Gaz açarlarında elegazdan istifadə edilməsinin üstünlükləri




Yüklə 0.73 Mb.
səhifə1/5
tarix21.04.2016
ölçüsü0.73 Mb.
  1   2   3   4   5



  1. Gaz açarlarında elegazdan istifadə edilməsinin üstünlükləri.

Eleqaz açarlar qaz açarları qrupuna aid olub, son 25 – 30 ildə sürətlə istehsalına başlanılmış və böyük perspektivlərə malikdir.

Qövsün söndürülməsi zamanı yüksək elektrik möhkəmliyinə malik olması və elektromənfi qazların digər məlum üstünlükləri konstruktorlarda qaz açarlarında eleqazdan istifadə etməyə maraq oyatmışdır.

Eleqaz (altıflüorlukükürd SF6), freon (CCF2) və digər elektromənfi qazlar sərbəst elektronları tutmaq və öz neytral molekullarına birləşdirmək xassəsinə malikdirlər. Bu zaman yaranan mənfi ionlar eyni ilə müsbət ionlar kimi sürətə malik olduqlarından asanlıqla rekombinasiya edirlər və yenidən neytral molekullara çevrilirlər.

Cəld elektronlarla zəif sürətlə müsbət ionların rekombinasiyasına nisbətən belə rekombinasiyaların ehtimalı daha böyükdür.

Elektrik yüklü hissəciklərin intensiv rekombinasiyaları ilə kontaktlar arası aralığının keçiriciliyi sürətlə azalır və qövs söndükdən sonra onun elektrik möhkəmliyinin yüksəlmə sürəti əhəmiyyətli dərəcədə artır. Bu zaman hava açarları ilə müqayisədə bərabər nisbətdə daha az miqdarda eleqaz və kiçik təzyiq lazım gəlir.

Eleqazın qövs söndürücü mühit kimi təsirini təsəvvür etmək üçün rütubəti soran dodaqla kobud analoji müqayisə aparmaq olar. Eleqaz bu formada qövs aralığından elə bil ki, elektronları sorur.

Qövsün söndürülməsi intensivliyinə eleqazda yanan qövsün kiçik zaman sabitinin olması da təsir edir. Bu havada qövsün zaman sabitinin 1/100 hissələrini təşkil edir.

Eleqaz yanmır, rəngsizdir, iysiz və tamamilə zəhərsizdir. Kimyəvi cəhətdən eleqaz digər maddələrə nisbətən azot kimi qeyri – aktivdir. Onun azsaylı çatışmazlıqlarından biri onunla təmas zamanı tərkibində rütubət olan sintetik izolyasiya materiallarını parçalamaq qabiliyyətinə malik olmasıdır. Ona görə də eleqazlı konstruksiyalarda davamlı izolyasiya materiallarının tətbiq olunması məsləhət görülür (məsələn, teflon).

Eleqazın digər çatışmazlığı mayeləşmə (durulaşma temperaturunun yüksək olmasıdır və 1,5 MPa təzyiqdə 6 0C təşkil edir. Eleqazın mayeləşməsinin qarşısının alınması üçün yüksək təzyiqli söndürücü mühitə malik açarlarda eleqazın lazımi sabit temperaturunu saxlayan avtomatik qızdırıcıılar nəzərdə tutulur.

Bununla yanaşı təcrübə və xüsusi tədqiqatlar göstərmişdir ki, qövs istiliyinin təsirindən eleqaz zəhərli mürəkkəbələrə, əsasən kükürdün aşağı flüoridlərinə parçalanır.

Parçalanma məhsullarının tərkibi qövsün intensivliyindən və eleqazdakı kənar birləşmələrdən (hava və ya rütubət) asılıdır. Parçalanma məhsullarının analizi avadanlığın təmir müddətlərini və qəzaların ən çox ehtimallı səbəblərini müəyyən etmək üçün güclü vasitədir.

Eleqazın analizi yeni avadanlıqların qəbul sınaqları zamanı, avadanlığın xidmət müddəti ərzində sistematik olaraq müəyyən olunmuş vaxtlarda və hər bir qəza hadisəsindən sonra aparılır.

Eleqazın molekulları termiki cəhətdən kifayət qədər dayanıqlar. Lakin qövsün yüksək temperaturunun təsirindən dissosiasiyaya məruz qalır.

Dissosiasiya zamanı çoxlu enerji udulduğundan qövs çubuğu soyuyur ki, bu da onun söndürülməsinə kömək edir. Qövs söndükdən sonra ionların intensiv rekombinasiyası baş verir və eleqaz öz xassələrini tam olmasa da, bərpa edir. Qalıq parçalanma məhsullarının tutulması üçün xüsusi süzgəclər və ya aktivləşdirilmiş alüminiumdan olan qaz təmizləyicilər tətbiq olunurlar.

Lakin bu qurğular bütün parçalanma məhsulları həcminə hesablana bilmir, tez və ya gec eleqazın parçalanma məhsullarından təmizlənməsi, açarın kontrakt sisteminin müayinəsi tələb olunur.

Eleqazın parçalanma məhsulları kükürdün aşağı flüoridlərinin rütubət və hava ilə kombinasiyalarından ibarətdir. Onların tərkibi çoxlu faktorlardan-qövs boşalmasının intensivliyindən və müddətindən, konstruktiv elementlərin materialından, eleqazdakı rütubətin və havanın miqdarından asılıdır. Reaksiyanın gedişi aşağıdakı kimidir: SF6 əvvəlcə SF4 , SF2 və metalın flüoridlərinə dissosiasiya edir.

Metal flüoridlər bərk birləşmələrdir. Kükürd flüoridləri isə qazlardan ibarətdir və oksigenli hava birləşmələrinə təsir edərək lax yumurta iyi verən SOF4 və SOF2 əmələ gətirirlər. Qazların sonrakı dissosiyasiyası SO2F2, SF və SO2 əmələ gəlməsinə səbəb olur. Digər kənar parçalanma məhsulları başlanğıcda F2, SF, SF2 təşkil edir.

Bu parçalanma məhsullar da sonradan dissosiasiya edir (şəkil 1).

Reaksiyanın belə gedişi və parçalanma məhsullarının paylanma xarakteri tac boşalması, qismi boşalmalar və qövs boşalması nəticəsində və ya açma qövsünün təsiri altında baş verməsi fərz edilir. Parçalanma dərəcəsi bu proseslərin intensivliyindən və müddətindən asılıdır.

Müəyyən sayda normal komutasiyalardan sonra da eleqaz açarları parçalanma məhsullarının konsentrasiyasına malik olacaq və bu konsentrasiya yol verilməyən səviyyəyə çata bilər. İstismar göstəriciləri ilə yanaşı, bu konsentrasiyanı da bilmək eleqaz açarların etibarlığının qiymətləndirilməsi üçün vacibdir.

Şəkil 1.1. Qövsün istiliyindən eleqazın parçalanma reaksiyalarının gedişi.


Tutaq ki, açarda sistematik olaraq SOF2 və rütubət müşahidə olunur. Əgər sonrakı analizlər rütubətin kəskin azalmasını və SOF2–nin konsentrasiyasının artmasını göstərirsə, açarın qismi boşalmaların təsirinə məruz qalmasını yəqin etmək olar. Nəticədə isə SF6 parçalanır və parçalanma məhsullarının hidrolizi baş verir.

Laboratoriyaya göndərilən qüsurlu eleqaz nümunələri paslanmayan metal silindrlərdə saxlanmalıdır. Eleqazın çari sistematik analizi avadanlığın daxili qüsurlarını əvvəlcədən müəyyən etməyə, qəza vəziyyətini aşağı salmağa, təmir xərclərini azaltmağa və eleqaz avadanlığının etibarlığını yüksəltməyə imkan verir.

Qüsurlu və işlənmiş eleqazla təhlükəsiz rəftar, yalnız onun parçalanma məhsullarının tərkibini və onunla rəftar qaydalarını bilməklə təmin olunur. Burada aşağıdakılar nəzərə alınmalıdır:


  1. Bərk parçalanma məhsulları xüsusi əlcəklərdə emal olunmalıdır.

  2. Qaz şəkilli parçalanma məhsullarının nəfəs yollarına düşməsinə yol verilməməlidir.

  3. İyləmə yolu ilə zədələnmələrin olmasını yoxlamağa yol verilmir.

  4. Avadanlığın eleqazla doldurulmuş bütün bölmələri etibarlı olaraq hermetikləşdirilməlidir.

Qövsün söndürülməsi üçün eleqazın tətbiqi o halda daha çox effektli olur ki, eleqazın qövs aralığına böyük sürətlə intensiv üfürülməsi təmin olunsun.


  1. Elegaz qövssöndürücü kameraların konstruksiyaları

Müasir dövrdə müxtəlif konstruksiyalı eleqaz qövssöndürmə qurğuları işlənmiş və tətbiq olunurlar. Onların arasında intensiv uzununa üfürməli qövssöndürücü kameraları qeyd etmək olar.

Belə qurğularda uzununa üfürmə eleqazın rezervuardan yüksək təzyiqdə (1,5-2,0 MPa) aşağı təzyiq saxlanılan (0,2-0,3 MPa) kameraya keçməsi zamanı yaradılır. Qövs söndükdən sonra işlənmiş eleqaz qurudulur, təmizlənir və kompressorla çəkilərək yüksək təzyiqli rezervuara vurulur. Eleqazın bütün dövretmə sistemi qapalıdır.

İki təzyiqli sistemin olması açarların hazırlanması və istismarında müəyyən çətinliklər yaradırlar. Birincisi, 1,5 MPa təzyiqdə eleqaz qaz halında yalnız 6 0C-dən yüxarı temperaturlarda ola bilər. Uyğun olaraq belə açarlarda yüksək təzyiq rezervuarındakı sabit temperaturu saxlayan qızdırıcılar nəzərdə tutmaq lazımdır.

İkincisi, səyyar kompressor qurğusu, işlənmiş eleqazın təmizlənməsi və qurudulması üçün qurğular tələb olunur. Bütün bu çətinliklər iki təzyiqli açarların istismarı və istehsalını mürəkkəbləşdirmiş, onların geniş yayılmamasına səbəb olmuşdur.

Eleqaz mühitdə qövsün söndürülməsinin digər üsulu həm yerinə yetirilmə həm də istismar cəhətdən daha sadədir.

Burada avtopnevmatik üfürmə ilə qövssöndürücü kameralardan istifadə olunur. Qövssöndürücü qurğu 0,20-0,28 MPa təzyiqli eleqaz çənində yerləşdirilir. Çox da böyük olmayan təzyiq qazın qızdırılması zərurətini yaratmır.

Belə quruluşlu qövssöndürücü kamera yüksək açma qabiliyyətinə malikdirlər (220 kV nominal gərginlikdə bir kəsilmə halında gərginliyin yüksək başlanğıc bərpa olunma sürəti təmin olunmaqla – 3 kV/mksan –dan yuxarı, nominal açma cərəyanı 40 kA-ə bərabərdir.

Bu tip qövssöndürücü kameraların unifikasiya olunmuş konstruksiyaları əsasında 750 kV-a qədər gərginlikli, açma gücü 50 kVA–a qədər olan modul seriyalı eleqaz açarlar yaradılmışdır.

Bundan başqa nominal açma cərəyanı 40 kA-ə qədər olan 1150 kV gərginlikli eleqaz açar nümunələri işlənmişdir.

Eleqazda qövsün söndürülməsinin digər sistemləri də vardır. Məsələn, elektromaqnit söndürmə sistemində maqnit sahəsinin təsiri altında qövs, eleqaz mühitdə hərəkət edir (fırlanır) ki, nəticədə qarşıdan gələn qaz seli onu soyudur və bu da qövsün cəld sönməsini təmin edir. Belə sistem böyük nominal açma cərəyanlı 6-20 kV gərginlikli açarlarda daha effektlidir.

Eleqaz açarların üstünlükləri bunlardır: yanğın və partlayış təhlükəsizliyi; cəld işləməsi; yüksək açma qabiliyyəti; qövssöndürmə kontaktlarının kiçik aşınması; daxili və xarici qurğular üçün yararlığı. Eleqaz açarların çatışmayan cəhətləri: SF6 qazının doldurulması, çəkilib vurulması və təmizlənməsi üçün xüsusi avadanlıqların tələb olunması; SF6 qazının nisbətən yüksək dəyəri.

«Simens» səhmdar cəmiyyətinin istehsal etdiyi ZAP1 FI tipli eleqaz açarları «Azərenerji» sistemində geniş tətbiq olunduğundan aşağıdakı bölmələr yalnız bu tip açarların quruluşu və istismarı qaydalarına həsr olunmuşdur.

I hissə. ZAP1 FI tipli 110-220 kV gərginlikli eleqaz açarların xarakteristikaları, quruluşu və istismar qaydaları.




  1. Azərbaycan elektroenergetika sistemində istismar olunan eleqaz açarlar




Предприятие

Класс

напряжения, кВ

Тип

Число

Год установки

ABŞERON REŞ” MMC

500 kV

Abşeron YS

500

330


220

330


3AT2E1

2

2011

3AQ2E1

1

2011

3AP1F1

11

2011

LTB-420E1

3

2011

220 kV

Hövsan YS

220

110


110

3AP1F1

4

1999

GL 312F1 P

13

2012-2013

3AP1FG

2

2009

220 kV

Nizami YS

220

110


YA

2

1993

MMO

9

1996

110 kV

Zığ YS

110

GL 312F1 P

6

2012, 2013

110 kV

Maştağa YS

110

3AP1FG

13

2005, 2007

110 kV

Zabrat YS

110

GL 312F1P

5

2011

110 kV

8-çi km YS

110

GL 312F1P


12

2010

110 kV

Əhmədli YS

110

110


110

У-110

МКП-110М

ETBI 145D1/B100

4

4

1

1978

1978

2010

110 kV

Suraxan YS

110

110


МКП-110М

МКП-160М

4

4

1954

1950

110 kV

Ramanı YS

110

110


GL 312F1P

LTB123D1/B

4

5

2012

2012, 2013

110 kV

Qala YS

110

110


LTB123D1/B

GL 312F1P

9

1

2012, 2013

2012

110 kV

Dübəndi YS

110

110


У-110

МКП-110М

2

3

1982

1957

110 kV

Binə YS

110

3P1FQ

ММО-110

1

1

2006

2009

220 kV

Xırdalan YS

220

110


3AP1F1

3AP1FG

10

14

2011

2006

220 kV

Müıviq YS

220

220


110

110


110

110


110

3AP1F1

LTB245E1

3AP1FG

GL 312F1P

LTB-123 01/B

LTB-145 01/B

AREVA 6131

6

2

4

6

3

1

1

1999,2000,2003

2012

2008

2010

2013

2008

2008

220 kV

Səngəçal YS

220

110


110

110


110

3AP1FG

GL 311F1

GL 312F1

LTB-145 D1/B

3AP1FG

5

1

16

1

1

2012

2009

2011

2009

2003

110 kV

Binəqədi YS

110

3AP1FG


10

2006

110 kV

Puta YS

110

110


3AP1FG

GL 312F1/403

10

2

2006

2013

110 kV 205 YS

110

GL 312F1P

7

2010

110 kV 205 YS

110

EXK - 0

8

2011



  1. 110-220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının texniki xarakteristkaları

ZAP1 FI güc açarı açıq tipli üçqütblü avtomatik kompressorlu açar olub, izolyasiya və qövssöndürücü vasitə kimi SF6 qazı istifadə olunur.

Açar hər fazada bir yaylı intiqal ilə elə təchiz olunmuşdur ki, birqütblü və üçqütblü avtomatik təkrar qoşma əməliyyatlarını yerinə yetirməyə imkan verir.

ZAP1 FI güc açarının işçi temperatur diapazonu –20 0C –dən +40 0C-yə qədərdir.

Açarın izolyasiya qabliyyəti

Cədvəl 2.1



Nominal gərginliyi

kV

245

Nominal tezlik

Qısamüddətli hesabi dəyişən gərginlik

-yerə nəzərən

-açıq kontaktlar arasındakı sahə vasitəsilə

-qütblər arasında


Hz
kV

kV

kV



50
460

460


460

Hesabi ildırım impuls gərginliyi (1,2/50m/san):

-yerə nəzərən

-açıq kontaktlar arasındakı sahə vasitəsilə

-qütblər arasında



kV

kV



kV

1050


1050

1050


Boşalma aralığı

-yerə nəzərən

-açıq kontaktlar arasındakı sahə vasitəsilə

-qütblər arasında


mm

mm



mm

2200


1900

cizgiyə


bax

Havanın izolyasiya qabiliyyəti hündürlük artdıqca pisləşir. Quraşdırılma yeri dəniz səviyyəsindən 1000 m hündürlükdə olduqda, açarın xarici izolyasiyasının elektrik möhkəmliyi aşağıdakı kimi təyin olunur.
Nominal gərginlik Nominal gərginlik (hesabi gərginlik)

(hesabi gərginlik) = -----------------------------------------------

quraşdırılma yerinə bax. Ka
Burada Ka kəmiyyəti aşağıdakı kimi təyin olunur:

Ka=m0 EXP(H-1000)/8150

H-quraşdırma hündürlüyü, m; m0-əmsal olub, aşağıdakı kimi qəbul edilir: dəyişən gərginlik və ildırım gərginliyi impulsu, həmçinin fazalararası komutasiya gərginliyi üçün m0=1; qövssöndürücü kamera vasitəsiilə komutasiya gərginliyi impulsu üçün m 0=0,9; yerə nəzərən komutasiya gərginliyi impulsu üçün m 0=0,75


  1. 110-220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının elektrik xarakteristkaları

Cədvəl 2.2



Nominal gərginlik

kV

245

Nominal tezlik

Hz

50

Nominal cərəyan

A

200

QQ zamanı nominal açma cərəyanı

kA

40

Klemlərdə QQ zamanı bərpa olunan keçid gərginliyi




MGK; VDE

Uyğun olaraq



Nominal qoşma cərəyanı

kA

100

QQ-nın nominal davametmə müddəti

san

3

Nominal komutasiya ardıcıllığı




0-0,3san-CO 3dəq – CO və ya CO-15san-CO



2.3. Komutasiya müddətləri

Cədvəl 2.3



Faktorlar

Ölçüsü

Standart aralayıcı

Cəld təsirli aralayıcı

Əmrin minimal davam etmə müddəti

msan

40

40

Kontaktların qapanmasına qədər olan vaxt

msan

588

498

Məxsusi qoşma zamanı

msan

374

273

Qövsün yanma müddəti

msan

 19

 19

Açma müddəti

msan

60

50

Kontaktın «qoşma-açma» vəziyyətinin davametmə müddəti

msan

7010

6010

Pauza müddəti

msan

276

276


2.4. Qövssöndürücü mühit –eleqazın (SF6) parametrləri

Cədvəl 2.4.



Nominal gərginliyi

kV

245

Hər açara doldurulan kütlə

kq

21,9

Hər bir açarın həcmi

Dm3

475

20 0C temperaturda nominal təzyiq

Bar

6




MPa

0,6

Hər fazada süzgəc materialı

kq

0,75







İzafi təzyiq (Bar)

«Eleqazın itkisi» təhlükəsi xəbəri (20 0C-də)

Bar

5,2


2.5. Təhlükəsizlik tədbirləri üzrə ümumi göstərişlər.

İstismar vəziyyətində açarın müəyyən hissələri həyat üçün təhlükəli olan gərginlik və qaz təzyiqi (eleqaz) altında olur. Açarda izolyasiya və qövssöndürücü mühit kimi eleqaz istifadə olunur.

Eleqaz adlanan altıflüorlukükürd (SF6) təmiz vəziyyətdə rəngsiz, yanmayan, zəhərli olmayan, iysiz, dadsız və azot kimi təsirsiz (inert) qazdır. Əgər nəfəs alınan havada kifayət miqdara qədər oksigen olarsa, eleqazla işin təhlükəsizliyi təmin olunur. Eleqaz ətraf mühit üçün heç bir təhlükə yaratmır.

Açarın daşınması və istismar yerinə çatdırılması zamanı qütb dayaq izolyatorları ilkin olaraq 0,3…0,5 Bar/0,03…0,05 MPa/4,5…7,5 Psi təzyiqli eleqazla doldurulur.

Xidmətçi heyyət açarın istismarı, quraşdırılması və həmçinin onun işçi vəziyyətdə saxlanması üzrə bütün göstəriş və xəbərdarlıqlarla mükəmməl olaraq tanış olmalıdır. Göstərilən xəbərdarlıqların nəzərə alınmaması işçi heyyətin həyatını itirməsinə, ağır zədələnməsinə, qiymətli hissələrin və ətraf mühitin korlanmasına gətirə bilər.

Açarın istismarı üzrə məsul şəxsin sərəncamında müəyyən fəaliyyət tədbirlərini özündə əks etdirən qaydaların, həmin ölkə üçün qəbul edilmiş təhlükəsiz texnikası qaydalarının, qəza vəziyyətində fəaliyyət üzrə göstərişlərin olmasının qayğısına qalmalıdır ki, istənilən vaxt onlara müraciət etmək mümkün olsun.

Müvafiq ölkə üzrə qəbul edilmiş təhlükəsizlik texnikası qaydalarına əlavə olaraq, aşağıda bəzi təhlükəsizlik tədbirləri və məlumatlar verilir ki, buna da diqqət vermək lazımdır:


  • açarın quraşdırılması, istismarı və saz vəziyyətdə saxlanması üçün tələb olunan alət və vasitələr ümumi təhlükəsizlik baxımından (mühafizə geyimləri, əl ilə əməliyyat aparmaq üçün vasitələr, xəbərdarlıqedici plakatlar, əl lampaları, odsöndürənlər və s.) görünən yerdə saxlanılmalı və vaxtaşırı komplektliyi, yararlı vəziyyətləri yoxlanmalıdır. Bura həm də istismar üzrə təlimatlar toplusu da daxildir.

  • texniki qulluq, təmir və əvəz olunma üzrə təlimatda verilən vaxt intervallarını yerinə yetirmək lazımdır.


3. ELEQAZ AÇARININ QURULUŞU
Güc açarının hər bir qütb sütunu ayrı-ayrılıqda 11 saxlayıcılarında quraşdırılır. Saxlayıcıların yan tərəfində bir 15.1 intiqal şkafı bərkidilmişdir.

B qütbündə əlavə olaraq 12 idarə şkafı yerləşir.

Hər qütb sütunu söndürücü və izolyasiya vasitəsi kimi SF6 qazı ilə doldurulur və bağlı qaz kamerasından ibarətdir. Qütbün qoşulması üçün lazım olan enerji qoşma və açma yayı ilə əldə edilir.

Qoşma və açma yayı intiqal mexanizmində yerləşir. B qütbünə bərkidilmiş 12 idarə şkafında güc açarının idarəetməsi və ona nəzarət üçün bütün qurğular yerləşir. SF6 qazına nəzarət isə bir qütbün intiqal şkafında həyata keçirilir.

Birləşdirici kabellər üç intiqalın idarə sistemlərinin elektriki əlaqələndirilməsi üçün nəzərdə tutulur.

Şəkil 3.1 3AP1 F1 güc açarının quraşdırılması

11 -saxlayıcı; 12 -idarə şkafı;

15.1-intiqal şkafı; 16-dayaq izolyatoru;

22-qövssöndürücü kamera 52-kabelin qoyulması

3.1. Qütblər

Güc açarının hər üç qütb sütunu eyni quruluşa malikdirlər. Şəkil 3.2 -də qütb sütunun kəsiyi verilmişdir. Ayrıcı blok (22) yerə nəzərən izolyasiya rolunu oynayan 16 dayağında quraşdırılmışdır.

Qoşma hərəkəti 18.27.1 intiqal ştanqı və 16.9 əməliyyat ştanqı vasitəsilə yaylı intiqaldan 22 ayrıcı bloka verilir. 15 dönmə mexanizmində 15.16.3 süzücü paket yerləşmişdir.

Süzücü paket eleqazın parçalanma məhsullarının toplanması və eleqazın quru halda saxlanması funksiyasını yerinə yetirir.




  1. 110-220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının qütbləri və qövssöndürücü kamerası

Şəkil 3.3-də qövssöndürücü kameranın kəsiyi verilmişdir. Kontakt sistemi 22.1 farfor köynəkdə yerləşir.

Şəkil 3.2. B qütb sütunun kəsiyi

15-dönmə mexanizmi 15.8.3-val

15.9-dirsək 15.16.3-süzücü paket

16-dayaq izolyatoru 16.9-komutasiya ştanqı

18.27.1-intiqal ştanqı 22-qövssöndürücü kamera

22.1-farfor köynək 22.22-qoşma flansı

Şəkil 3.3. Qövssöndürücü kamera

22.1- farfor köynək 22.3-kontakt barmağı

22.9-hərəkətsiz kontakt 22.11-hərəkətli kontakt

22.11.1-soplo 22.11.17-porşen

22.11.18-klapanlı lövhə 22.11.19-klapanlar qrupu

22.17-komutasiya ştanqı 22.22-qoşma flansı

22.28-aşağı ling 22.29-dairəvi arakəsmə

22.31-kontakt tutucu 22.32-yuxarı ling

22.41-silindir

Əsas cərəyan dövrəsi 22.22 yuxarı flans birləşməsindən, 22.31 kontakt saxlayıcısından, kontakt saxlayıcısında yerləşən 22.3 kontakt barmaqlarından, 22.41 silindirdən, 22.23 lingdən və aşağı flans birləşməsindən ibarətdir. 22.23 kontakt barmaqlarının hər iki sonluğunda yerləşmiş vintli yaylar onları 22.41 silindrə və 22.31 kontakt saxlayıcıya sıxaraq, lazımi kontakt yaratmaq üçün zəruri təzyiqi təmin edirlər.

Baş cərəyan xəttinə paralel olaraq 22.9 hərəkətli ştiftin 22.31 kontakt saxlayıcısında olan və 22.41 qızdırıcı silindrində yerləşən 22.11 hərəkətli boruvari kontaktın yaratdığı qövs cərəyan xətti keçir.

Hərəkətli və hərəkətsiz kontaktlar (22.11 və 22.9) yanmaya yüksək davamlı materiallardan hazırlanır.

22.11 boruvari kontakt, 22.11.17 porşen və 22.41 qızdırıcı silindr bir-biri ilə və 22.17 komutasiya borusu ilə sərt mexaniki birləşərək, 22.9 hərəkətli ştiftlə (mıxla) birlikdə ayırıcı blokun hərəkətli hissəsini əmələ gətirirlər.

22.11.17 porşenin əks tərəfindən 22.11.18 klapanlı lövhə vardır ki, 22.11.19 klapanlar qrupu ilə birlikdə qövsün söndürülməsi üçün zəruri olan kompressor qurğusunu təşkil edir.


  1. 110-220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarında elektrik qövsünün söndürülməsi

Açılma prosesi zamanı əvvəlcə 22.3 kontakt barmaqlarından və 22.41 silindirindən ibarət olan baş kontakt (şəkil 3.4.b) aralanır. Hərəkətli və hərəkətsiz kontaktlardan ibarət (22.11/22.9) qövssöndürücü kontakt qapalı vəziyyətdə olur ki, bunun nəticəsində də cərəyan qövssöndürücü kontakta komutasiya olunur. Sonra qövssöndürücü kontakt (şəkil 3.4)aralanır. Bu zaman elektrik qövsü yaranır. Eyni zamanda 22.41 silindr aşağı hərəkət etməyə başlayır və 22.11.17 porşeni ilə 22.11.19 klapanlar qrupu arasındakı qövssöndürücü qazı sıxır. Bu halda qövssöndürücü qaz 22.11.18 əks klapanı və həmçinin 22.11 hərəkətli kontaktı ilə qövssöndürücü soplo arasındakı hava aralığı vasitəsilə kontakt silindirinin hərəkətinin əksi istiqamətində axır və elektrik qövsünü söndürür.

Böyük qiymətdə qısa qapanma cərəyanı alındıqda 22.9 mili ətrafındakı qövssöndürücü eleqaz qızır (elektrik qövsünün enerjisi hesabına) və yüksək təzyiq altında 22.41 qızmış silindrə doğru istiqamətlənir. Cərəyanın sıfırdan keçmə sahəsində qaz qızmış silindrdən əksinə axır və elektrik qövsünü söndürür. 22.41 qızmış silindrdə 22.11.18 əks klapanı bu prosesdə 22.11.17 porşeni və 22.11.19 klapanlar qrupu arasına yüksək təzyiqin nüfuz etməsi kompressor kamerasına maneə yaradır.



Şəkil 3.4. Açılma prosesinin sxematik təsviri

a – «qoşulma» komutasiya vəziyyəti

b – açılma: baş kontaktın aralanması

c – açılma: qövssöndürücü kontakt ayrılmışdır

d – «Açılma» komutasiya vəziyyəti

22.11 – hərəkətli qövssöndürücü kontakt

22.11.1 – soplo 22.11.17 - porşen

22.11.18 – əsas klapan 22.11.19 – klapanlar qrupu

22.3 – kontakt barmağı 22.41 - silindr

22.9- hərəkətsiz kontakt


  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının idarəetmə sistemi

İdarəetmə sistemi güc açarının istismarı üçün bütün zəruri ikinci dərəcəli texniki komponentləri əhatə edir, əsasən idarə şkafında və intiqalda yerləşir.

Açarın sənədlərində idarə sisteminin elektrik sxemi də vardır. Bu planda aşağıdakı sənədlər verilir:



  • yerləşmə sxemi

  • element sxemi

  • avadanlığın texniki verilənləri və cihazların təsnifatı ilə genişləndirilmiş planı

  • birləşmə sxemi

  • şteker planı

Şəkil 3.5 -də idarə şkafının daxildən görünüşü təsvir olunmuşdur.

Şəkil 3.5. İdarə şkafının daxildən görünüşü

1.1- quraşdırma raması

1.2-kondisə etmə, havanı dəyişmək üçün pəncərə

P…- dövrədəyişmə sayğacı

K…- releni ləngidən kontaktlar

R…- nəm örtüyündən mühafizə üçün qızdırıcı müqavimət

X1- klem qəlibi

S4 – tarazlaşdırıcı çıxış


  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarında gazın təzyiqinə nəzarət

Hər bir qütb sütunu bağlı qaz kamerasından ibarətdir (şəkil 3.6). Bunların hər biri qazın vəziyyətinə nəzarət edir. Qütb sütunu əks klapana, B4 sıxlığa nəzarət qurğusuna, manometrə, doldurma və nəzarət üçün girişlərə (W1 və W2), həmçinin komponentləri birləşdirmək üçün boru kəmərlərinə malikdir.

Şəkil 3.6. Qütb sütununda SF6 qazına nəzarət sxemi

B4 – eleqazın sıxlıq vericisi

W1 – açarın eleqazla doldurulması klapanı

W2 – nəzarət klapanı

MA-manometr


Qütb sütununu SF6 ilə doldurmaq üçün W1girişi (şəkil 3.8) intiqalın unifikasiya düyməsində, manometrin yanında yerləşir. W1 nəzarət girişi saxlayıcıda (intiqal şkafının yan divarında) (şəkil 3.9). Eleqazın sıxlığına B4 sıxlıq vericisi ilə nəzarət olunur (şəkil 3.7 və 3.9) yerləşir.

Sıxlığa nəzarət qurğusu qaz kamerasındakı SF6 qazının sıxlığını qurğudakı etalon qazın sıxlığı ilə müqayisə edir.

Hər iki qaz ətraf mühit temperatupunun təsiri altında olur. Bununla da müqayisə prosesi hər iki sistemdə (qaz kamerası –etalon kamera) tezliyin müqayisəsi prosesi ilə əvəz olunur.

Sıxlığa nəzarət qurğusu açarın qaz kamerası ilə atmosfer arasındakı qeyri–hermetikliyin yaranması nəticəsində baş verən təzyiq dəyişməsinə işləyir. Temperaturun dəyişməsinin təzyiqə təsiri nəzərə alınmır.



Şəkil 3.7. Sıxlığa nəzarət qurğusunun blok sxemi.

5.00-silfon

5.10-mikro açar

5.20-gövdə

5.30-açarın qaz kamerası

5.40-nəzarət kamerası

Şəkil 3.8. W1 klapanın doldurulması üçün giriş

W1-açarın eleqazla doldurulması üçün klapan

Şəkil 3.9. W2 nəzarət girişi

B4-sıxlığa nəzarət edən qurğu

W2-nəzarət klapanı




  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının intiqal sisteminin funksional sxemi

ZAP1 F1 güc açarı yaylı intiqal sisteminə malik olub, onun konstruksiyası, açılma və qoşulma əməliyyatları zaman funksiyaları aşağıda verilir.


4.1. Qoşma yayının gərilməsi (sıxılması)

Açar «açılmışdır» komutasiya vəziyyətində olur. 18.4 Qoşma yayı (Şəkil 4.1) 18.2 gərilmə reduktorunun hesabına 18.14 gərilmə valı və 18. 10 şatunu vasitəsilə 18.1 mühərrikinə birləşdirilir.

Gərilmə prosesinin sonunda gərilmə valı 18.3 ötürücü dilçək vasitəsilə intiqaldan aralanır və 18.17 qoşucu dilçəyin köməyilə ilişir. 18.4 Qoşucu yay qoşma prosesi üçün, qütb işə qoşulmağa hazırdır.
4.2. Qoşulma

Əvvəlcə 18.16 işləmə qurğusunun təsiri ilə 18.17 qoşucu dilçəyin bloklanması çıxarılır. Boşalma zamanı əmələ gələn 18.4 qoşucu yayın enerjisi 18.6 diskvari yumruqcuğu vasitəsilə 18.7 çilov qayışına və onunla əlaqəli 18.22 qoşucu vala ötürülür.

Bu zaman 18.22 qoşucu valın, 18.24 çevirgəc dəstəyinin və 18.27 şatunun fırlanma hərəkəti hesabına 18.11 açma yayı gərilir, hərəkət isə 18.27 intiqal ştanqı, 15.9 dirsəyi, 15.8.3 fırlanan valı və 16.9 əməliyyat ştanqı vasitəsilə 22 ayırıcı blokuna verilir.

Bunun nəticəsində 22 ayırıcı blokun kontaktları qapanır.

Qoşma hərəkətinin sonunda 18.41 qoşma amortizator qalıq kinetik enerjini söndürür. 18.19 yümruqcuğu və 18.41.1 istiqamətləndirici diyircəyi hesabına 18.14 gərilmə valının əks rəqslərinin qarşısı alınır.

Bununla eyni vaxtda 18.7 açılma dilçəyinə ilişir. Artıq qütb «Qoşulmuşdur» komutasiya vəziyyətindədir və açma əməliyyatı üçün hazırdır.

Bundan sonra 18.4 qoşucu yayı 15 san maksimal müddətdə tam gərilir. Mexaniki bloklama açılma əməliyyatının yerinə yetirilməsinədək intiqalın təkrar qoşulmasının qarşısını alır.
4.3. Açılma

18.8. işləmə qurğusunun təsiri ilə 18.9 açma dilçəyinin bloklanması çıxarılır. 22 ayırıcı blokun kontaktları 18.11 açıcı yayın hesabına 18.27 şatunu, 18.24 çevirgəc dəstəyi, 18.27.1 intiqal ştanqı, 15,9 dəstəyi, 15.8.3 fırlanan valı və 16.9 əməliyyat ştanqı vasitəsi ilə aralanır. Bu zaman açılma prosessinin sonunda kinetik enerji 18.15 açma amortizatoru ilə udulur. Bununla bərabər 18.15 açma amartizatoru açılma hərəkətinin son dayağı kimi təsir edir.


4.4. Komutasiya ardıcıllığı

Qütblərin «Qoşulma» halında açıcı və qoşucu yaylar gərilmiş vəziyyətlərdə olurlar.

Bunun nəticəsində güc açarı açma-qoşma-açma dövrədəyişmələrini ardıcıl olaraq yerinə yetirmək qabliyyətinə malikdir.

Şəkil 4.1. Yaylı intiqalın funksional sxemi

15.8.3 – val

15.9 - dirsək

18.27.1 -birləşdirici ştanq

16 - dayaq izolyatoru

16.9 - komutasiya ştanqı

18.1 - elektrik mühərriki

18.11 - əl ilə dartma qurğusu

18.2 - dartıcı mexanizm

18.3 - dilçə (sərbəst gediş)

18.4 - qoşucu yay

18.6 - diskvari yumruqcuq

18.7 - intiqal çiyinliyi

18.8 - dilçək

18.9 - «Açma» paylayıcı

18.10 - Şatun (qoşucu yay)

18.11 - açıcı yay

18.14 - gərilmə valı

18.15 - «Açma» komutasiya vəziyyəti üçün amortizatorlar

18.16 - «Qoşma» paylayıcı

18.17 - qoşucu dilçək

18.18 - əks gediş bloklaması

18.19 - yumruqcuq

18.22 - qoşucu val

18.27 - şatın (açıcı yay)

18.27.1-intiqal ştanqı

18.41 «Qoşulma» komutasiya vəziyyəti üçün amartizator

22- qövssöndürücü kamera




  1. 3AP1 F1 tipli eleqaz açarının intiqal sisteminin qoşma yayının gərilməsi. Dilçənin işləmə prinsipi və «Açılma» komutasiya vəziyyəti

Yaylı intiqalın əsas funksional qruplarının işləmə prinsipi haqqında aşağıdakı bölmələrdə geniş məlumatlar verilir.
4.5.1. Qoşma yayının gərilməsi

Açar ilkin vəziyyətdə «Açılmışdır» komutasiya vəziyyətində olur. Qoşma və açma yayları boşalmışdır, yəni komutasiya yerinə yetirmək mümkün deyil.

18.6 yumruqcuğu və 18.10 şatunu aşağı ölü nöqtəsidir, 18.7 intiqal çiyinliyi və 18.24 dilçəkli qolu öz aralarında sərt birləşmişdir və «Açılmışdır» komutasiya vəziyyətindədirlər (şəkil 4.1)

Qoşma yayının gərilməsi üçün 18.1 mühərriki və 18.2 gərilmə mexanizmi vasitəsilə 18.14 gərilmə valı hərəkətə gətirilir. Bu halda 18.3 dilçəyi 18.14 gərilmə valının dayağına ilişir (şəkil 4.2) və onu yuxarı ölü nöqtəyə çatanadək fırladır.

Bundan sonra 18.14 gərilmə val 18.17 «Qoşma» dilçəyinə qədər qismən azad olmuş 18.4 qoşma yayının təsiri ilə cəld fırlanır. 18.23 dayaq diyircəyi və 18.17 «qoşma» dilçəyi vasitəsilə (şəkil 4.3) 18.6 yumruqcuğu yuxarı ölü nöqtəsinin arxasında 10° vəziyyətdə olan kimi intiqal reduktoru ilə birləşmiş 18.20 yumruqcuğu 18.3 nəqledici dilçəyi 18.14 gərilmə valdan qaldırır (şəkil 4.4).

Bununla da 18.14 gərilmə valı və 18.2 gərilmə mexanizmi aralanırlar. Mühərrik avtomatik açılır və mexanizmlə qaçış sona çatır.



Şəkil 4.2 Qoşma yayının gərilməsi zamanı dilçənin işləmə prinsipi

18.1 – Mühərrik 18.2 – dartıcı mexanizm

18.3 – nəqledici dilçək 18.14 - gərilmə valı

18.20 - yumruqcuq
Qoşma yayı gərilmişdir və bunun hesabına da intiqal qoşulmaya hazırdır.

Şəkil 4.3. «Qoşulma» və «Açılma» komutasiya rejimlərinin funksional sxemi: «Açılma» komutasiya vəziyyəti, qoşma yayı gərilmişdir.

18.4 - Qoşma yayı

18.5 diskvari yumruqcuq

18.14 – gərilmə val

18.17 – qoşma dilçəyi

18.23 - dayaq diyircəyi

18.31 - mexaniki qoşulma bloklanması



  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının intiqal sisteminin qoşulma və açılma kommutasiya rejimlərinin funksional sxemi. Qoşucu dilçəyin bloklanmasının çıxarılması. Qoşulma.

4.5.2. Qoşulma

18.16 «Qoşulma» ayırıcısının təsirilə 18.17 «Qoşma» və 18.17.1 dayaq dirsəkləri vasitəsilə 18.6 yumruqcuğunun bloklanması götürülür (şəkil 4.5)

Şəkil 4.5. «Qoşulma» və «Açılma» komutasiya rejimlərinin funksional sxemi: Qoşucu dilçəyin bloklanmasının çıxarılması.



    1. - diskvari yumruqcuq

    1. - «Qoşma» ayırıcısı

    2. - Qoşma dilçəyi

      1. dayaq qolu

    1. - dayaq diyircəyi

Qoşma yayının təsirilə 18.14 gərilmə valı fırlanır (şəkil 4.6). Bu zaman 18.7 intiqal çiyinliyinin 18.7.1 diyircəyi 18.6 yumruqcuğu üzrə hərəkət edir və fırlanma hərəkətini 18.22 qoşucu vala ötürür. 18.22 qoşma valı ilə sərt birləşmədən 18.24 dilçəkli qolun hərəkəti 18.27.1 intiqal ştoku vasitəsilə 22 söndürmə kamerasına verilir. Söndürmə kamerasının kontaktları qapanır.



Şəkil 4.6. «Qoşulma» və «Açılma» komutasiya rejimlərinin funksional sxemi: qoşulma.

18.6 - diskvari yumruqcuq


    1. - intiqal çiyinliyi

18.7.1-diyircək

18.9 - qoşucu dilçəyi

18.9.1 - dayaq dilçəsi


    1. - açma yayı

    1. - gərilmə valı

18.22 - qoşucu val

    1. - dilçəkli val

    1. - Şatun (açma yayı)

18.27.1 - intiqal ştanqı

  1. - qövsöndürücü kamera



  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının intiqal sisteminin qoşulma və açılma kommutasiya rejimlərinin funksional sxemi. Dönmə çiyinliyinin sıçrayışla atılması. Gərilmiş qoşma yayının bloklanması

Bununla eyni vaxtda 18.24 açma dirsəyi və 18.27 şatunu vasitəsilə 18.11 açma yayı gərilir. Bu zaman 18.9. «Açma» dilçəyi 18.9.1 dilçək diyircəyi üzrə hərəkət edir. Yumruqcuğun əyri hərəkətinin sonunda 18.7 intiqal çiyinliyi elə keçid edir ki, 18.9 “Açma” dilçəyi 18.9.1. dayaq diyircəyinin arxasına düşə bilsin (Şəkil 4.7).

Qoşulma ilə paralel olaraq mühərrik avtomatik işə düşür. Qoşma yayının gərilməsi 4.5.1 altbölməsinə uyğun ardıcıllıqla təkrar olunur.

Bundan sonra yuxarı ölü nöqtədən sonra qoşma yayı ilə gərilmə valının dilçək vasitəsilə vəziyyəti qeyd olunur (şəkil 4.8). 18.31 mexaniki qoşma bloklaması 18.17.1 dayaq qolunun bloklanması vasitəsilə açma əməliyyatınadək intiqalın təkrar qoşulmasını xəbərdarlıq edir (Şəkil 4.8-a bax).

Beləliklə açma və qoşma yayları gərilmiş vəziyyətdədirlər: açar avtomatik təkrar qoşma (ATQ) əməliyyatının yerinə yetirilməsinə hazırdır.

Şəkil 4.7 “Qoşulma” və “Açılma” komutasiya rejimlərinin funksional sxemi: dönmə çiyinliyinin sıçrayışla atılması.

18.6-diskvari yumruqcuq 18.7-intiqal çiyinliyi

18.7.1-diyircək 18.9-açma dilçəyi

18.9.1-dayaq dilçəyi 18.19-yumruqcuq

18.41-“Qoşma” amortizatoru 18.41.1-diyircək.


Şəkil 4.8. «Qoşulma» və «Açılma» komutasiya rejimlərinin funksional sxemi: gərilmiş qoşma yayının bloklanması.

18.17.1-dayaq qolu 18.4-qoşma yayı

18.14-gərilmə valı 18.15-«Açma» avtomatizatoru

18.17-qoşucu dilçək 18.31-mexaniki qoşmanın bloklanması

5. AÇARIN DAŞINMASI, QURAŞDIRILMASI VƏ

İŞƏ BURAXMA SINAQLARI


  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının quraşdırılması zamanı təhlükəsizlik tədbirləri

Qüraşdırma işləri zamanı işçi heyyət aşağıda göstərilən təsirlərə məruz qala bilər:

-elektrik gərginliyi;

-ötürücü təzyiq altında olan (0,5 Bar) qütb sütunları;

-eleqaz;


-hərəkət edən hissələr.

Təşlükəsizlik tədbirlərinə əməl edilməməsi işçi heyyətin həyatını itirməsinə, şikəstliyinə, qiymətli materialların zay olmasına və ətraf mühitə mənfi təsirlərə səbəb ola bilər.

Göstərilən halların istisna olunması üçün açarın istismarı üzrə məsul şəxs aşağıdakıları etməlidir:

-işlər yalnız yüksək ixtisaslı və təlimatlandırılmış heyyət tərəfindən aparılmalıdır;

-elektrik avadanlığının istismarı üzrə təlimatlar, həmçinin bədbəxt hadisələr və yanğınlar zamanı fəaliyyət qaydaları iş yerində asılmalıdır;

-təhlükəsiz iş görmək üçün lazımi alətlər, cihazlar və qurğular,həmçinin xidmət heyyətinin şəxsi təhlükəsizliyini təmin edən mühafizə avdanlıqları olmalıdır;

-yalnız istehsalçının icazə verdiyi yağlama və köməkçi materiallar istifadə olunmalıdır.

Hazırkı təlimatda qeyd edilən təhlükəsizlik tədbirləri minimal tələblərdir. Onlar konkret müəssisənin qəbul etdiyi istehsal qaydalarını özündə əks etdirmir. Ona görə də quraşdırma işlərini aparan məsul şəxs işlərin başlanmasınadək hansı təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməyi konkretləşdirməlidir.




  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tipli eleqaz açarının daşınması və ambara yığılması

Hər partiya açar gətiriləndən sonra siyahı üzrə avdanlığın komplektliyi yoxlanmalıdır. Əgər yoxlama nəticəsində zədələnmələr aşkar olunarsa, onun həcmi və ehtimal olunan səbəbləri müəyyən edilməlidir. Əgər avadanlığın zədələnməsi daşınma zamanı baş vermişdirsə, onda nümayəndələrlə birlikdə akt tərtib edilməlidir. Dəyən ziyan haqqında iddiaya baxılarkən, bu əsas tələblərdən biridir.

Əgər açar gətirilib çatdırılan kimi quraşdırılmırsa,onu açıq havada saxlamaq olar. Nəmlikdən qorumaq və daha yaxşı hava dəyişmə üçün açarı quru odun ağacın üzərinə qoymaq lazımdır.

Açarın saxlanması zamanı rütubətdən mühafizə üçün idarə və intiqal şkaflarında nəm örtüyündən mühafizəni daxil etmək lazımdır. Bunun üçün:


  1. Nəqliyyat vahidindən kabeli çıxarmaq (şəkil 5.1);

  2. Kabelləri şkaflar üzrə aşağıdakı cədvələ uyğun olaraq paylamaq;

Cədvəl 5.1




İntiqal şkafı

İdarə şkafı

A qütbü

B qütbü

C qütbü

XZ1LA

X41LA







XZ1B




X41LB




XZ1LC







X41LC

3. Kabeli əvvəlcə intiqal şkafında, sonra isə idarə şkafında quraşdırmaq lazımdır. Kabelin zədələnməsini istisna etmək üçün onu ilkin olaraq qatlamaq lazımdır (şəkil 5.1). Sonra birləşdirici kabeli kabel diskindən keçməklə, idarə şkafına daxil edib birləşmə sxeminə uyğun olaraq, müvafiq gərginlik sıxaclarına birləşdirmək lazımdır.

Bir il saxlandıqdan sonra Tectyl 506 preparatını yenidən qalın qatla səthə çəkmək lazımdır.

Aksesuarları ambara qoymazdan əvvəl onun zədələnməsini yoxlamaq və əgər qablaşdırma zamanı zədələnmişdirsə bu hissəni açıb, quru, havası dəyişən otaqda saxlamaq məsləhət görülür.


Şəkil 5.1.Kabelin quraşdırılması

a-nəqliyyat vahidi;

b-montaj olunan kabel;

x-rütubətdən mühafizə üçün kabel.


  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tili elegaz açarının metallik hissələrinin yağsızlaşdırılması üçün istifadə olunan vasitələr və təhlükəsizlik tədbirləri.

Metallik hissələrin təmizlənməsi, yağsızlaşdırılması üçün aşağıda göstərilən vasitələrdən istifadə olunur.

Cədvəl 5.2.


Sahələr

Təmizləmə üçün vasitələr

Görülən işlər



Təhlükəsizlik tədbirləri üzrə göstərişlər

Xarici səth (zəif çirklənmə)

Təmizləmə üçün neytral mayeyə məişət vasitəsi əlavə etməklə isti su

Xovlu olmayan islanmış kağızla və ya pambıqla silmək. Bu işi səliqə ilə aparmaq lazımdır ki, təmizləyici vasitə aralıqlara və kəsiklərə düşməsin




Detalın xarici səthi (səthin yağla örtülməsi, antikorroziya örtüklü səthlər (Testyl 506), dairəvi kəsikli sıxıcı həlqələr )

Karbohidrogen əsasında soyuq təmizliyici (HKW olmadan), alışma nöqtəsi 550C, məsələn: ShellsolD60 Shell), Essovarsol60 (ESSO), Aral4005 (Aral), NAKU1025/920 (Kluthe)

İsladılmış xovlu olmayan kağız və ya pambıqla silmək; İşləri səliqəli yerinə yetirmək; Quru-quru xovlu olmayan quru kağızla və ya pambıqla silmək.Zəruri hallarda xırda detalları yumaq.

Od təhlükəlidir!

Siqaret çəkmək olmaz!

TT qaydaları üzrə tələbləri gözləmək.


Cədvəl 5.2-nin davamı



Eleqaz kameralarındakı izolyasiya elementləri.

Etanol izopropanol Haku 567(Klutte)

İsladılmış xovlu olmayan kağız və ya pambıqla silmək. İşləri səliqəli yerinə yetirmək.

Asan alışandır!

Siqaret çəkmək qadağandır! Yanğın mühafizəsi!

Təhlükəsizlik tələblərini gözləmək.


  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tili elegaz açarının metallik hissələrinin yağsızlaşdırılması üçün istifadə olunan vasitələr və təhlükəsizlik tədbirləri.

Açar üçün aşağıdakı yağlama və antikorroziya vasitələri istifadə olunur:

1. Klueber Centoplex 24 DL-bütün yağlama nöqtələri və yivlər üçün (isti sinkləməsi olmayan və əgər başqa yağlama vasitəsi nəzərdə tutulmayıbsa).

2. Lsoflex Topas L32-radial arakəsmə həlqələri və yastıqlar, həmçinin intiqalda yağlama nöqtələri və sürüşmə yastıqları üçün.

3. Shell-Vaseline 8420-qazötürücü borularda qoyulmuş dairəvi arakəsmə həlqələri və yüksək voltlu xətlərin kontakt səhfləri üçün.

4. Klbersunth LR44-21-flans səthlər üçün.

5. Testyl 506-sıxac vtulkaları üçün.

6. Molykote Lonqtern 2 plus –bütün sinklənmiş yivlər üçün.

7. Jokisch S101S xüsusi yağı-austonit poladdan olan bolt birləşmələri üçün.


  1. 220 kV-a qədər nominal gərginliklər üçün 3AP1 F1 tili elegaz açarının elegazla doldurulması üçün qurğular.

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə