Fikir və ideyanın müəllifinin adi və soyadı




Yüklə 11.06 Kb.
tarix20.04.2016
ölçüsü11.06 Kb.


------------------------------------------------------------------------------------------------------------------

Fikir və ideyanın müəllifinin adi və soyadı (məşğuliyyəti: məktəbli/tələbə/işçi)

M.Babayeva. ADMİU II kurs


Fikir və ideyanın adı

Açıq havada park – “Macəra dünyası” (Uşaqlıq arzularımızı reallaşdıraq)


Aid olduğu sahə

Əyləncə
Fikir və ideyadan faydalanacaq tərəflər



Məktəblilər və tələbələr
Qısa təsvir
Təklif olunan bu fikir və ideya uşaq və yeniyetmələrin əyləncəsinin, valideynlərin istirahət şəraitinin yaxşılaşdırılmasına, milli-mədəni dəyərlərin qorunub saxlanılmasına, onların gələcək nəsillərə çatdırılmasına yönəldilmişdir. Bu fikir və ideyanın əsas məqsədlərindən biri milli xalq nağıl və dastanlarının qəhrəmanlarının uşaqlara tanıdılması, milli adət və ənənələrin daha da möhkəmlənməsidir.

Fikir və ideyanın geniş təsviri
Hamımız uşaqlıqda çoxlu video oyunlar oynarkən, kinolara baxarkən, macəra kitabları, sehrli nağıllar oxuyarkən oradakı qəhramanların yerində olmaq istəmişik. Onlar kimi bir yerdən digər yerə getməyi, səyahət etməyi, macəralarla qarşılaşmaq istəmişik. Şübhəsiz ki, hər kəsin sevimli məcəra oyunu, cizgifilmi və nağılı vardır. Fikrimiz bundan ibarətdir ki, bir park yaradaq hansı ki, hər kəsın istirahəti, əyləncəsi üçün əlverişli ola bilsin. Həmin parkda uşaqlar bizim Azərbaycan nağıl və dastanlarının qəhrəmanlarının obrazlarına girə, keçmişə, gələcəyə səyahət edə , orada özünü azad döyüşçu kimi hiss edə, orta əsrli şəhərlərə yürüş edə, xalq oyunlarında iştirak edə bilsinlər. Belə deyək geniş milli macəra, oyun, istirahət imkanlarına malik, uşaqlar üçün nəzərdə tutulmuş açıq havada park- “Macəra Dünyası”.
Bu fikri reallaşdırmaq üçün lazım olan yer kimi qədim atılmış kəndlərdən, ərazilərdən birini seçmək olar. Bu ərazi ekoloji cəhətdən təmiz, fabrik və zavodlardan uzaq bir sahədə olmalıdır. Orada milli xüsusiyyətlərə malik otel tikmək və ya sirlərlə dolu bir qala tikmək, oranı ekoloji cəhətdən təmiz bir məkana çevirmək lazımdır. Belə bir yerdə dincəlmək, bəlkə də yaşamaq insanlar üçün daha əlverişli olacaqdır. Həftə sonu və ya məzuniyyət vaxtlarında valideynlər öz övladlarını bura istirahətə və əyləncəyə gətirə bilərdilər. Düşünürəm ki, uşaqlar özlərini bu rolda hiss etmələri maraqlı olacaq. Zaman keçdikcə bu parkları ərazisini daha da geniş və sayın artırmaqla inkişaf etdirmək olardı. Bununla da biz milli adət-ənənələrimizi bir daha qorumuş, milli xalq nağıl və dastanlarımıza hörmət və ehtiramımızı bildirmiş olacağıq.
Açıq havada park – “Macəra dünyası” parkının əhəmiyyəti

  • Valideynlərin iştirakı ilə uşaqların əyləncəsinin təşkili

  • Həm valideynin istirahət, həm də uşağın əyləncə imkanı

  • Açıq havada olmaq imkanı

  • Yeni iş yerlərinin açılması (otel və istirahət parkının personalı)

  • Turizmin inkişafı

  • Milli dəyərlərin (nağıl qəhrəmanları, dastanlar) qorunması, yeni nəslə tanıdılması, milli adət və ənənələrin möhkəmləndirilməsi

  • Həmyerlilərimizin ölkəmizdə istirahət etmələri üçün daha bir şəraitin yaradılması



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə