Fanilər və Fanilər Mövsümü




Yüklə 352.17 Kb.
səhifə3/14
tarix22.02.2016
ölçüsü352.17 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

AİP sədri Hacı Mövsüm Səmədov partiyanın baş məclisində respublikadakı durumla bağlı çıxış etdi (2 yanvar, 2010)

Çıxışın tam mətni


Bismillahir-Rəhmanir-Rəhim
Bu gün beynəlxalq aləmdə və ölkəmizdə mühüm məsələlərdən biri hicab məsələsidir və müsəlmanlar başda olmaqla bütün insanlar buna görə çox narahatdır. Misir Mərdanov bu məsələdə inadkarlıq edir, hətta inadkarlıqdan da yuxarı, öz çıxışlarında bildirib ki, məsələ Azərbaycanın xaricindən yeridilən bir məsələdir. Yəni Azərbaycan xalqının hicaba heç bir aidiyyatı yoxdur.
Yəqin Misir Mərdanov cənabları ya özləri Azərbaycanda dünyaya gəlməyib, ya valideyinləri Azərbaycanda yaşamayıb. Yəni bu insanların Azərbaycana mənsubiyyəti yoxdur.
Azərbaycan xalqı müsəlman bir xalqdır, İslam dinini ilk qəbul edən və ona əməl edən bir xalqdır. İslamın vacibatlarından biri də hicabdır və xalqımız həmişə buna sadiq qalan bir xalqdır. Diqqət etsək görərik ki, şəhid Mübarizlər, şəhid Fəridlər də o pak anaların, hicablı anaların ağuşunda böyüyüb tərbiyə alıblar.
Bu insanın (M. Mərdanovun) nə Qurani-Kərim, nə İslamla lazımi həddə tanışlığı yoxdur, nə də Azərbaycan tarixini bilir.
Azərbaycan xalqından uzaq insanlarımız var ki, bu iddialarla səhnəyə gəlirlər. Sonra da öz çıxışlarında deyəndə ki, bu məsələ xaricdən gəlir, sual ortaya çıxır: xaric deyəndə həmin şəxslər haranı nəzərdə tutur?
Olmaya xaric deyəndə keçən əsrdə on milyonlarla günahsız insanı, bu əsrin əvvəllərində 1.3 milyondan çox, o cümlədən 100 mindən çox günahsız iraqlı, əfqanıstanlı, pakistanlı, yəmənli müsəlman qardaşlarımızı qanına qəltan edən Amerika və sionizmi nəzərdə tutursunuz?
Kimi nəzərdə tutur xaric deyəndə? Yaxud “Vaşinqton Post”, “Nyu York Tayms” kimi qəzetlərdə haqqında yazılan, ölkə prezidenti İlham Əliyevin və onun ətrafındakı məmurların mənimsədiyi milyardları, Azərbaycan xalqını, dövlətini qarət edib xarici banklara dolduranları, 100 milyonluq adalar, imarətlər alan və Azərbaycan xalqına dağ çəkən bu insanları nəzərdə tutur?
“Le Figaro” qəzetində ölkə prezidentinin ailəsi əxlaqsızlıqda suçlanır. Bu gün Azərbaycan qəzetlərində “Le Figaro” qəzetinin üzrxahlığı çatdırılır. Amma demirlər nəyə görə üzrxahlıq edir. Bəlkə xaric deyəndə bu insanlar bunu nəzərdə tuturlar? Nəyi nəzərdə tuturlar xaric deyəndə? Bir şəffaf danışsınlar görək nəyi nəzərdə tuturlar.
Bu gün həqiqəti açıq demək lazımdır. Nə vaxta qədər gizlədəcəyik, nə qədər məmur-məmur deyib bu məsələni səhnədən kənara çəkəcəyik.
Bu gün Azərbaycan xalqı zəngin neft və qaz yataqlarına, digər təbii sərvətlərə malik olmasına baxmayaraq azərbaycanlı gənc üçün ölkədə iş yeri tapılmır. 3 milyondan çox, 4 milyona yaxın Azərbaycan vətəndaşı ölkədən didərgin düşüb. Azərbaycan övladı Avropada, qərb ölkələrinin müxtəlif düşərgələrində, yaxud da Rusiyanın soyuq mühitində qalmağa razıdır, amma öz vətəni Azərbaycana qayıtmağa razı deyil.
Kimdi bu mühiti yaradan? Azərbaycanda bir gənc istəsə istehsalla məşğul olsun, biznes və digər sahələrdə bir iş görsün, görünməyən və qanunda olmayan elə vergilərlə yüklənir ki, məcbur olur o işdən əl çəkib ya cinayətə əl atsın, ya da ölkəni tərk edib getsin.
Əzizlərim, Azərbaycanda ədalətsizlik və rüşvət elə bir həddə çatıb ki, hətta Kürün təmizlənməsi üçün ayrılan pul vəsaitləri rüşvətxor məmurlar tərəfindən yeyilib. Nəticədə görürük ki, bu hadisədən sonra Kürdə böyük daşqınlar baş verir və ətrafda yaşayan insanlar su altında qalır.
On minlərlə insan belə acınacaqlı vəziyyətdə olduğu halda, çoxları bir qarın çörəyə möhtac ikən Bakıda “Gül bayramı” keçirərək 10 milyonlarla, bəlkə də 50 milyon civarında və ondan da artıq xalqın beytul-malı (sərvəti) zay olur, xalq isə möhtac vəziyyətdədir.
Televiziya və radio şəbəkələrindəki əxlaqsızlıqlardan danışmağa dəyməz. Azərbaycan İslam Partiyası (AİP) bununla əlaqədar Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına müraciət edib. Müraciətin cavabında Nuşirəvan Məhərrəmov da qeyd edib ki, biz də bu məsələni qəbul edirik və bu acınacaqlı vəziyyətin belə olmasına etirazımızı bildiririk.
Nuşirəvan Məhərrəmov həmçinin deyir: “Amma nə edək ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etmək haqqımız yoxdur”. Yəni onlar hər nə istəsə edə bilərlər, amma biz gedib deyə bilmərik ki, sən bu camaatın balasını niyə pozğunluğa çəkirsən, niyə bu fəsadlı filimləri verib ailələri dağıdırsan, bizim bunu deməyə haqqımız yoxdur.
Bu qanunlar harda tənzim olunur, bunların hökmü hardan gəlir? Qanunlar hansı milli-mental xüsusiyyəti nəzərə almaqla tənzim olunub? Biz sual edirik, hardan gəlib çıxır bu qanunlar?! Bəli, haqqı bəyan edib camaata çatdırmaq vaxtı gəlib.
Bu gün Azərbaycan xalqı Məhərrəm ayında matəm saxlayır. Xalq 1400 il bundan qabaq baş vermiş faciələri bir-bir təhlil etsə görər ki, İmam Hüseynin (ə) başına hansı faciələr gəldi?
Əgər biz bu faciələrə nəzər salsaq görərik ki, Yezid ibn Müaviyənin 1400 il bundan qabaqkı əməlləri ilə bu gün Azərbaycan prezidentinin əməlləri arasında heç bir fərq yoxdur. O da gəncliyində fasiq, qumarbaz bir şəxs kimi tanınıb, Azərbaycan prezidenti də. İstər Azərbaycan, istər Türkiyədə olan hadisələrə nəzər salsaq buna şahid olarıq.
Hakimiyyətə gələndən sonra Yezid ibn Müaviyə birinci azan səsinin qabağını almağa səy edir. Atası Müaviyyə ibn Əbusüfyanın istəyi bu idi ki, Peyğəmbərin (s) sədası asimanalara qalxmasın. Bu gün görürük ki, Azərbaycanda eyni proseslər gedir.
Yezid ibn Müaviyə Allahın evinə hücum edərək od vurub yandırır. Bu gün də görürük ki, Azərbaycanda bir neçə məscid müsəlmanların başına uçurulub, bu cür də davam edir. Azərbaycanda hətta məscid məhkəməyə verilir və müsəlman xalq qarşısında insanlar qalıb, məscidi məhkum etməyə başlayırlar. Təəssüflər olsun ki, Azərbaycan xalqı belə faciələrlə qarşılaşıb.
Yezid ibn Müaviyə “Lat” və “Uzza” kimi bütləri səhnəyə gətirib insanları bütpərəstliyə dəvət edirdisə, bu gün Azərbaycan cəmiyyətində Heydər Əliyev bütünü yonub cəmiyyəti onun altından keçirdirlər ki, camaat bu bütə sitayiş etsin.
O gün Kərbəlada Yezid ibn Müaviyənin ordusu İmam Hüseyni (ə) şəhid edəndən sonra, Peyğəmbərin (s) hərəminə hücum çəkib, Peyğəmbərin (s) qız balalarının örtüyünə əl atdı, onları “Ya Muhəmməda, ya Muhəmməda” fəryadları altında səhralara saldı. Bu gün də biz görürük ki, həmin İmam Hüseyn (ə) məktəbinin ardıcıllarının, onların övladlarının baş örtüyünə xəyanətkar əllər uzanıb.
Eyni səhnələrdi. Bu məsələlər getdikcə də dərinləşir, daha da şiddətlənir. O zamanlar da günahsız insanları zindanlara salırdılar, min cür işgəncələr verirdilər, bu gün də bizim 5 əziz qardaşımızı, o insanları ki, küçələrə çıxıb “Ya Muhəmməda” deyib Peyğəmbərin (s) adını, şəhidlik məqamını yaşatmaq istəyiblər, bu günahsız balalarımıza üst-üstə 21 il 6 ay iş veriblər.
Hacı Əli qardaşımız bəlkə 200-dən çox insana Quran öyrədib, Quran təlimi verib. Müxtəlif dini şüarları divarlara yazanda tutub, narkotik ittihamı ilə 2 il 6 ay həbs veriblər.
Azərbaycan hansı istiqamətə gedir? Hansı tərəfə hərəkət edir? Belə getsə görürük ki, 37-ci illər burada yenidən yaşanacaq.
Xalqımız belə bir faciəyə tərəf gedir. Buna görə Peyğəmbər (s) buyurur ki, “Nə vaxt dininizə bəla gəlsə, canınızı verib dininizi qoruyun!” Məgər bu gün o vaxt gəlib çatmayıb? Buna görə də Azərbaycan xalqı bu məsələ ilə bağlı ayağa qalxsın və oyaq olsun.
Əgər bu şəxslər bizim dinimizə, mənəviyyatımıza, axirətimizə əl uzadarlarsa biz də onların dünyasına əl uzadarıq.
Bu gün Azərbyacan xalqı belə bir zalım rejimin və onun Yezid sifətli rəhbərinin hakimiyyətinə son qoymalıdır. İnanın bundan o tərəfi yoxdu. İnanın bundan sonrası daha böyük faciələrdir.
Yəhudilər burada nələr hazırlayıb? Yezid ibni Müaviyənin ətrafında yəhudi və nəsrani məşvərətçilər var idisə, indiki hakimiyyət tam surətdə sionizmin ixtiyarındadır.
Əzizlərim! Azərbaycanı hara istəyirlərsə, elə o istiqamətə də aparırlar. Bu gün Azərbaycan xalqını bu zülmün qarşısında durmağa dəvət edirəm, bu zülmün qarşısını almağa çığırıram. Quranda buyurulur: “Əgər Allah-Təala bizə yardımçı və köməkçi olsa, heç bir kəs bizə qalib gələ bilməz”
Bu gün Allahın bir bəndəsi kimi, Peyğəmbərin (s) bir ümməti kimi bizim hər birimizin vəzifəsidir ki, zülmü görək, insanlara çatdıraq və onun müqabilində duraq.
Mən Allah-Təala qarşısında öz vəzifəmi yerinə yetirilmiş bilirəm. Allah, fəqət Sən şahidsən ki, sənin razılığını əldə etmək üçün bu addımı atdım, bundan başqa məqsədim olmadı.
Hüseyncan (ə), Kərbəlaya gələ bilmədik, bu gün gəlmişik. Hüseyncan, sənin dinini və sənin yolunu müdafiə etməyə gəldik, inşallah.
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə