FİZİKİ ŞƏxsləRİn avtomobiLLƏRİNİn siğortasi təMİnatinin qisa xülasəSİ




Yüklə 21.67 Kb.
tarix25.04.2016
ölçüsü21.67 Kb.
FİZİKİ ŞƏXSLƏRİN AVTOMOBİLLƏRİNİN SIĞORTASI TƏMİNATININ QISA XÜLASƏSİ
Bu sənəd müqavilənin bir hissəsi deyil və ancaq məlumat xarakteri daşıyır.




Təminat

Sığortalanmış risklər:


İstisnalar*




Nəqliyyat vasitəsinin (NV) maddi ziyandan sığortası

Sığorta Müqaviləsinin “İstisnalar” bölümündə sadalanan hadisələr (risklər) istisna olmaqla, NV-nin itməsinə, zədələnməsinə və ya məhvinə gətirib çıxaran istənilən qəfləti və təsadüfi hadisə (risk) nəticəsində NV-yə və onda əlavə quraşdırılmış avadanlığa dəyən maddi ziyanın sığortalanması. Zərər NV-nin və onun ehtiyat hissələrinin zədələnmə və ya məhv olma anına olan bazar qiymətlərinə əsasən ödənilir.


Sürücü və Sərnişinlərin Bədbəxt Hadisələrdən Sığortası

Sığorta hadisəsi baş verdiyi zamanı NV-də olan sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası


Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

NV-nin istismarı zamanı üçüncü şəxslərin və sərnişinlərin həyatına və sağlamlığına vurulan ziyanın və əmlaka dəyən zərərin AR-in mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq ödənilməsinə görə sığortalının məsuliyyəti.

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətin icbari sığortası barədə AR-in qanunda nəzərdə tutulmuş limitindən yuxarı məsuliyyət üçün həyata keçirilir.
Xüsusi təminat

NV-nin əlavə avadanlığının sığortası – NV-də quraşdırılmış və onun zavod komplektləşməsinə daxil olmayan audio, video aparatlar, rabitə və xəbərdar etmə sistemləri, işıq texniki və digər avadanlıq oğurlandığı, zədələndiyi və ya məhv olduğu hallarda.
Qıfılların dəyişdirilməsi - sığortalı NV-yə məxsus açarların və / və ya pultun itməsi və ya oğurlanması ilə bağlı qıfılların, açarların və pultun dəyişdirilməsi üzrə xərclərin odənişi.
Təcili texniki yardım – Sığorta hadisəsi (riskləri) olmayan hadisələr nəticəsində NV-nin xarab olduğu və ya sıradan çıxdığı halda sığortalanmış NV-yə yolda təcili texnilki yardımın təşkil olunması.
Təcili tibbi yardım – ehtiyac yarandığı halda sığortalanmış NV-nin sürücüsü və sərnişinlərinə təcili tibbi yardımın təşkil olunması.
Sənədlərin toplanmasında yardım – Sığorta hadisəsi ilə bağlı tələb olunan sənədlərin toplanmasını Sığortaçı aparır. Bütün xərclər danışılmış sığorta məbləği həcmində ödənilir.
Hadisənin araşdırılması ilə bağlı xərclər - sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərdən dəymiş zərərin əvəzinin qaytarılması ilə bağlı sığortalının məhkəmə xərclərinin (dövlət rüsumu və işin baxılması ilə bağlı xərclər), sığorta müqaviləsi ilə təmin olunmayan və /və ya məhkəmədən kənarda mübahisələrin həlli üçün cəlb olunmuş vəkillərin xidmətinin ödəniş xərclərinin sığortalıya ödənişi.
Alternativ avtomobilin icarəsi ilə bağlı xərclər - sığortalanmış NV-nin Sığorta hadisəsindən sonra Sığortaçı tərəfindən avtorizə olunmuş təmir mərkəzində təmir olunduğu müddətdə alternativ avtomobilin icarəsi ilə bağlı xərclərin və ya taksi xərclərinin ödənişi.
Digər avtomobilin idarə olunması - sığortalanmış NV-dən fərqli digər avtomobili idarə edərkən sığortalının mülki məsuliyyəti təmin olunur.



Qaydalarla istina olunan risklərdən başqa sığortalanmış avtonəqliyyat vasitələrinin zədələnməsinə gətirib çıxaran Yanğın, Partlayış, İldırım vurması, sadalananların nəticələrinin aradan qaldırılması/ azaldılması üzrə hərəkətlər də daxil olmaqla, Yol-nəqliyyat hadisələri,

Təbii fəlakətlərin bütün növləri, ağac / daş və digər əşyaların dəyməsi və ya düşməsi,

üçüncü şəxslərin bilərəkdən qanuna zidd hərəkətləri, oğurluq, qarət, dələduzluq, qaçırılma, quldurluq və sair bütün təsadüfi və gözlənilməyən hadisələr nəticəsində vurulmuş ziyan.

Yol-nəqliyyat hadisəsi, təbii fəlakət, oğurluq, qarət, dələduzluq, qaçırılma, quldurluq riskləri dedikdə Qaydalara görə aşağıdakılar başa düşülür:



Yol-nəqliyyat hadisəsi - yolla, küçə ilə, dəmir yolu keçidi ilə nəqliyyat vasitəsinin hərəkəti zamanı onun iştirakı ilə baş vermiş və adam ölümü və ya yaralanması, nəqliyyat vasitələrinin, tikililərin, yüklərin zədələnməsi və ya digər ziyan dəyməsi ilə nəticələnən hadisə;
Təbii fəlakət - təbiət qüvvələrinin (daşqın, zəlzələ, sürüşmə və s.) təsiri ilə baş verən və əhalinin normal fəaliyyətinin pozulması, adamların ölümü, maddi qiymətlilərin dağılması və məhv olması ilə nəticələnən, insan iradəsinə tabe olmayan hadisə, fövqəladə hal;
Qaçırılma - oğurluq məqsədi olmadan avtomobili və ya digər nəqliyyat vasitəsini əldə etmək;
Oğurluq - başqasına məxsus əmlakı gizli şəkildə oğurlamaq;
Qarət - başqasına məxsus əmlakı açıq şəkildə oğurlamaq;

Dələduzluq - aldatmaq və ya etibardan sui-istifadə etmək yoluyla başqasına məxsus əmlakı oğurlamaq və ya həmin əmlaka hüquq əldə etmək;
Quldurluq - həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq işlətməklə hədələyərək və ya tətbiq edərək başqasına məxsus əmlakı oğurlamaq məqsədi ilə hücum etmək;

  • Avtonəqliyyat vasitəsinin üstündə açarları olduqda nəzarətsiz qalarkən oğurlanması və ya qaçırılması da daxil olmaqla avtonəqliyyat vasitəsinin açarları nəzarətsiz qalması nəticəsində sığortalanmış avtonəqliyyat vasitəsinin oğurlanması və ya qaçırılması;

  • Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş, lakin onu doğuran səbəb müqavilənin qüvvəyə mindiyi tarixdən əvvələ aid olan hadisələr;

  • Aşağıdakı şəxslər avtonəqliyyat vasitəsini idarə etdiyi zaman baş vermiş hadisələr:

- avtonəqliyyat vasitəsinin növünə uyğun olan və etibarlı olan sürücülük vəsiqəsinə sahib olmayan;

- avtonəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş və dövlət notariusu tərəfindən təsdiqlənmiş etibarnaməyə sahib olmayan;

- alkoqollu içkilərin, narkotiklərin, zəhərli

maddələrin və istifadəsindən sonra avtonəqliyyat

vasitələrinin idarə olunması qadağan olunan

(diqqəti və reaksiyanı azaldan) dərmanların



təsiri altında olan.



* Cədvəldə ən vacib istisnalar qeyd olunub. Tam siyahı ilə Hüquqi şəxslərin avtomobillərinin sığortası Qaydalarında tanış olmaq olar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə