GÖRÜNTÜ necə maddə ZƏnn ediLİR? XƏyalin diGƏr adi




Yüklə 1.03 Mb.
səhifə1/15
tarix22.04.2016
ölçüsü1.03 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
GÖRÜNTÜ NECƏ MADDƏ ZƏNN EDİLİR?


XƏYALIN

DİGƏR ADI:

MADDƏ

HARUN YƏHYA

(ADNAN OKTAR)

1-ci nəşr: sentyabr 2001

2-ci nəşr: dekabr 2002

3-cü nəşr: iyun 2007

4-cü nəşr: noyabr 2008

5-ci nəşr: dekabr 2009

ARAŞDIRMA

NƏŞRİYYAT
www.harunyahya.org - www.harunyahya.net

İÇİNDƏKİLƏR:
ÖN SÖZ
GİRİŞ
DÜNYA HƏYATININ BEYNİMİZDƏKİ SURƏTİLƏ TƏMASDA OLDUĞUMUZ TEXNİKİ HƏQİQƏTDİR

Görən gözlərimiz deyil, görüntü beynimizdə meydana gəlir

Bütün səsləri beynimizdə eşidirik

Bütün qoxular beynin içində meydana gəlir

Bütün ləzzətlər beyində meydana gəlir

Toxunma hissi də beyində meydana gəlir

Beynimizdə yaranan dünyanın əslinə qətiyyən çata bilmərik

Uzaqlıq hissi də beyində yaranan bir qəbuldur

Süni olaraq meydana gətirilən hisslər

Bütün bu hissləri yaşayan kimdir?
MADDƏNİN HƏQİQƏTİ NİYƏ ƏHƏMİYYƏTLİ BİR MÖVZUDUR?

Maddənin həqiqəti tək mütləq varlığın Allah olduğunu göstərir

İnsanların etdikləri də Allaha aiddir

Maddənin həqiqətinin qavranması insanları iman etməyə yönəldir

Maddənin həqiqətini bilmək dünya həvəsini ortadan qaldırır

Maddənin həqiqəti gizli qalmadığında meydana gələn mühit

Maddənin həqiqətinin bilinməsi materializmin sonudur
ZAMAN DA BİR HİSSDİR

Zaman bir anı digər anla müqayisə etdiyimizdə

ortaya çıxan bir anlayışdır

Zamanın nisbi bir anlayış olduğu Quranda bildirilmişdir

Zamanın nisbiliyi qədər həqiqətini açıqlayır

"Keçmiş" anlayışı yaddaşımızdakı məlumatlara görə meydana gəlir

Keçmiş və gələcək qeyb xəbəridir

Qədərə təslimiyyətin əhəmiyyəti
SONSUZ ZAMAN ALLAHIN YADDAŞINDA GİZLİDİR

Bütün hadisələr "lövhi-məhfuz" adlı kitabda yazılıdır

Keçmiş və gələcək əslində "bu an" yaşanmaqdadır

Allah cənnətdə diləyənə keçmişi eynisilə göstərə bilər

Bu mövzunun insanlar üçün əhəmiyyəti
MADDƏNİN HƏQİQƏTİ MÖVZUSUNA GƏLƏN

ETİRAZLARA CAVABLAR
NƏTİCƏ: HƏQİQƏTLƏRDƏN QAÇMAQ OLMAZ
MADDƏNİN SİRRİNİ ÖYRƏNƏNLƏR BÖYÜK

HƏYƏCAN YAŞAYIRLAR
TƏKAMÜL YALANI
GÖRÜNTÜ NECƏ MADDƏ ZƏNN EDİLİR?
XƏYALIN DİGƏR ADI: MADDƏ


OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə, Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.
YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.


ÖN SÖZ

Bu kitabda izah edilənlər bu günə qədər bir çox insanı həddindən artıq təəccübləndirən, həyata baxışının tamamilə dəyişməsinə səbəb olan çox əhəmiyyətli və böyük həqiqətdir. Bu həqiqəti belə tərif edə bilərik: “Dünyada yaşadığımız həyatın bir hissəsi olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, qısaca desək, həyatımız boyu gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, dinlədiyimiz heç bir şeyin əsli ilə təmasda olmuruq. Biz sadəcə beynimizdə əmələ gələn görüntü və hisslərlə təmasda oluruq”.

Xarici aləmdə maddə var, ancaq bizim bu maddənin əslini bilməyimiz heç vaxt mümkün deyil. Bizə verilən təlqinlə onların beynimizdən kənardakı dünyada sabit olduqlarını və bizim bu səbəbdən onların əslini gördüyümüzü, hiss etdiyimizi zənn edirik. Əslində isə biz heç bir varlığın əslini əsla görə bilmərik və bu varlıqların əslinə əsla toxuna bilmərik. Qısaca desək, biz həyatımız boyunca xarici aləmdəki maddə ilə təmasda olduğumuzu hesab etsək də, əslində hər şeyin xəyalını və surətini tanıyırıq.

Bu kitabın mövzusunu əmələ gətirən həqiqət fəlsəfə və ya hər hansı bir fikir deyil. Əksinə, bu gün müasir elmin qəti surətdə sübut etdiyi və inkarı qətiyyən mümkün olmayan texniki həqiqətdir. Bu gün tibb, biologiya, fizika, nevrologiya, beyin və bununla bağlı digər bütün sahələrdə mütəxəssis olan hər hansı elm adamına “biz dünyanı necə və harada görürük?” deyə sualı verilsə, verdikləri tək cavab var: bütün dünyanı beynimizdəki görmə mərkəzində görürük.

XXI əsrdə elmin qəti şəkildə aşkar etdiyi, insanda böyük təəccüb və heyrət yaradan bu məlumatın bizi gətirdiyi ən əhəmiyyətli nəticələrdən biri isə bu iki sualın cavabıdır: “Bütün həyatımız boyu beynimizdə meydana gələn görüntülərlə təmasda olduğumuza görə, bu görüntüləri beynimizdə əmələ gətirən kimdir? Beynimizdə əmələ gələn bu görüntüləri beynimizin içində gözü olmadan seyr edən və seyr etdiklərindən həzz alan, həyəcanlanan kimdir?” Bu kitabda bu çox vacib iki sualın da cavabını tapacaqsınız.

MADDƏNİN ARDINDAKI SİRR MÖVZUSU VƏHDƏTİ-VÜCUD DEYİL

Maddənin ardındakı sirr mövzusu bəzi şəxslərin etirazlarına səbəb olmuşdur. Sözügedən şəxslər bu mövzunun əsasını səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər. Əvvəla, qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına sıx bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, unutmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.

Vəhdəti-vücud düşüncəsini izah edən bir çox məşhur İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyildir.

Vəhdəti-vücud düşüncəsinin tərəfdarlarından bir qismi səhv fikirlərə düşərək Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar irəli sürmüşlər, məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia irəli sürülmür. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində əmələ gələn görüntülərini gördüklərini açıqlayır.

Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey Allahın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir. Bu, elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla, bütün məktəblərdə öyrədilən elmi mövzudur. Hal-hazırda bu yazını oxuyan insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beynin arxasındakı görmə mərkəzinə ötürülərək mərkəzə xəbərdarlıq edir və insanın beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz bu dəqiqə gözünüzlə gözünüzün önündəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı “yazı surətidir”. Bu yazının əslini isə Allah görür.

Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyal olması onun “yox” olduğu demək deyil. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir.

Bu həqiqət “İdealizm, Matriks fəlsəfəsi və Maddənin gerçəyi” adlı kitabımızda belə ifadə edilmişdir:
Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!
Maddə xəyaldır demək, maddə yoxdur demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə, maddə bizim üçün xəyaldır.

Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, katib kimi təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.


Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur! Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır! (Qaf surəsi, 17-18)
Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə xəbər verilir:
... Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 233)
De: “Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!” (İsra surəsi, 96)
Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri “Lövhi-məhfuz” adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan “əsas kitab”da qorunduğu belə bildirilir:
Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir. (Zuxruf surəsi, 4)
... Dərgahımızda hifz edən bir kitab vardır! (Qaf surəsi, 4)
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın bir Kitabda olmasın! (Nəml surəsi, 75)
GİRİŞ

Otağınızın pəncərəsindən çöldəki mənzərəni seyr etdikdə həyatınız boyu aldığınız təlqinə əsasən, bu mənzərəni gözlərinizlə gördüyünüzü zənn edirsiniz. Əslində isə həqiqət belə deyil. Çünki siz gözlərinizlə çöldəki mənzərəni görmürsünüz. Siz beyninizin içində əmələ gələn mənzərəyə aid görüntünü görürsünüz. Bu, hər hansı bir təxmin və ya fəlsəfə deyil, elmi həqiqətdir.

Görmə hadisəsinin necə baş verdiyini xatırladıqda bu mövzu daha aydın başa düşüləcəkdir. Gözün vəzifəsi sadəcə ona gələn işığı tor qişasındakı hüceyrələr vasitəsilə elektrik siqnalına çevirməkdir. Bu elektrik siqnalı isə beyninizdəki görmə mərkəzinə ötürülür. Daha sonra bu elektrik siqnalları pəncərənizdən gördüyünüz mənzərənin görüntüsünü əmələ gətirirlər. Nəticə etibarilə, görüntünün əmələ gəldiyi yer beyninizdir və siz evinizdən çöldəki mənzərəni deyil, beyninizin içindəki mənzərəni görürsünüz.

Yan səhifədəki rəsmdə pəncərədən baxan insanın gözünə çöldən “işıq” düşür. Bu işıq gözdəki hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərək bu insanın beyninin arxa tərəfində yerləşən kiçik görmə mərkəzinə gəlir və bu elektrik siqnalları beyində mənzərə görüntüsünü əmələ gətirir. Əslində beynimizin içi açılsa, burada mənzərəyə aid görüntü tapa bilmərik. Ancaq beynimizin içindəki şüur beyinə gələn elektrik siqnallarını mənzərə kimi qavrayır. Elə isə beynin içində gözü, göz hüceyrələri, tor qişası olmadan elektrik siqnallarını qavrayan şüur nədir, kimə aiddir?

Eyni vəziyyət hal-hazırda oxuduğunuz kitaba da aiddir. Gözlərinizə gələn işığın elektrik siqnallarına çevrilərək beyninizə çatması nəticəsində beyninizdə bu kitabın görüntüsü əmələ gəlir.

Yəni kitab hal-hazırda sizdən xaricdə deyil, içinizdə, beyninizin arxa tərəfindəki görmə mərkəzindədir. Bəlkə kitabın bərkliyini əlinizlə hiss etdiyiniz üçün kitabı özünüzdən xaricdə zənn edirsiniz. Ancaq bu bərklik hissi də eynilə görmə hissində olduğu kimi, beyninizdə meydana gəlir. Barmaq uclarınızdakı sinirlər oyandırıldıqda bu xəbərdarlıq elektrik siqnalına çevrilərək bu dəfə beyninizdəki toxunma mərkəzinə çatdırılır və siz beyninizdə kitaba toxunduğunuza və onun bərkliyini, səhifələrinin sürüşkənliyini, cildindəki qabarıqlığı, kağız kənarlarının sivriliyini qavradığınıza dair hisslərə malik olursunuz.



Əslində isə heç bir zaman bu kitabın əslinə toxuna bilməzsiniz. Toxunduğunuzu hesab etdikdə əslində beyninizin içindəki toxunma hissini qavrayırsınız. Bu kitab maddə kimi sizin beyninizdən kənarda var, ancaq siz sadəcə beyninizdə əmələ gələn kitab görüntüsü ilə təmasda ola bilirsiniz. Bu kitabın yazıçı tərəfindən yazıldığı, kompyuterdə səhifə quruluşunun düzülməsi və ya bir mətbəədə çap edilməsi sizi yanıltmasın. Çünki bir azdan izah ediləcək məlumatlar bu kitabın ərsəyə gəlməsinin hər mərhələsində əməyi olan insanların, mətbəənin, kompyuterlərin də heç vaxt əslini bilməyəcəyinizi sizə göstərəcək.

Beləliklə, biz gördüyümüz, toxunduğumuz, hiss etdiyimiz hər şeyi beynimizin içində yaşayırıq. Bu texniki həqiqətdir və elmi dəlillər nəticəsində etiraza və ya mübahisəyə səbəb olacaq mövzu deyil. Əsas cəhət bu texniki həqiqətin bizi apardığı və yuxarıda verilən sualdır:



Beynimizin içində bir gözü olmadan, pəncərədən görünən mənzərəni seyr edən, bu mənzərədən həzz alan, həyəcanlanan kimdir? Bu vacib sualın cavabı da sonrakı səhifələrdə veriləcəkdir.
DÜNYA HƏYATININ BEYNİMİZDƏKİ ƏKSİ İLƏ TƏMASDA OLDUĞUMUZ TEXNİKİ HƏQİQƏTDİR

Yaşadığımız dünyaya aid hər cür məlumatı və bildiyimiz hər şeyi duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsilə bizə çatan məlumatlar ardıcıl proseslər nəticəsində elektrik siqnallarına çevrilir və bu siqnallar beynimizin lazımi nöqtələrində şərh edilir. Beynimizin bu şərhi nəticəsində biz, məsələn, bir kitab görürük, çiyələyin dadını alır, cökə ağaclarını qoxulayır, ipək parçaya toxunur və ya küləklə yellənən yarpaqların xışıltısını eşidirik.

Aldığımız təlqinlə hər zaman bədənimizin xaricindəki parçaya toxunduğumuzu, bizdən 30 sm-lik məsafədəki kitabı oxuduğumuzu, metrlərlə uzaqlıqdakı cökə ağaclarının qoxusunu aldığımızı, çox yüksəkliklərdəki yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Əslində isə bu sadaladıqlarımızın hamısı bizim içimizdə baş verən hadisələrdir. Kitabın görüntüsündən yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə əmələ gəlir. Burada daha təəccüblü həqiqətlə də qarşılaşırıq: beynimizdə əslində nə rənglər, nə səslər, nə də görüntülər var. Beynimizdə ancaq elektrik siqnalları var. Bu, fəlsəfi düşüncə deyil, duyğularımızın funksiyası ilə bağlı elmi izahdır. “Zehnin xəritəsini çıxarmaq” adlı kitabında yazıçı Rita Karter dünyanı necə qavradığımızı belə açıqlayır:

Hər bir duyğu orqanı özünə uyğun olan xəbərdarlığa cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya titrəmələr şəklindədir. Bütün bu müxtəlifliyə baxmayaraq, duyğu orqanları əslində eyni vəzifəni yerinə yetirirlər: özlərinə aid olan xəbərdarlığı elektrik siqnallarına çevirirlər. Xəbərdarlıq isə sadəcə xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Bethovenin beşinci simfoniyasının ilk notu deyil, sadəcə elektrik enerjisidir. Əslində hər hansı bir hissi digərlərindən fərqləndirmək əvəzinə duyğu orqanları hamısını eyni şeyə, yəni elektrik siqnalına çevirirlər.

Elə isə bütün hisslərə aid olan xəbərdarlıqlar eyni qaydada beynə elektrik axınları şəklində daxil olur və buradakı sinir hüceyrələrinə xəbərdarlıq edirlər. Bütün proses budur. Bu elektrik siqnallarını yenidən işıq dalğalarına və ya molekullara çevirən geri qayıtma sistemi yoxdur. Hər hansı bir elektrik siqnalının görüntüyə, digərinin qoxuya çevrilməsi isə bu elektrik siqnalının hansı sinir hüceyrələrinə təsir etməsinə bağlıdır.1

Yuxarıdakı açıqlamalar çox vacib mövzuya diqqət çəkir. Bizim dünya haqqında qavradığımız bütün hisslər, görüntülər, dadlar və qoxular əslində eyni məmulatdan, yəni elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını bizim üçün mənalandıran, bu siqnalları qoxu, dad, görüntü, səs və ya toxunma şəklində şərh edən isə beyindir. Beyin kimi nəm ətdən əmələ gələn bir maddənin hansı elektrik siqnalını qoxu, hansını görüntü kimi şərh edəcəyini bilməsi, eyni məmulatdan bir-birindən çox fərqlənən duyğular və hisslər meydana gətirməsi isə böyük möcüzədir.

İndi bu böyük möcüzənin necə baş verdiyini, yəni “dünyanı necə qavrayırıq?” sualının cavabını bütün hisslərimiz üçün bir-bir nəzərdən keçirək.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə