”) adlı məqaləsində insan beynindəki neyronların biokimyəvi prosesinin başa düşüldüyünü və bunun hansı zehni fəaliyyətlərlə bağlı olduğunun müəyyən edildiyini, ancaq qərar vermək, istəmək, fikir yürütmək kimi xüsusiyyətlərin “maddə ilə məhdudlaşmadığını” və şüuru araşdıran mütəxəssislərin bu məhdudlaşdırmanın qüsurunu gördüyünü belə yazır:



... Şüuru öyrənən alimlərin bu faktı (şüuru) nevroloji səviyyədə anlamaq ümidindən artıq əl çəkdiklərini görünür... Materializmə olan bağlılıq davam etsə də, insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi düşüncə deyil...32

Şüurun materialist düşüncə tərzi ilə açıqlanması, elm inkişaf etsə də, mümkün deyil. Çünki beyin haqqında nə qədər məlumat əldə edilsə, zehnin maddə ilə məhdudlaşmayacağı bir o qədər də ortaya çıxır. Materialistlər insan şüurunu, həqiqətən, qavramaq istəyirlərsə, öz yanlış düşüncələrindən əl çəkərək düşünməli və araşdırmalıdırlar. Çünki şüurun həqiqi mənasını maddə ilə açıqlamaq mümkün deyil. Şüur Allahın insanlara verdiyi ruhun funksiyasıdır.


Materialistlərə suallar

İnsanların düşüncələrinin, mühakimə və rəy bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının beyinlərindəki neyronların bir-birilə qarşılıqlı təsiri olduğunu irəli sürmək son dərəcə məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Lashley insan şüurunu maddə ilə məhdudlaşdırmağın mümkünlüyünü uzun illər müdafiə etməsinə baxmayaraq, karyerasının sonlarında bu fikri söyləmişdir:



Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələlərilə məşğul olan nevroloqlar üçün hələ də problemdir... Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir?33

Lashley sözügedən ziddiyyəti bircə sual ilə ifadə etmişdir. Əslində isə bu barədə materialistlərin özlərinə verməli və üzərində düşünməli daha bir çox cəhət var. Aşağıdakı açıqlamalar materialist yanaşmanın düşdüyü çıxılmaz vəziyyəti göstərən məsələlərdən bir neçəsidir:

- Düşüncələrin, həyəcan və duyğuların neyronların məhsulu olduğunu söyləmək, bütün bunların əslində neyronları meydana gətirən şüursuz atomların, hətta atomun hissəcikləri olan kvarkların elektronların məhsulu olduğunu iddia etmək ilə eynidir.

- Şüursuz atomlar sevinməyi, ağrını, həyəcanı, musiqidən zövq almağı, ləzzəti, dostluğu, söhbət zövqünü bilmirlər.

- Şüursuz atomlar darvinist və materialist olaraq birləşib kitab yaza bilməzlər.

- Şüursuz atomlar elektron mikroskopunun altında özlərini və ya özlərinin birləşərək əmələ gətirdiyi sinir hüceyrələrini tədqiq edərək bu tədqiqatlarından elmi nəticələr çıxara bilməzlər.

- Görəsən, “şüur beynimizdəki neyronlardadır” -deyərkən əslində nəyi nəzərdə tuturlar? Neyronlar da digər hüceyrələr kimi hüceyrə qılafı, mitoxondri, DNT, ribosom kim tərkib hissələrdən ibarətdir. Görəsən, şüur materialistlərin fikrincə bunların harasında yerləşir? Şüurun neyronlar arasındakı kimyəvi reaksiyalar və elektrik siqnallarından əmələ gəldiyini zənn edirlərsə, yanılırlar. Çünki bizə onlara məlum olan “şüurlu kimyəvi reaksiya” nümunəsi verə bilməzlər. Müəyyən voltajda “düşünməyə” başlayan “elektrik axını” nümunəsi göstərə bilməzlər. Materialistlər bu mövzular üzərində səmimi şəkildə düşündükdə özlərinin də, digər bütün insanların da neyron yumağından və ya atom yığınından çox fərqli varlıqlar olduğunu dərk edəcəklər. Beyin mütəxəssisi Wolf Singer materialist olmasına baxmayaraq, qarşılaşdığı bu həqiqəti belə ifadə etmişdir:

Kainatın bu ən qarışıq maddəsində özünü “Mən” olaraq dərk edən bir “şey” var.34

Bu elm adamının ifadə etdiyi “şey” Allahın insana verdiyi ruhdur. İnsan sahib olduğu bu ruh ilə düşünən, sevinən, həyəcanlanan, fikirləşən, əks fikirlərə qarşı çıxan, şərəf, hörmət, sevgi, dostluq, vəfa, səmimiyyət kimi anlayışları bilən varlıqdır. Neyronlar və onları əmələ gətirən atomlar isə düşünə bilməzlər, qərar verə bilməzlər, fəlsəfi fikirlər irəli sürə bilməzlər, sevgi, şəfqət hisslərini bilməzlər. Bunu materialistlərin çoxu da tək başına qaldıqda bilir və qəbul edirlər. Ancaq materialist rəylərini elmiliyin və ağlın gərəyi hesab etdikləri üçün yanılırlar və bu açıq-aydın həqiqəti qəbul etmirlər. Əslində isə materializmi müdafiə etmək üçün içinə düşdükləri vəziyyət və qəbul etdikləri ağıldankənar məntiq onlara daha çox zərər verir. “Düşüncələrimiz atomlarımızın, sadəcə neyronlarımızın məhsuludur” -deyən bir insanın xəyallarını həqiqi zənn edən və ya ağlasığmaz nağıllar uydurub sonra bunlara özü inanan insandan heç bir fərqi yoxdur.

Həqiqət budur: insan Allahın ona verdiyi ruhu daşıyan, bu ruh ilə düşünən, danışan, sevinən, qərarlar qəbul edən, sivilizasiyalar quran, ölkələri idarə edən varlıqdır.
MADDƏNİN HƏQİQƏTİ NƏ ÜÇÜN VACİB MÖVZUDUR?

İnsanların gördükləri, eşitdikləri, toxunduqları, qoxuladıqları və mütləq varlıq hesab etdikləri hər şeyin əslində hisslərdən ibarət olması və həyatımız boyu sadəcə xəyali görüntülərlə təmasda olmağımız eynilə kainatın yoxdan var edilməsi, sonsuzluğun varlığı, öldükdən sonra sonsuz həyat üçün yenidən dirildiləcəyimiz kimi qeyri-adi bir vəziyyətdir. Allah qüsursuz və saymaqla bitməyəcək qədər çox detala malik olan kainatı hər an, qüsursuz şəkildə yaratmaqdadır. Hətta bu yaratma o qədər qüsursuzdur ki, yer üzündə bu günə qədər mövcud olmuş bir çox insan bu kainatın və gördükləri hər şeyin xəyal olduğunu anlaya bilməmiş, daima maddənin əsli ilə təmasda olduqlarını düşünmüşlər.

XXI əsrdə elmi tapıntılar qəti şəkildə sübut etmişdir ki, maddənin əsli ilə təmasda olmaq heç bir zaman mümkün deyil. Ancaq bəzi insanlar hələ də bu məsələ ilə bağlı özlərini bilməməzliyə vururlar. Əlində isə bu mövzuda özünü bilməməzliyə qoymaq, nəzərə almamaq və ya rədd etmək doğru deyil. Ona görə, bu mövzu ilə qarşılaşan insanların bu mövzunun əhəmiyyətini düşünmələri və qavramaları çox vacibdir. Maddənin gerçək mahiyyətini oxuyan bəzi insanlar bu mövzuya nə üçün bu qədər əhəmiyyət verildiyini başa düşmədiklərini bildirirlər. Hətta bu mövzunun iman ilə əlaqəsi olmadığını hesab edir, nə üçün hər imani mövzunun ardından bu mövzunun izah edildiyini soruşurlar. Əslində isə bu mövzunun əhəmiyyəti ortadadır. Materialistləri qorxudan, onların bütün fikirlərini məhv edən bu həqiqətin əhəmiyyətini bütün müsəlmanlar anlamalı və insanlara da çatdırmağa çalışmalıdırlar.

Maddənin həqiqi mahiyyətinin məlum olması insanların bəzi iman mövzularını anlaması baxımından böyük əhəmiyyət daşıyır və digər iman mövzuları qədər vacibdir. Hər şeydən əvvəl maddənin həqiqi yönünün başa düşülməsi ilə insanlar həm dünyaya olan bağlılıqlarından əl çəkir və yalnız axirətə yönəlirlər, həm böyük xətadan qurtulur, həm də bu xətalarına görə qavraya bilmədikləri bəzi həqiqətləri də asanlıqla dərk edə bilirlər. Allahın harada olduğu, Cənnət və Cəhənnəmin varlığı, ruhun mahiyyəti, ölümdən sonrakı həyat, sonsuzluq kimi mövzular materialist dünyagörüşünə malik və ya bu fikrin təlqini ilə yetişmiş insanlar tərəfindən dərk edilə bilmir. Ancaq maddənin xəyal kimi qavranılması bu sualların doğru cavablandırılmasına kömək edir. Beləliklə, insanlar Allahın tək mütləq varlıq olduğunu açıq şəkildə görə bilirlər. Maddənin nə olduğunun başa düşülməsi ilə insanlar dünya həyatında bağlandıqları hər şeyin, həvəslərinin, istəklərinin, onlara Allahı və axirəti unutduran hər şeyin boş və aldadıcı olduğunu dərk edirlər. Bu isə dünya həvəslərindən qurtularaq ixlasla Allaha yönəlmələrinə və şirkdən uzaq olmalarına səbəb olur.

İnsanların lovğalıq və əzəmətlə hər cür insanlıq və əxlaqdan kənar davranışa meyl etdiyi bu əsrdə insanları özlərinin və gözlərində böyütdükləri insanların kölgə varlıq olduqlarını anladıqda təkəbbür və əzəmətlərinin yerini təvazökarlıq və mülayimlik alar.

Bütün bunlar isə rahatlıq və təhlükəsizliyin olduğu, xəsislik və xudbinliyin, rəhmsiz rəqabətin aradan qalxdığı cəmiyyətlərin meydana gəlməsinə səbəb olacaq.

Maddənin əsli ilə təmasda olmadığımızın qəbul edilməsi nəticəsində əldə ediləcək ən mühüm irəliləyişlərdən biri, şübhəsiz, materialist fəlsəfənin çökməsi olacaqdır.

İndi isə maddənin mütləq olmaması həqiqətinin nə üçün ən vacib mövzulardan biri olduğunun detalları ilə yaxından tanış olaq.


Maddənin həqiqəti tək mütləq varlığın Allah olduğunu göstərir

Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq varlıq zənn edən bəzi insanlar Allahın varlığını və harada olduğunu izah edərkən son dərəcə səhv və cahil üslubdan istifadə edirlər. Məsələn: “Allah haradadır?” -sualına: “Mənə ağlını göstər, göstərə bilməzsən. Elə Allah da ağıl kimi bir həqiqətdir, ancaq görünmür”, -deyərək cahil cavab verirlər. Bəziləri isə (Allahı tənzih edirik) öz ağıllarına görə, Allahı xəyal kimi göstərir, Allahın varlığını radio dalğalarına bənzədirlər (Allahı tənzih edirik). Onların batil fikirlərinə əsasən, özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allahın varlığı isə bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə xəyal olan özləri və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allahdır. Allahın varlığı hər şeyi əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür.

Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:
Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun Qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
Bu həqiqətin başa düşülməsi ilə şirk qoşmadan, tək Allaha iman əmələ gəlir. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən insan qəti imanla (haqqəl-yakin dərəcəsində) “yalnız Allah var, Ondan başqa ilah yoxdur” deyir.

Allahı gözləri ilə görmədiyi üçün Allahın varlığına inanmayanların materialist iddiaları da maddənin həqiqəti mahiyyəti öyrənildikdə tamamilə məhv olur. Çünki bu həqiqəti öyrənən şəxs öz varlığının xəyal şəklində olduğunu anlayar. Xəyal olan varlığın isə mütləq olan varlığı görə bilməyəcəyini dərk edər. Belə ki, Quranda insanların Onu görə bilmədiyi, amma Özünün onları gördüyünü Rəbbimiz belə açıqlayır:


Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. (Ənam surəsi, 103)
Əlbəttə, biz insanlar Allahın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik ki, Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Buna görə, Allah Quranda Özünün “qulaqlara və gözlərə sahib olan” (Yunus surəsi, 31) olduğunu bildirir. Allahın bilmədiyi bir söz belə deyə bilmərik, hətta nəfəs belə ala bilmərik. Allah bizim etdiyimiz hər şeyi bilir, bu Quranda da belə bildirilmişdir:
Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz. (Ali-İmran surəsi, 5)
Allahın hər an bizi seyr etdiyi, gördüyü, eşitdiyi çox mühüm həqiqətdir. Bu həqiqəti anlayan insan Allahı gözləri ilə görməsə də, Onun hər an ondan xəbərdar olduğunu bilir. Buna görə, nə iş görürsə görsün, Allahın şahid olduğunu bilərək Allahın razı qalmayacağı davranışdan, danışıqdan, baxışdan və ya düşüncədən çəkinir. Allah hər işimizdə bizə yaxın olduğunu, bizi seyr etdiyini və heç bir şeyin Ondan uzaq olmadığını bildirir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)
Tək mütləq varlıq olan Allah, əlbəttə, bir xəyal kimi yaratdığı insanı hər cəhətdən tanıyır. Bu, Allah üçün çox asandır. Ancaq bəzi insanlar cahil olduqları üçün bunu başa düşməkdə çətinlik çəkirlər. Əslində isə “xarici aləm” hesab etdiyimiz hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən bizə ən yaxın olan varlığın hər hansı hiss deyil, Allahın Özü olduğu açıq-aşkar həqiqətdir. Quranda yer alan “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətin içində gizlənir. Amma insan öz bədəninin “mütləq varlıq olan maddə”dən ibarət olduğunu zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə öz bədəni olduğunu zənn edir. Məsələn, bu insan varlığını “beyni” kimi dərk edirsə, ona şah damarından daha yaxın varlıq olacağını düşünməz. Əslində isə maddənin mütləq olmadığını, hər şeyin zehnində yaşadığı xəyallar olduğunu dərk etdikdə artıq çöl, içəri, uzaq, yaxın kimi anlayışların mənası qalmır. Şah damarı da, beyni, əli, ayağı, özündən kənarda zənn etdiyi evi, avtomobili və hətta çox uzaqda hesab etdiyi Günəş, Ay, ulduzlar da tək bir səth üzərindədir. Allah onu hər tərəfdən əhatə etmişdir və ona “sonsuz dərəcədə yaxın”dır.

Allah insanlara “sonsuz dərəcədə yaxın” olduğunu “bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Başqa bir ayədə işlədilən “Rəbbin insanları ehtiva etmişdir”(İsra sursəi, 60) -ifadəsi də eyni həqiqətdən xəbər verir. Buna baxmayaraq, bəzi insanlar özlərinə ən yaxın varlığın yenə özləri olduğunu hesab edərək yanılırlar. Əslində isə Allah bizə özümüzdən belə daha yaxındır. “(Can) boğaza yetişdiyi zaman. Siz baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!” (Vaqiə surəsi, 83-85) ayələri ilə də insana ən yaxın varlığın Allah olduğu həqiqətinə bir daha diqqət çəkilmişdir. Həqiqətən də ölüm yatağındakı və ya xəstə yatan insan xəta ilə o an özünə ən yaxın varlığın başının üstündəki həkimi və ya onu qucaqlayan anası və ya əlini tutan, ona toxunan yaxını olduğunu düşünə bilər. Ancaq ayədə də bildirildiyi kimi, Allah o anda ona hamısından daha yaxındır. Həm də təkcə o an deyil, insan ilk dəfə var olduğu andan etibarən ona ən yaxın olan yeganə varlıq Allahdır. Lakin insanların bir qismi gözləri ilə görmədikləri üçün bu həqiqətdən xəbərsiz yaşayırlar.

Allahın məkandan asılı olmadığı və hər yeri tamamilə əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)
Allah başqa bir ayəsində isə bu həqiqəti belə açıqlayır:
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)
Bütün bu danışılanlardan çıxan nəticə budur: tək və gerçək mütləq varlıq Allahdır. Allah elmi ilə kölgə varlıq olan insanı və digər hər şeyi əhatə etmişdir. Bir ayədə də “sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98) -deyilərək bu həqiqətə işarə edilir. Allah Quranda yer alan digər bir ayədə isə insanlara belə bir qəflət barədə xəbərdarlıq etmişdir:
Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)
İnsanların etdikləri də Allaha aiddir

Allahın yaratdığı kölgə varlıq olan insan Allahdan asılı olmadan bir gücə malik ola bilməz. Allah bir ayəsində bu həqiqəti belə bildirir:


Allah istəməsə, siz istəyə bilməzsiniz... (İnsan surəsi, 30)
Bəzi insanlar bu çox vacib həqiqətdən xəbərsiz yaşayırlar. Onları yaradanın Allah olduğunu qəbul edir, ancaq etdikləri işlərin özlərinə aid olduğunu zənn edirlər. Əslində isə insanın hər etdiyi hərəkət Allahın izni ilə yaradılır. Məsələn, kitab yazan insan Allahın izni ilə o kitabı yazır. O kitabdakı hər cümlə, hər fikir, hər abzas Allahın istəyi ilə meydana gəlir. Allah bu çox vacib həqiqəti bir çox ayəsində bildirir. Bu ayələrdən biri “...sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” ayəsidir (Saffat surəsi, 96). Allah “...atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsində isə hər etdiyimizin Ona aid hərəkətlər olduğunu bildirir.

Allah başqa ayələrdə də Peyğəmbərə möminlərdən sədəqə almasını bildirir. Ancaq ayənin davamında sədəqələri alanın əslində Özü olduğunu açıqlayır:

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə