FƏSİL 5: Əsas logiSTİk konsepsiyalar firmalarin logiSTİk konsepsiyasi




Yüklə 0.56 Mb.
səhifə5/6
tarix27.04.2016
ölçüsü0.56 Mb.
1   2   3   4   5   6

Şəkil. Logistk funksiyaların təsnifat sxemi

Yuxarıda qeyd olunanlara əlavə olaraq bu şəkildə məhsulların fiziki bölüşdürülməsi açar logistik funksiya kimi göstərilmişdir. Qərb ölkələrində logistika sahəsində mövcud olan iqtisadi ədəbiyyatlarda hələ də bu kompleks logistik funksiya haqqında mülahizələr davam etməkdədir. Bir sıra xarici mütəxəssislər fiziki bölüşdürməni logistikanın sinonimi kimi hesab edir, digərləri onu məhsulların «distribyuisiyası» anlayışı ilə əvəzləyirlər. Fikrimizcə bu hər şeydən əvvəl logistik konsepsiyanın təkamülü ilə əlaqədardır. Belə ki, 1950 və 1970 –ci illərin ortalarına qədər qərb ədəbiyyatlarında mahiyyət etibarı ilə «fiziki bölüşdürmə» anlayışı «logistika» anlayışı kimi istifadə edilmiş və anlaşılan mənada məhsul ötürən strukturlarda və ticarət vasitəçilərində hazır məhsulun idarə edilməsini – menecmentini özündə əks etdirirdi. Qərb tədqiqatçılarının bu sahədə gəldikləri ümumi nəticələri təhlil etmədən və bu araşdırmalara heç bir xələl gətirmədən fiziki bölüşdürməyə aşağıdakı kimi anlayış verə bilərik: fiziki bölüşdürmə məhsulların distri­b­yu­siyasının tərkib hissəsi olmaqla məhsul ötürən strukturlarda və ticarət vasitəçilərində hazır məhsulların fiziki yerləşdirilməsi və saxlanması ilə əla­qədar bütün logistik əməliyyatları özündə birləşdirən kompleks logistik funk­siyadır.

Logistik əməliyyatlar və funksiyalar başlanğıc şərtlər, xarici mühitin parametrləri, alternativ strategiya və məqsəd funksiyasının xarakteristikası kimi verilə bilər. Bu baxımdan logistik əməliyyatlar və funksiyaların həcmini təyin etmək üçün firma və şirkətlər bir sıra amillərdən, o cümlədən istehsalın təşkili səviyyəsindən asılı olaraq xarici, sexlərarası, sahələrarası, əməliyyatlararası, anbardaxili və s. növlü material axınlarını nəzərə almalıdırlar. Logistik əməliyyatların və funksiyaların həcminə təsir edən amillər aşağıdakı təsnifat əlamətlərinə görə qruplaşdırılır:

1. Sahə mənsubiyyətli amillər:



  • firmalar (müəssisələr) tərəfindən istehlak edilən xammal, material və dəstləş­dirici məmulatlar, habelə hazır məhsulların nomenklaturası, ölçüləri və kütləsi;

  • məhsulgöndərənlərin sayı;

  • hazır məhsul istehlakçılarının regional, milli və beynəlxal bazarlar üzrə sayı;

  • firmadan kənar məhsul daşımalarının təşkilinin mövcud sistemi (mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş daşımalar, firma və ya onun əməkdaşlıq etdiyi şirkətlər tərəfindən daşımalar, aktiv daşımalar);

  • kompleks logistik əməliyyatların təkmilləşdirilməsi üzrə layihələrin hazırlanmasını həyata keçirən layihə – texnoloжi təşkilatların varlığı;

  • material resurslarının kompleks göndərilməsilə məşğul olan logistik vasitəçi strukturların (firmaların) mövcudluğu;

  • istehsalçı firma (müəssisə) üçün innovasiya siyasətini həyata keçirən müəssisələrin mövcudluğu.

2. Regional xarakterli amillər:

  • regionda məhsulgöndərənlərlə məhsul istehlakçıları arasında işgüzar əlaqələrin fəaliyyət göstərən sistemi (vasitəsiz, regionda və ya ondan kənarda fəaliyyətdə olan topdansatış vasitəçiləri);

  • regiondaxili məhsul daşımalarını həyata keçirən ixtisaslaşmış müəssisələr, yükləmə – boşaltma, anbar – nəqliyyat işlərini yerinə yetirən standart mexanik­ləşdirmə vasitələrinin hazırlanması və təmiri üzrə ixtisaslaşmış müəssisələr.

3. İstehsaldaxili amillər:

  • hazır məhsulların parametrləri (ölçüləri və kütləsi);

  • hazır məhsul buraxılışının həcmi;

  • istehsalın tipi (kiçik və iri seriyalı, kütləvi və vahid nümunələr əsasında);

  • istehsalın təşkili formaları (texnoloжi, predmet və hissələr üzrə ixtisas­laşmış);

  • müəssisənin baş planı;

  • texnoloжi avadanlıqların dəstləşdirilməsi (komplektləşdirilməsi);

  • istehsal və anbar sahələrinin tikinti konstruktor xüsusiyyətləri.

Konseptual baxımdan logistik funksiyaları sistem yaradan, inteqrativ, tənzim­­ləyici və nəticələndirici funksiyalar kimi qruplaşdırmaq mümkündür.

Sistem yaradıcı funksiya. Logistika material, informasiya və maliyyə resurs­larının idarə edilməsi prosesini tam təmin edən effektiv texnologiyalar sistemini özündə birləşdirir. Dar mənada logistika sözü bazara və bazarda malyeridilişinin idarə edilməsi sistemindən (təsərrüfat əlaqələrinin formalaşması, məhsulların anbarlaşdırılan sahələr üzrə yerləşdirilməsinin təşkili, istehsal və əm­təəlik məhsul ehtiyatının formalaşdırılması və tənzimlənməsi, anbar təsər­rüfatının təşkili və inkişafı) ibarətdir. Öz – özlüyündə aydındır ki, sadalanan bu alt sistemlərin hər birisi tamın hissələri olduqlarından logistik sistemin iqtisadi səmərəliliyini artırmaq, logistik xərcləri azaltmaq, hazır məhsulların yalnız və yalnız istehlakçı bazarına yönəldiyi müasir iqtisadi şəraitdə onların bütün tələbını dolğun ödəmək baxımından sistem yaradan funksiyalar kimi xarakterizə olunurlar.

Geniş mənada logistika aşkar edilmiş bazar tələbinin ödənilməsinə yönələn fəaliyyət sahəsi olduğundan hər bir istehlakçının keyfiyyətli hazır məhsullarla təmin edilməsi məqsədinə xidmət göstərir. Bununla əlaqədar hazır məhsulun istehsalına lazım olan bu və ya digər ünsürlərin (material ün­sürlərinin) miqdarının və əldə edilməsi üçün tədarükat bazarının (metod­larının) müəy­yənləşdirilməsi, potensial məhsulgöndərənlərin seçilməsi, material resurslarının nəqli, anbarlaşdırılması, ehtiyat formasında saxlanması, istehsalın təşkili, əmtəəlik məhsulların anbarlaşdırılması və malyeridilişi kanalları üzrə fiziki bölüşdürülməsi mərhələsinə qədər hər bir element sistem yaradıcı kimi çıxış edir. Logistik sistemi bu element­lərsiz təsəvvür etmək qeyri – mümkündür.

Aydındır ki, bir-birilə qarşılıqlı fəaliyyətdə olan bu elementlərdən hər biri logistik sistemdən kənarda müstəqil sistem yaratmaq qabiliyyətinə malikdir.

İnteqrativ funksiya. Logistika istehsal–texniki təyinatlı məhsullar (istehsal vasitələri) və xalq istehlakı malları bazarına istiqamətlənmiş məhsulların nəqledilməsi (daşınması), anbarlaşdırılması, saxlanması və məhsulların fiziki bölüşdürülməsi, satışı və s. bu kimi proseslərin üzvü əlaqələndirilməsi, hər bir logistik mərhələnin (dövrənin) iqtisadi maraq­ları nəzərə alınmaq şərtilə bu proseslərin ahəngdar (sinxron) yerinə yetrilməsi və istehlakçılara vasitəçilik xidmətlərinin göstərilməsini təmin edir. Bu missiyanın həyata keçirilməsi üçün o, logistik sistem daxilində vasitə­çilik funksiyasını icra edən hüquqi və fiziki şəxslərin iqtisadi maraqlarının uzlaşdırılmasına çalışır. İqtisadi mənafe birliyi sistem yaradıcı elementlərin hər birinin, o cümlədən özündən əvvəl və ya sonra gələn elementin – iştirakçının marağının nəzərə alındığı bir şəraitdə təmin edilir. Buna görə də ümumi logistik dövrənin ayrı–ayrı həlqələrində yerinə yetirilən əməliyyatlar bir–birilə üzvi bağlılıq təşkil etdiyindən təbiidir ki, onlar logistik tələbatın zəruri vaxt çərçivəsində, az məsrəflərlə lazımı yerlərdə ödənilməsinə xidmət göstərir. Məhz bu baxımdan logistika qeyd olunan funksiyaları icra etməklə lokal ekstremum­lardan ümumi optimuma keçidin reallaşdırılması məqsədini daşıyır.



Tənzimləyici funksiya. Material və onlara bərabər tutulan informasiya və maliyyə axınlarının logistik idarə edilməsi bütün növ iqtisadi resurslara qənaət edilməsi, müxtəlif təşkilati - iqtisadi səviyyə və sahələrdə canlı və maddiləşmiş əmək məsrəflərinin azaldılmasına yönəldilmişdir. Geniş mənada idarəetmənin təsir gücü logistik sistemlərin ayrı–ayrı mərhələlərində yerinə yetirilən əməliy­yatların aparılması mexanizminin elə qurulması və tənzimlənməsindən ibarət olmalıdır ki, bütün fəaliyyət vahid məqsədə-ümumi dövrənin maraqlarının həyata keçirilməsinə tabe edilsin. Daha doğrusu, ixtiyari alt sistemin resurs potensialı nə qədər çox olarsa o, bir o qədər öz fəaliyyətini logistik sistemin strategiyasına yönəltməlidir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, geniş resurs potensialına malik olan alt sistem nə qədər avtonomiyaya – muxtariyyata malik olarsa təbii ki, bu sistemin özü üçün təhlükə mənbəyinə çevrilə bilər. Buna görə də logistik sistem qarşısında duran vəzifələrin minimum xərclərlə icra edilməsi üçün tənzimləmə funksiyası mahiyyət etibarı ilə istər ümumi, istərsə də ayrı-ayrı elementlərin fəaliyyətini əlaqələndirmək və bu elementlərin fəaliyyətini bütün səviyyələrdə tənzimləmək­dən ibarətdir. Logistik elementlərin fəaliyyəti tənzimlənmədikdə onlar ümumi sistemin qeyri-müəyyənlik səviyyəsini yük­səldir və bu sistemin ətraf mühitin intensiv təsirlərinə adekvat reaksiya verə bilmək qabiliyyətinin azalmasına səbəb olur.

Nəticələndirici funksiya. Məlumdur ki, logistik fəaliyyətin məqsədi az xərclərlə xammal, material və dəstləşdirici məmulatları tələb olunan kəmiyyət və keyfiyyətdə əvvəlcədən razılaşdırılmış yerə zəruri vaxtda çatdırmaqdan ibarətdir. Buna görə də logistika bir – birilə qarşılıqlı əlaqədə olan «təchizat – istehsal-bölgü (satış) – istehlak» mərhələlərini tam əhatə etməklə bazar tələbınə müvafiq olaraq material resurslarının hazır məhsula çevrilməsi prosedurunu özündə birləşdirir. Başqa sözlə, logistik strategiya məhsul istehsalı və marketinq strategiyaları arasında üzvi əlaqə yaradır və əvvəlcədən müəyyənləşdirilmiş tələbin keyfiyyətli məhsul istehsalı hesabına tam və dolğun ödənilməsini həyata keçirir. Məhz qeyd edilən strateжi nəticəyə nail olunması logistikanın sonuncu funksiyasının mahiyyətini müəyyənləşdirir.

Beləliklə, bütün iqtisadi fəaliyyətin logistik idarə edilməsi hər bir konkret fəaliyyət növünün idarə edilməsi üzrə əməliyyatlardan ibarətdir. Bu zaman bir sıra məqsəd funksiyalarının (məsələn, xərclərin minimumlaş­dırılması) optimallaşdırılması üçün idarəetmənin həyata keçiril­məsi yalnız yuxarıda qeyd edilən iqtisadi fəaliyyət sahələrinin hər biri üzrə ayrı-ayrılıqda bütün göstəricilərin ümumən pisləşməsinə məsələn, məhsulların istehsalı və bölüşdürülməsinə çəkilən xərclərin artmasına gətirib çıxarır. İdarəetmənin logistik konsepsiyasını təşkil edən sistemli yanaşma prinsipi ilə məsələlərin kompleks təhlili isə idarə edilən sistemin elementləri arasında qarşılıqlı əlaqələri, bu əlaqələrin iqtisadi səmərəliliyini müəyyənləşdirir, idarəetmə strategiyasının hazırlanması üçün firma və kompaniyalara köməklik göstərir. Odur ki, ənənəvi idarəetmə metodlarından fərqli olaraq keyfiyyətli logistik idarəetmə metodları istehsal–satış sistemlərinin yerinə yetirdikləri fəaliyyətin iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin edir və bu yolla yeni texnika və texnologiyaların tətbiqinə şərait yaradır.



4.2. MAKRO VƏ MİKRO İQTİSADİ SƏVİYYƏDƏ LOGİSTİKANIN ƏSAS FUNKSİYALARI

Loqistikada baş verən iqtisadi hadisə və proseslərə konseptual yanaşma prinsipi təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində (və ya müxtəlif səviyyələrində) mövcud olan material və informasiya axınlarına vahid mövqedən baxılmasına şərait yaradır. Belə bir baxışın qəbul edilmiş səviyyəsi və detallaşdırma dərəcəsindən asılı olaraq əməli praktikada loqistik əməliyyatların makro və mikro loqistik səviyyələrini fərqlən­dirir­lər.

Makroloqistik sistem mikroloqistik sistemlə müqayisədə böyük sistem olub mülkiyyət forması və tabeçilik əlamətindən asılı olmayaraq təsərrüfat subyektləri arasında mövcud olan və ya əmələ gələn material axınlarının idarə edilməsi sistemidir. Bu sistem vahid məqsədə nail olmaq üçün müxtəlif istehsal və ticarət müəssisələrini, nəqliyyat və vasitəçi firmaları özündə birləşdirir. Makrologistik sistemin köməkliyilə birləşən firmalar (müəssisələr) özlərinin ixtisaslaşma dərəcələri, miqyası, mülkiyyət forması, tabeçilik əlamətləri, coğrafi mövqeyi və hətta bu və ya digər dövlətə məxsus olma əlamətlərinə görə fərqlənirlər. Nəticə etibarı ilə makroloqistik sistemlər üçün material resurslarının (hazır məhsulların və dəstləşdirici məmulatların) idxal və ixracatı zamanı meydana çıxa biləcək gömrük maneələrinin aradan qaldırılması, məhsulların nəql edilməsi və nəqliyyat vasitələrinin seçilməsi, eləcə də sənaye sahələrində məhsul istehsalçıları üçün əlverişli iqtisadi mühiti formalaşdıra bilən bu və ya digər qanun­vericilik aktlarının qəbul edilməsi ilə bağlı hüquqi və iqtisadi xarakterli spesifik məsələlər xüsusi əhəmiyyət daşıyır.

Ümumi halda makrologistika aşağıdakı:



  • məhsulgöndərən və istehlakçı bazarının təhlili;

  • istehsal, bölgü və istehlak konsepsiyasının hazırlanması;

  • anbarlaşdırmanın strukturunun və anbarların yerləşdirilməsi üçün mü­vafiq yerlə­ri­n seçilməsi;

  • nəqliyyat növünün seçilməsi;

  • nəqletmə prosesinin optimal təşkili;

  • material axınlarının optimal hərəkət istiqamətlərinin təyin edil­məsi;

  • hazır məhsulun fiziki bölüşdürülməsi və daşınması sxemının seçil­məsi;

  • xammal, material, yarımfabrikat və dəstləşdirici məmulatların göndə­rilməsi üzrə bölüşdürmə məntəqələrinin və konsolidasiya mərkəz­lə­rinin se­çilməsi;

  • vahid informasiya sistemlərinin yaradılması kimi məsələləri həll etmə­lidir.

Makrologistikadan fərqli olaraq mikrologistika bir müəssisə və ya firma daxilində iqtisadi fəaliyyəti optimallaşdırmaq üçün material, informasiya və maliyyə axınlarının idarə edilməsi üzrə məsələləri həll edir. Bu mənada mikrologistikanın həll etdiyi məsələlər lokal xarakter daşıyır və bu sistem özü makroloqistik sistemin struktur elementi olmaqla onun tərkibində alt sistem kimi fəaliyyət göstərir. Digər tərəfdən mikrologistik sistem istehsal və ya ticarət müəssisələri, eləcə də ərazi istehsal və ticarət kompleksləri çərçivəsində (onun hüdudlarından kənara çıxmamaqla) müstəqil şəkildə yarana və fəaliyyət göstərə bilər. Bu zaman bir müəssisə (firma) daxilində mikrologistik sis­temlərin həll etdiyi məsələlərə:

  • hazır məhsulun istehsalı üçün zəruri olan xammal və materiallara tələbatın hesablanması və bu növ ehtiyatların səviyyəsinə nəzarət;

  • aralıq istehsal ehtiyatları və hazır məhsul istehsalının planlaşdırılması və onların səviyyələrinə nəzarət;

  • sənaye müəssisələrində istehsal prosesinə lazım olan xammal və materialların sexlərarası və sexdaxili anbarlarda zəruri kəmiyyətdə və vaxtda yerləşdirilməsi;

  • hazır məhsul satışının planlaşdırılması və idarəedilməsi;

  • firma və ya müəssisə üçün əlverişli bölgü kanallarının seçilməsi;

  • anbar – nəqliyyat və yükləmə boşaltma işlərinin yerinə yetrilməsinin idarə edilməsi və s. aid edilir.

Yerinə yetirdikləri məsələlərin müxtəlifliyi ilə yanaşı makro və mikro­logistik sistemlər arasında nəzarət etdikləri obyektlər baxımından bir sıra əsaslı fərqlər də mövcuddur.

Makrologistika tərəfindən nəzarət edilən obyektlər hüqüqi baxımdan müstəqil fəaliyyət göstərən və heç bir tabeçilik mənsubiyyəti daşımayan müəssisə və firmalardır. Bu müəssisələr arasında qarşılıqlı təsərrüfat fəaliyyəti əmtəə pul münasibətlərinə əsaslanır və hüqüqi gücə malik müvafiq müqavilə və ya kontraktlarla tənzimlənir.

Mikrologistika tərəfindən nəzarət edilən obyektlər isə bir müəssisə və ya firmanın rəhbərliyinə tabe olan funksional xidmət və quruluş bölmələri hesab edilir. Firma və müəssisənin bu struktur bölmələri arasında qarşılıqlı əlaqələr əmtəə pul münasibətləri olmadığından mövcud münasibətlər inzibati qaydada tənzimlənir. Bir qayda olaraq belə inzibatçılığı firmanın (müəssisənin) menecmenti və ya ali idarəetmə orqanı həyata keçirir. Mikrologistika şəraitində firmanın (müəssisənin) struktur bölmələrində inzibati tənzimləmənin həyata keçirilməsi və yaxud onlara iqtisadi təzyiqlərin göstərilməsi yalnız və yalnız bu təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətlərinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədinə xidmət etməlidir.

Makro və mikrologistikanın yerinə yetirdikləri funksiyalar sxematik olaraq şəkil də verilmişdir. (şəkil )

İstər makro, istərsə də mikro səviyyədə müasir logistikanın iki qrup funksiyalarını fərqləndirirlər: əməli (operativ) və əlaqələndirmə (koordinasiya). Qeyd olunan bu iki funksiyanı daha müfəssəl formada nəzərdən keçirək.

Əməli funksiya istehsal yerlərinin xammal, material və ya dəstləşdirici məmulatlarla təchiz edilməsi, məhsul istehsalı və hazır məhsulların təyinatı üzrə bölüşdürülməsi sferasında konkret əməliyyatların yerinə yetrilməsilə əlaqədardır. Belə funksiyalara:



  • xammal, material və dəstləşdirici məmulatların məhsulgöndərənlərdən istehsal yerləri və ticarət anbarlarına istiqamətlənmiş hərəkətinin idarə edilməsi;


  • istehsal prosesinin bütün mərhələləri üzrə yarımfabrikatların hərəkətinə nəzarət etmək yolu ilə istehsal ehtiyatlarının səviyyəsinin idarə edilməsi;



Şəkil. Makro və mikrosəviyyədə logistik funksiyaların strukturu


  • topdansatış ticarətini həyata keçirən vasitəçi firmaların (müəssisə­lərin) anbarlarında hazır məhsulların yerləşdirilməsinin təşkili;

  • topdansatış anbarlarından hazır məhsulların müxtəlif təyinatlı satış bazarlarına hərəkətinin idarə edilməsi;

  • alıcılara son məhsulların hərəkətinin təşkili və idarə edilməsi aid edilir.

Konkret əməliyyatların icra edilməsilə əlaqədar idarəetmənin qeyd edilən bu funksiyaları ənənəvi idarəetmə prinsipləri baxımından praktiki olaraq tam şəkildə yerinə yetirilmiş və bu gün də yerinə yetirilir. İdarəedilən obyektlərin vəziyyətinə nəzarət metodları və bu metodların reallaşdırılması üçün zəruri olan texniki vasitələr logistikanın konsepsiyasının meydana gəlməsi və tətbiq edilməsi imkanlarından asılı olmayaraq uzun illərdir ki, istifadə edilir. Lakin, nəzərə almaq lazımdır ki, logistika geniş mənada firmaların (müəssisələrin) ayrı-ayrı konkret funksional bölmələrini, eləcə də fiziki şəxsləri material axınlarının idarə edilməsilə əlaqədar xüsusi əməliyyatların icrası üçün «kollektiv işləməyə» məcbur edir. Başqa sözlə, ayrı-ayrı logistik məqsədlər (istehsal, bölgü, ehtiyatların idarəedilməsi, anbarlaşdırma, nəqletmə, informasiya və s) ümumi logistik məqsədə (material, informasiya və maliyyə axınlarının səmərəli hərəkəti üçün yeni əlverişli istiqamətlərin axtarılması) və onlara nail olunması nəticəsində əldə edilən effektivlik meyarları isə ümumi logistik dövrənin effektivliyinin yüksəldilməsinə xidmət etməlidir. Bundan başqa cari nəzarət işinin həyata keçirilməsi üçün konkret logistik əməliyyatların icra edilib edilməməsini xarakterizə edən məlumatları logistik dövrənin bütün mərhələlərində baş verən proseslərin ümumi dinamikası ilə müqayisə etmək lazımdır.

Beləliklə, logistik konsepsiyanın (idarəetmənin) əməli funksiyası əlaqələndirmə funksiyası ilə tamamlanmalıdır. Əlaqələndirci funksiya isə özünə əsasən aşağıdakı:



  • firmanın (müəssisənin) fəaliyyət göstərdiyi məqsəd bazarının təhlili;

  • ayrı-ayrı istehsal bölmələri üçün material resurslarına tələbatın müəyyənləşdirilməsi və onların ödənilməsi mənbələrinin iqtisadi baxımdan təhlili;

  • istehsal prosesində baş verən dəyişikliklərdən asılı olaraq material resurslarına tələbatın dəyişilməsi dinamikasının müəyyənləşdirilməsi;

  • bazarda baş verə biləcək dəyişkənliklərin proqnozlaşdırılması;

  • istehlakçıların faktiki vəziyyəti və mövcud (cari) tələblərində baş verə biləcək potensial dəyişiliklər haqqında informasiyaların toplanması və təhlili;

  • satış bazarı və ya bazar seqmentinin genişləndirilməsi imkanlarının təhlili və proqnozlaşdırılması kimi məsələləri birləşdirir.

Logistik idarəetmə üçün əsas xarakterik cəhət ondan ibarətdir ki, qoyulmuş məqsədlərə nail olunması üçün effektivlik meyarlarının seçilməsi və bazar mühitinin tələbi ilə firma və şirkətlərin yerinə yetirdikləri konkret ə
məliyyatlar arasında operativ əlaqələrin təşkili mühüm əhəmiyyət kəsb edir.

Logistik funksiyaların ümumi qurluşu aşağıdakı şəkildə verilmişdir.


Şəkil. Logistikanın ümumi funksiyaları
Logistik funksiyalarının əksər hissəsi istehlakçı bazarında baş verən dəyişikliklərə və ya müxtəlif vəziyyətlərin yaranmasına baxmayaraq müəssisə və ya firmaların texniki, təşkilatı və sair imkanlarının mövcudluğu nöqteyi - nəzərindən dəyişilməzdir. Lakin bu funksiyaların xarakteri, intensivliyi, əhə­miyyəti və biri – birinə qarşılıqlı təsiretmə dərəcəsi istehlakçılardan daxil olan sifarişlərin növündən və bu sifarişlərin ödənilməsi metod və üsullarından ası­lıdır. Bu baxımdan ümumi şəkildə istehsal - bölgü prosesləri üç kateqoriyaya bölünür:

  • təkrarlanan (dövrü) istehsal prosesləri;

  • hər bir nomenklaturadan böyük həcmdə məmulat istehsalı (və ya məh­sul­göndərilməsi) prosesi;

  • hər bir nomenklaturadan kiçik həcmdə məmulat istehsalı (və ya məh­sul­göndərilməsi) prosesi.

Birinci kateqoriyaya tipik nümunə kimi podşipnik, elektrik mühərrikləri, tibbi avadanlıqları, müxtəlif həcmli içki məhsulları istehsalını və s. göstərmək olar.

4.3. LOQİSTİK MİSSİYA VƏ ƏTRAF MÜHİT
Bazar subyektlərinin təsərrüfat həyatında logistikanın vəzifələri firmaların biznes üzrə strateжi məqsədləri baxımından müəyyənləşdirilir. Buna görə də qərb ölkələrində məhsul satışı (xidmət) bazarında müəssisələrin fəaliyyət fəlsəfəsini müəyyənləşdirə bilən «missiya» anlayışından istifadə edilir. Firmanın missiyasının müəyyənləşdiril­məsində onun menecerinin əsas vəzifəsi: müasir iqtisadi şəraitdə firmanın ayrı - ayrı bazar subyektləri arasında xüsusi çəkisi necədir və «bu firma nə istəyir və hansı inkişaf istiqamətlərini özü üçün əsas hesab edir ?» kimi suallara cavab axtarmaqdan ibarət olmalıdır.

Ümumiyyətlə, missiya dedikdə – firmanın uzunmüddətli strateжi məqsəd və vəzifələrini müəyyənləşdirən və bu əsasda qərarlar qəbul edən ilkin baza və ya başlanğıc nöqtə başa düşülür. Bazar münasibətlərinin inkişaf etdiyi müasir iqtisadi şəraitdə əksər firmaların (və ya müəssisələrin) missiyası rəqabət əsasında istehlakçıların yüksək keyfiyyətli məhsullara və ya xidmətlərə olan tələblərini maksimum dolğun ödəməkdən ibarətdir. Beynəlxalq iqtisadi inteqrasiya əlaqələrinin bu günkü inkişaf səviyyəsi belə bir nəticəyə gəlməyə imkan verir ki, istehlakçılar aşağı qiymətlərə malik yüksək keyfiyyətli məhsulların alınması və xidmətlərin göstərilməsi, tədarükat üzrə sifarişlərə çevik reaksiyanın verilməsi, məhsulların əldə edilməsi və istifadəsi zamanı bu və ya digər iqtisadi maneələrin olmamasını tələb edirlər. Buna görə də istehlakçı firmalar (müəssisələr) bir qayda olaraq yüksək keyfiyyətli məhsul istehsal edən və ya tələb olunan standartlar çərçivəsində servis xidmətləri göstərən firmaları (müəssisələr) təkcə bu nöqteyi - nəzərdən deyil, eyni zamanda kiçik partiya­larla hazır məhsulları vaxtı - vaxtında istehlak yerlərinə çatdırılması qabiliy­yətinə görə də qiymətləndirirlər.

Logistikanın malik olduğu elmi nəzəri və praktiki potensial firmanın mis­si­yası çərçivəsində strateжi məqsədlərin həyata keçirilməsinə şərait yarat­malıdır. Məhz bu baxımından inkişaf etmiş xarici ölkələrdə logistik missiyaları marketinq miksinə uyğun olaraq logistik miks və ya «yeddi R» adlandırırlar: «ensuring the availability of the right product,in the right quantity and the right condition, at the right place, at the right time, for the right customer, at the right cost». Qeyd edilən miksin mahiyyəti az məsrəflərlə konkret istehlakçının müəyyən edilmiş vaxtda və lazımı yerdə tələb olunan keyfiy­yətdə və verilən kəmiyyətdə zəruri məhsullarla təmin edilməsindən ibarətdir.

«Yeddi R» qaydalarında logistik missiyanın keyfiyyət, vaxt və məsrəf kimi əsas cəhətləri əks edilmişdir. Rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində göstərilən bu cəhətlər böyük logistik əhəmiyyət daşıdıqlarından belə bir şəraitdə fəaliyyət göstərən firmalar (müəssisələr) özlərinin logistik missi­yalarını hazırlayan zaman marketinq və məhsul istehsalı ilə əlaqədar ümumi strate­giyanı bu missiyaya uyğunlaşdırmalıdırlar. Bu zaman firmanın (müəs­sisənin) missiyası əsasında müəyyənləşən logistikanın məqsədi isə təsərrüfat fəaliyyətinin ümumi nəticələri üzrə yüksək nailiyyət əldə etmək üçün material və maliyyə axınlarının optimal idarə edilməsindən ibarətdir.

Firmaların logistik missiyasının müəyyənləşdirilməməsi və ya bu missiya əsasında mövcud logistik strategiyaların hazırlanmaması onları özlərinin iqtisadi cəhətdən perspektiv gələcəklərini aydın təsəvvür etməyən və bazarda baş verən dinamik dəyişikliklərə gec reaksiya verən müşahidəçiyə çevirir. Logistik missiya istehlakçı firmaları (müəssisələri) yüksək keyfiyyətli və rəqabət qabiliyyətli hazır məhsullarla (xidmətlərlə), istehsal yerlərini isə tələb olunan material resursları, habelə hazır məhsul istehsalı və satışı, marketinq və idarəetmə fəaliyyəti ilə bağlı inteqrativ strate­gi­yalarla təmin edir.

Logistikanın istər istehsalçı, istərsə də istehlakçı firmaların (müəssisə­lərin) təsərrüfat həyatında yeri və rolunun dəqiq müəyyənləşdirilməsi üçün onun makro (xarici) və mikro (daxili) mühitinə nəzər yetirilməlidir. Logistikanın daxili və xarici mühitinə təsir edən amillər aşağıdakı şəkildə göstərilmişdir. (şəkil )



Firmanın makrologistik (xarici) mühitinə aid edilən amilləri iriləşdirilmiş formada siyasi, iqtisadi, hüquqi, texniki, sosial və ekoloжi amillər kimi təsnifləşdirmək mümkündür. Siyasi amil logistik firmanın fəaliyyət göstərdiyi ölkədə və ya onun hüdudlarından kənarda siyasi vəziyyəti əks etdirməklə strateжi baxımdan biznesin, xüsusilə idxal – ixrac əməliyyatları, investisiya və maliyyə siyasəti, məhsulların fiziki bölüşdürülməsi sahəsində əməli fəaliyyətin genişləndirilməsi (və ya spektrinin azaldılması) üzrə strateжi qərarların hazır­lanması və qəbul edilməsinə təsir göstərir. Bir qayda olaraq siyasi amillərə:

  • istehsalın ixrac yönümlülüyü;

  • siyasi sabitlik;

  • idxal yönümlü məhsulların alınması imkanları;

  • xarici ticarətin həyata keçirilməsi zamanı valyuta məhdudiyyəti;

  • dövlət aparatı və onun quruluşu;

  • ölkə daxilində və onun hüdudlarından kənarda logistik fəaliyyət göstərən firma və şirkətlər üçün normativ hüquqi bazanın formalaşdırılması aid edilir.





Şəkil. Logistikaya təsir edən amillər
Qeyd olunan siyasi amillərin hər biri bilavasitə xarici ticarətdə material axınlarının idarə edilməsini, başqa sözlə bu axınlarının mövcudluğu və təşkilini öz təsir dairəsində saxlayır.

İqtisadi amillər mürəkkəb xarakterli logistik əməliyyatların həyata keçiril­­məsində çox böyük əhəmiyyət daşıdığından xüsusi olaraq:



  • makroiqtisadi göstəricilərə və indikatorlara bölünməklə ölkə iqtisadiyyatı səviyyəsində (ölkənin təsərrüfat quruluşu və iqtisadi inkişafı, məcmu milli məhsulun orta artım tempi, sənaye istehsalının inkişaf tempi, ölkədə mövcud inflyasiyanın tempi, qiymətlərin səviyyəsi, işsizliyin səviyyəsi, cari gəlirlərin səviyyəsi və bölüşdürülməsi istiqamətləri, maliyyə – kredit və gömrük siyasəti, kredit almaq imkanlarının mövcudluğu);

  • sahə və regional səviyyədə (iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf tempi, istehsalda struktur dəyişiliklərinin aparılması dinamikası, region və sahələrdə investisiya siyasəti, əmək məhsuldarlığının sahələr üzrə dinamikası və s.);

  • istehsal amilləri (əmək bazarı, kapital, torpaqdan istifadə) bazarı, maliyyə bazarı və bank sistemi nöqteyi – nəzərindən, son məhsul və xidmətlər bazarında tələb və təklifin səviyyəsi və onun təhlili, eləcə də mümkün rəqabətin təhlil edilməsi və s. baxımından yanaşmaq daha məqsədə uyğun hesab olunur.

Hüquqi amillər ölkənin qanunvericilik normaları əsasında müəyyənləşir. Ölkəmizdə logistikanın əsas hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası və ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktları, o cümlədən mülki və gömrük məcəlləsi, banklar, müəssisələr, sahib­karlıq fəaliyyəti, qiymətli kağızlar və birжa fəaliyyəti haqqında qanunlar toplusu təşkil edir. Bir qayda olaraq hüquqi mühit mövcud qanunlara riyaət edilməsi sahəsində dövlət tərəfindən qoyulmuş nəzarət sistemini və istehlakçıların hüquqlarını müdafiə edən müxtəlif ictimai təşkilatların (birliklərin) yaradıl­masını və onların fəaliyyət prinsiplərini müəyyən­ləşdirir.

Logistika üçün mühüm əhəmiyyət kəsb edən texnoloжi amillər qrupu bir tərəfdən ölkənin elmi-texniki potensialının ümumi səviyyəsini, digər tərəfdən isə iqtisadiyyatın ayrı - ayrı sahələrinin texnoloжi səviyyəsini və iqtisadiyyatın infrastrukturunu xarakterizə edir. Bu baxımdan logistik konsepsiyaların tətbiqində nəqliyyat, telekommunikasiya, informasiya – kompyüter sistemlərinin, çevik avtomatlaşdırılmış və robotlaşdırılmış istehsal sahələrinin, elektron və mikroprosessor texnikasının, nəqliyyat və yük emalı vasitələrinin inkişaf səviyyəsi böyük rol oynayır. Burada mahiyyət etibarı ilə logistik funksiyaların reallaşdırılmasını effektiv həyata keçirən yeni (innovasiya) texnologiyalar və texniki vasitələrinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Ümumi şəkildə logistikanın inkişafı sosial amilər qrupuna aid edilən faktorlardan (əhalinin miqrasiyası, azad və işçi vaxtlarının struktur dinamikası, əmək resurslarının strukturu, mədəni səviyyəsi, ayrı-ayrı sosial təbəqələrin cəmiyyətdə yeri və rolu, sosial ziddiyyətlərin və sosial mübarizələrin xarakteri, sosial sabitlik) və eləcə də hər şeydən əvvəl ətraf mühitə ziyanlı təsirlərin azaldılması baxımından nəqliyyat və nəqliyyat kommunikasiya vasitələrinin inkişafı ilə əlaqədar olan ekoloжi amillərdən çox asılıdır. ABŞ - da, Yaponiyada və iqtisadi əməkdaşlıq təşkilatının üzvü olan ölkələrin əksəriyətində makro və mikro logistik sistemlərin formalaşdırılması və logistik qərarların qəbul edilməsinə bilavasitə təsir göstərən ətraf mühitin mühafizəsi üzrə müxtəlif proqramlar işlənib hazırlanmış və qəbul edilmişdir.

Mikrologistik amillərə (firmadaxili mühit) isə gələcək paraqraflarda və fəsillərdə şərh və təhlil ediləcək istehsal sferası, marketinq, maliyyə, istifadə edilən əmək resursları, ali idarə etmə personalı kimi funksional sahələri aid etmək olar.

4.4. FİRMALARDA LOGİSTİK MENECMENTİN YERİ

Bazar iqtisadiyyatı şəraitində idarəetmə nəzəriyyəsi baxımından «menec­­ment» anlayışı iki mənda:

a) firmanın strateжi, taktiki və operativ məqsəd və vəzifələrinə nail olunması üçün istehsal və satışın idarəedilməsinin forma və vasitələr məcmusu;

b) biznes üzrə firmadan kənar əməkdaşlar və məhsul istehlakçıları ilə firmanın işçi personalının qarşılıqlı münasibətlərinin idarəedilməsi vasitəsi kimi şərh edilir.

Birinci mənada firmada logistik menecment logistik sistemin məqsədlərinə nail olmaq üçün sadə və kompleks logistik funksiyalarla əsas idarəetmə funksiyalarının (təşkil, planlaşdırma, tənzimləmə, koordinasiya, nəzarət, uçot və təhlil) sinergiyasını özündə birləşdirir

İkinci mənada logistik menecment – firmanın idarəetmə ierarxiyasında və logistik sistemlərin təşkili səviyyəsindəki roluna görə idarəetmə personalı­dır. Bu idarəetmə personalı da üç formada təsnifləşdirlir:



  • ali idarəetmə personalı (top management) – məsələn, inteqral menecer, logistika şöbəsinin müdiri, firmada logistik menecer funksiyasını yerinə yetirən icrası direktor­lar şurasının üzvü və s.

  • orta idarəetmə personalı (middle management supervisors) logistik sistemin struktur bölmələrinin rəhbərləri, logistik sistemin ayrı - ayrı mərhələləri (mərtəbələri) və s.

  • firmanın idarəetmə aparatında aşağı səviyyəyə mərtəbəyə məxsus personal (lower management).

Müasir logistik sistemləri quran zaman firmanı ümumi idarəetmə struk­turunda logistik menecmentin yeri və onun menecmentin digər sahələrilə qarşılıqlı əlaqələrinin müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Firma­ların (müəssisələrin) müasir menecment sistemi idarəetmənin təşkilatı strukuru ilə taktiki, strateжi və digər məqsədlər baxımından birgə fəaliyyət göstərən funksional sahələrin (maliyyə, investisiya, istehsal, marketinq və satış, innovasiya, heyət və s.) vəhdətindəq ibarətdir.

Logistik nöqteyi-nəzərdən menecmentin strateжi (taktiki, operativ) və funksional funksiyalarının həyata keçirilməsi istehsal və marketinq strate­giyalarını nəzərə almaqla firmanın logistik missi­yasının reallaşmasına kömək etməlidir. Firmaların (müəssisələrin) menecment sistemini sxematik olaraq aşağıdakı kimi vermək olar. Şəkil

Logistik menecmentin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o həm strateжi, həm də taktiki (operativ) məqsəd və vəzifələr baxımından material resurslarının tədarükatı, hazır məhsulun istehsalı və fiziki bölüşdürül­məsinin idarəedilməsi proseslərində menecmentin bütün funksional (inves­tisiya, innovasiya, istehsal, maliyyə, informasiya, heyətin idarəedilməsi) sahələrilə birbaşa əlaqəlidir. Əksər hallarda praktiki fəaliyyət zamanı logistik menec­mentlə menecmentin digər, xüsusilə də istehsal, investisiya, maliyyə və infor­masiya sahələrinin fəaliyyət sferası arasında fərqi müəyyənləşdirmək olduqca mürrəkəb olur. Buna görə də adətən, firmanın idarəetmə ierarxiyasının ən yüksək səviyyəsində logistik menecmentin əsasən koordinasiya və inteqrasiya funksiyalarını və onların icra mexanizmini xüsusi olaraq diqqət mərkəzində s
axlamaq lazım gəlir.
Şəkil. logistik faydalılığın əsas formaları

Şəkildə göstərilənlər biznesin təşkilinin üç mühüm sferasına: istehsal, marketinq və logistikaya aid edilir. Hal-hazırkı dövrə qədər marketinq və logistikanın funksiyaları və onların fəaliyyət sərhədlərinin, habelə bu funk­siyalar arasında qarşılıqlı əlaqələrin dəqiq müəyyənləşdirilməsi (məhdud­laş­dırılması) praktik işçilər və alimlər arasında ciddi mübahisə obyektinə çev­rildiyindən bu sahədə hələ də vahid fikir birliyi mövcud deyil. Görünür ki, belə mübahisələrin yaranmasının ilkin səbəbi biznesin logistik konsepsiyasının ilkin olaraq məhz marketinqə aid edilən sahələrdə məhsulların fiziki bölüş­dürül­məsi sferası və məhsul istehlakçılarının əmtəəlik məhsullarının satış sistemində mey­dana gəlməsi və inkişafı ilə əlaqədardır. Logistika üzrə qərb ədəbiy­yatlarında istehsal, marketinq və logistika arasında fəaliyyət sferasını bölmək (müəyyənləşdirmək) və qarşılıqlı əlaqəni təsvir etmək üçün «faydalılıq» və ya «mənfəətlik» («utilit»utility) anlayışlarından istifadə olunur. Belə hesab edirlər ki, istehsal, marketinq və logistik prosedurlar ilkin material resurslarına (hazır məhsullara) müəyyən faydalılıq gətirməklə son nəticədə istehlakçılar üçün faydalı hazır məhsulun yaradılmasına şərait formalaşdırırlar. Belə bir anoloжi yanaşmanı xidmət sahəsinə də aid etmək olar. şəkil.






Şəkil. Logistik fadalılığın əsas formaları
Mənfəətlik (utilit) formaca ilkin material resurslarının (xammal, material, dəstləşdirici məmulatlar və s.) maddi – əşya formalarına xas olan fiziki kimyəvi xüsusiyyətlərlə bərabər, dəyər və istehlak dəyərlərini hazır məhsulun substansiyasına «köçürən», yeni məhsula faydalılıq verən və bununlada konkret sənaye emalı nəticəsində natural görkəmlərini itirən zaman yaranır. İstehsal olunan məhsulun texniki – iqtisadi xarakteristikalarını müəyyənləşdirən ilkin material resurslarının texniki – iqtisadi parametrləri nə qədər yüksək səviyyədə olarsa, bu xarakteristikalar itgilərə yol vermədən istehsal prosesində nə dərəcədə hazır məhsula transformasiya edilərsə, hazır məhsullar bu təbii – texniki əlamətləri özündə nə qədər saxlaya bilərsə, əmtəəlik məhsulların keyfiyyəti, onların satışı və nəticə etibarı ilə mənfəətlik formaca təmin edilmiş olar. Müasir biznesdə yerinə yetirilən bir sıra logistik əməliyyatlar da formaca mənfəətliyi təmin edir. Məsələn, bölüşdürmə şəbəkə­lərində hazır məhsulların yük ölçülərinin və qablaşdırma xarakte­ristiklarının dəyişdirilməsi, məhsulların sortlaş­dır­ılması, konsolidasiyası, sənaye çeşidindən ayrı - ayrı ticarət çeşidlərinin yaradılması və digər logistik əməliyyatların yerinə yetirilməsi hazır məhsulun formasını dəyişdirir.

Logistika üçün mənfəətliyin (utilit) yerə və vaxta görə təmin edilməsi fun­dament – baza hesab olunur. Qeyd edildiyi kimi əsas açar logistik funk­siyalardan bir hesab edilən nəqletmə material resurslarının və hazır məhsulun yarandığı və ya istehsal olunduğu yerdən bu məhsullara tələbın aşkar edildiyi, mövcud olduğu yerə zəruri vaxt intervalında daşınma­sından ibarətdir. Əgər tələb olunan material resursları istehsalçı firma (müəssisə) tərəfindən istehsal proqramına və məhsulun hazırlanması texnologiyasına müvafiq qaydada, vaxtı – vaxtında və tələb olunan məhsulgöndərmə qrafikləri üzrə alınmazsa, onda istehlakçı tələbinin vaxtında və lazımi yerdə ödənilməsilə bağlı problemlər yarana bilər. Daha doğrusu, yerə və vaxta görə mənfəətlik o zaman təmin edilir ki, hər bir istehsalçı hazır məhsul istehsalı üçün lazım olan ilkin material resurslarını optimal nəqletmə marşrutlarını və potensial məhsul­göndərənləri seçməklə tədarükat bazarlarından vaxtında almağa müvəffəq olsun və bununla da hazır məhsulları satış bazarlarına tələbin aşkar edildiyi vaxta çatdıra bilsin. Bu baxımdan logistika marketinqin fiziki sərhədlərini genişləndirir və uyğun olaraq hazır məhsullara lazımı yerə vaxtında çatdırıl­masına görə onun dəyərini artırır.

İstehlakçı üçün əlverişli olan məhsul və ya xidmətlər öz – özlüyündə deyil, yalnız və yalnız onlara tələbat yarandığı, ehtiyac duyulduğu anda lazım olur. Logistik menecment satış funksiyasını yerinə yetirən zaman istehlakçı­lara hazır məhsulları tələb olunan vaxtda göndərməklə (xidmətləri göstər­məklə) vaxta görə mənfəətliyə nail olur. Logistik sistem daxilində vaxta görə mənfəətlik bölüşdürmə şəbəkələrində yaradılan bu və ya digər növ maddi ehtiyatlar və onların optimal səviyyəsi, habelə məhsulların (xid­-mətlər­in) strateжi baxımdan istehlak məntəqələrinə yaxın yerləşdirilməsi hesabına təmin edilir. Müəyyən hallarda vaxta görə mənfəətlik məhsulların tələb olunan yerlərə təcili çatdırılması nəticəsində də yaradıla bilər. Məsələn, məhsulların istehlak yerlərində anbarlaşdırılması üzrə logistik əməliyyatların hava nəqliyyatı ilə əvəzlənməsi məhsullara vaxta görə mənfəətlik xarakteri verir.

Beləliklə, vaxta və yerə görə logistik mənfəətliyə o halda nail olmaq olar ki, məhsul və xidmətlərə konkret bazar və ya onun müvafiq seqmenti tərəfindən tələbat paketi formalaşmış olsun.

Digər tərəfdən logistikanın biznesdə oynadığı rol hər şeydən əvvəl marketinq vasitəsilə həyata keçirilən sahiblik üzrə mənfəətdən də asılıdır. Bu tip mənfəətlik reklam və bazara malyeridilişi ilə əlaqədar müəyyən strateжi və taktiki marketinq fəaliyyətinin aparılması nəticəsində yaranır. Bazara malyeridilişini – firmanın məhsul alıcıları ilə birbaşa və ya vasitə­çi­lərin köməkliyilə əlaqələr yaratmasına səy göstərməsi kimi də səciyyələndirmək olar. Sahiblik üzrə mənfəətin iqtisadi mahiyyəti ondan ibarətdir ki, logistik sistemin digər iştirakçılarından fərqli olaraq firma məhsulların ilkin mərhə- lədən son təyinat məntəqəsinə qədər hərəkəti zamanı (reklam, bazara malyeridilişi, məhsulların fiziki bölüşdürülməsi, servisin təşkili və s.) öz məhsullarına görə cavabdehlik məsuliyyəti daşıyır, bu məhsulların tədavül kanallarından maneəsiz və tez keçməsinə çalışır. Daha doğrusu, istənilən mərhələdə firmanın öz məhsullarına cavabdehlik məsuliyyəti daşıması, məhsulların «taleyi» ilə maraqlanması ona nəzərdə tutulan bazar mənfəətini təmin edir. Başqa sözlə, məhsulların qablaşdırma, markalanma, nəqletmə, anbarlaşdırma, çeşidlərinə ayrılma, istehsal istehlakına hazırlanma və s. mərhələlərdə məruz qaldığı fiziki – kimyəvi proseslər və bu mərhələlərin hər birində logistik iştirakçıların məhsullara münasibəti firmanın diqqət mərkəzində olmalı və firma bazar situasiyalarından asılı hər bir konkret hal üçün marketinqin müvafiq strateжi və ya taktiki idarəetmə prinsiplərini tətbiq etməlidir. Yalnız belə bir logistik yanaşmadan istifadə edən istehsalçı firmalar biznes fəaliyyətlərində müvəf­fəqiyyətlərə nail olurlar.

Müasir iqtisadi şəraitdə logisik menecmentin əsas vəzifəsi firmanın (müəssisənin) strateжi məqsədlərinin yerinə yetrilməsinə yardımçı olmaq və rəqabət üstünlüklərini təmin etməkdən ibarətdir. Dünya iqtisadiyyatında rəqabət üstünlüklərini təmin edən əsas amillərə:



  • məhsul və xidmətlərin keyfiyyət səviyyəsinə görə liderlik;

  • məsrəflərin səviyyəsinə görə liderlik;

  • məhsulların differensiasiyası;

  • strateжi fokuslar aid edilir.

Keyfiyyət – predmet və hadisəyə daxilən xas olan, başqa predmetə deyil, məhz onu predmet edən, saysız hesabsız başqa predmetlərdən fərqləndirən cəhətdir, bütün mühüm nisbi sabit xassələrin, qabiliyyət və cəhətlərin məc­mu­sudur. Məhsulun keyfiyyəti – onun öz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən, daşıyıcısı olduğu, özünə- məxsus xassələrin məcmusudur. Məhsulun keyfiyyətini formalaşdıran xassələr əmək vasitələri, əmək cisimləri və istehlak şeyləri üçün çox çalarlı olsada, onlar müxtəlif göstəricilər vasitəsilə ümumiləşdirilərək təsnifləşdirilir. lMəhsulun təyinatı, etibarlılığı, texnoloжi yeniliyi, standartlaşdırma və eyniləş­dirmə, erqonometrik, estetik görünüşü, məmulatın nəql edilməsi qabiliyyəti, ekoloжi, məmulatın təhlükəsizliyi kimi göstəricilər əsasında müəyyənləşən məhsulun keyfiyyəti üzrə istehsalçı firmaların (müəssisələrin) siyasətinə onların məhsullarına bazardakı tələbın kəmiyyəti həlledici təsir göstərir.

Bazar iqtisadiyyatı şəraitində keyfiyyətlə əlaqədar bütün problemlərin dəqiq və hərtərfli öyrənilməsi onun (keyfiyyətin) firma və ya müəssisənin istehsal siyasətinin tərkib hitssəsi olması ilə əlaqədardir. Kəskin rəqabət mübarizəsi şəraitində firmaların iqtisadi inkişafı şərtləndirən biri də məhsul keyfiyyətinin elmi əsaslarla, sistemli şəkildə idarə edilməsinə nail olmaqdır. Bu, müasir dünya bazarının səciyyəvi əlamətlərindən və onun istehsalçılar qarşısında qoyduğu tələblərdən biridir.

İstehsalçı firmaların keyfiyyət üzrə siyasətinə onların məhsuluna bazardakı tələbatın kəmiyyəti həlledici dərcədədə təsir göstərir. Əlbəttə, istehsalçı öz məhsulunu istehlakçını qane edən qiymətə, tələbin kəmiyyətcə dəyişməz qaldığı müddətdə reallaşdıra bilər. Lakin bazarda tələb dəyişkənliyindən xəbərsiz, ya da bu barədə etibarlı informasiyalara malik olmayan istehsalçı nəticə etibarı ilə, çox böyük maliyyə itkiləri ilə üzləşə bilər. Çünki bazarın tələbını bilməyən firma (müəssisə) istehsal imkanlarını bazar konyukturasına uyğunlaşdıra bilməz. Daha doğrusu, bazara işlə­yən firma (müəssisə) məhsulun keyfiyyətinə təsir edə bilən həm istehsal­daxi­li, həm də xarici amilləri mütəmadi olaraq izləməli, məhsulun key­fiyyətinin idarəedilməsinə daima səy göstərməlidir.

Keyfiyyətin idarə edilməsindən son məqsəd az məsrəflə və səmərəli yolla məhsulun istismar və istehlak xassələrini istehlakçıların tələbi səviyyəsinə qaldırmaqla gəlir əldə etməkdir.

Keyfiyyətin idarəedilməsi bəsit deyil, çoxmilli, bir – birilə şərtləşən çox mər­hələli bir prosesdir. O, məhsulun layihələndirilməsi, müqavilələrin bağ­lanması, istehsalçı və istehlakçıların davranışları, istifadə ediləcək ava­dan­lıqların və materialların müəyyənləşdirilməsi, tətbiq ediləcək texnoloжi isteh­sal üsulu, sınaq, hazır məhsulun qablaşdırılması və qorun­ması və s. işlərin ciddi şəkildə izlənməsinə yönəldilmiş fəaliyyətdir. Buna üçün də məhsulun key­fiyyət səviyyəsinə görə bazar liderliyinə nail olmaq üçün istər istehsal, istərsə də istehlak mərhələlərində zəruri keyfiyyət xassələrini müəyyən etmək və ona təminat yaratmaq lazımdır.

Məhsulun keyfiyyətinin idarəedilməsinin vacib ünsürlərindən biri standart­laşdırma hesab edilir.

«Standartlaşma haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilir ki, standartlaşma – məhsular ( xidmətlər, işlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətidir. O, məhsulların insan sağlamlığı, həyatı, ətraf mühit üçün təhlükəsizliyini, texniki, texnoloжi və informasiya uyğunluğunu, bütün növ resursların qənaətini, ölçmələrin dəqiqliyini və vəhdətini, istehlakçıların məhsul nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını və s. – ni təmin etmək məqsədini daşıyır (maddə 1).

Standartlaşdırma məhsul keyfiyyətinin idarə olunması məqsədilə «norma yaradıcılığı» üzrə fəaliyyətdir və onun nəticəsi ən səmərəli normaların tapılması və onların normativ sənədlərdə - təlimat, standart və s.- də təsbit etməkdir.

Standart - kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə daior normativ sənəd olmaqla maraqlı tərəflərin razılığı əsasında işlənib hazırlanır və səlahiyyətli orqan tərəfindən təsdiq olunur.

Əhəmiyyəti, tətbiq dairəsi ( coğrafiyası) və məsuliyyət dərəcəsitnə görə standartlar – beynəlxalq, regional (hövzə), dövlətlərarası, milli,standartlara bölünür. Bunlardan hər hansı birinin məhsul qarşısında qoyduğu tələblər ödənilməzsə həmin məhsulun standartın qüvvədə olduğu məkana (dünya, region və s. bazara) daxil olması qeri - mümkündür.

Standartlaşmaya sərt mərkəzləşdirilmiş fəaliyyət kimi də baxmaq düzgün olmazdı. Əgər belə olsaydı onda müəssisə və firmalar özləri öz məhsullarının keyfiyyətinin idarə edilməsi işindən məhrum olardılar. Qanunda təsbit edildiyi kimi firma və müəssisələr öz məhsullarının keyfiyyətini idarə etmək məqsədilə standartlaşma kimi vacib bir vasitədən istifadə etməkdə sərbəstdirlər.

Məhsulların differensiasiyası məhsul satışı bazarında potensial istehlakçı qrupu əldə etmək, yüksək bazar payına malik olmaq və firmaların bazar mövqelərinin artırılması üçün istehsalçı firmanın əmtəə və xidmət­lərinin rəqib müəssisələrin əmtəə və xidmətlərindən spesifik istehlak xüsusiyyətləri, yüksək keyfiyyəti, texniki və elmi – texniki imkanları, etibar­lılığı və s. əlamətlərə görə fərqlənməsi deməkdir.

Məlumdur ki, bazar iqtisadiyyatı şəraitində firma və müəssisələr daima olaraq «məskunlaşdığı» seqmenti nəinki mühafizə etmək məcburiyyətində qalır, həm də onu genişləndirmək üçün cəhdlər göstərir. Bunun üçün o, təklifin tərkib müxtəliflini tələbin uyğun göstəricisilə tarazlamağa cəhd etməli, diversifikasiyası prosesinə meylli olmalıdır, çünki, əks halda tutduğu seqmentdən sıxışdırıla bilər. Lakin, bununla yanaşı, özünün məhsul nomenklaturunu, çeşid və tip – ölçülərini genişləndirməklə başqa bir çəinliklə qarşılaşır. İstehsalın diversifikasiyası ixtisaslaşdırma ilə uzlaşdırılaraq arılırsa, bu, çeşidin genişliyi qədər onların hər birinin eyni funksiyalı, lakin müxtəlif ölçülü hissələrinin müxtəlif standartlarla istehsalını zəruri edir. Yarana bilçək çətinliyin qarşısını almaq üçün istehsalı nəzərdə tutulan hər tip - ölçüdən olan avadanlıq və maşınların konstruksiyasına daxil olan müvafiq komponentlərin eyniləşdirilməsi, vahid standart əsasında istehsalı həyata keçirilir. Əgər bu ayrılıqda götürülən hər bir tip –ölçünün keyfiyyətinə xələl gətirmirsə, deməli, standartlaşdırma əsasında aparılan həmin texniki – təşkilatı tədbir firmanın rəqabət qabiliyyətini möhkəmləndirir. Çünki, bu halda firma özünün məhsul çeşidini genişləndirməsinə baxmayaraq onlardan hər birinin zəruri keyfiyyətdə istehsalına nail ola bilir.

Strateжi fokus firmaların malik olduğu potensial imkanları müəyyən strateжi istiqamətə yönəltməklə satış bazarının bir və ya bir neçə seqmentində rəqabət üstünlüyünün əldə edilməsinə göstərilən səylərdən ibarətdir. Daha doğrusu, digər istehsalçı firmalar (müəssisələr) tərəfindən idarəçilik, istehsal, marketinq, biz­nes və s. fəaliyyətlər üzrə toplanmış təcrübədən bəhrələnməklə bir – birilə əlaqədar olmayan çoxlu sayda məhsulların istehsal edilməsi (xidmətlərin gös­tərilməsi) üçün firmanın (müəssisənin) fəaliyyət sferasının genişləndi­rilmə­sidir.

Sadalanan bu amillər istənilən rəqib firmalar tərəfindən də istifadə oluna bilər. Buna görə də hər bir istehsalçı firma (müəssisə) öz fəaliyyətini müvəffəq təşkil etmək üçün mütəmadi olaraq strateжi istiqamətlərdə yeni yanaşma formaları və üsulları axtarıb tapmalı, habelə mütərəqqi və optimal innovasiya ideyalarını tətbiq etməlidir. Belə bir imkanı onlar üçün məhz logistika yaradır. Məsələn, ­səmərəli logistik menecment bazarın əhəmiyyət kəsb edən konkret seqmen­tində məsrəflərin səviyyəsinə görə firmanın liderlik mövqeyini müəyyən­ləşdirməklə ardıcıl formada ümumi logistik (və ya istehsal) xərclərini azalda bilər. Eyni zamanda bazarda istehsalçıların təklif etdikləri məhsulların (xidmətlərin) qiymətlərini istehlakçılar üçün əlverişli olan minimum həddə yaxınlaşdırmaq və onların keyfiyyətini yüksəltməklə (və ya dünya ölkələri üzrə mövcud keyfiyyət standartlarını təmin etməklə) firmaların konkret bazar paylarının artırılmasına və mövqelə­ri­nin möhkəmlənməsinə nail ola bilər.

Qeyd etmək lazımdır ki, müasir iqtisadi şəraitdə strateжi fokusun reallaşması üçün logistik funksiyalar, xüsusilə inteqrativ funksiya böyük əhəmiyyət kəsb edir. Belə ki, M. Porter rəqabət üsütünlüklərinin təmin edilməsi məsələsinə yanaşmada biznesi firmanın açar və təminedici funksiyalarına bölür. Bu zaman o, məhsulların istehsal məsərflərinin və son istehlak məntəqələrinə daşınması ilə əlaqədar olan xərclərin konkretləş­dirilməsi, habelə məhsulların potensial differensiasiya mənbələrinin müəyyənləş­dirilməsi üçün tam dəyər silsiləsi (dövriyyəsi) adlanan anlayışdan istifadə edir.




M.Porterin təsdiq etdiyinə görə firmalar (müəssisələr) rəqabət üstünlüklərinə yalnız o halda nail olurlar ki, onların istehsal – kommersiya fəaliyyəti rəqiblərlə müqayisədə səmərəli təşkil edilmiş olsun və ya bu fəaliyyətin həyata keçirilməsi üçün çəkilməsi nəzərdə tutulan bütün növ məsrəflərdə qənaət reжimi gözlənilsin. Sxemdən göründüyü kimi tam dəyər silsiləsində (piramida) həm daxili (istehsalda), həm də xarici (təchizat və satış) logistika mühüm rol oynayır.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə