Firdovsi rəsul kitabin adi apardi xəZƏRİn sahiLİ SƏNİ




Yüklə 117.48 Kb.
tarix29.04.2016
ölçüsü117.48 Kb.
FIRDOVSI RƏSUL
KİTABİN ADI - APARDI XƏZƏRİN SAHİLİ SƏNİ

Rəsulov Firdovsi Fizuli oğlu 1986-cı il yanvar ayının 20-də Bakı şəhərində anadan olmuşdur.2003-cü ildə Xətai rayonu 257 saylı orta məktəbi bitirmişdir.2003-cü ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakultəsinə daxil olmuşdur.(Azərbaycan dili və ədəbiyyatı üzrə).1998-ci ildən şeirlər yazmağa başlamışdır...



Mənim ürəyimdə bir nəfər də var
Məni sevirsənmi? Çox düşündün çox

Sadə bir suala cavab ver indi

Ən mürəkkəb sual bilmədiyin yox

Bilib cavab verə bilmədiyindi.


Adam bu qədər də olmaz utancaq

Nə olar bir dəfə cavab verəndə

Məni görmək üçün darixdin ancaq

Üzünü çevirdin məni görəndə.


Sevgimiz yayildi düşdü dillərə

Sevməyi öyrəndik bir-birimizdən

Həyat sevgi dərsi keçdi bizlərə

Zaman unutmaği soruşdu bizdən.


Biz nələr düşündük baş verdi nələr

Puç oldu arzumuz diləyimiz də

Başladi ağrili acili günlər

Ağladi sevgimiz ürəyimizdə.


Mənim qismətimə çixdin ilk öncə

Heyif ki özgənin qisməti oldun

Mənim ilk eşqimdin kim bilir bəlkə

Onun həyatinda növbəti oldun.

Sən qonşu ocağa gəlin köçmüsən

Demək görüşəcək baxişlarimiz

Sən ki bu həyati özün seçmisən

Bizə nə deyəcək tanişlarimiz..

Səninlə üz-üzə gəldiyim anlar

Bilinir hələ də sevirsən məni

Mənə yuxu kimi gəlir olanlar

Mən hər gün yuxuda görürəm səni.


Durmadan şütüyür ömür axini

Çatibdir sonuncu mənzilə qatar

Ikiqat verirəm gediş haqqini

Mənim ürəyimdə bir nəfər də var.

(2011)
Burax çixim gedim
Burax çixim gedim xahiş edirəm

Bitsin həmişəlik mübahisəmiz

Illəri bir günə satib gedirəm

Bu evə bununçün köçməmişdik biz.


Sən ayri insansan, mən ayri insan

Daha baxişlarin mənə yad gəlir

Dəyişdikcə illər, ötdükcə zaman

Şirin xatirədən aci dad gəlir.


Elə bil halima aciyan kimi

Divarlar dur deyir, qapi get deyir

Qapi ağzin açib ac ilan kimi

Məni diri-diri udmaq istəyir.


Mənə nə qaldi ki, özün de özün

Üç ilin əzabi, qəmi, möhnəti

Bu kiçik ailənin dağilir bu gün

Üç il hökm sürən hakimiyyeti.


Üzümə bax mənim gözlərin dolub

Niyə baxışların yola tərəfdir

Bu gün böyüklərin gözünü yumub

3 il bundan qabaq etdiyi səhvdir


Şəklini verdilər baxım bəyənim

Özün də bilmirdin seçiləcəksən

Bilməzdim haçansa gözümdə mənim

Sən o şəkil qədər kiçiləcəksən


Bilirik ayirir bizi bu saat

Mənim həyat tərzim,dünya görüşüm

Ayriliq səninçün mənsiz bir həyat

Mənim sənsizliklə tənha görüşüm.


Bilmir qucağinda uyuyan uşaq

O öz atasindan ayrilir indi

Düzdü ata olmaq çətindir ancaq

Ataliq eləmək daha çətindir.


Bu evin divari bağli bir qəfəs

Bu evin çiraği zülmətdi mənə

Bir sözlə bu evdə alinan nəfəs,

Bu evdə yaşamaq əziyyətdi mənə.


Dondu baxişlarin, yaşardi gözün

Istədin deyəsən getmə nə olar

Bilirdin ki, yerə düşəcək sözün

Yoxsa sözdü sözü deməyə nə var.


Səhərlər üzünə günəş doğacaq

Yoluma baxdiğin pəncərələrdən

Indi kin yağacaq, nifrət yağacaq

Baxib doymadiğin mənzərələrdən.


Gözləmə qayidib gəlməyəcəyəm

Gedirəm bu evdən gəldiyim kimi

Bəlkə də heç zaman ölməyəcəyəm

Sənin ürəyində öldüyüm kimi.


Anlaşa bilməmək ayirir bizi

Bizimçün məhkəmə, filan nə gərək

Bir gün heç olmasa bir-birimizi

Gəl düzgün anlayaq, düz başa düşək.


Get başin ucadir, namusun təmiz

Bununçün özümü xoşbəxt sayiram

Xəyanət üzündən ayrilmiriq biz

Səni buna görə alqişlayiram.


Gedirəm həm mənim göz bəbəyimdə

Həm sənin gözündə yaş qoyacağam

Dəfn edib sevgimi öz ürəyimdə

Üstünə ağir bir daş qoyacağam.


Çətin günlərimdə, dar günlərimdə

Mən səni ilk gündən sinamamişam

Sən məni uzaqdan görmüsən həm də,

Mən səni yaxindan tanimamişam.

(2009)

Nə biləydim ki
Sən xəyanətkarsan, vəfasizsan sən

Çix get qəlb evimdən izin qalmasin

Səni sevməyimə utaniram mən

Elə çix qapidan görən olmasin


Lazimsiz bir əşya oldu ürəyin

Altindan deşilmiş suqabi kimi

Oğlan adlariyla doldu ürəyin

Ginnesin rekordlar kitabi kimi


Sənə çox dedilər bir az az daniş

Əksinə get gedə zənglər çoxaldi

Hansi biri ilə oldunsa taniş

Bugün nişan oldu, sabah toy oldu


Mən səni sevəndə nə biləydimki

Bu bir oyun idi, bir tələ idi

Səninçün ayriliq iki vur iki

Mənimçün çox çətin məsələ idi


Sənə hər şey üçün çox sağol dedim

Əlini uzadib mənlə görüşdün

Mən sənə gedəndə yaxşi yol dedim

Heyif ki axirda pis yola düşdün.

(2012)

Bilərəm
Mən dərdi atmıram dərd məni atmır

Sənə nə verim mən ağlıma batmır

Mənim sevincim heç özümə çatmır

Səninlə kədəri bölə bilərəm


Bu sözü mən yenə də deyirəm ki

Sən aldanmayasan və deyirəm ki

Getmək istəsən get, nə deyirəm ki

Heç sən olmamısan elə bilərəm


Ağlama ağlamaq artıq nahaqdı

Ürək var yuxadı ürək var dağdı

Mənimsə ürəyim çox yumuşaqdı

Dözməyib qayıdıb gələ bilərəm


Gözümdən axıtdın yaş gilə-gilə

Yaşadım bu yaşı mən silə-silə

Qorxmadın da həmin göz yaşı ilə

Ürəyimdən səni silə bilərəm

(2002)
Bilmədik
Həyat nağıl oldu bu da bir işdi

Mən bu nağılları başa düşmədim

Bu keçid dövrünü hər ölkə keçdi

Biz keçid dövrünü keçə bilmədik


İllər qovdu onu ömür qısaldı

Əsrlər illəri əsirmi aldı

Həyat sınaq oldu, imtahan oldu

Biz öz dərsimizi üçə bilmədik

Bacara bilmədik bir naxələflə

Söhbətlər uzandı qarşı tərəflə

Şəhidlik kəfənin şanla şərəflə

Biz öz əynimizə biçə bilmədik


Qara qüvvələrlə ağları yıxdıq

Guya qara gündən ağ günə çıxdıq

Yetmiş il ağ-qara ekrana baxdıq

Biz ağı qaradan seçə bilmədik


On səkkizinci il candan usandıq

Yetmiş il uyuduq sonra oyandıq

Yetmiş il, on üç il biz nə qazandıq?

Ömür necə getdi heçə bilmədik

(2002)
Damla
Gəl bu məhəbbəti paylaşaq dedim

Mənə bircə damla eşq şərbəti ver

Sənə ürək dolu sevgi pay verim

Ürək sənin olsun məhəbbəti ver


Damla-damla doldun ürəyimə sən

Qəlbimdə bir dəniz yaratdın Damla

İndi o dənizin sahillərindən

Məhəbbət gəmisi üzür aramla


Damla dəniz olsun ağlıma batmır

Mənə elə bircə Damla bəs edər

Sonrakı damlalar sevgi yaratmır

Sonrakı damlalar ancaq səs edər


Özün bir damlasan bir damla nədir?

Qop daha özündən düş ürəyimə

Mənə iki damla sevgi bəs edir

Səniözündən də çox sevməyimə


Sıxıram qəlbimə şəklin əlimdə

Əllərim köksümə basılı qalıb

İndi arzularım, ümidlərim də

Bir dənə damladan asılı qalıb

(2012)

***


Ürəyində biri varsa

O mən olmaq istəyirəm

Ruhuna daha da yaxın

Bəzən olmaq istəyirəm

İki ruhu daşıyacaq

bədən olmaq istəyirəm

Belə çıxır!

Sən mən olmaq istəyirsən

Mən sən olmaq istəyirəm

(2012)


***

Dostum sevsəm səni mən səndən qabaq

Düşünmə bu sevgi yalan olacaq

Bəlkə bu məhəbbət dostluğa dayaq

Dostluq məhəbbətə təkan olacaq?
Bilirəm tək məni düşünürsən sən

Daha baxma mənə dost tanış kimi

Artıq ürəyinin sahibiyəm mən

Danışma heç bir şey olmamış kimi

(2007)


Yağış
Yağan yağiş var ha o yağiş bizik

Gör necə duruyuq necə təmizik

Biz göydə buluduq yerdə dənizik

Yağanda havada qala bilmərik

Bir də eyni bulud ola bilmərik
Buluduq günəşə gözümüz düşür

Göydəyik yerəcən izimiz düşür

Ildirim çaxanda sözümüz düşür

Biz sevgi məhəbbət damcilariyiq

Göydən yerə kimi ayrilmaliyiq

(2009)


Bağişla
Bizi qorxutmadi olan bu işlər

Nə deyir qoy desin taniş bilişlər

Telefon zəngləri,gizli görüşlər

Ömründən illəri aldi bağişla!

Bu da bir səhv idi oldu bağişla!
Səninlə sonuncu görüş olanda

Ağladin boynuma sən sarilanda

Kişilər ağlamaz biz ayrilanda

Yaşardi gözlərim doldu bağişla!

Bu da bir səhv idi oldu bağişla!

Gec də olsa artiq ayrilaq dedim

Daha mənasi yox qoy çixim gedim

Mənə üzr istəmək qaldi istədim

Sənə bağişlamaq qaldi bağişla!

Bu da bir səhv idi oldu bağişla!

Kaş ki öz qismətim əlimdə olsa
Ayrılıq əzabda , zülümdə olsa
Bu yolun axırı ölümdə olsa
Bu mənim seçdiyim yoldu bağışla

Sənə mən eşqimi eylədim agah


Sevgi bir cinayət sevməyim gunah
Səni gözlərimdə ucaldan Allah
Səni gözlərimdən saldı bağışla

(2011)



Gör neçə il keçib
Gör neçə il keçib az müddət deyil

Unutmuşam səni artiq yoxsan sən

Zarafat gəlməsin sənə bu beş il

Beş ilə beşini unudaram mən.


Köhnə bir şerimə baxdim bir xeyli

Adi da belədir göz yaşimsan sən.

Ağlaya-ağlaya yazdiğim şeri

Indi gülə-gülə oxuyuram mən.


Düşünmə ağlimdan çixmirsan mənim

Düşünmə səninçün şeir yaziram

Mənə layiqsənmi? Sən sus mən deyim

Böyük həriflərlə xeyir yaziram!


Susdum xəyanəti gördüyüm anda

Mənə buna görə çox sağol demə

Ağladin son dəfə sağollaşanda

Yalvardin arxamca yox! Sağol demə


(2011)

Fikir
Bircə an fikirsiz qala bilmirəm

Hey ora gedirəm bura gedirəm

Qayıdıb mən özüm ola bilmirəm

Fikir hara gedir ora gedirəm


Dərin fikrə gedib çox əlləşirəm

Bezib artıq mənim əlimdən fikir

Mən fikir çəkəndə fikirləşirəm

Gör mənim əlimdən fikir nə cekir


Çox fikir eləmə fikir adamı

Qocaldır! Başqa şey fikirləşmə sən

Çünki fikir çəkib həyatda hamı

Gör özün nə qədər fikirləşmisən

Başqa şey yoxdu ki mənim başımda

Günorta fikirdi, gecə fikirdi

Bəlkə fikrə gedib cavan yaşımda

Fikrət Qoca olum necə fikirdi?


(2012)

Haqq

Tələbə illəri ərəfəsində

Çox şeyi öyrəndik çox şeyi bildik

Oxusaq da hüquq fakultəsində

Biz eyni hüquqa malik deyildik
Işləyib dərslərə gəlmədiyindən

Sinifdə örtülü bazar gedirdi

Tələbə hüququn bilmədiyindən

Müəllim haqqini tələb edirdi


Müxtəlif qəzetlər çixirdi gündə

Yerə tullanirdi çixirdi zayi

Hələ yazilmişdi haqq qəzetində

Millətin haqqini tapdalamayin


Ərizə oxudum dünən maraqlı

Sahibkar işçinin pulunu vermir

Namazov Ədalət Səxavət oğlu

Küçe Haqverdiyev,mənzil 31


Oğru kimi çıxdı doğrunun adı

Xəyanət dünyanı bürüdü getdi

Sındı həqiqətin qolu-qanadı

Yalan ayaq açdı yeridi getdi


Ilahi haqqımız verilib yada

Dərdimi yazmağa bir kağiz qalıb

Bu azğın dünyada haqsiz dünyada

Bizim bircə dənə haqqimız qalıb


O sənsən gəl bizi qoyma yarida

Yaratdiğın bəşər səndən də qorxmur

Hüquq elmləri doktorları da

Qoyduğun qaydaya qanuna baxmır


Yorğanın altında bəsdir qızınıb

Bu yatan milləti oyadacağam

Göydə ədalətli haqqa siğinib

Yerdə haqq-ədalət yaradacağam


Ədalət qılıncı pas atıb qında

Mən bunu başqa cür yoza bilmirəm

Ədalət haqqında, qanun haqqında

Allah haqqi daha yaza bilmirəm

And olsun allaha yaza bilmirəm (2012)

Nə mənasi var
Sevgilim bağişla məni, zamani

Bağişla fələyin dönük üzünü

Yadina saldiqca keçən hər ani

Adam bağişlaya bilmir özünü


Biz dogru bilirdik yalan həyati

Yalan ayaq açdi yeridi getdi

Həsrət yollarinda ayriliq ati

Vüsal günlərimi sürüdü getdi


Məndə nə can qaldi, nə ruh, nə bədən

Həyat nə var idi əlimdən aldi

Sevinci uzatdim qapdi əlimdən

Kədəri uzatdim əlimdə qaldi


Sən demə sevgimiz vaxtsiz qar kimi

Tez yağib elə tez əriməliymiş

Eşqimiz səssiz bir intihar kimi

Ölüm ayağina yeriməliymiş.


Sevgimiz yayildi düşdü dillərə

Sevməyi oyrəndik bir birimizdən

Həyat sevgi dərsi keçdi bizlərə

Zaman unutmaği soruşdu bizdən.


Son görüş! Ağladin o gün səhəri

Yamanca kövrəltdi o görüş səni

Kişilər içində çəkər kədəri

Kişilər ağlamaz başa düş məni.


Daha olmayacam bu yolda tənin

Soruşma nə üçün, hara gedirsən

Bağişla susuram qarşinda sənin

Qanun qarşisinda cavab verirəm.


Dörd yanim tikanli, hündür hasarlar

Bu yerdə illərim keçəcək mənim

Həsrətdən susayan bu daş divarlar

Gözümün yaşini içəcək mənim.


Ağla için için göz yaşlarinla

Sil mənim adimi qəlbindən apar

Son dəfə mənali baxişlarinla

Ağla gözəl ağla nə mənasi var.

(2012)

Epitafiya
Sən övladlarının toyunu etdin

Əbədi gözünü yumdun həyata

Sən bizi allaha tapşırıb getdin

Biz səni torpağa tapşırdıq ata!



***************************************************************************
Yol gedirəm
Yol gedirəm

Itirmişəm məqsədimi

Yol gedirəm anlamadan

Niyə hara niyə görə

Seyr edə -edə bu yolu

Baxa-baxa mən gəzirəm

Mən harasa tələsirəm

Mən beləyəm yol gedərkən düşünürəm

Mən kənardan düşündükcə düşüncəsiz görünürəm.

Gülür mənim cavabima içimdəki suallarim

Yolçu edib bu yollarda məni səfeh xeyallarim

Suallar çox vermək olmur hərəsinə bir cavabi

Məhv eliyib

Mənim xəyal şəhərimi sual-cavab inqilabi.

Yol gedirəm

Cəlb eliyir nəzərimi tində əyləşən bir qari,

Yaxinlaşdim ona sari,

Əlini açib yuxari,

Insan adi çəkə-çəkə köməyinə çağirirdi

O böyük pərvərdigari.

Əlimi saldim cibimə

Pul çixardim əlli qəpik

Bağişla ey qoca qari

Qismətin budu hələlik

Qari gülür

Mənə tərəf hey zilləyir gülüş dolu baxişini

Əlli qəpiklik bir gülüş

Aça bilmir əlli ilin qirişini

Yaziq ana

Sənin oğlun atib səni

Sənin oğlun unudulmuş insanlarin sirasina qatib səniş

Üzü qiriş-qiriş olub

Gözləri düşüb çuxura,

Oğul gəzir qiz arayir

Oğlu qizi dura-dura

Altinda bir nazik taxta

Canina işləyir sənin

Bir az soyuq bir az şaxta

Hava soyuq olan vaxtda

Yox qədrini bilən ana

Bir vaxt oğul diləmişdin əl açaraq ilahidən

Indi qəpik dilən ana

Yaziq sənə son nəfəsdə

Oğul deyib ölən ana.

Indi atib gedib səni

Bir vaxt sənin qazancinla

Gəzib yeyib içən övlad

Ad günündə görüm yüz il yaşayasan

Sağliq deyib içən övlad.

Yüz il yaşa

Bir də allaha əl açib ucuz ölüm arzulama

Ölmə hələ qorxma daha çətinlikdən, səfalətdən

Sən yox oğlun səni görüb

Gərək ölsün xəcalətdən.

Qoca qari sənin oğlun atib səni

Sənin oğlun unudulmuş insanlarin sirasina qatib səni

Sənin oğlun həyatindan gəlib keçmiş qadinlarin arasina qatib səni

Unudaraq!!!



Apardi xəzərin sahili səni
Təsadüf deyirlər belə görüşə

Isti yay gecəsi xəzər sahili

Sahildən dənizə baxan iki gənc

Dənizdən onlara bir səhnə açib

Tamaşa eyləyən ayin şəkili.

Biz belə bir gündə taniş olmuşduq

Bir təsadüf idi səni görməyim

Sənə yaxinlaşib salam verməyim

Bir nağil kimiydi həmənki gecə

Gəzirdik səninlə yan-yana, qoşa

Gəzirdik sahili biz aram-aram

Hərdən toqquşurdu baxişlarimiz

Hərdən yayinirdi çixirdi boşa

Gəzirdik!

Nəsə sevincimiz siğmirdi göyə

Elə bil balaca körpə uşağiq,

Əslində heç yerə tələsmirdik biz

Çünki bilirdik ki geriyə dönüb

Yenidən bu yolu qayidacağiq.

Susurdun verdiyim suallarima

Bir anin içində dönə bilmişdin

Illerdi qurduğum xəyallarima

Çox maraqli idi sənin kimliyin

Niyə tək gəzirdin sahili gecə

Xoşuma gəlirdi mülayimliyin

Sən çox gözəl idin özü də necə

Baxirdin həsədlə mavi xəzərə

Üzündə təbəssüm doğurdu sənin

Gözünün içində əks olub dəniz

Bütün kədərini boğurdu sənin.

Elə bil yox idim sənin yaninda

Məndə danişmirdim susurdum artiq

Etiraf gedirdi eşq limaninda

Halbuki bir kəlmə danişmamişiq.

Səni qisqanirdi dəniz inan ki,

Mən yad biri idim sahildə həm də

Daşlara çirpilib deyirdi sanki

Səni nə boğardim dərinliyimdə.

Dayana bilməyib danişdin axir

Dedin mən sevirəm xəzər dənizin

Dedin xəzər mənim arzularimdi

Təsəvvür olunmaz duyğularimdi

Atilib nə vaxtsa onun qoynuna

Çimərdim suyunda kaş ki doyunca

Mən səni sevirəm cümləsin qumla,

Durmadan yazardim sahil boyunca.

Bu sözləri deyib susdun bir xeyli

Dayandiq sakitcə sənlə üz-üzə

Məncə artiq gecdir gedirəm dedin

Boylandin bir mənə, bir də dənizə

Bir az da yubanib qalmaq istədin

Apardi xəzərin sahili səni! (2011)


***


Eşitsəm özgəyə vermisən ürək

Gərək ölüm o gün

Qirim misralari biri-birindən

Satim şeirləri daş qəlblilərə

Kiçik nöqtələri şeirlərimdən

Çixarib bir yerə yiğandan sonra

Böyük nöqtə qoyum şairliyimə

Sənə həsr olunan şeirlərimi

Verim səni sevən həmin oğlana

Yalandan da olsa söhbət düşəndə

Şair gözü ilə baxasan ona...

(2010)


Iki qara kölgə
Gecə idi, zülmət gecə

Bir sən idin bir mən idim

Səninçün ağ yelkən idim

Dəryalara bükülərək

Məktub kimi səpələnən

Dəniz idim

Gəmilərə sinə gərib ləpələnən.

Mən səninçün insan deyil

Mən səninçün xəyal idim

Mən o gecə qaranliqda

Qaranliq bir sual idim

Pəncərəmiz açiq idi,

Pəncərədən görsənirdi o gün iki qara kölgə

Düşünmürdük arxamizca kimsə qara yaxdi bəlkə.

Dayanmişdiq üz-üzə biz

Utanmirdiq, çəkinmirdik

Çünki insandan da qabaq

Iki qara kölgə idik.

Kimin ağlina gələrdi həmin gecə nə gecədi

Amma biz yaxşi bilirdik aramizda nə necədi

Gözlərinə baxan kimi

Bilinirdi içindəki arzu nədi, istək nədi

Mən bilirdim çək əlini nə deməkdi, əl çək nədi.

Həmin gecə sanki həzin musiqili romans idi

Elə bilki danişmaq üçün verilən

Bu ən sonuncu şans idi

Bir siqaret yandirmişdim

Hələ təzə alişmişdi

Hiss edirdim divarlar bu tüstülərə alişmişdi

Sən bilmirdin bu divarlar

Mənə sənin həyatini

Səndən qabaq danişmişdi.

Tərk edilmiş otaqlarin havasi başqa cür olur

Tərk edilmiş otaqlarda

Gəlin olmur qadin olur

O otaqlar bir gün senin

O biri gün yadin olur

O otaqda ər nəfəsi, o otaqda kişi olmur

O otaqda qadinin heç o qədərdə işi olmur

O otaqda qorxu olmur, hökm olmur, hörmət olmur

O otaqda sərbəstçilik hökm sürür

O otaqda peşmançiliq, qəribçilik, həsrət olur

Sevgi olmur, nifrət olur

O otaqlar dəhşət olur.

Mən gəlmişdim həmin gecə

Maraq verim həyatina,

Səninlə baxim günəşin

Doğuşuna, vəfatina,

Mən gəlmişdim həmin gecə

Alim sənin ürəyini,

Əllərinə toxunmadan

Gözlərinə hopum sənin

Bu otaqda itirdiyin

Illərini tapim sənin.

Mən gəlmişdim səhərəcən baxim sənin gözlərinə

Qulaq asim sözlərinə

Bütün gecə baxim sənə

Qurban olsun yuxum sənə

Mən gəlmişdim həmin gecə

Gözlərində sevinc olsun,dodağinda gülüş olsun

Bu gün bizim ömrümüzdə

Unudulmaz görüş olsun.

Danişirdin...bir-birinə qarişirdi içindəki duyğularin

Aci hiqiqətə aci baxan şirin arzularin

Pəncərəmiz açiq idi

Bir həzin musiqi qoyub

Danişirdin həyatini bir yanda men bir yanda sən

Heyif ağlayan iki göz

Buraxmisan arxanda sən.

Danişirdin..kölgəmizdən şübhəliydi

Qonşu evin kölgələri

Məni özgə sayirdilar

Həmin gecə özgələri.

Qoy baxsinlar

Qinamiram onlari mən

Nə bilsinlər gələn kimdi

Axi kimin kölgəsiydi

Kimin ağlina gələrdi

Həmin gecə

Poeziya gecəsidi...

(2011)

BƏXTİYAR VAHABZADƏ
Çoxlarına qələm tutmağı öyrətdi Vahabzadə

Haqsız bəşəri nəzmə çəkib getdi Vahabzadə


Çəkdik vətənə həsrəti illərlə ürəklərdə

Həsrət! Kök atıbdır bu söz illərlə ürəklərdə

Yazmaqla “Gülüstanı” yüz illərlə ürəklərdə

Toz basmış olan telləri titrətdi Vahabzadə


Dahiydi Füzuli özü ürfan sözü ürfani

Olmuşdu həmin dahi kəsin Bəxtiyar heyranı

Təsirlənib ondan o yazarkən “Şəbi-Hicranı”

Dəryada olan damlaya bənzətdi Vahabzadə


Şairlər “İki qorxu”-da bölüşəndə fikirlərini

Neyçün belə etdik deyə qınayır biri birilərini

Azğın Sovet hakimiyyəti dövründə şeirlərini

Nəşr etdi nə yandırdı nə gizlətdi Vahabzadə

Dövlətçilik uğrunda yazılmış şeir İstiqlal

İstək bu vətən məqsəd azadlıq fikir istiqlal

Ağır daşın altında qalan vaxtı bir istiqlal

Tərpənməz olan bir daçı tərpətdi Vahabzadə


On doqquzu yanvar gecəsi ölkə dayaqsızmış

Çoxlarına Şəhidlər şeiri bəlkə maraqsızmış

Haqsızlığa göz yummadı dünya özü haqsızmış

Dünyaya gözün yumdu vəfat etdi Vahabzadə

(2010)

DİLƏNƏNLƏR
Çoxdur əl açib allaha şöhrət dilənənlər

Acizdi gərəksiz yerə əlbət dilənənlər


Məhv etdi mübariz yaği düşmənləri bir baş

Əhmədlə fərid getdi dalinca gözü qan yaş

Bir yolda şəhid oldu vətənçün iki qardaş

Baxsin belə övladlara qeyrət dilənənlər.


Sən ey kasib oğlan sənə tacir qizi gəlməz

Al bəxt üzüyün bəxt ama bədbəxt üzə gülməz

Pulsuzluq ucundan unudulmaq nədi bilməz

Var dövlət içərisində məhəbbət dilənənlər


Adlar dəyişib indi qazan yoxdu polad var

Ancaq yenə də köhnə soyadla təzə ad var

Şair xəbərin yoxdumu yurdunda təzad var

Sərvət dolu bir ölkədə sərvət dilənənlər


(2012)

Gəldi
Gördüm səni ilk dəfə həsrətlə vidalaşdim

Düşdüm sənin arxanca axir ki yaxinlaşdim

Ah sən nə gözəlmişsən gördüm səni mən çaşdim

Birdən-birə məst oldum gözlərimə xumar gəldi


Getdin mənə söz verdin bir gün dönəcəksən sən

Həsrət məni məhv etdi dözdüm buna məcburən

Ötdükcə fəsillər də çox yollara baxdim mən

Səndən sora qiş gəldi qiş getdi bahar gəldi


(2009)

QARANLIQ KÜÇƏLƏR
Bir zamanlar mən idim yar və qaranliq küçələr

Indi həmdəmdi mənə köhnə qaranliq küçələr.


Saf təmiz qəlbimi açmişdim o yerlərdə sənə

Mənə səndən o məkan xatirədir bircə dənə

Indi yad gözlə baxir adicə daşlarda mənə

Məni sənsiz tanimir bəlkə qaranliq küçələr?


Bir ayaq saxla dedim var sözüm ayrilmaliyiq

Bir zaman məndə bilirdim özüm ayrilmaliyiq

Deməli bir yolumuz var bizim ayrilmaliyiq

Qoydu aydinliğa son nöqtə qaranliq küçələr.


Gecə düşmüşdü o gün sənlə verib qol qola mən

O qaranliq küçələrlə səni saldim yola mən

Dönmədin sən geri baxdim sağa, baxdim sola mən

Hara döndüm yenə hər döngə qaranliq küçələr.


Sən gedəndən küçələrdə dəyişib mənzərələr

Çirpilir sanki qəfildən qapilar pəncərələr

Gecə şeytani gülüş vahiməli məsxərələr

Yaradir qorxulu bir səhnə qaranliq küçələr.


Bürüyübdür məni dəhşət gecələr baxmaqdan

Aya ulduzlara xəlvət gecələr baxmaqdan

Sən gedən yollara zülmət gecələr baxmaqdan

Qara gözlərimə salir kölgə qaranliq küçələr.


Bu məhəbbət neçə aşiqlərə meydan oxudu

Məni də bağri qan etmiş həmin o eşq oxudu

Oyanib kaş ki görəydim yaşananlar yuxudu

Nə qaranliq gecələr var nə qaranliq küçələr.

(2012)


PƏNCƏRƏLƏR
Yenə səs saldı küləkdən acılan pəncərələr

Bu küləklər şəhərindən asılan pəncərələr


Oğul itkin ana tənha bu onun taleyidir

Bir təsəlli ona öz övladının köynəyidir

Gözü yollarda qalan bir ananın eynəyidir

Şüşəsindən çölə həsrət dağılan pəncərələr


Gözü yollarda qalan var uzun illər boyu tək

Nə gələn var nə gedən var boş ümiddir bu demək

Açilib bağlanır hey xatirə dəftərləri tek

Neçə illərdi ümidlə baxılan pəncərələr


Elə bir qəlbi evim var ki baxıb gəl marağa

Pərdələr qəm libasından biçilib künc bucağa

Sanki daşlaşmış ürəklərlə tikilmiş otağa

Qoyulub dərd ağacından yığılan pəncərələr


Elə bil ki bu divarlar daralır ildən ilə

Bürüyüb dərd içimi ruhuma yer yoxdu belə

Necə ruhum bədənimdən çıxacaq bir gün elə

Çıxacaq çərçivəsindən sıxılan pəncərələr


Yiyəsiz qalsa əgər at gecə gündüz çapılar

O qədər var ki igidlər ata sahib tapılar

Bu səbəbdən çoxalır dəstəyi yüngül qapılar

Itirilmiş kişilikdən tapılan pəncərələr


Azmışam dar küçələrdə nə giriş var nə çıxış

Mənə bu köhnə qaranlıq küçələr gəldi tanış

Ama xatırlamıram hər dəfə yağdıqca yağış

Silinir tarixi tozla yazılan pəncərələr


(2012)

BİLMƏZ
Tənha qadının göz yaşın illər silə bilməz

Tənhadı o tənhalığa dərdin bölə bilməz


Əvvəl qadının qəlbinə girmək çox asandı

Sındırma onun qəlbini sındırma amandı

Tərk eylədiyin qəlbə qayıtmaq qadağandı

Heç kim ora təkrar gedə bilməz gələ bilməz


Allah eşidib dərdini bir bəndə deyibsə

Hər kim əl açıb Allaha övlad diləyibsə

Allah bizi yoxdan yaradıb var eləyibsə

Qismətdi bu Allah bilər insan bilə bilməz


Əvvəlcə deyərdin sevirəm mən onu sonsuz

Sən sevməli idin o qadın olsada sonsuz

Gəl tərk eləyib tökmə onun göz yaşın onsuz

Bir körpəyə möhtac ana məcbur gülə bilməz


Bir məsləhətim var ey ürək çəkmə bu dərdi

Kim söyləyəcəkdir sənə çək, çəkmə bu dərdi

Ya tərk elə getsin ya da tək çəkmə bu dərdi

Dərd öldürər insanı ama dərd ölə bilməz

Tənha qadının qəbrinə zülmət çökər ölsə
Ölmək də onun çarəsi olmaz əgər ölsə
Torpağda onun cismi əziyyət çəkər ölsə
Heç ruhu da göylərdə onun dincələ bilməz

(2011)
DEDİM


Yaşadıqca bu ömür sürməli dünyadı dedim

Elə bir halətə düşdüm bu nə sevdadı dedim


Bu cənub həsrəti xalqın yarasın göynətdi

Hara səpdimsə Arazın suyun hicran bitdi

Axdı gözümün yaşı üzümün qırışından getdi

Sanki bu Xan arazın açdığı məcradı dedim


Qoca neyçün dilənirsən hanı dostun tanışın

Nələr altında yatır gör bu inamsız baxışın

On qəpiklik gülüş açmaz on ilin bir qırışın

Bu gülüş xatirələrdən doğan ifadı dedim


Ayrılıq kəlməsi var başlayır A hərfi ilə

Elə sözdür o söü insan gətirən anda dilə

Söz dodaqdan dodağı heç nədən ayırısa belə

Daha yoxdur sözüm ayrılığa müəmmadı dedim


Vaxt məqamdır qapını döydü əcəl aç qapını

Namaz əhli əcəlindir nə gözəl aç qapını

Bu hamıyçündü bilirsən bunu gəl aç qapını

Bu azadlıqdı səninçün bu ki əladı dedim


Ey oğul sən ananın sən atanın qədrini bil

Adını qəlbinə yazdır biləyindən adı sil

Onu yazmaq kiməsə qarşı olan sevgi deyil

Səndə peşmançılığın atdığı imzadı dedim


Mən dedim ay qız aramızda bizim sevda yox

Qurduğun bir oyun idi ki dərin məna yox

O mənə başqa sual verdi sevirsən ya yox?

Cavabın mənsə sualında son hecadı dedim


Kaş ki həsrət qala ruhum əbədi dərd üzünə

Bənzəsin sönmüş ocağın üfürülmüş közünə

Dedilər harda ölüm arzulayırsan özünə

O məkan Kərbübəladır yeri səhradı dedim...


(2010)
RÜŞVƏT

RÜŞVƏT QADAĞANDIR DEYƏ XƏLVƏTDƏ ALIRLAR

RÜŞVƏT DƏ VERİRLƏR BELƏ RÜŞVƏTDƏ ALIRLAR
Artır, çoxalır ölkədə rüşvət götürənlər

Universitetin qapısına rüşvətlə girənlər

Azdırmı bu yollarla inistitut bitirənlər

Dörd il oxuyub lazımi qiymətdə alırlar


Ot öz kökü üstündə bitər yaxşı məsəldi

Pul adi kağızdı verən əldi, alan əldi

Rüşvətlə tikirlər təzə mərkəzdə nə gəldi

Qanunsuz olan sahəni düz xəttə alırlar


Səndən biri rüşvət tələb eliyib desə pul ver

Get söylə atam pensioner qardaşım əsgər

Vermə ona rüşvət axı rüşvətlə bərabər

Insanlığı səndən qəti surətdə alırlar


Çapmaq talamaqçün tək Azərbaycan hədəfdi

İxrac olunur xarici dövlətlərə nefti

Bir yanda axan göz yaşı bir yandasa kefdi

Yaşayıb bu həyat tərzini ləzzətdə alırlar


Dünyada olanlar bizə etmir daha təsir

Xaricdə çox işlər görülür rüşvətə dair

Biz də yığılıb bir yerə eliyək buna tədbir

Qarşısını bunun xarici dövlətdə alırlar



(2005)


DÜŞÜNCƏLƏRİM



  1. Hər şeyi düşünən insan heç nəyi yadında saxlaya bilmir.

  2. Nəyinsə kölgəsində ol kiminsə kölgəsində olma

  3. Hər şeydə dərinə getməyi xoşlayıram dənizdən başqa.

  4. Niyə biz uşaq olanda adını Sevinc qoyuruq kədər qoymuruq? Axı bu dünyada sevinc olduğu kimi kədər də var

  5. Hamı nə vaxtsa öləcəyini bilir. Amma heç kim ölmək istəmir. Demək heç kim həyatda ömrünün sonuna kimi öz istədiyi kimi yaşaya bilmir.

  6. Həyada elə iki üzlü insanlar var ki onların surəti originaldan seçilmir

  7. Sən əlindəki açarla mənim qəlbimin qapısını açıb, içəri daxil olub, qapını içəridən bağlayıb açarı gizlətmisən, sındırmamısan..

  8. Səni istəyirəm! Mənim ürəyimdə sənə qarşı olan gözəl hisslərdən, o hisslərin doğurduğu səni sevindirən məktublardan tutmuş sənin təəccüblü baxışların və təbəssüm doğuran üz ifadənə kimi

  9. Mənim bir sevgi kitabım var. O kitab yalnız bir nəfərdən bəhs edir. Orda yalnız bir nəfərin adı var.O kitab Ginnesin rekordlar kitabı deyil

  10. Sen sevgiylə yazdığım mənim sənət əsərim, mənim maraqla dolu həyat düşüncələrim.

  11. Ölüm haqdır. Vaxtı gələndə hamı öz haqqını tələb edir

  12. İnsanın iç üzünü çölə çıxarmaq üçün ona daha çox inanmaq lazımdır

  13. Həyat insanı öz əzablı və çətin yollarında möhkəmləndirir, daşlaşdırır və vurduğu sonuncu zərbə ilə parça-parça edir

  14. Bir gün inanıram gələcəksən sən, keçmiş sənsizlikdir gələcək sənsən

  15. Mənim ürəyim məni sevən insan üçün geniş bir dünya, məni unudan insan üçün qapısı açıq dar bir sığınacaqdır

  16. Sən bu dünyadan köçəndə mənim çiynimdə gedib mənim ürəyimlə qayıtdın

  17. Mənim səbr kasam deşik deyil.

  18. Nəsə bir səhv edib öz səhvini anlamdan özünü düzgün bilən və ona öz səhvini başa salmayana qədər dediyindən dönməyən insanı alqışlayıram. Axı o da düzgünlüyün tərəfdarıdır.

  19. Qeyrət ayaq altında qalıb – Şikəst bir adamın qoltuğunda gəzdirdiyi taxta çəliyin rezin ayaqqabısı kimi

  20. Sən öləndə kimsə sənin qəbrinin üstünə gəlib sənə görə bir damcı da olsa gözündən yaş tökəcəksə deməli sən ölməmisən.Demək sən hələ varsan, yerin boş deyil.Çünki insanlar boş yerə ağlamır

  21. Sən məni unutmamısan sadəcə olaraq mən sənin yadında qala bilməmişəm

  22. Mən adayam,mənim dörd bir yanım sudur. Su həyatdır məncə əsl həyat budur

  23. Kim mənə pislik etmək istəyirsə mən yaxşı bilirəm

  24. Qısqancam aysız gecənin zülməti tək biləsən, qoymaram mən olan yerdə başqasını görəsən

  25. Sizin mənim haqqımda düşündüyünüz ilk fikirlər mənim özüm haqqımda düşündüyüm son fikirlərdir

  26. Əsgər ordu sıralarında səhv addım ata bilər insan ömür yollarında yox

  27. Dərd dərd üstə gəlir, dərdimi bölmürsüz, hamınız qapımı üzümə vurub, çıxıb gedirsiz, məni nə hesab edirsiz

  28. İnsanların vəfasızlığının ən gözəl nümunəsi kimisə torpağa tapşırandan sonra iştahla çörək yeməsidi

  29. İnsan ömrü futbol kimidi.Hər yubiley sənin qapına vurulan bir qoldu.10 yaş 1:0, 20 yaş 2:0, 30 yaş 3:0......

  30. Mən məğlubiyyətlə heç cür barışa bilmirəm. Biz çoxdan küsülüyük

  31. Bəzən həyatda könülsüz yaşamağa məcbur oluruq.Bütün gələcək düşüncələrimiz, qurduğumuz xəyallar bizə qismət olmur.Biz ancaq könlümüz istəyəndə özümüzü xoşbəxt hiss edə bilirik...

  32. Ən mənalı,təsirli, və kədərli cümlə olan Əlvida sevgilim mən getməliyəm cümləsinə ən mənasız cavab: Gülə-gülə

  33. Biz ayrılıq sözünə bir hərif əlavə etməklə Ayrıldıq

  34. Mən heç vaxt səni yada salmamışam çünki sən həmişə mənim yadımda olmusan

  35. Ömür yolu əzablıdır, keçilməzdir. Sən uşaq deyilsən.Heç kim sənin əlindən tutub bu yolu keçirməyəcək

  36. Saniyələr yorğun yorğun vurur, əqrəblər bir-birinin üzünü görmək istəmir.Saat vaxt aparır

  37. Lənətə gəlmiş dünya oyuna oyuncağa dönüb. Udan uduzana acıq verir

  38. Həyatda hər bir insan öz rolunun ən gözəl aktyorudur

  39. Sevgilim sən bu dünyanın peşman olan bir bəndəsi, mənsə memarı sən olan tənhalığın abidəsi

  40. Səni çox istəyirəm çünki səni sevirəm deməyə cəsarətim çatmır

  41. Hər günün yenidən başlanması insan həyatında ona hər dəfə verilən yeni bir şansdı...

  42. Məni həyatda tanımayan hər bir insan nəsə itirib...


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə