FƏSİL 5: Əsas logiSTİk konsepsiyalar firmalarin logiSTİk konsepsiyasi




Yüklə 0.56 Mb.
səhifə2/6
tarix27.04.2016
ölçüsü0.56 Mb.
1   2   3   4   5   6

Şəkil 1. Firmanın inteqrativ logistik strategiyasının reallaşdırılmasının əsas vəzifələri

Qeyd edildiyi kimi logistik layihələşdirmə zamanı firma üçün logis­tika­nın tətbiq imkanlarının müəyyənləşdirilməsi məqsədilə əvvəlcədən müvafiq təhlilin aparılması onun bu firmada vəzifələrinin və bütövlükdə missiyasının müəyyənləşdirilməsinə şərait yaradır. Bu zaman aşağıdakı kateqoriyalar təhlil obyekti kimi çıxış edir:



  • firmanın təşkilatı strukturu, başqa sözlə firmanın normal fəaliyyətini təmin edən sistem yaradıcı elementlər arasında sadələşdirilmiş əlaqələr məc­mu­sunun təhlili. Qeyd edilən bu kateqoriya əsasında təhlilin aparılması bir qay­da olaraq üç istiqamət: a) dəyər və natural göstəricilərlə ölçülən, firma daxi­lində istehsal edilən müxtəlif növə və təyinata malik məhsullar və ya göstərilən xidmətlər arasında qarşılıqlı münasibətlərə əsaslanan istehsal strukturu, b) əmə­liyyatların ardıcıllığı prinsipi üzrə texniki və kooperativ əlaqələrə malik firmanın idarəetmə orqanlarının tərkibi, c) idarə etmə qərarlarının qəbul edilməsi və reallaşdırılmasında qarşılıqlı rabitəni təmin edən xüsusi alt sistemlər, eləcədə ümumi idarəetmə sistemi üzrə təhlilin həyata keçirilməsini nəzərdə tutur.

  • istehlakçıların sifarişlərinin yerləşdirilməsi, məhsul satışının və ümumi əmtəə dövriyyəsinin planlaşdırılması, istehsalın və istehsal güclərinin optimal yük­lən­məsinin planlaşdırılması, istehsalın material resursları, istehsal avadan­lıqlarının isə ehtiyat hissələri ilə təminatının təşkil və idarə edilməsini həyata keçirə bilən logistik metod və üsulların təhlili;

  • məhsul və xidmətlərin (ardıcıl texnoloжi dövrlər üzrə), istehlakçıların (iri müştərilərin seçilməsi), ehtiyatların (istehsal və əmtəəlik) və məhsul­göndərmələrin (tranzit və ya anbar, kiçik və ya iri) tərkibinin təhlili;

  • xarakter, istiqamət və intensivliyinə görə material axınlarının tərkibinin və istehsal güclərinin yüklənməsinin təhlili;

  • logistik xərclər də daxil olmaqla firmanın ümumi xərclərinin tərkibinin təhlili.

Logistikanın effektivlik amillərinin müəyyənləşdirilməsi bu sırada ikinci mühüm vəzifə olmaqla firmanın makro və mikrologistik strategiyasının işlənib hazırlanması üçün əsas hesab olunur. Və eyni zamanda nəzərə alsaq ki, firmaların müasir mərhələdə iqtisadi cəhətdən inkişafı istehsalçı firmaların rəqabət qabiliyyətinin yüksəldilməsi, gəlirlərin, mənfəətin, rentabelliyin, əmtəə dövriyyəsi və məhsul satışı həcminin artırılması ilə xarakterizə olunur belə bir şəraitdə istehlakçılar üçün əlverişli olan alıcı bazarı bu firmaların logistik strategiyasına təsir etməklə yanaşı aşağıdakı göstəricilərin yaxılaş­dırılmasına xidmət etməlidir:

  • məhsulgöndərmələr üzrə əldə edilmiş razılaşmalara (məhsulların kəmiyyət və keyfiyyət aspektinə görə) və müddətlərə (tələb olunan müddət) riayət edilməsi;

  • sifarişlərin verilməsi prosedurunun sadələşdirilməsi və onların keçid mərhələləri və müddətlərinin qısaldılması;

  • logistik sistemlərin bazar çevikliyinin yüksəldilməsi;

  • firmalar üçün zəruri olan texniki və iqtisadi informasiyaların əldə edilməsi imkanlarının və mənbələrinin artırılması.

Logistik strategiyanın işlənib hazırlanmasında üçüncü əsas vəzifə logis­tikanın sahibkarlıq fəaliyyətinin tələbləri baxımından formalaşan konsepsiyası və bu əsasda logistik tədbirlərin planlaşdırılması və təşkilindən ibarətdir. Bu zaman firmanın optimal idarəetmə strukturunun seçilməsi, təşkil edilməsi, işçi heyətinin tərkibi və sair xarakterli kompleks məsələlərin «məsrəf – nəticə» süzgəcindən keçməklə həll edilməsi konseptual yanaşma tələb edir. Firmaların logistik quruluşu aşağıdakı şəkildə verilmişdir.



Şəkil 2. Firmaların logistik strukturası
Ümumiyyətlə, logistik sistemlər firmanın digər struktur bölmələrilə qarşılıqlı əlaqdə fəaliyyət göstərirlər. Çünki, rəqabət mübarizəsinin müasir mərhələsi və səviyyəsində meydana çıxan və material axınlarının idarəedilməsi kimi məsul bir vəzifəni yerinə yetirən logistika həm istehsalçı, həm də istehlakçı firmaların bu və ya digər bölmələri üçün strateжi baxımdan məqsədyönlü və konkret məsələlər müəyyənləşdirir və onların icra edilməsinə nəzarət işini həyata keçirir. Logistik sistemlərin firmadaxili funksional bölmələr və sair fəaliyyət sahələri ilə belə qarşılıqlı əlaqələrinin xarakterik cəhətləri yuxarıda qeyd edilən şəkildə verilmişdir.

5.2. «DƏQİQ VAXTINDA» LOGİSTİK KONSEPSİYASI

Dünya təsərrüfat sistemində ən geniş yayılmış mikrologistik konsepsiyalardan biri JIT (just –in-time) «dəqiq vaxtında» konsepsiyası hesab edilir. Bu sistem ilk dəfə yapon istehsalçıları tərəfindən təklif edilmiş və verdiyi iqtisadi səmərə baxımından özünü ABŞ – da da təsdiq etmişdir. Daha doğrusu, bu konsepsiyanın meydana gəlməsi Yaponiyanın Toyota Motors və digər avtomobil şirkətlərinin KANBAN mikrologistik sisteminin geniş tətbiq edilməyə başlandığı ötən əsrin 50 – ci illərinə təsadüf edir. Bir qədər sonra KANBAN mikrologistik sistemindən avtomobil sənayesində istifadə etməyə cəhd edən amerikalılar da onu «dəqiq vaxtında» konsepsiyası adlandırmışlar. Bu konsepsiyanın tətbiq edildiyi ilk illərdə başlıca məqsəd avtomobil və ya onun ehtiyat hissə­lərinin hazırlanması ilə bağlı istehsal prosesinin fasiləsiz getməsi üçün istənilən növə və təyinata malik material resursları üzrə ehtiyatların yaradılmamasından ibarət idi. Başqa sözlə, «dəqiq vaxtında» konsepsiyası məntiqi baxımdan əmtəəlik məhsulun istehsalı üçün lazım olan material resursları üzrə ehtiyatların səviyyəsini mövcud məhsul partiyasının istehsalına lazım olan həddə qədər minimumlaşdırmaqdan ibarətdir. Bu isə öz növbəsində məhsul­göndərənlərdən 100 % keyfiyyətli məhsulların göndəril­məsini tələb edir. Çünki istər məhsul­göndərənlərin, istərsə də istehsalçıların hazır məhsul anbarlarında sığorta ehtiyatı yaradılmadığından göndərilən hər bir material resursu – hissə və ya qovşaq mütləq keyfiyyət üzrə standart tələblərə cavab verməlidir. Ehtiyatların minimum həddə qədər azaldılması göndərilən məhsulların keyfiyyəti problemini və məhsulgöndərənlərin servis xidməti məsələsini ön plana çəkməklə məhsulgöndərənlər və nəqletmə işlərini həyata keçirən departamentlər (agentlər) qarşısına keyfiyyətin yüksəldilməsi tələbini qoyur. Yəni, məhsulgöndərənlər özlərinin istehsal texnologiyasını JIT sistemi üzrə fəaliyyət göstərən istehlakçılara inteqrasiya etməyə tədricən vərdiş edirlər. Bu isə o deməkdir ki, məhsulgöndərənlər də keyfiyyətli məhsul istehsal etmək və bu məhsulları tələb olunan yerə vaxtında və keyfiyyətli çatdırmaq üçün özlərindən asılı olmayan obyektiv amillərin təsiri altında JIT sistemini tətbiq edirlər.

Deməli, «dəqiq vaxtında» konsepsiyası bir tərəfdən hazır məhsul istehsalı üçün zəruri hesab edilən material resursları üzrə ehtiyatların minimum­laşdırılmasına əsaslanırsa, digər tərəfdən göndəriləcək material resurslarının, habelə hazır məhsulların keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

İstehlakçılar məhsulgöndərənlərə günlük və ya dəqiq göndərmə saatları nəzərdə tutulan ciddi qrafiklər üzrə sifarişlər verir. Sifarişlərin tərtib edilməsinə çəkilən xərclər o qədər də böyük olmadığından istehsalçı firmalar ehtiyatların saxlanmasına çəkilən xərcləri minimumlaşdırmaq məqsədilə məhsulgöndərənlərə tez – tez sifariş paketlərinin təqdim edilməsində daha maraqlıdır. Ehtiyatların bərpa edilməsi və məhsul­göndərmələrin ehtibarlığı kimi göstəricilər JIT sistemi üzrə işləyən istənilən istehsalçını, meneceri narahat etdiyindən onlar bu vaxtın qısaldılmasına və məhsulgöndərmələrin etibarlığının maksimumlaş­dırılmasına səy göstəməlidirlər. Daha doğrusu, təsdiq edilmiş istehsal qrafiklərinə (cədvəl­lərinə) uyğun olaraq burada material axınlarının hərəkəti elə təşkil edilməlidir ki, istehsalın təşkili və ya hazır məhsulun yığılması üçün lazım olan bütün material və yarımfabrikatlar təyin edilmiş vaxtda, tələb olunan həcmdə lazımı yerə çatdırılsın. Məsələnin belə qoyuluşu konkret zaman kəsiyi üçün maliyyə vəsaitlərinin əmtəə formasında dondurulmasına imkan verən sığorta ehtiyat­larının yaradılmasına ehtiyacı aradan qaldırır.

JIT sistemi ayrı-ayrı sifarişlər üzrə məhsulların hazırlanmasında geniş tətbiq edilir. İstehlakçı tələbini dəqiq və vaxtında proqnozlaşdıran pərakəndə ticarət şəbəkələrinin də qeyd olunan konsepsiyadan istifadə etmələri bu fəaliyyətlə məşğul olan firmalarda mənfəətin artmasına gətirib çıxarır. Eyni zamanda «dəqiq vaxtında» konsepsiyasının məhsulları mövsümü xarakter daşıyan sənaye sahələrində geniş tətbiq edilməsi məqsədəuyğun deyil.

Logistik nöqteyi – nəzərdən «dəqiq vaxtında» (JIT) konsepsiyası ehtiyatların kifayət qədər sadə (binar) məntiqli idarəedilmə forması olmaqla onların aşağı həddinə - səviyyəsinin minimumlaşdırılmasına hər hansı ixtiyarı məhdud tələblər qoymur. Bu zaman müxtəlif səviyyəli logistik kanallarda material axınlarını əmələ gətirən xammal, material və yarımfabrikatların cari həcmi hazır məhsul istehsalı proqramı baxımından onlara tələbatın cari həcmi ilə ahəngadarlıq təşkil edir. Yəni, istehsal proqramının yerinə yetrilməsi üçün nə qədər material resursları tələb olunursa, material axın­larının həcmi məhz bu tələbatın səviyyəsi qədər olur. Buna görə də heç bir ehtiyat növünün yaradılmasına ehtiyac qalmır. Belə bir ahəngdarlığa (sinxronluğa) iki bazis funksiyasının (aktivin) - təchizat və istehsal menecmentinin əlaqələndirilməsi nəticəsində nail olunur. İstehsal sahələri ilə (əməli menecmentlə) təchizat arasında uyğunluq, ahəngdarlıq əldə edildikdən sonra «dəqiq vaxtında» logistik konsepsiyasından tədricən məhsulların fiziki bölüşdürülməsi, hazır məhsulların satış sistemində istifadə olunmağa başlandı və hal – hazırda makrologistik sistemlərdə geniş tətbiq edilir.

Daha doğrusu, «dəqiq vaxtında» konsepsiyası birinci mərhələdə hazır məhsulun istehsal həcmi ilə tələb olunan zəruri material resurslarının həcmi arasında (istehsal sahələrinə istehsal ehtiyatı yaratmadan tələb olunan həcmdə material resursları göndərildiyindən) ahəngdarlığı, ikinci mərəhələdə isə istehsal proqramı ilə məhsulların fiziki bölüşdürülməsi kanalları – satış şəbəkələri (satış şəbəkələrində əmtəəlik ehtiyatlar yaratmadan satış kanallarının «həzm» edə biləcəyi səviyyədə hazır məhsullar qəbul edildiyin­dən) arasında ahəngdarlığı təmin edir.

Müasir biznesin müxtəlif sahələrində «Dəqiq vaxtında» (JIT) logistik konsepsiyasına yanaşmalarda geniş espansiyanı nəzərə alaraq aşağıdakı təyi­nat­ları vermək olar:



«Dəqiq vaxtında» logistik konsepsiyası ehtiyatları formalaşdırmaq və onların saxlanması ilə bağlı xərcləri minimumlaşdırmaq məqsədilə hər bir təsərrüfat subyektinin zəruri həcmdə material resursları, bitməmiş istehsal qalığı, hazır məhsullarla təmin edilməsi (çatdırılması) üçün istehsal (əməli menecmentdə), təchizat və məhsulların fiziki bölüşdürül­məsi prosesləri arasında sinxronluğa əsaslanaraq qurulan logistik sistemlərin müasir konsepsiyasıdır.

«Dəqiq vaxtında» (JIT) logistik konsepsiyası logistik dövr və onu təşkil edən elementlərlə sıx əlaqədardır. İdeal halda material resursları və hazır məhsullar logistik dövrənin (kanalın) müəyyən nöqtəsinə o vaxt çatdırılır ki, məhz bu anda (nə əvvəl, nə də sonra) onlara tələbat mövcud olur. Material resurslarının istehsal sahələrinə (yerlərinə), hazır məhsulların isə satış kanallarına tələbat yarandığı anda göndərilməsi, daha doğrusu tələbatın yarandığı anda istehsal sahələrinin material resursları ilə, satış kanallarının isə əmtəəlik məhsullarla təmin edilməsi istehsal və əmtəəlik ehtiyatların yaranmasını lüzumsuz edir. «Dəqiq vaxtında» konsepsiyasına əsaslanan müasir logistik sistemlər bazarda baş verən konyuktur dəyişik­liklərə, xüsusilə istehsal proqramlarına edilən əlavə və düzəlişlərə tez reaksiya verilməsini tələb edir.



«Dəqiq axtında» (JIT) logistik konsepsiyası aşağıdakı əsas cəhətlərlə xarakterizə olunur:

  • material resursları, bitməmiş istehsal qalığının və hazır məhsul üzrə minimum ehtiyatın həcmi;

  • istehsal (logistik) tsiklin qısalığı;

  • hazır məhsul istehsalının və məhsulgöndərmələrin böyük olmayan həcmi;

  • material resurslarının tədarükatı üzrə kiçik sayda etibarlı məhsul­göndərənlər və nəqliyyat agentliklərilə qarşılıqlı münasibətlər;

  • səmərəli informasiya təminatı;

  • hazır məhsulun yüksək keyfiyyəti və logistik servis.

Dünya ölkələri tərəfindən «dəqiq vaxtında» logistik konsepsiyasının geniş tətbiq edilməsi istehsal menecmentlərinin ehtiyatların idarəedilməsi ilə bağlı fəaliyyətlərində (ənənəvi yanaşmada) əsaslı keyfiyyət dəyişiliklərinin baş verməsinə səbəb oldu. Cədvəldə istehsal, təchizat və satış idarəedilməsi üçün bu yanaşmanın əsas fərqli cəhətləri göstərilmişdir.

Cədvəl 1

Ehtiyatların idarəedilməsinin ənənəvi konsepsiyası ilə «dəqiq vaxtında»

konsepsiyasının müqayisəli təhlili

Amillər

JI T yanaşması

Ənənəvi yanaşma

Ehtiyatlar

Passivdir. Bütün səylər onla­rın aradan qaldırıl masına yö­nəldilir. Sığorta ehtiyatları yaradılmır

Aktivdir. İstehsal sahələrini eti­bar­sız məhsulgöndərən­lərdən və proq­noz səhvlərdən müdafiə edir. Ək­sər növ ehtiyatlar «sığortalaş­dırılır»

Ehtiyatların öl­çü­ləri, tədarük edi­lən material re­surslarının həcmi

Ehtiyatların həcmi cari tələ­batı gös­tərir. Məhsul gön­dər­mələr za­manı material re­surs­larının mini­mum həcmi həm istehsalçı, həm də məh­sulgöndərənlər üçün tət­biq edilir

Ehtiyatların həcmi iqtisadi formu­lalarla hesablanır. Ki­çik həcmli ma­­­terial resursla­rının və ya hazır məh­sulun sa­tışı zamanı məsrəf­lə­rin də­yiş­məsinə baxmayaraq eh­ti­yatların həcminin dəyişilməsi nəzərə alınmır

Satış

Satış yüksək prioritetliyə malik­dir. Tələbin dəyiş­məsi­nə çevik istehsal avadan­lıq­ları ilə nəzarət edilir. Kiçik partiyalarla hazır məhsul

Satış aşağı prioritetliyə ma­likdir. Məqsəd hazır məhsul istehsalının həcmini maksi­mumlaşdırmaqdır

Bitməmiş istehsal ehtiyatları

Bitməmiş istehsal ehtiyatın yara­dılmasına yol verilmir. Əgər is­teh­­sal bölmələri arasında az cəm­də bu tip ehtiyat mövcud olarsa on­lar tez uçota alınır və aradan qaldırılır.

Zəruri elementdir. İstehsal bölmə­ləri arasında cəmləşir və istehsal texnoloжi tsiklin əsasını təşkil edir.

Məhsul –göndərənlər

Məhsul istehsalı zamanı iş­güzar və etibarlı əməkdaşa çevrilirlər. Onlar sayca çox az olurlar

Məhsulgöndərənlərlə uzun müd­dətli professional müna­sibətlər təmin edilir. Onlar sayca çox az olurlar və arala­rında süni rəqabət daha geniş forma alır

Keyfiyyət

Məqsəd – qüsur yarat­ma­maq. Əgər keyfiyyət 100 % deyilsə, on­da istehsal və bö­lüş­dürmə (sa­tış) kifayət qə­dər səmərəli təşkil edilməyibdir

Böyük həcmdə olmayan qü­surlara yol verilir. Məhsul­ların keyfiy­yətinə nəzarət seçmə yolu aparılır

Vaxt

Ciddi formada gözlənilir. Bu za­man tədavül kanallarının (təchizat satış) reaksiyası sü­rətlənir, tələbin proq­noz­laşdırması ilə bağlı qeyri – müəyyənlik azalır

Məhsulların tədavül kanal­larından keçməsinə çox vaxt sərf olunur. Bu vaxtın qısal­dılmasına tələbat yoxdur və isteh­sal yerləri sığorta ehti­yatları hesabına təmin edilir

Heyət

Həm işçi, həm də idarəetmə per­so­­nalının razılaşdırılmış fəaliy­yə­tini tələb edir. Bu razılaşmaya nail olmadan logistik proseslərdə dəyişilik aparılmır

İdarəetməni ümumi menec­ment həyata keçirir. Dəyi­şiliklər aşağı heyətin razılığı olmadan aparılır

Bu konsepsiyanın tətbiq edilməsi bir qayda olaraq hazır məhsulun keyfiyyətini yaxşılaşdırır, artıq ehtiyatları minimumlaşdırır və prinsip baxımından firmanın logistik, əməli, maliyyə və s. menecmentlərin imicini kompleks logistik aktivlərin inteqrasiyası hesabına dəyişdirir.

«Dəqiq vaxtında» (JIT) logistik konsepsiyasının fəaliyyətini ehtiyatların idarəedilməsi üzrə ikili sistem - bunker kimi təsvir etmək olar. Bu sistemdə bir bunkerdən istehsalın material resurslarına, satış kanallarının isə hazır məhsullara tələbinin ödənilməsi üçün istifadə olunur, ikinci bunker isə birici bunkerin bərpası işini həyata keçirir. Toyota Motors firmasının «dəqiq vaxtında» (JIT) logistik konsepsiyasının tətbiqi sahəsində 1960 – cı illərdə mühüm nəticələr əldə etməsi ona imkan vermişdir ki, əsas logistik dövrə üzrə yeni avtomobillərin göndərilməsi müddətini bir aya qədər azaltsın. Amerikanın qabaqcıl avtomobil firmalarında bu rəqəm altı aydan doqquz aya qədər təşkil edir.

Hazır məhsulların kiçik partiyalarla qısa istehsal dövründə hazırlanması bu məhsulun istehsalı üçün lazım olan material resurslarının məhsul­göndərənlərdən alınmasına stimul yaradır, yəni bu mərhələni bir növ stimullaşdırır. İstehsalçı firmalar materal resurslarının növbəti partiyasını adətən hazır məhsullar özlərinin normal bazar həllini tapdıqdan sonra alırlar. Material resurslarının qısa müddətdə istehsal sahələrində əmtəəlik məhsula çevrilməsi və onların satış bazarlarında tez reallaşdırılması təbii ki, istehsalçılarda və alıcılarda istehsal və satış üçün motivasiya yaradır. Buna görə də «dəqiq vaxtında» konsepsiyasının tətbiqi ilə sifarişlərin ideal həcminin müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə bir halda sifarişlərin nəzəri baxımdan həcmi kimi bir sifariş və ya sifariş partiyası götürülür ki, bunun da yerinə yetrilməsi tərəflərdən o qədər də maliyyə məsrəfləri tələb etmir.

«Dəqiq vaxtında» (JIT) konsepsiyasını tətbiq edən logistik sistemlərin əsas ideologiyasını dartıcı sistemlər təşkil edir. Mahiyyət baxımından bu o deməkdir ki, logistik sistemin ilkin mərhələsi hesab edilən istehsal prosesi zamanı istifadə olunan material resursları üzrə ehtiyatların, eləcədə satış kanallarındakı əmtəəlik məhsullar üzrə ehtiyatların bərpa edilməsi üçün sifariş paketinin hazırlanması, onun məhsulgöndərənlər tərəfindən qəbul ediliməsi və yerləşdiril­məsi kimi işlər yalnız və yalnız konkret logistik mərhələdə material axınlarının (istehsal və hazır məhsul axınlarının) həcmi minimum səviyyəyə - həddə çatdıqda həyata keçirilir. Bu zaman satış kanallarındakı əmtəəlik məhsulların həcmi nəzərdə tutulan həddən az olduqda məhsul istehsalçılarına (və ya məhsulgöndərənlərə) əməəlik ehtiyatların zəruri həcmdə bərpa edilməsi üçün sifarişlər verilir. Belə bir qaydada əmtəəlik məhsulların tələb olunan vaxtda, lazımı yerə zəruri həcmdə çatdırılması istehsalçı firmalardan (məhsul­göndərənlərdən) tələb edilir – dartılaraq çatdırılır. Başqa sözlə, xammal, material, yarımfabrikat və hazır məhsulların logistik sistem üzrə hərəkəti bu sistemi təşkil edən hər bir eleimentin özündən əvvəlki elementə sifarişi – tələbnaməsi əsasında təşkil edilir.

Qısa logistik dövrələrdən təşkil edilmiş sistemlərdə «dəqiq vaxtında» (JIT) logistik konsepsiyası əsas məhsulgöndərənlərin baş istehsalçı firmalara yaxın yerləşdirilməsinə şərait yaradır. Belə bir yaxınlıqdan istifadə edən istehsalçı firmalar (müəssisələr) əmtəəlik məhsulların malyeridilişi kanalları vasitəsilə bazara çıxarılmasına sərf edəcəkləri maliyyə vəsaitlərinə qənaət edir, istehlakçı (məhsulgöndərənlər) isə vaxtı - vaxtında material resursları ilə təmin edilirlər. Burada firmalar üçün başlıca şərt məhsulgöndərmələrin etibarlığı və intizamına, maliyyə imkanlarına, texnoloжi manevretmə imkanlarına, coğrafi yaxınlığına və s. görə fərqlənən çoxlu sayda məhsul­göndərənlərin düzgün seçilməsindən ibarət­dir. Çünki bu meyarlara görə seçilməyən məhsulgöndərənlər istənilən yerdə və vaxtda istehsal proqramının ozulmasına şərait yarada bilərlər. İstehsal proqramının pozulması isə məhsul satışı bazarı və ya onun konkret seqmentinin, istehlakçı qrupunun, firmanın imicinin, bazara çıxış imkanla­rının, habelə proqnozlaşdırılan bazar mənfəətinin itirilməsi deməkdir. «Dəqiq vaxtında» (JIT) konsepsiyasını tətbiq edən yapon firmalarından fərqli olaraq Amerika və digər Avropa firmaları bu konsepsiyanı 10 - 15 ildən sonra məhz məhsulgöndərənlərin etibarlı olmaması ucbatından tətbiq etmək zorunda qaldılar. Bu konsepsiyaya görə məhsulgöndərənlər mahiyyət ehtibarı ilə biznes fəaliyyəti üzrə hazır məhsul istehsalçılarının işgüzar tərəfdaşına çevrilir.

Praktiki baxımdan «dəqiq vaxtında» (JIT) konsepsiyasının tətbiqini şərt-lən­dirən digər bir amil də keyfiyyət problemidir. İlk dəfə bu konsepsiyanı və KANBAN mikrologistik sistemini istehsala tətbiq edən Yaponiyanın avtomobil firmaları istehsal prosesinin bütün mərhələlərində keyfiyyətin idarə­edil­məsi və servis xidmətinin təşkili kimi məsələlərə yanaşmada prinsipial dəyişikliklər etdilər. Bu dəyişiklik mahiyyət baxımından firmanın strateжi və taktiki məqsədləri sırasında daha böyük əhəmiyyət kəsb edən keyfiyyətin total idarəedilməsi fəlsəfəsindən ibarət idi. Logistik sistemin inkişaf nöqteyi – nəzərdən səviyyəsindən, onun dinamik olub – olmamasından, sistemin iştirak­çı­larının lokal məqsədlərindən asılı olmayaraq «dəqiq vaxtında» konsepsiyası logistik miksi təşkil edən bütün bölmələrdə keyfiyyətin səviyyəsinə nəzarət edir və keyfiyyətin tələb olunan standart səviyyəsi üçün təminat yaradır.

«Dəqiq vaxtında» (JIT) konsepsiyasına əsaslanan mikrologistik sistemlər material resurslarının istehsal yerlərinə çatdırılması, istehsalın texnologiyası və hazır məhsulların son istehlakçılara göndərilməsi üzrə bütün proses və mərhələlər arasında sinxronluğu təmin edən informasiyaların və proqnozlaşdır­manın dəqiqliyi məsələsinə çox həssas yanaşır. Bu hər şeydən əvvəl logistik (istehsal) dövrənin qısalığı ilə əlaqədardır. Dəqiq və etibarlı olmayan infor­­masi­yalar sistemin normal fəaliyyətinə neqativ təsir göstərir. Daha doğrusu, bu konsepsiya yalnız o vaxt effektiv nəticə verir ki, konsepsiyanın tətbiq edildiyi hər bir mərhələ tam, dəqiq, dolğun və etibarlı informasiyalara malik olsun. Logistik sistemin hər bir növbəti mərhələsinin ehtiyac, tələb və sifarişləri haqqında konkret və hərtərəfəli informasiyaya malik olmayan «dəqiq vaxtında» konsepsiyanın tətbiqi ola bilsin bir mərhələ üçün iqtisadi baxımdan səmərəli olsun. Lakin ümumilikdə götürdükdə həm informasiyaların vaxtında verilməməsi (ötürülməməsi) baxımından, həm də qeyri - obyektivliyi nöqteyi – nəzərindən gözlənilən iqtisadi nəticələri vermir. Buna görə də «dəqiq vaxtında» texnologiyası yalnız və yalnız ehtibarlı tele­kommunikasiya sistemi və informasiya kompyüter təminatına əsaslanmalıdır.

Müasir «dəqiq vaxtında» (JIT) texnologiyası və logistik sistemlər daha inteqrativ keyfiyyətə malik olmaqla müxtəlif variantlarda logistik istehsal konsepsiyalarının və bölüşdürmə sistemlərinin (logistik kanallarda əmtəəlik ehtiyatları minimumlaşdıran, ehtiyatların səviyyəsini tənzimləyən, çevik avtomatlaşdırılmış istehsal texnologiyasına əsaslanan, məhsulun keyfiyyətini bütün mərəhələrdə idarə edən sistemlər) kombinasiyasını nəzərdə tutur. Buna görə də müasir iqtisadi şəraitdə bu tip texnologiyaları «dəqiq vaxtında» konsepsiyasının yeni versiyası JIT 2 konsepsiyası adlandırırlar.

«Dəqiq vaxtında» logistik konsepsiyasının əsas məqsədi istehlakçı tələbini maksimum ödəmək üçün inteqrativ keyfiyyətə malik logistik sistem daxilində ehtiyatların səviyyəsini minimumlaşdırmaq, istehsal edilən məhsulların keyfiyyətini yüksəltmək və etibarlığını təmin etməkdən ibarətdir. Bu ali məqsədin yerinə yetrilməsi isə istehsalçı firmanın bütün logistik aktivlərinin maksimum inteqrasiyasını tələb edir.

5.3.REQUIREMENTS / RESOURCE PLANNING LOGİSTİK KONSEPSİYASI
Məhsul istehsalçıları tədarükat logistikasının qarşısında əsasən məhsul­göndərənlərlə uzun müddətli işgüzar təsərrüfat əlaqələrinin qurulması, yük­sək keyfiyyətli məhsulgöndərmələrin təmin edilməsi, nəqletməyə çəkilən xərclərin azaldılması və vaxt itkisinin minimumlaşdırılması, rəqabət qabiliy­yətli qiymətlərə malik material resursları ilə istehsal yerlərini vaxtında təmin etmək kimi məqsədlər qoyur. Bütün bunlar isə məhsul­göndər­mələrin idarə­edilməsinin mühüm tərkib hissəsini təşkil edir. Tədarükata çəkilən məsrəflərin idarəedilməsində başlıca rolu məhsul­göndərənlər oynayır. Buna görə də təda­rükat prosesinin hər iki subyekti məsrəflərin azaldılaması istiqamət- lərinin axtarılıb tapılması üçün birgə fəaliyyət göstərmək məcburiyyətində qalırlar.

İyirmi beş - otuz il bundan öncə məhsul istehsalçılarının tədarükat logistikasına xüsusi diqqət yönəltmələri aşağıdakı səbəblərlə bağlıdır. Birincisi, yanacağın qiymətinin qalxması məhsulgöndərənləri məcbur edirdi ki, nəqletməyə çəkilən məsrəflər üzərində ciddi nəzarət mexanizmi yaratsınlar. Bunun nəticəsi olaraq istehsalçı firmalar giriş və çıxış adlanan logistik yüklərin nəqledilməsini balanslaşdırmağa imkan verən optimal üsulları tətbiq etməklə nəqliyyatdan istifadə sahəsində yüksək səmərəliliyə nail oldular. İkincisi, 1980 – cı illərdə nəqliyyata qoyulan bütün məhdudiyyətlər aradan qaldırıldıqdan sonra əksər firmalar nəqliyyat vasitələrinin boş dayanması və səmərəsiz yürüşlərə yol verməmək üçün geri qayıdan zaman onlardan digər yüklərin daşınmasında istifadə etmək imkanı qazandılar. Üçüncüsü, idarəetmə sahəsində yeni elmi metodların işlənib hazırlanması giriş material axınlarının firmanın mənfəət həcminin artmasına təsirini gücləndirdi. Belə elmi metodlara material ehtiyatlarının idarəedilməsini xüsusi diqqət mərkəzində saxlayan materiallara tələbatın planlaşdırılması MRP 1 və istehsal resurslarına tələbatın planlaşdırıl­ması MRP 2, JIT və KANBAN sistemini aid etmək olar.

Dünyada bir çox mikrologistik sistemlərin əsaslandığı və fəaliyyət gös­tərdiyi ən geniş yayılmış logistik konsepsiyalardan biri məhz resurslara/ tələbatın planlaşdırılması konsepsiyası hesab edilir. Praktiki baxımdan bu konsepsiya «itələmə» tipli mikrologistik sistemlərə əsaslanan «dəqiq vaxtında» logistik konsepsiyasının əks qütbüdür.

«Resurslara / tələbatın planlaşdırılması» konsepsiyasına əsaslanan baza mikrologistik sistemlərinə istehsal və təchizat sahəsində «materiallara tələbatın planlaşdırılması/ resurslara tələbatın istehsal planlaşdırıl­ması» (materials/ manufacturing requirements / resource planning, MRP1 / MRP2) sistemi, bölüşdürmə sferasında isə «məhsulların bölüşdürülməsinin planlaşdırılması» (distribution reguiremenrs/ resource planning, DRP1 / DRP2) sistemləri daxildir.

MRP1 sistemi əmtəəlik məhsul ehtiyatlarının kompyüterləşdirilmiş idarəetmə metodudur və bir qayda olaraq satışın proqnozlaşdırılması, «bağlanmamış» sifarişlər, məhsullar üzrə cari ehtiyatları və spesifikasiyasını nəzərə almaqla firmanın əsas istehsal planının tərtib edilməsinə xidmət göstərir.

MRP sistemlərinə tipik nümunə kimi material resurslarının tədarükatı ilə yanaşı istehsal – texnoloжi proseslərin təşkilini göstərmək olar. MRP 1 sistemlərinin yaradıcılarından biri hesab edilən Amerikan tədqiqatçısı C. Or­liskinin təyinatına uyğun olaraq «materiallara tələbatın planlaşdırıl­ması sistemi dar mənada qayda və tələbləri müəyyənləşdirən, bir - birilə logistik əlaqədə olan bir sıra prosedurlardan təşkil edilmişdir.Bu sistem istehsal proq­- ramlarında, ehtiyatların strukturunda və ya istehlak edilən məhsulların xarakteristikalarında baş verə biləcək dəyişiklikləri, istehlakçı tələbini və onun ödənilməsi ardıcıllığını əvvəlcədən planlaşdırmağa imkan verir».

Bu metodun nüvəsini ilkin material resurslarına tədəbatın son – əmtəəlik məhsullara tələbatdan funksional asılılığı təşkil edir. Ənənəvi istehsal üsulunda firmalar istehsal prosesinin yerinə yetrilməsi zamanı konkret hissə və ya qovşağın çatışmamasındən özlərini sığortalamaq üçün böyük həcmdə və geniş nomenklaturada istehsal ehtiyatlarının yaradılmasına daha çox səy göstərirlər. Təbii ki, belə bir praktika dəstləşdirici məmulatların, hissələrin və digər materialların saxlanması üçün böyük həcmdə maliyyə vəsait tələb edirdi. MRP metodunu tətbiq edən istehsalçı firmalar əmtəəlik məhsul istehsalı üçün lazım olan komponentlərin məhdud həcmdə ehtiyatını yaratmaqla istehsal prosesinin dayanıqlığını təmin edir və bu əsasda sistemin effektivliyini yüksəldirlər. Bunun üçün firmalar satışın proqnozlaşdırılan həcmi və ya alınmış faktiki sifarişlər əsasında istehsal planları –MPS (Master Production Schedule) tərtib edirlər. İstehsal planları aqreqat planlaşdırmada tətbiq edilən metodlar əsasında formalaşır. Belə istehsal planları plan dövrü ərzində əmtəəlik məhsul istehsalına lazım olan komponentlərin tam tərkibini, eləcə də müxtəlif məmulatların istehsalı üçün istifadə olunan eyni ünsürlərin nomenklaturasını müəyyənləşdirməyə imkan verir. İstehsal planları tərtib edildikdən sonra komponentlərin istehsal sahələrinə daxil olması ardıcıllığı müəyyənləşdirilir. Belə ki, hazır məhsulu təşkil edən bu və ya digər elementlərə tələbat istehsal texnologiyasına müvafiq olaraq istehsala cəəlb edilən elementlər üzərində konkret texnoloжi əməliyyatlar aparıldıqdan sonra yaranır. Və nəhayət ayrı-ayrı məhsul­göndərənlər üçün materialların həcmi və göndərilmə tarixi göstərilmək şərtilə sifariş paketləri hazırlanır və istehsal prosesində fasilələrə yol verməmək məqsədilə məhsulgöndərmə qrafikləri tərtib edilir. Əgər firma əmtəəlik məhsulun hazırlanmasında istifadə olunan məmulatları özü hazırlayırsa, onda istehsal qrafikləri elə tərtib edilir ki, bu element son əmtəəlik məhsulun tam yığılması ərəfəsində hazır olsun. Bütün bu əməliyyatlar MRP 1 sisteminin tətbiqi ilə istehsalın başlamasına bir neçə həftə qalmış aparılır.

Beləliklə, MRP sisteminin əsas üstün cəhətləri istehlakçı tələbini artırmaq və onu tələb olunan vaxt intervalında ödəmək, istehsal avadanlıq­larından və canlı əməkdən istifadəni yaxşılaşdırmaq, ehtiyatları planlaşdırmaq və onların istehsaldaxili hərəkət qrafiklərini tərtib etmək,bazar mühitində baş verən ixtiyarı dəyişikliklərə operativ reaksiya vermək, istehlakçılara göstərilən xidmət səviyyəsini aşağı salmadan ehtiyatların səviyyəsini minimum həddə qədər azaltmaqdan ibarətdir.

MRP sisteminin əsas məqsədi :


  • hazır məhsul istehsalını planlaşdırmaq üçün ayrı-ayrı material resurs­larına tələbatın həcmini müəyyənləşdirmək və material resurslarını isteh­lakçılara çatdırmaq;

  • material resursları, bitməmiş istehsal və hazır məhsul ehtiyatlarının minimum səviyyəsini təmin etmək;

  • istehsal və tədarükat əməliyyatlarını planlaşdırmaq, habelə material resurslarının nəqledilməsi qrafiklərini müəyyənləşdirmək.

Bu məqsədlərin həyata keçirilməsi zamanı MRP sistemi material resurslarının planlaşdırılan həcmi üzrə konkret material axınlarını və aparılan bu planlaşdırma fonunda zəruri səviyyədə hazır məhsul ehtiyatının yaradıl­masını təmin edir. MRP sistemi hər şeydən əvvəl ilkin mərhələdə nə qədər və hansı müddətə hazır məhsul istehsal etmək lazım olduğunu, sonrakı mərhələdə isə istehsal qrafikinin yerinə yetrilməsi üçün tələb olunan müddəti və zəruri material resurslarının kəmiyyətini müəyyənləşdirir.


Aşağıda təqdim olunan sxemdə MRP sisteminin blok – sxemı verilmişdir.
Şəkil 4. MRP 1 sisteminin blok sxemı
Sxemdən göründüyü kimi MRP 1 sisteminə giriş elementi kimi bir tərəfdən istehlakçıların sifariş portfelindən, digər tərəfdən isə proqnoz­laşdırılan tələbin həcmindən (və ya ödənilməyən bazar tələbatından) istifadə olunur. Buna gördə də istehsalçı firmalar özlərinin istehsal qrafiklərini məhz bu iki element üzrə formalaşdırılar. Firmanın istehsal qrafiklərinin tərtib edilməsində iştirak edən logistik menecerlər (təcrübəli analitik – marketoloqlar) real satış haqqında dəqiq məlumatlar əldə etmək məqsədilə istehlakçıların cari sifarişlərini təhlil edir və sifariş paketində əks olunan informasiyaların köməkliyi ilə bazarın real vəziyyətini düzgün qiymətləndirmək imkanı əldə edirlər.

Beləliklə, «dəqiq vaxtında» konsepsiyasının prinsiplərinə əsaslanan mikrologistik sistemlərdə olduğu kimi MRP 1 sistemində də ən vacib meyar istehlakçı sifarişi hesab olunur.

Material resursları haqqında məlumatlar bazası əmtəəlik məhsul və ya onun müvafiq hissəsinin istehsalı (yığılması) üçün lazım olan xammal, material, komponentlər, yarımfabrikatların nomenklaturası və əsas parametrləri (xarakteristikaları) haqqında tələb olunan bütün informasiyaları özündə birləşdirir. Bundan başqa, bu məlumatlar bazasına vahid əmtəəlik məhsulun istehsalına material resurslarının sərf norması, habelə firmanın istehsal bölmələrinə müvafiq material resurslarının göndərilməsi müddətini əks etdirən informasiyalar da (fayl) daxildir. Eyni zamanda məlumatlar bankında istehlak edilən material resursları və son məhsula münasibətinə görə ayrı-ayrı istehsal bölmələri arasında əlaqələr eyniləşdirilir.

Ehtiyatlar haqqında məlumatlar bankının əsas vəzifəsi logistik sistemə və idarəetmə heyətinə istehsal, sığorta ehtiyatları, firmanın anbar təsərrüfatında mövcud olan material resursları üzrə tələb olunan digər ehtiyat növlərinin kəmiyyəti, habelə ehtiyatların səviyyəsinin böhran həddinə yaxınlaşması və onların bərpa edilməsi zəruriyyəti haqqında informasiya verməkdən ibarətdir. Bütün bunlarla yanaşı qeyd olunan məlumatlar bankına potensial məh­sul­göndərənlər və göndəriləcək material resursla­rının parametləri haqqında infor­masiyalar da daxil edilir.

MRP 1 sisteminin proqram kompleksi istehlakçıların tələblərindən və material resursları, eləcə də ehtiyatlar haqqında məlumatlar bazasından alınan kompleks informasiyalardan asılı olaraq sistemləşdirilmiş istehsal – əmtəəlik məhsul istehsalı qrafiklərinə əsaslanır. Burada MRP sisteminin proqram modulunu təşkil edən həll alqoritmində ilkin mərhələ hər şeydən əvvəl əmtəəlik məhsula istehlakçı tələbini müəyyənləşdirməkdən ibarətdir. Hər bir məqsəd bazarı (və ya onun ayrıca götürülmüş seqmenti) üzrə tələbin proqnozlaşdırılan həcmi təyin edildikdən sonra ehtiyatların səviyyəsi haqqında informasiyaların köməkliyilə onun ödənilməsi üçün zəruri olan ilkin material resursları və yarımfabrikatlara tələbat, habelə bitməmiş istehsalın həcmi hesablanır. Nəticə etibarı ilə məqsəd bazarı üçün əmtəəlik məhsul hazırlayan istehsal sahələrinin material resursları, yarım­fabrikatlar və dəstləşdirici məmulatlar üzrə tələbatını əks etdirən sifariş paketi hazırlanır və konkret ödəmə mənbələri üzrə yerləşdirilir. Bu zaman sifariş paketi tələb edilən material resurslarının nomenklatu­rası, həcmi və müvafiq iş yerlərinə nəqledilməsi spesifikasından asılı olaraq tərtib edilir.

Fərdi hesablama texnikasının köməkliyilə bütün zəruri hesablamalar aparıldıqdan sonra tələb olunan çıxış sənəd formaları hazırlanır və istehsal sahələrini, eləcə də firmanın anbar təsərrüfatını lazımı material resursları ilə təmin etmək üçün logistik menecerlərə təqdim olunur. Çıxış sənədlərində bir qayda olaraq aşağıdakı:



  • məhsulgöndərənlərə sifariş veriləcək material resurslarının nomen­kla­turası, həcmi və tələbin ödənilməsi vaxtı;

  • istehsal proqramında aparılacaq dəyişikliklər və onların spesifik xüsusiyyətləri;

  • məhsulgöndərmələrin həcmi;

  • material resurslarının nəqledilməsi marşrutları;

  • hazır məhsul və material resursları üzrə qəbul edilməmiş sifarişlərin – tələbnamələrin sayı;

  • MRP sisteminin cari vəziyyəti kimi rekvizitlər əks olunur.

MRP 1 cistemi ötən əsrin 50 - ci illərinin ortalarında ABŞ – da işlənib hazırlanmış və 1970 –ci illərdə hesablama texnikasının inkişafı ilə əlaqədar olaraq həm ABŞ da, həm də Avropada geniş yayıldı. MRP1 tipli mikrologistik sistemlər Sovetlər İttifaqında da həmin illərdə işlənib hazırlandı və ilkin olaraq hərbi – sənaye kompleslərində geniş tətbiq edildi. Biznes sferasında MRP1 sistemindən istifadə olunması praktiki olaraq material resurslarına sifarişlərin verilməsi və istehsal sahələrinin (yerlərinin) maddi – texniki təminatı (tədarükatı) kimi prosedurların planlaşdırılması və onlara nəzarət işinin həyata keçirilməsilə əlaqədardır. Lakin MRP1 sisteminin tətbiqi zamanı bir sıra problem məsələlər meydana çıxır. Bu tip problem məsələlərə istehsal və texnoloжi proseslər sahəsində avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) üçün tipik hesab olunan məsələlər – hesablamaların müasir informasiya texnologiyalarının tətbiqilə aparılmasına imkan verən informasiya və proqram – riyazi təminatın işlənib hazırlanması, eləcə də əlverişli hesablama texnikası vasitələrinin seçilməsi aid edilir. MRP 1 sisteminin tətbiq edilməsinin məqsədi resurslara tələbatın planlaşdırılmasının keyfiyyət və səmərəliliyini yüksəltmək, istehsal və əmtəəlik məhsul ehtiyat­larının səviyyəsini minimumlaşdırmaq, ehtiyatların səviyyəsinə nəzarət pro­sedu­rlarını təkmilləşdirmək və bu logistik funksiyaların yerinə yetrilməsi ilə əlaqədar çəkilən məsrəfləri azaltmaqdan ibarətdir. 1980 cı illərin sonlarında əmtəəlik məhsul satışının illik həcmi 15 mln. dollardan artıq olan ABŞ – ın əksər firmaları, Böyük Britaniyada isə hər üç istehsalçı firmadan biri MRP 1 sistemindən istifadə edirdi.

Bütün bunlarla yanaşı MRP 1 konsepsiyasına əsaslanan mikrologistik sistemlər:



  • aparılan hesablama işlərinin əhəmiyyətli çəkiyə malik olması (böyük həcmdə ilkin informasiyaların əvvəlcədən işlənib hazırlanması istehsal dövrünün və logistik tsiklin uzunluğunu artırır);

  • firmaların (müəssisələrin) istehsal ehtiyatların səviyyəsinin azaldıl­masına səy göstərdiyi və ya kiçik həcmdə məhsul istehsalına keçdiyi bir zamanda sifarişlərin qəbulu, emalı hazırlanması və nəqledilməsinə çəkilən logistik xərclərin artması;

  • ehtiyatların bərpa edilməsi və tələbin qısa zaman kəsiyində dəyişilməsinə qeyri – həssaslıq;

  • istehlakçı sifarişlərinin böyük həcmdə olması nəticəsində bu sifarişlərin əhəmiyyətli hissəsinin yerinə yetrilməsinin qeyri - mümkünlüyü kimi bir sıra bir sıra çatışmazlıqlara və məhdudiyyətlərə malikdir

Bu çatışmazlıqlar «itələmə» tipli bütün mikrologistik sistemlərə məxsus olan çatışmazlıqlara (məsələn, mövcud sığorta ehtiyatları ilə tələbin strukturunda baş verən kəmiyyət dəyişikliklərinin kifayət qədər ciddi nəzər alınmaması kimi çatışmazlığa) bir növ əlavə olunur.

Əvəlcədən müəyyən edilmiş hazır məhsul istehsalı qrafiklərinə əsaslan­maqla MRP 1 sistemi ehtiyatların həcminin və səviyyəsinin tənzimlənməsinə yanaşmada z a m a n parametrindən istifadə edir. Bu isə öz növbəsində məqsəd bazar üçün, əmtəəlik məhsul istehsalı üçün və ya verilən həcmdə hazır məhsulların yığılması üçün tələb olunan zəruri material resurslarını toplayır. MRP 1 sistemi «itələmə» tipli mikrologistik sistemlərin tipik nümunəsi hesab edilir və onu iriləşdirilmiş sxemı aşağıdakı şəkildə verilmişdir.

«İtələmə» tipli mikrologistik sistemlər üçün hissələrin, qovşaqların kom­ponentlərin, yarımfabrikatların istehsalı və onlardan ciddi istehsal qrafiklərinə uyğun hazır məhsulların yığılması daha xarakterikdir. Yəni, əmtəəlik məh­sulların hazırlanması məqsədilə material resursları və ya bitməmiş istehsalın qalığı istehsaldaxili həlqələrin birindən digərinə istehsal texnologiyasına müvafiq qaydada itələnir. İstehsal fazasında özünün həyat dövranını başa ç
atdıran, hazır məhsul forması alan material resursları bölgü kanalları vasitəsilə müxtəlif səviyyəli satış şəbəkələrinə daxil olur.
Şəkil 4. «İtələmə» tipli MRP sistemi: MR – material resursları; Bİ bitməmiş istehsal;

HM – hazır məhsul
Belə sistemlərin tətbiqi ilə istehsal sferasında yarana biləcək fasilələri aradan qaldırmaq və istehlakçı tələbində həm mahiyyətcə, həm də struktur baxımından baş verən dəyişilikləri nəzərə almaq üçün artıq istehsal ehtiyatı və (və ya) logistik sistemin mər­hələləri arasında sığorta ehtiyatı (adətən, bufer ehtiyatı adlanır) yaradılmalıdır. Təbii ki, belə ehtiyatların yaradılması istehsalçı firmaların dövriyyə vəsaitlərinin dövr sürətini azaldır və hazır məhsulun maya dəyərini süni for­mada artırır. Lakin bütün bunlara baxmayaraq ehtiyatlar bazar tələbinin kəskin dəyişməsi zamanı logistik sistemlərin dayanıqlığını təmin edir və «dəqiq vaxtında» konsepsiyasına əsaslanan logistik sistemlərdə sistemin iştirakçılarını ehtibarsız, habelə intizamsız məhsulgöndərənlərdən sığortalayır.

MRP 1 sistemdən ilkin material resurslarına tələbatın son – əmtəəlik məhsullara tələbdən birbaşa və güclü formada asılı olduğu zaman istifadə edilməsi daha məqsədəuyğundur (məsələn, avtomobil təkərlərinə və radiatoruna bazar tələbatı, avtomobil istehsalından asılıdır). Buna görə də MRP 1 sistemi geniş nomenklatu­ralı material resurslarını əhatə edir. Lakin «dəqiq vaxtında» konsepsiyasının tərəfdarları belə hesab edirlər ki, bu konsepsiyanın prinsiplərinə əsaslanan «dartma» tipli mikrologistik sistemlər istehlakçı tələbinə daha çevik və operativ reaksiya vermək qabiliyyətinə malikdir. Tələbin qeyri - müəyyən olduğu bir şəraitdə fəaliyyət göstərən və kifayət qədər uzun istehsal tsiklinə malik istehsalçı firmalarda MRP 1 sisteminin praktiki baxımdan tətbiqi daha səmərəlidir. Digər tərəfdən MRP 1 sisteminin tətbiq edilməsi istehsalçı firmalara «dəqiq vaxtında» konsepsiyasından istifadə zamanı qarşıya qoyulan məqsədlərin tam logistik tsiklin minimumlaşdırılmasına və artıq ehtiyatların aradan qaldırılmasına şərait yaradır.

MRP 1 sisteminin tətbiqi nəticəsində əmələ gələn çatışmazlıqların və məhdudiyyətlərin aradan qaldırılması üçün 1980 -cı illərdə ABŞ – da və Qərbi Avropada geniş istifadə olunan bu sistemlərin ikinci nəsli - MRP 2 logistik sistemləri işlənib hazırlandı. MRP 2 sistemi inkişaf etmiş metod hesab edilməklə MRP1 sisteminə marketinq, maliyyə və tədarükatın bir sıra funksiyalarının əlavə edilmiş formasından ibarətdir. Daha doğrusu, MRP 2 logistik sistemi inteqrativ keyfiyyətə malik olmaqla material və maliyyə axınları ilə bağlı logistik əməliyyatların təşkili və planlaşdırıl­masını nəzərdə tutan mikrologistik sistemləri özündə birləşdirir.

Hal – hazırda MRP 2 sistemləri istehsalçı firmaların logistika, marketinq, istehsal və maliyyə sahəsində strateжi məqsədlərinin reallaşması üçün planlaşdırmanın ən əlverişli vasitəsidir. Bir sıra Qərb mütəxəssisləri bu sistemi istehsal prosesinin bütün mərhələlərinə nəzarət işini həyata keçirən zaman ehtiyatların minimum səviyyəsinə nail olması məqsədilə firmanın malik olduğu bütün növ material resurslarının planlaşdırıl­ması və idarəedilməsində istifadə olunan əsas metod hesab edirlər. Başqa sözlə, MRP 2 sistemi material axınlarının idarəedilməsi zamanı logistik konsepsiyaların həyata keçirilməsinə imkan verən firmadaxili planlaşdırma üçün əlverişli vasitədir. Bu sistemin MRP 1 sistemindən üstün cəhəti istehsal tsiklinin uzunluğunu qısaltmaq, ehtiyatların səviyyəsini minimumlaş­dır­­maq, məhsulgöndərmələri əlverişli təşkil etmək və tələbin dəyişilməsinə çevik reaksiya verməklə istehlakçı tələbini dolğun ödəməkdən ibarətdir. MRP 2 sistemi makro və mikrosəviyyədə həyata keçirilən planlaşdırmanın yüksək çevikliyini təmin edir və ehtiyatların idarəedilməsi üzrə logistik xərcləri azaldır.

Sistemlərinin fəaliyyət sxemı şəkildə göstərilmişdir. Şəkildən göründüyü kimi MRP 1 sistemi MRP 2 sisteminin tərkib hissəsini təşkil edir. Bundan başqa, MRP 2 sisteminin tərkibinə:


  • tələbin proqnozlaşdırılması və idarəedilməsi;

  • hazır məhsul istehsalı qrafikinin tərtibi;

  • istehsal güclərinin optimal yüklənməsi planının tərtibi;

  • sifarişlərin yerləşdirilməsi və material resurslarının tədarükatına nəzarət kimi proqram kompleksini təşkil edən digər bloklar daxildir.

MRP 2 sistemində tələbin proqnozlaşdırılması, material resurslarına tələbat, ehtiyatların səviyyəsi kimi alqoritmlər mühüm yer tutur. MRP 1 sistemi ilə müqayisədə MRP 2 sistemlərində əlavə olaraq EHM – ni tətbiq etməklə material ehtiyatlarının səviyyəsinə, bitməmiş istehsalın və hazır məhsulun həcminə nəzarət və onların tənzimlənməsilə əlaqədar kompleks məsələlər həll edilir. Sadalanan bu məsələlərin əlverişli həll edilməsi üçün material resurslarının faktiki qalığı,cari daxil olmalar (mədaxil) və hərəkəti haqqında informasiyalar, eləcə də hər bir nomenklatur qrup daxilində material resurları üzrə ehtiyatların uçot məlumatları toplanır, emal edilir və konkret formaya salınır. Ehtiyatların idarəedilməsi məsələsinə isə əsasən aşağıdakılar daxil edilir:

  • ehtiyatların bərpa edilməsi strategiyasının seçilməsi;

  • böhran və sifariş nöqtəsinin hesablanması;

  • AVS metodu üzrə ehtiyatların struktur təhlili;

  • normadan artıq ehtiyatların müəyyənləşdirilməsi.

Müasir mikroprosessor texnikası və fərdi EHM - nin proqram təminatı MRP 2 sisteminə əsaslanan mikrologistik sistemlərin mövcud məlumatlar bankını mütəmadi yeniləşdirməklə onları «on line» (real zaman) reжimində sınaqdan keçirməyə imkan verir. Bu isə öz növbəsində material axınlarının planlaşdırılması və idarəedilməsinin iqtisadi səmərəliliyini artırır. Ötən əsrin 80 – ci illərinin sonunda dünya praktikasında MRP 2 sistemlərinin məhsul göndərmələrin planaşdırılması, əlverişli istehsal qrafiklərinin tərtibi (hesab­lanması), istehsal prosesinin özünə və ehtiyatların səviyyəsinə monitorinqin keçirilməsi, bitməmiş istehsal və hazır məhsul həcminin müəyyənləşdirilməsi, tədarükatın idarəedilməsi və s. bloklardan təşkil edilmiş çoxlu sayda (məsələn, ABŞ – da 200 qədər) ayrı - ayrı tətbiqi proqramlardan istifadə edilirdi.

Son illərdə isə bazar iqtisadiyyatı yolu ilə inkişaf edən əksər ölkələrdə ayrı - ayrılıqda MRP 2 və KANBAN sistemlərinə məxsus olan çatışmazlıqları aradan qaldırmaq üçün onların kombinə edilmiş (MRP 2, KANBAN) formasının yaradıl­masına cəhdlər göstərilir. Adətən belə kombinə edilmiş sistemlərdə MRP 2 sistemi tələbin, satışın və tədarükatın proqnozlaşdırılması və planlaşdırılmasına, KANBAN sistemi isə istehsalın operativ idarəedilməsinə xidmət göstərir. Bir sıra Qərb mütəxəssisləri mikrologistik sistemlərin belə inteqrativ tipini MRP 3 adlandırırlar.

Operativlik nöqteyi – nəzərdən «resurslara / tələbatın planlaşdırılması» lo­gistik konsepsiyası «resursların / məhsulların bölüşdürülməsinin planlaş­dırıl­­ması» (DRP) xarici makrologistik sistemin yaradılması üçün əsas hesab edilən fiziki bölüşdürmə sistemlərində də istifadə oluna bilər. DRP sistemi hazır məhsulların fiziki bölüşdürülməsini həyata keçirən kanallarda MRP sisteminin qurulması məntiqinə əsaslanır. Bu sistem «resurslara / tələbatın planlaş­dırılması» logistik konsep­siyası ilə ümum cəhətlərlə yanaşı, bir sıra fərqli xüsusiyyətlərə də malikdir.

MRP sistemi hazır məhsul istehsalçıları tərəfindən tənzimlənən və nəzarət edilən istehsal cədvəllərinə əsaslandığı bir halda, istehlakçı tələbi üzərində qurulan DRP sisteminin fəaliyyətinə isə istehsalçı firmalar tərəfindən heç bir nəzarət edilmir. Buna görə də MRP sistemi tələbin qeyri müəyyən olduğu bir şəraitdə fəaliyyət göstərən DRP sistemindən fərqli olaraq adətən böyük zaman kəsiyi üçün sabit cəhəti ilə xarakterizə olunur. İstehsalçı firmanın ətraf mühitində mövcud olan bu qeyri - müəyyənlik bölüşdürmə şəbəkələrində əmtəəlik məhsullar üzrə ehtiyatların idarə edilməsi strategtiyasına əlavə tələblər və məhdudiyyətlər irəli sürür. Lakin bununla yanaşı eyni vaxtda MRP sistemi istehsal bölmələri daxilində ehtiyatların səviyyəsinə nəzarət işini həyata keçirir. Daha doğrusu, bir sistem MRP firmadaxili mühitdə ehtiyatların səviyyəsinə nəzarət edir, digər bir sistem – DRP isə firmanın ətraf mühitində mövcud olan qeyri–müəyyənlikdən firmanın asılılığını aradan qaldırmaq məq­sədi ilə bölüşdürmə şəbəkələrində tələb olunan səviyyədə yaradılan əmtəəlik məhsul ehtiyatlarının idarəedilməsi üçün işlək fəaliyyət mexanizmi yaradır.

DRP sistemi istehsalçı firmalara məxsus xüsusi satış şəbəkələrinin anbar və bazalarında, eləcə də topdansatış vasitəçilərində ehtiyatların səviyyəsini planlaşdırır və onlara nəzarəti həyata keçirir.

DRP sistemi daxilində material resurslarının və ya hazır məhsulların ilkin mənbədən son təyinat məntəqəsinə qədər göndərilməsi və bölüşdürmə şəbəkələrində (kanal­larında) əmtəəlik məhsul ehtiyatlarının bərpa edilməsilə bağlı bütün logistik prosesləri əlaqələndirməyə (koordinasiyaya) imkan verən qrafik – cədvəllərin tərtibi və təsdiqi logistik menecment üçün fundamental vasitə hesab olunur. Belə cədvəllər seçilən hər bir məhsul vahidinin saxlanması (stockkeeping unit, SKU) və bölüşdürmə şəbəkələ­rində ehtiyatların yaradılması ilə əlaqədar olan logistik sistemin hər bir həlqəsi – mərhələsi üçün tərtib edilir. Bu zaman SKU ehtiyatlarının bərpası və məsrəf olunması qrafiki firmanın və ya topdansatış vasitəçilərinin anbar və bazalarında əmtəəlik məhsul ehtiyatlarının bərpa edilməsinə qoyulan əsas tələblərlə inteqrativ keyfiyyət təşkil etməlidir.

DRP sisteminin fəaliyyət mexanizmi aşağıdakı şərti nümunədə veril­mişdir. cədvəl

Cədvəl 2

DRP sisteminin qurulması üçün ilkin informasiyalar






Dövrlər

0

1

2

3

4

5

6

7

8

Məhsugöndərmə üzrə tələbna­mələr




100

200

100

150

100

100

200

200

Tranzit məhsulgöndərmələr







300




300







300

300

Mövcud ehtiyatlar

250

150

250

150

300

200

100

200

200

Planlaşdırılan məhsulgöndərmələr




300




300







300

300





Qeyd: sığorta ehtiyatı = 50 vahid; məhsulgöndərmə partiyasının həcmi = 300 vahid; istehsal dövrünün uzunluğu = 1 gündür

Fərz edək ki, verilən sxem üzrə bölüşdürmə şəbəkələrini əmtəəlik məhsullarla təmin etmək üçün istehsalçı firma iki hazır məhsul anbarına malikdir. Bölüşdürmə şəbəkələrinə göndərilən əmtəəlik məhsulların həcmindən asılı olaraq istehsalçı firmanın hazır məhsul anbarları ayrı-ayrı istehsal bölmələri tərəfindən təmin edilir. Digər tərəfdən tranzit məhsul­göndərmələrin həcmi planlaşdırılan məhsulgöndərmələrin həcminə bərabər olmalıdır. Aşağıdakı şəkildə ehtiyatların bərpa edilməsi proseduru göstərilmişdir.
Şəkil 7. DRP sistemi üzrə istehsalçı firmanın mərkəzi anbarında hazır məhsul ehtiyatının bərpa edilməsi sxemı. SKU sətrində planlaşdırılan məhsulgöndərmələr göstərilmişdir
Baxılan sxemdən görünür ki, istehlakçı tələbinin firmanın mərkəzi anbarı hesabına ödəmək üçün 1 və 2 saylı anbarlar mərkəzi anbarı mütəmadi olaraq əmtəəlik ehtiyatlarla təmin edir. Daha doğrusu, əgər birinci gün mərkəzi anbar bölüşdürmə şəbəkələrinə 300 ədəd məhsul göndərilməsini planlaşdırırsa, onda bu cari tələbin ödənilməsi üçün isteh­salçı firmanın hazır məhsul anbarlarından hər hansı birisində birinci gün mövcud olan ehtiyatlar mərkəzi anbara göndərilir. Əgər bölüşdürmə şəbəkələrinin tələb etdiyi əmtəəlik məhsulların həcmi bir anbarda mövcud olan ehtiyatın həcmindən çoxdursa, onda bu iki və daha artıq hazır məhsul anbarları hesabına (məsələn, 3 gün) bərpa edilir. Mərkəzi anbarların əmtəəlik məhsullarla bu qayda üzrə təmin edilməsi birinci və ikinci anbarlarda da ehtiyatların bərpa edilməsi zəruriyyətini yaradır. Bunu üçün isə istehsal cədvəllərində – qrafiklərində müvafiq korrektə işləri aparmaq lazım gəlir.

Bu sistemlərə əsaslanmaqla bölüşdürmə şəbəkələrində məhsulların planlaşdırılmasını həyata keçirən istehsalçı firmalar satışın idarə­edilməsi ilə bağlı marketinq və logistika sahəsində konkret üstünlüklər əldə edilrlər. Marketinq sahəsində mövcud olan belə təşkilatı üstünlükülərə adətən:



  • hazır məhsulların topdansatış vasitəçilərinə və ya son istehlakçılara nəqledilməsinə sərf edilən vaxtın azaldılması hesabına servisin səviyyə­sini yaxşılaşdırmaq;

  • yeni məhsulların bazara çıxışını təmin etmək;

  • minimum səviyyədə əmtəəlik ehtiyat yaratmaqla hazır məhsulların hərəkəti haqqında əvvəlcədən marketinq qərarları qəbul etmək;

  • firmalarda istehsal və əmtəəlik məhsul ehtiyatlarını optimal idarəetməklə istehlakçı tələbini vaxtında və dolğun ödəmək aid edilir.

Bu sistem daxilində logistikanın malik olduğu üstünlüklər isə:

  • ayrı - ayrı məhsulgöndərmə partiyalarını bir – birilə koordinasiya etməklə əmtəəlik məhsul ehtiyatlarının yaradılması, saxlanması və idarəedilməsi ilə əlaqədar çəkilən logistik xərcləri azaltmaq;

  • məhsulgöndərmələrin həcmini və vaxtını dəqiq müəyyənləşdirməklə ehtiyatların səviyyəsini minimumlaşdırmaq;

  • ehtiyatların həcminin azaldılması hesabına anbar sahələri və avadanlıqlarına tələbatı azaltmaq;

  • sifarişlər üzrə effektiv əks əlaqələri təşkil etməklə məhsulların daşınmasına çəkilən logistik xərcləri minimum həddə çatdırmaq;

  • istehsal və bölüşdürmə sahəsində yerinə yetirilən logistik funksiyalar arasında funksional əlaqələri yaxşılaşdırmaqdan ibarətdir.

Bütün bunlarla yanaşı DRP sisteminin tətbiqi sahəsində praktikada aşkar edilmiş bir sıra məhdudiyyətlər və çatışmazlıqlar mövcuddur. Birincisi, DRP sistemi məhsulgöndərmələrin həcmi ilə bölgü kanallarının (və ya konsolidasiya mərkəzlərinin) əmtəəlik məhsullarla təmin edilməsi arasında proqnozlaşdırılan əlaqələrin həyata keçirilməsini tələb edir. Belə bir proqnozlaşdırmanın düzgün aparılmaması bölüşdürmə kanallarında artıq məhsul ehtiyatlarının yaranmasına gətirib çıxarır. Daha doğrusu, ideal halda logistik menecerlər proqnozlaşdırmanı dəqiq aparmaqla logistik bölgü kanallarında artıq əmtəəlik ehtiyatların yaranmasına imkan vermirlər. Əgər proqnozlaşdır­manın aparılması zamanı mümkün xətalara yol verilərsə və ya belə ehtimal oluna biləcək hal yaranarsa, onda vəziyyətdən çıxış kimi bölgü kanallarında müvafiq həcmdə sığorta ehtiyatı yaratmaq lazım gəlir. Ümümiyyətlə, mahiyyət etibarı ilə xətaların yaranması üçün üç mühim mənbə mövcuddur: proqnozlaşdırma metodunun özündə yol verilən xətalar; anbarların optimal yerləşdiril­məsi və ya ehtiyatların səviyyəsinə təsir edən istehlakçı tələbinin düzgün müəyyən­ləşdirilməməsi nəticəsində yaranan xətalar; tələbin dəyişilməsi müddətinin və ya intervalının düzgün proqnozlaş­dırıl­maması ilə bağlı əmələ gələn xətalar. İkincisi, DRP sistemi daxilində ehti­yatların planlaşdırılması bölüşdürmə mərkəzləri və logistik sistemin digər mər­hələləri arasında yerinə yetirilən logistik əməliyyat­lardan yüksək etibarlıq tələb edir. Logistik əməliyyat və ya funksiyaların (sifariş, nəqletmə, istehsal və s.) yerinə yetrilməsi zamanı ixtiyarı qeyri - müəyyənlik bu sistem daxilində qəbul edilən qərarların effektiv­liyinə əsaslı təsir göstərir. Üçünücüsü, bölüşdürmənin inteqrativ planlaşdırılması istehsal qrafiklərində tez – tez dəyi­şiliklərin əmələ gəlməsinə səbəb olur. Bu da öz növbəsində istehsal güclə­rindən əlverişsiz istifadəyə, məhsul çeşidi üzrə isteh­sal güclərinin düzgün yüklənməməsinə, istehsala çəkilən xərclərin müəyyən­ləşdirilməsində qeyri müəyyənliyə, bölüşdürmə şəbəkələrinə və ya son istehlakçılara əmtəəlik məhsulların göndərilməsi üzrə qrafiklərin pozulmasına gətirib çıxarır. Qeyd olunan bu çatışmazlıqları bölüşdürmə şəbəkələrində sığorta ehtiyatları yarat­maqla aradan qaldırmaq mümkündür.

Ötən əsrin 80–ci illərinin sonunda ABŞ–da və Qərbi Avropada «resurs­ların/məhsulların bölüşdürülməsinin planlaşdırılması» sisteminin daha təkmil variantı – logistik sistemlərdə əmtəllik məhsulların bölüşdürül­məsinin idarə­edilməsi üzrə ikinci nəsli DRP 2 meydana gəldi. DRP 2 sistemi «on line» reжimində işləyən fərdi kompyüterlərin və elektron kanallarının lokal şəbəkələri üçün nəzərdə tutulan proqramlaşdırmanın müasir modelləri və alqoritmlərinin tətbiqinə əsaslanır. Buna görə də DRP 2 sistemi əmtəəlik məhsullara tələbin proqnozlaşdırılmasının əlverişli modellərindən istifadə edir, tələbin uzun və qısamüddətli proqnozlaşdırılması üçün ehtiyatların idarəedilməsini həyata keçirir, habelə istehsal proqramları, istehsal gücləri, heyət, məhsulun keyfiy­yəti və məhsul­göndər­mələrin idarəedilməslə bağlı məsələləri kompleks həll edir.


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə