Fəlsəfi antropologiya




Yüklə 15.48 Kb.
tarix30.04.2016
ölçüsü15.48 Kb.
Fəlsəfi antropologiya
Fəlsəfi antropologiya (yun. “anthropos”- insan və “logos”- təlim, söz ) ekzistensializmə yaxın olan fəlsəfi prinsipi insanın elmi baxımdan öyrənilməsi ilə birləşdirmək, seçdikləri fəlsəfi prinsipləri elmi faktlarla əsaslandırmaq cəhdindən ibarətdir.

XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin problemi əks etdirən çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya adı altında birləşir. Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkanlarını dərindən anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə M.Haydegger «Kant və metafizika problemləri» adlı əsərində Kantın məşhur «Mən nəyi bilərəm?», «Mən nə etməliyəm?» və «Mən nəyə güvənə bilərəm?» fikirlərinin yeni yozumunu verməyə çalışmışdır. Öz məcmusuna görə, «insan nədir» ümumiləşdirici fikrinə aparıb çıxarırdı. Əslində fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik?

Fəlsəfi antropologiya emosiya, instinkt, ehtiras sahələrini tədqiq etməyə cəhd edir, insanın daxili aləmindəki bu cəhətləri mütləqləşdirir, zehni (intellektual) başlanğıcın rolunu kiçildir.

Antropoloji fəlsəfənin nümayəndələri özlərinin insan və onu əhatə edən gerçəklik haqqında anlayışlarını insanın öz varlığından çıxarır, dünyanı insanın mahiyyətindən törəyən bir şey hesab edirlər.

Fəlsəfi antropologiyanın ideya mənbələri hər şeydən əvvəl alman romantik fəlsəfəsi və həyat fəlsəfəsinin sonrakı mərhələsidir. İnsan varlığının müxtəlif təzahürlərinin meltodoloji cəhətdən əsaslandırılması və bilavasitə təhlili üçün fəlsəfi antropologiya – kantçılıq və yeni kantçılıq transsendentalizminin, Husserlin transsendental fenomenologiyasının, Haydeggerin ekzistensializminin bəzi prinsiplərindən geniş istifadə edir. Fəlsəfi antropologiyaya Nitsşe və Dilteyin də təsiri böyükdür.

Fəlsəfi antropologiya indiki zamanda yalnız fəlsəfi bilik sahəsi, müəyyən fəlsəfi istiqamət deyil, həm də məntiq sahəsinə prinsipcə daxil olmayan xüsusi təfəkkür metodudur. Yeni fəlsəfi antropologiyanın başlanğıc nöqtəsi konkret (tarixi, sosial, ekzistensial, psixoloji) situasiyada insandır.

ХX əsr fəlsəfəsinin dini-idealist cərəyanlarından biri də fəlsəfi antropologiya çərçivəsində fəaliyyət göstərən personalizmdir. (lat. «persona»-şəxs, fərd). Personalizmin fərqləndirici əlaməti şəxsiyyətin ilkin reallıq və ali mənəvi dəyər hesab edilməsidir. Burada şəxsiyyət varlığın ilkin mənəvi elementi sayılır. Personalizmdə Ali şəxsiyyət hər şeyə qadir olan AIIahdır.

Personalizmə görə əsas sosial vəzifə dünyanı dəyişdirmək deyil, şəxsiyyəti dəyişdirmək, yəni onun mənəvi kamilliyə çatmasına kömək etməkdir.

Fəlsəfi antropologiyanın əsas zəmini E.Qusserlinin fenomenoloji fəlsəfəsi və eksiztensializmlə qoyulmuşdur. Fəlsəfi antropologiyanın tərəfdarlarının fikrincə, ənənəvi fəlsəfi obyektivizm və pozitivizm idrakın subyektiv və fəal cəhətlərinə etinasızlıq göstərir, dünyanın mahiyyəti, mənbəyi kimi, insanın özünü kifayət qədər qiymətləndirmir, onun daxili təcrübəsini tam şəkildə nəzərə almır. Buradan da fəlsəfənin spesifik predmetinin axtarılması və onun elmi tədqiqatın predmeti ilə eyniləşdirilməsinə (pozitivistlərdə olduğu kimi) yol verməmək vəzifəsi meydana çıxırdı.

Fəlsəfi antropologiya tərəfindən tədqiq olunan konsepsiyalar şərti olaraq iki qrupa bölünür. Bunlar: subyektiv– antropoloji və obyektiv– ontoloji qruplardır. Birinci qrupa, insanın və dünyanın varlığını insanın özündən, subyektiv «Mən»dən asılı edən təlimlər daxildir. Bu zaman insana avtonom bir canlı kimi, obyektiv şərait və normalardan asılı olmayan varlıq kimi baxılır. Bu konsepsiyaya görə, insan azadlığının həqiqi əsasları kimi əqli– idraki fəaliyyətin daxili səbəblərdən törəyən ruhani– mənəvi qüvvələr, təhtəlşüur– irrasional və iradi impulslar başlıca amillərdir.

İkinci qrupa, varlığın mənasını, obyektin özündən, dünyadan çıxararaq dərk edən təlimlər daxildir. Bu zaman insan kosmosun, dünya əqlinin, ilahinin, mütləq ruhun ciddi determinasiya edilmiş sistemində mövcud olan bir varlıq kimi özünü göstərir. Onun real təbiəti zəruri olaraq fatalist xarakter daşıyır. Sosial– tarixi qanunauyğunluqları yaradır. Bununla yanaşı mahiyyətcə öz– özlüyündən varlığın öyrənilməsi deyil, onun faktiki möcudluğunun qanunları deyil, varlığın özünün mənasının izahı və aydınlaşdırılması təklif olunur. Belə bir fikir irəli sürülür ki, sırf subyektivlik hər cür obyektivliyin fəaliyyət göstərən əsasıdır, insanın əsl varlığı rolunda isə onun yaradıcılıq fəaliyyəti çıxış edir. Bu fəaliyyətin çıxış məqamı insan fəallığının məzmununu müəyyən edən dünyasıdır. İnsan dünyaya özünün həqiqiliyini əldə etməyə kömək göstərən, qarşısına qoyduğu vəzifələrin həyata keçməsinə yardım edən bir vasitə kimi münasibət bəsləyir. Nəticədə insan mənəvi və s. dəyərlərin məcmusu kimi dünyanı yaradır. Çünki bunsuz onun həyatının mənası, demək olar ki, yoxdur.

Öz fikirləri, müddəaları prinsiplərinə görə fəlsəfi antropologiya cərəyanının nümayəndələri fizikalistlərə, sosiobioloqlara və strukturalistlərə bölünür. Birincilərin baxışlarının əsasını dünyanın fizika mənzərəsi, fiziki inkişaf qanunlarının dərk edilməsinə oriyentasiya təşkil edir (U.Kuayn, c.c.Smart, c.Armstronq). sosiobioloq­lar insanın davranışı haqqında təsəvvürləri bioloji qanunlarla əlaqələndirirlər (K.Lorens, Uilson, R.Qrivers, R.Aleksander). Struk­turalistlərin fikrincə, həqiqi mənada tarix yoxdur. İctimai həyat və insanın özü müvafiq bütövlüyün ancaq konkret ifadəsidi. Ona görə də insan azadlığı yoxdur. Bu azadlıq rol və funksiyalarla əvəz olunmuşdur (K. Levi– Stross, M.Fuk, J.Derrida). 70– ci illərdə fəlsəfi antropologiya problematikasının dəyişilməsi müşahidə edilir. Bu da özlüyündə insanın fəlsəfi– antropoloji izahının konkret elmi bazasının genişləndirilməsi ilə əlaqədar idi. İnsan təbiətinin təbii– elmi təhlilinin dairəsinə ruh və mədəniyyət haqqında elmlər də cəlb edilir. Daha doğrusu «yeni antropologiya» haqqında söhbət başlanır. Bu dalğanın nümayəndələri M.Şeler və Q.Plesner idi. M.Şeler «İnsanın kosmosda vəziyyəti» əsərində (1828) fəlsəfi antropologiyanın mahiyyəti haqqında əsas elm kimi təqdim edir. Bu elm insanın varlığını bütövlükdə, müxtəlif sahələri ilə birlikdə konkret elmi və praktiki cəhətdən öyrənilməsini birləşdirməlidir. Q.Plesnerin «Üzviliyin pillələri və insan» (1928) adlı böyük əsərində insanın mahiyyətinin bəzi aspektləri heyvanlar və bitkilər aləminə münasibət baxımından araşdırılmışdır.

Fəlsəfi antropoloji tədqiqatların sonrakı inkişafı və mədəniyyət sahəsindəki tədqiqatlarla zənginləşdirilmişdir. Nəticədə «mədəni antropologiya» xətti də inkişaf etməyə başlamışdır.

Fəlsəfi– dini antropologiya isə (Q.E.Xenqstenberq, F.Xam­mer) insana etiqada əsaslanan, öz həyatını allahla münasibətdən asılı olaraq təşkil edən varlıq kimi yanaşır.



Bir sözlə, XX əsrdə insan problemi ilə Qərbdə saysız– hesabsız cərəyanlar məşğul olmaq­dadır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə