Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili Şöbəsi




Yüklə 239.66 Kb.
səhifə2/3
tarix22.02.2016
ölçüsü239.66 Kb.
1   2   3

*******






Yaşayır qəhrəmanım

Yaşayırlar oğullar.

Xan çinara dönərlər

qədər ki, dünya var.


Şahbazov Yavər Əlibala oğlu

1noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1991-ci ildə orta təhsilini Alekseyevka kəndində əla qiymətlərlə bitirmiş, həmin ildə Samux Mədəni-Maarif Texnikumuna daxil olmuşdur.

1994-cü ildə Ordu sıralarına yollanan Yavər xidməti və intizamı ilə hamının hörmətini qazanmışdır.

1995-ci il martın 13-də dövlər çevrilişinə cəhdin qarşısı alınan zaman Yavər Şahbazov qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur. Alekseyevka kəndində dəfn edilmişdir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Şahbazov Yavər Əilbala



oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Alekseyevka kənd orta məktəbi qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz Şəhərində büstü qoyulmuşdur.

2003-cü ildə isə Alekseyevka kəndində qəhrəmanın xatirəsinə şəhidlər abidəsi qoyulmuşdur.


*******





Birləşib qələbə çalmasaq əgər,

Sənin qisasını almasaq əgər,

Demək nə dövlətik, nə xalqıq onda

Batarıq zamanın burulğanında.

Şikarov Şikar Şükür oğlu

3 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə 46 saylı orta məktəbi bitirərək Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq təyinatla Primorsk vilayətindəki hərbi hissələrdən birində rota komandiri kimi fəaliyyətə başlamışdır. 1986-cı ildə Moskvada Frunze adına Hərbi akademiyaya daxil olmuşdur. 1989-cu ildə akademiyanı bitirərək polkovnik leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşəh hərbi hissələrdən birinə qərərgah rəisi təyin olunmuşdur. 1990-cı iı 20 yanvar hadisələrindən sonra vətənə qayıdaraq, əvvəl Mülki Müdafiə Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda bir sıra əməliyyata biləvasitə rəhbərlik etmiş və hamısı uğurla nəticələnmişdir.

1992-ci il iyunun 13-də yenidən Ağdərəyə yola düşmüş

və orada gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6-saylı Fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğlu ölümündən sonra “Azərbaycanin Milli Qəhrəmanı” adına layiq görülmüşdür.



*******










Vətən – insan üçün əbədiyyətdir.

Mən kimə gərəyəm axı Vətənsiz,

Vətən – tükənməyən bir şeriyyətdir,

mən vətənsizəm, nə Vətən mənsiz.

Zülfüqarov Samir Xəlil oğlu

3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş kəndində anadan olmuşdur. Səkkizillik təhsilini doğma kəndində almış, 1994-cü ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağrılmışdır. O, yaşma qəsəbəsində yerləşən hərbi hissələrdən birində xidmətini şərəflə yerinə yetirərkən nümunəvi əsgər olduğu nəzərə alınaraq ona Qısa mnüddətli məzuniyyət verilmişdir. Həmin vaxt ölkədə vəziyyət gərginləşmişdir. Bir qrup cinayətkar ünsürdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi. Samir bu hadisədən çox narahat olaraq yoldaşlarının yanına qayıtmışdır.

Milli Ordunun əsgərləri dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayandığı bir vaxtda onlarla aparılan danışıqlar nəticə verməmişdir. Nəhayət qan tökülmüşdür.

Həmin qiyamda dövlətçiliyimiz, suverenliyimiz uğrunda canını qurban verən S. Zülfüqarov 1995-ci il martın 17-də əbədiyyətə qovuşmuşdur. Dəvəçi rayonunun Ağbaş kəndində dəfn edilmişdir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı Fərmanı ilə Zülfüqarov Samir Xəlil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüımüşdür.

Dəvəçi rayon 3-saylı orta məktəbi qəhrəmanın adını daşıyır.




*******


Ulu Gəncənin Milli Qəhrəmanları

Üstünə gələnlər gəlməz özünə!

Bir başına döyər, bir də dizinə!

Ox kimi süzərək – xain gözünə

Sancılar millərin,

Gəncəm, Gəncəm, hey!..

Tarixin hər dönəmində gəncəlilər hünərlə, qeyrətlə öz sözlərini deyiblər, istiqlal yürüşlərində həmişə öndə gediblər, el-oba yolunda həmişə canlarından keçiblər, döyüş meydanında şəhid olublar, fəqət öz mənliklərini, milli qürurlarını qoruyub saxlayıblar.

Əslində Gəncənin ilk şəhidi sənətkar Bəndər sayıla bilər. Bu sadə el sənətkarı hələ XII ci əsrdə yadelliləri yurdundan qovaraq Gəncəni xilas etdi, özü isə mərd yoldaşları ilə birlikdə şəhid oldu.

Gəncənin ən böyük şəhidlərindən biri də igid Cavad xandır. Doğma Gəncəsi uğrunda əldə qılınc son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

İndi Qarabağ savaşında da erməni cəlladlarına qarşı qəhrəmanlıqla vuruşan Gəncəli oğullar vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçərək şəhid olmuşlar. Elan olunmamış bu müharibədə Gəncənin minlərlə oğlu, qızı amansız döyüşlərdə iştirak etdi. Onlardan təqribən beş yüz nəfəri şəhid olub, səkkiz nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu qəhrəmanların həyatı, qəhrəmanlığı haqqında sizə məlumat verməyi özümüzə borc bilirik.

Bu qəhrəmanları tanıyaq və tanıdaq.

*******




Vətən tökmə sən göz yaşın,

Uca saxla məğrur başın.

Qarşıdadır son savaşın,

Qarabağın çox dərdi var.


Arazov Ənvər Talış öğlu

doğum tarixi 1953-cü il 2 dekabr.
Gəncə Politexnik Texnikumunu bitirib. Murmansk vilayətinin Severomorsk şəhərində hərbi dəniz donanmasında xidmət edib. Ordudan qayıdanda “Billur” zavodunda fəhlə,nizamlayıcı növbə ustası işləyib.

Ənvər Arazov Gəncədə xalq hərəkatının öncüllərindən biridir. Etiraz mitinqlərində, Özünümüdafiə dəstələrinin yaradılmasında həmişə başda olub.

20 yanvar faciəsi zamanı Gəncəyə rus qoşunu gəlməsinin qarşısının alınmasında çox fəal iştirak edib. Sonra da silaha sarılaraq könüllü surətdə döyüşə gedib. Alay komandiri kimi çox yerlərdə vuruşub. Sırxavənd, Ortakənd, Mehmanə, Drambon, Kasaret kəndləri, habelə Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə əvəzsiz xidmətlər göstərib. Bu xidmətlərə görə 1992-ci il oktyabr ayının 2-də briqada komandirinin müavini təyin edilib, ona polkovnik rütbəsi verilib.

Noyabrın 1-n 2-nə keçən gecə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub. Noyabr ayının 6-da Ənvər Talış oğlu Arazov“ Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.




********





Əzizim mərd əlindən,

Can çıxar dərd əlindən.

Bir dəfə of deməzdim,

Ölsəydim mərd əlindən.

Allahverdiyev Elbrus Hacı oğlu

doğum tarixi 1958 ci il 27 oktyabr.

Elbrus Allahverdiyev Gəncədə 18-saylı orta məktəbi bitirib. Almaniyada hərbi xidmətdə olub. 1979-cu ildə Orenburq vilayətində prapoşik məktəbini, 1990-cı ildə Orjonigidze şəhərində Kənd Təsərrüfatı İntitutunu bitirib. Ailəsi ilə Vladiqafqazda yaşayırdı. Vətənin üstünü qara buludlar alanda, könüllü olaraq cəbhəyə getdi.

Elbrus Allahverdiyev milli ordumuzda ilk topçulardan biri olub. 1992-ci ilin iyun ayında onun təşkil etdiyi batareyanın əsasında ilk artileriya divizionu yaradıldı.

Həmin dvizion təkcə sentyabr ayında Avdur kəndində düşmənin bir topunu və iri çaplı pulemyotunu, Ağdərədə isə bir reaktiv qurğusunu, xeyli maşın və texnikanı məhv edib.

Sonralar Çıldıran uğrunda döyüşlərdə leytenant Allahverdiyev kiçik bir dəsdə ilə düşmən arxasına keşərək onun çox sayda texnikasını sıradan çıxardı.

Leytenant E.Allahverdiyev 1993-cü il iyun ayının 16-da gedən döyüşlərdən birində şəhid oldu. 1994-cü ilin sentyabr ayının 16-da Elbrus Hacı oğlu Allahverdiyev

Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

Bu igid döyüşçünün bir qızı və bir oğul övladı yadıgar qalıb.


*******






Şəhidliyin zirvəsi

Ululaşdı bir daha.

Vətən şəhidləriylə

Gedir nurlu sabaha.
Əliyev İlham Müzəffər oğlu

doğum tarixi -1961-ci il. 5 may.
Oktyabr ayının 5-də Goranboy rayonunda anadan olub. Zaqafqaziya Hərbi Dairəsində xidmət edib. Bryansk şəhərində Daxili İşlər Nazirliyinin xüsusi məktəbini bitirib. Gəncə şəhərində əvvəl sahə inspektoru sonra isə Cinayət Axtarışı bölməsində əməliyyat müvəkkili işləyib,“milis əlaçısı” idi.

Polis leytenantı İ. Əliyev 1990-cı il avqust ayının 17-19-da Qazax rayonunun Aşağı Əskipara kəndini erməni işğalçılarından qoruyarkən əsil şücaət göstərib. Kənd məktəbində yerləşən qərərgahımızı xilas edib, on bir nəfər döyuşçümüzü mühasirədən sağ-salamat çıxarıb. O özü isə hamıdan arxada getdiyi üçün düşmən gülləsinə tuş gələrək ağır yaralanır. Çernobil qəzası zamanı bədəni şüa almışdı. Müalicəsi mümkün olmadı. Avqustun 20-də dünyasını dəyişdi.



İlham Müzəffər oğlu Əliyev döyüş rəşadətinə görə ölümündən sonra “Qırmızı Ulduz” ordeninə və“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Oğul İlham şəhid atanın adını yaşadır.


*******




Yaşayır qəhrəmanım

Yaşayırlar oğullar,

Xan çinara dönərlər

Nə qədər ki, dünya var.

Əliyev Rəfail Əvəz oğlu

doğum tarixi – 1952-ci il 27 oktyabr.

Gəncədə anadan olub. Tbilisi Ali Artileriya Akademiyasını bitirib, elmlər namizədi idi. Uzaq Şərqdə, Macarıstanda, Vyetnamda, Əfqanistanda xidmət edib. Polkovnik rütbəsi alıb.

1991-ci il iyulun 10-da Azərbaycanın ağır günlərində Vətənə gəlib. Ağdam, Goranboy, Tovuz, Gədəbəy və başqa bölgələrdə erməni yağılarına qarşı çoxsaylı döyüşlər keçirib, düşmənin küllü miqdarda canlı qüvvəsini və texnikasını məhv edib.

Rəfail peşəkar hərbçi idi. Müasir ordumuzda hərbi texnika və strategiyanı onun kumi bilən az idi. Uğurlu Başkənd əməliyyatını hazırlayan və həyata keçirən zabitlərdən biri, daha doğrusu birincisi Rəfail Əsədov idi.

Belə bir dəyərli insan 1992-ci il sentyabrın 25 faciəli surətdə həlak oldu.

1994-cü il sentyabr ayının 16-da Rəfail Əziz oğlu Əsədov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. İki qızı – Leyla və Anna yadigar qalıb.




*******







Şəhidlər bu torpağa, xalqa

səcdə qıldılar,

Haqsızlığın üstündən

haqqa körpü saldılar.

Vətəni sevmək üstə

günahkar sayıldılar,

Vətəni sevmək niyə

günah olmuş ay allah.


Hüseynov Şahlar İsa oğlu

doğum tarixi: 1969-cu il 26 noyabr.

Razdan rayonunun Misxana kəndində anadan olub.

Sürücülük peşəsinə yiyələnmişdi.

1988-ci ilin noyabr ayında ata-baba yurdundan didərgin düşən ailəsi Gəncə şəhərinə pənah gətirəndə Şahlar Hüseynov Moskvada qulluq edirdi. Əsgərlikdən birbaşa o, Gəncəyə gəldi. 27-saylı texniki peşə məktəbini bitirərək Alüminium zavodunda çilingər işləməyə başladı.

1992-ci ilin fevral ayında Xocalı soyqırımından sonra

çox sarsılıb, elə həmin günü könüllü olaraq Gəncə batalyonuna yazılıb. Vzvod komandiri Şahlar Hüseynov erməni dilini mükəmməl bildiyi üçün tez-tez kəşfiyyata gedir, məlumatlar gətirir və sonra hücum vaxtı düşməni darmadağın edirdi. Döyüş dostları deyirlər ki, Şahlar Hüseynov xüsusən Tərtər rayonunun Marquşavan(Şəfəq) kəndində daha böyük hünərlə vuruşub, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

Şahlar Hüseynov 1992-ci il aprel ayının 10-da şəhidlik zirvəsinə ucalıb. İki aydan sonra Prezidentin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

*******





Həyat əbədidir, ömür bir andı.,

Sevgisiz kəslərə aləm virandır.

Qoru ləyaqəti, qoru amandı,

Yaşamağı bacar, ölməyi bacar.
Makeyev İqor Vladimir oğlu

doğum tarixi 1971-ci il.27 oktyabr.

Gəncə şəhərində fəhlə ailəsində anadan olub. Böyük qardaşı Çernobıl qəzasında vəfat edib. İqor əvvəl 39-saylı orta məktəbdə, sonra isə 9-saylı texniki-peşə məktəbində oxuyub. Həqiqi hərbi xidmətdə olarkən baş serjant rütbəsini alıb.

1992-ci il iyunun 5-də erməni quldurları Naxçivanikə hücuma keçəndə İqor və onun döyüş dostları kənd məzarlığının yanında mühüm bir postu qoruyurdu. 708 nəfər, o cümlədən bölük komandiri Çingiz Həsənov da ağır yaralandı. Dolu kimi yağan düşmən gülləsinə baxmayaraq İqor öz döyüş dostları ilə birlikdə yaralıları atəş nöqtəsindən çıxararaq Ağdamdakı səhra qospitalına yola saldı. Özü isə əlavə qüvvə gələnə qədər postu düşməndən qoruya bildi.

Ağdərə uğrunda döyüşlərdə də o, əsl qəhrəmanlıq göstərib. 1992-ci il avqust ayının 2-də Nikulin ləqəbli bir dostu ilə birlikdə 28 əsgərin həyatını xilas etdi. Ancah çox təəssüf ki, bu onun son döyüşü oldu. Məhz elə bu mərdliyinə, rəşadətinə görə İqor Vladimir oğlu Makeyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.


`








Torpaqdan bir ömür borc eləmişəm,

İnsanlıq borcumu vurmaqçün başa.

Həmişə, hər yerdə Vətən demişəm,

Evimin himinə qoyulan daşa.
Məmmədov Aqil Səməd oğlu

doğum tarixi – 1969cu il 30 iyul.

Qubadlıda anadan olub. Avtobazada sürücü işləyirdi.

Erməni cəlladları baş qaldıranda ən qeyrətli oğulları başına yəğaraq “Qaranquş” adlı könüllü kəşfiyyat dəstəsi yaradıb. “Qaranquş” qəfil zərbələri ilə düşmənə qan uddururdu.

“Qaranquş”un uğurlarına sevinən də çox idi, xain və paxıllar da yox deyildi Susuz dağ yüksəkliyində erməni postunu ləğv etməyə gedirdilər. Əməliyyat uğurla başa çatsaydı Laçın düşmən işğalından azad olmalıydı. Hər cür mübarizə, müqavimətə baxmayaraq, kəşfiyyatçılar öz borclarını şərəflə yerinə yetirdilər.

Xəyanət və satqınlıq üzündən “Qaranquş” mühasirəyə düşdü. Aqil Məmmədov ağır yaralandı. Lakin o, özünü itirmədi. Dan söküləndə öz dəstəsini sağ-salamat xilas edə bildi. Bu avqust ayının 6-da oldu. Avqustun 7-də isə Muradxanlı kəndində Vətən torpağı Aqil Məmmədovu öz ağuşuna aldı.

Bu igid döyüşçü Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü.

Həmin faciədən sonra Məmmədovlar ailəsi Gəncəyə köçdü. Anası Səyyarə xanım yüzlərlə şəhid ailəsinə həyan çıxdı. Kəpəz Rayonu Şəhid Analar Cəmiyyətinin sədri idi.
*******






Tökülən qan çıxdı dizə,

Tanrı yaman qıydı bizə.

Əsil olan əslinizə,

Soyunuza qurban olum.

Palıd köklü, çinar boylu,

Boyunuza qurban olum.


Səmədov Pərviz Əbdüləhəd oğlu

doğum tarixi 1970 ci il 5 may.
İlk təhsilini Gəncə şəhərindəki bir nömrəli orta məktəbdə alıb, sonra 15 saylı texniki peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnib. 1988-ci ilin fevral ayından erməni xəyanətinə qarşı Gəncə camaatının etiraz dalğasının önündə olub. “Ekstremist” kimi sapı özümüzdən olan nadanların əli ilə ağır işgəncələrə məruz qalıb, bir müddət hətta həbs edilib.

Hərbi xidməti Çita şəhərində keçib. Sonra bir il Xalça mahud kombinatında işləyib. 1991-ci ilin mart ayında könüllü surətdə o, yeni yaranan milli ordumuza gedib. Şelli, Naxçivanik, Pircamal, Abdal-gülablı, Aranzəmin, Novruzlu və Qaralar kəndləri uğrunda vuruşub. Neçə-neçə qəhrəmanlıq səhifəsi bu qeyrətli, vətənpərvər gəncin adı ilə bağlıdır.

Gülablı kəndi yanında ermənilər səhiyyə vertolyotumuzu vuranda Pərviz irəli arılaraq, aramsız atəşlə düşməni pərən-pərən saldı.Vertolyotun heyyəti xilas edildi. Bu mərd gəncin özü isə may ayının 15-də bir namərdin gülləsinə tuş gəldi.

İyunun 7-də Pərviz Əbdüləhəd oğlu Səmədova 22 yaşında prezidentin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.


*******

Vətən oğlu Qarabağ bu gün bizim üçün Tanrı sınağı, qeyrət rəmzidir. Qarabağ bizim yaşam pasportumuzdur.

Qarabağsız Azərbaycan ruhsuz candır. Bu gün Qarabağ milli qeyrət, milli mənlik, milli özünüdərk, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin meyarı deməkdir. Qarabağı unutsan, həyatınla, varlığınla, bu gününlə, sabahınla vidalaşmalı olacaqsan. Bu gün səni məhv etməyi, varlığını tarix səhnəsindən silməyi qarşısına məqsəd qoymuş erməni daşnak faşizmi ilə üz-üzəşən, yurd-yuvanı, əcdadlarının uyuduğu torpağı müdafiə etmək, mənliyini qorumaq, yaşamaq və gələcəyini yaşatmaq üçün Qarabağ uğrunda mübarizə aparmağa məhkumsan. Bu mübarizə sənin yaşamaq haqqın, həyat seçimindir!

Qan yaddaşını oyat! Unutma ki, tarixdən ibrət dərsi götürməyənləri tarix özü cəzalandırır!



Azadlıq bəşərin əvvəli, ilki,

Qanla yadda saxla, qanınla bil ki,

Azadlıq elə bir səadətdir ki,

Səadət uğrunda ölməyə dəyər!
*******

Kitabxanalarda Milli Qəhrəmanlarla bağlı

keçiriləcək tədbirlər.
İnsanların asudə vaxtının səmərəli təşkili üçün istifadə olunan hər hansı mədəni kütləvi tədbir oxuculara estetik zövq verir, onları yaradıcı fəaliyyətə, mərdliyə ruhlandırır.

Tədbirlər eyni zamanda oxucularda bilik və bacarığı da inkişaf etdirir.

İndi elə bir şəraitdə yaşayırıq ki, Vətənimiz müharibə şəraitindədir. Torpaqlarımızın 20 faizi düşmən erməni cəlladları tərəfindən işğal olunub.

Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda yüzlərlə şəhid vermişik. Neçə-neçə qəhrəman azərbaycanlı oğulları vətənin azadlığı yolunda öz canını qurban verərək şəhidlik zirvəsinə ucalıb. “Azərbaycanın Milli Qəhrəmanı” kimi ən uca ada layiq görülüb.

Hər bir kitabxana işçisinin ən ümdə vəzifəsi torpaqlarımız uğrunda öz canlarını qurban vermiş qəhrəman vətən övladlarını oxuculara, ümumilikdə xalqa tanıtmaq üçün var qüvvəsi ilə çalışmalıdır. Çünki onları tanımaq, həyatlarını öyrənmək, göstərdiyi igidlikləri hər kəsə bəyan etmək hər bir vətən oğlunun, vətən qızının ən müqəddəs borcudur. Elə buna görə də şəhərimizdə yerləşən kitabxanalarda bu qəhrəmanların həyat yolu haqqında müxtəlif səpgidə tədbirlərin keçirilməsi, onların keçdiyi qəhrəmanlıq yolu haqqında gənclərə ətraflı məlumat verilməsi vacibdir. Bu qəhrəmanlar haqqında kitabxanalarda vaxtaşırı olaraq kitab sərgiləri, fotostentlər, ədəbi-bədii gecələr,

şer gecələri, mövzu gecələri, dəyirmi masalar, anım günləri, qəhrəmanlar haqqında yazılmış kitabların təqdimatı keçirilməlidir.

Kitabxanalarda qəhrəmanlar haqqında tərtib olunan sərgilərdə onların həyatı, keçdiyi qəhrəmanlıq yolu haqqında oxuculara ətraflı məlumat verilir. Hər bir oxucu sərgidə nümayiş olunan, kitablarla qəzet-jurnal məqalələri ilə və sərgidə nümayiş olunan digər materiallarla birbaşa tanış olur, qəhrəmanlar haqqında daha ətraflı məlumat əldə edirlər.
Bu mövzu ilə bağlı tərtib olunmuş sərgini sizə

təqdim edirik.



1







2




3




4




5




6




7




8




9




10




11




12




13




14




15

1. Başlıq : “Qəhrəmanlıq zirvəsi”

2. Milli Qəhrəman Mübaiz İbrahimovun şəkli

3. Yəhya Yusif Canıyar.Turan Mübarizi (2011)

4. Rəhilə Elçin. Milli Qəhrəmanım Vətən qürurum (2010)

5. Sitat:

6. İlqar Məmmədağa oğlu. Şəhid Mübariz (2010)

7. Mirbəşir Seyidzadə. Qəhrəmanlar zirvəsi (2010)

8. Azərbaycanın Milli Qəhrəmanları (2010)

9. Əntiqə Qoinaq. Vətən səndən keçmək olmaz (2010)

10. Eynəddin Məmmədov. Ölməzlik (2009)

11. Sitat:

12. Ə. İsayev Gəncə şəhidləri (2005)

13. Ə.M.Quliyev, A.Ə. Quliyev. Türk oğlu 17-ci

hücuma hazır ol. (2003)

14. İnternetdən çıxarılmış materiallar

15. Mətbuatda haqqında çıxan məqalələr.
Bu vəsaitdə “ Qəhrəmanlar ölmür” adlı kompozisiyanı sizə

təqdim edirik.

Azərbaycanın himni səslənir. Kitabxanaçı zala daxil olur

və tədbir iştirakçılarını salamlayır. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Tədbir haqqında qısa məlumat verən kitabxanaçı, sözü tədbirin aparıcısına verir.

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə