Gəncə şəhəri mks-də Dövlət proqramının həyata keçiririlməsi məqsədilə 2008-2012 (iyun ayina qədər) illər ərzində görülmüş işlər haqqinda hesabat




Yüklə 16.04 Kb.
tarix10.04.2016
ölçüsü16.04 Kb.
Gəncə şəhəri MKS-də Dövlət proqramının həyata keçiririlməsi məqsədilə 2008-2012 (iyun ayina qədər) illər ərzində görülmüş işlər haqqinda hesabat
2.1.2. bəndinə əsasən Gəncə şəhəri MKS-də diyarşünaslığa dair fondların yeni materiallarla zənginləşdirilməsi məqsədilə yerli yazarlarla əlaqə saxlanmış, hər yeni nəşr edilən kitabları fonda daxil edilmişdir.

2.1.5. Gəncə şəhər MKS-nin bina şəraiti oxuculara xidmət üçün yararsız olduğuna görə 14 və 23 saylı kitabxana filialların fondu digər filialların fonduna birləşdirilmişdir. Mövcud ştat vahidləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli 162 saylı, Azərbaycan Resbublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi,uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidlərinin təsdiq edilmiş qərarına əsasən Gəncə MKS-də iki yeni şöbə-Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi və informasiya resurs şöbəsi yaradılmışdır.

2.2.7. Mərkəzi kitabxananın oxu zalında ictimai əsaslarla fəaliyyət göstərən və əhalinin bütün təbəqələrinə pulsuz xidmət edən “Hüquq mərkəzi” yaradılmışdır. Mərkəz öz oxucularını Azərbaycan Respublikası qanunları ilə tanış edir, oxucuları hüquqi biliklərlə maarifləndirir,tədbirlər keçirir və bu zaman mütəxəssislər dəvət edirik.
2.2.10. Mərkəzi uşaq kitabxanasında “Uşaq hüquq mərkəzi” yaradılmışdır. Mərkəzdə bu günün uşaq oxucularına hüquq ədəbiyyatı təbliğ edilir, onları dünyəvi hüquq mədəniyyəti ilə, müstəsna hüquqi imtiyazlarla tanış edir. Bu məqsədlə uşaq kitabxanasında müxtəlif kütləvi tədbirlər keçirilir, mütəxəssislərlə görüşlər təşkil edirik. Məs: “Uşaq hüquqları haqqında qanun”, “Uşaq hüquqları günü” dəyirmi masa, “Öz hüquqların haqqında nə bilirsən?” sual-cavab gecəsi və s.

2.2.22. Azərbaycan regionları üzrə “Gəncə və gəncəlilər” məlumat bazası yaradılmış və Gəncə MKS-nin www.gencekitab.az saytında yerləşdirilmişdir.

2.2.43. bəndinə əsasən Azərbaycan Respublikasının kitab abidələrinin müəyyən edilərək Gəncə MKS-də “Kitab abidələri” adlı məlumat bazası yaradılmış və kitabxananın saytında yerləşdirilmişdir.(www.gencekitab.az)

2.3.8. bəndinə uyğun olaraq Mərkəzi kitabxanada Gəncə şəhərində nəşr olunan yerli qəzetlərdə və jurnalda dərc olunan diyarşünaslığa dair materialların biblioqrafik uçotu aparılır və elektron versiyası işlənilir.

2.4.1. bəndinə əsasən Gəncə şəhər MKS-nin uşaq kitabxanalarında monitorinqlər keçirilmişdir. Monitorinqlərdə oxucuların və kitabxanaların qarşılaşdığı çətinliklər göstərilmişdir. İlk növbədə informasiya texnikasının və latın qrafikalı ədəbiyyatın az olması qeyd edilmişdir.

2.5.3. Kitabxanaçıların ixtisasının artırılması ilə əlaqədar MKS-nin 2 nəfər nümayəndəsi (direktor və şöbə müdiri) 2010-cu ilin iyun ayında Ukraynanın Krım vilayətində keçirilən XVII Beynəlxalq Krım Konfransında iştirak etmişdir. 2011-2012-ci illərdə isə MKS-nin direktoru Krım konfranslarının nümayəndəsi olmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun, kitabxana mütəxəssislərinin informasiya texnologiyaları ilə işləməsinə, kompyuter biliklərinə yiyələnməsinə kömək məqsədi ilə Gəncə və Bakı şəhərində təşkil etdiyi kurslarda MKS-nin direktoru və müavini iştirak etmişdir. 2010-cu ildə Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektoru və Gəncə şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan cəmiyyətində mütaliə problemlərinin həllində kitabxanaların rolu” mövzusunda dəyirmi masada, MKS-nin direktoru 2011-ci ilin oktyabr ayında isə Bakıda keçirilən “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. 2009-2012-ci illərdə Gəncə MKS-nin 22 nəfər kitabxanaçısı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kurs keçmişdir. Həmçinin şöbə müdiri və kitabxanaçımız C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, Milli Kitabxanada və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanasında keçirilən treninqlərdə iştirak etmişdir. Habelə Gəncə MKS-nin region kitabxanalara hər ay həm Gəncədə, həm də yerlərdə öz təcrübi və metodiki köməklik məqsədilə seminar məşğələ keçirir və metodiki köməkliklər göstərirlər.Gəncə MKS-nin işçiləri dəfələrlə region rayonlarda – Şəmkir, Tovuz, Qazax, Akstafa, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Miingəçevir, Yevlax rayonlarında olmuş, kitab fondlarının, kataloqların düzgün düzülüşünə, kitabların təsnifata uyğun düzgün işlənməsinə, kitabxanaların avtomatlaşdırılmasına, elektron proqramların tətbiq edilməsinə və kitabxana işçilərinin elektron variantla işləməsi üçün köməklik edirlər.

2.5.8. bəndinə müvafiq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı kitabxanaçısı” nominasiyası üzrə müsabiqədə Gəncə MKS-nin Komplekləşdirmə və Kitabişləmə şöbəsinin müdiri İsgəndərova Gülünaz Ənvər qızı iştirak edərək qalib adını qazanmışdır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının 06 aprel 2012-ci il 49 № li sərəncamına əsasən 2012-ci il “Kitabxanalar ili” elan edilmişdir. Bununla əlaqədar olaraq tədbirlər planı hazırlanmışdır və plan üzrə bu tədbirlər keçirilir: - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən ki...” adlı ədəbi-bədii gecə, “V Kitab Bayramı”, 28 may Respublika günü münasibətilə “Müstəqilliyimiz əbədidir” kitab sərgisi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilmiş “Sənin maraq dünyan” adlı açıq havada geniş kitab sərgisi və s.

2.5.10. bəndinə uyğun olaraq müasir texnologiyalarla işləməyi bacaran sırf kitabxana ixtisası təhsilli 4 nəfər ali və orta ixtisas təhsilli kitabxanaçı mütəxəssislər işə qəbul olunmuşdur.

2.7.4.bəndinə müvafiq olaraq 2008-2012-ci illərdə Gəncə MKs-nin 1,2,3,5,6,13.15,17,25 nömrəli filialları cari və əsaslı təmir olunmuş,yeni avadanlıqlarla təchiz edilmişdir.2008-2011-ci illərdə Gəncə MKS 10 ədəd kitab şkafı,160 ədəd stul,25 ədəd oxu stolu,55ədəd tumbalı masa,5 ədəd kompyuter stolu,4kompyuter dəsti,28 ədəd kitab rəfi,32 ədəd sərgi üçün kitab vitrini,27 ədəd sərgi üçün kitab rəfi,10 ədədkataloq yeşiyi, 82 metr xalça (darojka) ,150 metr pərdə,27 ədəd çilçıraq, 40 ədəd elektrik qızdırıcı və s. yeni avadanlıqlarla təchiz edilmişdir.

2.7.5.bəndinə uyğun olaraq Qərb regionu üzrə metodik mərkəz olan Gəncə MKS-ə yeni daxil olan kitablar İRBİS 64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya proqramı ilə işlənilir.Bu proqrama uyğun olaraq “Yeni kitablar”,”Retro kitablar”,”Notlar”, “CD,DVD” ,dövrü mətbuat üçün “Elektron kartoteka” və “Diyarşünaslıq” bazaları yaradılmışdır.Bu bölmələrə daim yeni materiallar daxil edilir.



MKS-nin kitabxana filiallarında da oxuculara xidmət işini yaxşılaşdırmaq məqsədilə kompyuterlər verilir. 1,2,6,7,9,15,16 №li kitabxana filiallarına kompyuterlər verilmiş,qalanlarına da nəzərdə tutulmuşdur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə