Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili Şöbəsi




Yüklə 239.66 Kb.
səhifə3/3
tarix22.02.2016
ölçüsü239.66 Kb.
1   2   3

Aparıcı: Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq - əgər uğrunda ölən varsa Vətəndir!
Şəhidlərimiz, Milli Qəhrəmanlarımız Azərbaycanın milli qüruru, xöşbəxt gələcəyidirlər. Qəhrəmanlıq Azərbaycana,

Azərbaycan Qəhrəmanlığa çox yaraşır. Hər insan şəhid və qəhrəman ola bilməz. Milli Qəhrəmanlarımız Vətəni, Torpağı,

Millət və Dövləti canından artıq sevməyin simvolodurlar.

Şəhidlik, Qəhrəmanlıq zirvəsi hər bir Azərbaycan gəncinin çatmaq istədiyi ən böyük zirvədir. Bu günkü tədbirimizdə hörmətli qonaqlar işrirak edir, indi sözü onlardan birinə verək.


Aparıcı:
İndi sözü verək 5-saylı orta məktəbib 8-ci sinif şagirdləri Gülər Əhmədovaya və Yusif Əliyevə:
Vətən kimlərindir, soruşdu Xəndan

Söylədin müqəddəs nə var ki, ondan?

Duy onu könüldən sev onu candan,

O, candan, könüldən heyranlarındır.
Vətən- döyüşlərə girib nər kimi,

Mehdilər, Gəraylar, Həzilər kimi,

Odlardan adlayıb səməndər kimi,

Özünü odlara vuranlarındır.

Aparıcı:
Onlar adi insanlar deyillər, onlar öz həyatlarını Vətəni,Torpağı, Milləti, Dövləti üçün fəda edənlərdir.

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insanlar şəhid olub. Onlardan 281 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” kimi uca və şərəfli ada layiq görülüb.


I – Oxucu: Biz yaşamasaq olar,

Təki Vətən yaşasın.

Yaşamayanda nolar?

Təki Vətən yaşasın.

Odur arzu kamımız,

Sarayımız, damımız,

Ona qurban hamımız-

Təki vətən yaşasın.
II – Oxucu: Sinəsindəki sazaq,

Dodağındakı neyik

Bu tayında Quzeyik,

O tayında Güneyik

Axı biz kimik, nəyik?

Təki Vətən yaşasın,

Azərbaycan yaşasın!

Aparıcı:

Qonaqlardan birinə söz verək.



Aparıcı:
Bəli ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində Milli Qəhrəmanlarımızın böyük payı var. Məhz bu səbəbdən də hər bir Azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daima xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bu günkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır.

İndi 5-saylı orta məktəbin 4-cü sinif şagirdlərinin ifasında Azərbaycan marşını dinləyək: (Marş səslənir)


I - Oxucu: Birləşib qələbə çalmasaq əgər,

Sənin qisasını almasaq əgər,

Demək nə dövlətik, nə xalqıq onda,

Batarıq zamanın burulğanda.
Səni yada vermək olmaz

Cənnət Vətən, behişt Vətən.

Sənsiz ömür sürmək olmaz,

Cənnət Vətən, behişt Vətən.

II - Oxucu: Düşmənlərin əzildikcə

Göz yaşlarını sildikcə

Yenilməz, ölməz olduqca

Sənə qurban kəsildikcə,

Cənnət Vətən, behişt Vətən.

Söz alışır, yanır dodaq

Ümid gülür yarpaq-yarpaq

Vətən” deyib ölənin var.\



Aparıcı:
Bu gün Azərbaycan əsgəri dövlətimizin hərbi qüdrətinin gündən-günə artdığını duyduqca daha böyük hünərlə hərb sənətini mənimsəyir, və torpaqlarımızın işğaldan azad olunması üçün var qüvvəsi ilə çalışır.

Aparıcı:
İndi Azərbaycan haqqında bir mahnı dinləyək.
I – Oxucu: Vətən məni bir daş eylə ,

Endir düşmən təpəsinə.

Vətən məni bir daş eylə,

Sipər olum hər gün sənə.
II - Oxucu : Vətən məni loğman eylə,

Min ölümü boğaram mən.

Vətən məni günəş eylə,

Qürubdan da doğaram mən.
İki oxucu birlikdə: Vətən məni; Vətən məni

Bircə damla saf su eylə,

Tez kükrəyib coşaram mən,

Göz yaşının əvəzinə,

Ümman olub daşaram mən.
Aparıcı: İndi məktəblilərin hazırladığı kompazisiyaya baxaq.
Şəhid anası: Dağların qalasıyam

Tomrisin balasıyam

Çəkil yolumdan yağı

Mən şəhid anasıyam.

Şəhid ruhu: Köksü yaralı bir quşam

Ölməzlərə qovuşmuşam.

Ölməzlərə qoşulmuşam,

Ağlama anam, ağlama.
Şəhid anası: İgidlərim şəhid oldu,

Küçələrim qanla doldu.

Qərənfil güllərim soldu,

Kimə deyim dərdimi?
Şəhid ruhu: Hər sübh tezdən oyanaram,

Al şəfəqə böyanaram,

Məşəl olub hey yanaram,

Ağlama anam, ağlama.
Şəhid anası: Analar anar ağlar

Günləri sanar ağlar.

Dönər göy göyərçinə,

Yollara qonar ağlar.
Şəhid ruhu: Dağlar kimi ucalmışam,

Düşmənimdən bac almışam.

Göylərdə məskən salmışam,

Ağlama anam, ağlama.
Şəhid anası: Qoy mən özüm ağlayım,

Dərdə dözüm, ağlayım,

Yurdu belə görüncə,

Çıxsın gözüm ağlayım.
Şəhid ruhu: Nəğmə ollam dodaqlarda,

Bülbül ollam budaqlarda,

Lalə ollam bu dağlarda

Ağlama anam, ağlama.
Aparıcı: Qonaqlardan birinə söz verək:
Aparıcı:
Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşmuş bütün vətən övladlarının qarşısında baş əyirik. Xalqın ürəyində ozünüzə əbədi taxt qurdunuz.

Vətən sizi unutmayacaq.

Çox yaxında sizin kimi mərd, ölümün gözünə dik baxan Azərbaycan övladları torpaqlarımızı düşməndən təmizləyərək vətənimizin bütövlüyünü təmin edəcəklər, o zaman şəhidləri-

mizin, qəhrəmanlarımızın ruhları dinclik taparaq azad olmuş torpaqlarımızın səmasında pərvaz edəcək.




SON.

Sitatlat

Ümidiniz üzülməsin, qanadlarınız qırılmasın, ocağımız yanar dursun, çırağımız heç vaxt sönməsin.

Dədə Qorqud

Mən bütün şəhidlərin – Torpaq, Vətən yolunda həlak olanların xatirəsi qarşısında baş əyirəm, onların valideynlərinə, bacı və qardaşlarına, qohumlarına allahdan səbr diləyirəm.
Heydər Əliyev Umummilli lider
Biz fəxr edirik ki, Azərbaycan xalqının milli mənliyini qorumaq üçün öz canından keçməyə hazır olan övladları var.

Heydər Əliyev Ümummilli lider
Biz fəxr edirik ki, Azərbaycanın artıq mütəşəkkil, güclü ordusu vardır, Azərbaycanın peşəkar və qabiliyyətli döyüş gücünə malik olan zabitlər korpusu vardır.Azərbaycan ordusunda vətənə, millətə, dövlətə sədaqətlə xidmət edən əsgərləri vardır.

Heydər Əliyev. Umummilli lider
Mübariz İbrahimov qeyri-bərabər döyüşdə şəhid olubdur.

Mübariz yaxşı bilirdi ki, o döyüşdən salamat çıxa bilməyəcək

Ancaq vətən, torpaq sevgisi onda olan vətənpərvərlik ruhu

Onu şəhidlik zirvəsinə ucaltdı.

Mübariz bütün gənclər üçün örnəkdir nümunədir.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Millətin naminə şəhid olanların adları bəşəriyyət tarixində həmişə ehtiramla anılır.

M.Ə.Rəsulzadə

Bu ağır yük çəkilməz, bu ağular içilməz.

Məhəmməd Hadi
Ömür paylanan zaman görün kimə nə düşdü?

Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər öz qəlbini , dünyada qoydu getdi.

Bəxtiyar Vahabzadə
Azərbaycan – mayası nur, qayəsi nur ki,

Hər daşında alov dilli ox ola bilər,

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Məmməd Araz

Düşmən bilir bu torpağın altı nədir, üstü nə,

Onunçun da od yağdırır gecə-gündüz üstünə

Qurban olum dumanına, qurban olum tüstünə,

Qılınca dön həqiqətim, qalxana dön qeyrətim,

Dur ayağa məmləkətim, qalx ayağa millətim.
Zəlimxan Yaqub (xalq şairi)

Milli Qəhrəmanlarımız, şəhidlərimiz Azərbaycan

ədəbiyyatında və dövrü mətbuatda.

1. Şəhid balalara. (şer) //Azərbaycan. 2012 - 20 Yanvar ,7 səh

2. Turan Mübarizi. “Ozan” 2011, 400 səh.

3. Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları

“Dərələyaz-M” mətbəəsi, 2010, 288 səh

4. Çəmənli Mustafa. “Mübariz” B, 2010, 96 səh

5. Əbdülsəlimzadə Qüdrət. “20 yaslı yanvar”, B, Şirvannəşr, 2010, 396

səh.


6. Gədəbəyli Dəmir. “qardaşa atılan güllə” B, 2010, 32 səh.

7. İlqar Məmmədağaoğlu. “Qəhrəman Mübariz Şəhid Mübariz”

B, “Uniprint”, B, 2010 128 səh.

8. Məhərrəmzadə Əlibala, Sabir Hüseynov. “Müqəddəsliyə aparan yol”.

B, 2010, 240

9. Seyidzadə Mübariz.“Milli Qəhrəmanlar Zirvəsi”.B, 2010,256 səh

10. Eyvazov Əli. “Bir batalyonun tarixi”B, 2010, 240 səh.

11. Əlibala Məhərrəmzadə, Sabir Hüseynov. “Müqəddəsliyəaparan yol”

B, 2010, 136 s.

12. Zəlimxan Yaqub. Ədəbi düşüncədə II cild, B, “Vətən”, 2009,

370 səh.

13. Dəmir Gədəbəyli. “Qardaşa atılan güllə”. B, 2010, 32 səh

14. Eynəddin Məmmədov. Ölməzlik. B, “Qanun” , 2009, 344 səh.

15. Dilqəm Qliyev “İlqar İsmayılovun şəhidlik zirvəsi. B, 2009, 124.səh

16. Elbrus Şahmar “Yurdum viran olsa da”, B, 2009, 504 səh

17. Əlisahib Əroğlu. Azərbaycanda Erməni- Daşnak Terro runun

Xronologiyası.(bədii, tarixi publisistika) B, “Təknur”, 2009, 200 səh. .

18. Əhməd Cavad. Seçilmiş əsərləri, B, “Şərq-Qərb” nəş,2005, 296 səh.

19. Əhməd İsayev. Gəncə şəhidləri.Respublika XatirəKitabı Redaksiyası,

B, 2005, 240 sə

20. Araz M. Seçilmiş əsərləri, II- cild, B, “Lider” nəş, 2004 səh 232

21. Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri II cilddə . II-cicild (poemalar).

B, “Öndər nəşriyyatı”, 2004, 320 səh.

22. Ə. M. Qliyev, A.Ə Qliyev.“Türk oğlu 17-ci hücuma hazır ol”. B, 2003,

462 səh

23. Akif Kərimli. İşğal. B, “Azərbaycan” nəş. 1994, 165 səh.



24. Alı Mustafayev. Dəli bir ağlamaq keçir könlümdən.

Şeirlər. B, “Nicat” nəşriyyatı, 1992, 152 səh.

25. Azərbaycan harayı (şerlər və poemalar) B, “Respublika Xatirə

Kitabı Redaksiyası, 2002, 563 səh

26. Ramiz Duygun. Təki Vətən yaşasın. B, “Əbilov,

Zeynalov və oğulları”, 2002, 196 səh.

27. Hidayət Vəli Həbiboğlu. “Şəhidlər”. B, “Gənclik”, 1992, 503 səh

28. Rafiq Səməndər. Şəhidlər. B, “Gənclik”, 1990,448 səh.



Dövrü mətbuatda


  1. Umarova Fərruxə. Vətəni Azərbaycan idi: MillQəhrəman İqor

Makayev haqqında. // Gəncənin səsi.- 2012.- 30 iyun. № 19-20.- s. 4

2. Umarova Fərruxə.“Vətən bizə güvənir”// Gəncənin səsi.- 2012.- 19

Aprel № 11-12.- s. 4 (Milli Qəhrəmanı Şahlar Hüseynov)


  1. Aydınoğlu Tahir. Qəhrəmanlıq zirvəsi. // Xalq qəzeti.- 2012.- 17

aprel.- № 82.- s.10. (Alı Mustafa- yev haqqında)

  1. İlyasoğlu Rauf. Qəlblərdə yaşayan Qəhrəman. //Respublika. – 2012.-

29 avqust.- № 192- s.4. (Azərbaycanın Milli Qəhrəmanı Şövqüyar

Cəmil oğlu Abdullayev (haqqında).

5. “Orda bir yurd var uzaqda” //Azadlıq.- 2012.-17-18 Iyun.-139. s. 14

6. Baxşəliyev Rəşid. “Milli ordu xalqın qürur və güvənс ünvanıdır”.

// Azərbaycan.- 2012 2 noyabr.- № 244.s. 5

7. “Vətən cəsurları sevir: Yeni nəsil yetişir// Azərbaycan 2012.- 21

okityabr № 237.- s. 6

8. Behbud GülşənTorpaq uğrunda ölən varsa vətəndir! //Xalq qəzeti.-

2012.-7 avqust № 174. s. 7

9. Gün var əsrə bərabər.// 525-ci qəzet. 2012.- 4 fevral.- № 20.- s. 9

10. İsmayılov Rufik.Olməzlik yolu: “Mən getməsəm, sən getməsən, bəs

kim düşmənə qarşı vuruşacaq” //Kaspi.- 2012.- 28-30 yanvar №

296.- s. 6

11. Umarova Fərruxə. “Hay ver mənə cənab Leytenant” (Gəncənin Milli

Qəhrəmanları) //Gəncənin səsi.2011.- 2 sentyabr № 25-26.- s. 4


  1. Azərbaycanın Milli Qəhrəmanları: (MusayevAqil, Musayev Fəxrəddin, Mustafayev Alı, Mustafayev Çingiz, Mürsəlov Vüqar) // Azərbaycan müəllimi.- 2011.-7 yanvar.- № 01.-s. 14.

13. Məmmədov R.Vətəni sevməyən insan olmaz.(Milli Qəhrəman M.

İbrahimov haqqında. //Azərbaycan 2011.- 6 fevral.- № 28.- s.3.

14. Nüsrət Kamiloğlu (şeir) // 525-ci qəzet.- 2011 fevral.- № 22.- s. 7

15. İsayev Ə.“Vətənin mərd oğulları”.- Milli QəhrəmanElbrus

Allahverdiyev // Azərbaycan.-2011.- 13 fevral № 34 s. 4

16. Mustafayeva Şəhla.Mübariz // Gəncəbasar.- 2011.- 14-18 mart.- s.1

17. Duyğun Ramiz.Oğul // Respublika qəz.- 2011.- 11 mart № 55 s.5

18. “Şəhidlik, Qəhrəmanlıq: (Azərbaycan ədəbiyyatında şəhidlik

mövzusu) // Ədalət.-2011.- yanvar 11.- s. 7

19. Azərbaycanın Milli Qəhrəmanları. // Azərbaycan müəllimi.- 2011.-

4 fevral № 5. s.

20. Muradxan Əhəd. İgidlər qorusun Azərbaycanı (şer)Yeni Təfəkkür.-

2011.-13 yanvar № 1, s. 4

21. Əliyarbəyli Fəridə Səkkizliklər. // Gəncəbasar.- 2011.- 16-31 may.-

№ 126.- s.6

22. Aslan Qədir. Xalqımızın qeyrətli oğlu // Respublika.- 2010.-27iyul.-

№ 159.- s. 4. (Milli Qəhrəman Koroğlu Rəhimov haqqında).

23. Azərbaycanın Milli Qəhrəmanları // Azərbaycan müəllimi. “2010.-3

Sentyabr.- № 34.- s. 8.

24. Gülayə Könül “Deyən olmadı ki,son qəmin olsun”525-ci qəz.-2010.-

20 fevral, s. 6

25. Azərbaycan mətbuatı- 135 // Gəncə.- “2010 iyul-avqust.-№ 23.-

s. 20-23.

26. Qonaq Əntiqə.XXI-ci əsrin mübarizlik məktəbi: Milli Qəhrəman

Mübariz İbrahimov haqqında. // Ə. Qonaq Vətən səndən keçmək

olmaz. B, - Hüquq ədəbiyyatı, 2010 s. 1-2.

27. Mirhəsənoğlu Musayev Gülağa. Mübariz (şeir)//525-ci qəzet.- 2010.-

17dekabr № 231.- s. 7

28. Vətən seçilmir, seçir:( Vətən sevgisi, Azərbaycan sevgisi. // Gəncənin

səsi.-2010. 3 dekabr № 30 s. 3

29. Abdullua Arzu. Sənin üçün Vətən. // 525 ci qəzet.- 2010.- 28

dekabr,№ 238.s. 7

31. Ləman Fəridə. Atalar çiynində gedir oğullar. // Ədəbiyyar qəz.

2010.- 17 dekabr. № 49. s. 6

32. Mirhəsənoğlu Mustafayev Gülağa.Mübariz(şer)// 525-ci qəz.2010.-17

dekabr № 231.7

33. Piriqızı Minayə. Şəhid adın mübarək!//Gəncənin səsi 2010.-3 dekabr.-

№ 30.-s. 2

34. Əliyeva Leyla. Doğma torpaq uğrunda hyəlak olmu heç bir

Azərbaycanlı unudulmayacaqdır. //Respublika.- 2009.-1 mart № 48.- s. 2

35. “Gültəkin qayası” na doğru irəli (Azərbaycanın Milli Qəhrəmanı

Gültəkin Əsgərova haqqında)Respublika.2008.-25 iyun.-№ 137.- s. 8.

36. Ağaoğlu Telman. İgid ölər adı qalar: (Azərbaycan.- 2008.-13 noyabr.-

№ 254.- s 8

37. Həmidə. Bir Vətən, min Qəhrəman və... //Mədəniyyət.- 2008,- 17

iyul № s 3-4

38. Nəcəfxanlı Ə. Vətən sizə oğul dedi. //Xalq qəzeti 2007.- 23

Oktyabr.- s 7

39. Cəmilzadə Həsən.Azərbaycanın ilk Milli Qəhrəmanları, - Bakı:İşıq,

1993. – 168.


İnternetdə:

www. göqle az.

www. vikepediya. orq.

www. zengilan. com.

www. tale. ucoz com.

www. mns.qov.az.

www. azerbaycans. com.

www. milli az.



Mündəricat
1. Adları tarixə yazılan oğullar (üz qabığı)

2. Ön söz

3. Azərbaycan respublikasının Dövlət Himni

4. Şəhidlərin qanı ilə suvarılmış torpaqlarımız.

5. Erməni soyqırımı haqqında qısa məlumat

6. Atakişiyev Aslan Qabil oğlu

7. Bağırov Allahverdi Teymur oğlu

8. Əmirov Faiq İsfəndiyar oğlu

9. Əsgərova Gültəkin Məlik qızı

10. Hacıyev Əlif Lətif oğlu

11. İbrahimov Mübariz Ağakərim oğlu

12. Mustafayev Alı Mustafa oğlu

13. Mustafayev Çingiz Fuad oğlu

14. Rəhimov Koroğlu İsmayıl oğlu

15. Sədiyev Vəzir İsa oğlu

16. Şahbazov Yavər Əlibala oğlu

17. Şikarov Şikar Şükür oğlu

18. Zülfüqarov Samir Xəlil oğlu

19. Arazov Ənvər Talış oğlu

20. Allahverdiyev Hacı Elbrus oğlu

21. Əliyev İlham Müzəffər oğlu

22. Əsədov Əvəz Rəfail oğlu

23. Hüseynov Şahlar İsa oğlu

24. Məmmədov Aqil Səməd oğlu

25. Makayev İqor Vladimir oğlu

26. Səmədov Pərviz Əbdüləhəd oğlu

27. Kitabxanalarda Milli Qəhrəmanlarla bağlı keçiriləcək

tədbirlər

28. Sitatlar.

29. Milli Qəhrəmanlar bədii ədəbiyyatda və dövrü

mətbuatda
Tərtibatçı:

Əhmədova Şahnaz:

MKS-nin Metodiki İşlərin Təşkili Şöbəsinin

böyük metodisti

Redaktorlar:
Qədimova Fəridə:

MKS- nin direktor müavini


Abbasova İradə:

Metodiki İşlərin Təşkili Şöbəsinin müdüri


Kompüter yığımı:

Əhmədova Şahnaz


Ünvanımız:

Gəncə şəhəri. Nizami küç - 91


*******
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə