Faqositozda faqosom və faqolizosomun formalaşması,faqolizosomun mikrobosid amilləri




Yüklə 14.66 Kb.
tarix22.04.2016
ölçüsü14.66 Kb.
Faqositozda faqosom və faqolizosomun formalaşması,faqolizosomun mikrobosid amilləri.
Faqositoz başlica olaraq neytrofil qranulositlər və makrofaqlar vasitəsilə orqanizmə daxil olmuş mikroorqanizmlərin , yad cisimciklərin , orqanizmə müxtəlif səbəblərdən antigenlik xüsusiyyətini dəyişmiş hüceyrələrin udulması və zərərsizləşdiririlməsi prosesidir. Bununla bərabər faqositoz drenaj funksiyasını da icra edir. Orqanizmə yad cisimciklərin , o cümlədən bakteriyalarin daxil olması müdafiə xarakterli iltihab reaksiyalarina səbəb olur. Bu vacib reaksiyalar müvafiq klinik əlamətlərlə təzahür edir. Hiperemiya , şişmə, hərarətin yüksəlməsi və ağrılarla təzahür edir.

Faqositoz prosesi 3 mərhələdən – miqrasiya , udulma və öldürmə mərhələsindən ibartdir.

İkinci mərhələdə faqositlərin hüceyrə membranı səthinə adheziya olunmuş obyektlər burada əmələ gəlmiş yalançı ayaqlar vasitəsilə əhatə olunur,nəticədə faqosit protoplazmasında faqosomlar əmələ gəlir.Sonrakı mərhələdə faqosit daxilində faqosomun lizosomlarla qovuşması nəticəsində faqolizosomlar formlaşır və burada obyekt faqositin fermentləri təsirindən işlənir,dezinteqrasiyaya məruz qalır,həzm olunur.Udulmuş mikroorqanizmlərin faqositlər tərəfindən tamamilə həzm edilməsi tam faqositoz adlandırılır.Bəzi mikroorqanizmlərin faqositlərin daxilində işlənilməsi –prosesinq opsonizasiya olunmadan belə baş verə bilər.Digər hallarda isə hətta aktivləşmiş faqositlər daxilində belə obyektlər həmişə prosesinqə məruz qalmırlar,yaxud sonuncu ümumiyyətlə baş vermir.Bu vəziyyət ən çox qranulomatoz infeksiyaların (məsələn, vərəm,brusselloz və s.) törədicilərilə müşahidə olunur və natamam faqositoz adlanır.

Mikroorqanimlərin faqositlərlə kilinqi müxtəlif mexanimlər vasitəsi ilə baş verir. Bu mexanizmləri iki – oksigendən asılı və asılı olmayan mexanizmlər.



OKSİGENDƏN ASILI MEXANİZM faqasom formalaşdiqdan dərhal sonra fəaliyyətə başlayir . Bu zaman faqositlər faqasom daxilindəki obyektləri oksigen radikallari vasitəsi ilə məhv edirlər . Oksigenin udulması faqositlərdə oksigen radikallarını – superoksid radikalının və hidrogen peroksidin hasilatı ilə nəticələnən “ respirator partlayiş” ilə müşaiyət olunur. Yüksək mikrobosid aktivliyə malik olan bu maddələrin sintezi

O2+ 1e-= O2- və 2O2+ 2H+ = H2O2+ O2 reaksiyaları ilə gedir. Hidrogenperoksid superoksiddən daha yüksək antimikrob aktivliyə malik olsada katalaza- müsbət mikroorqanizmlərə , o cumlədən də stafilokoklara qarşi az effektlidir. Belə ki, mikroorqanimlərdəki katalaza fermenti hidrogen peroksidi suya və atomar oksigenə parçalamaqla onları bu maddənin toksik təsirindən qoruyur.

Faqositlərin digər bir fermenti olan mieloperoksidaza vasitəsi ilə Cl-+ H2O2= ClO + H2O reaksiyası əsasında yüksək reaktivliyə malik hipoxlorit ionunu əmələ gətirir. Bu reksiyada hidrogen peroksid xlor ionu ilə mieloperoksidaza fermentinin iştiraki ilə hipoxlorit ionunu əmələ gətirir. Hipoxlorit ionu hüceyrə divarını zədələyir, bəzən H2O2 ilə əlaqə olaraq singlet oksigen də əmələ gətirə bilər , sonuncu isə oz növbəsində membran lipidlərində yağ turşulari ilə reaksiyada olarq hüceyrəni zədələyir.

OKSİGENDƏN ASILI OLMAYAN MEXANİZMLƏR anaerob şəraitlərdə önəmlidir. Bu mexanizmllərin əsasinda faqositlərin lizosomal fermentləri vasitəsi ilə mikroorqanizmlərin kilinqi dayanır. Lizosomal fermentlər qranulaların tərkibində olur. Deqranulyasiya zamanı neytrofilin sitoplazmasi daxilində olan iki tipli qranulalar faqosomla qovuşurlar və onlarin içindəki faqosoma boşalaraq prosesingdə iştirak edirlər . Qranulalarin daxilində faqolizosomlarda faqosit obyektinin kilinqi və deqradasiyasi üçün zəruri olan çox sayli fermentlər vardır:


  • iri ölçülü lizosom qranulalari ümumi qranullarin təxminən 15 %-ni təşkil edir. Onlarin daxilində çox vacib mieloperoksidaza fermenti həmçinin lizosim, eləcədə digər deqradasiya edici enzimlər olur.

  • Kiçik ölçülü qranulalar – 85% təşkil edir, tərkibində əsasən laktoferrin , deqradasiaya edici enzimlərdən proteazalar və lipazalar müşahidə olunur. Lizosomal qranulalar hüceyrəxarici sahələrə və eləcədə faqasom daxilinə açıla bilər . Huceyrəxarici sahələrdə bu göbələklərin miseliləri kimi iri olçulu strukturları deqradasiya etməklə onların faqositlər tərəfindən udulmasını təmin edir.

Oksigendən asılı olmayan mexanizm laktoferrin , lizosim, kation zülalları və s. kimi fermentlərlə yanaşı turş pH ilə də əlaqəlidir.

Laktoferrin bakteriyalardan dəmiri özünə birləşdirir , lizosim bakteriyaların hüceyrə divarında peptidoqlikanı deqradasiyaya uğradır, kation zulalları isə bakteriya membranlarını zədələyir və s.

Makrofaqlar da PNL kimi miqrasya edir, faqositar obyektləri udur və neytrofillərə oxşar proseslərlə bakteriyaları kilinqə uğradırlar , hərçənd burada bir sıra fərqlər ayırd edilir.


  • makrofaqlarda mieloperoksidaza yoxdur , buna gorə də onlar hipoxlorit ionundan istifadə edə bilmirlər , fəqət onlar “ respirator partlayiş” vasitəsilə H2O2 və superoksid ionu hasil edirlər.

  • Bəzi mikroorqanizmlər , xüsusilə də vərəmin , brusellozun və eləcə də toksoplazmozun törədiciləri başlıca olaraq makrofaqlarla faqositaza məruz qalırlar. Onlar makrofaqlarin daxilində canlı qalaraq çoxala bilirlər. Bu infeksiyalar zamani formalaşmış qranulomalarda makrofaqlar aşkar edilir.

  • Makrofaqlar plazminogeni aktivləşdirici amil sekresiya edirlər və bununla da plazminogenin plazminə çevrilməsi baş verir, bu isə öz

növbəsində fibrin laxtasını parçalanması , həll olması ilə nəticələnir .

Faqositozun orqanizmin müdafiə mexanizmində əhəmiyyəti aşağıdakı mülahizələrlə bir daha təsdiq olunur.



  • uşaqlarda aşkar olunan təkrar infeksiyalar əksəri hallarda faqositar proseslərində olan genetik çatışmamazlıqla əlaqəli olur .

  • müxtəlif səbəblərdən PNL sayı normadan az olan pasientlərdə infeksiyon xəstəliklər tez-tez baş verir. Başlıca olaraq şərti patogen mikroorqanizmlərlə törədilən bu xəstliklər normal –immun çatışmamazlığı olmayan şəxslərdə nadir hallarda müşahidə olunur.

Yuxarıda göstərildiyi kimi , monositlər və makrofaqlar orqanizmdə ancaq faqositar funksiyanı ifa etmirlər. Funksional xassələrinə görə bu hüceyrələrin 2 böyük subpopulyasiyasi ayırd edilir.

1-cilər – ancaq faqositoz prosesində iştirak edir, 2-cilər isə faqositoz və bunun nəticəsində antigenin limfoid hüceyrələrə təqdim olunması funksiyasini ifa edirlər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə