Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin təşkili şöbəsi




Yüklə 65.86 Kb.
tarix24.02.2016
ölçüsü65.86 Kb.
Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin təşkili şöbəsi


Əhməd Cavad Zirvəsi

(metodik vəsait)

Gəncə - 2012


Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi

haqqında

Azərbaycan Respublikasının Sərəncamı
2012 ci ilin may ayında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himnin sözlərinin müəllifi Əhməd Cavadın (Cavad Məmmədəli oğlu Axundzadənin) anadan olmasının 120 illiyi tamam olur.

Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadıq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrünün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.

Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd Cavadın 120 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan yazıçılar birliyinin təkliflərini nəzərə almaqla, Əhməd cavadın 120 illiyk yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev.

Azərbaycan Respublikası Prezidenti

Bakı şəhəri 9- fevral 2012-ci il.

Azərbaycan, Azərbaycan !

Ey qəhrəman övladın şanlı Vətəni !

Bu misralar bu gün hər bir Azərbaycanlının qürur mənbəyidir.

I- Bölmə: Həyat və yaradıcılığı.

Axundzadə Cavad Məhəmməd oğlu-şair, tərcüməçi, 1892 - ci il Mayın 5-də

Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuş-

dur.


Əhməd Cavad atasını çox erkən itirdiyinə görə anasının himayəsində yaşamışdır. Gəncədə Cəmiyyəti Xeyriyyə məktəbində, Gəncə Ruhani Seminariya-

sında təhsil almışdır. Burada ərəb, rus və Şərq dillərini dərindən öyrənmişdir.

1913-cü ildə Qafqaz Şeyxülislamı Pirnamazzadəyə imtahan verərək müəllimlik şahadətnaməsi almışdır. Sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə Qubada rayonunun kəndlərində, həmçinin Bakıda müəllimlik etmişdir.

Əhməd Cavad Bakıda Ali Pedaqoyi İnstituti bitirmiş, ilk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir maarifçi - pedaqoq kimi yaxından iştirak etmişdir.

“İntibah”- deyəndə ilkin xatırlanan Nizami Gəncəvi olur. “Məhəbbət” deyəndə birinci Füzulinin adı çəkilir, “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.

Üç rəngli bayraq emblemi var tariximizdə. Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur.

Onun adı haqlı olaraq ədəbiyyatımız tarixində H.Cavid, A.Səhhət, M.Hadi,

A.Şaiq kimi böyük sənətkarlarla bir sırada çəkilir.

Bir romantik şair kimi yaradıcılığa başlayan Əhməd Cavad zaman keçdikcə milli istiqlal, dövlətçilik ideyaları daha da möhkəmlənmiş, sənətkarlıq yeni zirvələrə ucalmışdır.

Ə. Cavad siyasi fəaliyyətinə görə həbs olunmuşdur. Öz millətini, xalqını sevməsi, türk kökümüzə qayıtmaq, mədəniyyətimizdə və əxlaqımızda islamın mövqelərini bərpa etmək uğrunda mübarizəyə hələ gənclik illərindən qovuşması Ə. Cavadın başqa xalqların dilini, ədəbiyyatı və mədəniyyətini öyrənməyə əsla mane olmurdu.

Ə. Cavadın həyat və yaradıcılığı indiyədək tam öyrənilməmişdir. Onun əsərləri əvvəllər kiçik həcmdə “Qoşma”, “Dalğa” və sovet dövründə “Şerlər” adı ilə çap olunmuşdur. Bu da Şairin orjinal yaradıcılığını qətiyyən əhatə etmir.

Onun ömrü kimi əsərləri də qapalı və açıq arxivlərdə, yaradıcılığının ilk illərində və sonrakı dövrdə mətbuat səhifələrində parça-parça, hissə-hissə səpələnmiş,
dağılmış, pərakəndə halda bu günümüzə gəlib çatmışdır. İtənləri, batanları talan və məhv edilənləri daha çox olmuşdur.

Ə. Cavadın istər ilk dövrlər, istərsə də sonrakı illərdəki yaradıcılığının bir çox nümunələri dövrü mətbuatda, qazet və jurnallarda nəşr olunmuşdur.

Ə. Cavadın seçilmiş əsərlərində indi yenidən çap olunmamış əsərləri, yaradıcılıq nümunələri daxil edilmişdir. Şairin Azərbaycan xalqı üçün qoyub getdiyi represiyalardan qalan əl yazmaları müasirlərimizin yaddaşında yaşayan

nümunələr və mətbu əsərləri ikicildlik seçilmiş əsərləri sözün əsl mənasında şairin bizə qalan yadigarlarıdır. Əhməd Cavad ömrünün sonuna qədər milli isteqlal ideyyalarına sadiq qalmış və bu yolda şəhid olmuşdur.

Ə.Cavad 6 il Gəncədə təhsil almış və demək olar ki, öz taleyini həmişəlik bu şəhərlə bağlamışdır. Onun bir çox əsərlərinin altında “Gəncə”, “Hacıkənd”, “Gəncə-Cavad”, “G. C” və s. imzaları görmək olar.

Bir çox dahilərin, qəhrəmanların anası olan Gəncə həmişə bir də özünün ədəbi mühiti ilə də məşhur olmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı da məhz Gəncə olmuşdur.

1925 ci ildə yazdığı “Göy-göl” şeirində Ə. Cavad müstəqil azərbaycanın dövlət bayrağındakı ay-ulduza işarə edərək deyirdi:
Sənin gözəlliyin gəlməz ki, saya

Qoynunda yer vardır ulduza, Aya.


Müsavatın ilk himni. ilk marşı ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 37- də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olmuşdur.

Şəxsiyyətə sitayiş dövrünün zorakılığına məruz qalan Əhməd Cavadın həyatı 1937- ci ilin 12 oktyabrında --- şair 45 yaşında ikən faciəli şəkildə qırılmışdır.

Şairin ailəsinin sağ qalan üzvlərinin faciəsi isə bundan sonra başlandı. Vaxtı ilə Ə. Cavadın ilhamını coşduran və şairin nadir poeziya inciləri həsr etdiyi Şükriyyə xanım ərinin həlak olmasından 15 gün sonra “ vətən xaininin arvadı”kimi uşaqları ilə birlikdə həbs edilir.

“Cümhuriyyət şairi” Əhməd Cavad bütün yaradıcılığı boyu öz poeziyasında hər şeydən əvvəl azadlığı və Vətənin şərəfini tərənnüm etmişdir.

Ə. Cavad ədəbiyyatımız tarixində böyük milli şair, ədib, alim , ayrıca tərcüməçilik məktəbi olan bir sənətkar, mədəniyyətimiz tarixində görkəmli ictimai xadim, jurnalist, tanınmış pedaqoq, maarif xadimi, cəbhəçi müxbir, xeyriyyə cəımiyyətlərinin məşhur üzvlərindən biri, ictimai, orta və ali məktəb müəllimi, mədəniyyət və maarif qurucusu, ədəbiyyatımızın və mədəniyyətimizin tədqiqatçısı və alovlu təbliğatçısı olmuşdur.

Respublikamızın paytaxtı Bakı şəhərində küçələrdən biri sevimli sairimizin adını daşıyır.


Əhməd Cavadın həyat və yaradıcılığının

əsas tarixləri

1892 Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin

Seyfəli kəndində anadan olmuşdur.


1906 Gəncə ruhani məktəbində təhsil almişdır.
1913 Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə

Imtahan verib müəllimlik şəhadətnaməsi almışdır


1914 “Qara dəniz” seirini yazmışdır
1916 “Qoşma” şerini yazmışdır
1919 “Dalğa” şeirini yazmışdır.
1920 – 1922 Quba rayon xalq maarif şöbəsinin müdiri işləmişdir
1921 “Sinfi mübarizə” kitabını yazmışdır
1922 – 1927 Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filolo

giya fakültəsində təhsil almışdır


1923 Siyasi fəaliyyətinə görə həbs olunmuşdur
1923-1926 Azərbaycan Şura Yazışılar Cəmiyyətinin məsul

katibi işləmişdir


1925 “Göy-göl” şerinə görə yenidən həbs olunmuşdur

1930 Ş. Rustavelenin “Pələng dərisi geymiş pəhləvan”

Poemasını orijinaldan doğma dilə çevirmiş,

dövlət müsabiqəsində birinci yerə layiq görülmüş-

dür
1934 Azərbaycan yazıçılarının I-ci qurultayına nümayən

də seçilmişdir


1927-1935 Gəncə Dövlət Kənd Təsərrüfatı İnstitunda Azər-

baycan və rus dilləri kafedrasında müəllim, dossent kimi çalışır və professor adı alır


    1. “Azərbaycanfilm” studiyasında sənədli filmlər

şöbəsinin müdiri işləmişdir
1937 Xalq düşməni” kimi Azərbaycan birliyi üzvülü-

yündən xaric edilmişdir


1937 Oktyabrın 12-də Represiyanın qurbanı olaraq

güllələnir




  1. “Şeirlər” kitabı nəşr olunub




  1. Ana dilimizə tərcümə etdiyi Şota Rustavelinin

“ Pələng dərisi geymiş pəhləvan” poeması kitab halında Bakıda nəşr olunmuşdur.


  1. “Çırpınırdı qara dəniz” Türkiyədə (Ankarada)

nəşr olunmuşdur

Əhməd Cavadın yaradıcılığının kitabxanalarda

təbliğı
Vətənpərvər şairimiz Əhməd Cavadın anadan olmasının 120 illiyi ilə bağlı bütün mədəni-maarif müəssisələrində, Orta məktəblərdə, o cümlədən kitabxanalar-

da mühüm işlərin görülməsi nəzərdə tutulur.

Kitabxanaların qarşısında duran ən əsas vəzifələrdən biri yubiley ərəfəsində

Əhməd Cavad yaradıcılığını, onun haqqında olan ədəbiyyatı, məlumatları geniş oxucu kütləsi arasında təbliğ etməkdən ibarətdir. Bu məqsədlə kitabxanalar əyani təbliğat formalarından geniş istifadə etməlidirlər. Təbliğat formalarına aşağıdakıla

rı misal göstərə bilərik.

Kitab sərgiləri, stent, albom, ucadan oxu, söhbət, məruzə, kitab müzakirəsi,

ədəbi-bədii gecə, oxucu konfransı, mövzu gecəsi, biblioqrafik xülasələr və s.

Əhməd “Cavad 120” və yaxud “Əhməd Cavad zirvəsi” başlığı altında tərtib olunmuş kitab sərgisində şairin əsərləri, haqqında olan materiallar, qazet-yurnal məqalələri və eyni zamanda görkəmli şəxsiyyətlərin Ə. Cavad haqqında fikirlərindən, şerlərindən parçalardan sitat kimi istifadə etmək məqsədəuyğun olar.

Kitabxanalarda şairin yubileyi ilə bağlı “Əhməd Cavad yaradıcılığının Azərbaycan ədəbiyyatında rolu” adlı oxucu konfransı keçirməklə daha çox oxucunu, bu günün gənclərini Ə. Cavadın ədəbi irsi ilə daha yaxından tanış etmək olar. Bundan başqa “Əhməd Cavadın həyat və fəaliyyəti”, “Vətənpərvər şair” və s. başlıqlı məruzə, mövzu gecəsi keçirmək olar.

Kitabxanalarda keçirilən ən geniş yayılmış tədbir formalarından biri ədəbi-

bədii gecədir Bu tədbirin ən əhəmiyyətli olması ondan ibarətdir ki, daha çox oxucunu, iştirakçını özündə birləşdirir. Biz bu vəsaitdə nümunə olaraq
Əhməd Cavad yaradıcılığında vətən sevgisi” başlığı altında keçiriləcək ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik:
Tədbir Ə. Cavadın yaradlcılığından bəhs edən sərginin tərtib olunduğu zalda keçirilir.

Aparıcı zala daxil olur, qonaqları və tədbir iştirakçılarını salamlayır:

Hörmətli qonaqlar və tədbir iştirakçıları, böyük şairimiz Ə. Cavadın 120 illiyinə həsr olunmuş bu tədbirdə hər birinizi salamlayır, xoş gəlmisiniz deyirik.

Dünyada elə böyük sənətkarlar var ki, onların bütün həyatı və yaradıcılığı dərin bir ümmana bənzəyir. İllər keçdikcə bu ümmanlar daha da dərinləşərək milyonları özünə cəlb edir. Bu gün biz məhz belə sənətkarlardan biri, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş, vətənpərvər şair Əhməd Cavadın yaradıcılığının işığına toplaşmışıq.
Aparıcı:

Xalqımızın müstəqillik ideyalarına bütün həyatı boyu sadiq qalan, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyan Ə. Cavad

klassik ədəbiyyatımızda müstəsna rola malikdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himninin müəllifi

Ə. Cavadın bu il 120 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Kitabxanalarda yubiley tədbirlərini keçirməkdə məqsəd oxucuları, müasir gəncləri Əhməd Cavad şəxsiyyəti və irsi ilə, keşməkeşli həyat yolu ilə yaxından tanış etməkdən ibarətdir.

Aparıcı:

“İntibah” deyəndə ilkin xatırlanan dahi şairimiz Nizami Gəncəvi olur.

“Məhəbbət” deyəndə birinci Füzulinin adı çəkilir, “Cümhuriyyət” deyəndə isə hər kəsdən əvvəl Əhməd Cavad yada düşür. Üç rəngli bayraq emblemi var tariximizdə,

Üçrəngli poeziya hamıdan əvvəl Ə. Cavadın qələmi ilə həkk olunmuşdur.

Əhməd Cavad bütün poeziyası boyu hər şeydən əvvəl azadlığı və Vətən şərəfini tərənnüm edir.
I Oxucu:

Çoxdandı ayrı düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldun

Gizlincə ağlamaqdan.

Aparıcı:

1912 ci ildə azəri türkləri arasından toplanan “Qafqaz könüllüləri” tərkibində

İstanbulun azad olunmasında iştirak etməsi ona səbəb olur ki, türk azadlığı miqya- sında istiqlal mövzusu onun poeziyasında yeni vüsətli leytmotivə çevrilir.
Aparıcı:

Əhməd Cavad sonralar bütün Türkiyədə az qala milli himn qədər sevilən və oxunan əsəri “Çırpınırdı Qara dənəz” əsəridir.


II Oxucu:

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

“Ah”.. Deyərdim heç ölməzdim,

Düşə bilsəm ayağına!
Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən,

Yol ver Türkün bayrağına!..


Aparıcı:

Ə.Cavad öz dövrünün oğlu idi. O, gənc yaşlarından həyat-fəaliyyətini Azərbaycanda cərəyan edən siyasi-ictimai hadisələrə bağlamışdır. Əhməd Cavadın əsas faciəsi onda idi ki, o,dövründə azad, sərbəst, müstəqil yaşamaq, yaratmaq istəyirdi. Ancaq ürəyindən gələnləri, gözləri ilə gördüklərini, ruhən özünə yaxıən olanları öz şerlərinə mövzu seçirdi.

Tədbirin bu yerində musuqiyə yer verək : Şairin sözlərinə yazılmış “Qurban olduğum” mahnısını dinləyək.

Aparıcı:

Çıxış üçün sözü GDPU nin ədəbiyyat kafedrasının müəllimi Leyla xanıma (ad şərti olaraq verilib) veririk:

“Sən ağlama” şerindənbir parça:
I Oxucu:

Mən deyən yox fələk deyən oldusa,

Əsdi yellər gül yanağın soldusa;

Dərd əlindən ala gözlər doldusa,

Sən ağlama, mən ağlayım, gözəlim !
Bir qul idim gecə-gündüz sizlərə,

Yazıq, məni güldürmədin bir kərə...

Baxıb indi əlindəki izlərə,

Sən ağlama, mən ağlayım gözəlim!



Aparıcı:
Əhməd Cavad ədəbiyyatımız tarixində böyük milli şair, ayrıca tərcüməçilik məktəbi olan bir sənətkar, mədəniyyətimiz tarixində görkənli və ictimai xadim, jurnalist, tanınmış pedaqoq, iptidai, orta və ali məktəb müəllimi, mədəniyyət və maarif qurucusu kimi şöhrət qazanmışdır. Ə. Cavad ədəbiyyatımızın tədqiqatçısı və təbliğatçısı olmuşdur.

“Qurban olduğum” mahnısını dinləyək.


Aparıcı:

1920-1930-cu illərdə yazdığı bir sıra əsərlərində Ə. Cavad bir lirik öz əsas mövzularına, yazı tərzinə sadiq qalaraq məhəbbəti, gözəlliyi, Azərbaycan təbiətini

tərənnüm edir, hicran yanğısından, nakam sevgidən, arzu və istəklərinin mühitin sərt dalğalarına dəyib parçalanmasından acı-acı şikayətlənir.

II Oxucu

Mən doğrusu, daim gülmək istərəm,

Nə öldürmək nə də ölmək istərəm.

Artıq yetər yer üzündə axan qan,

Yetər artıq bu göz yaşı, bu hicran!
Mən istərəm yaşıllıqlar solmasın,

Sevdaların sonu hicran olmasın,

Qurumasın gözəl üzdə tərdanə

Nə ağlasın bülbül, nə də pərvanə...


Aparıcı:

Qonaqlardan birinə söz verək.



Aparıcı:

Uzun illər müəllimlik etmiş Əhməd Cavad öz ömrünü şam kimi əridərək millətin balalarına savad, elm və vətəndaş qeyrəti aşılamışdır. Şagirdləri, tələbələri bu dərin bilikli, yüksək mədəniyyətli, şair ürəkli müəllimi çox sevir və qiymətləndirirdilər.



I Oxucu:

Sənin nurun işıq salır gözlərə,

Çalış deyir, öyrən deyir bizlərə,

Öyrən elmi, alış deyir sözlərə,

O sözlərin cümlə-canı səndədir.
Ə. Cavad çox ailəcanlı, evin xanımını, balalarını ürəkdən sevən bütün varlığı ilə onlara bağlı olan qeyrətli ər, mehriban ata olmuşdur. Sevimli şairimizin öz ömür-gün yoldaşına həsr etdiyi “Şükriyyəm üçün” adlı şeri oxuduqca bu sevgini daha yaxından duymaq mümkündür.
Aparıcı:

Şükriyyəm” mahnısını dinləyək.



Aparıcı:

Sevimli şairimiz Əhməd Cavadın şerlərində əks etdirilən azadlıq, vətənpərvərlik coşqusu ürəkləri təlatümə gətirir, hər bir kəsi vətəni sevməyə, onu göz bəbəyi kimi qorumağa səsləyir. Bu şerlərdən biri sonralar qüdrətli bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı Azərbarcan Demokratik Cümhuriyyəti-

nin Himnidir. Bu himnin sözləri mürəkkəblə yox, şairin ürəyinin qanı ilə yazılmışdır.

Əziz tədbir iştirakçiları bu doğma himnimizin sədaları altında tədbirimizi

başa çatdırırıq.
SON

Ədəbiyyat siyahısı
1. Bəkir Nəbiyev

Əhməd Cavad. - “Gəncə” nəş.-1992.- 130 s.


2. Əhməd Cavad. Seçilmiş əsərləri I-c.- B. Azərnəşr.- 1992.-328 s.
3. Əhməd Cavad. Seçilmiş əsərləri II-c.- B. Azərnəşr.- 1992.- 240 s.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası II cilddə I cild.-

B. “Lider nəşriyyatı”.- 2004.- 440 s.


5. Əhmədov Teymur. XX əsr Azərbaycan yazıçıları.

Ensklopedik məlumat kitabı (Təkmilləşdirilmiş üçüncü nəşr).

“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2004. 984, şəkilli.
6. Əhməd Cavad. Seçilmiş əsərləri.- B. “ Şərq-Qərb”.- 2005.- 296 s.
7. Azərbaycan Sovet Ensklopediyası.- Bakı. Azərbaycan SSR Dövlət Nəşriyyatı

IV c.-1980.- 592 s.



Dövrü mətbuatda
1.Azərbaycan Ədəbiyyatına dəyərli töhfələr vermiş böyük şair:

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin sərəncamı

əsasında Ə. Cavadın anadan olmasının 120 illik yubileyi qeyd

olunacaq // Səs.-2012.-11 Fevral.- s.12.


2. Qismətoğlu Faiq.

Otuz yeddidən gələn səs: [ Əhməd Cavad ] // Ədalət.- 2011.- 3 Avqust.- s.4.


3. Məhərrəmova Təranə.

Əhməd Cavad poeziyasının qüdrəti: // Kaspi.- 2010.- 8-11.- s.21.


4.Xəlilzadə Flora.

Qara yelin apardığı Əhməd Cavad. // Azərbaycan.- 2007.- 6 May.- s.8


5. Əhməd Cavad – 115

İstiqlal şairi Əhməd Cavad. // Respublika.-2007.- 6 May.- s.6.


  1. Şəhid şairimiz Əhməd Cavad. // Yaddaş.-2006.- 6 May.- s.5.

Tərtib etdi: Şahnaz Əhmədova

Metodiki İşlərin Təşkili Şöbəsinin

böyük metodisti.

Redaktorlar: Fəridə Qədimova



MKS - nin direktor müavini
İradə Abbasova Metodiki İşlərin

Təşkili şöbəsinin müdiri


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə