GƏNCƏ ŞƏHƏr turizm və MƏDƏNİYYƏT İdarəSİ GƏNCƏ ŞƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi




Yüklə 307.23 Kb.
səhifə1/3
tarix27.02.2016
ölçüsü307.23 Kb.
  1   2   3
GƏNCƏ ŞƏHƏR TURİZM VƏ MƏDƏNİYYƏT İDARƏSİ

GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

MƏRKƏZİ ŞƏHƏR KİTABXANASININ MƏLUMAT BİBLİOQRAFİYA ŞÖBƏSİ








(NİZAMİ GƏNCƏVİ- 870)
BİBLİOQRAFİK GÖSTƏRİCİ

GƏNCƏ- 2011


ŞEİRİ OXUNANDA BU NİZAMİNİN

ÖZÜ DƏ HƏR SÖZDƏ GÖRÜNƏR YƏQİN.

GİZLƏNİB ÖZÜNÜ VERMƏZMİ NİŞAN,

SƏNƏ HƏR BEYTİNDƏ BİR SİRR DANIŞAN.

YÜZ İL SONRA SORSAN BƏS O HARDADIR?

HƏR BEYTİ SƏSLƏNƏR : “BURDA, BURDADIR” !

NİZAMİ GƏNCƏVİ

NƏ QƏDƏR ŞAİR VAR, SÖZ VAR , ŞEİR VAR

DÜNYADA ONLARDAN MƏNƏM YADİGAR

Nizami Gəncəvi.


HƏYATI
Azərbaycan və yaxın Şərq ədəbiyyatının iftixarı İlyas Yusif oğlu Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncədə də vəfat etmişdir.

Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Azərbaycan xalqının dünya şöhrətli dahi şairi Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılmışdır.



Y a r a d ı c ı l ı ğ ı
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı

5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi “Sirlər xəzinəsi" adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır.

1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır. Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami Gəncəvinin yaradıcılığı Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizaminin yaradıcılığı Şərq incəsənətinin, xüsusilə miniatür sənətinin inkişafında mühüm rol oynamışdır.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Nizami Gəncəvinin yaradıcılığı hələ sağlığında Azərbaycan, eləcə də Yaxın Şərq ədəbiyyatı və elmi fikri üçün nümunə olmuş , məhəbbətlə izlənilmişdir.

Şairin mövzularında əsər yazmaq, onun “Xəmsə”sinə cavab vermək Şərq poeziyasında ənənəvi şairlik imtahanı sayılmışdır. XIII əsrdən başlayaraq, onun poemalarına 40-dan çox nəzirə yazılmışdır. Əişir Nəvai, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami kimi böyük sənətkarlar Nizamini böyük ustad adlandırmışlar. Şairin yaradıçılığı Qərbi Avropa ədəbiyyatına da təsir etmişdir.

Nzami Gəncəvinin neçə əsr əvvəl qələmə aldığı sənət əsərləri, müdrik fikirlər zaman keçdikcə nəinki öz dəyərini itirmir, xalqımızın söz xəzinəsinin ən qiymətli incilərinə çevrilir və daha da maraqla oxunur.

Əziz oxucu!

Bu il xalqımız qürur hissi ilə ölməz söz ustadının 870 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır.

Nizami Gəncəvinin doğma vətəni Gəncə şəhərı də şairin yubileyini onun adına layiq keçirmək üçün geniş tədbirlər planı hazırlayıb və bu istiqamətdə hazırlıq işlərini həyata keçirir.

Gəncə şəhər MKS-nin kollektivi Nizami ədəbi irsini layiqincə təbliğ məqsədilə silsilə tədbirlər planı hazırlayıb. Yekun olaraq kitab bayramı keçiriləcək.

Mərkəzi Kitabxananın Məlumat-biblioqrafiya şöbəsi bu məqsədlə dahi Azər-baycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına dair ədəbiyyatı əks etdirən “Hər kəlməsi, hər cümləsi bir canlı xəzinə” adlı biblioqrafik vəsait hazırlamışdır.

Vəsaitdə materiallar aşağıdakı bölmələr üzrə qruplaşdırılmışdır:

1. Nizami Gəncəvinin həyatı.Nizami Gəncəvinin yaradıcılığı.

2. Nizami Gəncəvinin həyat və fəaliyyətinin əsas tarixləri.

3. Nizami Gəncəviyə dünya şöhrəti qazandırmış “Xəmsə” haqqında.

4. Nizami Gəncəvinin əsərləri: Azərbaycan dilində.

5. Nizami Gəncəvinin əsərləri: Rus dilində.

6. Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında kitablar: Azərbaycan

dilində.

7. Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında: Dövrü mətbuatda

8. Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında kitablar: Rus dilində.

9. Nizami Gəncəvi incəsənətdə və bədii ədəbiyyatda:

10. Nizami Gəncəvi haqqında internet saytlarında
Nizami Gəncəvinin həyat və fəaliyyətinin

əsas tarixləri:

1141 İlyas Yusif oğlu Nizami qədim Gəncə şəhərində anadan olmuşdur

1169 Dərbənd hökmdarı Nizamini öz sarayına cəlb etmək üçün ona Afaq adlı

bir kəniz göndərmişdir. Şair Afaqı qəbul etmiş və onunla evlənmişdir.

1174 Nizaminin Afaqdan Məhəmməd adlı bir oğlu olmuşdur.

1174-1175 Nizami Gəncəvi ilk böyük əsəri olan “Sirlər xəzinəsi”ni yazmışdır.

1179 Şairin həyat yoldaşı Afaq vəfat etmişdir və o, ikinci dəfə Gövhər adlı bir

qadınla evlənmişdir.

1180 Nizami Yaxın Şərqdə ilk romantik poema sayılan “Xosrov və “Şirin

poemasını bitirib Cahan Pəhləvana hədiyyə göndərmişdir.

1186 Cahan Pəhləvanın ölümündən sonra onun yerinə keçmiş Qızıl Arslan

Nizami ilə görüşmək üçün Gəncəyə gəlmişdir.

1188 Nizami üçüncü böyük əsəri “Leyli və “Məcnun” poemasını yazmışdır.

1188 Nizaminin Gövhər adlı ikinci arvadı vəfat etmişdir.

1193-1197 Nizami Ağsunqar Körpə Arslana ithaf etdiyi “Yeddi gözəl” poemasını

yazmışdır.

1200 -1203 Nizami yaradıcılığının ən uca zirvəsi sayılan “İskəndərnamə”ni bir neçə

dəfə üzərində işlənilməklə yazıb qurtarmışdır.

1209 Nizami Gəncəvi qədim Gəncə şəhərində vəfat etmışdir.

1941 Anadan olmasının 800 illiyi qeyd edilmişdir.

1979 Azərbaycan KP MK “Azərbaycanın böyük şairi və mütəfəkkiri

N.Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq

tədbirləri haqqında “qərar qəbul etmişdir.

1980 Bakıdakı rayonların birinə Nizaminin adı verilmişdir.

1981 Nizami Gəncəvinin anadan olmasının 840 illiyi keçirilməsi münasibətilə

qərar qəbul edilmişdir.

1991 N.Gəncəvinin anadan olmasının 850 illiyi qarşısında yubiley tədbirləri

keçirilməsi haqqında SSRİ mədəniyyət naziri N.N.Qubenkonun Əmri

verilmişdir.

1991 N.Gəncəvinin anadan olmasının 850 illiyi haqqında qərar qəbul edilmişdir.

1991 N.Gəncəvinin 850 illiyi münasibətilə İraqda beynəlxalq konqres

keçirilmişdir.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə