Fizioterapiya və tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.47 Mb.
səhifə1/15
tarix23.02.2016
ölçüsü1.47 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Fizioterapiya və tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları
1) Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?
A) Fizioterapevtik müalicəyə göndərilən xəstələrin sayı

B) Fizioterapevtik müalicənin əhatə edilmə göstəricisi

C) Birincili xəstələrin sayı

D) Şöbədə fizioterapevtik aparatların sayı

E) Şöbədə həkim- fizioterapevtlərin sayı
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии» Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
2) Orta tibb personalı üçün il ərzində fizioterapevtik prosedurların aparılmasının nisbi vahidi nə qədərdir?
A) 15 000 vahid

B) 10 000 vahid

C) 30 000 vahid

D) 25 000 vahid

E) 20 000 vahid
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
3) Bir nisbi fizioterapevtik vahidə düşən müddət nə qədərdir?
A) 8 dəqiqə

B) 10 dəqiqə

C) 5 dəqiqə

D) 12 dəqiqə

E) 15 dəqiqə
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
4) Masaj üzrə tibb bacısının növbəsinə düşən yükün norması hansıdır?
A) 30 nisbi vahid

B) 18 nisbi vahid

C) 21 nisbi vahid

D) 26 nisbi vahid

E) 36 nisbi vahid
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
5) Fizioterapiya şöbəsində bir növbədə neçə prosedur aparılır?
A) 50 prosedur

B) 250 prosedur

C) 100 prosedur

D) 300 prosedur

E) 200 prosedur
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
6) Fizioterapevtik aparatların düzgün istismarı və işinin təhlükəsizliyinə görə məsuliyyəti kim daşıyır?
A) Baş tibb bacısı

B) Tibb hissəsinin rəhbərinin müavini

C) Həkim- fizioterapevt

D) Tibb müəssisəsinin rəhbəri

E) Baş həkimin ümumi işlər üzrə müavini
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
7) Fizioterapevtik şöbə anlayışı nə deməkdir?
A) Xüsusiləşmiş müalicəvi- profilaktik təşkilat

B) Tibbi müəssisənin sərbəst bölməsi

C) Bərpa müalicəsi şöbəsi

D) Reabilitasiya şöbəsi

E) Fizioterapevtik yardımın ilkin forması
Ədəbiyyat: Мыльникова И.С. «Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
8) Su-istilik müalicəsi otağının hündürlüyü hansı ölçüdən az olmamalıdır?
A) 2.5 m

B) 4 m


C) 3.5 m

D) 2.75 m

E) 3 m
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
9) Su müalicəsi şöbəsində bir saatda havanın giriş və çıxış axınının nisbəti nə qədərdir?
A) +5…- 6

B) +4…- 5

C) +3…- 5

D) +2…- 4

E) +1…- 3
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
10) Palçıq müalicəsi şöbəsində bir saatda havanın giriş və çıxış nisbəti nə qədərdir?
A) +5…- 5

B) +1…- 2

C) +3…- 4

D) +4…- 5

E) +2…- 3
Ədəbiyyat: Мыльникова И.С. « Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
11) Palçıq- su müalicəsi şöbəsində havanın temperaturu nə qədər olmalıdır?
A) +30 °C

B) +23 °C

C) +21 °C

D) +25 °C

E) +28 °C
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
12) Müalicəvi hovuzda bir pasiyent üçün nəzərdə tutulan suyun hesablama sahəsi nə qədər olmalıdır?
A) 6 m²

B) 5 m²


C) 4 m²

D) 8 m²


E) 7 m²
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
13) Su müalicəsi şöbəsində kompressor hansı məqsədlə quraşdırılmalıdır?
A) Karbon vannaları üçün

B) Mirvari vannaları üçün

C) Aromatik vannalar üçün

D) Sualtı-masaj üçün

E) Natrium xlorid vannaları üçün
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
14) Duş otağının sahəsi hansı ölçüdən az olmamalıdır?
A) 45 m²

B) 35 m²


C) 25 m²

D) 15 m²


E) 10 m²
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
15) Parafin-ozokerit müalicəsi otağı üçün bir iş yerinə (çarpayıya) düşən sahə nə qədər olmalıdır?
A) 6 m²

B) 10 m²


C) 8 m²

D) 12 m²


E) 4 m²
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
16) Aşağıdakı cihazlardan hansı yerlə birləşmir?
A) «Тонус-2»

B) «Экран-2»

C) «УВЧ-30-2»

D) «Луч-2»

E) «Искра-1»
Ədəbiyyat: Мыльникова И.С.«Справочник заведующего отделением физиотерапии», Нормативные материалы по организации работы. Грантъ, Москва, 2000
17) Beynəlxalq sistemdə («СИ») cərəyan şiddəti hansı vahidlə ölçülür?
A) Amper

B) Millimetr

C) Coul

D) Vatt


E) Volt
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
18) Fizioterapevtik aparatlarda potensiometr nəyi tənzimləmək məqsədilə istifadə edilir?
A) Gərginliyi

B) Cərəyan şiddətini

C) İntensivliyi

D) İnduksiyanı

E) Gücü
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
19) Elektrik sahəsinin gərginliyi nədir?
A) Zəncir sahəsində sabit cərəyani vasitəsilə həyata keçirilən işdir

B) Potensial enerjinin səviyyəsidir

C) Yükün hərəkət sürətinin dəyişilməsinə bərabər olan ölçüdür

D) Sahənin iki nöqtələri arasındakı potensiallar fərqidir

E) Elektrodlar arasında baş verən kimyəvi prosesdir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
20) Maqnit sahəsi hansı vahidlə ölçülür?
A) Coul

B) Amper


C) Tesla

D) Vatt


E) Volt
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
21) Elektromaqnit dalğalarının fəzada və zamanda nizamlı yayılması hansı şüalanma növü üçün xarakterikdir?
A) Görünən şüalar

B) Qısa ultrabənövşəyi şüalanma

C) İnfraqırmızı şüalanma

D) Lazer şüalanması

E) Ultrabənövşəyi şüalanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
22) Əks pyezoelektrik effekt hansı təsir növündə istifadə edilir?
A) Ultrayüksək tezlikli elektrik sahəsi

B) Ultrasəs

C) Daimi maqnit sahəsi

D) İfrat yüksək tezlikli elektromaqnit sahəsi

E) Tonüstü tezlikli cərəyan
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
23) Aşağıdakılardan hansı dəyişən cərəyanı dəqiq səciyyələndirir?
A) Ölçüsünə görə dəyişən cərəyan

B) Rəqsi xarakterli elektrik yüklərinin istiqamətlənmiş hərəkəti

C) Dövri olaraq ölçüsünə və istiqamətinə görə dəyişən cərəyan

D) Elektrik yüklərinin nizamlanmış hərəkəti

E) Spiralın daxilində yaranan yüksək tezlikli maqnit sahəsinin təsiri altında toxumalarda yaranan cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
24) Fizioprofilaktikanın kompleks proqramında fiziki amillərin hansı məqsədlə tətbiqi nəzərdə tutulur?
A) Xəstəliyin inkişafının qarşısının alınması

B) Mübadilə proseslərinin səviyyəsinin aşağı düşməsi

C) Hipodinamiya vəziyyətinin aradan qaldırılması

D) Mübadilə proseslərinin səviyyəsinin aşağı düşməsi

E) Cərrahi müdaxilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
25) İlkin profilaktika hansı tədbirlərə yönəldirilir?
A) Xəstəliklərin inkişafının qarşısının alınması

B) Cərrahi müdaxilə

C) Hipodinamiya vəziyyətinin aradan qaldırılması

D) Keçirilmiş xəstəlikdən sonra fəsadın müalicəsi

E) Travmadan sonra orqanizmin bərpa olunması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
26) İkincili profilaktikaya hansı tədbirlər daxildir?
A) Cərrahi müdaxilə

B) Mübadiə proseslərinin səviyyəsinin enməsi

C) Xəstəliyin fəsadlarının qarşısının alınması

D) Sümük toxumasının reparasiyası

E) Xəstəliklərin kəskin mərhələdə müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
27) Premorbid profilaktikanın məqsədi nədir?
A) Mübadilə proseslərinin səviyyəsinin aşağı düşməsi

B) Hemodinamikanın vəziyyəti

C) Xarici mühitin mənfi təsirlərinə qarşı orqanizmin müqavimətinin artırılması

D) Soyuğun təsirlərinə qarşı orqanizmin həssaslığının artırılması

E) Cərrahi müdaxilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
28) İkincili profilaktikanın məqsədi nədir?
A) Xroniki iltihab prosesinin müalicəsi

B) Xəstəliyin kəskin dövrünün müalicəsi

C) Hemodinamikanın vəziyyəti

D) Xroniki xəstəliyin fəsadının profilaktikası

E) Cərrahi müdaxilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
29) Profilaktik proqramların hazırlanması və həyata keçirilməsində fiziki amillərin rolu nə ilə müəyyən edilir?
A) Mübadilə proseslərinin səviyyəsininaşağı düşməsi ilə

B) Xəstəliklərin müalicəvi effektinin dəyişməməsi ilə

C) Orqanizmin adaptasiya imkanlarını dəyişməməsi ilə

D) Fiziki amillər vasitəsilə ağrısız müalicə

E) Soyuğun təsirlərinə qarşı orqanizmin həssaslığının artması ilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
30) Fizioterapiya amilləri ilə ikincili fizioterapevtik profilaktikanın təşkilində nə nəzərdə tutulmalıdır?
A) Cərrahi müdaxilə

B) Dərman müalicəsi

C) Funksional diaqnostika kabinetinin olması

D) Reanimasiya şöbəsinin olması

E) Elektroişıq müalicə şöbəsinin olması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
31) Fizioterapiya nədir?
A) İşıqla müalicə

B) Təbii amillərlə müalicə

C) Palçıqla müaliçə

D) Mineral sularla müalicə

E) İqlimlə müalicə
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
32) Kurortologiya nə deməkdir?
A) İşıqla müalicə

B) Duz ilə müalicə

C) Hava ilə müalicə

D) Ultrasəslə müalicə

E) Müalicə yeri
Ədəbiyyat: Ədəbiyyat :Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
33) Göstərilənlərdən hansı fiziki üsullarla müalicənin üstünlüklərinə aid deyildir?
A) Müalicə təcili yardım məqsədilə istifadə olunduğundan

B) Dərman xəstəliyi və allergiya törətmir

C) Xroniki xəstəliklərin remissiya dövrünü uzadır

D) İstifadəsi asandır və ucuz başa gəlir

E) Müalicə qeyri – invaziv üsulla aparıldığından
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
34) Fiziki amillərin orqanizmə təsiri hansı mərhələlərdən ibarətdir?
A) Fiziki, fziki - kimyəvi

B) Biofiziki, biokimyəvi

C) Biofiziki, biokomyəvi, bioloji

D) Fiziki - kimyəvi, bioloji

E) Kimyəvi, bioloji
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı, 2010.
35) Fiziki üsullarla müalicə təyin olunarkən nə nəzərə alınmır?
A) Yaşı

B) Konkret fiziki amilə qarşı əks göstərişin olmasını

C) Yanaşı xəstəliyin olmasını

D) Cinsi


E) Xəstənin çəkisi
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
36) Göstərilənlərdan hansı fiziki üsullarla müalicə prinsiplərinə aid deyildir?
A) Polipraqmaziya

B) İndiviudal yanaşma

C) Kurs üzrə müalicə aparmaq

D) Ardıcıllıq prinsipi

E) Kompleks təsir etmə
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
37) Göstərilən xəstəliklərdən hansı fiziki üsullarla müalicəyə əks göstərişdir?
A) Ekzema

B) Nevrasteniya

C) Gərginlik stenokardiyası II FS

D) Hipertoniya xəstəliyinin III mərhələsi

E) Mədə və on iki barmaq bağırsağın xora xəstəliyi, yarımkəskin dövr
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
38) Göstərilənlərdən hansı fiziki üsullarla müalicəyə əks göstəriş deyildir?
A) Bəd xassəli şişlər

B) Qızılyel

C) Açıq vərəm

D) Qanın sistem xəstəlikləri

E) Kaxeksiya
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
39) Dəyişən cərəyan tezliyinin ölçü vahidi nədir?
A) Kulon

B) Milliamper

C) Tesla

D) Volt


E) Hers
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010
40) Toxumaların elektrik keçiriciliyi nədir?
A) Maye mühitində elektronların istiqamətlənmiş hərəkəti

B) Dipol molekulların öz oxu ətrafında fırlanması

C) Cərəyan təsirindən toxuma strukturlarının dəyişilməsi

D) Toxumaların elektrik keçirmə qabiliyyəti

E) Cərəyanın mühitdə yayılması
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
41) Göstərilənlərdən hansının elektrik keçirmə qabiliyyəti daha yüksəkdir?
A) Piy toxuması

B) Dəri


C) Sümük

D) Qan


E) Əzələ
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
42) Qalvanizasiyada hansı cərəyandan istifadə olunur?
A) Yüksək gərginlikli dəyişən cərəyan

B) Alçaq tezlikli, zəif şiddətli impuls cərəyan

C) Yüksək tezlikli, yüksək tezlikli cərəyan

D) Ultrayüksək tezlikli cərəyan

E) Alçaq gərginlikli, zəif şiddətli sabit cərəyan
Ədəbiyyat: Ədəbiyyat : Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı, 2010.
43) Qalvanizasiyada istifadə olunan cərəyanın gərginliyi nə qədər olur?
A) 30 – 80 V

B) 20 - 40 V

C) 60 – 110 V

D) 50 – 100 V

E) 15 - 30 V
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
44) Qalvanizasiyada istifadə olunan cərəyanın şiddəti nə qədər olur?
A) 80 mA – dək

B) 50 mA - dək

C) 5 mA – dək

D) 20 mA - dək

E) 100 mA - dək
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
45) Canlı toxumalarda qalvanik cərəyan təsirindən hansı biofiziki proseslər gedir?
A) Hüceyrə daxilində və xaricində ion konsentrasiyasının dəyişməsi

B) Mexaniki rəqslərin artması

C) Sərbəst radikalların əmələ gəlməsi

D) Dəridə bioloji fəal maddələrin miqdarı azalır

E) Karbohidrat və zülal mübadiləsi ləngiyir
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
46) Göstərilən xəstəliklərdən hansı qalvanik cərəyanla müalicəyə əks göstərişdir?
A) Qanın sistem xəstəliyi

B) Parodontoz

C) Nevralgiya

D) Dispepsiya

E) Hipertoniya xəstəliyi II mərhələ
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
47) Göstərilən xəstəliklərdən hansında qalvanik cərəyan göstərişdir?
A) Toksik vəziyyət

B) Ekzema

C) Onurğa osteoxondrozu

D) Şiş xəstəlikləri

E) Qanın sistem xəstəlikləri
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
48) Dərman elektroforezi nədir?
A) İmpuls cərəyanları vasitəsilə dərmanların orqanizmə yeridilməsi

B) Qalvanik cərəyan vasitəsilə dərmanların orqanizmə yeridilməsi

C) Elektrik sahəsinin təsiri ilə dərmanları orqanizmə yeritmək

D) Ultrasəs vasitəsiləa dərmanların orqanizmə yeridilməsi

E) Elektromaqnit dalğaları ilə dərmanların orqanizmə yeridilməsi
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010
49) Göstərilənlərdən hansı dərman elektroforezinin qanunauyğunluqlarına aid deyildir?
A) Yaş artdıqca daxil olma azalır

B) Dərmanlar selikli qişalardan daha çox daxil olur

C) İstifadə olunan dərmanın 40% - ə qədəri daxil olur

D) Dərmanın qatılığı 2 – 5 % olmalıdır

E) Kation xassəli dərmanlar daha çox daxil olur
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
50) Göstərilənlərdən hansı elektroforezin üstünlüklərindən deyildir?
A) Dərmanlar ion halına çevrildiklərindən farmakoloji fəallıq yüksəlir

B) Dərmanlar bilavasitə patoloji proses nahiyyəsinə verilir

C) Depo halında toplanır

D) Mədə - bağırsaq traktını qıcıqlandırmır

E) Xəstəliklərin kəskin dövründə təyin olunur
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
51) Dərman elektroforezinin yeni üsulu hansıdır?
A) Endovaginal elektroforez

B) Toxumadaxili elektroforez

C) Endonazal elektroforez

D) Yaxalıq nahiyyəsinin elektroforez

E) Transorbital elektroforez
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
52) Bu üsullardan hansını elektoforezlə bir gündə vermək olmaz?
A) Vannalar

B) Palçıq müalicəsi

C) Duşlar

D) Ümumi ultrabənövşəyi şüalanma

E) Masaj
Ədəbiyyat: Ədəbiyyat: Боголюбов В. М. »Физиотерапия и курортология»:Руководство в 3 - х томах. - М. 2008.
53) Göstərilən xəstəliklərin hansında elektroforez təyin etmək olar?
A) Revmatoidli artrit orta fəallıqda

B) Kəskin dermatit

C) Anemiya

D) Dərman maddəsinə qarşı həssaslıq

E) Kəskin konyuktivit
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
54) Elektroyuxu ilə müalicədə hansı formalı impuls cərəyanından istifadə olunur?
A) Qalvanik cərəyandan

B) Sinusoidal

C) İtibucaqlı

D) Düzbucaqlı

E) Eksponensial
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
55) Elektroyuxu terapiyasında cərəyanın tezliyi nə qədər olur?
A) 1500 – 2000 Hs

B) 1000 – 1200 Hs

C) 1 – 160 Hs

D) 0 - 100 Hs

E) 50 – 100 Hs
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
56) Düzbucaq formalı cərəyan hansı sistemə təsir edərək yuxu törədir?
A) Limbik sistemə

B) Karbohidrat mübadiləsinə

C) Lipid mübadiləsinə

D) Baş beynin yan mədəciklərinə

E) Serotonin və asetilxolin sintezinə
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
57) Göstərilənlərdən hansı elektroyuxunun müalicəvi təsirinə daxildir?
A) Desensibilizəedici

B) Ödeməleyhinə

C) İltihabəleyhinə

D) Sedativ

E) Trofiki
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı 2010.
58) Elektroyuxu hansı xəstəliklərdə əks göstərişdir?
A) İnfarktdan sonrakı kardioskleroz

B) Fantom ağrılar

C) Enurez

D) Nevroz

E) Konyuktivit
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
59) Göstərilən xəstəliklərdən hansında elektroyuxu təyin etmək olar?
A) Epilepsiya

B) Neyrodermit

C) Yüksək hərarət

D) Blefarit

E) Nevrozun isterik forması
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
60) Elektroyuxu terapiyasında elektrodlar necə yerləşdirilir?
A) Alın – mastoidal

B) Bitemporal

C) Göz - ənsə

D) Göz – mastoidal

E) Alın - ənsə
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
61) Elektroyuxu terapiyasında cərəyanın verilmə müddəti nə qədərdir?
A) 20 – 30 dəq.

B) 12 – 15 dəq.

C) 60 – 120 dəq.

D) 5 – 10 dəq.

E) 30 – 60 dəq.
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya” Bakı. 2010.
62) Transkranial elektroanalgeziyada hansı formalı impulsdan istifadə olunur?
A) Qalvanik

B) İtibucaqlı

C) Düzbucaqlı

D) Yarımsinusoidal

E) Sinusoidal
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiy”. Bakı. 2010.
63) Transkranial elektroanalgeziya üsulunda cərəyanın tezliyi nə qədər olur?
A) 0 – 100 Hs

B) 1 – 160 Hs

C) 60 – 2000 Hs

D) 100 – 150 Hs

E) 2500 – 3000 Hs
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya” Bakı. 2010.
64) Transkranial elektroanalgeziyanın əsas ağrı kəsici effeti nəyə məxsusdur?
A) Endorfin və enkefalinlərin ayrılması

B) Antinosiseptiv sistemin tormozlanması

C) Adrenalinin miqdarının artması

D) Serotonin və histaminin miqdarının artması

E) Qanda qlükozanın miqdarının artması
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
65) Göstərilənlərdən hansı transkranial elektroanalgeziya ilə müalicəyə əks göstərişdir?
A) Fantom ağrılar

B) Qapalı kəllə - beyin travması

C) Kauzalgiya

D) Kəskin alkoqol abstinent sindromu

E) Yorğunluqlar
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
66) Göstərilənlərdən hansı transkranial elektroanalgeziya ilə müalicəyə göstərişdir?
A) Gicişən dermatozlar

B) Talamik ağrılar

C) Epilepsiya

D) Miokard infarktı

E) Doğuş ağrıları
Ədəbiyyat: Ədəbiyyat :Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
67) Elektrodiaqnostika hansı məqsədlə aparılır?
A) Venoz qan dövranını müayinə etmək

B) Arterial qan dövranını müayinə etmək

C) Zədələnmə nahiyyəsini aşkar etmək

D) Əzələ trofikasını öyrənmək

E) Mikrosirkulyasiyanı aşkar etmək
Ədəbiyyat: Ədəbiyyat:Боголюбов В. М. »Физиотерапия и курортология»:Руководство в 3 - х томах. М. 2008
68) Elektrodiaqnostikada hansı cərəyandan istifadə olunur?
A) Qalvanik

B) Sinusoidal

C) Yarımsinusoidal

D) Düzbucaqlı

E) İtibucaqlı
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
69) Elektrodiaqnostikanı aparakən hansı üsuldan istifadə olunur?
A) Lokal

B) Seqmentar

C) Reflektor – seqmentar

D) Reflektor

E) Unipolyar, bipolyar
Ədəbiyyat: Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya” Bakı. 2010.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə