Fanilər və Fanilər Mövsümü




Yüklə 352.17 Kb.
səhifə13/14
tarix22.02.2016
ölçüsü352.17 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Qəhrəmalıq və məşhur çıxış


- Doktor Səmədov hər vaxt vəzifə hiss etsəydi və İslamın maraqlarını təhlükədə görsəydi, gecikmədən və aşkar şəkildə öz etirazını bildirirdi. O, İslam əleyhinə qoyulan hər bir məhdudiyyətə reaksiya bildirirdi. 2011-ci il yanvarın ikisindəki çıxışı da hicab qadağasına qarşı kamil etiraz və bu qadağaya İslam Partiyasının nəhayət mövqei idi. O, ədalətsizliyə qarşı etdiyi etirazlarının hamısında Qarabağ işğalının unudulmasını, ermənilərin törətdikləri Xocalı faciəsini ucadan fəryad edir və buna qarşı da öz etirazını bildirirdi.
Hacı Mövsüm məşhur çıxışında əvvəl Qarabağın işğalına etirazını bildirdi, sonra hacı Əli Hüseynovun həbsinə və 28 səfər əzadarlarının həbsinə və o zaman təhlükəsizlik qüvvələrinin şəhidlərin qəbrinin ziyarət olunmasının qarşısını almasına etiraz etdi. O, həmin çıxışında gələcək hadisələrə də münasibət açıqladı. Mənə belə gəlir ki, o hakimiyyətə mesaj verən bir çıxış idi. Əgər bu çıxışa diqqət etsək, görərik ki, o tənqid müstəvisində olmasından əvvəl, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün həll və çözüm yolu hesab olunur.
- Bəziləri o çıxışda hacı Mövsümün Prezidentin xanımını təhqir etməsini iddia edirlər. Mən bu fikirlə tamamilə müxalifəm. Bu mövzuya diqqət edilməlidir ki, əxlaqi keyfiyyətlər və mərifət sahibi heç vaxt bir kəsi təhqir etməz. O, ürəyiyananlıq edərək hakimiyyəti gözləyən bəzi təhlükələri xatırlatdı. Biz hamımız müsəlmanıq, İslamda təhqir və hörmətsizlik haramdır. Beləcə, hacı Mövsümün kimisə təhqir edəcək sözlər işlətməsini iddia etmək düzgün deyil.
- Digər tərəfdən hacı Mövsümün çıxışında hökumət əleyhinə heç bir çağırış və hərəkət yox idi. Bu çıxış yalnız hökuməti gözləyən durumdan onun öz nigərançılığını göstərirdi. Biz hal-hazırda dövlət aparatındakı ədalətsizliyə xalq etirazlarının, Milli Məclis nümayəndələrinin rüşvət almasının və digər hadisələrin şahidiyik. Bunların hamısı hakimiyyət üçün təhlükə hesab edilir. Diqqət etdikdə bu nəticəyə gəlirik ki, hacı Mövsüm Səmədov o çıxışında tənqidi yanaşma ilə hökuməti bu problemlərdən xəbərdar edirdi. Hacı Mövsüm ağıllı və müdrik bir insandır və öz çıxışında bütün bu ədalətsizliklərə və nöqsanlara etiraz etdi. Qabaqda da işarə etdiyimiz kimi hal-hazırda xalq da Milli Məclisə qarşı öz etirazlarını bildirir. Bu mövzuları o, iki il bundan öncə öz çıxışında demişdi. Çox təəssüf ki, bizim ölkəmizdə birini ittiham etmək ən asan işlərdən birinə çevrilib. Hacı Mövsüm Səmədovun həbsi və ona qarşı irəli sürülən ittihamlar da bu prinsipdən müstəsna deyil.
- Hacı Mövsümün məşhur çıxışındakı toxunmalı mövzulardan biri də budur ki, təkcə körpü və prospekt salmaqla ölkənin inkişafını əldə etmək olmaz. İnkişaf, təkcə neft və iqtisadiyyata diqqət etməklə qazanılmaz. Ölkənin inkişafına bir çöx amillər təsirlidir. Onlardan biri də ölkədə İslamın genişlənməsi və onun əsaslarının yayılmasıdır. Hacı Mövsüm çıxışında hökumətin İslama diqqətsizliyinə və onu geri atmasına qarşı öz narahatlığını bildirdi. Ümid edirik, hakimiyyət başa düşəcək ki, töhmət vurmağın, dindarlar və islamçılara təzyiq etməyin bir nəticəsi olmayacaq və Azərbaycanda islami hərəkat bu qadağalarla dayanmayacaq.

Son söz: həmişə oruc məhbus


- Həbs olunduğu gündən (7 yanvar 2011) bu günə kimi oruc tutmuş bir şəxs barədə danışmaq mənim üçün çətindir. O, cismi zəifləməsinə görə bir neçə dəfə məhkəmə qarşısında dayana bilmədi. Bununla belə heç bir şikayət etməyib, ruhi baxımdan ən ali səviyyədədir və Azərbaycan xalqını özünün müxatəbi bilir. Hacı Mövsümün təqva və davranış tərzi həbsxanada da bir çoxlarına təsir göstərmişdir və o burada da insanların islahı ilə məşğuldur. Əlbəttə, bu söz digər məhbus alimlərə də aid olur və bu məhbusların hamısının ruhi-mənəvi durumu ən yüksək səviyyədədir. Onlar digər məhbusları da islah etməyə çalışırlar. Hacı Mövsümün təsir etməsi o qədər güclüdür ki, müstəntiqlər və vəkilləri də onun şəxsiyyətinin aliliyindən danışırlar. Əgər mübaliğə etməsək və mübaliğə də etməyə dəyməz, deyə bilərik ki, hacı Mövsüm Səmədov hal-hazırda Azərbaycanda islami hərəkatın rəhbəri hesab olunur. Allahdan bütün əziz məhbuslarımızın, xüsusilə də hacı Mövsümün azadlığını istəyirik. Həqiqətən, heyifdir ki, Azərbaycan belə bir xəzinələri həbs etsin.
(AranNews)
22.12.2012

AİP sədri doktor Mövsüm Səmədovun təfəkkürünə qısa baxış


Azərbaycan xalqının, xüsusilə də dindarların bu ölkənin dini qəhrəmanı kimi xatırladıqları Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov tənqidi çıxışına görə artıq iki ilə yaxındır ki, həbsdədir və onun azadlığı ölkənin islamçı fəallarının arzusuna çevrilib.

Doktor Mövsüm Səmədovun 2011-ci il 2 yanvarda tənqidi çıxışından qabaq "Mahnameyi Əxbari- Şiəyan" jurnalının 63-cü nömrəsində geniş müsahibəsi dərc edilmişdir. Burada bu şiə fəalının təfəkkürləri ilə tanışlıq məqsədilə həmin müsahibəni veririk.


- Lütfən, Azərbaycan şiələrinin vəziyyəti barədə qısa izah verin.
- Əvvəlcə, dünya şiələrinin vəziyyətini araşdırdığınız və əks etdirdiyiniz, xüsusilə də "Azərbaycan şiələrinin vəziyyəti" kitabının çapına görə sizə öz təşəkkürümü bildirirəm.
Bildiyiniz kimi Azərbaycanın əhalisinin çoxu yəni təqribən 75-80 faizi şiədir. Bu regionun çoxlu mədəniyyət mərkəzləri, mədrəsələri olmaqla və Ayətullah Badkubeyi kimi tanınmış alimlər yetişdirməklə şiəçilikdə parlaq keçmişi olmuşdur. Kommunistlərin bu İslam ölkəsinə 70 illik hakimiyyəti dövründə təqribən üç min şiə alimini müxtəlif yollarla öldürüblər. Əksəriyyət şiə olsa da kommunistlərin bu təzyiqləri və şiə alimlərinin öldürülməsi şiənin təfəkkür və məzhəbinin zəifləməsinə böyük təsir göstərdi. Demək olar ki, dindarlıq ruhunu və şiəlik etiqadını kommunistlərin dövründə bu xalq üçün qoruyub saxlayan imam Hüseynə (ə) əzadarlıq vasitəsilə əhli-beytə (ə) olan məhəbbət oldu. Əlhəmdulillah, sovetlər birliyinin dağılması ilə dindarlıq üçün yeni fürsət yarandı. Bunun ardınca yüzlərlə azəri gənc İran və İraq, əsasən də Qum Elmi Hövzəsində əhli-beyt (ə) maarifini təhsil almaq üçün bu ölkələrə üz tutdular. Təbiidir ki, Azərbaycan xalqının dini etiqadlarının yüksəlməsi üçün onlar çox təsirli rol ifa edirlər. Kommunistlərin hakimiyyəti dövründə və son illərdə bəziləri dinlə mübarizəyə geniş səy göstərirlər. Lakin bu ölkə xalqının inam və güvənc yeri İslam Peyğəmbərinin (s) pak ailəsinədir və bu etiqad şiə məktəbinin əsas qoruyucusudur. Bu inam və məhəbbət yüksək həddə olmuşdur. Məsələn, sovetlər birliyi dövründə kommunistlər başa düşmüşdülər ki, camaat zahirdə özlərini dinsiz göstərsələr də batində əhli-beytə (ə) sonsuz sevgiləri vardır. Ona görə də belə qərara gəldilər ki, yeni mədrəsələr açsınlar. Hətta, son iki ildə əhli-sünnə məktəbinin mənəvi dərslərini bərpa etməklə hənəfi məzhəbinin yayılmasına səy göstərdilər və bununla camaatda şiə ruhunu məhv etmək istəyirdilər. Əlhəmdulillah, buna müvəffəq olmadılar. Bunun da səbəbi odur ki, onların dinlə kamil surətdə mübarizələrinin əksinə olaraq camaat əhli-beytə (ə) sevgi göstərməkdə idilər və gənclər qabaqkından da çox dini şüarları dirçəltmək istəyirdilər. Siz bunu cümə namazlarında və digər dini mərasimlərdə müşahidə edə bilərsiniz. Anti-islamçılar sekularizmin, hənəfi məzhəbinin tərvici, hətta vəhabiliyin təbliği üçün bu qədər səy və böyük xərclərin qoyulması ilə xalqı Peyğəmbərin (s) ailəsinə sevgidən uzaqlaşdıra bilməyəcəklərinə inanmırdılar.
- Bu günləri Azərbaycanda əhli-beyt (ə) maarifinin təbliğ və genişlənməsinin vəziyyəti necədir?
- Müstəqillik qazandığımız ilk illərdə öncə dediyim məhdudiyyətlərə görə yerli təbliğçi və din alimi yox idi. Ona görə də ən çox şiə təbliğçisi və alimi İran və Qum Elmi Hövzəsindən gəlirdi. Amma getdikcə ötən iyirmi ildə din elmləri sahəsində yüzlərlə tələbə və ustad yetişdirildi və bu günləri həmin vəzifəni onlar öhdəsinə alıblar. Hal-hazırda Azərbaycanın özündə bir neçə mədrəsə fəaliyyət göstərir. Məsələn, Bakının Maştağa kəndində fəaliyyət göstərən mədrəsədə təqribən yüz nəfər tələbə orada dini təhsil alır. 70 il repressiya, məhrumiyyət, dini müqəddəslikləri məhv etmək üçün təlaşdan sonra bu günləri ölkəmizdə yerli alimlərin vasitəsilə əhli-beyt (ə) maarifinin tərvic və təbliğini mən böyük dəyişiklik və müvəffəqiyyət hesab edirəm.
Həqiqət budur ki, Azərbaycan və İranın tarixi, mədəni və məzhəbi bağlılığı son illərdə İslam düşmənlərinin, əsasən də qərbin və sionistlərin bu iki millət arasında dini inancların dəyişdirilməsinə, fikri və məzhəbi ayrılıq salmaq istəmələrinə var gücləri ilə çalışmalarına səbəb olmuşdur. Sionistlər dövlətin müsbət cavabı ilə bu ölkədə şiəçiliyi aradan aparmaq üçün fövqəladə sərmayələr qoyublar. Bildiyiniz kimi, imam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, Azərbaycan əhli-beytə (ə) məxsusdur. Bu bizim camaatımızın əhli-beytə (ə) məhəbbət və sevgisinin dərinliyini göstərir. Ona görə də bu xalqı şiəçilik olan öz həqiqi əslinə qaytarmaq lazımdır. Bu iş düzgün proqramla yanaşı olan zəhmət və səy tələb edir.
- Azərbaycan, İrandan sonra ikinci şiə ölkəsi hesab olur. İndiyə kimi rəsmi hökumət orqanları tərəfindən əhalinin neçə faizi şiələrdən təşkil olunması açıqlanmamışdır. Siz və digər şiə fəalları bunun neçə faiz olmasını həqiqətə uyğun bilirsiniz?
- Mənim məlumatıma görə reallığa və elmi surətə yaxın olan 80 faizdir. Əlbəttə, bu rəqəm cənub və şimal bölgələrində fərqlidir. Nümunə üçün demək olar ki, cənubda, hətta Bakının özündə əhalinin 95 faizini şiələr təşkil edir. Digər məzhəblərin ardıcılları ən çox şimal bölgələrində yaşayırlar. Azərbaycanın ən böyük şəhərlərindən olan və 500 min əhalisi olan Gəncədə camaatın çoxu əhli-beyt (ə) ardıcıllarıdır. Hətta, bu şəhərlər əvvəldən imam Hüseyn (ə) şəhəri kimi tanınırdı. Çünki imam Hüseynə (ə) məhəbbət və sevgi bu şəhərdə başqa şəhərlərə nisbət özünü daha çox büruz edirdi. Məhərrəm mərasimləri və simvolları bu şəhərdə daha geniş və əzəmətli olmuşdur.
Sumqayıt şəhəri əhalisinin sayına görə ölkənin üçüncü şəhəri sayılır və burada 400 min əhali yaşayır. Bu şəhərin əhalisi də Gəncədə olduğu kimi şiələrdir. Amma 75-80 faizi. Dördüncü böyük şəhər hesab olunan Yevlaxın 65 faizini şiələr təşkil edir. Əvvəldə dediyim kimi yalnız Quba, Qusar, Xaçmaz, Zaqatala kimi bəzi şimal bölgələrdə əhlü-sünnə qardaşlar şiələrdən çoxdur.
- Bəs, hal-hazırda Azərbaycanın əhalisinin təqribən 9 milyon olmasını və onun 80 faizinin şiə olmasını nəzərə alsaq, demək olar ki, bu ölkədə təqribən 7.5 milyon nəfər şiə yaşayır. Əhalisi tamamilə əhli-sünnə olan və şiə yaşamayan bir bölgə varmı?
- Xeyir. Əhlü-sünnə şəhəri hesab olunan Şəki şəhərində belə əhalinin 15 faizi şiələrdən ibarətdir. Mən özüm şəxsən, bəzi bölgələrdə əhli-sünnənin məskunlaşması barədə tədqiq və mütaliə etmişəm və bu nəticəyə gəlmişəm ki, Quba kimi belə şəhərlərdə keçmişdə şiələr yaşayıblar. Amma rus çarlığının dövründə (yəni ən azı sovetlər birliyinin təşkillindən qabaq) bu bölgələrdə din alimlərinin azlığı və dövrün hakimlərinin anti-şiə hərəkətləri nəticəsində getdikcə şiələr çoxluqdan çıxmışdır.
- Ola bilsin ki, bəzi bölgələrdə əhalinin məzhəbi tərkibinin dəyişməsinin səbəbi onların öz məzhəbini dəyişməsi yox, şiələrin başqa rayonlara mühacirəti və əhli-sünnənin bu rayonlara mühacirəti olmuşdur?
- Xeyir, çünki mən araşdırmışam və bu mövzuda çoxlu fakt və sübutum vardır. Məsələn, Quba şəhərinin kəndlərinin birində yaşayan əhli-sünnədən olan şəxs barədə araşdırma apardıqda məlum oldu ki, o seyiddir, hətta şəcərənaməsi də vardır. Araşdırmanı davam etdirdikdə aşkar oldu ki, həmin kənddə çoxlu seyid dəfn olunmuşdur. Belə ki, tarixi 1300 ili ötən qəbirlərin üstündə 12, yaxud 14 ulduz əlaməti (şiə simvolu) həkk olunmuşdu. Həqiqətdə qabaqda dediyim səbəbə əsasən, təkcə şiə məktəbi zalım və fasid hökumətlər qarşısında müqavimət göstərdiyi üçün bu hökumətlər təzyiq və qətllər vasitəsilə əhli-beyt (ə) məktəbinin tərvicinə maneçilik yaradırdı və zaman keçdikcə bu bölgələrin bəzilərində məzhəbin dəyişilməsinə müvəffəq oldular.
Əgər diqqət etsək, imperializmin bu siyasəti hazırda sionistlərin regionda və Azərbaycanda fəal iştirakı ilə izlənməkdədir. İstismarçılar və zalım hökumətlər bilirlər ki, əhli-sünnə tərəfindən elə də ciddi problemlə üzləşməyəcəklər. Bu şiə məktəbidir ki, istismarçılar və zalımlarla ciddi mübarizəyə qalxır. Ona görə də bu günləri müxtəlif metodlarla əhli-sünnə məzhəbinin tərvicinə və yayılmasına çalışırlar.
- Azərbaycanda İslamdan başqa digər dinlərin də ardıcılları varmı?
- Ölkəmizin əhalisinin 98 faizi müsəlmanlardan ibarətdir. 2 faiz də digər dinlərin ardıcıllarıdır. Azərbaycanda təqribən 20 min nəfər yəhudi yaşayır və onlardan 6-7 mini Qubada məskunlaşmışdır. Xristianların çoxu sovetlər birliyi zamanı buradan mühacirət ediblər və hazırda xristianlığın elə də çox ardıcılı yoxdur. Əhli-sünnənin dörd məzhəbi arasında da şafei məzhəbinin ardıcılları çoxluq təşkil edir və onlar da şiələrə sevgilə yanaşır və şiəçiliyə daha yaxındırlar.
Hər halda son illər ərzində şafeiləri hənəfi məzhəbinə çəkmək üçün Türkiyə tərəfindən çoxlu səylər olmuşdur. Həmçinin, vəhabilər şiələrlə müqabilə məqsədilə şafeiləri cəzb etmək üçün geniş təbliğat aparırlar.
- Bəhailik və sufilik kimi sapdırıcı firqələrin də ardıcılları varmı?
- Son illər ərzində batil firqələrin təbliği üçün çoxlu addımlar atılmışdır. Nümunə üçün deyim ki, sufilər xanəgahlar təsis etməyə çalışırlar. Xalqın əhli-beytə (ə) meylini başa düşən sufilər öz fikirlərini qeyri-müstəqim surətdə həyata keçirməyə çalışırlar. Məsələn, nəqşbəndi firqəsinə məxsus olan nurçi qrupu hənəfi əqidəsi və məzhəbinin tərvici məqsədilə ölkənin müxtəlif rayonlarında 12 mədrəsə təsis etdilər, öz rəhbərləri olan Səid Nursini təbliğ məqsədilə şiənin 12 imamının şəkillərini çap etdilər, sonra Nursinin şəklini 13-cü imam ünvanı ilə tanıtmağa səy göstərdilər. Yəni onlar hətta hənəfi məzhəbinin yayılması üçün xalqın əhli-beytə (ə) sevgisindən yararlanmağa çalışırlar.
Ümumiyyətlə, Azərbaycanı əhli-beyt (ə) mehvəri ilə tanıda bilərik və deyə bilərik ki, Azərbaycanın 80 faizi şiələrdən ibarətdir. Amma əhli-beyt (ə) sevərlərin 98 faiz, hətta bundan da çox olmasını deyə bilərik. Çünki Qubada yaşayan yəhudilər belə sovetlər birliyinin dağılmasından sonra həzrət Əba Əbdillah Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edir, hətta bu mərasimlərdə maddi yardım göstərilməsində də iştirak edirlər. Əlbəttə, sionistlər bu işə mane olmağa çalışırlar.

- Şiə və əhli sünnənin birgə yaşadıqları ölkə və bölgələrin çoxunda təfriqə problemi yaşanır. Bu mövzu Azərbaycanda necədir? Ümumiyyətlə, şiələrin əhli-sünnə və digər məzhəblərin ardıcılları ilə münasibəti necədir?


- Kommunistlərin dövründə dini təfəkkür ictimaiyyət arasına çıxarılmadığından və məzhəb təbliği aparılmadığından məzhəbi çəkişmə də yox idi. Həqiqətdə əməl və məzhəbi təfəkkürün büruzuna heç bir firqə üçün imkan olmadıqda ziddiyyət və təfriqə də yaranmır. Xoşbəxtlikdən, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkə əhalisinin əhli-beytə (ə) olan məhəbbətinə görə şiələrin digər məzhəblərlə xüsusi bir problemi yaranmadı və bir-birlərinə qarşı gözəl münasibətləri vardır. Belə ki, bəzi məzhəbi mərasimlərdə əhli-sünnə qardaşları şiələrlə birgə iştirak edirlər. Bu bağlılıq elə bir həddədir ki, hətta şiə və sünnü izdivacları vardır.
Amma qeyd etdiyim kimi sionistlər və İslam dünyasının düşmənləri bu münasibətləri korlamağa çalışır və ixtilaf yaratmaq istəyirlər. Onlar öz məqsədlərinə çatmaq üçün vəhabilərdən istifadə edirlər və vəhabiliyi əhli-sünnə məktəbinin nümayəndə və simvolu kimi təqdim edir, sonra onların şiələrlə ixtilafını şiə-sünnü ixtilafı kimi təbliğ edirlər, onlardan ictimai parçalanma üçün istifadə edirlər. Əlhəmdulillah, indiyə kimi öz işlərində müvəffəq olmayıblar.
Əsasən, hənbəlilərdən başqa heç bir əhli-sünnə məzhəbi vəhabiləri əhli-sünnə və ya İslamın nümayəndə və simvolu kimi qəbul etmirlər. Əlbəttə, vəhabilərin çoxu özlərinin vəhabi olduqlarını bilindirmirlər. Bu mövzu həm şiələrin, həm də əhli-sünnənin ayıq olmasını tələb edir ki, öz rəftar və sözləri ilə sionistlərə və onlarla eyni əqidədə olan vəhabilərə bundan sui-istifadə etmək üçün fürsət verməsinlər.
Burada şiə və əhli-sünnənin siyasi rəhbərlərinin vəzifələri məlum olur. Adətən, əgər məzhəb başçılarının təhriki olmasa, ümumi camaat bir-birləri ilə yaxşı münasibətləri olur. Məzhəb təbliğçiləri dini mövzuları camaata elə çatdırsınlar ki, öz dini əqidələrini təbliği ilə yanaşı başqalarına da hörmətlə yanaşsınlar, hörmətsizlikdən və təkfir etməkdən çəkinsinlər.
- Azərbaycan Respublikasının coğrafi mövqeyinə diqqət etməklə mədəniyyət baxımından bir-birindən tamamilə ayrı üç mədəniyyət arasında yerləşir. Bir tərəfdən çox da uzaq olmayan bir dövrə qədər İranla coğrafi, məzhəbi və siyasi bağlılığı olmuşdur. Başqa sözlə, ortaq tarixi vardır. Digər tərəfdən Türkiyə ilə həmsərhəddir və məzhəb baxımından əhli-sünnədir. Təbiidir ki, ölkənin əhli-sünnə camaatı dil və mədəniyyət yaxınlığına diqqət etməklə ona tərəf meyillidirlər. Başqa bir tərəfdən isə bu ölkə 70 il kommunistlərin hakimiyyəti altında olmuşdur və Rusiyaya çox meyillidirlər. Hal-hazırda şiələrin mədəniyyət şəraitini necə dəyərləndirirsiniz? Onların mədəni təfəkkür və davranışları daha çox haradan təsirlənir? Keçmişdə İranın şiə mədəniyyəti ilə dərin və sıx bağlılığı olmuş hazırkı Azərbaycan şiə toplumunun öz şiə üslub və təlimlərini digər iki mədəniyyətin yanında qoruyub saxlaması üçün nə etməlidir?
- Bizim üç mədəniyyət arasında qərarlaşmağımız sözü düzgündür. Dini etiqadlarımızı açıqlaya bilmədiyimiz kommunistlərin hakimiyyəti dövründə bu təlimlərin çoxu xalqın mədəni rəftarında öz əksini tapırdı. Məsələn, ümumi camaatın arasında su içilən zaman Kərbəlanı və Əba Əbdillah Hüseyni (ə) yada salardılar. Bu rəftar hətta əhli-sünnə arasında da görünürdü. Yaxud hər vaxt xidmət və fədakarlıqdan söz düşsəydi həzrət Əlinin (ə) müxtəlif mövzularda fədakarlığından danışılardı. Yaxud hər kəs qardaşına bir xidmət etsəydi onu həzrət Əbəlfəzlin (ə) qardaşı imam Hüseynə (ə) köməyi kimi bilərdilər. Bu davranışlar kommunistlərin istilası dövründə də var idi, bu gün də var.
Hal-hazırda iqtisadi çətinliklə bağlı 2 milyondan yuxarı azərbaycanlı Rusiyada yaşayır, iş və ticarətlə məşğuldurlar. Bu rəqəm Türkiyədə yaşayan təqribən 300 min azərbaycanlı ilə müqayisədə daha gözə çarpandır. Demək rus mədəniyyətindən daha çox təsirlənmək ehtimalı var. Lakin iki tərəfin bir-birinə bağlılığı daha çox iqtisadi yöndəndir, kommunist ideologiyasının Rusiyanın özündə belə tərəfdarı azdır. Beləcə rus mədəniyyətinin Azərbaycan şiələrinə təsir və təhlükəsi azdır. Rusiya mədniyyəti Azərbaycan xalqı üçün maddi, dini və mənəvi cazibəsi olmayan bir mədəniyyət kimi tanınmışdır. Bu arada batini materialist və zahiri islami olan Türkiyə mədəniyyəti daha çox təhlükəlidir. Son illər ərzində islamçıların hökumət başına gəlməsi və bu ölkə mədəniyyətinin islami olması üçün çoxlu səylərə baxmayaraq, islamçıların hələ də məsələn, hicab kimi bir çox islami tələbləri həyata keçirməyə imkanları yoxdur. Ona görə də Türkiyə mədəniyyəti hələ də sekulyar və dünyəvi bir mədəniyyət sayılır.
Tamamilə dini mədəniyyət olan İran mədəniyyətinə dindarlar etimad edirlər. Azərbaycan dindarlarının media və mətbuat proqramlarının çoxu şiə mədəniyyətindən təsirlənmişdir. Əlbəttə, bütün KİV və digər təbliğat vasitələri əlində olan dövlətin mədəni proqramları sionistlərin nüfuzundan təsirlənir və tamamilə anti-İslam olaraq, pozğunluq, fəsad və sekularizmin tərvicinə xidmət göstərir. Həqiqətdə qərblilər və sionistlər Azərbaycan xalqının şiəlik kimliyini məhv etməyə və Avropa sekularizmini onun yerinə qoymağa çalışırlar.
- Şiə toplumu qərb mədəniyyətinə əsir olmamaq və ondan təsirlənməmək üçün hansı addımları atmalıdır? Azərbaycanda şiə mədəniyyətinin qorunması üçün nəyə ehtiyac duyursunuz?
- Ən ümdə olan məsələ, xüsusilə də Azərbaycanda əhli-beyt (ə) maarifi ilə düzgün tanışlıq və bu maarifə əməl etməyə çalışmaqdır. Bu sahədə ruhaniyyət və elmi hövzələrin öhdəsinə ağır məsuliyyət düşür. Təbiidir ki, bu işdə mədəni proqramlar və media da təsirli ola bilər. Amma təəssüflər olsun ki, çox ciddi zəifliklə üzləşirik. Belə ki, çoxlu ehtiyac olmasına baxmayaraq, təkcə peyk antenasından yayımlanan “Səhər” telekanalının adını çəkə bilərəm. Bunun müqabilində əgər qərbin mədəni və media proqramlarına diqqət etsək, görərik ki, daha çox həcmdə və çoxlu kanallar vasitəsilə media mərmiləri ilə öz pozğun və anti-din təbliğatlarını aparırlar. Hətta, onların veb fəaliyyətlərinə də baxsaq, görərik ki, şiələr ciddi zəifliklə üzləşiblər. Belə ki, yerli şiələrin ən çoxu 7-8 saytı olduğu və digər saytlar qarşısında gözə çarpan zəifliyi üzündən məhdud sayda, təqribən 20 min oxucu cəzb edə bilir. Bu saytların fəalları da ən az təlim və imkandan yararlanıblar. Dindarların internet və veb dairəsinə daxil olmaları 5-6 ildən yuxarı deyil. Qəzet və jurnal kimi yazılı mətbuatda da vəziyyət belədir. Hal-hazırda 4 qəzetimiz vardır: Biri “Dəyərlər”dir və şiə mədəniyyəti mövzusundadır. Biri “Nəbz”dir. Bu qəzet İslam partiyasına yaxındır və ictimai-siyasi mövzularda yazır. Üçüncüsü “Birlik” qəzetidir. Təəssüflər olsun ki, bu qəzet bağlandı və hazırda çap olunmur. Dördüncüsü isə “Həqiqət” qəzetidir ki, həftədə bir dəfə 1000 tirajla çap olunur. Görürsünüz ki, anti-İslam təbliğatı qarşısında nə qədər zəiflik vardır.
Qabaqlar ölkədə çoxlu mədrəsələr və elmi-mədəni mərkəzlər var idi. Hətta, İran İslam Respublikası və Qum Elmi Hövzəsinin mədrəsələri fəaliyyət göstərirdi. Bizim özümüzün 5 elmi mədrəsəmiz var idi. Məsələn, Masallıdakı mədrəsədə 150-200 tələbə dini təhsil almaqla məşğul idi və onların yataqxanası da var idi. Nardaran, Cəlilabad və Qubada da mədrəsələrimiz var idi və hal-hazırda bağlıdır.
- Yəni hal-hazırda orada heç bir elmi mədrəsə fəaliyyət göstərmir?
- Xeyr, təkcə bir neçə rayonda məhdud fəaliyyətlər başlamışdır. Məsələn, Bakının kəndlərindən sayılan Maştağada və Qobustanda mədrəsələr fəaliyyət göstərir. Amma bunlar hökumətin və QMİ-nin nəzarəti altındadır və onlar həqiqi mənada dini tələbə və alim yetişdirmək məqsədi izləmir.
Hər halda şiə cəmiyyəti və elmi hövzələr bu problem və çatışmazlıqlara baxmayaraq öz səylərini göstərməlidirlər, həmçinin əhli-beyt (ə) maarifinin təbliğini öhdələrinə almalıdırlar. Çünki Allahın sünnəsi dəyişməyib və biz əlimizi əlimizin üstünə qoyub qeybdən işlərimizin düzəlməsini gözləyə bilmərik. Elə bilirəm iki dəlilə görə: biri şiənin ağıl və fitrətə söykənən maarifi, ikincisi isə kommunistlər dövründə məzhəbi təbliğ etmək üçün heç bir imkan olmadığından və şiəliyə qarşı təbliğata fürsət olmadığından zehinlər bu maarifi qəbul etməyə hazırdır. İran İslam İnqilabının böyük rəhbəri həzrət Ayətullah Xameneinin buyurduğu kimi, bu zehinlər heç vaxt boş qalmır. Ona görə də biz onu düzgün maariflə doldura bilməsək, başqaları gəlib onu səhv düşüncələrlə dolduracaqlar. Təkid etməsini lazım bildiyim nöqtə elmi hövzələrin vəzifəsidir. Qeyd etdiyim kimi hazırda Qum, Məşhəd, Suriya, Nəcəf elmi hövzələrində çoxlu tələbə təhsil alır. Təəssüf olsun ki, onların arasında lazımı həmrəylikləri yoxdur. Onların mədəni bir iş görmələri üçün mədəni bir təşkilata ehtiyacları vardır ki, bununla bütün məsələlərini proqramlaşdırsınlar. Əlbəttə, bunun üçün bəzi addımlar atılıb və Azərbaycanda bir mərkəz təsis etmişik və bu mərkəzin saytı da vardır. Lakin bu təzə yola düşməkdədir.
- Qafqaz Müsəlmanları İdarəsi ilə münasibətləriniz necədir? Onlar sizin üçün ciddi məhdudiyyətlər yaradırlar, yoxsa onlarla yaxşı əməkdaşlıq edə bilirsiniz və onlarla anlaşaraq öz mədəni hədəflərinizə çatırsınızmı?
- Əvvəldən indiyə kimi İslam Partiyasının Qafqaz Müsəlmanları İdarəsi ilə anlaşmasında eniş-yoxuşlar olmuşdur. Hacı Əlikramın dövründə bəzən problemlər yaranırdı. Amma ciddi qarşılaşmamız olmayıb. Çünki biz siyasi bir partiyayıq və İslam mövzusu bizim öndə duran məsələmizdir. Hökumət tərəfindən bir sıra anti-İslami hərəkətlər icra olunduğu zaman onlar Azərbaycan ruhanilərinin nümayəndəsi və himayətçisi adlanmalarına baxmayaraq, heç bir etiraz etmədilər və ciddi addım atmadılar. Bundan əlavə bəzi vaxtlar özləri dindarlar əleyhinə təzyiq və təhdid şəraitinin yaradıcısı və himayətçisi olurdular. Təbiidir ki, bu da dindarlarla ciddi ixtilafın yaranmasına və bəzi vaxtlar qarşılaşmaya səbəb olur. Bu qarşılaşma bizim öz məqsədlərimizi irəli aparmağa mane olurdu. Hacı Əlikramdan sonra digər bir qardaş İslam Partiyasının məsuliyyətini öz öhdəsinə aldı. Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri hacı Allaşükür Paşazadə ilə münasibətlər çox yaxınlaşdı. Bu münasibət düzgün deyildi. Çünki bu idarə həmişə sionistlərin xəttində olan dövlətin hədəflərinə uyğun hərəkət edir. Təbiidir ki, İslam Partiyasının bu idarə ilə yaxın olması düzgün deyildi və dindarların partiyadan uzaqlaşmasına səbəb olurdu. Bilməyiniz maraqlı olar ki, cənab Paşazadə özü dindarlara xitab olaraq demişdi ki, bizdən çox intizarınız olmasın! Hal-hazırda İslam Partiyası çalışır ki, imkan həddində bu idarə ilə qarşılaşmadan çəkinsin. Həqiqətdə öz iradlarımızda bu idarənin vücudunun əslini sual altına salmırıq. Amma onun işlərinə öz tənqidimizi bildiririk. Məsələn, dövlətin həzrət Fatimeyi-Zəhra (ə) məscidinin dağıtmaq istəməsi, ya məscidin minarəsindən azan verilməsinin qadağası məsələlərində biz onlara dedik ki, düzdür bunu siz etməmisiniz, amma buna ciddi etiraz edin. Məscid məsələsində geniş xalq etirazları dövlətin geri çəkilməsinə səbəb oldu. Amma dindarlar və İslam Partiyası məscidin dağıdılması qərarının ləğv edilməsinə QMİ vasitəsilə nail olmağa çalışırdılar. Bu, yəni bizim məscidin sökülməsinin qarşısını almaq üçün öz məqsədimizə çatmağımız, həm də QMİ-nin bu mövzuda iştirakı olacaqdı. Həqiqətdə biz bu idarənin mövcudluğu və fəaliyyətinə müxalif deyilik və cənab Allahşükür Paşazadənin tutduğu postda qanuni olaraq qalmasına qarşı deyilik. Bu şərtlə ki, anti-İslam hərəkatlar xəttini tutsun. Bəzi digər hadisələrdə də məsələn, 28 Səfərdə sionist rejimin sabiq baş nazirinin Azərbaycana səfərinə geniş xalq etirazlarında – hətta bəziləri bu aksiyalarda həbs olundu və bəziləri hələ də həbsdədirlər – Qafqaz Müsəlmanları İdarəsinin də öz etirazını bildirməsinə və bu mövzuda rol ifa etmələrinə çalışdıq.
- Həqiqətən, həzrət Fatimə Zəhra (ə) məscidinin sökülməsi əmri ləğv olundu və bu məscidin tikintisi və fəaliyyəti yenidən başladımı?
- Bəli, məscid Qafqaz Müsəlmanları İdarəsinin öhdəsinə verildikdən sonra məscidin sökülməsi barədəki məhkəmənin hökmü ləğv olundu və tikintisinin başa çatdırılması üçün büdcə ayrıldı. Əlbəttə, hal-hazırda tikinti işləri dayandırılmışdır. Amma tezliklə tikinti prosesinin daha sürətli davam edəcəyi gözlənilir.
- Lütfən, sionist rejimin regionda fəaliyyətləri barədə izah verin. Onların bu regionda ümumi hədəfləri nədir və hansı mərkəzləri təsis etmişlər?
- Əgər sionistlərin hüzuru olduğu məntəqələrə diqqət etsək, görərik ki, hər yerdə və hər zaman bir düzgün ideologiya onların qarşısında dayanmasa, öz hədəflərini irəli aparmağa müvəffəq olurlar. Sionistlərin fəaliyyəti əvvəlcə gizlin olur. Onlar illər boyu təcrübə etdikləri metodlardan istifadə edirlər. Müxtəlif yollarla bir məntəqəyə daxil olurlar, uzun müddətdən sonra onların sionist təşkilatı olması üzə çıxır. Hətta, bəzən şəxs və ya hərəkat illərlə özünün sionistlərə xidmət göstərməsindən belə xəbərləri olmur. Qafqaz regionunda da vəziyyət belədir. Məsələn, əgər Gürcüstanın şəraitinə diqqət etsəniz, görərsiniz ki, sionistlərin fəaliyyəti bu ölkədə hər gün genişlənməkdədir. Hamıya məlum olduğu kimi 2 il bundan öncə Gürcüstanın Rusiya ilə müharibəsi də sionistlərin təhriki ilə olmuşdu. Bu ölkədə təqribən 1000 nəfər sionist rejimin yüksək rütbəli zabiti vardır. Gürcüstan və Rusiyanın keçmiş tarixi olduğundan ölkə xalqının Rusiya ilə güclü əlaqəsi vardır. Belə ki, çoxlu sayda gürcü Rusiyada yaşayır. Ona görə də ABŞ Gürcüstana birbaşa girə bilməz. O öz məqsədlərini sionistlərin vasitəsilə təmin etməyə çalışır. Sionistlər də Gürcüstan xalqının Rusiyaya münasibət və baxışlarını dəyişməklə öz hədəflərini həyata keçirməyə çalışırlar. İndi çoxlu gürcü görmək olar ki, onlar qabaqlar Rusiyaya qarşı yaxşı münasibətləri var idi, indi isə onunla müxalifdirlər. Bu arada əgər düzgün və dini ideologiya olmasa, siyasi və mədəni vəziyyət dəyişəcək. Necə ki, Gürcüstanda bu hadisə oldu; siyasi vəziyyət dəyişdi, mədəniyyət baxımından da tamamilə qərb mədəniyyəti bu ölkəyə hakim oldu. Həqiqət budur ki, sovetlər birliyi dağıldıqdan sonra ABŞ və sionistlər regionda ciddi iştirak etmək, oranın mədəniyyət və dinini dəyişmək, siyasi məqsədlərinə çatmaq üçün öz fəaliyyətlərinə başlayıblar və təəssüflər olsun ki, dövlətlərin zəifliyi və bağlılığı, xalqın etiqadının zəifliyi və güclü mədəniyyət tərəfindən himayət olunmaması, daha çox təsir göstərir. Ona görə də qərb mədəniyyətinin hakim olmasını daha çox Qafqaz regionunda müşahidə etmək olar.

- İslam Partiyasının hədəf və strategiyası nədir? Azərbaycanın daxilində və xaricdə şöbələri vardırmı? İslam Partiyasının dövlət və xalq qarşısındakı mövqeyi nədir?


- Azərbaycan İslam Partiyası sovetlər birliyinin dağılmasından bir il sonra yəni, 1992-ci ildə partiyanın ilk təsisçisi hacı Əlikramın səyi nəticəsində təsis olunub və rəsmi surətdə tanınıb. Bu partiya əhli-beyt (ə) məktəbindən sərçeşmələnib və öz fəaliyyətlərində bütün din və məzhəblərə hörmətlə yanaşır, Azərbaycan müsəlmanlarının vəhdətinə, bütün məhrum və məzlumların köməyinə yetməyə çalışır. Ölkəmizin əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq, bu partiya islami hesab olunan yeganə siyasi partiya sayılır- və bütün siyasi, iqtisadi, sosial problemlərin həllini İslam dininə əməl etməkdə görür. Ona görə də qərb və sionistlər bu partiyaya qarşı çox həssasdırlar.
Partiyanın fəaliyyətləri əvvəldə xalq tərəfindən çox yaxşı qarşılandı. Belə ki, qısa bir zamanda 100 min nəfər üzv topladı. Bir çox şəhərlərdə şöbələri açıldı və bu şöbələrin sayı altmışa çatırdı. Bu partiyanın gücü elə bir həddə idi ki, hökumət başına gələn Heydər Əliyev, hacı Əlikram və hacı Rzadan xahiş etdi ki, İslam Partiyası Bakı şəhərinin təhlükəsizliyinin təmin edilməsində hökumətə kömək etsin. O zamanlar əgər İslam partiyası istəsəydi minlərlə adam küçələrə axışardı. Bunun ardınca qərb və anti-dini hərəkatlar başa düşdülər ki, əgər bu partiyanın gücü belə davam etsə, 3-4 ildən sonra mütləq hakimiyyətə gələcək. Ona görə də qabaqlar Türkiyədə istifadə etdikləri metodla seçki qanunlarında və hakimiyyətə gəlmək şərtlərində dəyişikliklər etməyə müvəffəq oldular və Azərbaycanın sekulyar dövlət olmasını elan etdilər. Çünki belə olduqda din siyasətdən ayrı olur və dindarlar hakimiyyətə gələ bilməz. Bu mövzu İslam partiyasını dağıdılmasının və təzyiqlərə məruz qalmasının başlanğıcı oldu. Bundan sonra partiyanın üzvlərinin bir çoxu həbs olundu. Təbiidir ki, bununla da partiyaya ağır zərbələr vuruldu. Sonra onun fəaliyyəti qadağan oldu və dayandırıldı. Amma partiya rəsmilərinin ciddi əzmini və xalqın partiyaya sevgisini görəndə başa düşdülər ki, onu tamamilə məhv etməyə qadir deyillər. Ona görə də partiyanın fəaliyyətlərinin səthinə məhdudiyyətlər qoydular və onu genişlənməyə qoymadılar. Hal-hazırda partiyanın qərbə zidd mahiyyətinə diqqət etməklə onun fəaliyyətləri ölkə hakimiyyəti üçün faydalı ola bilər. yəni qərb dövlətləri Azərbaycanın dövlət məsələlərinə təzyiq etdikdə bu partiyanın qərb və müstəmləkəçiliyə zidd cəbhəsi və bəzi digər hərəkatlar dövlət üçün təzyiqlərə qarşı münasib sipər ola bilər.
Vurğulamalıyıq ki, Azərbaycan İslam Partiyası heç bir hərəkat və ya təşkilata bağlı deyil, məhz din çevrəsindən çıxış edir, islami mədəniyyətin tərvicinə çalışır. Son illərdə ideal fəaliyyət üçün imkan yaranmamasına və partiyanın bir çox məsulları həbsdə olmasına baxmayaraq partiyanın xalq arasında üstün məqamı vardır. Qarşıya çıxan bütün məsələlərdə vəzifəsini icra edir. Xalq, ən azından dindarlar başa düşüblər ki, bütün sahələrdə, hətta siyasətdə müvəffəqiyyət qazanmaq üçün dinə sığınmaq lazımdır. Bunun şahidi də odur ki, dinə və məzhəbə maraq, hətta parlament nümayəndələrinin seçilməsində qabaqkı dövrlərə nisbət artmışdır.
Dindarlar başa düşüblər ki, anti-din və qərbçilik hərəkatları ilə qarşılaşmaq üçün həmrəylik lazımdır. Bu mövzu partiya yaratmaqla gerçəkləşir. Bu günləri sekularlar və dünyəviçilərin qeyri-demokratiklik mahiyyətləri xalq üçün aşkar olmuşdur. Çünki keçən bu 17-18 ildə onlar öz vədlərinə əməl etməyiblər.
- Siz, hər hansı bir mədəniyyət proqramının həyata keçirilməsində dindarlar arasında həmrəyliyin olmadığına işarə etdiniz. Siyasi fəallar parlament seçkiləri, Qüds Günü və bunlar kimi məsələlərdə necə əməl edirlər?
- Mən belə fikirləşirəm ki, mədəni məsələlər barədə nə qədər uyğunluq çox olsa, bu siyasi məsələdə daha da möhkəmlənəcək. Hal-hazırda bəzi məsələlərdə partiyalar arasında yaxınlaşma və həmrəylik vardır. Bəzən həmrəylik məqsədilə 15-dən yuxarı müxtəlif təşkilatların başçılarının – istər dini təşkilat olsun, istər dinə meyilli, hətta bəzən müxtəlif mövzularda eyni əqidəli olan partiyaların birgə iclası keçirilir. Hazırda keçmişə nisbətdə hərəkatlar arasında həmrəylik güclənmişdir. Hətta, bəziləri namaz kimi dini şüarların icrasına başlamışdır, bəziləri İrana səfər etməklə istiqlal əldə etmək və müstəmləkəçiliklə mübarizə kimi müxtəlif ərsələrdə dinin qüdrət və potensialını dərk ediblər və artıq özlərinə inam qazanıblar. Özləri də bildirirlər ki, düzgün bir dini ideologiya ilə sionistləri öz məqsədlərindən çəkindirmək olar. Əgər bu fikir hərəkatlar və xalq arasında genişlənsə, mədəni yönümdən əlavə, öz ardınca böyük siyasi nailiyyətlər də gətirəcək.
Sizə təşəkkürlər və şiə toplumunun mədəni və siyasi kamil yetkinliyi ümidi ilə.
29.12.2012

“Allahımız bir gün bunlara aydınlıq gətirəcək”


İslamçıların kassasiya şikayətinə Ali Məhkəmədə baxılmasının gecikməsi Səmədovlar ailəsində narazılığa səbəb olub. “Media forum” saytına açıqlamasında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova deyib ki, işi icraata götürən Ali Məhkəmənin hakimi Fərhad Kərimov məzuniyyətə çıxıb: “Hesab edirik ki, hakim qəsdən kassasiya şikayətinə baxış günü təyin etmədən məzuniyyətə çıxıb ki, müddət bir qədər də uzansın. Kassasiya şikayətinə baxıldıqdan sonra islamçıların işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək”.
Mehparə Səmədova dekabrın 19-da həyat yoldaşının saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkdiyini deyib: “Bu dəfə ailəvi getdik və üç gün qaldıq. Mövsüm bəy özünü yaxşı hiss edir, o möhkəm adamdır. Çox ciddi rejimdə saxlanır. Qəzetləri oxumaqdan məhrumdur. Nəinki təzə qəzet vermir, hətta mənim ərzaq, pal-paltar bükdüyüm köhnə qəzetləri də içəri buraxmırlar. Hacı Mövsüm bir adamla dini, islami söhbət aparan kimi onu dustaqlardan müvəqqəti təcrid edirlər. Tez-tez ondan İranla bağlı ifadə alırlar. Belə hiss olunur ki, Mövsüm bəyi İrana bağlamaq istəyirlər”.
Mehparə Səmədova sonuncu görüş zamanı Mövsüm Səmədovla hər hansı əfv söhbətinin olmadığını, belə bir müzakirə aparmadığını vurğulayıb: “Amma hər dəfə deyir ki, mən elə bir günah iş tutmamışam, cinayət törətməmişəm ki, əfv olunum”.
Mövsüm Səmədovun həbsindən iki il keçir. Mehparə Səmədova bu müddətin asan keçmədiyini bildirib: “Ailə başçısının həbsindən sonra uşaqların qayğısı başımı çox qarışdırıb. Mən bilirəm ki, bu hadisələrin öz səbəbi var və bunları elə-belə, boş yerdən yaşamırıq. Ola bilməz ki, bu qədər haqsızlıq, ədalətsizlik yerdə qalsın. Yəqin ki, Allahımız bir gün bunlara aydınlıq gətirəcək. Mövsüm bəy nə etmişdi? Hakimiyyəti tənqid eləmişdi. Hakimiyyəti tənqid edən tək odurmu? Bəs digər tənqid edənləri nə üçün tutub 12 il cəza vermirlər?”
Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. Həmin il yanvarın 7-də Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Mövsüm Səmədov yanvarın 8-də polisə tabe olmamaq ittihamı ilə 13 sutka iş alıb. Yanvarın 20-də Mövsüm Səmədova ittiham irəli sürülüb. O, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. (Media forum)
08.01.2013
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə