Fulbrayt Proqramınının başlanmasına həsr olunmuş mətbuat konfransındakı çıxış 7 avqust, 2008 il




Yüklə 8.41 Kb.
tarix27.04.2016
ölçüsü8.41 Kb.


Fulbrayt Proqramınının başlanmasına həsr olunmuş mətbuat konfransındakı çıxış

7 avqust, 2008 il
Hörmətli Nazir Mərdənov,
Ikitərəfli Fulbrayt proqramının başlanması hər Azərbaycan həm də Amerika Birləşmiş Ştatları üçün çox müsbət və çox vacib addımdır. Nüfuzlu Fulbrayt proqramı çərçivəsində gənc Azərbaycanlılara Amerikada maqistr dərəcəsini əldə etmək üçün hökumətinizin maliyyə dəstəyi vermək qərarı iki dövlət arasında olan münasibətləri əsaslı şəkildə qücləndirəcək.
Strateji tərəfdaş olaraq biz demokratiya və insan hüquqlarından başlayaraq enerji və təhlükəsizlik məsələlərinə kimi qeniş çeşiddə olan işlər üzərində çalışırıq. Lakin bizi lap çox yaxınlaşdıran məhz təhsil sahəsində olan mübadilələrdir. Amerika Birləşmiş Ştatlarında təhsil almış hər bir Azərbaycanlı vətənə qayıdarkən mənim dövlətim barədə çox dolğun anlayışla malik olur və bizim ikitərəfli əməkdaşlığı çox dəyərləndirir.

Eyni şeyi də Azərbaycanda yaşamaq və təhsil almaq inkanını əldə etmiş Amerikalılar barədə demək olar. Bu tələbələrin hamısı ikitərəfli münasibətlərimizin səfirləri olurlar.


Min dokkuz yüz doğsan üçüncü ildən Amerika Birləşmiş Ştatlarının hökuməti Fulbrayt Proqramı çərçivəsində Azərbaycanlı alimlərin Amerikaya və Amerikalı alimlərin Azərbaycana səfərlərini təşkil etmişdir.

Fulbrayt Proqramının iştirakçıları ümumilikdə professor-müəllim heyyətinin üzvləri və ya tədqiqatçılardırlar. Bu gün elan etdiyimiz Fulbrayt Proqramının mühüm dərəcədə genişlənməsinin nəticəsində proqrama “Fulbrayt tələbələri” adlanan yeni qrup daxil olacaq. Qrupun üzvləri Amerika Birləşmiş Ştatlarında iki il maqistr proqramı üzərində çalışacaqlar.


Birinci il biz Amerikaya on beş nəfəri göndərməyi planlaşdırırıq və ümid edirik ki, gələn illərdə daha çox insanı göndərməyə nail olacayıq.
Fulbrayt Proqramı dunyada akademic mübadilələrin standartıdır.
Amerika Birləşmiş Ştatlarında təhsillərini davam etmək üçün seçilən tələbələr Amerikalı tələbələr, professorlar və universitet əməkdaşları tərəfindən Azərbaycanın ən yaxşı təmsilçiləri kimi gəbul olunacaqlar. Dünyada tanınmış Fulbrayt Proqramında geniş iştirakı vasitəsilə Azərbaycan mübadilə sahəsində olan global liderlərin sırasına qatılır.
Yenidən mən Prezident Əliyevin dünyanın ən yaxşı universitetlərindən faydalanmaq imkanı yaradan Azərbaycanlı Tələbələrin Xaricdə Təhsili Proqramını alqışlayıram. Mən Azərbaycanın ən yaxşı və ən parlaq təmsilçilərini bu kimi gözəl imkandan istifadə edərək presitijli Fulbrayt Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsillərini damam etməyə təşfiq edirəm.

Müraciyyət formalarını Səfirliyin və Təhsil Nazirliyinin veb səhifələrində tapa bilrsiniz.


Çox sağ olun.
İndi isə böyük məmnuniyyətlə Fulbrayt Proqramına və təhsil sahəsində mübadilələrə aidiyətı olan suallarınızı cavablandıraram.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə