Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin təşkili şöbəsi




Yüklə 84.48 Kb.
tarix17.04.2016
ölçüsü84.48 Kb.
Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin təşkili şöbəsi





Əliağa Kürçaylı adlı bir şair vardı”


(Şair Əliağa Kürçaylının anadan olmasının 85 illiyi ilə əlaqədar

metodiki vəsait)


Gəncə - 2013

I-ci bölmə:

Həyat və yaradıcılığı
Gecələr ay olmaq istəyirəm mən...

Sevən ürəklərin məhəbbətindən.

Səma ucalıqda pay almaq üçün,

Ən yüksək qübbəyə ucalmaq üçün.

Ordan nur səpərəm mən incə-incə,

Bu ana torpağa dan sökülüncə.


Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Səlyan rayonu Kür Qaraqaşlı kəndində anadan olmuşdur. Orta məktəbin 9-cu sinfindən çıxıb Zaqafqaziya dəmir yolu idarəsinin Səlyan şöbəsində mühasib, Bakı dəmir yolu texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra isə baş mühasib olmuş, Səlyan dram teatrında eyni vəzifəyə dəyişilmişdir. Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatında müntəzəm çıxış etmişdir. Səlyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir. Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib, ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, ab-havası düşmədiyindən geri qayıdıb. Universitetdə təhsili davam etdirir, eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" dinləyicisi qəzetində şöbə müdiri işləyir. Moskvada ali ədəbiyyat kursunun "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmişdir. Sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında baş redaktor olmuşdur.

1980-ci il fevralın 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Şair Əliağa Kürçaylı əsərlərindəAzərbaycan təbiətinin rəngarəng çalarlarından, insanların işindən, sevgisindən, iyirminci əsrin müxtəlif ictimai hadisələrindən poetik söhbət açır, lirik və epik poemalarında isə müasirlərimizi düşündürən bir sıra ictimai və əxlaqi məsələlərdən danışır.

Şairin yaradıcılığının ana xətti, baş mövzusu bütün həyatının və taleyinin ən uca nəğməsi olan Kür, Muğan, böyüyüb boya-başa yetdiyi Qaraqaşlı kəndidir.

Əməkdar incəsənət xadimi Əliağa Kürçaylı 1978-ci ildə, sağlığında işıq üzü görmüş “Bütövlük” adlı son kitabına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Əliağa Kürçaylının həyat və yaradıcılığının

əsas tarixləri.
1928-ci il Səlyan rayonu Kür Qaraqaşlı

kəndində anadan olmuşdur.




    1. Zaqafqaziya dəmir yolu idarəsi

nin Səlyan şöbəsində mühasib

işləmişdir.




  1. "Sənin gözlərin" adlı ilk şeiri

Ilə ədəbiyyata gəlmişdir.


  1. Yazıçıların I-ci Respublika

müşavirəsində iştirak etmişdir

  1. ADU - nun filologiya fakültəsinə

daxil olmuşdur.
1953-1955 Kommunist qəzeti redaksiyasında

ədəbi işçi, “Ədəbiyyat və incəsənət

qəzetində şöbə müdiri işləmişdir.

1955-1957 Moskvada ali ədəbiyyat kursunun

dinləyicisi olmuşdur.

1959- 1965 "Azərbaycan Gəncləri”qəzeti

redaksiyasında şöbə müdiri

işləmişdir.




    1. Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi olmuş-

dur.


    1. “Literaturnıy Azerbaydjan" jurnalı

redaksiyasında məsul katib,

Azərbaycan Dövlət Nəşriyyatında

redaktor işləmişdir.
1975 Yazıçılar İttifaqında dramaturgiya

bölməsinə rəhbərlik etmişdir.


1978 “Yazıçı”nəşriyyatında ömrünün

axırınadək baş redaktor

işləmişdir.
1980 Uzun sürən xəstəlikdən sonra

vəfat etmişdir.




Görkəmli şəxsiyyətlərin Əliağa Kürçaylı

haqqında dedikləri
“Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram”

Səməd Vurğun. (xalq şairi).


Əliağa Kürçaylı poeziyada ardıcıl surətdə işləyən,çalışan, çox yazan, özü də əsasən yaxşı yazan şairlərimizdəndir.

Cabir Novruz.(xalq şairi)


İstəkli qələm dostumuz Əliağa Kürçaylı bu gün sıralarımızda olmasa da, qiymətli əsərləri səfərindən qalmayacaq. Onların son mənzili, son dayanacağı həmişə oxucuların könül aləmi olacaq.

Bəkir Nəbiyev (akademik)
Günlər keçəcək, şerlərin gəzəcək dodaq-dodaq sənsiz, Məhəbbətin gəzəcək ürək-ürək sənsiz.

Rəsul Rza (xalq şairi)
Nəğməsində Kür harayı, nəfəsində Muğan düzü-

Ömrü boyu oxuduğu kitab idi Muğan düzü.



Məmməd Araz (xalq şairi)
Mən Əliağa Kürçaylını, 1980 – ci ildə vəfat etsə də,bu gün bizimlə bir sırada addımlayan, sabaha doğru addımlarımızda bizimlə bir olan, sevincimizdə də, kədərimizdə də görünən bir şair kimi hiss edir, duyuram.

Vaqif Yusifoğlu (şair)

II-ci bölmə:

Əliağa Kürçaylının yaradıcılığının

kitabxanalarda təbliği.
Nəğməkar şairimiz Əliağa Kürçaylının yubileyi ilə bağlı

kitabxanalarda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu tədbirlərin keçirilməsində şairin əsərlərindən, həyat və yaradıcılığından bəhs edən materiallardan, dövrü mətbuatda çıxan məqalələrdən istifadə olunmalıdır.

Əliağa Kürçaylının poeziyası ilə oxucuları, bu günkü gənc nəsli tanış etmək, yaradıcılığını daha geniş təbliğ etmək məqsədi ilə kitabxanalarda müxtəlif tədbir formalarından istifadə olunmalıdır. Bu tədbir formalarına sərgi, ədəbi-bədii gecə, oxucu konfransı, sual-cavab gecəsi, dəyirmi masa, biblioqrafik xülasə, şer gecəsi, söhbət və s. daxildir.

Ümumiyyətlə keçirilən bütün tədbirlərdə kitab sərgilərinin tərtib olunması vacibdir. Çünki bu sərgilər vasitəsi ilə oxucular,

tədbir iştirakçıları yubilyarın yaradıcılığı, haqqında yazılanlar, mətbuatda çıxan məqalələrlə yaxından tanış olurlar.



Başlıq: Əliağa Kürçaylı – 85





2

3




4

5




6

7




8

9




10 11 12




13 14 15

1. Başlıq: Əliağa Kürçaylı – 85

2. Ə. Kürçaylı. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”,2004, 400 s

3. Azərbaycan sovet yazıçıları. Bakı, “Yazıçı”, 1987, 704 s

4. Ə.Kürçaylı. Bütövlük (şerlər və poemalar) Bakı, “Yazıçı”

1978, 598 s.

5. Ə. Kürçaylı Dünya ovcumdadır. Bakı, “Gənclik”, 1976, 247 s
6. Sitat: Mən səndən bir yaşıl budaq istədim

Sən mənə bəxş etdin zümrüd meşələr,

Mən səndən kiçik bir otaq istədim,

Sən mənə bəxş etdin dilbər guşələr.


7. Ə.Kürçaylı. Yollarda axtar məni. (şerlər və poemalar) Bakı,

“ Gənclik”, 1970, 186 s.

8. Ə. Kürçaylı. Durnalar cənuba uçur. Bakı, “Gənclik”,

1967, 254 s.


9. Sitat: Gecələr ay olmaq istəyirəm mən...

Sevən ürəklərin məhəbbətindən

Səma ucalıqda pay almaq üçün,

Ən yüksək qübbəyə ucalmaq üçün...

Ordan nur səpərəm mən incə-incə

Bu ana torpağa dan sökülüncə.


Tərcümələri.
10. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr,

1975, 253 səh.

11. Aligyeri Dante. İlahi komediya. Bakı: Azərnəşr,

1973, 546 səh.

12. Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik,

1971, 170 səh.

13. Ə.Kürçaylı haqqında yazılmış materiallar

14. Dövrü mətbuatda çıxan məqalələr

15. İnternetdən çıxarılmış materiallar.

Kitabxanalarda keçirilən, çox sayda oxucunu əhatə edən tədbirlərdən biri də şer gecəsidir.

Vəsaitdə “Əliağa Kürçaylı poeziyası” adlı şer gecəsinin ssenarisini sizə təqdim edirik:

Tədbirin keçirildiyi zalda Ə.Kürçaylının yaradıcılığını əks etdirən sərgi tərtib olunmuşdur.


Aparıcı:

Əziz və hörmətli qonaqlar, tədbir iştirakçıları, sevimli şairimiz Ə. Kürçaylının anadan olmasının 85 illiyi ilə bağlı yığışdığımız bu tədbirdə hamınızı xoş gördük. Bu gün biz Ə. Kürçaylının şeirlərindən parçalara dulaq asacaq, hörmətli qonaqlarımızın şair haqqında dəyərli fikirlərini eşidəcək və şairin sözlərinə yazılmış mahnıları dinləyəcəyik.

Ə. Kürçaylı poeziya aləmində bir kimsəyə bənzəmədi və bir kimsə də ona bənzə yə bilmədi. Şeirə, sənətə bir çoxlarının gəldiyi kimi qədəm basdı, öncə ustad Səməd Vurğunun şeir yolunu tutdu, onun qayğısını, himayəsini hiss etdi, poetik dərslərindən faydalandı, amma çox keçmədən poeziyada öz yolunu, cığırını seçdi, o bu yolla getdi.

Onun poetik səsi, nəfəsi yenə aydınca eşidilir, bir kimsənin səsinə, nəfəsinə qarışacağı yoxdur.


Qu quşu nəğməni bir ağız deyir,

Ömründə bir ağız..

Amma nəğmə ha...
İndi sözü ADU-nin filologiya fakültəsinin II-ci kurs tələbəsi Məmmədova Aytənə verək:
Bir quru adınla könlüm sevindi,

Nə çörək olmusan, nə dövlət mənə,

Başqa bir peşəni seçsəydim indi

Bəlkə qismət idi var-dövlət mənə.

Həmdəmim olardı bəlkə nəşələr,

Dolmazdı qəlbimə el dərdi- qəmi.

Bu dünya yanğına düşsəydi əgər,

Odu odlamazdı yenə sinəmi.


Fəqət düşünmədim bu “səadəti”,

Bir sənə bağladım ürək odumu.

Elə bil qazandım əbədiyyəti

Şair cərgəsində görüb adımı.


Aparıcı:

XX əsr Azərbaycan poeziyasını Əliağa Kürçaylısız təsəvvür etmək mümkün deyil. Qırxıncı illərin sonlarında ədəbiyyata gələn Əliağa Kürçaylı otuz beş illik yaradıcılığı ərzində poeziyamızı gözəl və lirik şeirləri, poemaları ilə zənginləşdirmiş, sənətdə özünəməxsus poetik dəsti-xətti ilə seçilib fərqlənmişdir.

Əliaqğa Kürçaylı yaradıcılığı haqqında məlumat vermək üçün sözü Gəncəbasar yazıçılar birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Məmməd Alimə verək.

Aparıcı:

Biz bilmirik Kürçaylı necə sevib, hicran alovunda yanıbmı, ilk sevgi məktubunda hansı sözlər sıralanıb, amma onu bilirik ki, onun sevgi şeirləri var və bu şeirlər o qədər təmiz, o qədər saf hisslərdən yoğrulub ki, bu gün də təravətini itirməyib.

İllər keçəcək bu dünyada sevənlərin dilində həmişə bu mahnılar gəzəcək.

İndi sevimli şairimizin sözlərinə yazılmış “Təki sən səslə məni” mahnısını dinləyək...


I Oxucu: Gecələr ay olmaq istəyirəm mən,

Pərdəli-pərdəsiz pəncərələrdən

Dolmaq istəyirəm neçə otağa.

Mən neçə süfrəyə, neçə çırağa

Baxmaq istəyirəm hamıdan pünhan

Səma tağlarının ucalığından.


II Oxucu: Gecələr ay olmaq istəyirəm mən...

Şirin laylaları ana dilindən,

Ana dodağımdan eşidim deyə.

Mən ağlı-qaralı neçə taleyə

Baxmaq istəyirəm ağarınca dan

Səma tağlarının ucalığından.


I Oxucu: Gecələr ay olmaq istəyirəm mən...

Bir günlük işindən qayıdıb gələn

Qabarlı əlləri öpmək eşqinə.

Yorgun röyaların şirinliyinə

Keşik çəkmək üçün sakit, müehriban

Səma tağlarının ucalığından.



Aparıcı:

Ə. Kürçaylının doğma Səlyana, ana Kürə bağlılığı, vətəninə olan sevgisi haqqında danışmaq üçün sözü şair Nadir Ovçuya veririk:


II Oxucu: Sən mənə ömür boyu

Bir bulanlıq Kür suyu,

Bir söyüd yarpağı ver.

Canımdan əziz olan,

Üstündə çiçək solan

Şor Muğan torpağı ver.


I Oxucu: Mən onda hara düşsəm,

Hansı diyara düşsəm

Deyərəm vətəndəyəm.

Sən ey Milim, Muğanım,

Doğma Azərbaycanım,

Deyərəm ki, səndəyəm.



Aparıcı:

Ə.Kürçaylı əsil şair ömrü yaşadı. Bir şair adını gələcək nəsillərə və əsrlərə çatdırmaq üçün bu qısa ömür də bəs elədi. İndi şairin sözlərinə yazılmış “Mən sənin yanına qışda gələrdim” mahnısını dinləyək.



Aparıcı:

Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər

də adlandırırlar.

Çox yanırsan dedilər,

Odlanırsan dedilər;

Vətən üçün alışan

Mən yox, ürəkdi-dedim.

Söz verilir Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisı

Bəxtiyar Muradova.

Aparıcı:

İndi də 5 saylı orta məktəbin 6-cı sinif şagirdlərinin ifasında şairin “Bəndəm” şeirini eşidək..

Ömür karvan keçən yollara bənzər,

Ona yük olmasın, dövlət, simü-zər.

Ayı keşməkeşli ilə bərabər;

Günü əsr boyda bir aya bəndəm,


Getsəm də nə qədər kəndə, şəhərə,

Baxsam da cənnətə bənzər yerlərə-

Dənizlər deyəndə bəhri – Xəzərə,

Çaylarda Kür adlı bir çaya bəndəm.


Mənim doğma anam – Azərbaycanım,

Taleyim, vüqarım, eşqim, həyanım,

Yolunda ölümə hazırdır canım,

Ey Vətən, ey Vətən, bir haya bəndəm!



Aparıcı:

Şairin sözlərinə yazılmış “Heç xəbərin yoxdu sənin” mahnısını dinləyək.



Aparıcı:

İllər keçəcək, Əliağa Kürçaylını, bu qəlbi bahar şairi həzinliklə, qəribə bir kövrəkliklə xatırlayacağıq.

Dünyada bir Kür çayı var. Dünyada Əliağa Kürçaylı adlı bir şair vardı. Ölümündən illər keçməsinə baxmayaraq indi də var...

Baxın, diqqətlə baxın, göydəki Aya, yerdəki Kür çayına, poeziyamızın budaqlarına və yarpaqlarına, bircə “Səslə məni” şeirini

söyləyin. O, gələcək, mütləq gələcək.
Harda olsam gələrəm,

Təki sən səslə məni,

Darda olsam gələrəm,

Təki sən səslə məni.


Bununla da tədbirimiz başa çatır.

SON.

Ədəbiyyat siyahısı
1. Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 1953, -16 səh.

2. Salam gələcək illər. Bakı: Azərnəşr, 1954, -112 səh.

3. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1956, 212 səh.

4. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh.

5. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.

6. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, S səh.

7. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.

8. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.

9. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.

10.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.

11.Yollarda axtar məni. Bakı: Gənclik, 1970, 180 səh.

12.Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.

13.Dünya ovcumdadır. Bakı: Gənclik, 1976, 243 səh.

14.Bütövlük (şeirlər və poemalar) Bakı:Yazıçı, 1978, 60 səh.

15.Ülkər (şeirlər və poemalar) Bakı: Yazıçı, 1980, 23 səh.

16.Qəlbin sıxılsa əgər... (şeirlər və poemalar) Bakı:Yazıçı 300 səh.

17.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).



Tərcümələri (ruscadan)
1. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr,

1965, 182 səh.

2. Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik,

1971, 170 səh.

3. Aligyeri Dante. İlahi komediya. Bakı: Azərnəşr,

1973, 546 səh.

4. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr,

1975, 253 səh.



İstifadə olunmuş ədəbiyyat
1. Əlamətdar və tarixi günlər təqvimi – 2013Azərbaycan Milli

Kitabxanası . Bakı, Xaqani küç. 29,438 s.



  1. Əliağa Kürçaylı. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” ,

2004, 400 s.

3. Azərbaycan sovet yazıçıları(ədəbi sorğu kitabı) Bakı,

“Yazıçı”, 1987, 704 s.


  1. Dünya ovcumdadır. Bakı, “Gənclik” ,1978, 242 s.

5. Bütövlük (şeirlər və poemalar) Bakı, “Yazıçı”, 1978, 596 s.

6. Yollarda axtar məni, Bakı, “Gənclik”, 1970, 190 s.

7. Dürnalar cənuba uçur. Bakı, “Gənclik”, 1967, 254 s.

8. Ülkər, Bakı, “Yazıçı”, 1980, 234 s.



Dövrü mətbuatda.


  1. Yusifli Vaqif.Dünya səndən kimlər keçdi: Əliağa Kürçaylı haqqında Söz // 525-ci qəzet.- 2012.- 15 sentyabr.- N 167.- S. 26.

  2. Əliağa Kürçaylı // Kaspi.- 2010.- 27-29.- N 209.- S. 15.

  3. Vahid Təranə. Əliağa Kürçaylı adlı bir şair vardı // Mədəniyyət.-2011.- 25 noyabr.- №87.- S. 12.

4. Kürçaylı Əliağa.Mənim nəyim var? : Şeir / Ə. Kürçaylı // Yeni

Azərbaycan.- 2011.- 05 fevral.- № 22.- S. 11.



  1. Əlövsət Bəşirli. Çıxıram qəlblərin səyahətinə:{Şair Əliağa

Kürçaylı} // 525-ci qəzet.- 2010.- 18 dekabr.- № 232.- S.21.

  1. Şəhla Qaryağdıoğlu.Dünya mənə zindan oldu: {Şair Əliağa

Kürçayının 80 illiyi} // Mədəni-maarif.- 2008.- № 11.- S. 45-52.

  1. Qulam Sadıq.Bahar ömürlü şair: {Əliağa Kürçaylı} //

Mədəniyyət.- 2008.- 14 iyun.- № 52.- S. 12.

  1. Hacızadə Nahid.Ellər xatırlayar məni: {Əliağa Kürçaylı-80} //

Ədəbiyyat.- 2008.- 11 iyul.- № 26.- S. 3.


Əliağa Kürçaylının sözlərinə bəstələnmiş mahnılar.
1.”Gəl barışaq” – Mus: Elza İbrahimova.

2. “Gedək üzü küləyə” - Elza İbrahimova.

3. “Mən sənin yanına gəlirdim” - Elza İbrahimova.

4. “Səslə məni” - Elza İbrahimova.

5. “Buludlar” - Vasif Adıgözəlov.

6. “Mən gəzirəm hər yanı” - Vasif Adıgözəlov.

7. “Qarabağım mənim” – Zəfər Cəfərov.
İnternetdə
1.www.Qoogle. az

Tərib edənlər:
Şahnaz Əhmədova

MKS- nin Metodiki İşlərin təşkili şöbəsinin

böyük metodisti.
Rəqibə Rüstəmova.

MKS- nin Metodiki İşlərin təşkili şöbəsinin

metodisti.
Kompüterdə yığan:

Şahnaz Əhmədova.


Redaktor:

Abbasova İradə



Metodiki İşlərin təşkili şöbəsinin müdiri




Gəncə şəhər Mərkəzləşdiirirlmiş Kitabxana Sistemi. 2013.
Ünvan : Nizami Gəncəvi küç.81.
Tel: 256-32-02
www. Gencekitab. az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə