Fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu 9 iyun 2010 günlük informasiya buraxılışı Bakı ş




Yüklə 9.63 Kb.
tarix14.04.2016
ölçüsü9.63 Kb.

QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun

fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu
9 iyun 2010 günlük informasiya buraxılışı Bakı ş.

Işçi Qrupu QHT və KİV-ə dövlət dəstəyi qurumlarının elan etdiyi son müsabiqələrin nəticələri ilə bağlı araşdırma sənədi hazırlayır
QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu hər iki qurumun keçirdikləri son müsabiqənin nəticələrinə dair araşdırma sənədi hazırlayır. Bu barədə İşçi Qrupun əlaqələndiricisi, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirib.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi və Counterpart İnternational təşkilatı tərəfindən icra edilən Vətəndaş Cəmiyyəti Layihəsi QHT-lər üçün 19 mart 2010-cu ildə elan etdiyi birgə maliyyə yardımı müsabiqəsi başa çatıb. QHT Şurası müsabiqədə, ətraf mühit və iqlim dəyişikliyi, eləcə də qadın və gənclərin inkişafı ilə bağlı istiqamətlər üzrə təqdim olunan layihələrə üstünlük verildiyi bəyan edilib. Şuranın məlumatına görə, 16 aprel 2010-cu ilədək davam edən müsabiqəyə QHT koalisiyalarının təqdim etdiyi 25 layihə Şura və Counterpart İnternational təşkilatının yaratdığı birgə komissiya tərəfindən araşdırılaraq qiymətləndirilmiş və 6 layihə qalib elan olunmuşdur. Onların layihələrinə üst-üstə 43.815 manat vəsait ayrılıb.
Bu günlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi yazı müsabiqəsində də qaliblərin siyahısı açıqlanıb. Fondun rəsmi məlumatına görə, 9 istiqamət üzrə 27 nəfər qalib elan edilib, 10 nəfərsə həvəsləndirici mükafata layiq görülüb.
C.Sümərinli bildirdi ki, qalib elan olunmuş bir sıra layihələr və yazılar diqqəti çəkir. “Yaxın günlərdə hər iki qurumun keçirdiyi birgə müsabiqələrin nəticələrinə dair açıqlamamız olacaq”, - deyə o bildirdi.
Xatırladaq ki, İşçi Qrupu 2010-cu il aprelin 7-də altı QHT və KİV qurumunun iştirakı ilə yaradılıb. İşçi Qrupunun əsas hədəfi QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqların üzə çıxarılmasıdır. İşçi Qrupu hesab edir ki, indiyədək hər iki qurumun fəaliyyətinə ayrılmış 8 milyon manatlıq vəsaitin 90 faizi səmərəsiz istifadə olunub. Bu vəsaitin 40 faizə qədərinin korrupsiya hədəfinə çevrilməsinə dair İşçi Qrupunda şübhələr var. Bu və digər şübhələrə aydınlıq gətirilməsi üşün İşçi Qrupu may ayının 19-da hər iki qurumun rəhbəri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edərək qalib elan edilmiş 39 layihənin hər birinə aid 6 sənədi tələb edir.


  1. Layihə Təklifi

  2. Layihənin Büdcəsi

  3. Layihənin İcra Planı

  4. Layihənin qalib olmasına səs verən ekspertlərin adları və verdikləri xallar

  5. Layihələrin yoxlanılmasında Şuranın istifadə etdiyi metodologiya və qaliblərin Şura tərəfindən əsaslandırılmasının meyarları,

  6. Şura rəhbərliyinin qalib elan olunan layihələrlə bağlı indiyədək həyata keçirdiyi monitorinqlərin nəticələri.


Bu günə kimi hər iki qurum rəhbərləri müraciətə cavab verməyiblər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə