GƏLƏCƏk bu güNDƏn başlayir” GƏncləR ÜÇÜn mübadilə proqrami




Yüklə 10.35 Kb.
tarix30.04.2016
ölçüsü10.35 Kb.




Ü.Hacıbəyov küç. 1/20. АЗ-0900, BƏRDƏ, AZƏRBAYCAN, Tel.: + 994 (110) 537 16;

E-mail: gigt_barda@yahoo.com


08/01/2007

PRESS RELIZ
GƏLƏCƏK BU GÜNDƏN BAŞLAYIR”

GƏNCLƏR ÜÇÜN MÜBADILƏ PROQRAMI
01 Noyabr 2006 – 02 Yanvar 2007-cı il tarixlərində “Gələcəyə İnam” Gənclər İctimai Birliyi Belçikanın “Club Harmony” Təşkilatı ilə birgə Avrokomissiyanın JİNT-Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gələcək bu gündən başlayır” adlı gənclər üçün mübadilə proqramının 2-ci, əsas hissəsi Belçıkanın Antverpen şəhərində həyata keçirildi.

Bu proqramın əsas məqsədi: 4 ölkənin (Azərbaycan, Belçika, Rusiya, Latviya) gənclərini bir araya yığaraq onlarla birlikdə “Bərabər imkanlar” və “Narkotiklərdən sui istifadə” mövzularında fikir mübadiləsi aparmaq idi.

Proqrama hər ölkədən 9 nəfər müxtəlif təşkilatlarda institutlarda, məktəblərdə çalışan gənclər seçilib, proqrama cəlb olunmuşdular.

Proqramın 1-ci hissəsində hər 4 ölkənin koordinatorları Belçikanın Antverpen şəhərində 2-3 dekabr 2006-cı ildə görüşərək mübadilənin proqramını müzakirə etmişdirlər. Azərbaycan komandasını bu gürüşdə koordinator kimi Sadiq Rzayev təmsil etmişdir.

Proqramın 2-ci əsas hissəsi 2006-cı il dekabr ayının 25-dən başlamışdır və 02 yanvar 2007-ci il tarixdə başa çatmışdır. Proqramın bu hissəsinə 4 ölkədən 36 nəfər gənc qatılaraq “Bərabər imkanlar” və “Narkotiklərdən sui istifadə” mövzularında fikir mübadiləsi aparmışdırlar.

Layihə çərçivəsində komandaların xərclərinin bir hissəsini Avrokomissiyanın JİNT-Milli Agentliyinin tərəfindən təmin edilirdi. Lakin proqramda iştirak etmək üçün hər ölkənin komandaları 3242 avro məbləğində iştirakçı haqqı keçirtməli idi. Azərbaycan komandasının maliyyə axtarışı bir fayda verməsədə, iştirakçılar şəxsi maliyyələri hesabına bu proqramda iştirak etmişdirlər.

Hörmətlə,

“Gələcəyə İnam” Gənclər İctimai Birliyinin



İctimai Əlaqələr Şöbəsi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə