GƏnc liderlər uşaq вя Эянъляр T




Yüklə 9.75 Kb.
tarix24.04.2016
ölçüsü9.75 Kb.
GƏNC LİDERLƏR Uşaq вя Эянъляр Təşkilatı www.liderler.tk

YOUNG LEADERS Child Анд Йоутщ Organization

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Aşırım, ev 73q; genc-liderler@mail.ru

Telefon: + 994 (012) 441-29-79; (070) 246-60-61; (050) 501-20-14




"LİDERLİK MƏKTƏBİ"NİN AÇLIŞI OLDU

Bu gün “Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı(UGT) «Uşaq İli» çərçivəsində sentiyabr ayının 4-dən oktyabr ayının 4-dək məktəblilər üçün «Liderlik Məktəbi» layihəsinin təqdimatını edib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı deyib ki, layihənin reallaşdırılmasında məqsəd məktəblilərin lider kimi yetişməsinə təkan vermək, onlarda natiqlik qabiliyyətinin, ictimai fəallığının yüksəldilməsinə dəstək verməkdir. F. Şahbazlı deyir ki, «Liderlik məktəbi»ndə ilkin mərhələdə 25 məktəbli iştirak edir. Məktəbdə məktəblilərə Uşaq hüquqları ilə yanaşı, məktəblilərə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və çağdaş ictimai-siyasi həyatı ilə bağlı təlimlər keçiriləcək. Təşkilat sədrinin sözlərinə görə, layihədə əsas məqsədlərdən biri də ölkə prezidentinin uşaq və gənclərlə bağlı siyasətinə dəstək verməkdir.

Daha sonra çıxış edən Millət vəkili Nazim Məmmədov layihənin əhmiyyətindən danışaraq, «Liderlik məktəbi»nin məktəblilərin gələcək inkişfaı üçün mühüm əhəmiyyət daşdığını deyib. Deputat liderlik keyfiyyətinin əsaslarından danışaraq, liderlerin hər bir ölkənin tarixindəki rolundan danışıb. N.Məmmədov məktəblilərə liderliyin statusu və məsuliyyəti barədə danışıb.

Digər millət vəkili Aydın Mirzəzadə «Liderlik məktəbi» layihəsi yüksək qiymətləndirdiyini deyib. Deputat Azərbaycan xalqının daim bəşəriyyətə böyük liderlər təqdim etdiyini deyərək, bu sırada ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, millət vəkili Mehriban xanım Əliyevanı qeyd edib. A.Mirzəzadə əsl liderin xüsusiyyətləri barədə uşaqlara maraqlı bilgilər verib.

Xatırladaq ki, məktəblilərlə təlimçi qismində görüşlərə keçirəcək ictimai-siyasi xadimlər də artıq bəllidir. Bu sırada millət vəkillərindən Fəttah Heydərov, Qənirə Paşayeva, Nazim Məmmədov, Aydın Mirzəzadə, Yaqub Mahmudov, Zahid Oruc, Məlahət Həsənova, QHT-lərdən Tənzilə Rüstəmxanlı, Aydın Xan və Akif Nağı, mediadan Elçin Mirzəbəyli, Akif Aşırlı və Yunus Oğuz və digərləri var. «Liderlik məktəbi» çərçivəsində məktəblilərin ölkənin bir sıra rayonlarına səfərləri də təşkil olunacaq.



Layihənin sonunda fərqlənən məktəblilər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar

Tədbir müzakirələrlə davam edib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə