Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodiki İşlərin Təşkili şöbəsi




Yüklə 115.32 Kb.
tarix22.02.2016
ölçüsü115.32 Kb.
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodiki İşlərin Təşkili şöbəsi



Nə qədər dünyada sevən ürək var

mənim ürəyimdir, mənim ürəyim.

(Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyi ilə bağlı

metodik vəsait)
Gəncə - 2014



SSRİ Dövlət Mükafatı Şöhrət Ordeni



İstiqlal ordeni

Xəzri (Nəbi Ələkbər oğlu Babayev) 1924 -cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri II ci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, Azərbaycan Dövlət Universtitetində, Leninqrad Dövlət Universitetində, Maksim Qorki adına Ədəbiyyat İnstitunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə "Xəzri" təxəllüsü götürmüşdür.Təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazışılar İttifaqında məsləhətçi, sonra isə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan dövlət Televiziya və Radio Verlişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Şairin poetik yaradıcılığında azərbaycançılıqla yanaşı, bəşərilik də mühüm yer tutur. Nəbi Xəzri ana torpağa bütün varlığı ilə bağlıdır. Bu bioloji bağlılıqda insana xas olan ən saf duyğular durur. Onlardan biri də Vətəni sevməkdir, vətənpərlik- dir. Vətənpərvərlik isə üstündə həyata gəldiyin, ayaq tutub yeridiyin, ilk dəfə gözünü açarkən baxdığın, qidalandığın, gözəlliyindən zövq aldığın, Insanları ilə birgə yaşayıb-yaratdığın dünyadır. Həyat vətənpərvərsiz, vətənpərvərlik isə həyatsız ola bilməz.

Bu baxımdan da Nəbi Xəzri vətənpərvərliyi özünə həyat meyarı kimi, insanların daxili aləminin özəyi kimi götürmüşdür.

N. Xəzri şerinin iki misrasında onun vətənpərvərliyinin canı, qanı, döyünən ürəyi, dərin düşüncəsi cəmləşmişdir.


....Şair Nəbi son nəfəsdə

Bu torpağı qucub gedər!


Bu iki misra şairin torpaq qədri bilməsinə, ona minnətdar olmasına və son nəfəsində ana torpağı bağrına basacağına, qucacağına şair sözü verir.

Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin 30-a yaxın şeirlər kitabı və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun şeir və poemaları bolqar, çex, türk və s. dillərə tərcümə edilmişdir. Şairin bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. M. Lermantov, D. Qurabenşvili, A. Tvardovski, A. Prokofyev, Ə. Şükuhi və başqa şairlərin bir sıra seirlərini Azərbaycan dilinə tərcümə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır. Onun ilk dram əsəri olan “Sən yanmasan” Azərbaycan Dövlət Akademik Dram teatrında 1972 ci ildə tamaşaya qoyulmuşdur.

Xalq şairi N. Xəzri “Təmiz ürək”, “Sən laylay deyəndə”, “Qara dəniz nəğməsi”, “Günəşdə ləkə”, “Təbəssüm və göz yaşları”, “Şairin faciəsi”, “Sumqayıt səhifələri”, “Kiçik təpə” adlı poemaların müəllifidir.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş bütün vəzifələrdə xalqımızın mədəniyyəti, tutduğu inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə layiq görülmüşdür.



Nəbi Xəzrinin həyat və fəaliyyətinin əsas

tarixləri
1924 Bakı şəhəri yaxınlığındakı Xırdalan

kəndində tacir ailəsində anadan olmuşdur


1942-1943 İkinci dünya müharibəsində arxa

cəbhədə iştirak etmişdir


1943–1945 "Kommunist" qəzeti redaksiyasında

korrektor və Azərbaycan radiosunda

diktor vəzifələrində çalışmışdır

1945 Yazıçılar İttifaqına üzv seçilmişdir

1945- 1947 Azərbaycan Dövlət Universtitetində

təhsil almışdır


1947-1948 Leninqrad Dövlət Universitetində

təhsil almışdır


1949-1952 Maksim Qorki adına Ədəbiyyat

İnstitunda ali təhsil almışdır


1950 "Çiçəklənən arzular" adlı ilk şerlər

kitabı çapdan çıxmışdır

1951 “Sülh əsgəri” adlı şeiri nəşr

olunmuşdur


1957 “Salxım söyüdlər” adlı şeiri nəşr

olunmuşdur

1952-1957 Azərbaycan Yazışılar İttifaqında

məsləhətçi işləmişdir


1952-1957 Azərbaycan Yazıçılar İttifaqında

məsləhətçi işləmişdir


1957-1958 "Ədəbiyyat və incəsənət" qəzeti

redaksiyasında ədəbi işçi olmuşdur
1958 "Xəzri" təxəllüsünü götürmüşdür
1958 “Vətən və qürbət” şeiri nəşr

olunmuşdur.


1960 “Kim məni xatırlasa” adlı şeiri

nəşr olunmuşdur.


1958-1965 Azərbaycan Yazıçılar İttifaqının

katibi olmuşdur


1965 “Dəniz göy məhəbbət” adlı kitabı

nəşr olunmuşdur.


1965-1971 Azərbaycan Dövlət Televiziya və

Radio Verlişləri Komitəsi sədrinin

müavini işləmişdir
1971-1974 Azərbaycan mədəniyyət nazirinin

müavini vəzifələrində işləmişdir.


1974 Azərbaycanın Xarici Ölkələrlə

Dostluq və Mədəni Əlaqə

Cəmiyyətinin rəyasət heyətinə

sədrlik etmişdir


1992 "Azərbaycan Dünyası" Beynəlxalq

Əlaqələr Mərkəzi adı altında

fəaliyyət göstərən həmin

təşkilatın prezidenti olmuşdur.


2007 Yanvar ayının 15-də səhər saat

10:45-də kəskin işemik insultdan

vəfat etmiş 1-ci Fəxri Xiyabanda

dəfn edilmişdir.



Layiq görüldüyü mükafatlar

* SSRİ Dövlət mükafatı

* Ümumittifaq Lenin Komsomolu mükafatı

* Azərbaycan SSR Dövlət mükafatı

* Lenin ordeni

* Qırmızı Əmək bayrağı ordeni

* Şöhrət ordeni

* İstiqlal oprdeni

* Bolqarıstanın Kiril Metodi ordeni



Əsərləri

* “Seçilmiş əsərləri” I-cild (2004)

* “Seçilmiş əsərləri” II-cild (2004)

* “Əsrin qanlı laləsi” (1996)

* “Ömür çinarından yarpaqlar” ( 1995)

* “Salatın” (1991)

* “Torpaq sənə and içirəm” (1989)

* “Şeir mənim üçün bir kainatdır” (1988)

* “Ağ şimşəklər” (1986)

* “Nəsillər-əsrlər” (1985)

* “Seçilmiş əsərləri” VI-cild (1984)



* “Seçilmiş əsərləri” VI cilddə I cild (1983)

* “Seçilmiş əsərləri” II-cild (1983)

* “Seçilmiş əsərləri” III-cild (1983)

* “Ulduz karvanı” (1979)

* “Dərələr” şeirlər və poemalar (1970)

* “İllər və sahillər” (1969)



Şeirlərinə yazılmış mahnılar

* “Dərələr” Şövkət Ələkbərova musiqisi Emin Sabitoğlu.

* “Mavidir” Elmira Rəhimova musiqisi Emin Sabitoğlu

* “Gələrmi, gəlməzmi” Zeynəb Xanlarova musiqisi Zeynəb Xanlarova

* “Pəncərəmə qondu çiçək” Anatollu Qəniyev musiqisi Tofiq Quliyev

* “Sən danışanda” “Qaya” vokal kvarteti musiqisi Tofiq Babayev

* “Güllərim” Brilliant Dadaşova musiqisi Arif Məlikov

Filmoqrafiya

* On dəqiqəlik poeziya (qisametrajlı film-1965)

* Çiçəklənən Abşeron (televizya filmi-1967)

* Zirvə buludu (film-1972)

* Şeir mənim üçün bir kainatdır(film-1984)

* Nəbi Xəzri (film-1987)



Xalq şairi Nəbi Xəzrinin yaradıcılığının

Kitabxanalarda təbliğı
Bu il Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 ili tamam olur. Bununla əlaqədar olaraq təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, o cümlədən kitabxanalarda müxtəlüf səpgidə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Kitabxanalarda keçirilən tədbirlər içərisində sərgilər mühüm yer tutur. Sərgi vasitəsi ilə oxucular şair və yazıçının əsərləri, yaradıcılığı ilə əyani surətdə tanış olur və oxucu şairin,yazıçının hər hansı bir əsərini oxumaq arzusunda olur. Sərgi müxtəlif başlıqlar altında tərtib oluna bilər bilər:


Nəbi Xəzri-90”

Şair və zaman”

Nəğməkar şair”

Romantik əsərlər müəllifi” və s.

Vətən aşiqi”

İşıq, ziya Nəbisi, poeziya Xəzrisi”



Sərginin təşkili



1.

Başlıq




2.

Portret


Kitabları, şeir parçası və sitatlar.




3.






4




5.




6.





7.



8
Sərgidə N. Xəzrinin yaradıcılığını təbliğ edən əsərlər, haqqında yazılmış materiallar və dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto surətindən də istifadə etmək olar. Eyni zamanda sitatlardan əlavə yazıçının həyat və yaradıcılığının əsas tarixləri qeyd olunan siyahı da vermək olar.
Sərgidə veriləcək sitatlar
Nəbinin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim”.


Nəbi Xəzri
Torpağa bağlılıq, yurd sevgisi, nikbinlik, lirizm hisslərin dərinliyi onun poeziyasında elə lövbər salıb ki, hər bir əsəri oxucuların ürəyinə təsir edərək yaddaşına köçüb.
Flora Xəlilzadə (Yazıçı-publisist)
Böyük sərkərdələr, elm, ədəbiyyat, sənət adamları tarixin hərəkət-bərəkətsiz, başına, boşuna keçməməsinin təminatçılarıdır. Onların yaratdıqları qüdrətdən yaradılmışların bəşər əlavəsidir. Gözəl şairimiz Nəbi Xəzri də onlardan biridir.

Anar Məmmədov (şair)

Kitabxanalarda yuxarı sinif şagirdləri ilə “Nəbi Xəzri yaradıcılığında Vətənə məhəbbət” adlı konfrans da təşkil etmək olar.

Konfransdan öncə onun proqpamı tərtib olunmalı, konfransın keçiriləcəyi yer müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, şairlərin, şagirdlərin adları, çıxış edəcəkləri mövzular tədbirin keçirildiyi məkan və zaman qeyd olunur. Konfransda eyni zamanda Nəbi Xəzri yaradıcılığına yaxından bələd olan yazıçı və şairlərin, jurnalistin çıxışları dinlənilir.
Konfransın planını sizə təqdim edirik:
1. Giriş hissə (Nəbi Xəzrinin həyat və yaradıcılığı haqqında məruzə)

2. Nəbi Xəzrinin yaradıcılığı haqqında yazıçı və şairlərin çıxışları.

3. Nəbi Xəzrinin yaradıcılığında Vətənə bağlılıq və təbiət təsvirləri.

4. Nəbi Xəzrinin “Ana dilim” şeiri

5. Konfransın yekunu.

Şa­ir nə­dən ya­zır­sa-yaz­sın, onun şe­ri­nin ru­hu, ca­nı, may­a­sı Azər­bay­can­­dır. Hət­ta uzaq mət­ləb­lə­rə to­xu­nan­da, baş­­qa el­lə­ri tə­s­vir edən­də də mis­ra­la­rın ar­xa­sın­dan ana yurd boy­la­nır, ana tor­pağ­ın nəb­zi, nə­fə­si duyu­lur. Hə­qi­qi şa­ir qəl­bi, hə­qi­qi ya­zı­çı qəl­bi, hə­qi­qi tən­qid­çi qəl­bi, alim qəl­bi - ümu­miyy­ət­lə, ya­ra­dıcı in­sa­nın qəl­bi, sa­hil­siz dər­ya­la­rı an­dı­rır: Dər­ya­nın sakit vax­tla­rı da olur, fır­tı­na­lı vaxt­la­rı da. Sa­kit vaxt­la­rın­da be­lə onun də­rin­lik­lə­rin­də necə bu­ru­lğ­an­lar ol­duğ­u­nu heç kəs görmür.

Kitabxanalarda Nəbi Xəzrinin yubileyi ilə bağlı şer gecəsi, poeziya saatı, dəyirmi masa, biblioqrafik icmallar, xülasələr də keçirilə bilər.

Hazırladığımız bu vəsaitdə

QƏDƏR DÜNYADA SEVƏN ÜRƏK VAR,
MƏNİM ÜRƏYİMDİR, MƏNİM ÜRƏYİM.”

adlı ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik

Səhnənin divarında Nəbi Xəzrinin portreti asılıb və əsərlərindən ibarət sərgi tərtib olunub.

Səhnəyə iki aparıcı daxil olur!

I Aparıcı:

Salam əziz qonaqlar, tədbir iştirakçıları!



II Aparıcı:

Zamanın ucalığında dayananlar həmişə bütövlüyü, özünəməxsusluğu qoruyub saxlaya biliblər. Bu mənada Nəbi Xəzri o şairlərdəndir ki, onun yaradıcılığı zaman küləyinin əsirliyindən çox uzaqdır. Torpağa bağlılıq, yurd sevgisi, nikbinlik, lirizm hisslərin dərinliyi onun poeziyasında elə kök salıb ki, hər bir əsəri oxucunun ürəyinə, qəlbinə təsir edərək yaddaşına köçüb.


Könlünü poeziyaya bağladığı gündən Nəbi Xəzri elə əsərlərə imza atıb ki, onlar şairə ancan hörmət və rəğbət gətirib.

Nəbi Xəzrini dünyanın hər yerində tanıyırlar. 45-dən artıq ölkədə dəfələrlə kitabı çıxmışdı. Əməkdar mədəniyyət xadimi, bir sıra dövlət mükafatları laureatı Nəbi Xəzri vaxtilə Bolqarıstanın, Monqolustanın, keçmiş Çexoslavakiyanın dövlət mükafatlarına layiq görülmüşdür.

Yüzlərlə şeirin, neçə-neçə poemanın müəllifi idi Nəbi Xəzri.

Aparıcı:


Tədbirimizin bu yerində qonaqlardan birinə söz verək.

Aparıcı:

Nəbi Xəzrinin sözlərinə bəstələnmiş “Dərələr” mahnısını dinləyək.

Oxuyur Şövkət Ələkbərova, musiqisi Emin Sabitoğlunundur.



İ – Oxucu: (Şeir nədir mənimçün?)

Dağlar tək ucadır, ümman tək dərin,

O, mənə qanaddır, mənə inamdır!

Sehirli səsidir o göyün, yerin,

Bir adı ölməzlik, biri ilhamdır!

Ondadır nidası qərinələrin

Cahana “əlvida”, xalqa “salam”dır!

Doğma qardaşıdır əzmin, hünərin,

Şeir basılmayan məğrur qalamdır!

Şöləsi olsa da neçə min sirrin,

Şeirsiz günlərim zülmət axşamdır!

Alnımda şırımı mirvari tərin,

Ömrüm də şeirlə əriyən şamdır!

Aparıcı:

Qonaqlardan birinə söz verək:



Aparıcı:

Nəbi Xəzri poeziyasında olan nikbin ruh onun öz xarakiterindən, şair inamından doğurdu. Bütün əsərlərində bir ideya xüsusilə diqqət çəkirdi. İnsan doğulandan anlamalıdır ki, onun bu dünyadan gedəcəyi gün də var. Amma həmişə yaşayan, dünyada qalan insanın saf niyyəti və əməlləridir. Əgər insan həqiqətən bir qəhrəman kimi yaşasa, onun çəkdiyi zəhmət hədər getməz. Ömrünün üstünü bir ölümsüzlük alar, hətta illərin çoxluğu belə onu qocalda bilməz.



II Oxucu:

Ləpə tək üstümdən keçəcək illər,

Əbədiyyət mənim səhərim kimi.

Əgər qocalsam da Xəzərim qədər,

Cavan qalacağam Xəzərim kimi.

Aparıcı:

Azərbaycan şeirində Nəbi Xəzri yaradıcılığının öz möhtəşəm yeri var. N.Xəzri bütün insanlar üçün ümid qapılarını açıq, bütün ömürləri nur içində arzulayan, dünyanı həqiqətən mavi rəngdə görən bir şair idi.

Ona görə də şeirləri dərin-dərin okeanlardan çox dibi görünən bir ovuc bulaq suyunu xatırladır-aydın və şəffaf.

I Oxucu:

Qarlı bir zirvə olsan,

Ağ buludun olaram.

Dərin xəyala dalsan,

Mən sükutun olaram.

Aparıcı:

Qonaqlardan birinə söz verək.



Aparıcı:

Şairin sözlərinə bəstələnmiş “Mavidir” mahnısını dinləyək .

Oxuyur Elmira Rəhimova, musiqisi Emin Sabitoğlunundur.
I Oxucu: (Dəniz, göy, məhəbbət)

Dənizi hədiyyə verərəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə.

Mən isə...göyləri verirəm,- dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,

Göylər eşqim kimi mənə əzizdir.

Ayrıldıq dənizlə, ağ ləpələrlə,

Necə aparasan? Dəniz dənizdir.


II Oxucu: İstəsən yuxuna gələrəm sənin,

gələrəm dəniz kimi.

Üzünə incilər çilərəm sənin,

çilərəm dəniz kimi.

Yoluna şəfəqlər səpərəm hərdən,

səpərəm dəniz kimi.

İstəsən üzündən öpərəm hərdən,

öpərəm dəniz kimi.

Adını qəlbimin sahillərinə,

yazaram dəniz kimi,

“Sevirəm söyləsən bir axşam mənə,

Susaram dəniz kimi,

Susaram dəniz kimi.
Aparıcı:

Azərbaycan teatr sənətinin inkişafında Nəbi Xəzri dramaturq kimi fəal iştirak etmişdi O, bir sıra maraqlı tamaşaların müəllifi olub. Milli teatrın səhnəsində uğurla oynanılmış “Torpağa sancılan qılınc”, “Əks səda”, “Mirzə Şəfi Vazeh”, “Mənsiz dünya”, “Gecə döyülən qapılar”, “Burla xatun” və digər səhnə əsərləri tamaşaçıların dərin rəğbətini qazanmışdır.



Xalq şairi Nəbi Xəzi lirik şairdir.Lirika onun şerinin canıdır, ruhudur. Şairin lirikasını məhəbbətsiz təsəvvür etmək mümkün deyil. Onun tərənnüm etdiyi insan sevən insandır, məhəbbətsiz insan daxilən boşdur, mənasızdır. Nəbinin lirik qəhrəmanının məhəbbəti sadəcə aşiq-məşuq məhəbbəti deyil, yüksək insani hisslərlə bu sevgi vətən məhəbbətinə, təbiət vurğunluğuna, ümumən humanizm ideyalarına çevrilir.

I Oxucu: Mənim ürəyim

Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.

II oxucu:
Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.

I Oxucu:

Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.

II Oxucu: Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.

I Oxucu: Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,

Mənim ürəyimdir, mənim ürəyim.
Şa­ir nə­dən ya­zır­sa-yaz­sın, onun şe­ri­nin ru­hu, ca­nı, may­a­sı Azər­bay­can­­dır. Hət­ta uzaq mət­ləb­lə­rə to­xu­nan­da, baş­­qa el­lə­ri tə­s­vir edən­də də mis­ra­la­rın ar­xa­sın­dan ana yurd boy­la­nır, ana tor­pağ­ın nəb­zi, nə­fə­si duyu­lur. Hə­qi­qi şa­ir qəl­bi, hə­qi­qi ya­zı­çı qəl­bi, hə­qi­qi tən­qid­çi qəl­bi, alim qəl­bi - ümu­miyy­ət­lə, ya­ra­dıcı in­sa­nın qəl­bi, sa­hil­siz dər­ya­la­rı an­dı­rır: Dər­ya­nın sakit vax­tla­rı da olur, fır­tı­na­lı vaxt­la­rı da. Sa­kit vaxt­la­rın­da be­lə onun də­rin­lik­lə­rin­də necə bu­ru­lğ­an­lar ol­duğ­u­nu heç kəs görmür.

Xalq şairi Nəbi Xəzri bütün ömrü boyu öz vətəninə, xalqına, milli mənəvi dəyərlərinə sadiq olan bir sənətkar olmaqla yanaşı, vətəninin ətirli güllərini, göz oxşayan, könül açan dağlarını, dərələrini, körpə kimi şirin-şirin uyuyan göllərini, Xəzərin günəşli, qumlu sahillərini, min bir nemət yetirən torpağını öz əsərlərində gözəl bədii üslubda tərənnüm etmişdir

İ Oxucu: (Ana dilim)

Səni şəfəq bildim bu cahanda mən,

Bəzən şimşək olub qəzəblə çaxdın.

İlk dəfə dünyaya göz açanda mən

Qəlbimə günəşin özüylə axdın.
Ana gözlərindən süzən nur kimi,

Hopdun ürəyimə sən gilə-gilə,

Hər kəlmən, hər sözün bəzənməyibmi

Mehriban anamın təbəssümüylə?
Ucalır bağçadan bülbülün səsi,

Çay susur, əsməyir çəməndə yel də.

Nə qədər doğmadır onun nəğməsi,

Bülbül də elə bil ötür bu dildə.

Aparıcı:

İndi qonaqlardan birinə söz verək

Aparıcı:

Şairin sözlərinə bəstələnmiş “Qonşuda qız sevənin” mahnısını dinləyək.

Aparıcı:

Əziz tədbir iştirakçıları gecəmizi oxucuların ifasında dinləyəcəyimiz “Kim məni xatırlasa” şeiri ilə başa çatdırırıq.
I Oxucu: Kim məni xatırlasa,

Çixaraq sahillərə,

Mavi Xəzərə baxsın.

Çevrilərək min kərə,

Göy ləpələrə baxsın.

Bilsin, Xəzər mənimdir,

Kim məni xarırlasa.

II Oxucu:

Kim məni xatırlasa,

Gəlsin bulaq başına,

Qoşa şinarı görsün.

Dolanıb dağ başına,

Qalxan yolları görsün.

Coşsun bulaqlar kimi,

Dayansın dağlar kimi,

Kim məni xatırlasa.

I Oxucu:

Kim məni xatırlasa,

Bilsin ki, qəlbim vurur.

Hələ min diləyim var,

Burda keçmişim durur,

Burda gələcəyim var.

Gəzsin Mili, Muğanı,

Kim məni xatırlasa.
SON
Tərtibçi:

Şahnaz Əhmədova

Metodiki İşlərin Təşkili şöbəsinin

böyük metodisti.
Redaktorlar:

Fəridə Qədimova

MKS-nin direktor müavini.
İradə Abbasova

Metodiki İşlərin Təşkili şöbəsinin müdiri.
Kitabxananın ünvanı:

Gəncə şəhəri Nizami-81.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə