Fənn: Maliyyə Kafedra müdiri: Fakultə: Maliyyə-kredit İxtisas: Maliyyə Qrup: 642a kurs: 4 baki 2007 plan




Yüklə 229.21 Kb.
səhifə3/3
tarix20.04.2016
ölçüsü229.21 Kb.
1   2   3

İkincisi, bazara yeni iri qrup emitentlərin-bələdiyyələrin qoşulması mümkün­dür. Onlar da geniş əhali kütləsi üçün borc qiymətli kağızları buraxa, cəlb edilmiş bələdiyyə proqramlarının reallaşmasında istifadə edə bilərlər.

Üçüncüsü, bazarın daha bir iri sektoru-korporativ istiqraz bazarı formalaşa­caqdır. Özəlləşdiriləcək iri istehsal müəssisələrinin bir çoxu maliyyə resursları cəlb etmək məqsədilə, istiqraz buraxacaqlar.

Dördüncüsü, mövcud olan normativ aktlarda boşluqları aradan qaldırmaq məqsədilə daima yeni təmzimləmə alətləri əmələ gələcəkdir.

Azərbaycanda fond bazarının formalaşması bir sıra problemlərlə üzləşmişdir ki, bu bazarın inkişafı və mövcudluğu üçün maneələr və problemlə aradan qaldırılmalıdır.



Azərbaycanda fond bazarının inkişafının əsas problemləri kimi aşağıdakılar qeyd edilə bilər:

  • Neqativ təsir göstərən xarici amillərin aradan qaldırılması (istehsal sahələrinin dirçəldilməsi, sosial sabitliyin bərqərar olunması və b.);

  • Qiymətli kağızlar bazarının məqsədli yenidən istiqamətləndirilməsi-ilk növ­bədə dövlətin maliyyə ehtiyyatlarının QKB vasitəsilə ödənilməsinin azaldılması və iri səhm paketlərinin Azərbaycanda istehsalın dirçəldilməsi və inkişafı məqsədlərinə sərbəst pul resurslannın yönləndirilməsi üçün yenidən bölüşdürülməsi;

  • Qanunvericiliyin yaxşılaşdırılması və ona rəayət olunmasına nəzarət;

  • Fond bazarında dövlətln rolunun artırılması, bunun üçün: qiymətli kağızlar bazarının inkişafı və onun cari tənzimlənməsi, fond bazarı modelinin seçilməsi, eyni zamanda qiymətli kağızlar buraxılışı hesabına təsərrüfatın və büdcənin maliyyələş­dirilməsi mənbələrinin payını müəyyənləşdirmək məqsədilə uzunmüddətli fəaliyyət konsepsiyası və siyasəti işlənib hazırlanmalı, qiymətli kağızlar bazarını formalaş­dırmaq məqsədilə dövlət və özəl sektorun resurslarını birləşdirə biləcək qiymətli kağızlar və fond bazarı üzrə güclü Komissiya yaradılmalıdır və b.;

  • Investorların qorunması problemi. Bunu üçün dövlət və ya qismən dövlət və ya qismən dövlət qoruma sistemi formalaşdırmalıdır. Emitentlərin maraqlannı qorumaq məqsədilə və qiymətli kağızların hərəkətinin qeydiyyatı üçün depozitar və klirinq, eyni zamanda vasitəçi şəbəkələrinin yaradılması.

  • Məlumatların açıqlığı prinsipinin reallaşması: bu qiymətli kağız emitent­lərinin fəaliyyəti haqqında nəşrlərin genişləndirilməsi, emitent-kompaniyaların qəbul olunmuş reytinq qiymətləndirməsinin tətbiq olunması, ixtisaslaşmış nəşrlərin (investisiya obyekti kimi ayrı-ayrı sahələri xarakterizə edən) şəbəkəsinin inkişaf etdirilməsi, qiymətli kağılzlar bazarını qiymətləndirmək üçün ümumi qəbul olunmuş göstəricilər sisteminin yaradılması və s.

  • QKB-ın inkişaf etdirmək məqsədilə xarici köməyin cəlb edilməsi: bu sahədə təhsil sisteminin inkişaf etdirilməsi.

Müasır QKB-ın əsas inkişaf prespektivləri aşağıdakılar olacaqdır:

  • Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi;

  • Bazarın beynəlmiləlləşməsi və qloballaşması;

  • Təşkilatçılıq səviyyəsinin artırılması və dövlət nəzarətinin genişləndirilməsi;

  • QKB-ın kompyuterləşdirilməsi;

  • Bazarda yeniliklərin bərqərar olunması;

  • Sekyuritizasıya;

  • Digər kapital bazarları ilə qarşılıqlı əlaqə.

Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi meylləri QKB-a münasbətdə iki aspektə malikdir. Bir tərəfdən, bazara daima yeni iştirakçılar cəlb olunur və onlar üçün bu fəaliyyət əsas fəaliyyətə çevrilir, digər tərəfdən, iri qabaqcıl bazar peşəkarlarının ayrılması və seçilməsi prosesi baş verir. Bu onların həm şəxsi kapitallarının artması (kapitaların təmərküzləşməsi), həm də birləşmə yolu ilə daha iri qiymətli kağızlar bazarı strukturlarına çevrilməsi (kapitalların mərkəzləşməsi), əsasında baş verir. Nəticədə, bazarda bütün əməliyyatların çox hissəsinə xidmət göstərən ticarət sistemləri əmələ gəlir. Eyni zamanda qiymətli kağızlar bazarı cəmiyyətin iri kapital ehtiyyatlarını cəlb edəcəkdir.

QKB-ın beynəlmiləlləşməsi zamanı kapital ölkələr sərhədlərindən kənara çıxır, dünya qiymətli kağızlar bazarı formalaşır. Ona münasibətdə milli bazarlar II dərəcəyə çevrillr. Qiymətli kağızlar bazarı qlobal xarakter daşımağa başlayır. Belə qlobal bazarda ticarət durmadan dəvam edir. Bu bazarın əsasını transmilli şirkət­lərin qiymətli kağızları təşkil edir.

QKB-ın etibarlığı və ona inam dərəcəsi-investor tərəfindən birbaşa olaraq bazarın təşkilatçılıq səviyyəsinin qaldınlması və ona dövlət nəzarətinin güclən­dirilməsiylə bağlıdır. QKB-ın vacibliyi ondan ibarətdir ki, onun dağılması birbaşa olaraq iqtisadi inkişafın dağılması deməkdir. Dövlət QKB-na olan etibarı daim qorumalıdır ki, qiymətli kağızlara əmanətlərlni yönəldən insanlar dövlətin hər hansı tədbiri və spekulyativ amillər içərisində bu əmanətləri itirməyəcəklərinə inansınlar. Ona görə də bütün bazar iştirakçıları bazarın düzgün təşkilkinə və onun əsas iştirakçısı olan dövlət tərəfindən güclü nəzarət olunmasına maraqlıdırlar.

QKB-ın kompyuterləşməsi- son onilllklərdə bütün insan fəaliyyəti sahələrinə kompyuterlərin daxil olmasının nəticəsidir. Kompyuterləşmə olmasa idi, müasir QKB-ın mövcudluğu qeyri-mümkün idi. Kompyuterləşmə bütün əməliyyatların daha düzgün və dəqiq aparılmasına, eyni zamanda, bazara yeninklərin gətirilməsinin əsası kimi çıxış edir.

QKB-da yeniliklər: mövcud bazarın yeni alətləri; qiymətli kağızlarla ticarətin yeni sistemləri; yeni bazar infrastrukturu aid edilə bilər;

QKB-ın yeni alətlərinə istehsal qiymətli kağızların müxtəlif növləri, yeni qiymətli kağızların yaradılması, onların növləri və formaları daxildir. Yeni ticarət sistemlərinə alıcı və satıcı arasında birbaşa əlaqələrsiz, ticarətin tam və avtomatlaşdırılmış rejimdə, müasir rabitə vasitələrilə həyata keçirilməsi daxildir. Yeni bazar infrastrukturuna yeni informasiya sistemləri, klirinq və hesablaşma sistemləri aiddir.

Sekyuritizasiya-pul vəsaitlərinin ənənəvi formalardan qiymətli kağızlara keçid meylidir; iri investorlar kütləsi üçün əlverişli olan qiymətli kağızların bir formadan digərinə keçid meylidir

QKB-ın inkişafı müxtəlif növ kapital bazarlarının fəaliyyətlərinin birləşməsi ilə səciyyələnir. Bir tərəfdən, QKB kapitalları özünə tərəf cəlb edir. Digər tərəfdən isə-qiymətli kağızlar mexanizmi vasitəsilə kapitalları digər bazarlara yönəldir, beləliklə də onların inkişafına şərait yaradır.

Bu gün Azərbaycanda QKB-ın inkişafını ləngidən əsas problemlərdən biri də sahibkarlıq fəaliyyəti subyektlərinin aşağı səviyyəli investisiya aktivliyinin yaran­masıdır. Bu bir neçə səbəbdən meydana gəlib.

Birincisi, ilk növbədə Azərbaycan iqtisadiyyatında mövcud problemlərlə və özəl sektorun aşağı investisiya inkanları ilə bağlıdır.

İkincisi, aşağı investisiya aktivliyinin problemi ödəməmələrinin dərinləşməsi ilə daha da genişlənir.

Üçüncüsü, bank sisteində mövcud problemlər, real sektor iştirakçılarının kredit resurslarından lazımi səviyyədə faydalana bilməməsi ilə əlaqədardır.

İnvestisiya məqsədilə maliyyə resurslarının əsas hissəsi QKB-da əsasən də korporativ qiymətli kağızlar sektorunda formalaşır. Bu gün Azərbaycanda isə qiymətli kağızlar bazarının çox hissəsi dövlət qisamüddətli istiqrazların payına düşür. Bu isə öz növbəsində maliyyə vasitələrinin lazımi səviyyədə və düzgün yerləşdirilməsini ləngidir.

Ölkəmizin fond bazarının əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:



  • Kiçik həcmli və qeyri-likvid olması;

  • Makroiqtisadi səviyyədə "düzgün tərtib" olunmaması (fond bazarında iştirakçılar arasında düzgün proporsiyaların müəyyənləşməməsi və s.)

• Maddi bazarın. Ticarət texnologiyalarının, requlyativ və məlumatlanma infrastrukturlarının inkişaf etməməsi;

  • Dövlət tənzimlənmə sisteminin parçalanması, bir çox tənzimləmə funksiyalarının ayrı-ayrı idarəetmə orqanlarında təkrarlanması, vahid tənzimləmə konsepsiyasının hazırlanması;

  • Qiymətli kağızlarla bağlı olan bütün risklərin yüksək səviyyədə olması;

  • Fond bazarının vəziyyəti haqqında zəif məlumatlanma sisteminin mövcud­luğu;

  • İnvestisiya böhranının bərqərarlaşması;

  • Spekulyativ dövriyyəninn aradan qaldırılması;

  • Qisamüddətli dövlət istiqrazlarının bazar strukturunda üstün mövqeyə malik olması və b.

Lakin, bütün bu problemlərin mövcudluğuna baxmayaraq ölkəmiz üçün yeni olan bu bazar strukturu gələcəkdə yüksək templərlə inkişaf edəcəkdir. Belə ki, özəlləşdirmə prosesinin dəvam etməsi, iri korporasiyaların, holdinq strukturlarının yaranması, bununlada iri səhmdar cəmiyyətlərinin formalaşması Azərbaycanda QKB-ın lazımi səviyyədə bərqərar olunmasına və milli şirkətlərimizin səhmlərinin dünya fond birjalarında iştirakına şərait yaradacaqdır.
NƏTİCƏ

Respublika iqtisadiyyatının bazar münasibətlərinə keçməsi çoxlu ictimai institutların yaradılmasını tələb etdi. Şübhəsiz ki, bazar onlarsız fəaliyyət göstərə bilməzdi. Belə institutlar içərisinə səhmdar cəmiyyətləri, əmtəə və fond birjaları, sığorta şirkətləri, dövlət və kommersiya bankalrı, lizinq şirkətləri və i.a. aid edilə bilər.

QKB iqtisadi sahələrə vəsaitlərin cəlb edilməsinə təkcə yeni gəlirlərin əldə edilməsi deyil, həm də əvvəllər qazanılmış gəlirlərin qorunub saxlanması və artırılması məqsədini daşıyır. Bu baxımdan, QKB-ın peşəkar iştirakçılarının fəaliyyət dairəsi, onalrın hüquq və vəzifələri, məsuliyyət məsələləri, emissiya və qeyri-emissiya qiymətli kağızların buraxılışı və dövriyyəsi QKB-da bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması, dövlət rüsumlarının ödənilməsi, aksiz markaların sifarişi, satışı və istifadə olunması, kredit təşkilatların QKB-da fəaliyyəti, xarici və fiziki şəxslərin vəzifələri QKB-da iştirakı, qiytmətli akğızlarla girovun qeydiyyat özəlləşdirmə paylarının tədavülünü təmizlənməsi, lotoreyaların buraxılışının təşkili və tirajların keçırilməsi, fond birjasının fəaliyyətl və digər məsələri əhatə edən qanunların, əsasnamələrin, təlimatı və qaydaların daima işlənib hazırlanması, mövcud qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsi mühüm əhəmiyyət daşıyan məsələlərdən biridir. İlkin, "Qiymətli kağızlar və fond birjaları haqqında" qanun qəbul edilməsinə baxmayaraq, hələ də indiyə qədər investorların hüquqlarının qorunması, habelə dövlət qiymətli kağızlarının depozitarisinin yaradılması və bank sistemində depozitar fəaliyyətln tənzimlənməsi sahəsində çoxlu neqativ hallar müşahidə olunmaqdadır. Onu da qeyd edək ki, qiymətli kağızların sistematik dövriyyəsi ölkəmizin maliyyə sistemini əsaslı surətdə yeniləşməsini stimullaşdıra bilər. Qiymətli kağızlar bazarının köməyi ilə əsas iqtisadi operatorlar arasında: əmtəə və xidmət istehsalçıları ilə müəssisələr arasında, maliyyə vasitəçiləri ilə kredit institutları, banklar, sığorta şirkətləri, fond birjaları arasında əlaqələr daha da güclənir. Odur ki, yaxın gələcəkdə ölkədə qiymətli kağızlar bazarının, xüsusilə də fond birjasının fəaliyyətinin inkişafı diqqət mərkəzində olmalıdır.

Kredit reytinqi artdığına görə respublika höküməti və şirkətləri öz qiymətli kağızları ilə dünya bazarına çıxmalı, cəlb olunacaq maliyyə resuslarından daha səmərəli istifadə etmək məqsədilə onları ən mühüm sosial-iqtisadi problemlənn həllinə xidmət edən layihələrin mənimsənjlməsinə yönəltməli, ölkədə dünya maliyyə bazarlarının monitorinqi xidmətini yaratmalıdırlar. Azərbaycan Respubli­kası Milli Bankı isə bütün sivil ölkə də olduğu kimi, monetar məqsədlərinə çatmaq üçün belə bir bazarın formalaşmasında daha çox maraq olmalıdır. Məlum olduğu kimi respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi həyata keçirilir. Vətəndaşlara özəlləşdirmə əmlak payı olan çeklər verilmişdir. Bu çeklərin reallaş­ması isə digər amillərlə yanaşı qiymətli kağızlar bazarının əsas maliyyə institut­ların­dan biri olan çek investisiya fondları vasitəsilə həyata keçirilməlidir. Bu sahədə addımlar atılsa da, qeyri-səmərəli olmuşdur. Belə ki, halidən çeklərin qəbulu və onların daha səmərəli, daha gəlir gətirən, daha prespektivli sahələrdə yerləşdiril­məsini həyata keçirən "Sıqma" şek investisiya fondu yaradılmışdı. Belə fondların fəaliyyət mexanizmi aşağıdakılar kimidir. İlk növbədə çek investisiya fondu əhalidən özəlləşdirmə çeklərini qəbul edir, həmin çekləri özəlləşdirmə zamanı ən yüksək gəlirli, perspektlvli şirkətlərin qiymətli kağızlarının çek vasitəsilə alınmasına yönəldilir. Bundan sonra isə investiya fondu çek sahiblərinə səhm və istiqrazlar verir. Eyni zamanda Azərbaycan Respublikiasında QKB-ın inkişafı PROQRAMI hazırlanmış və müəyyən tədbirlər həyata keçirilmişdir. Bu Proqramda Azərbaycan Respublikasında QKB-ın vəziyyəti, sivil bazarın infrastrukturunun yaranması və inkişafına yönəlmiş dövlət siyasəti, qoyulmuş vəzifələrin həyata keçirilməsi metodları, institutsional investorlar sisteminin yaradılması və investorların hüquqlarının qorunması, QKB üzrə mütəxəssislərin hazırlanması, beynəlxalq əlaqələrin inkişafı, bu sahədə açıq informasiya sisteminin yaradılması məsələri əhatə olunmuşdur.

QKB-da dövlətin ən başlıca məqsədi hazırda qüvvədə olan bazarın inovasıya inkişafının məqsədləri üçün investisiyaların toplanmasına imkan yaradan geniş əhatəli effektiv və rəqabətli bazara çevrilməsindən ibarətdir. Bu məqsədlərə nail olma üçün aşağıdakı işlərin görülməsi vacibdir: maliyyə vəsaitlərinin cəlb olunması üçün təsərrüfat subyektlərini QKB-dan istifadə etmələrinə həvəsləndirən mexa­nizm­lərin tətbiq edilməsi emitentlər tərəfindən investorların hüquq və maraqlarına riayət edilməsinə dövlət və qeyri-dövlət sisteminin inkişaf etdirilməsi, emitentlər tərəfindən investorlarının hüquqlarının riayət edilməsinin təmin edilməsi yolu ilə qiymətli kağızlara olan tələbatın dəstəklənməsi və stimullaşdırılması, korporativ idarəetmə normalanna və emitentlər tərəfindən məlumatın lazımi şəkildə açıqlanmasina riayət olunmasının stimullaşdırılması, QKB-ın infrastrukturunun о cümlədən, investisiya fondlarının və institutsional investorlar sisteminin inkişafının stimullaşdırılması.

Ümumiyyətlə, ölkəmizdə QKB-ın inkişafı üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur: ölkənin milli maraqlarına cavab verən QKB konsep­siya­sının işlənib hazırlanması; qanunvericilik və normativ bazanın daim təkmilləşdirilməsi və mövcud qanunvericiliyə riayət olunmasına ciddi nəzarətin həyata keçirilməsi; investorların hüquqlarının qorunması və onların maliyyə təhlükəsizliyinin təmin edilməsi; səhmdar cəmiyyətlərin dövlət səhm nəzarət paketlərinin səmərəli idarə edilməsi və b.



Bir sıra problemlərin mövcudluğuna baxmayaraq ölkəmiz üçün yeni olan bu bazar strukturu gələcəkdə yüksək templərlə inkişaf edəcəkdir. Belə ki, özələşdirmə prosesinin davam etməsi iri korporasiyaların, holdinq strukturlarının yaranması, bununla da iri səhmdar cəmiyyətlərinin formalaşması Azərbaycanda QKB-ın lazımı səviyyədə bərqərar olunmasına və milli şirkətlərimizin səhmlərinin dünya fond birjalannda iştirakına şərait yaradacaqdır.
ƏDƏBİYYAT


  1. Ağayev A.Q. "Dövlət borcu və onun idarə edilməsi",Bakı-2002

  2. "Azərbaycan Respublikasının Mülki Məcəlləsi".Bakı-2000

  3. Azərbaycan Respublikasının "Qiymətli kağızlar haqqında" Qanunu. Bakı-1998

  4. Azərbaycan Respublikası "Səhdar cəmiyyətləri haqqında" Qanunu. Bakı-1994

  5. A.E.Kərimov, A.A.Babayev "Qiymətli kağızlar bazarı" Dərslik, Bakı-2003

  6. İqtisadi İnkişaf Nazirliyinin hesabatları və materialları. www\\economy.gov.az

  7. Azərbaycan Milli Bankının hesabatları və materialları. www\\nba.az

  8. Dövlət Statistika Komitəsinin hesabatları və materialları.

  9. «Ценные бумаги. Учебник» / Под ред. В.И. Колесникова. В.С. Торканиковского М.: Финансы и статистика, 2000 г.

Ю.Рынок ценных бумаг: Учебник / Под ред. В.А. Галанова, А.И. Басова. М : Финансы и статистика, 2000



1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə