Gənclər İnkişaf Naminə Youth For Development




Yüklə 10.84 Kb.
tarix11.03.2016
ölçüsü10.84 Kb.

G

I

N

Y

F

D
Gənclər İnkişaf Naminə

Youth For Development



PRESS-RELİZ
2006-cı ilin Dekabrın 15-dən 2007-ci ilin Yanvarın 16-na qədər “Gənclər İnkişaf Naminə” İctimai Birliyi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi (ƏN TBİ) və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu ilə (ACİ-YF) əməkdaşlıq çərçivəsində Qlobal Fondunun maliyyə dəstəyi ilə “Məhkumlarımızı HİV-AİDS-dən qoruyaq” pilot layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində 18.12.2006-cı il tarixdə ƏN TBİ-nin akt zalında Ədliyyə Nazirliyinin Penitensiar Хidmətində Тibb Sanitar Hissələrin (ƏN PX TSH) rəislərinin iştirakı ilə tədbir keçirilmişdir. Həmin tədbirdə iştirakçılara həyata keçirilən layihə barədə məlumat verilmiş, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır. Eyni zamanda layihə çərçivəsində cəzaçəkmə müəssisələrində həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər zamanı təşkilatı məsələlərdə qarşıya çıxa biləcək çətinliklər birgə müzakirəyə çıxarılmışdır. Bununla da, Cəza Çəkmə Мüəssisələrində «Məhbuslarımızı HİV/AİDS-dən qoruyaq» layihəsinin həyata keçirilməsinə start verilmişdir.

Layihənin yüksək səviyyədə həyata keçirilməsi üçün ƏN TBİ-nin 6 mütəxəssisindən ibarət olunan işçi qrup yaradılmışdır.

Layihə çərçivəsində cəzaçəkmə müəssisələrində 16 məlumat saatlarının keçirilməsi və həmin məlumat saatlarının 1600 məhkumu əhatə edilməsi nəzərə alınmışdır.

Tibb Baş İdarəsinin təşəbbüsü ilə 19 məlumat saatının keçirilməsi, və burada hər bir CÇM-in mövcud texniki imkanları nəzərə alınaraq maksimum məhkumu əhatə edilməsi nəzərə alınmışdır. Layihə çərçivəsində aşağıdakı mövzuda məlumat saatları keçirilmişdir:




  • HİV/AİDS nə deməkdir?

  • HİV-in ötürülmə yolları.

  • HİV/AİDS özünü necə biruzə verir?

  • HİV/AİDS-in törətdiyi fəsadlar.

  • HİV/AİDS-dən necə qorunmaq olar?

Qeyd etmək lazımdır ki, keçirilən 19 məlumat saatlarında 2300 nəfərə yaxın məhkum iştirak etmişdir. İştirak edən məhkumların hər birinə ACİ-YF tərəfindən təqdim edilmiş bukletlər paylanılmış, məlumat saatlarında fəal iştirak edənlərə isə hədiyyə olaraq maykalar verilmişdir. CM-lərin klublarının və TSH-lərin divarlarına plakatlar yapışdırılmışdır.

Həyata keçirilən tədbirlər məhkumlar tərəfindən razılıqla qarşılanmışdır. Bir çox məlumat saatlarında məhkumlar gələcəkdə CM-lərdə həyata keçiriləcək «Zərərin azaldılması» proqramlarında yaxından iştirak etmək arzusunda olduqlarını mütəxəssizlərimizə bildirmişlər.
“Gənclər İnkişaf Naminə”

İctimai Birliyinin


Mətbuat Xidməti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə