Gənclər üçün Təhsil Mərkəzi




Yüklə 7.88 Kb.
tarix18.04.2016
ölçüsü7.88 Kb.

Gənclər üçün Təhsil Mərkəzi





7 may 2012-ci il

Bakı şəhəri

Avroviziya-2012 paytaxtının uşaqları”


Bu ilin may ayında Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Avroviziya” mahnı müsabiqəsi nəinki böyüklərin, o cümlədən uşaqların da xüsusi marağındadır.

Gənclər üçün Təhsil Mərkəzi “World Vision İnternational” Təşkilatının dəstəyi ilə bu ilin may ayında ölkəmizdə keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsinə ictimai dəstək vermək məqsədilə təntənəli konsert proqramı təşkil etdi.

“Metropark” Ticarət və Əyləncə Mərkəzində başlayan konsert proqramından öncə uşaqların, şəhər sakinlərinin və eyni zamanda rəsmi qonaqların iştirakı ilə musiqi janrında hazırlanmış bir sıra rəsm və əl işlərini sərgisinə baxılmışdır.

Daha sonra konsert proqramını giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev təşkil edilən dəstək proqramının mahiyyəti, uşaqların Avroviziya müsabiqəsindəki rolu, eyni zamanda uşaqların vətəndaş cəmiyyətinin inkişafındakı yeri barədə məlumat verdi. Bildirdi ki, bu konsert proqrmı bir daha onu göstərir ki, Azərbaycanda uşaqdan böyüyə hər bir kəs dövlətimizə hər bir işdə dəstək verməyə hazırdır.

Bir neçə rəsmi çıxışdan sonra müxtəlif musiqi məktəbləri və uşaq evlərinin kiçik sakinlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunmuş, gənc müğənnilərin ifaları dinlənilmişdir.

Tədbirdə tanınmış teleaparıcı İlkin Həsənli tərəfindən uşaqlar və şəhər sakinləri arasında Avroviziya müsabiqəsinə həsr olunmuş viktorina keçirilmiş, qaliblərə hədiyyələr təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının da dəstəklədiyi bu tədbirə 200-ə yaxın kimsəsiz uşaq da gətirilmişdir. Ümumilikdə tədbirdə 500-dən çox şəhər sakini iştirak etmişdir.

Sonda ötən il ölkəmizi “Avroviziya” müsabiqəsində qalib olmuş Eldar və Nigar da tədbirə qatılaraq, öz duetləri ilə uşaqlara dəstək oldular.


Təşkilat Komitəsi
www.gtm.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə