Fakultənin adı:Ümumi iqtisadiyyat Qrupun adı: 22a tələbənin adı:İsmayılov Asif




Yüklə 41.01 Kb.
tarix24.04.2016
ölçüsü41.01 Kb.



Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultənin adı:Ümumi iqtisadiyyat
Qrupun adı: 22A
Tələbənin adı:İsmayılov Asif

Sərbəst iş


Ailə hüququnun anlayışı və predmeti.Nigahın anlayışı və şərtləri:nigaha daxil olmanın əsas şərtləri.

Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları


1.1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər
2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.
2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər.
Maddə 3. Bu Məcəllənin vəzifələri
3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.
Maddə 4. Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi
Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.
Maddə 5. Ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ailə münasibətlərinə analogiya üzrə tətbiqi
Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.

2-ci fəsil

Aİlə hüquqlarının həyata keçİrİlməsİ və müdafİəsİ
Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi
6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər.
6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.
Maddə 7. Ailə hüquqlarının müdafiəsi
Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qayda müdafiə olunur.
Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi
8.1. Pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur.
8.2. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur.

Konstitusiyamızın 34-cü maddəsinə əsasən hər kəsin nəzərdə tutulmuş yaşı çatdıqda ailə qurmaq hüququ vardır. Nikah qanunla müəyyən edilmiş şərtlərə və qaydalara riayət etməklə kişi və qadın arasında, onlar üçün qarşılıqlı şəxsi hüquq, əmlak hüququ və vəzifələri yaradan, ailənin təşkilinə yönəldilmiş, prinsip etibarilə ömürlük, azad, könüllü, bərabərhüquqlu 1 ittifaqdır...Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən edilmişdir (səhv etmirəmsə dəyişiklik oldu..qızlarda 18yaş olub)...Üzürlü səbəblər olduqda yerli icra orqanları nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə nikah yaşının 1ildən çox olmayaraq azaldılmasına icazə verə bilər..Bəzən isə qanunda nəzərdə tutulmuş normanın əksini edənlər olur.Bəzi rayonlarımızda qızlar 17yaşa çatmamış ailə həyatı qurur . Bu ya sosial durumdan yada lokal adətlərdən ibarət olur.Bəzəndə valideynləri tərəfindən məcburi ərə verilirlər.Əsasən Cənub regionda qızlar kiçik yaşda ərə verilir...Erkən yaşda ailə həyatı quran uşaqların sonrakı həyatı bəzən xoşagəlməz olur və nəticədə boşanmaların sayının artmasına da səbəb olur...

Ailə hüququ ilə əlaqəli aşağıdakı sahələrdə hüquqi məsləhət və məhkəmə işi xidmətləri göstərilir.
Ailənin yaşadığı ev və tətbiqi

Ailənin qorunmasına aid 4320 nömrəli qanunla əlaqəli iddialar

Boşanma məhkəmə iddiaları

Övladlığa görürməyə icazə iddialar

Evlənmə icazəsi, qadın üçün gözləmə müddətinin götürülməsi

Mal ortaqlığı, ayrılığı, ailə əmlakı

Ailə əmlakında ər-arvadın qanuni alım hüquqları

Aliment iddaları

Nişan pozulmasına aid iddiaları

Valideynliyin rəddi, valideynliyin müəyən edilməsi və atalıq məhkəmə iddiaları

Qəyyumluq haqqında məhkəmə iddiaları

Ailə hüququ ilə əlaqədar mühafizə tədbrlərinin yerinə yetirilməsi

Ailənin yaşadığı mənzilin üzərindəki hüquqlara nəzarətin həyata keçirilməsi

Aliment nəzarəti


Ailə dəyərlərinin yüksək olması özünü qanunlarda, Konstitusiyada da göstərir. Burada da ailəyə yüksək dəyər verilir. Bizdə ailənin hüquqları nəinki təkcə məişət və aid həyat sahəsində, həm də qanunlarla qorunur. Həmin səbəbdən Azərbaycan Konstitusiyasının 17-ci maddəsi ailə məsələlərinə həsr olunub. Bunun özü də Azərbaycan dövlətinin ailəyə böyük önəm verdiyinin göstəricisidir. Ailə cəmiyyətin əsas özəyi, dirəyi sayılır. Cəmiyyəti bunsuz təsəvvür etmək mümkünsüzdür. Cəmiyyətin əsas özəyi olaraq ailə bu mənada dövlətin xüsusi himayəsindədir. Bu mənada ailəyə dövlətin dayaqlarından biri kimi baxmaq da olar. Yəni bizdə ailə məsələləri nəinki təkcə mənəvi dəyərlər, həmçinin Konstitusiya vasitəsilə də qorunur. Ona görədir ki, artıq neçə ildir ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Hansı ki, həmin komitənin birbaşa fəaliyyəti Azərbaycan ailəsinin qorunub saxlanılması və möhkəmlənməsinə xidmət etməkdən ibarətdir. Bundan başqa dövlət səviyyəsində ailə dəyərlərinin qorunub saxlanılması üçün başqa addımlar da atılıb. Bir sözlə, ölkəmizdə ailəyə geniş dövlət qayğısı hökm sürür. Ailənin təməli möhkəm olanda o daha uzunömürlü olur. Bu mənada Azərbaycan ailəsinin digər millətlərə örnək olduğu barədə dəfələrlə mətbuatda yazılar gedib. Valideynlərin uşaqların və əksinə övladın yaşlı ata və ananın qayğısına qalması

müqəddəs borcdur. Dövlətin özü də bu borcun yerinə yetirilməsinə nəzarət edir. Valideyn məsuliyyətinin güclü olmasının əlamətidir ki, Azərbaycanda boşanma halları Qərbdə olduğu qədər kəskin deyil. Ümumi götürdükdə, ölkəmizdə Avropa ilə müqayisədə boşanma halları aşağıdır. Çünki bizdə ailəyə müqəddəs amal kimi yanaşırlar. Təməli möhkəm olan ailələri böyük coşqu ilə qarşılayır, onları başqalarına nümunə göstərir, bu sahədə boşluqların olduğu ailələri isə qınaq obyektinə çevirirlər. Məsələnin Konstitusiyada əksini tapması da, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Ona görə də bizdə ailədə valideyn məsuliyyəti yüksəkdir. Valideyn və ailə məsuliyyətinin olduğu yerdə övlad da cəmiyyətə layiqli insan kimi yetişir. Konstitusiyada ailədə yaşayan bütün insanların kimliyindən, yaşından, cinsindən asılı olmayaraq bərabərliyi də öz əksini tapıb. Bundan başqa ailəyə aidiyyatı olan yaşamaq, azadlıq kimi hüquqlar da Konstitusiyada təcəssüm olunub. Ailədə hər bir kəsin mülkiyyətə sahib olmaq, onu satmaq, bağışlamaq haqları da var. Bu məqamın geniş təbliğində heç şübhəsiz elektron KİV-lərinin də böyük xidməti olmalıdır. Televiziyalarda Azərbaycan ailəsi, ailə dəyərləri kimi məsələlərə dair geniş səpkili verilişlərin verilməsinin özü də, istər-istəməz, həmin amalın daha da möhkəmlənməsinə xidmət etmiş olar. Son dövrlər bəzi elektron KİV-lərdə ailə məsələlərinə dair müxtəlif səpkili maraqlı verilişlər verilir. Bunların ailə dəyərlərinin dayanıqlı olmasında, Azərbaycan ailəsinin təməl daşının möhkəmliyində özünəməxsus xidmətləri var. Amma təəssüf ki, bu sahədə əksər elektron KİV-lər şəxsi maraqlarını əsas tutaraq, ailə dəyərlərindən daha çox, ziddiyyətli ailələrlə bağlı süjetləri verməyə üstünlük verir. Bu isə sonda ailələrə mənfi təsir göstərir. Kostitusiyaya görə ailənin nə olduğunu aydınlaşdırmaq üçün mütəxəssislərə müraciət etdik.



"Hüquqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov bildirdi ki, Konstitusiyada ailənin cəmiyyətin və dövlətin əsas özəyi rolunda çıxış etdiyi əksini tapıb: "Ailə məsələsi Azərbaycan Konstitusiyasının 17-ci maddəsinin iki bəndində öz əksini tapıb. Burada göstərilir ki, cəmiyyətinə əsas özəyi ailədir. Digər tərəfdən valideynlərin borcu sırasında uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək öz əksini tapıb. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir. Valideyn himayəsindən məhrum edilən uşaqlar isə dövlət himayəsindədir. Dövlət belə uşaqları öz ağuşuna alır. Uşaqları onların səhəti, həyatı və mənəviyyatına təhlükə törədən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmayan uşaqları işə götürmək olmaz. Uşaq hüquqlarının həyata keçirlməsinə də dövlət nəzarət edir. Yəni ailənin əsas mahiyyəti cəmiyyətin başlıca özəyi olmasındadır. Özəklər birləşib sonra dövləti əmələ gətirir. Konstitusiyanın ailə ilə bağlı 17-ci maddəsində nəzərdə tutulanlara tam şəkildə əməl olunsa, cəmiyyət sağlam olar. Ən azından valideyn himayəsindən məhrum olan uşaqlara ciddi və lazımi qayğı göstərilsə, böyük iş olar. Amma əfsus ki, bu belə deyil. Minlərlə belə insan mənzilsizdir, onların yetkinlik yaşına çatdıqdan sonra ailə qurmasına köməklik edilmir".

Tanınmış vəkil Eldar Qurbanov ailənin dövlətin xüsusi himayəsində olduğunu söylədi: "Ailə iki əks cinsdən olan nəfərin bir-birilə nikaha girməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində ailə ilə dövlətin bir-birilə münasibətləri təcəssüm olunub. Burada cəmiyyətin əsas özəyi olaraq ailənin dövlətin xüsusi himayəsində oldığı göstərilir. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur, onun yerinə yetirilməsinə də nəzarəti dövlət həyata keçirir. Bu konkret olaraq bir maddədə öz əksini tapıb. Konstitusiyanın əsas hüquq, azadlıqlar və vəzifələri nəzərdə tutan 3-cü fəslində də vətəndaş hüquqları ilə bağlı konkret müddəalar nəzərdə tutulub. Bundan başqa həmin bölmədə, daha doğrusu, 34-cü maddədə ailə ilə bağlı nikah hüququ nəzərdə tutulur. Burada insanın müəyyən yaş həddinə çatdıqda ailə qurmaq hüququ təsbit olunub". Həmsöhbətimiz vurğuladı ki, nikahın könüllülük prinsipilə qurulması, heç kəsin zorla nikaha daxil olmasına imkan verilməməsi kimi müddəalar da yer alıb: "Daha sonra orada da qeyd olunur ki, nikah və ailə dövlətin himayəsindədir. Yəni dövlət bütün qanunlarda ailənin qorunmasının hərtərəfli təminatçısı kimi çıxış edir. Həmin maddənin 3-cü bəndində analıq, atalıq, uşaqlıq hüquqlarının qanunla mühafizə edildiyinin qeyd edilməsi ailənin dövlət tərəfindən tam şəkildə qorunduğunun rəmzidir. Hesab edirəm ki, bunlar ailə ilə bağlı Konstitusiyada nəzərdə tutulan əsas bəndlərdəndir. Bundan başqa, əsas qanunumuzda ərlə arvadın bərabərliyi, bərabər hüquqluğu nəzərdə tutulub. Adətən bizdə deyirlər ki, qadınla kişi hüquqları bərabərdir, ərlə arvadın hüququnun bərabərliyini isə nədənsə qəbul etmək istəmirik. Amma Konstitusiya aktında birbaşa yazılır ki, ərlə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərinin həm hüququ, həm də borcudur. Bundan başqa həmin maddədə valideynlərinin də əmək qabiliyyəti pozulduqdaq sonra böyüdüb boya-başa çatdırdığı uşaqlarından hər hansısa formada özünün saxlanılması və yaşadılmasını tələb etmək hüququ var. Ümumi götürsək, Konstitusiyanın istər sosial təminat, istərsə mənzil hüququ, habelə təhsil, istirahət hüquqları, bunların hamısı ailənin bir növ qorunması və möhkəmlənməsinə xidmət edən maddələrdir. Konstitusiyanın bu kimi müddəalarından başqa, Azərbaycanda Ailə Məcəlləsi də mövcuddur. Burada ailə və ona bağlı hüquqlar daha da genişlənərək konkretləşib". Qanunları bilmək və ondan lazımınca istifadə etmək bizim xalqda hüquq maarifçiliyi aşağı səviyyədə olduğundan elə də ürəkaçan dərəcədə deyil. Ailə üzvləri, yeni evlənənlər, qadınlar bu hüquq və vəzifələri tam şəkildə mənimsəməyib. Bu da müəyyən səhvlərə gətirib çıxarır. Nəticədə də bəzi ailələr dağılır. Bəzən də onlar arasında kəskin düşmənçilik yaranır. Məsələn, Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulub. Burada nikahın pozulmasından sonra tərəflərin vəziyyəti öz əksini tapıb. Ailə qurarkən müqavilədə əvvəlcədən nəzərdə tutulmalıdır ki, nikah pozulduqdan sonra ərlə arvadın hansı hüquq və vəzifələri olacaq, onlar nəyi tələb edə və etməyə bilərlər.

Bu istiqamətdə insanları maarifləndirə bilmədiyimizdən əksər hallarda ona birtərəfli yanaşırıq. Bunu tələb edəndə deyirlər ki, ailə qurulmamışdan artıq onun ləğvinə baxırsız. Ümumi halda bizdə ailənin dayaqları normaldır. Ailə məfhumu ölkəmizdə qanundan başqa adət-ənənəyə də əsaslanır. Başqa dövlətlərə baxdıqda bizdə daha möhkəmdir. Qanunların təbliği dövlət və elektron və çap KİV-də geniş şəkildə işıqlandırılmalıdır ki, insanlar bu qanunlara öyrəşsin"






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə