FƏrhad əLİyev (farhad aliyev) azərbaycana qarşI




Yüklə 489.02 Kb.
səhifə1/6
tarix08.04.2016
ölçüsü489.02 Kb.
  1   2   3   4   5   6
FƏRHAD ƏLİYEV (FARHAD ALIYEV) AZƏRBAYCANA QARŞI

(Şikayət 37138/06)

QƏRAR

9 noyabr 2010-cu il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. O, redaktə xarakterli dəyişikliklərə məruz qala bilər.

Fərhad Əliyev Azərbaycana qarşı işdə, Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),

hakimlər:

Kristos Rozakis (Christos Rozakis), Sədr,

Nina Vajiç (Nina Vajic),

Anatoli Kovler (Anatoly Kovler),

Xanlar Hacıyev (Khanlar Hajiyev),

Din Spilmann (Dean Spielmann),

Corcio Malinverni (Giorgio Malinvemi),

George Nikolau (George Nicolaou) Bölmə Katibi Sören Nilsendən (Seren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,

18 oktyabr 2010-cu ildə qapalı müşavirə keçirərək, həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR


  1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ("Konvensiya") 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı Fərhad Şövlət oğlu Əliyev ("şikayətçi") tərəfindən 8 sentyabr 2006-cı ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı şikayət (№ 37138/06) əsasında başlanıb.

  2. Şikayətçini Londonda vəkillik fəaliyyəti ilə məşğul olan vəkillər - Xanım L.Ceyms və Hern Hilldən olan Krallıq vəkili (Heme Hill QC) Lord Lester və Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan Cənab E.Quliyev45 təmsil edibbr. Azərbaycan Hökumətini ("Hökumət") onun nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.

  3. Şikayətçi konkret olaraq iddia edir ki, məhkəməyəqədər həbsdə olduğu müddətdə Konvensiyanm 3, 5, 6, 8, 13 və 14-cü maddələrində nəzərdə tutulmuş hüquqları müxtəlif dövlət orqanları və dövlət məmurları tərəfindən pozulub.

  4. 4 aprel 2007-ci ildə Birinci Bölmənin Sədri şikayət barədə Hökumətə məlumat verməyi qərara alıb. Həmçinin qərara alınıb ki, şikayətə mahiyyəti üzrə baxılması onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda həyata keçirilsin (29-cu maddənin 1-ci bəndi).


FAKTLAR
I. İŞİN HALLARI

  1. Şikayətçi 1963-cü ildə anadan olub və Bakıda yaşayır. 2001-ci ildən bu işdəki hadisələrə qədər Azərbaycanın İqtisadi İnkişaf Naziri olub.

A. Şikayətçiyə qarşı cinayət icraatı


1. Şikayətçinin həbsinin halları
(a) Hadisələrə dair şikayətçinin fərziyyəsi

  1. 19 oktyabr 2005-ci il saat 14-dən az sonra şikayətçi İqtisadi İnkişaf Nazirliyindəki otağından Milli Təhlükəsizlik Nazirliyinə aparıldı. Ona nə üçün oraya aparıldığı barədə məlumat verilmədi. MTN-ə şəxsi sürücüsünün idarə etdiyi öz maşınında, Milli Təhlükəsizlik Nazirinin iki müavininin müşayiəti ilə gətirildi.

  2. Bundan az sonra televiziya kanalları şikayətçinin nazir vəzifəsindən azad edildiyi barədə Prezident sərəncammı elan etdilər. Saat 15 radələrində Prezident sərəncamının mətni AzərTAC dövlət xəbər agentliyi tərəfindən dərc olundu.

  3. Həbs edildikdən sonra şikayətçi MTN binası daxilində MTN müstəntiqlərindən birinin otağına gətirildi. Sonra saat 22-dək bir otaqdan başqasına aparıldı və bu müddətdə MTN binasını tərk edə bilmədi. Ailəsi ilə telefonla əlaqə saxlamasını xahiş etdikdə, buna icazə verilmədi. Təxminən saat 22-də ona Nazir vəzifəsindən azad edildiyi barədə məlumat verildi. Ona həmçinin qısa məlumat verildi ki, bir qrup yüksək vəzifəli cari və sabiq dövlət məmurları tərəfindən planlaşdırıldığı iddia edilən kütləvi iğtişaşların və dövlət çevrilişinin təşkilinin iştirakçılarından biri olmaqda şübhəli bilinir.

  4. Şikayətçi həbsindən sonra elə həmin gün 19 oktyabr 2005-ci il saat 23.45-dən 20 oktyabr 2005-ci il saat 00.50-dək ilk dəfə dindirildi. Dindirmədə dövlət tərəfindən təyin olunmuş vəkil iştirak etdi. Şikayətçiyə dövlət çevrilişinin təşkilatçılarından biri olduğu iddia edilən Fikrət Yusifova verdiyi 100.000 AVRO borc barədə sual verildi. Ona deyildi ki, bu pul Fikrət Yusifovun evindən tapılıb və sonuncu öz izahatında bildirib ki, onu şikayətçidən alıb. Şikayətçidən xahiş edildi ki, bunu təsdiq etsin və borcun səbəbini izah etsin. Şikayətçi bildirdi ki. şəxsi maliyyə çətinlikləri ucbatından Fikrət Yusifovun etdiyi xahiş əsasında ona həqiqətən həmin məbləğdə borc verib. Şikayətçiyə həmin vaxt xaricdə yaşayan və vəzifədə olduğu müddətdə törətdiyi iddia edilən bir sıra cinayətlərə görə Azərbaycanın dövlət orqanların tərəfindən axtarışda olan sabiq Parlament Spikeri Rəsul Quliyevlə əlaqəsi barəsində də sual verildi. Şikayətçi bildirdi ki, Cənab Quliyevlə heç vaxt təmasda olmayıb.

10. Dindirmədən sonra şikayətçiyə məlumat verildi ki, şübhəli şəxs qismində həbs
olunur. O, MTN-in İstintaq Təcridxanasına aparıldı.

(b) Hadisələrlə bağlı Hökumətin fərziyyəsi

11.19 oktyabr 2005-ci il saat 20.00-dan az sonra MTN-in əməkdaşları şikayətçinin iş otağına daxil oldular və ona şübhəli bilindiyi cinayət əməlləri barədə məlumat verdi-1эг. Sonra onlar şikayətçini onun maşınında MTN-ə doğru müşayiət etdilər. Maşın saat 20.25-də MTN-in binasının həyətinə daxil oldu.



12.19 oktyabr 2005-ci il tarixli məktubla şikayətçinin ailəsinə xəbər verildi ki, o, Cinayət Məcəlləsinin 278-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə MTN-in İstintaq Təcridxanasında saxlanılır.

  1. Şikayətçi özünün seçdiyi vəkilin ona yardım göstərməsi barədə istəyini ifadə etmədiyinə görə saat 23 -də dövlət tərəfin təyin olunmuş vəkil şikayətçiyə təqdim edildi. Şikayətçi dövlət tərəfin təyin olunmuş vəkilin ona yardım göstərməsinə etiraz etmədi.

  2. Saat 23.15-dən 23.25-dək MTN-in müstəntiqi şikayətçinin, digər maddələrlə yanaşı, Cinayət Prosessual Məcəlləsinin (CPM) 147-ci və 148-ci maddələrinə uyğun olaraq cinayət əməli törətməkdə şübhəli bilinən şəxs qismində tutulması barədə protokol (tutma protokolu) tərtib etdi. Protokol saat 23.25-də şikayətçi tərəfindən imzalandı. Saat 23.45-də şikayətçi başqa bir protokolu imzalayaraq təsdiq etdi ki, ona qarşı şübhələrin mahiyyəti barədə məlumatlandırılıb və əlyazması ilə əlavə etdi ki, ittihamları rədd edir. Bundan sonra şikayətçi dövlət tərəfin təyin olunmuş vəkilin iştirakı ilə 19 oktyabr 2005-ci il saat 23.45-dən 20 oktyabr 2005-ci il saat 00.50-dək dindirildi.

2. Şikayətçi həbsə alındığı vaxt baş verən digər hadisələr

(a) Şikayətçinin və qohumlarının mənzillərində aparılmış axtarışlar və şikayətçinin qardaşlarına və digər qohumlarına qarşı iddia edilən cinayət təqibi

  1. Şikayətçinin sözlərinə görə, 19 oktyabr 2005-ci ildə tutulduğu vaxt on beşə yaxın mülki geyimli dövlət qulluqçusu və silahlı əsgərlər axtarış orderi olmadan onun Bakıdakı mənzilinə daxil oldular. Dövlət qulluqçuları axtarış başladıqdan təxminən iki sa­at sonra axtarış orderini təqdim etdilər. Axtarış on iki saatdan artıq davam etdi və çoxlu sayda əşyalar müsadirə olundu. Şikayətçinin yaxın qohumlarının adına qeydə alınmış bir neçə başqa mənzil və evlərdə də axtarış aparıldı və qapılan möhürləndi.

  2. Şikayətçinin zəngin iş adamı olan qardaşı Rafiq Əliyev də həmin vaxt eyni şübhələr əsasında həbs edildi. Şikayətçinin sözlərinə görə, təkcə qardaşı Rafiq Əliyev deyil, о biri qardaşları da həbs edildilər və işlərindən çıxarıldılar. Bakı Şəhər İcra Hakimiyyətinin ətraf mühit üzrə komitəsinin rəhbəri Əlipənah Əliyev işindən azad edildi. Özəl şirkətin baş icraçı direktoru Əsəd Əliyev vergidən yayınma ittihamları üzrə cinayət təqibinə məruz qaldı, lakin ödəməli olduğu məbləği ödəməyə razılıq verdikdən sonra azad edildi. Kiçik xalça fabrikinin direktoru Südeyif Əliyev də vergidən yayınmada ittiham olundu. Qarşıdakı parlament seçkilərində namizədliyini irəli sürmək niyyətində olan Əlövsət Əliyevin namizədliyi məhkəmə qərarı ilə ləğv olundu. Əlövsətin həyat yoldaşı dövlət məktəbində müəllim vəzifəsindən azad edildi. Onun bir sıra uzaq qohumları, habelə keçmiş həmkarları və işçiləri də, iddia edildiyinə görə, müxtəlif üsullarla təqiblərə məruz qaldılar. Şikayətçinin sözlərinə görə, yuxandakı hadisələrin hamısı birbaşa onun həbsi ilə əlaqədar idi.


(b) Hüquq-mühafizə orqanlarının şikayətçiyə qarşı cinayət icraatı ilə bağlı press-relizləri

  1. 20 və 21 oktyabr 2005-ci ildə rəsmi qəzetlər və digər kütləvi informasiya vasitələri "Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin xüsusi məlumatı" başlıqlı iki press-reliz dərc etdilər. Bu press-relizlərdə tanınmış bir neçə cari və sabiq dövlət məmurlarının həbsi və barələrindəki ittiham aktı haqqında ictimaiyyətə rəsmən məlumat verilir və onların "ölkənin siyasi durumunda demokratik dəyişikliklərə çağırış adı altında" seçki dövründə "hakimiyyəti zorla ələ keçirmə" planlan ilə bağlı toplanmış sübutların qısa icmalı təqdim olunurdu. Sübutlar əsasən tutulmuş şəxslər arasındakı gizli görüşlər və onların maliyyə mənbələri barədə tutulmuş şəxslərdən birinin ifadələrindən, habelə onların bəzilərinin evlərindən tapılmış çoxlu sayda nağd puldan və zinət əşyalarından ibarət idi. Bundan əlavə, tutulmuş şəxslərin bəziləri dövlət vəsaitlərini mənimsəməkdə və hakimiyyət səlahiyyətindən sui-istifadədə şübhəli bilinirdilər. Konkret olaraq, press-relizlərdə şikayətçinin, Parlamentin sabiq Spikeri Rəsul Quliyevin, sabiq Maliyyə Naziri Fikrət Yusifovun, "Azpetrol" Neft Şirkətinin sahibi (şikayətçinin qardaşı) Rafiq Əliyevin, Səhiyyə Na­ziri Əli İnsanovun, habelə bir qədər az tanınan digər şəxslərin adlan qeyd edilmişdi. Görünür, adı çəkilən bütün şəxslər (fiziki cəhətdən Azərbaycanda olmayan Rəsul Quliyev istisna olmaqla) press-relizlərin dərcindən əvvəl həbs olunmuşdular.

  2. 20 oktyabr 2005-ci il tarixli press-relizdə, digər məsələlərlə yanaşı, deyilirdi:

"... Qanunazidd hərəkətlərin qarşısının alınması zamanı hakimiyyətin zorla ələ keçirilməsi məqsədilə külli miqdarda maliyyə vəsaitinin ayrılması, onun iğtişaşa cəlb ediləcək qüvvələrə paylanmasına məsul əlaqələndirici şəxsin Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov olması müəyyən edilmişdir... O, oktyabr ayının 16-da şübhəli şəxs qismində tutulmuşdur. ... Cinayət işinin istintaqı ilə əlaqədar Fikrət Yusifovun mənzilində aparılmış axtarış zamanı 100.000 AVRO 60.000 ABŞ dol-ları götürülmüşdür. ...

2005-ci il 18 oktyabr tarixdə Fikrət Yusifov Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət ilə müraciət edərək, Rəsul Quliyevin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hazırlıq hərəkətləri barədə könüllü olaraq məlumat vermək istədiyini bildirmişdir. Fikrət Yusifov ifadəsində göstərmişdir ki, 2005-ci ilin iyul ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri zamanı... Rəsul Quliyev onun mobil telefonuna zəng vuraraq, ölkədə-ki hakimiyyətin ələ keçirilməsi prosesini maliyyələşdirmək barədə tapşırıqlarını Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə və maliyyə imkanları olan digər tərəfdaşlarına çatdırmağı barədə göstəriş vermişdir.

Bununla əlaqədar, Fikrət Yusifov cari ilin avqust ayında Fərhad Əliyevlə onun qardaşı Rafiq Əliyevə məxsus ofisdə görüşmüş və Rəsul Quliyevin tapşırığını çatdırmışdır. Fərhad Əliyev bu məsələdə hər cür kömək göstərəcəyini və öz əlaqələri vasitəsilə əlavə tədbirlər görəcəyini vəd etmişdir. Avqust ayının sonlarında Fikrət Yu­sifov Sankt-Peterburq şəhərinə qayıdaraq, Fərhad Əliyevin razılığını telefon vasitə-silə Rəsul Quliyevə xəbər vermişdir.

Rəsul Quliyevin növbəti tapşırığına əsasən, [Fikrət Yusifov] sentyabrın 23-də Bakı şəhərinə qayıdaraq, həmin ofisdə yenidən Fərhad Əliyevlə görüşmüş və sonuncu istənilən köməyi göstərəcəyini, eyni zamanda, 3 milyon ABŞ dolları məbləğində vəsait ayırmağa və ondan asılı olan bütün işləri təşkil etməyə hazır olduğunu bir daha bildirmişdir.

2005-ci ilin oktyabrın 3-də Fikrət Yusifov Berlin şəhərində Rəsul Quliyevlə görüşmüşdür. Bu görüşdə cari il oktyabr ayının ortalarında Bakı şəhərinə dönəcəyini bil-dirən Rəsul Quliyev, onu böyük insan kütləsinin qarşılamasının, bununla da həbsi-nə imkan verilməməsinin, kütləvi iğtişaşlar törətməklə hakimiyyətin zorla ələ keçirilməsinin vacibliyini vurğulamışdır. Rəsul Quliyev, həmçinin bu işlərin təşkili üçün Fərhad Əliyevin real maliyyə yardımı göstərməsi barədə konkret tapşırıq vermişdir.

Bakı şəhərinə qayıdan Fikrət Yusifov Fərhad Əliyevlə görüşərək, bu tapşırığı ona çatdırmışdır. Oktyabrın 15-də Fərhad Əliyev hakimiyyətin zorla ələ keçirilməsinin maliyyələşdirilməsi üçün 100.000 AVRO məbləğində pulu şəxsən Fikrət Yusifova vermişdir. Həmin pullar 2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun mənzilində aparılan axtarış zamanı aşkar edilərək, maddi sübut kimi götürülmüşdür.

İstintaqın gedişində aparılan axtarış zamanı Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür.

Əməliyyat tədbirləri nəticəsində həmçinin müəyyən olunmuşdur ki, Fərhad Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət əmlakının özəlləşdirilməsi zamanı ciddi qanun pozuntularına yol verərək dövlət əmlakını cüzi qiymətlərlə sənədləşdirərək, öz qohum və yaxınlarının adına rəsmiləşdirərək, faktiki olaraq, öz mülkiyyətinə keçirmişdir.

Hazırda Fərhad Əliyevə məxsus çoxsaylı kommersiya obyektlərində, о cümlədən 'Azpetrol" şirkətində qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir. "Azpetrol" şirkətinin sahibi Rafiq Əliyev ölkənin hüdudlarını tərk etmək istərkən hava limanında yaxalanmışdır.

Toplanmış materiallar əsasında fakt üzrə Azərbaycan Respublikası Baş Prokurorunun qərarı ilə 2005-ci il 18 oktyabr tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 28, 220 (iğtişaşa hazırlıq), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə cinayət işi başlanılmış və Fərhad Əliyev 2005-ci il 19 oktyabr tarixdə həmin iş üzrə şübhəli şəxs qismində tutulmuşdur".

19. 21 oktyabr 2005-ci il tarixli press-relizdə, digər məsələlərlə yanaşı, deyilirdi:



"Əvvəllər xəbər verildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3, 308.2, 28.220 və 278-ci maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə [dövlət orqanları tərəfindən] axtarışlar aparılmış və külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əl­də edilmiş digər qiymətli əşyalar götürülmüşdür.

Belə ki, [axtarışlar nəticəsində aşağıdakılar müsadirə olunmuşdur:] Fərhad Əliyevin, İqtisadi İnkişaf Nazirliyinin inzibati binasında yerləşən iş otağından 50 min 500 ABŞ dolları, 6 min AVRO və 860 Böyük Britaniya funt sterlinqi, «Qızıl Şərq hərbi şəhərciyində yerləşən mənzilindən 30 min AVRO, 6 min 500 ABŞ dolları, bağ evlərindən 34 ədəd qiymətli rəsm əsəri, 500 ədəd dövlət özəlləşdirmə payı, qardaşı Rafiq Əliyeva məxsus «Azpetrol» Şirkətinin ofisindən 565 min ABŞ dolları və kassaya mədaxil edilməmiş 5 milyard 609 milyon manat aşkar edilərək götürülmüşdür. Axtarış aparılan ünvanlarda eyni zamanda çoxlu sayda qızıl-zinət əşyaları, 7 ədəd müxtəlif markalı tapança və ov silahları, digər qiymətli əşyalar, çoxsaylı əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər da aşkar olunmuşdur. Fərhad Əliyevə faktiki məxsus olan çoxsaylı kommersiya obyektlərində korrupsiya halları ilə bağlı araşdırmalar davam etdirilir... ".

3. Şikayətçiyə qarşı rəsmi ittihamlar və onun barəsindəki həbs qətimkan tədbiri

  1. 21 oktyabr 2005-ci ildən şikayətçiyə, ailəsinin cəlb etdiyi iki vəkil yardım göstərirdi.

  2. İşin istintaqmı aparan müstəntiqin 21 oktyabr 2005-ci ildə naməlum saatda şikayətçinin və vəkillətrinin iştirakı ilə qəbul etdiyi qərarla şikayətçiyə qarşı 76586 saylı cinayət işi çərçivəsində rəsmi ittiham irəli sürüldü. Şikayətçi iş üzrə bir neçə təqsirləndirilən şəxsdən biri idi. Konkret olaraq, о, Cinayət Məcəlləsinin 179.3.2 (özgə əmlakmı külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olmaqla sui-istifadə), 28 və 220 (kütləvi iğtişaşların təşkilinə hazırlıq) və 278-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər) maddələri üzrə cinayət əməllərində ittiham olunurdu. Bundan sonra o, 21 oktyabr 2005-ci ildə saat 19.50-dən 20.15-dək dindirildı.

  3. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin hakimi şikayətçi barəsində həbs qə­timkan tədbirinin tətbiqi barədə cinayət təqibi orqanının vəsatəti ilə bağlı MTN-ə gəldi. Məhkəmə iclası MTN-in müstəntiqlərindən birinin otağında şikayətçi və vəkilinin iştirakı ilə keçirildi. Hökumətin bildirdiyinə görə, iclas saat 20.25-da başlandı. Şikayətçinin sözlərinə görə saat 21 00-dək hakimin yanına gətirilmədi.

  4. Hakim şikayətçinin üç ay müddətinə ibtidai həbsdə qalması barədə qərar çıxırdı, həmin müddət 19 oktyabr 2005-ci ildən hesablanmalı idi. Hakim bu tədbirin zəruriliyini aşağıdakı kimi əsaslandırdı:

"Təqsirləndirilən şəxsin cinayət icraatını həyata keçirən orqandan gizlənməsinin və prosesdə iştirak edən şəxslərə qanunsuz təsir göstərməsinin mümkünlüyünü, habelə onun ittiham edildiyi hərəkətlərin xarakterini və ağırlığını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin tətbiqini zəruri hesab edirəm ".

  1. Şikayətçi bu qərardan şikayət edərək digər məsələlərlə yanaşı iddia etdi ki, onun
    barəsində həbs qətimkan tədbiri haqqında məhkəmə qərarı çıxarılmazdan əvvəl o,
    şübhəli şəxs qismində qanunla nəzərdə tutulmuş qırx səkkiz saatlıq müddətdən bir neçə saat artıq həbsdə saxlanılıb: belə ki, əslində, oktyabrın 19-da saat 14-də həbs edilib, hakimin yanına isə oktyabrın 21-də saat 21-də gətirilib. Daha sonra iddia etdi ki, həbs qərarını çıxararkən hakim sadəcə ittiham tərəfinin arqumentlərinə istinad edib və onun cinayət əməli törətdiyinə dair əsaslı şübhə olub-olmadığını müəyyən etmək üçün hər hansı sübutu müstəqil surətdə qiymətləndirməyib. Nəhayət məhkəmə iclasını adi məhkəmə zalında deyil, MTN-in binasmda və dövlət ittihamçısının iştirakı olmadan keçirilməsindən şikayət etdi.

  1. 26 oktyabr 2005-ci ildə şikayətçinin öz iştirakı olmadan, vəkilinin iştirakı ilə Apellyasıya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin həbs qətimkan tədbiri barədə qərarını qüvvədə saxlayaraq aşağı məhkəmənin gətirdiyi əsaslan təkrarladı və bu qərarı düzgün saydı. Apellyasiya Məhkəməsinin qərarında şikayətçinin hər hansı konkret şikayətlərinə toxunulmadı.

  2. 13 yanvar 2006-cı il tarixli qərarla Nəsimi Rayon Məhkəməsi şikayətçi barəsindəki həbs qərarını daha dörd ay müddətinə uzatdı (19 may 2006-cı ilədək). Şikayətçi ilə onun vəkili bu iclasda iştirak etmədilər. 19 yanvar 2006-cı ildə Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı; iclasda şikayətçinin vəkili iştirak etdi, amma şikayətçi özü iştirak etmədi.

  1. 13 may 2006-cı ildə Nəsimi Rayon Məhkəməsi şikayətçi barəsindəki həbs qərarını daha beş ay müddətinə uzatdı (19 oktyabr 2006-cı ilədək). Bu məhkəmə iclası barədə nə şikayətçiyə, nə də onun vəkilinə məlumat verildi. 22 may 2006-cı ildə Apell­yasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı, iclasda şikayətçinin vəkili iştirak et­di, amma şikayətçi özü iştirak etmədi.

  2. Tarixi göstərilməyən gündə şikayətçi həbs qətimkan tədbirinin azadlığı daha az məhdudlaşdıran tədbirlə, məsələn, girov müqabilində azad edilmə və ya ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verdi. Belə görünür ki, 17 iyul 2006-cı ildə N:ısimi Rayon Məhkəməsi bu vəsatəti rədd edib (bu qərarın surəti Məhkəməyə verilməyib).

29. 2 oktyabr 2006-cı ildə Nəsimi Rayon Məhkəməsi şikayətçi barəsindəki həbsinin daha altı ay müddətinə uzatdı (19 aprel 2006-cı ilədək). İclasda şikayətçinin vəkili iştirak etdi, amma şikayətçi özü iştirak etmədi. 9 oktyabr 2006-cı ildə Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı.



30. Şikayətçi barəsindəki həbs tədbirinin uzadılması barədə bütün qərarlarında Nəsimi Rayon Məhkəməsinin həbs tədbirinə haqq qazandırmaq üçün gətirdiyi əsaslar yuxanda 23-cü bənddə qeyd edilənlərlə eyni və ya oxşar idi. Bu qərarlara qarşı w: bütün şikayətlərində şikayətçi iddia edib ki, onun cinayət əməli törətdiyinə dair şübhə yaradan hər hansı sübut yoxdur; cinayət təqibi orqanının sərəncamındakı materiallar tanışlıq üçün ona təqdim edilməyib; həbs müddətinin uzadılması barədə qərarlar yalnız cinayət təqibi orqanının arqumentlərinə əsaslanıb; iclaslarda nə onun, vəkilinin iştirakı təmin edilib; onun istintaqdan gizlənəcəyini və ya istintaqa təsir göstərəcəyini düşünmək üçün heç bir əsas olmayıb və onun davamlı olaraq həbsdə saxlanması qıymətləndirilərkən səhhəti və şəxsiyyəti ilə bağlı hallar nəzərə alınmayıb Şikayətçinin həbsdə saxlanma müddətinin uzadılması barədə Apellyasiya Məhkəməsinin qərarlarında aşağı məhkəmənin gətirdiyi əsaslar təkrarlanıb və şikayətçinin şikayətlərində irəli sürdüyü konkret arqumentlərə qiymət verilməyib.

  1. 19 yanvar 2007-cı ildə müstəntiq şikayətçini Cinayət Məcəlləsinin 179.3.1 (özgə əmlakının mütəşəkkil dəstə tərəfindən talanması), 179.3.2 (özgə əmlakını külli miqdarda talama), 28 və 220.1 (kütləvi iğtişaş törətməyə hazırlıq), 278 (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər), 308.2 (ağır nəticələrə səbəb olmuş vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (mütəşəkkil qrup tərəfindən rüşvət alma), 311.3.2 (təkrar törədilmiş rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edən yeni qərar çıxardı.

  2. 1 mart 2007-ci ildə müstəntiq digər bir qərar qəbul edərək şikayətçini Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 192.1 (xeyli miqdarda ziyan vurmaqla törədilmiş qanunsuz sahibkarlıq), 192.2.1 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 213.4 (külli miqdarda vergi ödəməkdən yayınma), 28/220.1, 278, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri üzrə ittiham etdi.

  3. 5 mart 2007-ci ildə 76586 saylı cinayət işindən yeni (76961 saylı) cinayət işi ayrıldı. 76961 saylı cinayət işi çərçivəsində şikayətçi Cinayət Məcəlləsinin 179.3.1 179.3.2; 192.2.1, 192.2.2, 206.4, 213.4, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri üzrə ittiham olundu.

  1. 5 mart 2007-ci ildə şikayətçi prokurora vəsatətə verdi ki, cinayət işinin ayrılması barədə qərarının surətini ona təqdim etsin. Bu vəsatət belə bir əsasa görə rədd edildi ki ibtidai istintaq başa çatdıqdan sonra şikayətçi həmin qərarın surəti də daxil olmaqla işin bütün materialları ilə tanış olmaq imkanına malik olacaq.

  2. 7 mart 2007-ci ildə şikayətçiyə məlumat verildi ki, 76961 saylı cinayət işinin istintaqı 5 mart 2007-ci ildə başa çatıb.

  3. 16 aprel 2007-cı ildə müstəntiq 76961 saylı cinayət işi çərçivəsində Cinayət Məcəlləsinin 179.3.2, 192.2.1, 192.2.2, 206.4, 213.4, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri üzrə yekun ittiham aktmı tərtib etdi. Elə həmin gün ittiham aktı Baş Prokuror tərəfindən imzalandı və iş Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin baxışına təqdim edildi.

  4. Beləliklə, 76961 saylı cinayət işi baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə göndərildi. Bu iş üzrə məhkəmə araşdırmasında şikayətçi və qardaşı Rafiq Əliyev da daxil olmaqla on doqquz təqsirləndirilən şəxs vardı; onlar özgəsinin əmlakını talama və korrupsiya da daxil olmaqla müxtəlif cinayət hüquq pozuntularında ittiham olunurdular. Belə görünür ki, 76586 saylı ilkin cinayət işi (həmin işdə şikayət-çiyə qarşı 28 və 220.1-ci və 278-ci maddələr üzrə ittihamlar vardı) məhkəmə baxışına göndərilmədi, lakin ona xitam da verilmədi.

23 aprel 2007-ci ildə şikayətçinin vəkilləri Nəsimi Rayon Məhkəməsinə vəsatət verərək şikayətçinin azadlığa buraxılmasını istədilər və belə əsas gətirdilər ki, onun barəsindəki sonuncu həbs qərarının müddəti, eləcə də ibtidai istintaq müddətində həbsin qanunla nəzərdə tutulmuş maksimal müddəti 19 aprel 2007-ci ildə başa Nəsimi Rayon Məhkəməsinin bu vəsatətə cavab verib-vermədiyi aydın deyil.

39. 15 və 16 may 2007-ci ildə şikayətçinin vəkilləri Ağır Cinayətlərə Dair İşlər Üzrə


Məhkəməyə analoji vəsatətlər verərək iddia etdilər ki, şikayətçi ən geci 19 aprel
2007-ci ildə azad edilməli idi. Belə görünür ki, azı altı digər təqsirləndirilən şəxs də
müxtəlif əsaslar gətirərək məhkəmə araşdırmasına qədər azad edilmələri üçün vəsatət veriblər.

  1. 21 may 2007-ci il tarixli hazırlıq iclasında Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə şikayətçinin və onunla birgə ittiham olunan təqsirləndirilən şəxslərin azad edilmək barədə vəsatətlərini rədd etdi və onların məhkəmə araşdırmasına qədər həbsdə qalmaları barədə qərar çıxardı.

  2. Konkret olaraq, 19 aprel 2007-ci ildə müvafiq müddət başa çatdıqdan sonra həbs-də saxlanmasının qanunsuz olduğu barədə şikayətçinin konkret arqumenti ilə bağlı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə qeyd etdi ki, cinayət işi bu məhkəməyə 19 aprel 2007-ci ildən bir neçə gün əvvəl göndərilib və şikayətçinin "məhkəmə araşdırmasına qədər" həbsdə saxlanma müddətinin axımı həmin gün başa çatıb. Buna görə də, onun həbsdə saxlanma müddəti qanunda göstərilmiş həddi aşmayıb.

  3. Bundan başqa, tutulmuş bütün təqsirləndirilən şəxslərin işini hallarını kollektiv şəkildə qiymətləndirərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə qərara aldı ki, "həbs qətimkan tədbiri düzgün seçilib və dəyişməz qalmalıdır". Məhkəmə qeyd etdi ki, "barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslərin" xarici ölkələrdə yetərincə maliyyə vəsaitləri, biznesləri və digər əlaqələri olub ki, bu da onların Azərbaycan ərazisini tərk etmələrinə və məhkəmədən yayınmalarına imkan verə bilərdi. Daha sonra vurğuladı ki, əhəmiyyətli miqdarda olan həmin maliyyə vəsaitlərindən istifadə etməklə, tutulmuş şəxslər məhkəmə araşdırmasında iştirak edən şəxslərə qanunsuz təzyiq göstərə bilərdilər.

4. İbtidai istintaq zamanı şikayətçinin verdiyi şikayətlər

43. İbtidai istintaq müddətində şikayətçinin vəkilləri cinayət təqibi orqanlarına və


məhkəmələrə cinayət prosesinin müxtəlif prosessual aspektləri ilə bağlı bir sıra vəsatətlər və şikayətlər verdilər və şikayətçinin prosessual hüquqlarının pozulduğunu iddia etdilər.

44. Konkret olaraq, 24 noyabr 2005-ci ildə şikayətçinin vəkili Nəsimi Rayon Məhkəmə müraciət edərək şikayət etdi ki, cinayət təqibi orqanlarının hərəkətləri şikayətçinin azadlıq, ədalətli istintaq və təqsirsizlik prezumpsiyası hüquqlarını pozub. Həmçinin şikayət etdi ki, şikayətçinin səhhətinin ağır olduğu nəzərə alınarsa, o, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıb. Ərizəsində şikayətçinin vəkili həmçinin iki cümlə ilə şikayət etdi ki, tutulduqdan sonra şikayətçinin hüquqlarına hörmət edilməyib; belə ki, həbsi barədə məlumat vermək üçün ailəsi və qohumları ilə telefonla əlaqə yaratmasına ona imkan verilməyib. 26 dekabr 2005-ci ildə Nəsimi Rayon Məhkəməsi si bu iddiaları rədd edərək hesab etdi ki, onlar əsassızdır.

45. 29 dekabr 2005-ci ildə şikayətçi bu qərardan şikayət ərizəsi verdi və şikayətə Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətləri, о cümlədən "tutularkən telefonla ailəsi
ilə əlaqə yaratmasına imkan verilmədiyi" barədə şikayəti qısaca ümumiləşdirərək daxil etdi. 25 yanvar 2006-cı ildə Apellyasiya Məhkəməsi şikayətçinin şikayətmi rədd etdi.

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə