Fənn: Fəlsəfə və tənqidi təfəkkür. Mövzu:İslamın Azərbaycanda yayılmasının tarixi əhəmiyyəti. Baki-2010




Yüklə 20.4 Kb.
tarix26.04.2016
ölçüsü20.4 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN UNİVERSİTETİ

ESSE
Fakültə: İqtisad və idarəetmə.

İxtisas: Dövlət və bələdiyyə idarəetməsi.

Kafedra: İctimai elmlər kafedrası.

Fənn: Fəlsəfə və tənqidi təfəkkür.

Mövzu:İslamın Azərbaycanda yayılmasının tarixi əhəmiyyəti.

BAKI-2010

GİRİŞ


Ölkəmizin müstəqillik qazandıqdan sonra, sovetlərin totalitar aparatına son qoyulduqdan sonra ölkəmizdə milli irsimizin öyrənilməsi rolunda irəliləyişlər baş verdi. Yetmiş illik sovet sistemi gücünü ölkəmizin milli adət-ənənələrini boğmağa, əsrlər boyumədəniyyətimizin dayağı olan dinimiz İslamın məhdudlaşdırmağa və haradasa qadağan olunmasına gətirib çıxarmışdır. Hətta bizlərə bizim “qılınc müsəlmanı” olduğumuzu aşılamağa çalışırdılar. Guya bizim xalq İslamı zorla qəbul etmişdilər. Şübhəsiz ki, bunlar bizləri dindən uzaqlaşdırmaq üçün yayılan dedi-qodular idi və yəqin bunlar yuxarıların “sifarişi” ilə yerinə yetirilirdi.

Şəxsən məndə haradasa bu fəlsəfənin təsiri ilə yaşamışam. Hər addımbaşı bu sözü eşitmək adama xoş təsir bağışlamırdı. Ancaq elmlə xüsusən də tarixlə dərindən maraqlandıqca bu söhbətlərin nə qədər yalançı olduğunu insan başa düşür.

ƏSAS HİSSƏ

Qədim türklərin hələ o vaxt bütpərəst dinlərin hökm sürdüyü bir vaxtda, baş əydikləri inancın təkallahlı olması türklərin daha böyük bir mədəniyyətə malik millət olduğuna dəlalət eləyir. İslamın qəbulu isə türk xalqlarının mədəniyyətinə uyğun gəldiyinə görə onların bu dini qəbul etməsinə heç bir problem yaratmırdı. Biz artıq bilirik ki, orta asiyada Səlcuq türkləri İslam dinini könüllü qəbul etmiş və bu da onların sonralar yeni torpaqlara köç etmələrində və yürüşlərində onlara çox kömək olduğunu hamıya məlumdur. Başqa bir misal göstərmək olar ki, Xəzər xaqanlığının ərəbləri məğlub etmələrinə baxmayaraq sonralar xalq kütlələrinin bu dini qəbul etməsi yuxarıda deyilən sözlərə bir daha sübutdur.

Bu misalların sırasına Azərbaycan xalqının da hələ o vaxtlar, Alban xalqı adlandırılan bu xalqın İslam dinini qəbul etməsi bütün Azərbaycan ərazisində yaşayan bütün türkdilli xalqların bir dinə quluq etmələri vahid bir xalqın yaranması prosesinə kömək etmiş oldu. Sonralar Səlcuqların gəlişi ilə də Azərbaycanın feodal dövlətləri ilə siyasi birliklərinin olması, millilikdən çox dini prinsipə daha çox əsaslanırdı1. Bu siyasi birlik məmləkətimizin qərb sərhədlərində olan erməni-gürcü-bizans üçlüyünə qarşı mübarizədə xalqımıza çox böyük köməyi olmuşdur.2

Beləliklə, demək olar ki, İslamın Azərbaycanda və Qafqazda yayılması ərəfəsində burada yaşayan xalqların inkişaf etmiş mədəniyyəti, qədim ənənələrlə bağlı, fəlsəfi mühakimələrlə zəngin dini imanları olmuşdur. Məhz bu xüsusiyyət sonralar Qafqaz xalqlarının tarixi həyat yollarının müxtəlifliyini müəyyən etmiş və eləcə də onların dini həyatlarına öz təsirini göstərmişdir. Bununla əlaqədar iki məsələni xüsusi qeyd etmək istəyirəm. Əvvələn, gördüyümüz kimi, Azərbaycanda, ölkənin həm cənub, həm də şimal ərazilərində, fikir və əqidə yönümləri olduqca müxtəlif idi. Burada xristianlıqla yanaşı nəsturilik, manilik, bütpərəstlik və atəşpərəstlik də yayılmışdı. İslamın meydana çıxdığı ərəfədə bu dinin vətəni Məkkə və Mədinədə də məfkurə həyatı təqribən belə idi. Odur ki islamın təbliğ etdiyi fikirlər, uğrunda vuruşduğu qayələr Qafqazın bu ərazisində (Azərbaycanda) də yad səslənmirdi. İkincisi, siyasi sabitliyin olmadığı bir şəraitdə meydana çıxan fikir və əqidə müxtəlifliyi öz növbəsində milli birliyin də qəti qələbəsinə mane olurdu. İslamın bu ərazilərə gəlişi, burada yayılması və bərqərar olması milli birlik üçün zəruri fikir təməli yaratdı.3

Müxtəlif xarakterli təlimlərin, insan kütlələrinin beynində belə desək müəyyən bir əqidə4 yaradıb onları (kütləni) parçalaması faktı hamıya məlumdur. Bu o dövrdə özünü daha da qabarıq göstərirdi, və əqidələrdən səmərəli şəkildə istifadə etməyə imkan vermirdi. Bundan bir qədər əvvəl, Alban hömdarı Cavanşirin dövründə siyasi vəziyyətin mürəkkəb olması bunu sübut eləyir. Bizansla Sasani arasındakı müharibələrdə Azərbaycan ərazisində hər iki ölkənin dinlərinə mənsub olan kütlələrin olması və onlardan bu imperiyaların öz siyasi məqsədlərində istifadə etməsi problemlər yaradırdı.

Azərbaycan ərazisində hələ Alban dövləti yaranarkən belə bu ərazidə 26 dildə danışan tayfaklar var idi. Xarici düşmənlərdən müqavimət göstərmək zərurəti və irriqasiya qurğularına tələbat onları tayfa birlikləri yaratmağa məcbur etmişdir. Amma sonrakı hadisələr bunun tam başa çatmadığını göstərmişdir. Din müxtəlifliyi o dövrdə ölkəni parçalaya bilərdi. Hətda ərəblərin gəlişindən sonra məmləkətimizin hamsısının İslamı dini qəbul etməsi

İlk dövrlərdə ərəb-islam futuhatının bir çox ölkələrlə sülh müahidələrinin bağlanması ilə nəticələnməsi təsadüfi deyildi: Sasanilərin və Bizansın zülmündən cana doymuş yerli əhali ərəbləri xilaskar kimi qarşılayırdı. Belə mürəkkəb siyasi vəziyyətdə ərəblərlə sülh ümumi sabitlik üçün şərait yaradırdı. Görünür, ərəb-islam mücahidlərinin inamı və Quranın hikmətli sözü də yerli əhali ilə münasibətlərə öz təsirini göstərmişdir.
NƏTİCƏ

Bir çoxları hələ indinin özündə də İslam dininin Azərbaycanı öz inkişaf yolundan döndərdiyini hətda ərəblərin gəlişindən sonra məmləkətimizin hamsısının İslamı dini qəbul etməsi, şimal-qərbdəki xristianların gürcülərləşməsi, Qarabağ ərazisində yaşayanların erməniləşməsini, millətimizi ümumislam dünyasına qatıldığını və nailiyyətlərimizin ümumislam adı ilə verilməsini yaxşı hal kimi qiymətləndirmirlər. Hətta bunun Azərbaycan maarifçilik və milli ideyalarımızın yarandığı dövrdə, radikal islamın onlara qarşı çıxmasını belə misal gətirənlər var ki, Azərbaycanda ölkəmizin öndə gedən şəxsləri maarifçilik ideyasını yaradarkən, insanlara milliliyi aşılayanda onlardan soruşurdular ki sənin milliyətin nədir? Onların cavabı belə olurdu ki, “mən müsəlmanam”. Onların belə cavabı bir çoxlarının indi belə düşünməsinə şərait yaradır. Ancaq onu qeyd etmək lazımdir ki, dinimiz milli ideyanın yaranmasına heçdə mane olmamış, sadəcə olaraq bunun bir qədər zəhmət tələb etdiyini nəzərə almaq lazımdır. İslamın heçdəAzərbaycan tarixindəki rolunu danmaq olmaz. Mən hələ İslamın XVI əsrdə yaranmış mərkəzləşdirilmiş Səfəvilər dövlətinin Azərbaycan tarxinə verdiyi töhvəni demirəm.



Ədəbiyyat:

  1. Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda İslam. Bakı-1991

  2. Rəbiyyət Aslanova. İslam və mədəniyyət. Bakı-2002.

1 Bunu nəyə görə qeyd edirəm: Hələ XIX əsrin əvvəlində Azərbaycanda ölkəmizin öndə gedən şəxsləri maarifçilik ideyasını yaradarkən, insanlara milliliyi aşılayanda onlardan soruşurdular ki sənin milliyətin nədir? Onların cavabı belə olurdu ki, “mən müsülmanam”. Bu hələ XIX əsrdə belə olarkən, XII əsrdə hər hansı milli prinsipdən danışmaq düzgün olmazdı.

2 Azərbaycan tarixi. Bakı-1996.

3 Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda İslam. Bakı-1991, səh.42.

4 Əqidə islami termin olsa da, burada müəyyən dini-fəlsəfi cərəyana etiqad nəzərdə tutulur.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə