Fanilər və Fanilər Mövsümü




Yüklə 352.17 Kb.
səhifə12/14
tarix22.02.2016
ölçüsü352.17 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Ayətullah Təhririnin Hacı Mövsüm Səmədov haqqında dedikləri


“Gedin Azərbaycana, orda Mövsüm Səmədov adında tələbəm var, nə istəyirsinizsə ondan öyrənin...”

Qum hövzəsinin böyük irfan və əxlaq ustadlarından olan Ayətullah Təhriri Azərbaycandan ona müraciət edən və əxlaq irfan sahibi olmaq üçün düzgün yol axtaranlara deyərdi: “ Gedin Azərbaycana, orda Mövsüm Səmədov adında tələbəm var, nə istəyirsinizsə ondan öyrənin, Allah Təbarək Və Təala ona çox hikmətlər bəxş edib. “

Yeri gəlmişkən Ayətullah Təhriri Hacı Mövsüm Səmədovu 10 illərlə onun dərsində oturan şagirdlərindən belə yüksək məqamda hesab edərkən Hacının həbsinin Allahın istəyi olduğunu deyir və həbsindən sonra Mövsüm Səmədovu Allah övliyası adlandırır. (Arannews)
27.09.2012

Hacı Mövsüm Səmədov informasiya blokadasında saxlanılır


Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov müxalif və müstəqil qəzetləri izləyə bilmir. O, vəkil Anar Qasımlıya bu barədə bildirib. Sentyabrın 26-da Anar Qasımlı 11 saylı Cəzaçəkmə Müəssisəsində məhbus partiya lideri ilə görüşüb. “Media forum” saytına danışan vəkilin sözlərinə görə, Mövsüm Səmədov cəzaçəkmə müəssisəsinə köçürüləndən məlumatsız qaldığını, Azərbaycanda və dünyada baş verənləri izləyə bilmədiyini deyib:

“Ona yalnız rəsmi qəzetlər verilir. Bu isə Mövsüm bəyi alternativ informasiya almaq imkanından məhrum edir”. Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsinə bu ilin mayında köçürülüb. Anar Qasımlı hüquqlarını müdafiə etdiyi şəxsin müxalif və müstəqil mətbuatla təmin olunması üçün Penitensiar Xidmətin rəhbərliyinə rəsmi müraciət edəcəyini vurğulayıb.

2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Bu il mayın 17-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib. (İslamAzəri)
21.10.2012

Hacı Mövsüm Səmədov gələn il azadlığa buraxıla bilər


Bu barədə İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimli məlumat verib. Komitə sədri bildirdi ki, Avropa Şurası Parlament Assambleyasında qurumun siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser tərəfindən hazırlanan siyahı yanvar ayında təsdiqlənərsə, bundan sonra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan hökumətinə qarşı siyasi məhbuslarla bağlı təzyiqlər ediləcək: “Təbii ki, bu təzyiqlər müqabilində Azərbaycan hökuməti siyasi məhbusları buraxmaq məcburiyyətində qalacaq. Mövsüm Səmədovun işi ilə bağlı lazım olan bütün sənədlər tərcümə edilərək aidiyyəti təşkilatların hamısına göndərilib. Mövsüm Səmədovun Avropa Məhkəməsində hüquqlarını müdafiə edəcək fransalı vəkil Andre Çami də hazırda gözləmə mövqeyindədir. O, işlə bağlı lazım olan bütün sənədləri əldə edib. Digər tərəfdən işlə bağlı onu maraqlandıran 31 suala vəkil Anar Qasımlı tərəfindən lazım olan bütün cavablar verilib“.

Qeyd edək ki, əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.



Məhbuslardan Vaqif Abdullayev artıq dünyasını dəyişib. (FaktXəbər)
21.12. 2012

Doktor Səmədov Azərbaycanda İslam Hərəkatının rəhbəri hesab olunur


AİP-in həbsdə olan sədri doktor Səmədovun 12 il azadlıqdan məhrum olmasına səbəb olan qəhrəmanlıq çıxışının ildönümü ərəfəsində Azərbaycan Respublikası İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Kərbəlayi Natiq Kərimov müxbirimizə verdiyi müsahibəsində doktor Səmədovun şəxsiyyəti və onun tarixi çıxışı barədə geniş izah verdi. Müsahibənin bəzi hissələrini sizin ixtiyarınızda qoyuruq.

İlk tanışlıq


- Doktor Səmədovu 1990-cı ildən və Xalq Cəbhəsinin (AXCP) Quba bölməsinin fəal olduğu vaxtdan tanıyıram. Amma daha artıq tanışlığımız 1993-cü ilə və onun gənc bir dindar kimi fəal olmasına qayıdır. Onun ali təhsil alması və fəaliyyətləri ilə tanışlığım bir az da dərinləşdi. O, İrandan qayıtdıqdan sonra Qubada çoxlu tələbələri var idi. Həkimliklə yanaşı dini elmlərin tədrisi ilə də məşğul olurdu. Həmçinin, Qubada həzrət Səkinə (ə) məscidində imam camaatlığı öhdəsinə almışdı. Ümumiyyətlə, çox fəal və təsirli bir şəxs idi.
- Hacı Mövsüm, Qumda tələbə olduğu vaxtlar da çox fəal şəxs idi. O, Qumda dini təhsil alan azərbaycanlı tələbələr arasında elm və təqva baxımından seçilmiş və nümunəvi bir şəxs kimi tanınırdı. Onun təqvası başqalarına örnək olacaq bir həddə idi. Əlbəttə, mən onu özüm üçün örnək və bir təqvalı insanın kamil nümunəsi kimi seçmişəm.
Azərbaycan İslam Partiyasının möhkəmlənməsində doktor Səmədovun rolu
- Bildiyiniz kimi, doktor Səmədov İslam Partiyasının yaranmasının ilk dövrlərindən onun üzvü olan şəxslərdəndir və müxtəlif dövrlərdə, müxtəlif məqamlarda fəaliyyəti olmuşdur. O, hətta bu partiyanın yaxşı durumda olmadığı vaxtlarda da öz fəaliyyətini davam etdirmiş və partiyanın öz fəaliyyətini davam etdirməsi istiqamətində çoxlu səylər göstərmişdir.
- 2005-ci ildə onun İrandan qayıtmasından sonra Qubada dini tələbə yetişdirməklə məşğul olduğu vaxtlarda mən onun partiya üçün layiqli və bacarıqlı bir şəxs olduğunu bir neçə dəfə xatırlatmışdım. 2007-ci ildə o, partiyanın sədri kimi seçildikdə, əvvəl bu məsuliyyətdən imtina etsə də sonradan bu məsuliyyəti bir vəzifə kimi qəbul etdi. Mən cürətlə deyə bilərəm ki, hacı Mövsümün partiyaya gəlməsi ilə bu partiya yenidən canlandı və ikinci dəfə dünyaya gəldi.

Təzyiqlər qarşısında müqaviməti


- 2010-cu il və hakimiyyətin 28 səfər əzadarları ilə qarşılaşmasından sonra partiya əleyhinə təzyiq və məhdudiyyətlər artmağa başladı. Digər tərəfdən də İslam Partiyası Azərbaycanda İslamın yeganə dəvətçisi kimi məhdudiyyətlər qarşısında münasibət bildirməyi özünün vəzifəsi bilirdi. Məlumdur ki, belə bir durumda bu vəzifə xüsusi əhəmiyyət daşıyırdı və hacı Mövsüm bu vəzifəni öhdəsinə götürmüşdü.
- Elmi-fəlsəfi baxımdan mən özümü o böyük şəxsiyyət barədə bir söz deyə biləcək və nəzər bildirəcək məqamda görmürəm. Bu qədər işarə edə bilərəm ki, o fövqəladə xüzu və xüşusundan irəli gələn sakitliyi ilə eyni zamanda alim və elminə əməl edən bir şəxs idi. O, təvazökarlıqda qərq olmuş bir adamın nümunəsi sayılır. Onun məsəli meyvəsini çoxluğundan budaqları əyilmiş bir ağacın məsəlidir. O, elm və biliyinin çoxluğundan həmişə özünü təvazö ilə zinətləndirərdi.
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə