Gənc İnformatiklər” müsabiqəsinin keçirilməsi haqqinda Əsasnamə Müsabiqənin rəsmi adı




Yüklə 35.05 Kb.
tarix27.02.2016
ölçüsü35.05 Kb.
Məktəblilər arasında informasiya texnologiyaları layihələri üzrə

Gənc İnformatiklər” müsabiqəsinin keçirilməsi haqqinda



ƏSASNAMƏ


  1. Müsabiqənin rəsmi adı

  • Ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında informasiya texnologiyaları layihələri üzrə “Gənc informatiklər” müsabiqəsi.




  1. Müsabiqənin məqsədi

  • İnformasiya texnologiyalarının (proqramlaşdırma, veb-dizayn, multimediya) tətbiqi sahəsində istedadlı uşaq və gəncləri aşkar etmək;

  • Tələbələrin və məktəblilərin müasir informasiya və kommunikasiya texnologiyalarına (İKT) marağını artırmaq;

  • Gənclərin İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək;

  • Gənclərin yaradıcılıq təxəyyülünü və qabiliyyətini inkişaf etdirmək;

  • Tədris prosesində İKT-nin tətbiqini stimullaşdırmaq.




  1. Müsabiqənin Təşkilat Komitəsi

  • Müsabiqə Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsi tərəfindən təsis edilmişdir. Müsabiqənin təşkilati işlərini təsisçilər tərəfindən müəyyən edilmiş Təşkilat Komitəsi həyata keçirir. Təşkilat Komitəsi dövlət, qeyri-hökumət qurumları və özəl şirkətlərin nümayəndələrindən ibarət olur.



  1. Müsabiqənin Münsiflər Heyəti

  • Müsabiqənin münsiflər heyəti informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış mütəxəssislərdən, elm xadimlərindən, İKT şirkətlərinin, QHT-lərin və aidiyyatı dövlət orqanlarının nümayəndələrindən ibarətdir.

  • Münsiflər heyətinin tərkibini müsabiqənin Təşkilat Komitəsi təsdiq edir və KİV-də yerləşdirir.




  1. Müsabiqənin keçirilmə vaxtı

  • Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan müsabiqə hər ilin birinci yarısında təşkil olunur. Müsabiqənin müddəti, eləcə də ayrı-ayrı mərhələlərin tarixləri Təşkilat Komitəsi tərəfindən müəyyən edilir və müsabiqənin başlamasına ən azı 1 ay qalmış kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanır.




  1. Müsabiqənin təşkili forması

  • Müsabiqə 3 mərhələdən (hazırlıq, seçim, final) və mükafatlandırma mərasimindən ibarətdir:

  1. Hazırlıq mərhələsində

      • Müsabiqədə iştirak üçün müraciət edənlərin ərizələr qəbul olunur,

      • Ərizələri qəbul edilmiş iştirakçıların qeydiyyatı aparılır,

      • Layihələrə rəhbərlik edəcək müəllim və müəllim asistentləri təlimlərə cəlb edilir.

  2. Seçim mərhələsində

      • İştirakçılar tərəfindən hazırlanmış layihələr Münsiflər Heyətinin üzvlərinə təqdim edilir,

      • Münsiflər Heyətinin qiyabi qiymətləndirməsi əsasında finalçılar müəyyən edilir.

  3. Final mərhələsində

      • İştirakçılar öz bilik və bacarıqlarını əyani şəkildə nümayiş etdirir,

      • İştirakçılar Münsiflər Heyəti qarşısında öz layihələrini müdafiə edirlər,

      • Münsiflər Heyətinin gizli səsverməsi əsasında müsabiqənin qalibləri müəyyən olunur.

  4. Mükafatlandırma mərasimində müsabiqəyə yekun vurulur və qaliblər mükafatlandırılır.




  1. Müsabiqənin məzmunu

  • Müsabiqə ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagirdləri və tələbələri arasında təşkil olunur. Müsabiqə istiqamətlərdən asılı olaraq, fərdi qaydada və komandalar arasında keçirilir.

  • Şagirdlər tərəfindən təqdim olunan hər bir layihə iştirakçının (iştirakçıların) təhsil aldığı müəssisənin müəllimi və müəllim asistentinin rəhbərliyi ilə hazırlanır.

  • Təhsil müəssisəsindən təqdim olunan layihələrin sayına məhdudiyyət qoyulmur.

  • Hər bir iştirakçı və ya komanda müsabiqədə yalnız bir layihə ilə iştirak edə bilər. Əvvəlki illərin qalibləri növbəti müsabiqədə iştirak edə bilməzlər.

  • Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:

  1. Veb-sayt (İnternet səhifə) hazırlanması

  2. Bloqların hazırlanması

  3. Təqdimat işlərinin hazırlanması

  4. Mətn yığıcılığı


7.1. Veb-sayt (internet səhifə) müsabiqəsi

  • Veb-saytların hazırlanması üzrə müsabiqə komandalar arasında keçirilir. Hər komanda eyni təhsil müəssisəsindən olan 3 nəfərdən ibarət olmalıdır.

  • Müsabiqədə orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, ali və orta-ixtisas məktəblərinin tələbələri iştirak edə bilərlər.

Seçim mərhələsi. Komandalar Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş vaxt ərzində püşkatma yolu ilə seçilən mövzular üzrə internet səhifələr hazırlayırlar. Münsiflər Heyətinin qiymətləndirməsi əsasında ən yaxşı layihələr finala vəsiqə qazanır.

Final mərhələsi. Finalçılar Münsiflər Heyəti qarşısında öz işlərini müdafiə edirlər və gizli səsvermə əsasında qaliblər müəyyən edilir.
7.2. Bloq müsabiqəsi

  • Bloqların hazırlanması üzrə müsabiqə həm fərdi qaydada, həm də komandalar arasında keçirilir. Komandalar eyni təhsil müəssisəsindən olan 2 nəfərdən ibarət olmalıdır.

  • Müsabiqədə orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, ali və orta-ixtisas məktəblərinin tələbələri iştirak edə bilərlər.

Seçim mərhələsi. Komandalar Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş vaxt ərzində püşkatma yolu ilə seçilən mövzular üzrə bloqlar hazırlayırlar. Münsiflər Heyətinin qiymətləndirməsi əsasında ən yaxşı layihələr finala vəsiqə qazanır.

Final mərhələsi. Finalçılar Münsiflər Heyəti qarşısında öz işlərini müdafiə edirlər və gizli səsvermə əsasında qaliblər müəyyən edilir.
7.3. Təqdimat müsabiqəsi

  • Təqdimat işlərinin hazırlanması üzrə müsabiqə komandalar arasında keçirilir. Hər komanda eyni təhsil müəssisəsindən olan 2 nəfərdən ibarət olmalıdır.

  • Müsabiqədə orta ümumtəhsil məktəblərinin 5-8-ci sinif şagirdləri iştirak edə bilərlər.

  • Təqdimat işlərinin hazırlanmasında istifadə olunan proqramlara heç bir qadağa qoyulmur.

Seçim mərhələsi: Komandalar Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş vaxt ərzində püşkatma yolu ilə seçilən mövzular üzrə təqdimatlar hazırlayırlar. Münsiflər Heyətinin qiymətləndirməsi əsasında ən yaxşı layihələr finala vəsiqə qazanır.

Final mərhələsi: Komandaların əyani şəkildə mübarizə apardığı bu mərhələdə Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş yeni mövzular üzrə 3 saat ərzində təqdimat işləri hazırlanır və finalçılar Münsiflər Heyəti qarşısında öz işlərini müdafiə edirlər.
7.4. Mətn yığıcılığı müsabiqəsi

  • Mətn yığıcılığı üzrə müsabiqə orta ümumtəhsil məktəblərinin 1-4-cü sinif şagirdləri arasında fərdi qaydada təşkil olunur və 2 əyani mərhələdə keçirilir.

  • Bu müsabiqədə hər məktəbdən yalnız 1 şagird iştirak edə bilər.

Seçim mərhələsi: Münsiflər Heyəti tərəfindən tərtib edilmiş mətnin Microsoft Word proqramında yığılması üzrə əyani müsabiqə keçirilir və onlar arasında Münsiflər Heyətinin qiymətləndirməsi əsasında seçim aparılır.

Final mərhələsi: Seçilmiş şagirdlər arasında Münsiflər Heyəti tərəfindən tərtib edilmiş yeni, nisbətən mürəkkəb mətnin yığılması üzrə əyani müsabiqə keçirilir.


  1. Ərizələrin qeydiyyatı

  • Müsabiqədə iştirak etmək istəyənlər ərizə formasını müsabiqənin elektron poçt ünvanına göndərə və ya Sumqayıt şəhər Təhsil şöbəsinə şəxsən təqdim edə bilərlər.

  • İddiaçılar sırasından iştirakçıların seçimi Münsiflər Heyəti tərəfindən qəbul edilmiş formaya uyğun tərtib edilmiş ərizə əsasında aparılır.

  • Müsabiqədə iştirak üçün ərizə müsabiqənin hazırlıq mərhələsinin sonuna qədər təqdim edilməlidir. Ərizə formasının bütün boş yerləri doldurulmalıdır.



  1. Layihələrə qoyulan tələblər

  • Layihələr Windows 2000/XP əməliyyat sistemli fərdi kompüterdə baxılmaq üçün yararlı olmalı və Təşkilat Komitəsinə məlumat daşıyıcısında təqdim edilməlidir.

  • Qeyri-standart (UNICODE olmayan) şriftlərdən istifadə olunduqda onlar layihə ilə birlikdə “Fonts” qovluğunda təqdim edilməlidir.

  • Müsabiqə layihələrinə “Source” qovluğunda bütün mənbə faylları mütləq əlavə olunmalıdır.

  • Layihə elan edilmiş nominasiyaya uyğun gəlmirsə və ya bu Əsasnamənin tələblərinə cavab vermirsə, Münsiflər Heyəti ərizəçini xəbərdar etməklə müvafiq düzəliş edə, yaxud qeydiyyatından imtina edə bilər. Qeydiyyatdan imtina şərh edilmir.




  1. Layihələrin qiymətləndirilməsi

  • Müsabiqə iştirakçılarının ərizələri Əsasnamənin şərtlərinə və layihələrə qoyulan tələblərə uyğunluq baxımından müsabiqənin Münsiflər Heyəti tərəfindən qiymətləndirilir. Bundan sonra müsabiqə iştirakçılarının siyahısı, təqdim edilmiş işlərin qısa məzmunu və qeydiyyat tarixi kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanır.

  • Münsiflər Heyəti tərəfindən müsabiqənin hər 4 istiqaməti üzrə işlərin qiymətləndirilməsi üçün meyarlar tərtib olunur. Qiymətləndirmə meyarları müsabiqənin hazırlıq mərhələsi zamanı bütün iştirakçılara təqdim olunur və kütləvi informasiya vasitələrində yerləşdirilir. Layihələr hər bir kriteriya üzrə Münsiflər Heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilir.

  • Finalçıların sayı iştirakçıların sayından asılı olaraq Münsiflər Heyəti tərəfindən müəyyən edilir.

  • Münsiflər Heyətinin qiymətləri əsasında aşağıdakı nominasiyalar üzrə müsabiqənin qalibləri müəyyən edilir:

I. İnternet səhifələr üzrə nominasiyalar

      1. Ən yaxşı internet səhifə

      2. Tərtibatına və dizaynına görə ən yaxşı internet səhifə

      3. Məzmununa görə ən yaxşı internet səhifə

      4. Proqramçı işinə görə ən yaxşı internet səhifə

      5. Orijinal mövzu baxımından ən yaxşı internet səhifə

II. Bloqlar üzrə nominasiyalar

  1. Ən yaxşı bloq

  2. Tərtibatına və dizaynına görə ən yaxşı internet səhifə

  3. Məzmununa görə ən yaxşı internet səhifə

  4. Orijinal mövzu baxımından ən yaxşı internet səhifə

III. Təqdimat işləri üzrə nominasiyalar

  1. Ən yaxşı təqdimat işi

  2. Tərtibatına və dizaynına görə ən yaxşı təqdimat işi

  3. Məzmununa görə ən yaxşı təqdimat işi

  4. Proqramçı işinə görə ən yaxşı təqdimat işi

  5. Orijinal mövzu baxımından ən yaxşı təqdimat işi

IV. Mətn yığıcılığı üzrə nominasiyalar

  1. İlin vunderkindi

  2. Uşaqlar arasında ən çevik informatik

  3. Uşaqlar arasında ədib informatik

  4. Uşaqlar arasında ən səliqəli informatik




    • Münsiflər Heyəti müsabiqənin xüsusi qaliblərini (qiymətləndirmə meyarlarını nəzərə almadan əlahiddə nailiyyətlərlə seçilən layihələri) elan edə bilər.




  1. Qaliblərin mükafatlandırılması

  • Müsabiqənin qalibləri Təşkilat Komitəsinin, Münsiflər Heyətinin, sponsorların, aidiyyatı dövlət qurumlarının, elm və təhsil ocaqlarının, İKT şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən təntənəli mərasimdə mükafatlandırılır.

  • Qaliblərə fəxri fərman, müsabiqənin rəmzi heykəlciyi və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunur.

  • Mükafat fondu, eləcə də digər təşkilati xərclər təşkilatçıların və sponsorların dəstəyi hesabına formalaşdırılır. Bütün dövlət, özəl və qeyri-hökumət qurumları Təşkilat Komitəsinin razılığı əsasında öz mükafatlarını təsis etməklə müsabiqənin təşkilində və qaliblərin mükafatlandırılmasında iştirak edə bilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə