FƏSİL 5: Əsas logiSTİk konsepsiyalar firmalarin logiSTİk konsepsiyasi




Yüklə 0.56 Mb.
səhifə3/6
tarix27.04.2016
ölçüsü0.56 Mb.
1   2   3   4   5   6

5.4. «LEAN PRODUCTION» MİKROLOGİSTİK KONSEPSİYASI
Son illərdə bir sıra Qərb ölkələrinə məxsus firma və şirkətlər istehsalın təşkilində və əməli menecmentdə «lean production» logistik konsepsiyasını geniş tətbiq edilməyə başladılar. Bu konsepsiya mahiyyət etibarı ilə «dəqiq vaxtında» konsepsiyasının» inkişaf etməsi nəticəsində meydana çıxıb və özünə KANBAN və «resurslara / tələbatın planlaşdırılması» sistemlərindən ibarət elementləri birləşdirir. «Lean production» istehsaldaxili logistik konsepsiyası mahiyyət baxımından bir - birilə qarşılıqlı əlaqədə olan aşağıdakı kompo­nentləri özündə birləşdirir:

  • yüksək keyfiyyət;

  • məhsul partiyasının kiçik ölçüdə olması;

  • ehtiyatların minimum səviyyəsi;

  • yüksək ixtisaslı işçi heyətinin mövcudluğu;

  • çevik istehsal texnologiyaları.

Kütləvi isteh­saldan fərqli olaraq «zəif istehsal» konsepsiyasında istehsalın təşkili adından göründüyü kimi olduqca az həcmdə material resurslarından (minimum səviyyədə istehsal ehtiyatları, vahid məhsulun istehsalına az vaxt sərfi) istifadəyə əsaslanır. Bu da öz növbəsində istehsalçı firmalara (müəssisələrə) imkan verir ki, minimum istehsal ehtiyatlarına əsaslanan çevik istehsal texnologiyalarından məhsuldar istifadə etməklə istehlakçıları yüksək keyfiyyətli məhsullarla təmin etmək mümkün olsun, məhsulların hazırlanması zamanı texnologi itkilər aradan qaldırılsın və zay məhsul istehsalına yol verilməsin. Beləliklə, bu konsepsiya kütləvi (aşağı maya dəyəri ilə böyük həcmdə məhsul istehsalı) və kiçik seriyalı (müxtəlif çeşidli və çevik məhsul istehsalı) istehsalın bütün imkanlarını özündə birləşdirir. Logistik nöqteyi – nəzərdən «zəif istehsal» konsepsiyasının əsas məqsədi:

  • istehsal olunan məhsulların yüksək keyfiyyət standartlarına uyğun gəlməsinə;

  • istehsal xərclərinin aşağı olmasına;

  • istehlakçı tələbinin dəyişməsinə çevik reaksiya verilməsinə;

  • kiçik zaman kəsiyində texnoloжi avadanlıqların sazlanmasına nail olmaqdan ibarətdir.

Bu konsepsiyadan istifadə etməklə əməli menecmentdə logistik məqsədlərin reallaşdırılması üçün əsas elementlər aşağıdakılar hesab edilir:

  • hazırlıq müddətinin azaldılması;

  • istehsal olunan məhsul partiyasının kiçik həcmi;

  • istehsal dövrünün qısamüddətliyi;

  • məhsul istehsalı zamanı yerinə yetirilən bütün proseslərin keyfiyyətinə nəzarət;

  • istehsal sahələrinin zəruri material resursları ilə vaxtı – vaxtında ümumi təminatı;

  • etibarlı məhsulgöndərənlərlə işgüzar əməkdaşlıq;

  • axın proseslərinin elastikliyi;

  • informasiya sistemlərinin «dartma» prinsipi üzrə fəaliyyət göstərməsi və s.

Logistik məqsədlərin reallaşması üçün əsas hesab edilən bu elementlərdən bir neçəsi üzərində dayanaq. Məhsul istehsalı partiyasının azaldılması və i
stehsal dövrün qısaldılmasının şərti nümunəyə əsaslanan təsviri aşağıdakı şəkildə verilmişdir.

Şəkil. Məhsul partiyasının və istehsal müddətinin azaldılması
a – partiyanın həcmi = 10 məmulat, ümümi istehsal vaxtı =30 dəqiqə;

b – partiyanın həcmi = 2 məmulat, ümumi istehsal vaxtı = 6 dəqiqə

Fərz edək ki, məhsulların hazırlanması (yığılması) ilə bağlı istehsal prosesi üç fazadan və məhsulların istehsal həcmi isə 10 məmulatdan ibarətdir. Şəkildən göründüyü kimi istehsal dövrünün ümumi müddəti 30 dəqiqə təşkil edir. Məhsul partiyasının həcminin iki məmulata qədər azaldığı halda istehsala sərf edilən ümumi vaxt 6 dəqiqə olacaqdır. Deməli, məhsul partiyasının 5 dəfə azalması istehsal dövrünün də 5 dəfə azalması ilə nəticələnir. Başqa sözlə, istehsal dövrünün uzunluğu istehsal edilən məhsul partiyasının həcmindən funksional asılıdır. Bu zaman ehtiyatların səviyyəsinin minimum həddə qədər azaldılması və istehsal dövrünün qısaldılması istehsal prosesinin çevikliyinin əhəmiyyətli dərəcədə artmasına və onun bazar tələbinin dəyişilməsinə operativ uyğunlaşması üçün əlverişli şərait yaradır. «Zəif istehsal» sistemlərində KANBAN və «resurslara / tələbatın planlaşdırılması» sistemlərinə aid olan elementlərin tətbiq edilməsi praktiki olaraq istehsal prosesini minimum sığorta ehtiyatları ilə təşkil etməyə imkan verir. Bu zaman etibarlı məhsulgöndərənlərlə əməkdaşlığa əsaslanmaqla istehsal ehtiyatlarının səviyyəsinin minimum­laşdırılmasına və material resurslarının anbarlaşdırıl­masına bir o qədər də ehtiyac yaranmır.

«Zəif istehsal» konsepsiyasında əsas diqqət istehsalın ümumi təminatına yönəldilir. Burada başlıca məqsəd texnoloжi avadanlıqların hazırlıq vəziyyətinin fasiləsiz olaraq təmin edilməsi, bu avadanlıqların cari təmiri və onlara göstərilən texniki xidmətin keyfiyyətinin yaxşılaşdırıl­masından ibarətdir. Bütün bunlar – keyfiyyətə ümumi nəzarət, istehsal prosesinin effektiv təminatı öz növbəsində istehsal – texnoloжi sahələr arasında bitməmiş istehsal (bufer) ehtiyatla­rı­nın həcmini minimum həddə qədər azaldır. Bu vəzifənin reallaşdırıl­masında isə istehsal və logistik menecmentin orta və aşağı səviyyələrinə (həlqələrinə) aid edilən işçi personalının hazırlıq səviyyəsinin yüksəldilməsi böyük rol oynayır. Onlar:



  • istehsal logistik proseslərə (proseduralara) aid olan spesifik xüsususiyyətləri və tələbləri bilməli;

  • yerinə yetirilən işlərin nəticələrini müəyyənləşdirməyə və logistik əməliyyatlara nəzarət etməyə qadir olmalı;

  • zəruri təlimatlarla təmin edilməli və yüksək hazırlıqlı olmalı;

  • idarəetmənin son məqsədini düzgün başa düşməlidirlər.

«Dəqiq vaxtında» konsepsiyasında olduğu kimi bu konsepsiyada da etibarlı məhsulgöndərənlərlə qarşılıqlı işgüzar münasibətlərin qurulması böyük əhəmiyyət daşıyır. Etibarlı və potensial məhsulgöndərənlərlə işgüzar münasi­bət­­lər adətən aşağıda göstərilən məqamları nəzərdə tutur:

  • məhsulgöndərənlər rəqib yox, uzunmüddətli əməkdaşdır;

  • material resurslarının satıcısı və alıcısı öz fəaliyyətlərini bazarda müvəffəq fəaliyyət göstərmək üçün əlaqələndirirlər;

  • istehsalçı firmalar (müəssisələr) öz məhsullarını keyfiyyət üzrə dünya standartlarına uyğun serti­fikat­laşdırmalı; istehlakçılar (alıcılar) isə ilkin material resurslarının keyfiyyətini yoxlamalıdır;

  • istehsalçı (satıcı) istehlakçı (alıcı) ilə uzunmüddətli və stabil təsərrüfat əlaqələri qurduğu bir şəraitdə öz məhsullarının qiymətini azaltmağa səy göstərməlidir;

  • istehsalçılar (satıcılar) istehlakçılarla (alıcılarla) birlikdə material resurs­la­­rının xarakteristikalarında dəyişilik aparılması və ya yeni məhsulun layihələş­dirilməsi zamanı kooperasiya əlaqələri qurmalıdırlar;

  • istehsalçı firmalar (müəssisələr) özlərinin logistik əməliyyatlarını ma­terial resurslarını istehlak edən firmaların (müəssisələrin) logistik strategiyaları ilə inteqrasiya etməlidir.

Bu tip əməkdaşlığın son nəticəsi hər bir material resursu növü üzrə məhdud sayda ehtibarlı məhsul­göndə­rənlərlə uzunmüddətli təsərrüfat əlaqələrinin qurulmasından ibarətdir. «Zəif istehsal» konsepsiyasında məhsul­göndərənlər firmanın (müəssisənin) missiyasının həyata keçirilməsini təmin edən və istehsal, marketinq və logistik fəaliyyətlə məşğul olan xüsusi struktur bölməsi kimi nəzərdən keçirilir. Məhsulgöndərənlərə belə yanaşma istehsalçı firma tərəfindən alınan giriş material resurslarına nəzarət edilməsi prosesini aradan qaldırır, onları biznes üzrə həqiqi əməkdaşa çevirir, firmanın logistik strategiyasının reallaşması zamanı təchizat əməliyyatlarına inteqrativ keyfiyyət verir. Material resurslarının istehsal sahələrinə göndərilməsini həyata keçirən firmalar hazır məhsul istehsalçılarının gözlədiyi aşağıdakı tələbləri ödəməlidirlər:

  • material resurslarının nəql edilməsini «dəqiq vaxtında» konsepsiyasının nəzərdə tutulan texnoloжi artdıcıllığına uyğun yerinə yetirməli;

  • material resursları keyfiyyət üzrə bütün standarların tələblərinə cavab verməli;

  • material resurslarının qiyməti məhsulgöndərmələrin üzrə uzunmüddətli təsərrüfat əlaqələri nöqteyi - nəzərdən aşağı olmalı;

  • material resurslarının göndərilməsi ilə məşğul olan firmalar özlərində yaranan problem və çətinliklərlə istehlakçıları əvəlcədən xəbərdar etməli;

  • satıcılar yeni məhsulların ekspertdən keçməsi və ya texnologiyaya uyğun-laş­ması üçün alıcılara köməklik etməli;

  • istehsalçılar material resurslarının göndərilməsini keyfiyyəti təsdiqləyən müvafiq serti­fikat sənədləri ilə müşahidə etməlidir.

İstehsaldaxili logistik sistemlərdə «zəif istehsal» konsepsiyasının reallaşması üçün istehsal tsiklinin bütün səviyyələrində keyfiyyətə ümumi nəzarətin aparılması böyük əhəmiyyət kəsb edir. Bir qayda olaraq bir sıra Qərb firmaları öz məhsullarına nəzarət edən zaman keyfiyyətin ümumi idarə edilməsi konsepsiyasından və ISO 9000 seriyalı standartdan aktiv istifadə edirlər. «Zəif istehsal» sisteminin tətbiqilə hazır məhsul istehsalını və material axınlarının idarəedilməsi prosesində yerinə yetirilən əməliyyatları adətən beş əsas tərkib elementlərinə (biz onları simvolla işarə edəcəyik) bölürür:

  • material resurslarının hazır məhsula çevrilməsi - transformasiyası;

istehsal tsiklinin hər bir mərhələsində keyfiyyətə nəzarət;

material resursları, bitməmiş istehsal ehtiyatları və hazır məhsulların nəql edilməsi;

  • material resursları, bitməmiş istehsal ehtiyatları və hazır məhsulların anbarlaşdırılması;

  • istehsal tsiklində gecikmələr.

Bu komponentlərin logistik baxımdan idarəedilməsi «Zəif istehsal» sisteminin qarşısında duran məqsədlərin reallaşdırılmasını nəzərdə tutur, ona istiqamətlənib. Buna görə də «anbarlaşdırma və «gecikmələr» kimi axrıncı iki elementlə müqayisədə transformasiya və nəqletmə əsas element hesab olunur və keyfiyyətin idarə­edilməsi konsepsiyası baxımından məhsulların keyfiyyətinə nəzarət işinin mütəmadi olaraq həyata keçiril­məsini tələb edir. Başqa sözlə, «zəif istehsal» konsepsiyasının məhəl prinsipi faydasız əməliyyatları aradan qaldırmaqdan ibarətdir.

İstehsal prosesinin material resursları ilə təminatı zamanı praktikada intensiv tətbiq edilən adi axın proseslərini LP axın prosesləri əvəz edir. Bunu şərti nümunədə nəzərdən keçirək. Şəkil. Qeyd olunun sxemanın sol hissəsində «geniş» axın proseslərini təşkil edən hazır məhsulun hazırlan-masının tipik istehsal tsikli verilmişdir. Sxemdə bu tsiklə uyğun gələn əməliyyatlar müvafiq simvollarla işarələnmişdir. Müqayisə aparılan sxemdən görünür ki, adi axın proseslərinin təşkili zamanı material resurslarının tədarükündən onların istehsal istehlakına cəlb edilmsinə qədər bir sıra artıq – aralıq mərhələlər yerinə yetirilir. Bu aralıq mərhələlərin icra edilməsi təbi ki, istehsalçı firma və müəsisədən əlavə transaksiyon xərclər tələb edir. LP konsepsiyası üzrə axın proseslərinin təşkilində isə anbarlaşdırma, istehsal tsiklində gözləmələr kimi «faydasız» əməliyyatlar aradan qaldrılır. Bu da nəticə ehtibarı ilə isteh­sal dövrünün uzunluğunun və qeyri-məhsuldar logistik xərclərin əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarır.





Əməliyyatlar

Adi axın prosesləri

LP axın prosesləri































Material resurslarının alınması































Sınaq































Girişə nəzarət































Anbara daşınma































Material resurslarının anbarlaşdırılması































Yığım üçün daşınma































Gözləmə































Məhsulların yığılması































Keyfiyyətə nəzarət































Qablaşdırmaya daşınma































Gözləmə































Məhsulların qablaşdırılması































Anbara daşınma

































Şəkil. «Zəif istehsal» sistemində istehsal prosesinin transformasiyası
«Zəif istehsal» sisteminin mühüm elementindən biri də yuxarıda nəzərdən keçirilən «dartma» sisteminin prinsipidir. Bu konsepsiyada «dartma» sisteminin prinsipinin tətbiqi anbarların olmamasını və bütün növ ehtiyatların iş yerlərində yerləşdirilməsini nəzərdə tutur. Yəni, istehlakçı sifarişlərinin ödənilməsi üçün yalnız və yalnız məhsul istehsalına lazım olan komponentlər­dən daha faydalısının ( istehsalda tətbiq olunma ardıcıllığı nəzərə alınmaqla) istifadə olunması məqsədəuyğundur. Belə sistemlərdə tədarük edilmiş material resursları ənənəvi sistemdən fərqli olaraq aralıq mərhələlərdən keçmədən birbaşa yığım sahəsinə nəql edilir. Burada material resursları üzərində müvafiq texnoloжi əməliyyatlar aparıldıqdan, yəni, material resursları hazır məhsula çevrildikdən sonra keyfiyyətə nəzarət baxışından keçirilərək qablaşdırma (taralaşdırma) sahələrinə ötürülür. Burada məhsular taralaşdırılır və malyeridilişi kanalları vasitəsilə satış bazarlarına çıxışını təmin etmək üçün hazır məhsul anbarlarında anbarlaşdırılır.

Beləliklə, sxemdən də göründüyü kimi bir – birilə üzvü vəhdətdə olan on üç əməliyyatın yerinə yetirilməsini nəzərdə tutan ənənəvi sistemlə müqayisədə tətbiqi iqtisadi cəhətdən əlverişli olan bu sistemdən istifadə olunması yalnız ardıcıl dörd lokanik sadə əməliyyatın icrasını nəzərdə tutur. Bu konsepsiya bazar tələbi ilə şərtləşən istehsal ehtiyatlarının səviyyəsini azaltmaqla istehsal sahələri üçün sifarişlərin icra edilməsini avtomatik sürətdə dispeçerləşdirir, məhsulgöndərənlərlə əks əlaqələrin təşkilini optimallaşdırır və sifarişlərin dövriyyəsini aktivləşdirir.



5.5. SAİR LOGİSTİK KONSEPSİYALAR
Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrdə sair mikrologistik konsepsiyalar arasında son on ildə ən geniş yayılmış konsepsiya «tələbə reaksiya vermə» (demand – driven techniques) konsepsiyası hesab edilir. Bu konsepsiyaya əsasən «resurs­lara / tələbatın planlaşdırılması» konsepsiya­sının modifi­kasiya edil­miş formasıdır və dəyişən bazar tələbinə verilən adekvat reaksiyaların yaxşılaşdırılması məqsədini daşıyır. Qeyd olunan bu konsep­siyanın praktikada: «sifariş nöqtəsi»; «tez reaksiya vermək» «ehtiyatların fasiləsiz bərpa edilməsi» və «ehtiyatların avtomatik bərpa edilməsi» kimi dörd varinatı mövcudur.

«Sifariş nöqtəsi» (re – order point ROP) konsepsiyası ehtiyatların idarəedilməsi və səviyyəsinə nəzarətin ən çox istifadə olunan köhnə metodlarından biri olmaqla hazır məhsulun istehsalı üçün zəruri olan material resurslarının məsrəf edilməsinin statistik parametrlərinə və sifariş nöqtəsinə əsaslanır. Daha doğrusu, istehlakçıların bu və ya digər material resurslarına və ya hazır məhsullara tələbinın yarandığı yerdə – nöqtədə vaxt itkisinə yol vermədən dolğun ödənilməsi bu konsepsiyanın əsas məqsədini təşkil edir. Bunun üçün əsas müqəddəm şərt ondan ibarətdir ki, sifariş – tələbin yarandığı yerdə tələbin səviyyəsini ödəyə biləcək həcmidə ehtiyat yaradılmalıdır. Məhz buna görə də tələbdə baş verən tərəddüdləri nəzərə almaq (kənarlaş­dırmaq) üçün yaradılan sığorta ehtiyatlarının səviyyəsini bu konsepsiyanın köməkliyilə müəyyənləşdirmək və optimal­laşdırmaq mümkündür. Deməli, «sifariş nöqtəsi» konsepsiyası tələbin yarandığı nöqtəni, həm də bu tələb sifarişlərin ödənilməsi üçün ehtiyatların zəruri səviyyəsini müəyyənləşdirməyə imkan verir. Lakin nəzərə almaq lazımdır ki, bu və ya digər variantda sifariş nöqəsinin müəyyənləşdirilməsi üçün «tələbə reaksiya» konsepsiyasının digər metodlarından da istifadə olunduğundan ROP konsepsiyasından istifadə əsasən sığorta ehtiyat­larının səviyyəsini tənzimləməkdən ibarətdir. Odur ki, ROP metodunun effektivliyi hər şeydən əvvəl tələbin dəqiq proqnozlaş­dırıl­masından əhəmiyyətli dərəcə­də asılılıqdadır. Bunun nəticəsi olaraq logistik menecmetlər istehlakçı tələbini dəqiq proqnozlaşdırmaq imkanlarına malik olmadıq­ların­dan uzun müddət bu metodun tətbiqinə ciddi fikir vermir və bir o qədər də səy göstərmirdilər. Nəticədə ROP metodu logistikada özünə tətbiq sferası tapa bilmirdi.

Qeyd olunan metodun meydana gəlməsi informasiya texnologiyaları sahəsində inqilabi dəyişiliklərin baş verməsi, müasir telekommunikasiya və informasiya kompyüter sistemlərinin köməkliyi ilə hər bir satış nöqtəsində tələb haqqında cari informasiyaların alınması, ötürülməsi və emal edilməsi imkanlarının meydana gəlməsi ilə bağlıdır. Təbii ki, bu proselərin sürətlən­məsinə bir tərəfdən yeni çevik istehsal texnologiyalarının intensiv tətbiq edilməsi, digər tərəfdən isə istehsal – logistik dövrənin uzunluğunun qısaldıl­ması əsaslı təsir göstərdi.

«Tez reaksiya»; «ehtiyatların fasiləsiz bərpa edilməsi» və «ehtiyatların avtomatik bərpa edilməsi» mikrologistik konsepsiyalarının bazasını bazarın proqnozlaşdırılan tələbinə «reaktiv cavab vermək» metodologiyası təşkil edir. Bu konsepsiyaların hər birisi əmtəəlik məhsul ehtiyatlarının idarəedilməsi ilə bağlı məsələnin həllinə müxtəlif formada yanaşsada, logistik sistemin dəyişən bazar tələbinə çevik reaksiya verilməsi müddətinin maksimum azaldılması baxımından oxşardırlar.

«Tez reaksiya vermək» (quick response, QR) konsepsiyası bölüşdürmə şəbəkələrində material resursları və ya hazır məhsulların hərəkətini yaxşılaş­dırmaq məqsədilə tələbin nəzərdə tutulan həcmdə dəyişilməsinə cavab olaraq pərakəndə ticarət strukturları ilə topdansatış ticarəti strukturları arasında logistik koordinasiyanı özündə birləşdirir. Bu konsepsiya pərakəndə ticarətlə məşğul olan vasitəçi strukturlarda aparılan satış əməliyyatlarına monitorinqin qoyulması və spesifik nomenklatura və çeşid üzrə satış həcmi haqqında topdansatış strukturlarına, topdansatış strukturlarından isə hazır məhsul isteh­salçılarına informasiya­ların ötürülməsi yolu ilə həyata keçirilir. Daha doğrusu, son istehlakçılara yaxın olan pərakəndəsatış şəbəkələrində istənilən təyinatlı hazır məhsullara tələb yarandıqda onlar bu tələb – sifarişi özlərinin sığorta ehtiyatları hesabına ödəməyə çalışırlar. Əgər bu tip ehtiyat növü pərakəndə ticarət strukturlarında (şəbəkələrində) yoxdursa və ya tələb oluna həcmdə deyilsə, onda bu strukturlar (şəbəkələr) özlərinin ehtiyatlarını bərpa etmək və tələbə tez reaksiya vermək məqsədilə yenicə formalaşan sifariş paketini topdansatış strukturlarına təqdim edirlər. Pərakəndə ticarət strukturlarının tələbinə çevik və tez reaksiya vermək üçün topdansatış ticarəti strukturları da eyni proseduranı yerinə yetirməli olurlar. Yəni, topdan ticarət şəbəkələri bu tələbi ya öz ehtiyatları hesabına ödəyir, ya da istehsalçı firmalara (müəssislərə) sifariş edirlər. Deməli, tələb – sifarişlər haqqında informasiyalar əks əlaqə prinsipi üzrə pərakəndə ticarəti strukturlarından istehsalçı firmalara (müəssisələrə) qədər prioritet əsaslarla operativ sürətdə ötürülür.

Beləliklə, material resurslarının yarandığı mənbədən son təyinat mən­təqəsinə qədər axını zamanı logistik iştirakçılar arasında etibarlı informasiya təminatının yaradılması tələbə «tez reaksiya verilməsi» ilə bağlı yerinə yetirilən proseslərin pərakəndə, topdansatış strukturları və istehsalçılar arasında bölüşdürülməsinə təminat yardır. Məsələn, pərakəndə satış ticarəti şəbəkəsi istehsalçı firmadan (müəssisədən) əmtəəlik məhsulun hazırlanması ilə bağlı istehsal dövrünün uzunluğunun 15 gündən 13 günə kimi qısaldılmasını, məhsulgöndərənlərdən isə ehtiyatların bərpa edilməsi üçün lazım olan müddəti altı gündən üç günə qədər azaldılmasını tələb edə bilər. Buradan göründüyü kimi müasir informasiya texnologiyalarının tətbiqi və onların mütəmadi olaraq təkmilləşdirilməsi hazır məhsulun istehsalı, nəqledilməsi və ehtiyatların bərpa edilməsilə bağlı olan vaxt intervallarını əlaqələndirməyə və bu müddətlərdəki qeyri – müəyyənliyi aradan qaldırmağa imkan verir, inteqrativ logistik şəbəkələrdə əməkdaşların maksimum çevik qarşılıqlı əlaqəsinə perspektivlər vəd edir. Bu konsepsiyanın tətbiqi ehtiyatların həcmini tələb olunan səviyyəyə (istehlakçı tələbini tez ödəyə biləcək həddən az olmamaqla) qədər azaltmağa və eyni zamanda ehtiyatların dövr sürətinin artırılmasına şərait yaradır.

«Ehtiyatların fasiləsiz bərpa edilməsi» (continuous replenishment, CR) üzrə logistik strategiya «tez reaksiya vermə» konsepsiyasının modifikasiyası hesab edilir və bir tərəfdən istehsal sahələrində material resursları üzrə ehtiyatların, digər tərəfdən isə bölüşdürmə kanallarında əmtəəlik məhsullar üzrə ehtiyatların bərpa edilməsi üçün lazım olan sifariş paketlərinə tələbatın aradan qaldırılmasına xidmət edir. Bu strategiyanın əsas məqsədi pərakəndə və topdansatış ticarəti şəbəkələrində əmtəəlik ehtiyatların fasiləsiz bərpa edilməsinə isti­­qa­mətlənmiş əlverişli logistik planları müəyyənləşdirməkdən ibarətdir.

Pərakəndə satış ticarəti şəbəkələrində satılan məhsulların həcmi haqqında və topdansatış ticarəti şəbəkələrindən bu strukturlara (və ya istehsalçı müəssisələrdən topdansatış ticarəti şəbəkələrinə) göndərilən hazır məhsulların həcmi haqqında gündəlik informasiyaları təhlil etməklə hər bir məhsul çeşidi üzrə məcmu tələbın həcmi hesablanır. Bundan sonra tədarükat üzrə qəbul edilən öhdəliklərə uyğun olaraq məhsulgöndərənlər, topdan və pərakəndə satış ticarətini həyata keçirən bölüşdürmə kanallarının iştirakçıları arasında razılaşma əldə edilir. Daha doğrusu, məhsul­gödərənlər satış və proqnozlaşdırılan tələb haqqında informasiyaların təhlili əsasında pərakəndə satış şəbəkələrində ehtiyatları bilavasitə və ya topdansatış vasitəçilərinin köməkliyi ilə fasiləsiz (və ya böyük intervallarla) bərpa edirlər. Bəzi hallarda ehtiyatların bərpa edilməsinə çəkilən vaxtı qısaltmaq məqsədi ilə hazır məhsullar topdansatış vasitəçilərindən keçmədən birbaşa pərakəndə satış strukturlarına çatdırılır. «Ehtiyatların bərpa edilməsi» konsepsiyasına müvafiq olaraq logistik işlərin əlverişli həyata keçirilməsi üçün aşağıdakı vacib şərtlərə mütləq mənada əməl etmək lazımdır:

a) pərakəndə satış ticarəti şəbəkələri mövcud reallığı düzgün qiymətləndirməyə imkan verən informasiyalara malik olmalı;

b) məhsulgöndərənlərə ötürülən bu informasiyaların vaxtı – vaxtında ope­rativ təhlil edilməsi nəticəsində əlverişli qərarlar qəbul edilməli;

v) material resurslarını istehsal sahələrinə, əmtəəlik məhsulları isə məhsulgöndərənlərdən topdan və ya pərakəndə satış şəbəkələrinə ayrı - ayrı nəqliyyat vasitələri ilə ehtibarlı nəqletməli;

q) yük göndərmələrin həcmi nəqliyyat vasitələrinin yük tutumuna maksimum dərəcədə uyğun gəlməlidir.

«Tez reaksiya vermə» və «Ehtiyatların fasiləsiz bərpa edilməsi» stra­tegiyalarının inkişaf etməsi nəticəsində yeni logistik – «ehtiyatların avtomatik bərpa edilməsi» (automatic replenishment, AR) konsepsiyası meydana gəldi. Bu konsepsiya məhsul­göndərənləri (hazır məhsul istehsalçılarını) əmtəə xarakteristikaları və kateqoriyaları üzrə konkret qərarların qəbul edilməsi üçün zəruri qaydalar toplusu ilə təmin edir. Əmtəə kateqoriyası adətən pərakəndə satış şəbəkələ­rinin konkret ticarət nöqtəsində ölçü və rənglərinə görə eyni olan məhsulların kombinasiyasını özündə birləşdirir. Məhsulgöndərənlər «ehti­yat­ların avtomatik bərpa edilməsi» strategiyasını tətbiq etməklə pərakəndəsatış şəbəkələrinin məhsul kateqoriyalarına tələbatını ödəmək imkanı əldə edirlər. Daha doğrusu, pərakəndə satış şəbəkələrindən bu və ya digər təyinata malik sifariş paketinin daxil olmasını və ya verilməsini gözləmədən məhsul­göndərənlər bu strukturları müvafiq əmtəə kateqoriyaları ilə təmin edir. Müx­təlif əmtəə kateqoriyaları ilə təmin edilən pərakəndə ­­satış şəbəkələrində isə satışın intensiv xarakter alması məhsul­gön­dərən­lərin çevikliyinin artmasına və ehtiyatların bərpa edilməsi ilə bağlı yerinə yetirilən işlərin iqtisadi səmə­rə­liliyinin yüksəldilməsinə şərait yaradır. Buna görə də pərakəndə satış şəbə­kələrində ehtiyatların operativ idarə­edilməsi məqsədi ilə hazır məhsulların zəruri vaxtda və həcmdə ehtibarlı göndərilməsi və tələbə uyğun olaraq ehtiyatların zəruri səviyyəsinin təmin edilməsi üçün məhsulgöndərənlər daha çox məsuliyyət daşıyırlar. Yəni, bu konsepsiyada əsas ağırlıq mərkəzi məhz məhsul­göndərənlərin üzərinə düşür. Pərakəndə ticarət strukturları baxımından «ehtiyatların avtomatik bərpa edilməsi» logistik strategiyasının tətbiq edil­mə­sinin nəticəsi əmtəə kateqoriyaları üzrə satış həcmini maksimum­laşdıra bilən sığorta ehtiyat­larının bərpa edilməsindən ibarətdir. Eyni zamanda bu strategiya pərakəndə satış strukturlarında ehtiyatların formalaş­ması, bölüşdürülməsi və onların etibarlı formada bərpa olunmasına çəkilən məsrəfləri azaltmağa da imkan verir.

Lakin bütün bu qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, «tez reaksiya vermək», «ehtiyatların fasiləsiz bərpası» və «ehtiyatların avtomatik bərpası» kimi logistik strategiyalar əsasən pərakəndəsatış ticarəti şəbəkələrinin cari tələbını ödəməyə yönəlib və istehsalçı firmalarla (müəssisələrlə) topdansatış ticarəti strukturları arasında inteqrativ münasibətləri tənzimləyir. Belə qarşılıqlı münasibətin - alyansın iki əsas səbəbi mövcuddur. Birincisi, istehlakçı tələbini, sifariş prosedurunu və hazır məhsulların nəqledilməsi qrafiklərindən təşkil edilən informasiya axın­larını, habelə bölüşdürmə kanallarında ehtiyatların idarəedilməsi ilə əlaqədar olan problemləri operativ həll etmək üçün məhsulgöndərənləri (istehsalçıları və topdansatış vasitəçilərini) konkret məlumatlar massivi (faylı) ilə təmin edir. Məhsul istehsalçıları və topdansatış ticarəti strukturları pərakəndəsatış şəbəkələrində, bölüşdürmə mərkəzlərində və istehsal sahələrində əmtəəlik məhsulların satış həcmi və əmtəəlik ehtiyatların səviyyəsi haqqında tam və hərttərəfli məlumata malik olduqda, məhsul­gön­dər­mələri də dəqiq planlaşdıra bilirlər. Bu tip planlaşdırmanın aparılması məhsul­gön­də­rənlərə imkan verir ki, onlar tələbin dəyişilməsinə, ayrı - ayrı istehlakçı sifarişlərinin yığılması prosesinin təşkili ilə bağlı məsələlərin həll edilməsinə, anbarların və istehsal bölmələrinin yerləşdiril­məsinə operativ reaksiya versinlər. İnteqrativ bölüşdürmə kanal­ları haqqında mövcud informasiyalar məhsul­göndərənlərə istehsal və bölüşdürmə sahələ­rində ayrı-ayrı məhsullar və istehlakçı qrupları arasında priori­tetlərin müəyyənləşdirilməsində bilavasitə köməklik göstərir.

İnteqrativ logistik sistemlərin inkişaf etdirilməsinin ikinci səbəbi zaman zamanvə və informasiya amilini uçota almaqla bölüşdürmə şəbəkələrində əməkdaşların (logistik sistemin iştirakçılarının) fəaliy­yətini əlverişli formada əlaqələndir­mək­dən ibarətdir. Logistik sistemin həlqələri arasında informasiyaların mübadiləsi və risklərin azaldılmasına əsaslanan ittifaq - alyans qarşılıqlı mənafeləri uçota almaqla uzun müddətli əməkdaşlıq münasibətləri üçün şərait yaradır.

5. 6. LOGİSTİKAYA QOYULAN ƏSAS TƏLƏBLƏR
İstehsal və tədavül sahəsində material axınlarının idarə edilməsində təsərrüfat fəaliyyətinin yeni istiqaməti və ya material axınlarının iqtisadi səmərəliliyinin yüksəldilməsi ilə əlaqədar yeni imkanların axtarılması üçün fənlər arası elm hesab olunan logistika aşağıdakı tələbləri yeri­nə­ yetirməklə firmaların (şirkətlərin) maliyyə nəticələrinin yaxşılaşdırıl­masını təmin edir.


  1. Logistika ilə korporativ strategiyalar arasında əlaqələr yaratmaq.

Təsərrüfat subyektləri logistikanın tətbiqilə yüksək bazar mənfəətinin təmin edilməsi üçün hər bir logistik əməliyyatları ayrı-ayrı aspektlər üzrə strateжi planlarla üzvü surətdə əlaqələndirməlidir. Logistikanı öz müəssisələrində tətbiq edən təsərrüfat rəhbərləri material axınlarının və bütün fəaliyyətin idarəedilməsinə, eləcə də idarəetmənin təkmilləşdirilməsi məsələlərinə logistik prizmadan yanaşırlar. Bu yanaşma hər şeydən əvvəl firma qarşısında duran ümumi məqsədlərin reallaşdırılması üçün başlıca amil hesab olunan məsrəflərin azaldılması və xidmətlərin differen­sial­laşdırılması yolu ilə rəqabət qabiliy­yətinin təmin edilməsinə istiqamətlənmiş strategiyaların işlənib hazırlanması və yerinə yetrilməsinə göməklik göstərən bütün logistik əməliyatların idarəedil­məsindən ibarətdir. Odur ki, belə təsərrüfat rəhbərləri firmanın ümumi mən­fəətinin yüksəldilməsini tabeçiliklərində olan bölmələrin (şöbələrin) fəaliy­yətini funksional əlaqələndirməklə «logistik əməliyyatlar məqsəd bazarında rəqabət qabiliyyətini təmin etməlidir» prinsipinin tətbiq edilməsində görürlər. Başqa sözlə, firma rəhbərləri üçün daha çox bazar seqmentlərinin ələ keçi­rilməsi və sabit bazar mövqelərinin qorunub saxlanmasının ümumi qəbul edil­miş konsepsiyası ondan ibarətdir ki, məhsulların tələb olunan yüksək keyfiyyətini (və ya logistik əməliyyatların icra edilməsini) təmin etməklə «isteh­lakçılara maksimum yaxınlaşmaq» lazımdır. Bu baxımdan firmaların logistik menecerləri logistik fəaliy­yət ilə korporativ strategiya arasında birbaşa əlaqəni nəzərdə tutan idarəetmənin prinsipial sxemını işləyib hazırlamalıdırlar. Belə sxemın tipik nümunəsi şəkil – də verilmişdir. (şəkil)

2. Material axınlarının hərəkət istiqamətlərini təkmilləşdirmək.

Bu tələb tədarükat, nəqletmə, anbarlaşdırma, ehtiyatların saxlanması və hazır məhsulların fiziki bölüşdürülməsi ilə əlaqədar vəzifələrin yerinə yetrilməsində logistik əməliyyatların elə təşkilini nəzər də tutur ki, bu zaman bütün funksiyalara nəzarət etmək mümkün olsun. Başqa sözlə, bütün logistik funksiyalar effektiv idarəetmə qərarlarının qəbul edilməsi baxımından (əgər firmanın ayrı ayrı xüsusi şöbələri bir - birilə bağlı olan logistik funksiyaların yerinə yetrilməsinə cavabdehlik məsuliyyəti daşıyırsa) mərkəzləşdirilmiş və ya ə
ks mərkəzləşdirilmiş idarəetmə aparatı tərəfindən həyata keçirilən nəzarətə uyğun olaraq əlaqələndirilməli və birləşdirilməlidir.
Şəkil. Firmanın logistik strategiyasının hazırlanması zamanı icra edilən

əməliyyatların sxemi

Praktiki təcrübə təsdiq edir ki, logistik funksiyaların vahid idarə­­etmə aparatı adı altında cəmləşdirilməsi məntiqi nöqteyi – nəzərdən düzgün və doğru olsa da əksər hallarda fəaliyyətin bu istiqamətdə qurulması heç də gözlənilən nəticənin əldə edilməsinə imkan vermir və istehsal yerlərində durğunluğun yaranmasına səbəb olur. Buna baxmayaraq material axınlarının hərəkət istiqamətlərində xüsusən iki mühüm: ehtiyatların idarə edilməsi və məhsulların fiziki bölüşdürülməsi sferasında mərkəzləşdirilmiş idarəetmə ənənələri getdikcə güclənir. Bu isə öz növbəsində biznesin çətin və mürəkkəb sahələri hesab olunan nəqletmə və anbarlaşdırmanın normal həyata keçirilməsinə imkan verməklə logistik dövrənin bütün mərhələ­lərinə tam nəzarət edilməsi üçün əlverişli şərait yaradır.

3. Logistik qərarların hazırlanması üçün zəruri informasiyaları qəbul etmək və mütərəqqi texnologiyalara əsaslanmaqla onları emal etmək (işləmək).

Aydındır ki, ayrı-ayrı logistik əməliyyatların və ya bütün logistik sistemin normal fəaliyyəti hər şeydən əvvəl zəruri informasiyaların və bu əsasda logistik qərarların vaxtı – vaxtında qəbul edilməsindən birbaşa asılıdır. Logistik sistemlər çərçivəsində qeyd edilən bu tələbin yerinə yetrilməsi bütün təsərrüfat subyektləri üçün elə bir şərait yaradır ki, onlar öz istehsal maliyyə imkanlarını nəzərə almaqla proqnozlaşdır­dıqları bazar mənfəətini əldə edə bilsinlər. Bunun üçün bazarda normal fəaliyyət göstərən logistik sistemin iştirakçıları ayrı-ayrı logistik əməliyyatların yerinə yetirilməsi zamanı müasir hesablama texnikasından istifadəyə (kompüyüt­er­­ləşdirməyə), mənfəətin artırılması və logisti­kanın potensial imkanlarının reallaşdırılması mənbəyi kimi baxırlar. Məhsulgöndərənlər və ya istehsalçılar arasında logistik məlumatların elektron şəbəkələrinin tətbiqilə geniş mübadilə edilməsi istehlakçı firmaların bazar tələblərinə çevik reaksiya vermək qabiliyyətinin yüksəldil­məsinə və bazar paylarının artırılmasına əsaslı köməklik göstərir. Buna görə də «istehlakçı şahdır» prinsipindən çıxış edən, fərdi elektron hesablama maşınları əsasında informasiya mübadilə­sinin həyata keçirilməsinə yaradıcı yanaşan firma və şirkətlər öz müştərilərinə göstərilən xidmətin keyfiyyətinin yüksəl­dilməsinə hər vasitə ilə çalışırlar.

Bunun üçün isə onlar müvafiq informasiya təminatına malik olmalıdırlar. İnformasiya təminatının tələb olunan səviyyəsini əldə etmək məqsədilə firma və şirkətlər adi və ənənəvi sistemlərlə müqayisədə məsrəflərin azaldılmasını nəzərdə tutan informasiya idarəetmə sistemlərinin layihələş­dirilməsi və ya yenidən qurulması üçün lazım olan maliyyə vəsaitlərinin həcminə (invenstisiya siyasətinin hazırlanmasına) xüsusi diqqət yetirirlər. Məsələn, firma və şirkətlər idarəetmə hey­yətini, logistik bölmələri və məhsulgöndərənləri biri – birilə əlaqələndirən informasiya sistemlərinin təkmilləşdirilməsinə xüsusi maliyyə vəsaitləri yönəltməklə xammal və material ehtiyatlarının səviyyəsinin əhə­miyyətli dərəcədə (bəzi hallarda 15 – 20 dəfə) azaldılmasına nail olurlar. Baş­qa sözlə, mükəmməl informasiya sistemləri ehtiyatların optimal idarə­edil­məsinə əlverişli şərait yaradır.

Firma və ya şirkətlər isə çox saylı logistik məsrəflərin uçota alınması və onlara nəzarət edilməsi üçün özlərinin maliyyə resurslarını müasir rabitə vasitələrinə əsaslanan kompyüter şəbəkələrinin yaradılmasına yönəldirlər. Praktiki təcrübəyə istinadən qeyd etmək olar ki, belə təyinata malik olan maliyyə resursları sistemin tətbiqindən 3 - 4 ay keçdikdən sonra özünü ödə­məyə başlayır. Daha doğrusu, mövcud sistemlərin modernləş­dirilməsini məhz bu yolla qənaət edilən maliyyə resursları hesabına həyata keçirmək mümkün olur.

İnzibati amirlik dövründə maddi – texniki təchizat sahəsində müxtəlif təyinatlı məsələlərin həlli üçün tətbiq edilən əksər EHM – nı istehsalçı müəssisələr tərəfindən növbəti təsərrüfat ilində istehsal proqramının yerinə yetrilməsi üçün lazım olan müxtəlif növ istehsal – texniki təyinatlı məhsullara sifariş – tələbnamələrin verilməsi, istehlakçıların istehsalçılara təhkimi, məhsulgöndərmə planlarının icra edilməsinə nəzarət, satış bazalarında məhsul ehtiyatlarının səviy­yələ­rinin uçotu, məhsul satışı və sairə üzrə məlumatların işlənməsi və operativ hesabatların hazırlanmasına xidmət edirdi. Bazar iqtisadiyyatı bütün təsərrüfat subyektlərinə iqtisadi müstəqillik verdiyindən istər istehsalçıların, istərsə də istehlakçıların iqtisadi fəaliyyətlərində əsaslı keyfiyyət dəyişilikləri baş vermiş, məhsulların sifarişi, sifarişlərin qəbulu, icra edilməsi, məhsul göndərənlərin seçilməsi və məhsulların göndərilməsi mexanizmi inzibati – amirlik sistemindən fərqli olaraq yeni məzmun kəsb etməyə başlamışdır. Bu baxımdan da bir sıra iri firma və şirkətlər məlumatların yüksək sürətlə işlənməsini həyata keçirən və yüksək texniki təminat vasi­tələrinə malik yeni nəsl elektron hesablama maşınlarının bütün imkanlarından istifadə etmək üçün tətbiqi iqtisadi cəhətdən səmərəli olan sistemlərin hazırlanmasına xüsusi diqqət yetirirlər. Bu da logistik idarəetmə qərar­larının vaxtında hazırlanması və qəbul edilməsinə əlverişli şərait formalaşdırır.

4. Əmək resurslarından istifadəni səmərəli idarə etmək.

Material axınlarının idarə edilməsi prosesində mühüm əhəmiyyət kəsb edən elementlərdən biri də məhz əmək resurlarının idarə edilməsidir. Əgər firmaların (şirkətlərin) yüksək peşə yönümlü və yüksək ixtisas dərəcələrinə malik işçi heyəti vardırsa təbii ki, belə firmalar (şirkətlər) logistik sistemin effektiv fəaliyyətinə nail ola bilərlər. Məhz buna görə də firma və şirkətlərin rəhbərləri işçi heyətinin seçilməsi, onların professional hazırlığı və peşə yönümü və ya ixtisas dərəcələrinə müvafiq iş yerləri ilə təminatı məsələrini mütəmadi olaraq diqqət mərkəzində saxlayırlar.

Müasir iqtisadi şəraitdə logistik idarəetmə aparatının yüksək təbəqələri aydın şəkildə başa düşürlər ki, yaxşı hazırlanmış və təcrübəli menecerlər firmaların strateжi planlarının müvəffəq reallaşdırılmasının bir növ təminatçısı kimi çıxış edirlər. Başqa sözlə, hazırlıqlı kadr potensialına malik firmalar (müəssisələr) ayrı-ayrı logistik əməliyyatların yerinə yetrilməsində heç bir çətinlik çəkmədən logistik sistemlərin bütün tələb və iradlarına çevik reaksiya vermək qabiliyyətinə malik olurlar və sistemin effektivliyinin artırıl­­­masına köməklik göstərirlər. Daha doğrusu, alıcıların bütün tələblərinin dolğun ödənil­məsini qarşısına məqsəd qoymuş və satış bazarında kəskin rəqabət mühitinin mövcudluğundan xəbərdar olan istehsalçı və ya məhsulgöndərən firmalar öz­lərinin bazar dayanıqlıqlarını məhz yüksək istehsal və korporativ mədəniyyətə malik işçi heyəti hesabına möhkəmləndirirlər.

Təcrübə göstərir ki, alıcılar və satıcılar arasında uzunmüddətli təsərrüfat əlaqələrinin mövcudluğu hər iki tərəf üçün əmək resurslarının idarə edilməsi məsələsini ümumi problemə çevirmişdir. Ümumi logistik dövrənin ayrı-ayrı həlqələrini təşkil edən tərəflərdən hər hansı biri logistik sistemin tələblərinə riayət etmirsə bu bütövlükdə hər iki tərəf üçün neqativ halların – istehsal proqramının yerinə yetrilməsində çatışmazlıqların, istehsalın material resursları ilə təminatında uyğunsuzluqların, məhsul göndərmələrdə gecikmələrin yaranmasına gətirib çıxarır. Nəticə etibarı ilə bir tərəfdə yaranan uyğunsuzluq və ya qeyri sabit maliyyə nəticələri digər tərəfə də öz təsirini göstərir. Buna görə də tərəflər gələcək dövrdə yarana biləcək logistik problemlərdən qaçmaq üçün ümumi kondeksdən çıxış etməklə vahid kadr siyasəti aparmalıdırlar. Bunun üçün logistik sistemin ayrı-ayrı mərhələlərində (bölmələrində) çalışan kadrlarının iş yerlərində hazırlanması ilə yanaşı firmalar (müəssisələr) onları logistika sahəsində yeni metod və texnolo­giyaları mənimsəmək məqsədilə xüsusi ixtisas artırma kurslarına göndərirlər.

5.Ümumi strategiyaların hazırlanması üçün digər firmalarla qarşılıqlı təsərrüfat əlaqələri qurmaq və onu inkişaf etdirmək logistikanın təkmilləşdirilməsinə qoyulan ən mühüm tələblərdən biridir. Firmaların (müəssisələrin) mikromühitinə aid edilən bölmələr bu və ya digər səpkili logistik əməliyyatları yerinə yetirən zamanı brokerlər, məhsulgöndərənlər, topdansatış firmaları, istehlakçılar və s. bu kimi logistik vasitəçilərlə təsərrüfat əlaqələri qurur və onu inkişaf etdi­rir­lər. Daha doğrusu, istehsalçı firmalar istehsal proqramının zəruri vaxtda yerinə yetrilməsi və hazır məhsulların istehlakçılara lazımı vaxtda çatdırılmasını həyata keçirmək məqsədilə ümumi logistik strategiyanın hazırlanması zamanı diqqət yönəltdikləri əsas məsələ material resursla­rının nomenklaturasının (iri və ya təsnifləşdirilmiş) və onların alış bazarının müəyyənləşdirilməsidir. Aydındır ki, məqsəd (alış) bazarının təyin edilməsində təcrübəsi olmayan və maliyyə çətinlikləri ilə üzləşən logistik firmalar başqasının adından başqasının hesabına fəaliyyət göstərən vasitəçilərə brokerlərə müraciət etmək məcburiyyətində qalırlar. Odur ki, müvafiq bazar fəaliyyəti konsepsiyasına malik olan vasitəçilər özlərinin logistik strategiyalarını uzunmüddətli təsərrüfat əlaqələri yaratmış logistik firmaların stategiyalarına və ya əksinə uyğunlaşdırma­lıdırlar. Bu proses hazır (əmtəəlik) məhsulların satış siyasətinin formalaşması zamanı da həyata keçirilir.

İstehlakçılar tədarükat bazarında məhsuldar fəaliyyət göstərən məhsul­göndərənlər içərisində özlərinin təklif etdikləri məhsulların qiyməti, kəmiyyəti, keyfiyyəti məhsulgöndərmə şərtləri və qrafiklərinə əməl edilməsi intizamı, məhsulgöndərmə müddəti, nəqletmənin tezliyi, istehsal proqramında baş verən dəyişikliklərə çevik bazar reaksiyası verə bilmək qabiliyyəti və sairəyə görə fərqlənən məhsulgöndərənlərə daha çox üstünlük verirlər. Bu əsasda seçilmiş məhsulgöndərənlərlə təsərrüfat əlaqələri qurmaq və inkişaf etdirmək üçün ümumi logistik strategiyalar hazırlamalı və həyata keçirməlidirlər.

Qeyd edilən əməliyyatları topdansatış firmaları da həyata keçiridiyindən belə nəticəyə gəlmək olar ki, mənfəətin artırılması istiqamətində ən yüksək nəticələri o firma və ya şirkətlər əldə edir ki, onlarla kommersiya münasi­bətlərində olan daxili və xarici iştirakçılar arasında sadə və çox cəhətli əlaqələr yaradılmış olsun.

Bazarda müvəffəq fəaliyyət göstərən firmalar (şirkətlər) öz aralarında sabit və məhsuldar xarakterli işgüzar münasibətlərə malikdirlər. Onlar hər şeydən əvvəl belə münasibətləri bazarın tələbi baxımından qurduqlarından onu epizodik, təsadüfü hal kimi qiymətləndirmir, sadəcə bu münasibətlərə yaxın zaman kəsiyi üçün logistik məsrəflərin azaldılması istiqaməti kimi baxırlar. Bu nöqteyi – nəzərdən çıxış edən firmalar (müəssisələr) məhsulgöndərənlər, istehlakçılar, nəqliyyat agentləri və logistik dövrənin digər iştirakçıları ilə yaradılan «strateжi ittifaq»-ın fəaliyyət spektirini daha da genişləndirirlər. Müasir şəraitdə fəaliyyət göstərən ixtiyari iri istehsalçılar material resurslarının alqı - satqısı üzrə kommersiya əməliyyatlarını həyata keçirən zaman strateжi əməkdaş­lığın konturlarını özlərinin tərəf müqabilləri -işgüzar tərəfdaşları ilə qarşılıqlı əlaqədə və güzəştlər əsasında müəyyənləşdirilər. Bu zaman istehsalçı firmalar istehsal proqram­larında, məhsulgöndərmə qrafiklərində baş verə biləcək dəyişiklik­lərin proqnozlaşdırılması, habelə məhsulgöndərmə qrafikləri üzrə informa­siyaların mübadilə edilməsi prosesinin açıq və sistematik xarakter daşımasına çox böyük əhəmiyyət verirlər. Çünki informasiyaların mövcudluğu və onların qeyd edilən formada operativ mübadiləsi məhz logistik dövrənin ayrı-ayrı iştirakçıları arasında təsərrüfat əlaqələrinin tələb olunan səviyyədə qurulmasına şərait yaradır və onların dinamikliyini artırır.

6.Maliyyə göstəriciləri sistemində logistik əməliyyatlar hesabına daxil olan mənfəət və gəlirlərin uçotunu aparmaq,

Nəqliyyat, anbarlaşdırma, informasiya, tədarükat, satış və digər logistik əməliyyatların yerinə yetirilməsi nəticəsində firmanın mənfəətli olub olmaması onun müvafiq uçot – kalkulyasiya, təsərrüfat fəaliyyətinin təhlili, iqtisadiyyat, mühasibatlıq və digər struktur bölmələri tərəfindən hesablanır. Belə bir praktikaya Amerika firmalarına məxsusdur. Onlar fərdi formada logistik sifarişləri qəbul edir və bu əsasda yüksək xidmət göstərilməsini təmin etməklə məhsul satışı zamanı əhəmiyyətli dərəcədə mənfəətə malik olurlar. Bu zaman firmaların logistik bölmələri idarəetmə aparatının tələb etdiyi səviyyədə servis xidmətinin göstərilməsinə zəmanət verir. Nəticə etibarı ilə bu da logistik əməliyyatların yerinə yetirilməsi zamanı logistik aktivliyə görə mənfəətin artırılmasına səbəb olur. Qərb şirkətlərində isə maliyyə fəaliy­yətinin mühüm indikatoru kimi aktivlər üçün mənfəət norması göstəricisindən geniş istifadə edirlər. Əksər Amerikan firmaları buna əsaslanaraq logistik aktivlərin hər birisi üçün mənfəəti ayrıca hesablayırlar. Əgər logistik dövrənin hansı bir mərhələsində logistik xərclərin səviyyəsi yüksəkdirsə bu mərhələdə və ya o aktiv üçün mənfəətin hesablanmasına ehtiyac yoxdur. Daha doğrusu, ümumi logistik dövrənin bu mərhələsinin xərc tutumlu olması burada ayrı- ayrı xərc elementlərinin ayrılıqda təhlil və təftiş edilməsini nəzərdə tutur. Çünki, belə işin aparılması növbəti logistik əməliyyatların yerinə yetirilməsi zamanı təkrarlanmaların qarşısını alır və çəkilən xərclərin minimum­laş­dırıl­masına imkan verir.

Maliyyə praktikasında qeyd edilən göstəricinin tətbiq edilməsi nəticə­sində əksər firma və şirkətlərin idarəetmə aparatı ayrı-ayrı logistik əmə­liyyatların xərc tutumlu və ya mənfəətli olması üzrə analitik qiymət­lən­dirmə aparır. Nəticədə firmalar məsələn, məhsulların nəqledilməsini həyata keçirən xüsusi avtomobil parkının yeniləşdirilməsinə və orada mövcud avtomo­billərin sayının azaldılmasına və ya ümumiyyətlə xüsusi avtomobil parkından imtina etməklə yükdaşımaların ixtisaslaşdırılmış nəqliyyat agentliklərinin öhdəsinə buraxılmasına, eləcə də xüsusi anbar­lar­dan imtina etməklə ümumi istifadədə olan anbarlardan icarə yolu ilə istifadə edilməsinə üstünlük verilməsi məsələlərini daim diqqət mərkəzində saxlayırlar.

7.Rentabelliyin yüksəldilməsi üçün logistik xidmətlərin optimal səviyyəsini müəyyənləşdirmək. Bu tələb firma və şirkətlərin strateжi siyasətinin mühüm elementi hesab olunur. Logistik xidmətin optimal səviyyəsinin aşkar edilməsi üçün yüksək səviyyəli servis xidmətinin göstərilməsi nəticəsində əldə edilən əlavə gəlirin həcmi təyin edilir və bu zaman belə yüksək səviyyənin qorunub saxlanılmasına çəkilən xərclərlə alınan mənfəət nəticə etibarı ilə müqayisə olunur. Bunun üçün isə logistik xidmətin səviyyəsini səciyyələndirən və bazara istiqamətlənmiş konkret proqram işlənib hazırlanır. Bu proqramda müxtəlif qruplara aid edilən ayrı-ayrı istehlakçıların ümumi satışın həcmində xüsusi çəkiləri, xidmətin səviyyəsi və eləcədə sifarişlərin yerinə yetrilməsi müddəti nəzərə alınmaqla logistik xidmətin necə həyata keçirilməsi (plan­laşdırıl­ması) göstərilir (cədvəl).

Cədvəl

İstehlakçılara göstərilən xidmətlərin proqramı

Xidmət göstərilən istehlakçı qrupları

Satışın həcmində istehlak­ların xüsusi çəkisi, %-lə

Xidmət səviyyəsi, %-lə

A

B

C



Ç

D


60

20

15



3

2


95-98

90-95


90-95

85-90


85-90

Qərb ölkələrində əksər firmalar belə qənaətə gəliblər ki, istehsal etdikləri məhsulların rəqabət qabiliyyətini artırmaq, istehlakçılarla uzunmüddətli təsər­rüfat əlaqələri formalaşdırmaq və rəqabət mübarizəsinə tab gətirmək üçün konkret istehlakçılara bu və ya digər təyinatlı logistik xidmətlərin göstərilməsi vacibdir. Bunun üçün onlar logistik xidmətlərin parametrlərini müəyyən­ləşdirmiş və bu xidmətə qarşı qoyulan tələb­lərin ciddi şəkildə yerinə yetiril­məsinə nəzarət edirlər. Nəzarət işi hər şeydən əvvəl göstərilən logistik xid­mətin beynəlxalq normalar çərçivəsində işlənib hazırlanmış vahid stan­dartlara uyğun olub-olmasının təhlil edilməsi yolu ilə həyata keçirilir. Lakin bu zaman o firmalar (müəssisələr) ən yüksək iqtisadi nəticələrə nail olurlar ki, onların logistik bölmələri bütün istehsal şöbələri ilə ayrı-ayrı xidmət növləri üçün firmadaxili müqavilələr bağlayır və bunun üçün onlardan göstərilən xidmətə görə müvafiq xidmət haqqları alırlar. Başqa sözlə, mikrologistik xidmətin verdiyi iqtisadi səmərə makrologistik xidmətin həyata keçirilməsi üçün əlverişli mühit formalaşdırır, firmanın beynəlxalq bazarlarda imicinin yüksəldilməsinə köməklik göstərir və ümumi logistik dövrənin məhsuldar­lığını artırır.

8. Logistik əməliyyatların yerinə yetrilməsinə ciddi nəzarət etmək.

Qeyd edilən bütün tələblərin ən əsas məqsədi logistik xərclərin azaldıl­ması hesabına logistik sistemin iqtisadi səmərəliliyinin yüksəldilməsindən iba­rətdir. Buna görə də ayrı-ayrı fundamental problemlər, məsələn sahib­karlığın strategiyası firmaların istər makro, istərsədə mikro səviyyədə logistik stra­tegiyaları ilə əlaqələndirilməlidir. Deməli, ümumən sahibkarlıq fəaliyyə­tinin nor­mal gedişi bilavasitə logistik strategiyanın düzgün seçilməsindən və burada logistik əməliyyatların tələb olunan səviyyədə minimal xərclərlə zəruri vaxtda və lazımı yerdə həyata keçirilməsindən asılıdır. Odur ki, əgər firmanın idarə­etmə aparatı böyük iş təcrübəsi və dərin elmi biliklərə malikdirsə, yəni praktika elmi nəzəriyyə ilə vəhdət təşkil edirsə, onda bu qeyd edilənləri real­laşdırmaq mümkündür. Bu isə öz növbəsində logistik menecerdən, eləcədə logis­tik idarəetmə aparatından logistik əməliyyatların yerinə yetirilməsi ardıcıl­lığının müəy­yənləşdiril­məsi və onların ciddi surətdə həyata keçirilməsinə nəzarət edil­məsini tələb edir.

Amerika mütəxəssisləri D. Buşer və Q. Tindol hesab edirlər ki, firma tərəfindən qeyd olunan səkkiz tələbin yerinə yetrilməsi logistikanın marketinq və istehsalla qarşılıqlı əlaqəsinə təminat verir. Eyni zamanda bu tələblər bütün logistik əməliyyatların həyata keçirilməsini yüksək səviyyədə təşkil etməklə bərabər istehlakçılar üçün aktiv fəaliyyət sahələrində effektiv servis xidməti yaradır. Bu da nəticə etibarı ilə firmaların rəqabət qabiliyyətini yüksəldir və onlar üçün mənfəət artımını təmin edir.

FƏSİL 4. LOGİSTİKANIN FUNKSİYALARI



4.1. LOGİSTİK ƏMƏLİYYATLAR VƏ FUNKSİYALAR
İstehsalın zəruri xammal, material və dəstləşdirici məmulatlarla təmin edilməsi və bu əsasda bazar üçün istehlakçı tələbinə uyğun bu və ya digər məmulatın hazırlanmasına logistik yanaşma nəticə etibarı ilə material axın­larının tənzimlənməsini tələb edir. Tənzimlənmə yaranma mənbəyi, hərəkət istiqaməti, kəmiyyəti, dövrlüyü, ardıcıllığı, habelə digər parametr­lərinə görə insan, enerжi, informasiya və maliyyə resurslarının idarə edilməsi vasitəsilə həyata keçirilir.

Sadalanan bu resursların material axınları kateqoriyasına aid olunmasına baxmayaraq onlar fiziki təbiətlərinə görə iqtisadi fəaliyyət nəticəsində özünün ilkin formasını dəyişən və istehlakçıların tələbatının ödənilməsi mənbəyi hesab olunan ilkin materialların təbiətindən əsaslı surətdə fərqlənirlər. Buna görə də logistika anlayışını geniş mənada iqtisadi fəaliyyət nəticəsində yaranan bütün növ axınların müasir idarəetmə metodu və ya metodologiyası kimi başa düşmək olar.

Logistika marketinq tərəfindən aşkar edilən hər bir bazar subyektinin tələbinin dolğun və tam ödənilməsi üçün material, maliyyə resurslarının ilkin mənbədən son təyinat məntəqələrinə qədər hərəkəti prosesini həyata keçirir. Bu zaman material resursları təkrar istehsal prosesinin başlanğıc və son fazası arasında müvafiq dəyişiliklərə (anbarlaşdırma, markalaşdırma, nəqletmə, emal, fiziki bölüşdürmə və s.) məruz qalır. Belə dəyişiklikləri həyata keçirən hərəkət və ya proseslər logistik əməliyyatlar hesab edilir.

Logistik əməliyyatlar müxtəlif xarakterli iqtisadi fəaliyyətlərin həyata keçirilməsi zamanı ixtiyarı material, maliyyə və informasiya axınlarının dəyişilməsi məqsədinə xidmət edən hərəkət və proseslər məcmusudur. Logistik əməliyyatları istehsal və mübadilə sferasında material axınları ilə bağlı əməliyyatlar, eləcə də maliyyə və informasiya axınları ilə əlaqədar yerinə yetirilən əməliyyatlar kimi təsnifləşdirmək olar. Hər iki sferada icra olunan logistik əməliyyatlar bir – birindən spesifik cəhətlərinə görə fərqlənir.

İstehsal sferasında material axınları ilə bağlı əməliyyatlar sifarişlərin yerləşdirilməsi, anbar təsərrüfatının idarə edilməsi, istehsal avadanlıq­larının, hazır məhsul üçün lazım olan ünsürlərinin- komponentlərinin və məhsul­göndərənlərin seçilməsi, istehsal proseslərinin planlaşdırılması və dispeçerləşdirilməsi, istehsal ehtiyatlarının uçotu və idarə edilməsi üzrə əməliyyatlardan ibarətdir.

Mübadilə sferasında material axınları ilə bağlı logistik əməliyyatlar xammal, material və dəstləşdirici məmulatların yükləmə və boşaldılması, nəqledilməsi, dəstləşdirilməsi (komplektləşdirilməsi), anbarlaşdırılması, ehtiyat formasına salınması, hazır məhsulların taralaşdırılması, markalaşdırılması və müxtəlif səviyyəli bölgü kanalları üzrə məhsulların fiziki bölüşdürülməsi kimi əməliyyatları özündə birləşdirir.

İnformasiya axınları ilə əlaqədar əməliyyatlar logistik informasiya sis­temlərinin yaradılması və bu sistem daxilində material axınlarına uyğun olan və onları idarə edən informasiyaların yığılması, saxlanması, emalı və ötürülməsi üzrə işlərin yerinə yetrilməsidir.

Maliyyə axınları ilə əlaqədar əməliyyatlar iqtisadi fəaliyyətin istənilən mərhələsi üçün funksional dəyər təhlilinin aparılması, bütün logistik proqramlar və ya onun ayrı-ayrı missiyalarının həyata keçirilməsi üçün zəruri maliyyə və­saitlərinin həcminin və onların əldə edilməsi mənbəyinin, müxtəlif məh­sulgöndərənlərlə hesablaşma formalarının müəyyənləşdirilməsi, habelə dəyər baxımından bütün məsrəf və ehtiyatlar üzərində nəzarət işinin aparılmasından ibarətdir.

Logistik əməliyyatları nəzərdən keçirən zaman giriş və çıxış material axınları ilə əlaqədar yerinə yetirilən əməliyyatları logistik sistemin daxilində icra edilən əməliyyatlardan əsaslı surətdə fərqləndirmək lazım gəlir. Mahiy­yət etibarı ilə bu fərq özünü logistik sistemin girişinə daxil olan material resursları və çıxışdakı hazır məhsullar üzərində mülkiyyət hüququnun dəyişməsi və sığorta riskinin ötürülməsində təzahür etdirir. Logistik sistem daxilində isə bu və ya digər təyinata malik material axınları logistik sistemin quruluşu və iştirakçıların tələblərindən asılı olmayaraq dəyişilməsinə baxmayaraq məhsullar üzərində mülkiyyət hüququ dəyişilməz qalır. Mülkiyyət hüququnun dəyişilməməsilə yerinə yetirilən əməliyyatlar birtərəfli, dəyişilməsi ilə aparılan əməliyyatlar isə iki tərəfli əməliyyatlar adlanır.

Logistik əməliyyatlar həmçinin daxili və xarici əlamətlərinə görə fərqlənirlər. Xarici logistik əməliyyatlar sözün tam mənasında maddi – texniki təchizat prosesini, məhsulgöndərənlərlə işgüzar əməkdaşlığı və müxtəlif səviyyəli malyeridilişi kanallarında hazır məhsulların fiziki bölüşdürülməsini həyata keçirir.

Ümumi formada logistik əməliyyatları aşağıdakı kimi təsnifləşdirmək olar (cədvəl).

Cədvəl

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə