Fanilər və Fanilər Mövsümü




Yüklə 352.17 Kb.
səhifə14/14
tarix22.02.2016
ölçüsü352.17 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Anar Qasımlı: "O, məni heyrətləndirmişdi"


Onunla ilk dəfə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisində təxminən 15-20 dəqiqə görüş imkanım oldu. Təxminən 2 həftə də orda qalmasına baxmayaraq, sonralar bizim görüşməyimizə imkan vermədilər. Növbəti dəfə Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında görüşdük. Vəkil otağında idik. Xahiş etdim bizə çay gətirdilər. Etiraz etmədi. Yağışlı hava idi.

İkimizə də çay süzüb, özüm dərhal birini içdim. Üçüncü stəkanı da içib qurtarandan sonra fərq etdim ki, o çayı içmir. Niyə içmədiyini soruşdum. Çayı sevmədiyini və çox soyuq halda içdiyini bildirdi. Əlavə etdi ki, soyusun stəkandakını içərəm, siz narahat olmayın için. Beləcə, söhbətimiz bitənədək ikinci çayniki boşaltdım. O isə, hələ də çayını soyudurdu, bir qurtum da içməmişdi.

Hələ də heç nə anlamır və təkid edirdim ki, yenidən çay gətirsinlər ki, o da bir stəkan içsin. Çox israr etdiyimi görüb oruc olduğunu dedi. Əlbəttə, mən çox utandım. Amma onun oruc ola biləcəyini düşünmək mümkünsüz idi. Həm orucluq dövrü deyildi, həm də o vaxtadək mən bu qədər saf dini əqidəsi olan insan görməmişdim. Rahat çayımı içim deyə oruc olduğunu məndən gizlətmişdi.

O zamana qədər tanıdığım dindar insanlar isə, adətən dindar və namazqılan olmalarını dərhal reklam edirdilər. Hələ orucluq vaxtı oldumu, gündə 50 dəfə orucam deyirdilər. Onu tanıyanadək insanların oruc olmalarını onların öz dilindən eşitmişdim, heç kimin əməlində orucluq görməmişdim. O, məni heyrətləndirmişdi: fərqli olması ilə, saf əqidəsi ilə. Bəlkə də inanmazsınız, Kürdəxanıda olduğu təxminən 1 il 6 ay ərzində o hər gün oruc tutdu.

Söhbət Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovdan gedir. Bu gün onun həbsindən 2 il ötdü. Allah köməyi olsun. Bu ölkədə ona kömək etmək heç bir bəndənin işi deyil.
Anar Qasımlı - vəkil

(IslamAzəri)


08.01.2013

Hacı Mövsüm Səmədov xəstəxanaya köçürülür


Bu barədə AİP liderinin həyat yoldaşı Mehparə Səmədova məlumat verib

Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Mövsüm Səmədov Penitensiar Xidmətin həbsxanalar üzrə mərkəzləşdirilmiş xəstəxanasına köçürüləcək. Bu barədə FaktXeber.com-a AİP liderinin həyat yoldaşı Mehparə Səmədova məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında ürəyində ağrıların yaranması Səmədovun həbsxanadan xəstəxanaya yerləşdirilməsini labüd edib: "Bu gün Hacını görmək üçün saxlandığı həbsxanaya gedəcəkdim. Lakin sonra özü mənə oradan zəng vuraraq gəlməməyimi söylədi. Səbəbini soruşduqda, səhhətində problemlər yarandığını və bu səbəbdən xəstəxanaya yerləşdiriləcəyini dedi."

Qeyd edək ki, Mehparə Səmədova bizə açıqlamasında həmçinin söylədi ki, son bir ayda Mövsüm Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb. Bu səbəbdən onun vaxtında dərmanları qəbul etməsi və həkim nəzarətində olması gərəkdir. (Xəbər44)


08.01.2013

Vəkili Hacı Mövsüm Səmədov haqda məlumat əldə edə bilməyib


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Hacı Mövsüm Səmədov haqda vəkilinə heç bir məlumat verilməyib.

Deyerler.Org-a bu məlumatı Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı verib. O həmçinin bunları əlavə edib: “Mənə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin qapısından dedilər ki, hazırda heç bir məlumat verə bilmirlər. Dedilər ki, sabah qeydiyyata düşdükdən sonra məlumat verə biləcəklər. Əslində müəmmalı cavab verdilər. Əgər bu gün bura gəlibsə, qeydiyyata düşməlidir. Mən bir saatdır burda gözləyirəm. Axırda mənə verdikləri cavab budur ki, sabah məlumat verə bilərik, bu gün məlumat verə bilmirik”.

Qeyd edək ki, yaxınlarının verdikləri məlumata görə, son bir ayda Mövsüm Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb. (Dəyərlər)
09.01.2013

Mövsüm Səmədovun səhhəti ilə bağlı bəyanat yayıldı


Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM) Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovun sağlıq durumu barədə narahatedici xəbərlər yayıldığını bəyan edib: “Vəziyyəti pisləşdirən amil odur ki, Mövsüm Səmədovun vəkilinə heç bir məlumat verilmir. Yaxınlarının verdiyi məlumata görə, son bir ayda Mövsüm Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb. DEVAMM olaraq Hacı Mövsümün sağlamlığı ilə bağlı yaranmış vəziyyətdən dərin narahatlığımızı ifadə edirik. Nəzərə çatdırırıq ki, azadlıqdan məhrum olan bir insan kimi Hacı Mövsümün sağlamlığı ilə bağlı bütün məsələlərə hökumət cavabdehlik daşıyır.

Biz Hacı Mövsümün səhhəti ilə bağlı təxirəsalınmaz addımlar atmaq, o cümlədən neytral və obyektiv tibb komissiyası təşkil etmək, yetərli diaqnostik hərəkətlər həyata keçirmək, etimad doğuran yerlərdə tibbi prosedurlara başlamaq üçün əlaqədar qurumlar qarşısında məsələ qaldırırıq. Hacı Mövsüm Səmədov vicdan məhbusudur. Bu baxımdan onun barəsində hər hansı diqqətsizlik xüsusilə mənfi dəyərləndirilir”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Partiya lideri 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. (Media forum)
09.01.2013

DEVAMM Hacı Mövsüm Səmədovun vəziyyətindən narahatlığını izhar edir


Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Hacı Mövsüm Səmədovun sağlıq durumu barədə narahatedici xəbərlər yayılıb. Vəziyyəti pisləşdirən amil odur ki, M.Səmədov barədə vəkilinə praktiki olaraq, heç bir məlumat verilmir.

Yaxınlarının verdikləri məlumata görə, son bir ayda Mövsüm Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb.

DEVAMM bununla bağlı bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "DEVAMM olaraq, Hacı Mövsümün sağlamlığı ilə bağlı yaranmış vəziyyətdən dərin narahatlığımızı ifadə edirik. Nəzərə çatdırırıq ki, azadlıqdan məhrum olan bir insan kimi, Hacı Mövsümün sağlamlığı ilə bağlı bütün məsələlərə hökumət cavabdehlik daşıyır.

Biz Hacı Mövsümün səhhət durumu ilə bağlı təxirəsalınmaz addımlar atmaq, o cümlədən, neytral və obyektiv tibb komissiyası təşkil etmək, yetərli diaqnostik hərəkətlərini həyata keçirmək, etimad doğuran yerlərdə tibbi prosedurlara başlamaq üçün əlaqədar qurumlar qarşısında məsələ qaldırırıq.

DEVAMM olaraq bildiririk ki, Hacı Mövsüm Səmədov - vicdan məhbusudur. Bu baxımdan, onun barəsində hər hansı diqqətsizlik xüsusilə mənfi dəyərləndirilir". (Abna)
10.01.2013

Mövsüm Səmədov haqda sos!


İslam Partiyasının (AİP) dustaq həyatı yaşayan sədri Mövsüm Səmədovun səhhətinin pisləşməsi barədə xəbər yayılıb. Səmədovun hansı motivlə rejimin zindanında yatması və 12 il (!) həbs cəzası almasını ölkədəki siyasi dəngələrə azca bələd olan hər kəs yaxşı bilir. Daha biz toplumun bu hakimiyyətlə illərdir cəngi-cidalda olan müxalif və narazı kəsimini demirik.
AİP sədri bişəkk, sözünə, fikrinə, bir az da dəqiqi, ali hakimiyyətin ünvanına sərt ifadələr işlətdiyinə görə uzun müddətə azadlıqdan məhrum edilib. Kimdənsə böyük məbləğdə rüşvət aldığına, yaxud hansısa yüksək çinli məmurla çirkli korrupsiya oyununda iştirakçı olduğu üçün yox təbii ki. Belə şeylərə görə çoxdan Azərbaycanda kimsənin gözünə də üfürülmür - yetər ki, bu “oyunun” yazılmamış sərt qaydalarına riayət edəsən. Gülər Əhmədova, mərhum Sevinc Babayeva, lap elə Əli İnsanov və Fərhad Əliyev kimi (Allah qapılarını açsın) yanmayasan. Ən ümdəsi, “kotyol”a kəf gəlməyəsən, baş kassirə atmağı ağlından keçirməyəsən!

Mövsüm Səmədov isə təqvalı adamdı. Əlbəttə ki, imanlı şəxslər gərəkdi ki, hansı ölkədə yaşayıb ictimai fəaliyyətlə məşğul olduqlarını vaxtaşırı ciddiyə alsınlar. Qəddar bir rejimin hökm sürdüyü, haramın meydan suladığı bir məmləkətdə həmçinin, türmə həyatını da, şəhidliyi də göz önünə gətirsinlər. Bu, iman əhli üçün həm də ilahi bir sınaqdır. Mövsüm bəy, daha doğrusu, Mövsüm doktor (Səmədov ixtisasca həkimdir) bizdən daha yaxşı bilir bu incəlikləri.

Mövsüm Səmədov qeyd-şərtsiz vicdan məhbusdur. Nə yazıq ki, YAP-erteid rejimində Azərbaycan türmələri heç vaxt siyasi və vicdan məhbuslarından xali olmayıb, indi də deyil. Rejim çökənədək olmayacaq da. Sadəcə, adlar və soyadlar əvəzlənəcək.

Əslində başqa cür ola bilməz. Başqa cür təəccüblü olar hətta. Zira, oğru-quldurların, çapovulçuların, yalanın, şərin hakimiyyətdə olduğu ölkədə saf insanların, haqqı car çəkən ziyalıların zindana salınması, təqib və linç edilməsi, hətta öldürülməsi (şərlənərək türməyə salınan və orda da dünyasını dəyişən Hacı Vaqif kimi) təbiidir.

Ta o vaxta qədər belə olacaq ki, yerlər dəyişəcək - iqtidara təmiz adamlar, xalqa bağlı qüvvələr gələcək. Məhz o zaman odioz talançıların daimi yaşayış ünvanı, məskəni də dəyişəcək - oğrular və cinayətkarlar da, təmiz insanlar da öz layiqli yerlərində olacaq...

Yəqin hamı bilir, doktor Səmədov məlum video-xütbəyə görə cəza çəkir. Hərgah, ona qarşı ittiham aktında bu video ilə bağlı bir kəlməyə də rast gəlməzsiniz. Eləcə də onun işi ilə bağlı qondarma ittihamlar əsasında tutulan cənub bölgəsinin nüfuzlu din xadimi Fəramiz Abbasov (11 il alıb) və digər vicdan dustaqları imansızlığın qurbanıdır.

Amma siz nonsesə, təzada, siyasi riyakarlığa, ikili standartlara baxın ki, üç aydır Elşad Abdullayev damarlarda qan donduran, cinayət faktları ilə aşıb-daşan videolar yayır, di gəl, hakimiyyətin tükü tərpənmir. Müxalifətçini, narazı islamçını həbsə almaq üçün yüz oyundan çıxan, ciblərinə nəşə, evinə silah atdıran, Nigar Yaqubluya adi yol qəzasına görə iki il yarım verdirib gənc xanımdan da qisas alanlar xalqla, mətbuatla neçə vaxtdır siçan-pişik oynayırlar. Niyəsini yenə izah edəkmi?

Bu yazı qətiyyən Mövsüm Səmədova təsəlli xətrinə yazılmayıb - güclü iradə yiyəsi olan həkimin bina ehtiyacı yoxdur düşünürük (Onun ədalətli hakimə ehtiyacı var!) Sadəcə Azərbaycanın milli genofondu üçün olduqca dəyərli olan 47 yaşlı bir insanın, bu xalqın dərdləri ilə yaşayan daha bir gerçək ziyalının həyatına türmədə yaranmış (yaxud yaradılmış) real təhlükədən yana ərsəyə gəlib, hakimiyyəti bu haqda xəbərdar etmək istəyindən doğub. Hacı Vaqifin vaxtsız ölümündən sonra belə itkilərimizin sıralanmaması naminə cəmiyyətə növbəti SOS siqnalı vermək məramından yaranıb.


***
Allahdan qorxun, cənablar. Adamları haqsız yerə həbsə almısınız bildik, bu azmış kimi, üstəlik, içəridə onların qanunlar çərçivəsində müalicəsinə mane olmayın barı. Ən əsası, gec də olsa günahsız insanların qapısını açın ki, nə vaxtsa sizin də qapınızı açmaq istəyən tapılsın.

Zahid SƏFƏROĞLU


(Musavat)
10.01.2013

İslam Partiyasının lideri həbsxana xəstəxanasına köçürüldü


Həbsxanada Mövsüm Səmədovun səhhəti pisləşəndən sonra Penitensiar Xidmət bu barədə qərar qəbul edib
Hazırda məhkum həyatı yaşayan Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun səhhətində problemlər yaranıb. Yaxınlarının verdiyi məlumata görə, son bir ayda M. Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb.
AİP liderinin həbsxanadan müalicə müəssisəsinə köçürülməsi ilə bağlı Penitensiar Xidmətə edilən müraciət nəticə verib. Yanvarın 9-da M. Səmədov müalicə müəssisəsinə köçürülüb.

Bu barədə faktxeber.com saytı “İnsan haqları uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevə istinadən məlumat yayıb. Hüquq müdafiəçisi sayta bildirib ki, M.Səmədov yanvarın 9-da Penitensiar Xidmətin müalicə müəssisəsinə aparılıb: “Artıq bununla bağlı rəsmi sorğuma bu gün (yanvarın 9-da-red.) cavab almışam. Müalicə müəssisəsində Mövsüm Səmədovun qan analizləri götürülüb. O, damarların varikozu diaqnozu ilə xəstəxanaya daxil edilib. Yanvarın 9-da dopler müayinəsindən də keçirilib. Eyni zamanda ona təklif edilib ki, qanunvericiliyə uyğun qaydada o, öz həkimlərini və mütəxəssislərini dəvət edib müalicə ala bilər”.

E.Fətullayev onu da bildirib ki, AİP sədri hazırda palataya yerləşdirilib: “Hesab edirəm ki, AİP liderinin həyatı üçün hər hansı təhlükə yoxdur. Deyilənlərə görə, onun əvvəllər də ürək damarlarının varikoz genişlənməsi ilə bağlı səhhətində problemlər olub”.

Qeyd edək ki, AİP sədrinin səhhətinin pisləşməsi narahatlığa səbəb olmuşdu. Ötən gün DEVAMM bəyanat yayaraq Hacı Mövsümün sağlamlığı ilə bağlı yaranmış vəziyyətdən narahatlığını bildirib. Bəyanatda partiya sədrinin səhhəti ilə bağlı problemə görə məsuliyyətin hakimiyyətin üzərində olduğu qeyd olunur, eyni zamanda əlaqədar qurumlar M.Səmədovun müalicəsini təşkil etməyə çağırılır: “Azadlıqdan məhrum olan bir insan kimi Hacı Mövsümün sağlamlığı ilə bağlı bütün məsələlərə hökumət cavabdehlik daşıyır. Biz Hacı Mövsümün səhhəti ilə bağlı təxirəsalınmaz addımlar atmaq, o cümlədən neytral və obyektiv tibb komissiyası təşkil etmək, yetərli diaqnostik hərəkətlərini həyata keçirmək, etimad doğuran yerlərdə tibbi prosedurlara başlamaq üçün əlaqədar qurumlar qarşısında məsələ qaldırırıq. DEVAMM olaraq bildiririk ki, Hacı Mövsüm Səmədov vicdan məhbusudur. Bu baxımdan onun barəsində hər hansı diqqətsizlik xüsusilə mənfi dəyərləndirilir”.

Qeyd edək ki, Hacı Mövsüm Səmədov 2011-ci il, yanvarın 7-də həbs olunub. AİP sədri CM-in 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub. 2011-ci ilin oktyabrında isə Ağır Cinayətlər Məhkəməsində ona 12 il həbs cəzası verilib. Onunla yanaşı bir sıra partiya fəalları və yaxın qohumları həbs olunub. Onlardan biri - AİP sədrinin müavini Vaqif Abdullayev ötən il həbsxanada xəstəlikdən dünyasını dəyişib. (Musavat)
12.01.2013

“İlin mənəviyyat adamı”


Bu barədə Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məlumat verib. Toplantıda bir sıra məsələlər müzakirə edilib. O cümlədən, Ziyalılar Birliyinin hər il seçdiyi “İlin mənəviyyat adamı”nın müəyyən edilməsi üçün komissiyanın hesabatı dinlənilib. Ziyalılar Birliyinin Ali Şurası yekdil qərarla Azərbaycan İslam Partiyasının sədri və lideri doktor Mövsüm Səmədovu ölkənin ictimai-siyasi həyatındakı layiqli mövqeyinə, milli-mənəvi və İslami dəyərlərin qorunaraq təbliğ edilməsində göstərdiyi əməli fəaliyyətinə görə “İlin mənəviyyat adamı” mükafatına layiq görüb.

O öz işini gördü, qaldı…


Bəzən birinə namaz qılmağı tövsiyə edəndə cavab verir ki, (məsələn) mənim qardaşım

on ildir namaz qılır. Başqa biri günaha batır, oğurluq edir, rüşvət alır və babasının dindar olmasından dolayı özünü pak sayır. Zülmlə mübarizə də eyni münasibətlə rastlaşırıq. Bir qəhrəman meydana çıxır, zülmə səsini qaldırır, həbs olunur, öldürülür. Cəmiyyət onun işini davam etdirmək əvəzinə qəbri üstünə bir dəstə gül qoymaqla kifayətlənir. Bu yanlışlıq səbəb olur ki, on milyonluq bir cəmiyyətə yüz nəfərlik quldur dəstəsi hökm verir. Xalqın sərvəti talan edilir, namusu bazara çıxarılır, mənəvi dəyərləri tapdanır. Mərhum İmam Xomeyni qəsbkar, uşaq qatili, dünyanın bir saylı düşməni İsrail barədə buyurur ki, hərə bir ovuc su atsa bu rejim qərq olar. Amma atan yox!..


Ayağa dur, Azərbaycan, səninləyəm!


Mərhum Məmməd Araz bu şeiri yazanda hansı zülmdən od almışdı, bilmirəm. Amma bu gün yaman qəlbə yatır?
Nə yatmısan qoca vulkan, səninləyəm !

Ayağa dur. Azərbaycan, səninləyəm !

Səndən qeyri,

biz hər şeyi bölə billik.

Səndən qeyri,

Biz hamımız ölə billik.

Bu Şəhriyar harayıdır,

Bu Bəxtiyar harayıdır.

Ayağa dur Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir:

- Nər oğlu nər səninləyəm!

Səninləyəm silah tutan,

külüng tutan, yaba tutan,

Kösöy tutan nişanlı ər səninləyəm!

Səninləyəm qız atası,

Hanı nərən , hanı səsin?

Hanı andın?

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın?

Gözünü sil vətən oğlu,

Ayağa qalx!

Üfüqünə bir yaxşı bax,

Sərhədinə bir yaxşı bax,

Sərhədinin kəməndinə bir yaxşı bax!

Dur içindən qorxunu boğ,

Ölümünlə qalımını ayırd elə.

Dur içindən dovşanı qov,

Dur özünü Boz Qurd elə!

Varım - yoxum səninləyəm,

Azım - çoxum səninləyəm,

Şirin yuxum səninləyəm

Yıxın məni söz atından, -

Atın məni tank altına,

Əzin məni xıncım - xıncım,

Kəsmir əgər söz qılıncım.

Didin məni didim - didim,

Atın məni tank altına.

Qundaqdakı bir körpəni xilas edim.

Səninləyəm,

Sözü qəmli, özü dəmli

rəhbər adam!

1918 -də vuruşurdu

danışmırdı rəncbər atan,

rəncbər atam!

Oyat bizi ey yaradan səninləyəm !

Ya bilmərrə yatırt bizi,

Ya bilmərrə oyat bizi.

Ya yenidən yarat bizi!

Ey yaradan, səninləyəm!

Səninləyəm yatmış vulkan.

Səninləyəm!

Ayağa dur Azərbaycan,

Səninləyəm!


Axtarış aparılan evlər


Dindarların, Allah adamlarının evində axtarış aparır, narkotika və silah “çıxarır”lar. Bir zaman Cavidin də evində axtarış aparıldı. Bu günsə şairin evi muzey kimi ziyarət olunur. Bu gün Peyğəmbər və Onun əhli-beytinin məzarlarına baxın – zəvvarlar pərvanə tək bu pak yerləri ağuşuna alıb. Hanı Fironun, Nəmrudun, Əbu-Süfyanın, Müaviyənin, Yezidin aşiqləri?! Zaman hər şeyi yerbəyer edəcək, düşünən beyinlər buna əmindir!

Əziz bəndə bu şəhərdə olub yad


Bakıxan Dağlı

Bu adamdan yoruldular - nədəndi?

Daş atandı, əyri yola gedəndi?

Yoxsa xalqı çapanları güdəndi?

Sürüdülər qazamata, dinc dura,

Əsir düşmüş Bakı hara, din hara?!

Bu şəhərdə düz adamın halı yox,

Evlə iş arası rahat yolu yox,

Bir böyük sənəddə adı, qolu yox,

Bu zindan şəhərdən zindan yaxşıdı,

Məhkəmənin hökmü şahlıq quşudu.

Ər tutular - biri ağlar, biri şad,

Gör Allah nə deyir, ay evi bərbad,

Əziz bəndə bu şəhərdə olub yad,

Bu dolaşıq işin sonun kim bilər?

Axır gündə kim ağlayar, kim gülər?

Son




1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə